Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-29/2021 10.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Xaçmaz rayonunun Tikanoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Xaçmaz rayonu Tikanoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində etibarnamə ilə idarə etdiyi atası X2 məxsus “VAZ 2111” markalı, Az ** OT *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu Nərəcan-Uzunoba kəndləri istiqamətindən Xaçmaz rayonu Tikanoba kəndi istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitəlrinə və başqa əmlaka zərər vurmamalı, həmçinin hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da həmin yolun hərəkət hissəsində dayanmış piyada X5 vuraraq ehtiyatsızlıqdan sonuncuya sağ çiyin, qarın, döş qəfəsi və sol bud nahiyələrinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən, sağ qaş və sağ qulaq seyvanı nahiyələrinin cırılmış yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sol bazu, sol said və sağ əlin birinci barmağı sümüklərinin qapalı sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, baş-beyin toxumasına, onun mədəciklərinə və qişalara altına qansızma ilə müşahidə olunmuş sağ təpə-alın nahiyəsinin cırılmış yarası kimi həyat üçün təhlükəli sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alaraq hadisə yerində ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saa 20 radələrində etibarnamə ilə idarə etdiyi, atası Vidadi Vələdova məxsus “Vaz 2111” markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobillə 2 yaşlı oğlu Binyamini həyat yoldaşı Şahid birlikdə Xaçmaz rayonunun Yergüc kəndinə həkimə aparmış, geri qayıdarkən artıq saat 00:30 radələri olmuşdur. O, Nərəcan-Uzunoba kəndləri ilə Tikanoba kəndi arasındakı yolla yaşadığı kənd istiqamətində saatda 60-70 km/saat sürətlə hərəkətdə olmuşdur. Bir qədər hərəkət etdikdən sonra Xaçmaz rayonunun Ağtala kəndi ərazisindən keçərkən zaman qarşıdan dövlət qeydiyyat nişanını və markasını görmədiyi avtomobil gəlmiş, həmin avtomobilin işığı onun gözünə düşdüyündən o idarə etdiyi avtomobilin sürətini 50-60 km/saat azaltmışdır. Həmin avtomobil onun yanından keçdikdən sonra o yolda hərəkət zolağında asfaltın üzərində qaraltı görmüşdür. O, həmin qaraltını çaqqal ola biləcəyini düşünmüş, həmin zaman onun idarə etdiyi avtomobillə həmin qaraltının arasında təxminən 10 metr məsafə olmuşdur. İdarə etdiyi avtomobillə ondan yan keçməyə çalışsa da bunu bacara bilməmiş və üzərindən keçmişdir. Bundan sonra idarə etdiyi avtomobili yolun sağına sürərək saxlamış və baxdıqda adam vurduğunu bilmişdir. O, dərhal təcilli tibbi yardıma və polis əməkdaşlarına bu barədə məlumat vermişdir. Həmin şəxsə baxdıqda onun öldüyünü görmüşdür. Öz əməlindən dərin peşmançılıq hissi keçirir və ona güzəşt edilməklə barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X6 göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə Nərəcan-Uzunoba-Tikanoba kəndləri arasında olan yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş X8 onun atası olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə o, saat 10 radələrində evə gəldiyi zaman atasının yol nəqliyyat hadisəsi zamanı öldüyünü bilmiş, dərhal həmkəndliləri ilə birlikdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yol düşmüşdür. Orada atasının meyitini götürərək yaşadığı evə gətirmişdir. Atası hadisə zamanı içkili olmuş, o, həmin yolda olduğu zaman qarşıdan gələn avtomobil onun üzərindən keçmişdir. Sonradan ona məlum olmuşdur ki, qeyd olunan yol nəqliyyat hadisəsini Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2111” markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobillə törətmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş çəxsin hüquqi varisi bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid qızı göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Əri atasına məxsus olan “VAZ 2111” markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxslə birlikdə 2 yaşlı oğlu Binyamini Xaçmaz rayonunun Yergüc kəndinə həkimə aparmışlar. Geri qayıdarkən artıq saat 00:30 radələri olmuşdur. Onlar Nərəcan-Uzunoba kəndləri ilə Tikanoba kəndi arasındakı yolla yaşadıqları kənd istiqamətində hərəkət etmişlər. Bir qədər getdikdən sonra Xaçmaz rayonunun Ağtala kəndi ərazisindən keçdikləri zaman qarşıdan dövlət qeydiyyat nişanını və markasını görmədikləri avtomobil keçmişdir. Həmin avtomobilin işığı onların gözünə düşmüşdür. Həmin vaxt həyat yoldaşının idarə etdiyi avtomobilin nəyinsə üzərindən keçdiyini hiss etmişdir. Yoldaşı çaqqalın üzərindən keçdiyini bildirmiş, avtomobili bir qədər irəlidə yolun sağında saxlamış və avtomobildən yola baxmaq üçün düşmüşdür. O, isə avtomobildən düşməmişdir. Bir qədər sonra Taleh geri qayıdaraq adam vurduğunu bildirmişdir. Bundan sonra Taleh polisə və təcilli tibbi yardıma zəng etmişdir. Hadisə nəticəsində həmin şəxsin, yəni X16 oğlunun öldüyü ona məlum olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 49 saylı rəyindən görünür ki, X3 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşahidə olunmuş sağ təpə-alın nahiyyəsinin cırılmış yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Sol bazu, sol said və sağ əlin birinci barmağı sümüklərinin qapalı sınıqları dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər zərər vuramaya aiddir. Sağ qaş və sağ qulaq seyvanı nahiyələrinin cırılmış yaraları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sağ çiyin, qarın, döş qəfəsi və sol bud nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Göstərilən xəsarətlər həyati olub, xx xxxxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. B.M.Hacıyevin ölümünə səbəb baş beyin toxuma və mədəciklərinə qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 9-10 saat əvvələ uyğun gəlir. B.M.Hacıyevin meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində 2 %-li qatılıqda etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə orta dərəcəli alkoqol vəziyyətinə aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol nəqliyyat hadisələri ekspertizasına dair xx xxxxxxx 2020-ci il tarixli, 8/1733 №-li rəyindən görünür ki, VAZ 2111 markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbləinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saat sürətində artıq, yəni 70 km/saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, 411 nömrəli sərxoşluq vəziyyətinin müayinəsi aktından görünür ki, yol nəqliyyat hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs spirtli içkinin təsiri altında olmamış, ayıq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Xaçmaz RQİ və TBŞ-nin xx xxxxxxxx 2020-ci il tarixli, 016-297-2079-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs AE 626553 nömrəli sürücülük vəsiqəsi xx.xx.2019-cu ildən qeydə alınmışdır. Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. İş materiallarında olan əşyanın maddi sübut hesab olunması barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, iş üzrə “VAZ 2111” markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və müvafiq olaraq saxlanılması üçün sahibi X2 qaytarılmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs X3 hüquqi varisi X1 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bidirmişdir. İş materiallarında olan Xaçmaz rayon X10 hüquqi şəxsinin xx xxxxxxxx 2020-ci il tarixli, 890 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Mərkəzi Xəstəxanasında həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Üzümoba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 450 saylı arayışdan, xx xxxxxx 2017-ci il tarixli, AZ-İİ seriyalı, 229757 saylı nikah haqqında və xx xxxxxxxx 2018-ci il tarixli, AZ-İ seriyalı, 196768 saylı doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Tikanoba kəndində yaşayır, ailə tərkibi arvadı Şahid qızı, xx.xx.2018-ci il təvəllüdlü uşağı X9, atası X7 və anası X4 ibarətdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Üzünoba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 451 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində etibarnamə ilə idarə etdiyi atası X2 məxsus “VAZ 2111” markalı, Az ** OT *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu Nərəcan-Uzunoba kəndləri istiqamətindən Xaçmaz rayonu Tikanoba kəndi istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitəlrinə və başqa əmlaka zərər vurmamalı, həmçinin hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da həmin yolun hərəkət hissəsində dayanmış piyada X5 vuraraq ehtiyatsızlıqdan sonuncuya sağ çiyin, qarın, döş qəfəsi və sol bud nahiyələrinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən, sağ qaş və sağ qulaq seyvanı nahiyələrinin cırılmış yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sol bazu, sol said və sağ əlin birinci barmağı sümüklərinin qapalı sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, baş-beyin toxumasına, onun mədəciklərinə və qişalara altına qansızma ilə müşahidə olunmuş sağ təpə-alın nahiyəsinin cırılmış yarası kimi həyat üçün təhlükəli sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alaraq hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsüf olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir nəfər azyaşlı uşağı olmaqla ailənin yeganə qazanc gətirəni olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzası təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını Məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. İş üzrə maddi sübut hesab edilmiş “VAZ 2111” markalı, Az ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 80 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş materiallarından görünür ki, Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(067)-152/2020 saylı qərarı əsasında məhkəmə istintaqı zamanı təqsirləndsirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 8 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dövlət hesabına göstərdiyi 8 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 48 manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Əsas cəzasını Məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli Məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının xərci olan 80 (səksən) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı gedişatında dövlət hesabına göstərdiyi cəmi 8 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili X12 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 48 (qırx səkkiz) manat pul ödənilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-29/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-29/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver