Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-29/2024 10.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi qızının iştirakları ilə, xx xxxx 2004-cü ildə Qusar rayonu, Qaratoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu naməlum ünvanda kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazıda ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri Puşkin küçəsində tanışı X4 verdiyi 20 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,115 qram olan psixotrop maddə metamfetamini 31 may 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı ünvan 3 ünvanına gələn Elman Qasımovdan əldə edib qeyd olunan yaşadığı ünvanda saxlamışdır, bu fakt 01 iyun 2023cü il tarixdə Xaçmaz RPŞ-nin Xudat PB-nin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı yuxarıda qeyd olunan ünvana saat 14:00-dan 14:07-dək olan müddət ərzində keçirilən baxış zamanı evin mətbəx otağındakı pəncərənin dirsəkaltı yerinə qoyulmuş 01 ədəd kağız bükümün içərisindəki 03 ədəd kağız bükümlərdən müvafiq olaraq təmiz çəkiləri 0,365 qram, 0,370 qram və 0,380 qram olmaqla ümumilikdə təmiz çəkisi 1,115 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 1 ilə yaxındır ki, o narkotik vasitə olan herion və psixotrop maddə metamfetamindən istifadə edir. O müvəqqəti olaraq əmisi arvadı Şahid3 ilə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşamışdır. 31 may 2023-cü il tarixdə o Xudat şəhər sakini Elman adlı şəxslə əlaqə saxlayaraq bildirmişdir ki, ona çəkməyə narkotik vasitə gətirsin. Elman həmin vaxt işi olduğunu bildirmiş və axşam saatlarında onların yaşadıqları evə gələcəyini və özüylə narkotik gətirəcəyini bildirmişdir. Bundan bir gün əvvəl o Xudat şəhəri, Puşkin küçəsində Elman ilə görüşərək sonuncudan narkotik vasitə almaq üçün 20 manat pul vermişdir. Belə ki, 31 may 2023-cü il tarixdə, axşam saat 23:00 radələrində Xudat şəhər sakini Elman adlı şəxs onun Şahid3 ilə yaşadığı ünvana gəlmiş və o Elmanı evə dəvət etmişdir. Elman evə girən zaman cibindən sellafona bükülmüş şəkildə narkotik vasitə çıxarmış və ondan kağız istəmiş və o Elmana dəftər vərəqini cıraraq vermişdir. Həmin zaman Natella da evdə olmuşdur. Lakin Elman oğlunu yatızdırmaq üçün digər otaqda olmuşdur. O isə Elmanla birlikdə narkotik vasitə istifadə etmişdir. Həmin zaman Natella narkotik vasitə qəbul etməmişdir. Bir qədər sonra Elman onların evlərindən çıxıb getmişdir. Növbəti gün saat 14 radələrində onlar evdə olduqları zaman polis əməkdaşları onların yaşadıqları evin qarşısına gəlmişlər. Həmin zaman Natella evin qapısını açmışdır. Polis əməkdaşları evə baxış keçirilməli olmasını evdə narkotik vasitə saxlanılması barədə məlumatın olmasını bildirmişdir. O başa düşmüşdür ki, evdə olan narkotik vasitələr barədə polislərin məlumatı vardır. Bu səbəbdən evə baxış keçirilməsinə razılıq vermişlər. Onların iştirakları ilə evə baxış keçirilən zaman evdə Elmandan aldığı 3 ədəd bükümdə psixotrop maddə patı yəni metamfetamin və 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüş. Həmin aşkar edilən psixotrop maddə və narkotik vasitə ona məxsus olduğundan və o aldığından özünə məxsus olmasını etiraf etmişdir. Həmçinin Elman adlı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin psixotrop maddə və narkotik vasitə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Elman gecə onun yaşadığı evə gələn zaman özü ilə həmin narkotik vasitə və psixotrop maddələri gətirmişdir. Elman ondan kağız istəyərək həmin narkotik vasitə və psixotrop maddəni kağızlara töküb ona vermişdir. Çünki o Elmana 30 may 2023-cü il tarixdə onun üçün narkotik vasitə gətirməsi üçün 20 manat pul vermişdir. Həmin narkotik vasitə və psixotrop maddə ona məxsusdur. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X8 PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin Xudat PB-nin əməliyyat müvəkkili olmaqla polis baş leytenantı rütbəsindədir. 01 iyun 2023-cü il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Şahid3 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Tərəfindən bu məlumat polis bölməsinin rəhbərliyinə raportla məruzə edilmiş və Şahid3 ifşa olunması məqsədilə o, Xaçmaz RPŞnin Xudat PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 və Xaçmaz RPŞ-nin Xudat PB-nin manqa komandiri, polis baş serjantı Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 01 iyun 2023-cü il tarixdə saat 14 radələrində Şahid3 razılığı ilə özü və sonuncu ilə birlikdə həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs iştirakı ilə yaşadıqları yuxarıda qeyd olunan ünvana təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Şahid3 evin mətbəx otağındakı pəncərənin üzərinə qoyulmuş 1 ədəd kağız bükümü təqdim edərək içərisində narkotik vasitə olmasını və birgə yaşadığı Təqsirləndirilən şəxs məxsus olmasını bildirmişdir. Həmin 01 ədəd kağız bükümün içərisinə baxılan zaman orada 4 ədəd kağız büküm olması həmin bükümlərdən 3 ədədinin içərisində psixotrop maddə metamfetaminə bənzər maddə və 1 ədədinin içərisində narkotik vasitə heroinə bənzər maddənin olması müəyyə olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan faktı təsdiq edərək həmin maddələri Elman adlı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa baxış zamanı evdən başqa hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Aşkar edilmiş kağız bükümlər ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə və psixotrop maddə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş ona məxsus olan psixotrop maddəni və narkotik vasitəni Elman adlı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin Xudat PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 və Xaçmaz RPŞ-nin Xudat PB-nin manqa komandiri, polis baş serjantı Şahid1 məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişlər. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunanraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X5 Xudat şəhər sakini kimi tanıyır. Sonuncu ilə aralarında əvvəllər hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə onun ərinin bacısı qızıdır. Qeyd edim ki, Bənövşə onunla birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, SMD- 16 qəsəbəsi, Yataqxana 1, ev 22, mənzil 23-də yaşayır. Onun əri ilə münaqişələri olduğundan əri evdə olmur. Bənövşə bildiyi qədəri ilə Bakı şəhərində qaldığı zamanlarda narkotik aludəçisi olmuşdur. Təxminən 6 aydır ki, patıdan yəni metamfetamindən istifadə edirmiş. 31 may 2023-cü il tarixdə, axşam saat 23:00 radələrində Xudat şəhər sakini Elman adlı şəxs onların yaşadıqları ünvana gəlmiş və Bənövşə sonuncunu evə dəvət etmişdir. Elman evə girən zaman cibindən sellafona bükülmüş şəkildə narkotik vasitə çıxarmış və kağız istəmişdir. Bənövşə evdəki dəftər vərəqini cıraraq Elmana vermişdir. Həmin zaman o da evdə olmuşdur. Lakin o oğlunu yatızdırmaq üçün digər otağa keçmişdir. O bilmişdir ki, Bənövşə və Elman digər otaqda narkotik vasitə istifadə edirlər. O isə narkotik vasitə qəbul etməmişdir. Bir qədər sonra Elman onların evlərindən çıxıb getmişdir. Növbəti gün saat 14 radələrində onlar evdə olduqları zaman polis əməkdaşları onların yaşadıqları evin qarşısına gəlmişlər. Həmin zaman o evin qapısını açmışdır. Polis əməkdaşları evə baxış keçirilməli olmasını evdə narkotik vasitə saxlanılması barədə məlumatın olmasını bildirmişdir. O başa düşmüşdür ki, evdə olan narkotik vasitələr barədə polislərin məlumatı vardır. Bu səbəbdən evə baxış keçirilməsinə razılıq vermişdir. Onlaar yəni o və Bənövşənin iştirakı ilə evə baxış keçirilən zaman evdə Bənövşənin Elmandan aldığı 3 ədəd bükümdə psixotrop maddə patı yəni metamfetamin və 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin aşkar edilən psixotrop maddə və narkotik vasitə Bənövşəyə məxsus olduğundan onların özünə məxsus olmasını etiraf etmişdir. Həmçinin psixotrop maddəni Elmandan 20 manat müqabilində aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin psixotrop maddə narkotik vasitə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bənövşə onun qohumu olduğundan o bu barədə polisə məlumat verməmişdir. Polislər gəldikdə isə onların baxış keçirməsinə etiraz etməmişdir. O heç kimdən narkotik vasitə almamış və heç kimə narkotik vasitə satmamışdır. O narkotik vasitə və yaxud psixotrop maddə istifadə etməmişdir. Lakin o həmin maddələrin nə olmasını Bənövşə istifadə etdiyindən bilmişdir. O Bənövşəyə dəfələrlə bu yoldan çəkinməsini məsləhət bilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X6 tərəfindən baxış keçirilməsi haqqında tərtib edilmiş 01 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin mətbəx otağındakı pəncərədən aşkar edilmiş kağız bükümün içərisindəki 3 ədəd kağız bükümdən daha sonradan psixotrop maddə metamfetamin olması müəyyən edilən maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına keçirilmiş baxışın görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi Dərya oğlunun iştirakları ilə xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X6 yuxarıda qeyd olunan ünvanın qapısı qarşısında özünü təqdim edərək Şahid3 barəsində daxil olmuş məlumat əsasında həmin ünvana baxış keçirilməsi prosesinə başlamasını elan edir. Bundan sonra o qapını döyür. Qapı açılan zaman təhqiqatçı özünü təqdim edərək daxil olmuş məlumata əsasən evə baxış keçirilməli olmasını, müdafiəçinin iştirakı olmadan videoçəkilişlə evə baxış keçirilməsinə hər hansı etirazının olub olmamasını Şahid3 soruşur. Şahid3 hər hansı etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşları mənzilə daxil olurlar. Mənzilə daxil olduqdan sonra təhqiqatçı Şahid3 yaşadığı evində hər hansı qanunsuz əşyanın və yaxud narkotik vasiənin olub-olmamasını, varsa təqdim etməsini bildirir. Bu təklifdən sonra Şahid3 evin mətbəx otağına keçərək pəncərəsindəki bir ədəd bükülünü polis əməkdaşlarına təqdim edir. Təhqiqatçının həmin bükümdə nə olması ilə bağlı sualına narkotik vasitə deyərək cavab verir. Haradan əldə etmisiniz sualına isə onunla birlikdə həmin evdə yaşayan Təqsirləndirilən şəxs Elman adlı şəxsdən həmin bükümdə olan maddələri almasını bildirir. Təqsirləndirilən şəxs isə öz növbəsində Şahid3 dediklərini təsdiq edərək həmin bükümdə olan maddələri Elman adlı şəxsdən ona Xaçmaz rayonu, Xudat şəhəri Puşkin küçəsində verdiyi 20 manat müqabilində almasını, pulu ona xx.xx.2023-cü il tarixdə verməsini, Elmanın isə bükümdə olan maddələri baxışdan 1 gün öncə yəni xx.xx.2023-cü il tarixdə onların ünvanına gətirərərk ona verməsini bildirir. O özünün narkotik vasitə istifadəçisi olmasını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən həmin kağız bükümün içərisi açılaraq baxılan zaman orada 4 ədəd kağız bükümün olması müşahidə edilir. Həmin bükümlərdən birinin açılaraq içərisindəki psixotrop maddə metamfetaminə bənzər maddənin ümumi bükülü kağızın içərisinə tökülməsi müşahidə edilir. Digər iki bükümdə də həmçinin psixotrop maddə metamfetaminə bənzər maddənin olması müşahidə edilir. Digər bir ədəd bükümün içərisində isə narkotik vasitə heroinə bənzər maddənin olması müşahidə olunur. Təqsirləndirilən şəxs evdən bir dəftər gətirərək həmin dəftərin yazı yazılmış və bəzi hissələri kəsilmiş vərəqlərini göstərərək bildirir ki, Elman adlı şəxs onun yaşadığı evə həmin maddələri gətirdiyi zaman ondan kağız istəmiş o isə evdəki baxış zamanı göstərdiyi dəftəri Elmana təqdim etdikdə Elman kağızları kəsərək maddələri kağızların içərilərinə yerləştirmişdir. Həmin vərəqlərlə maddələrin büküldüyü bükümlərin eyni olması müşahidə olunur. Bundan sonra təhqiqatçı tərəfindən aşkar edilmiş bükümlər içərilərindəki maddələrlə birlikdə bir ədəd zərfin içərisində qablaşdırılır və zərfin üzəri möhürlənir. Bundan sonra iştirakçılar tərəfindən zərfin üzəri imzalanır. Disk daşıyıcıda olan videogörüntüyə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özü olduğunu, yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu X3 20 manat müqabilində almasını bir daha etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 02 iyun 2023-cü il tarixli 6/3136 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd üzərində “...A.Bənövşənin təqdim etdiyi NV...” yazılan kağız zərfdə 03 ədəd bükümlərdə təmiz çəkiləri 0.365, 0.370 və 0.380 qram olmaqla ümumilikdə təmiz çəkisi 1.115 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs qızı barəsində məhkəmə narkoloji ekspertizası təyin edilərək keçirilmiş, ekspertizanın 21 iyul 2023-cü il tarixli 4627 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs məxsus yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkisi 1,115 qram olan psixotrop maddə metamfetamin xx.xx.2023-cü il tarixli qərarla və bir ədəd içərisində baxış videogörüntüsü olan disk daşıyıcı xx.xx.2023-cü il tarixli qərarla işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Psixotrop maddə 1,115 qram metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 1,055 qram qalığının saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri Puşkin küçəsində tanışı X4 verdiyi 20 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,115 qram olan psixotrop maddə metamfetamini 31 may 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı ünvan 3 ünvanına gələn Elman Qasımovdan əldə edib qeyd olunan yaşadığı ünvanda saxlamışdır, bu fakt 01 iyun 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin Xudat PB-nin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı yuxarıda qeyd olunan ünvana saat 14:00-dan 14:07-dək olan müddət ərzində keçirilən baxış zamanı evin mətbəx otağındakı pəncərənin dirsəkaltı yerinə qoyulmuş 01 ədəd kağız bükümün içərisindəki 03 ədəd kağız bükümlərdən müvafiq olaraq təmiz çəkiləri 0,365 qram, 0,370 qram və 0,380 qram olmaqla ümumilikdə təmiz çəkisi 1,115 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini ( qadın olmasını və cinayət törədərkən 19 yaşı olması), əldə etdiyi narkotik vasitənin tərkibi və miqdarını, daimi yaşayış yerinin olmaması, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 01 iyun 2023-cü il tarixli protokoldan və müstəntiqin 03 iyun 2023-cü il tarixli təqsirləndiirlən şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 03 iyun 2023-cü il tarixdə saat barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbrinin şərtlərini pozduğuna görə barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə tutularaq aidiyyatı orqanlara təhvil verilmiş və həmin tarixdən etibarən həbsdə saxlanılır. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 iyun 2023-cü ildən 03 iyun 2023-cü ilədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 14 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,115 qram olan psixotrop maddə metamfetamin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,055 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 92 (doxsan iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdən 03 iyun 2023-cü il tarixədək, həbsdə olduğu 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 gün müddət təyin edilmiş cəzasından çıxılsın və üzərində qəti olaraq 03 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,115 qram olan psixotrop maddə metamfetamin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,055 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 92 (doxsan iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-29/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-29/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver