Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-29/2025 10.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Xaçmaz rayonu, Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əməllərində cinayətlərin residivi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 28 iyun 2022-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 03 iyun 2023-cü il tarixdə cəzadan azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroini üzərində saxlamaqla daşımış bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 27 mart 2024cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində saxlanılaraq Polis Şöbəsinə dəvət edilib Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 27 mart 2024-cü il tarixdə saat 20:35-dən 20:50-dək olan vaxt ərzində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Keno club” markalı siqaret qutusunun içərisindən bir ədəd yaşıl rəngli bükümdə təmiz çəkisi 0,478 qram çəkidə olan narkotik vasitə heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, ibtidai istintaq zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu,. Qaraqurtlu kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Müxtəlif yerlərdə fəhləlik etməklə öz dolanışığını təmin edir. Artıq bir müddətdir ki, narkotik vasitə heroindən istifadə edirmiş. 26 mart 2024-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri. M.K.Atatürk küçəsi ilə Xaçmaz şəhərində yerləşən “Bazar’' istiqamətində hərəkət edərkən yolun kənarında bir ədəd siqaret qutusunun olmasını görmüş, həmin qutunun içərisində siqaret olub-olmamasına baxmaq üçün qutunu yerdən götürdüyü zaman içərisində bir ədəd yaşıl rəngli bükümün olmasını görmüşdür. Həmin bükümün içərisinə baxan zaman isə içərisində narkotik vasitə heroin olmasını görmüşdür. Özü qeyd etdiyi kimi, narkotik vasitə istifadəçisi olduğundan həmin bükümü siqaret qutusu ilə birlikdə üzərində saxlamaq qərarına gəlmiş, fikirləşmişdir ki, narkotik vasitəni gələcəkdə istədiyi zaman özüm istifadə edər. 27 mart 2024-cü il tarixdə saat 19 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində tək başına gəzən zaman iki nəfər şəxs ona yaxınlaşmış, onlar polis əməkdaşları olduqlarını bildirərək onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli olmağını bildirmişlər. Həmin zaman ətrafda çoxlu avtomobillər olduğundan və vətəndaşlar sıx olduğundan onu Xaçmaz RPŞ-nə dəvət etmiş, o da onlarla birlikdə Xaçmaz RPŞ-nə getmişdir. Xaçmaz RPŞ-də ona müdafiəçi təqdim edilmiş vəhüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan və tapdığı, içərisində bir ədəd bükümdə narkotik vasitə heroin olan “Keno club” markalı siqaret qutusunu masanın üzərinə qoymuşdur. Müstəntiq tərəfindən həmin siqaret qutusuna baxış keçirilən zaman bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. O, həmin bükümü tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilən zaman çəkisinin 0.5 qram olması müəyyən edilmiş, həmin büküm polis əməkdaşı tərəfindən götürülərək müvafiq qaydada qablaşdırılmış, zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir amma 28 mart 2024-cü il tarixdə polis əməkdaşları qurma qurub onu saxlayıblar. Saxlanılan zaman üstündə narkotik vasitə olmayıb. Bir neçə ay bundan öncə tanış olduğu Əfqan adlı şəxs ona zəng edərək görüşməyi təklif edib, o da razılaşıb. Əfqanla görüşə gəldikdə isə “Xaçmazın kruqu” deyilən yerdə polis əməkdaşları onu saxlayıb şöbəyə apardılar. Həmin vaxtı onun üstündə heç bir narkotik vasitə olmayıb. Amma polislər ona demişdirlər ki, əgər 234.1-ci maddə ilə əməlini etiraf etməsə, onda onun əməlini 234.4.3-cü maddəyə tövsif edəcəklər. Bu səbəbdən də, ibtidai istintaq zamanı özünü təqsirli bilmiş və bütün sənədlərə imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, Şirvanşahlar küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində işləyir. Xaçmaz rayonu, Qaraqurtlu kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan bu səbəbdən də onu saxlamaq qərarına gəlmişlər. Buna görə də 27 mart 2024-cü il tarixdə, saat 19:50-də Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, N.Nərimanov küçəsində saxlamışlar. Ardınca isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması məqsədilə sonuncunu Xaçmaz RPŞnə dəvət etmiş, Təqsirləndirilən şəxs onların dəvəti əsasında Xaçmaz RPŞ-nə gəlmişdir. Ardınca isə Xaçmaz RPŞ-nə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədilə vəkil dəvət olunmuş, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, hüquq və vəzifələri də Təqsirləndirilən şəxs izah olunduqdan sonra vəkilinin iştirakı ilə müstəntiq tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı da Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd “Keno” markalı siqaret qutusunun içərisindən 1 ədəd yaşıl rəngdə sellofan bükümü masanın üzərinə qoymuşdur. Müstəntiq tərəfindən həmin bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu və həmin bükümün ona məxsus olduğunu, həmin bükümü də Xaçmaz şəhərində yerləşən köhnə adı Kirov yeni adı isə M.K.Atatürk küçəsində tapdığını bildirmişdir. Müstəntiq tərəfindən həmin büküm elektron tərəzidə çəkilən zaman büküm ilə birlikdə həmin kütlənin çəkisi 0,5 qram gəlmiş, ardınca isə həmin kütlənin narkotik vasitə olub-olmamasını müəyyən etmək məqsədilə müstəntiq tərəfindən həmin büküm ağ rəngli zərfə qoyulub qablaşdırılaraq möhürləndikdən sonra istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd siqaret qutusu əhəmiyyət kəsb etmədiyinə görə şəxsin özünə qaytarılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilən və ifadəsi məhkəmə isitntaqında elan olunaraq tədqiq edilmiş Xaçmaz RPŞ-nin əməkdaşı Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 28 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1690 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” sözləri yazılmış zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,478 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan məhkəmə-narkoloji ekspertizasının 24 may 2024-cü il tarixli 3670 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan şəxsi axtarış aparılması haqqında 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən təqdim etdiyi 1 ədəd «Keno club» markalı siqaret qutusunun içərisindən 1 ədəd yaşıl rəngli sellofan bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan Təqsirləndirilən şəxs üzərinə 27 mart 2024-cü il tarixdə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülər bir ədəd «CD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin diskə baxış keçirilərkən, Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və sonuncunun əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibindəki “Keno club” markalı siqaret qutusunun içərisindən bir ədəd yaşıl rəngli sellofan bükümdə təmiz çəkisi 0,478 qram çəkidə olan narkotik vasitə heroinin aşkar edilməsinin.görüntüləri öz əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan cinayət işinə əlavə edilmiş DİN-nin BƏSİİ-nin tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə əlaqədar cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 28 iyun 2022-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 03 iyun 2023-cü il tarixdə cəzadan azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroini üzərində saxlamaqla daşımış bu fakt o, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 27 mart 2024-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində saxlanılaraq Polis Şöbəsinə dəvət edilib Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 27 mart 2024-cü il tarixdə saat 20:35-dən 20:50-dək olan vaxt ərzində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Keno club” markalı siqaret qutusunun içərisindən bir ədəd yaşıl rəngli bükümdə təmiz çəkisi 0,478 qram çəkidə olan narkotik vasitə heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi özünümüdafiə xarakterli məqsəd daşıdığını hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, şahidlərlə üzləşdirilməsi, etirafedici ifadəsi və digər istintaq hərəkətlərinin nəticələrini əsas götürür və təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı üzərindən aşkar edilmiş narkotik vasitəsinin ona məxsus olmamasını və polisin təzyiqi nəticəsində ona məxsus olmasını etiraf etməsi ilə bağlı vermiş olduğu ifadəsi məsuliyyətdən yayınmaq məqsədi ilə verildiyini hesab edir və bu hallar tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 27 mart 2024-cü il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməsi haqqında 29 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 29 mart 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(067)-141/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan Xaçmaz rayon Polis şöbəsinin 23 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində 780840 nömrəli axtarış işi açılmış və o, 21 dekabr 2024-cü il tarixdə Xaçmaz rayon ərazisində saxlanılaraq aidiyyəti üzrə Xaçmaz rayon X3 Saxlama Yerinə təhvil verilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə 15 may 2024-cü il tarixdə axtarışa verilmiş və 21 may 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz RPŞ-nin MSY-nə təhvil verilmişdir. Xaçmaz RPŞ-nin müstəntiqi Taleh Ağayevin 23 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tutulmadan azad edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmışdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdən 29 mart 2024-cü il tarixədək, habelə 21 may 2024-cü il tarixdə 23 may 2024-cü il tarixədək həbsdə olduğu cəmi 04 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 21 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,428 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 65 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, habelə 21 may 2024-cü il tarixdə 23 may 2024-cü il tarixədək həbsdə olduğu ümumilikdə 04 gün müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 21 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə qalsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın və barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Xaçmaz rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə heroinin 0,428 qramı məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddianın və müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-29/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-29/2025
10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver