Məhkəmə qərarları › İş №1(067)-3/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-3/2021

10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-3/2021 10.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xacmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndinilən şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2 müdafiəçiləri X3 və Müdafiəçi2 Şəfi oğlunun iştirakı ilə xx xxxxxx 1984-cü ildə Xaçmaz rayonu Yalama kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Xaçmaz rayonu Ukur-oba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx xxxxxx 2019-cu il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə, xx xxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,evli,orta təhsilli,işləməyən, məhkum olunmamış,Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti ev 1, mənzil 24A ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx xxxxxx 2019-cu il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə, təqsirləndirilmələrinə dair cinayət işinə acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində quru hava şəraitində özünə məxsus «VAZ-21063» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtolmobili idarə edib Yalama-SDK avtomobil yolu ilə SDK istiqamətində saatda 70 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riyayət etməmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub avtomobili yaşayış məntəqsi daxilində saatda 60 kilometrdən çox sürətlə idarə edərək həmin yolun Xaçmaz rayonu Düztahir-oba kəndi ərazisindən keçən hissəsində qarşıdan gələn Təqsirləndirilən şəxs2 idarə etdiyi «BYDGF3» markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağını çıxdığını görüb idarə etdiyi avtomobili yolun əks hərəkət zolağına çıxararaq sonuncunun idarə etdiyi «BYDGF3» markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «BYDGF3» markalı avtomobilin sürücü Təqsirləndirilən şəxs2 sağ ayaqda qayıqvari sümüyün sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs4 sol təpə nahiyəsinin çapıqlaşmış yarası kimi sağlamlığa zərər vurmayan xəsarət almasına, «VAZ-21063» markalı avtomobildə olan sərnişinlər 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 sağ budun qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs2 alın nahiyəsinin əzilmiş yarası və sağ çiyin nahiyəsinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və Zərərçəkmiş şəxs3 qızının alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək «BYDGF3» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 6269 manat məbləğində maddi ziyan vurulması ilə nəticələnən yol hərəkəti qaydalarını pozmuşdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində quru hava şəraitində etibarnamə əsasında idarə etdiyi «BYDGF3» markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtolmobili sərxoş vəziyyətdə idarə edib Xaçmaz rayonu Düztahir-oba kənd yolundan Yalama-SDK yoluna dönüb saatda 15 km sürətlə Yalama kəndi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq təhlükəsiz manevr etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, dönmə əməliyyatı aparmazdan əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyini təmin etməyən manevr aparmamalı, dönmə əməliyyatını yerinə yetirərkən avtomobili əks hərəkət zolağına çıxarmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riaət etməmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinin tələblərini pozub avtomobili hərəkət təhlükəsizliyi üçün təhlükə törədən alkoqoldan istifadə edib sərxoş vəziyyətdə idarə edərək həmin yolun Xaçmaz rayonu, Düztahir-oba kəndi ərazisindən keçən hissəsində əks hərəkət zolağına çıxıb qarşıdan gələn «VAZ-21063» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtolmobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkəti üçün təhlükə yaratdığından sonuncu avtomobili sola istiqamətləndirib əks hərəkət zolağına çıxmış və özü də idarə etdiyi «BYDGF3» markalı avtomobili öz hərəkət zolağına istiqamətləndirib Təqsirləndirilən şəxs1 idarə etdiyi «VAZ-21063» markalı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sürücü Təqsirləndirilən şəxs1 alın nahiyəsinin sıyrığı, sağ diz nahiyəsinin sıyrılmış yarası, sağ budun və sağ baldırın qançırları, sağ diz oynağında hemartoz (oynağa qan yığılma) kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, həmin avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 alın nahiyəsinin əzilmiş yarası və sağ çiyin nahiyəsinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs3 qızının alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 sağ budun qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, öz avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs4 isə sol təpə nahiyəsinin çapıqlaşmış yarası kimi sağlamlığa zərər vurmayan xəsarət alması və «VAZ-21063» markalı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs1 1915 manat məbləğində maddi ziyan vurulması ilə nəticələnən yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ifadə verərək göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, lakin özlərinə məxsus şəxsi təsərrüfatda çalışaraq ailələrinin dolanışığına köməklik göstərir. Zərərçəkmiş şəxs2 həmkəndlisidir. Ramin və onun ailə üzvləri ilə münasibəti yaxşıdır, aralarında ədavət və düşmənçilik olmamış, hazırda da yoxdur. xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 onu, arvadı İmamatı və azyaşlı oğlu Rizvanı idarə etdiyi avtomobillə Qusar rayonu İçəxur-oba kəndinə, qayınatasının evinə aparmasını xahiş etmişdir. O, etiraz etməmiş, bundan sonra Zərərçəkmiş şəxs2 və onun ailə üzvlərini özünə məxsus «VAZ-21063» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə götürüb yaşadıqları Xaçmaz rayonu Ukuroba kəndindən Qusar rayonu İçəxur-oba kəndi istiqamətinə hərəkətə başlamışdır. Zərərçəkmiş şəxs2 avtomobildə qabaq sərnişin yerində, onun yanında, onun arvadı İmamat və azyaşlı oğlu Zərərçəkmiş şəxs1lar isə arxa oturacaqda əyləşmiş və o, avtomobili SDK-Yalama yolunun özünə aid hərəkət zolağı ilə təxminən saatda 70 km sürətlə Yalama istiqamətində hərəkət etdirmişdir. Həmin yolun Xaçmaz rayonu Düztahir-oba kəndi ərazisindən keçən hissəsinə çatanda Düztahir-oba kənd sakini kimi əvvəllər qiyabi olaraq tanıdığı İlqar adlı şəxsin idarə etdiyi «BYDGF» markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə sol tərəfdən, kənd yolundan birbaşa onun yoluna çıxdığını və üstünə gəldiyini görmüşdür. Həmin vaxt aralarında təxminən 40-45 metr məsafə olmuş, yolun sağ kənarında avtomobillər dayanmış və bir neçə nəfər tanımadığı şəxslər olmuşdur. Buna görə də o, İlqarın avtomobilinin üstünə gəldiyini görəndə hər hansı bir hadisə baş verməsin deyə avtomobilin sükanını bir qədər sola meylləndirib tormozlama etmiş və bu zaman İlqar da avtomobilini yenidən sağa döndərmişdir. Artıq aralarındakı məsafə tam azaldığından hadisənin qarşısını almaq mümkün olmamış və əks hərəkət zolağında avtomobillər qarşıqarşıya toqquşmuşdur. Nəticədə onun avtomobilində olan sərnişinlər Zərərçəkmiş şəxs2, onun arvadı İmamat və azyaşlı oğlu Rizvan müxtəlif xəsarətlər almış, buna görə də dərhal hadisə yerinə X14 çağırılmışdır. Avtomobildən düşəndə toqquşduğu avtomobilin sürücüsü İlqarın sərxoş vəziyyətdə olduğunu hiss etmiş, bundan bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları, həmçinin X14 maşını gəlmiş və avtomobilində olmuş Mirzəxanovlar X14 maşını ilə xəstəxanaya yola salınmışdır. Bundan sonra İlqar və o, özü polis əməkdaşları ilə birlikdə hadisə yerinin müayinəsində iştirak etmiş və bununla bağlı tərtib edilmiş protokolu, həmçinin hadisə yerinin sxemini imzaları ilə təsdiq etmişlər. Hadisə yerinə gəlmiş Dövlət Yol Polis əməkdaşı alkotestr vasitəsi ilə həm onun, həm də İlqarın sərxoşluğunu yoxlamış, müayinədən sonra İlqarın sərxoş vəziyyətdə olması məlum olmuşdur. Hətta o, özü də sorğu zamanı içkili olduğunu etiraf etmiş və bundan sonra polis əməkdaşları izahatlarının alınmasından ötrü onları Yalama PB-nə dəvət etmişlər. O, həmçinin göstərmişdir ki, idarə etdiyi qeyd olunan avtomobilə dair müvafiq sənədləri və sürücülük vəsiqəsi vardır. Təqsirləndirilən şəxs2 qonşu Düztahir-oba kənd sakini kimi əvvəllər qiyabi olaraq tanımış, lakin onunla aralarında heç bir münasibət, o cümlədən ədavət və düşmənçilik olmamış, hazırda da yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ifadə verərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır və rəsmi olaraq heç yerdə işləmir. ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşasa da, Xaçmaz rayonu Düztahir-oba kəndində də evi vardır və həmin evə əsasən yay mövsümlərində gəlib-gedir. xx xxxx 2019-cu il tarixdə özünə məxsus «BYDGF 3» markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu Düztahir-oba kəndində yerləşən evinə baş çəkmək üçün həmin ünvana gəlmiş və yolda olarkən əmisi oğlu Zərərçəkmiş şəxs4 zəng edib avtomobildə olan əşyaları evinə boşaltmaqda ona köməklik etməsini xahiş etmişdir. Təxminən saat 20 radələrində Düztahir-oba kəndinin içərisində Müzdəlif Asvarov onu qarşılamış və Mizdəlifi avtomobilə götürəndən sonra o, onlara kömək etmək üçün gedib digər qohumları Şahid da götürməyi təklif etmişdir. O, etiraz etməmiş, Müzdəlif avtomobildə qabaq sərnişin yerində, onun yanında əyləşmiş, bundan sonra onlar birlikdə Tacəddinin evinə gedib onu da götürmüş və Tacəddin avtomobildə arxa oturacaqda əyləşəndən sonra avtomobili hərəkətə gətirib özünə məxsus evə getmək üçün Yalama-SDK avtomobil yoluna çıxmışdır. Həmin yolun özünə aid sağ hərəkət zolağının kənarı ilə saatda təxminən 15 km sürətlə hərəkətdə olduğu zaman qarşıdan, onunla üzbəüz Yalama istiqamətindən hərəkətdə olan əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 idarə etdiyi «VAZ-2106» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağıma çıxdığını görmüş və Təqsirləndirilən şəxs1 avtomobilini görəndə aralarında təxminən 10-15 metr məsafə olmuşdur. Aralarındakı məsafə az olduğundan hadisədən yayına bilməmiş və Təqsirləndirilən şəxs1 avtomobili ilə onun avtomobili qarşı-qarşıya toqquşmuşdur. Dərhal avtomobilində olan Müzdəlifdən və Tacəddindən xəsarət alıb-almamalarını soruşmuş, onlar elə bir ciddi xəsarət almadıqlarını demiş və o, özü isə sağ ayağının topuq nahiyəsindən xəsarət almışdır. Radikdən başqa onun avtomobilində bir neçə sərnişinin olması sonradan ona məlum olmuş və həmin sərnişinlərin də xəsarət aldıqlarını eşitmişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları və X14 maşını gəlmiş, Radikin avtomobilində olan və xəsarət almış sərnişinlər X14 maşını ilə xəstəxanaya aparılmışdır. Təqsirləndirilən şəxs1 və o, özü polis əməkdaşları ilə birlikdə hadisə yerinin müayinəsində iştirak etmiş, hadisə yerinin müayinəsi başa çatandan sonra hər ikisi tərtib edilmiş protokola və hadisə yerinin sxeminə imza etmişlər. İdarə etdiyi avtomobilə dair müvafiq sənədləri və sürücülük vəsiqəsi vardır. O, həmçinin göstərmişdir ki, hadisə zamanı sərxoş olmamış və həmin gün ümumiyyətlə spirtli içki qəbul etməmişdir. Bir gün əvvəl Bakı şəhərində spirtli içki qəbul etdiyindən hadisə yerində polis əməkdaşları tərəfindən alkotestr vasitəsi ilə sərxoşluğu yoxlanılarkən ola bilsin ki, bir gün əvvəl qəbul etdiyi həmin spirtli içkinin iyinə görə içkili olduğu qeyd olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada özünə məxsus təsərrüfatda çalışaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 həmkəndlisi olmaqla qohumudur. Təqsirləndirilən şəxs1 və onun ailə üzvləri ilə münasibəti yaxşıdır, aralarında ədavət və düşmənçilik olmamış, hazırda da yoxdur. xx xxxx 2019-cu il tarixdə təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs1 özünə məxsus avtomobillə onu və ailə üzvlərini qayınanası Fatimatla bayramlaşmaq üçün onun yaşadığı Qusar rayonu İçəxuroba kəndinə aparmasını xahiş etmişdir. O, etiraz etməmiş, o, arvadı İmamat və 2007-ci ildə anadan olmaqla azyazlı oğlu Rizvanla birlikdə Radikə məxsus «VAZ-21063» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, özü Radikin yanındakı qabaq oturacaqda, arvadı İmamat və oğlu Zərərçəkmiş şəxs1lar isə arxa oturacaqda oturmuşlar. Bundan sonra Radik avtomobili hərəkətə gətirmiş və onlar yaşadıqları Xaçmaz rayonu Ukuroba kəndindən çıxıb Yalama-SDK yolu ilə Qusar rayonu istiqamətində hərəkətə başlamışlar. Radik avtomobili yolun özünə aid hərəkət zolağı ilə təxminən saatda 70-80 km sürətlə hərəkət etdirmiş, həmin yolun Xaçmaz rayonu Düztahir-oba kəndi ərazisindən keçən hissəsinə çatanda qarşılarında, onlardan təxminən 40-45 metr aralıdan şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs2 idarə etdiyi markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli avtomobillə hərəkətlərinin sol tərəfindəki Düztahir-oba kənd yolundan onların hərəkət zolağına çıxdığını və üstlərinə gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs1 həmin avtomobilin üstlərinə gəldiyini görən kimi onunla toqquşmamaq üçün avtomobili sola meylləndirib tormozlama etmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 da idarə etdiyi avtomobillə yenidən öz yoluna, yəni sağ hərəkət zolağına qayıtmış və bu zaman Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə onların olduğu avtomobil toqquşmuşdur. Toqquşma zamanı o, özü sifət nahiyəsindən xəsarət almış, arxa oturacaqda oturmuş arvadı İmamat və azyaşlı oğlu da müxtəlif xəsarətlər almışlar. Hadisə yerinə gələn şəxslərdən kimsə dərhal X14a və polisə zəng edib hadisə barədə məlumat vermişdir. Bundan bir neçə dəqiqə sonra hadisə yerinə X14 və polis əməkdaşları gəlmiş, orada olan şəxslər onu, arvadı İmamatı və azyaşlı oğlu Rizvanı X14 avtomobili ilə Xaçmaz MRX-na xəstəxanaya yola salmış və bundan sonra orada baş verənlərdən xəbəri olmamışdır. Xəstəxanada müayinə zamanı özünün alın nahiyəsinin əzildiyi və sağ çiyninin sıyrıldığı, arvadı İmamatın alt dodağının əzilib cırıldığı, oğlu Rizvanın isə sağ budunun sındığı müəyyən edilmiş və həkimlər tərəfindən hər üçünə tibbi yardım göstərilmişdir. Onların avtomobili ilə toqquşan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 qonşu kənddən olduğunu və hadisə zamanı onun içkili vəziyyətdə olduğunu sonradan eşitmiş, lakin şəxsən özü əvvəllər Təqsirləndirilən şəxs2 tanımamış və onunla aralarında heç bir münasibət olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 qızı ifadə verərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs1 həmkəndlisidir. Təqsirləndirilən şəxs1 və onun ailə üzvləri ilə münasibətləri yaxşıdır, aralarında ədavət və düşmənçilik olmamış, hazırda da yoxdur. xx xxxx 2019-cu il tarixdə təxminən saat 20 radələrində əri Zərərçəkmiş şəxs2 Radikdən onun valideynləri ilə bayramlaşmaq üçün onları özünə məxsus avtomobillə valideynldərinin yaşadıqları Qusar rayonu İçəxur-oba kəndinə aparmasını xahiş etmişdir. Radik etiraz etməyib razılıq vermiş, bundan sonra o, əri Ramin və 2007-ci ildə anadan olmaqla azyaşlı oğlu Rizvanla birlikdə evlərinin qarşısında Radikə məxsus «VAZ-21063» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, Ramin qabaq oturacaqda, Radikin yanında, o, isə azyaşlı oğlu Rizvanla birlikdə arxa oturacaqda oturmuşdur. Onlar yaşadıqları Xaçmaz rayonu Ukuroba kəndindən çıxıb Yalama-SDK yolu ilə üzü Qusar rayonu istiqamətində hərəkətə başlamış və Radik avtomobili yolun özünə aid hərəkət zolağı ilə təxminən saatda 70-80 km sürətlə hərəkət etdirmişdir. Həmin yolun Xaçmaz rayonu Düztahir-oba kəndi ərazisindən keçən hissəsinə çatanda ağ rəngli bir avtomobilin kənd yolundan çıxıb onlarla üzbəüz gəlməyə başladığını görmüşdür. İlk əvvəl həmin avtomobilə fikir verməsə də, sürücü Radik «bu nə edir» deyəndə həmin avtomobilə tərəf baxmış və onun təxminən 30 metr məsafədən onlara aid hərəkət zolağı ilə üzbəüz üstlərinə gəldiyini görmüşdür. Əvvvəlcə həmin avtomobilin öz yoluna qayıtmadığını görən Radik yolun sağ tərəfində avtomobillər olduğuna görə avtomobili sola tərəf meylləndirib tormozlama etmiş və bundan sonra həmin avtomobil də dönüb öz yoluna qayıtmışdır. Lakin sürücülər hadisədən yayına bilməmiş və avtomobillər arasında toqquşma baş vermişdir. Toqquşma zamanı oğlu və o, arxa oturacaqda olsalar da, zərbədən sonra hər ikisi xəsarət almış və qorxub bərk həyəcanlanmışdır. Əri Raminin də sifət nahiyəsindən xəsarət aldığını sonradan bilmiş, bir qədər sonra hadisə yerinə gələn X14 avtomobili ilə hər üçü Xaçmaz MRX-na gətirilmiş və bundan sonra hadisə yerində baş verələrdən xəbəri olmamışdır. Xəstəxanada müayinə zamanı onun alt dodağının əzilib cırıldığı, əri Raminin alın nahiyəsinin əzildiyi və sağ çiyninin sıyrıldığı, oğlu Rizvanın isə sağ budunun sındığı müəyyən edilmiş və həkimlər tərəfindən hər üçünə tibbi yardım göstərilmişdir. Hadisə zamanı onların olduqları avtomobillə toqquşan avtomobilin sürücüsünün qonşu kənd sakini Təqsirləndirilən şəxs2 olduğunu və onun hadisə zamanı içkili olduğunu sonradan eşitmişdir. Lakin şəxsən özü əvvəllər Təqsirləndirilən şəxs2 tanımamış və onunla heç bir münasibəti olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadə verərək göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin özünə məxsus fərdi təsərrüfatda çalışaraq ailəsini dolandırır. xx xxxx 2019-cu il tarixdə saat 17 radələrində Bakı şəhərində yaşayan əmisi oğlu Təqsirləndirilən şəxs2 ona zəng edərək yaşadıqları Xaçmaz rayonu Düztahiroba kəndinə gəldiyini demiş və yola çıxıb onu qarşılamasını xahiş etmişdir. Telefon əlaqəsindən sonra yola çıxanda İlqarın artıq kəndin içərisində, Yanvar adlı şəxsin kafesinin qarşısında pivə içən kənd uşaqları ilə dayanıb söhbət etdiyini görmüşdür. O, yaxınlaşanda hətta İlqarın kənd uşaqlarına qulluq etməyi təklif etdiyini və kənd uşaqlarının ona minnətdarlıqlarını bildirdiklərini eşitmişdir. İlqar onu görən kimi kənd uşaqlarından ayrılıb yanına gəlmiş və görüşəndən sonra İlqara məxsus «BYDGF 3» markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. Söhbət əsnasında İlqar ona avtomobildə müəyyən əşyalar olduğunu demiş və həmin əşyaları ev boşaltmaqda ona köməklik göstərməsini xahiş etmişdir. O, etiraz etməmiş və onlara köməklik göstərmək üçün gedib digər qohumları Tacəddini də götürməyi təklif etmişdir. Bundan sonra onlar birlikdə İlqara məxsus avtomobillə Tacəddingilə getmiş, həmin vaxt Tacəddin evdə olmuş və onu avtomobilə götürüb İlqarın evinə getmək üçün yola düşmüşlər. Özü avtomobildə qabaq sərnişin yerində, İlqarın yanında, Tacəddin isə arxa oturacaqda əyləşmiş, İlqar özünə məxsus evin yerləşdiyi əraziyə keçmək üçün Yalama-SDK avtomobil yoluna çıxıb sağa dönmüş və yolun sağ tərəfi ilə saatda 10-20 km sürətlə hərəkətini davam etdirmişdir. Bu zaman qarşıdan onlarla üzbəüz gələn, qonşu Ukur-oba kənd sakini Təqsirləndirilən şəxs1 idarə etdiyi «VAZ-21063» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə üstlərinə gəlmiş və onların olduğu avtomobilin qabaq sol tərəfi ilə toqquşmuşdur. Toqquşmadan sonra onlar avtomobildən düşmüş, Tacəddin heç bir xəsarət almamış, o, özü elə də ciddi xəsarət almadığı üçün həkimə müraciət etməmiş, İlqar isə ayaq nahiyəsinin əzildiyini demişdir. Toqquşduqları avtomobilə yaxınlaşanda həmin avtomobildə sürücü Radikdən başqa sərnişinlərin olduğunu və onların xəsarət aldıqlarını görmüşdür. Bundan sonra kimsə X14 çağırmış, təxminən yarım saatdan sonra hadisə yerinə X14 avtomobili gəlmiş və onlar Radikin avtomobilində olan sərnişinləri xəstəxanaya yola salmışlar. Sonra isə hadisə yerinə polis əməkdaşldarı gəlmiş və onlar hadisə yerini müayinə edərkən sürücülər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da polis əməkdaşları ilə birlikdə müayinədə iştirak etmişlər. O, həmçinin göstərmişdir ki, onların avtomobili ilə toqquşmuş avtomobilin sürücüsü Raik Tahirovu və onun avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs2 qonşu kənd sakinləri kimi tanımış, lakin onlarla onun arasında yaxın münasibət, o cümlədən ədavət və düşmənçilik olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs xx xxxx 2007-ci ildə anadan olmuş azyaşlı Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi X5 iştirakı ilə ifadə verərək göstərmişdir ki, o, valideynləri ilə birlikdə yaşayır və Xaçmaz rayonu Yalama tam orta məktəbinin 6-cı sinfində oxuyur. xx xxxx 2019-cu il tarixdə təxminən saat 20 radələrində atası Ramin və anası İmamatla birlikdə həmkəndliləri Təqsirləndirilən şəxs1 idarə etdiyi «VAZ-21063» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonu İçəxur-oba kəndində yaşayan nənəsi Fatimatgilə getmiş, atası Ramin sürücü Radikin yanındakı qabaq sərnişin yerində, anası İmamatla özü isə arxa oturacaqda oturmuşdur. Yalama-SDK yolu ilə hərəkət edib həmin yolun Xaçmaz rayonu Düztahir-oba kəndi ərazisindən keçən hissəsinə çatanda kənd yolundan çıxan ağ rəngli bir avtomobilin üstlərinə gəldiyini görmüşdür. Olduqları avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 üstlərinə gələn avtomobillə toqquşmamaq üçün avtomobili bir qədər sola çəkmiş, bu zaman qarşıdan gələn avtomobil də öz hərəkət zolağına qayıtmış və buna görə də onların avtomobili ilə qarşıdan gələn həmin avtomobil toqquşmuşdur. Zərbədən o, xəsarət almış və qorxub özünü itirmişdir. Anası İmamatın və atası Raminin də xəsarət aldıqlarını sonradan bilmiş, bundan sonra o, anası və atası birkikdə hadisə yerinə gəlmiş X14 maşını ilə xəstəxanaya gətirilmişlər. Xəstəxanada müayinə zamanı atasının alın nahiyəsinin əzildiyi və sağ çiyninin sıyrıldığı, anasının alt dodağının əzilib cırıldığı, özünün isə sağ budunun sındığı müəyyən edilmiş və həkimlər tərəfindən hər üçünə tibbi yardım göstərilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin qanuni nümayəndəsi X8 ifadə verərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, təqaüdçüdür. Zərərçəkmiş şəxs2 doğma oğlu, Zərərçəkmiş şəxs3 qızı gəlini, xx xxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 nəvəsi, Təqsirləndirilən şəxs1 isə həmkəndlisi olmaqla qohumudur. Oğlu Ramin, arvadı İmamat və azyaşlı oğlu Rizvan hazırda onunla birlikdə yaşayırlar. Həm oğlu Ramin və onun ailə üzvləri, həm də həmkəndlisi Təqsirləndirilən şəxs1la münasibəti yaxşıdır, aralarında hər hansı bir narazılıq olmayıb və hazırda da yoxdur. xx xxxx 2019-cu il tarixdə təxminən saat 20 radələrində oğlu Ramin arvadı İmamat və azyaşlı oğlu Zərərçəkmiş şəxs1larla birlikdə evlərinin qarşısında Təqsirləndirilən şəxs1 idarə etdiyi «VAZ-21063» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturub Qusar rayonu İçəxur-oba kəndində yaşayan qayınatasının evinə getmək üçün yola çıxmışdır. Onlar gedəndən bir qədər sonra Ramingilin Yalama-SDK avtomobil yolu ilə Qusar rayonu istiqamətində hərəkətdə olarkən Xaçmaz rayonu Düztahiroba kəndi ərazisində qəzaya düşdüklərini, nəticədə oğlu Ramin, gəlini İmamat və Rizvan xəsarət aldıqları üçün onların Xaçmaz MRX-na aparıldıqlarını eşitmişdir. Mən məlumatı alan kimi dərhal Xaçmaz MRX-na gəlmiş, xəstəxanada müayinə zamanı Raminin alın nahiyəsinin əzildiyi və sağ çiyninin sıyrıldığı, İmamatın alt dodağının əzilib cırıldığı, azyaşlı Rizvanın isə sağ budunun sındığı müəyyən edilmişdir. Həkimlər tərəfindən Raminə və İmamata tibbi yardım göstəriləndən sonra onlar evə buraxılmış, Rizvan isə müalicə üçün xəstəxanaya yerləşdirildiyindən özü onun yanında xəstəxanada qalmışdır. Sonradan Ramindən və İmamatdan eşitmişdir ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil Düztahir-oba kənd sakini Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə toqquşmuşdur. Ozü Təqsirləndirilən şəxs2 qonşu kənd sakini kimi qiyabi olaraq tanısa da, onunla aralarında heç bir münasibət, o cümlədən ədavət və düşmənçilik olmamışdır. Lakin şəxsən özü həmin hadisənin dəqiq olaraq necə və hansı şəraitdə baş verməsini görməmiş və bu barədə ətraflı bilməmişdir. Məhkəmədə iclasında Şahid ifadə verərək göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin özünə məxsus fərdi təsərrüfatda çalışaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs2 qohumudur. Onunla münasibəti yaxşıdır, aralarında ədavət və düşmənçilik olmaymışdır. xx xxxx 2019-ci il tarixdə saat 17 radələrində evdə olduğu zaman Təqsirləndirilən şəxs2 «BYDGF 3» markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə qohumları Zərərçəkmiş şəxs4la birlikdə onun yaşadığı evə gəlmiş və görüşəndən sonra İlqar ona avtomobilində olan əşyaların evinə boşaldılmasında köməklik göstərilməsini xahiş etmişdir. O, etiraz etməmiş və avtomobildə arxa oturacaqda əyləşmişdir. Bundan sonra onlar üçü birlikdə İlqara məxsus avtomobillə İlqarın evi olan əraziyə keçmək üçün Yalama-SDK avtomobil yoluna çıxıb sağa dönmüşlər. İlqar avtomobili yolun sağ tərəfi ilə saatda 10-20 km sürətlə hərəkət etdirərkən qarşıdan, onlarla üzbəüzdən gələn qonşu Ukur-oba kənd sakini Təqsirləndirilən şəxs1 idarə etdiyi «VAZ- 21063» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə üstlərinə gələrək onların olduqları avtomobilin qabaq sol tərəfi ilə toqquşmuşdur. Toqquşmadan sonra onlar avtomobildən düşmüş, özü heç bir xəsarət almamış, Mizdəlif də ciddi xəsarət almadığını demiş, lakin İlqar özü ayaq nahiyəsinin əzildiyini bildirmişdir. Toqquşduqları avtomobilə yaxınlaşanda həmin avtomobildə sürücü Təqsirləndirilən şəxs1 başqa sərnişinlərin olduğunu və onların xəsarət aldıqlarını görmüşdür. Bundan sonra kimsə X14 çağırmış, təxminən yarım saatdan sonra hadisə yerinə X14 maşını gəlmiş və onlar Radikin avtomobilində olan sərnişinləri xəstəxanaya yola salmışlar. Sonra isə hadisə yerinə polis əməkdaşldarı gəlmiş, sürücülər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Xaçmaz Rayon Polis Şöbəsinin müstəntiqi X6 təqsirləndirilən şəxsləri tanımadığını, onlarla qohumluğunun və ədavətinin olmadığını, hadisə baş verdikdən dərhal sonra hadisə yerinə getdiyini, hadisə yerinin baxışı protokolunu tərtib etdiyini, bucaq ekspertizası təyin edərək hadisənin baş vermə mexanizmini sxem üzrə aydınlaşdırdığını, həmin vaxt Təqsirləndirilən şəxs2 içkili olduğunu və alkotester müayinəsinin də bu halı təsdiq etdiyini, alkotester müayinəsi aparıldığı üçün təqsirləndirilən şəxsi alkoqol müayinəsinə aparmağa zərurət olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil torpaq yolla hərəkətdə olmamışdır və hadisə yerinin sxemindən də bu müəyyən olunur, avtomaşınların hərəkət trayektoriyasının ölçüləri sxemdə göstərilmişdir və ekspert rəyindən də müəyyən olunur ki, hər iki şəxsin hadisənin qarşısını almaq üçün texniki imkanları olmuşdur. Təqsirləndirilən şəxs2 hadisə baş verən zaman içkili vəziyyətdə olması və avtomobili içkili idarə etməsi diskdən və alkotester müayinəsindən müəyyən olunur. Təqsirləndirilən şəxslərin əməli onun tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmədə iclasında şahid qismində ifadə vermiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanası “Publik hüquqi şəxsi”ndə həkim narkoloq vəzifəsində işləyən X4 ifadə verərək göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır, onlarla qohumluğu və ədavəti yoxdur, Təqsirləndirilən şəxs2 sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını o imzalamışdır, disk və alkotester göstəricilərinə əsasən o, aktı imzalamışdır, alkotester nəticələrinə əsasən onun belə bir rəy vermək hüququ vardır, lakin Təqsirləndirilən şəxs2 ona təqdim olunmamışdır və təqsirləndirilən şəxsi görmədən alkotester göstəriciləri əsasında rəy vermişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixdə hadisə yerinə baxış protokolundan müəyyən olunur ki, xx xxxx 2019-cu il tarixdə hadisə yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə yeri Xaçmaz rayonu Yalama-SDK yolunun Xaçmaz rayonu Düztahiroba kəndi ərazisindən keçən hissəsidir. Həmin yerdə yolun hərəkət hissəsinin eni 7,6 metr olmaqla asfalt örtüklüdür. Yalama istiqamətinə görə (bundan sonra bütün ölçmələr həmin istiqamətə görə aparılacaqdır) yolun sağ ehtiyat hissəsinin eni 2,7 metr, sol ehtiyat hissəsinin eni isə 2,8 metrdir və həmin yerdə asfalt yoldan Düztahir-oba kəndinə getmək üçün iki çınqıl örtüklü ara yollar vardır. Müəyyən edilmişdir ki, avtomobillər arasında toqquşma Yalama istiqamətinə görə yolun asfalt örtüklü hərəkət hissəsi ilə sağ ehtiyat hissənin birləşdiyi yerdə baş vermiş, «BYDGF 3» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 Düztahir-oba kənd yolundan asfalt yola çıxdığı yerdən toqquşma yerinə kimi 28,5 metr məsafə qət etmişdir. «VAZ-21063» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hadisədən yayınmaq üçün avtomobilin sükanını sola meylləndirəndən sonra toqquşma yerinə kimi çəpinə 8,5 metr tormozlama etmişdir. Həmçinin müəyyən edilmişdir ki, hadisədən əvvəl hər iki avtomobil texniki cəhətdən saz vəziyyətdə olmaqla «VAZ-21063» markalı avtomobil SDK istiqamətində, «BYDGF3» markalı avtomobil isə Xaçmaz rayonu Düztahir-oba kənd yolundan Yalama_SDK yoluna çıxıb Yalama istiqamətində hərəkətdə olmuş, hadisə zamanı «VAZ-21063» markalı avtomobildə sürücüdən başqa üç nəfər, «BDYGF3» markalı avtomobildə isə sürücüdən başqa iki nəfər sərnişin olmuş, həmçinin sürücülər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 idarə etdikləri avtomobillərə dair müvafiq sənədləri və sürücülük vəsiqələri vardır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx xxxx 2019-cu il tarixli, 314 saylı akta əsasən sürücü Təqsirləndirilən şəxs1 hadisə zamanı ayıq vəziyyətdə, 315 №-li akta əsasən sürücü Təqsirləndirilən şəxs2 isə hadisə zamanı yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan «Avtoservis və Ticarət Müəssisəsi» Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyasının xx xxxx 2019-cu il tarixli, 494 saylı ziyan aktına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində 2014-cü il buraxılışlı, qeydiyyat şəhadətnaməsi AD № 139993, «BYDGF3» markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilib zədələnməsi nəticəsində həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 ümumilikdə cəmi 6269 (altı min iki yüz altmış doqquz) manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan «Avtoservis və Ticarət Müəssisəsi» Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyasının xx xxxxxxxx 2019-cu il tarixli, t-537 saylı ziyan aktına əsasən yolnəqliyyat hadisəsi nəticəsində 1988-ci il buraxılışlı, qeydiyyat şəhadətnaməsi AD № 185665, «VAZ-21063» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilib zədələnməsi nəticəsində həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 ümumilikdə cəmi 1915 (bir min doqquz yüz on beş) manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 315 №-li rəyinə əsasən məhkəmə-tibbi müayinə zamanı 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 bədəni üzərində alın nahiyəsinin sıyrılmış yarası, sağ budun və sağ baldırın qançırları, sağ diz oynağında hematoz (oynağa qan yığılma) kimi, bərk küt əşya (əşyalar) təsirindən törənməklə, xx xxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ biləen və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər olmuşdur. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 316 №-li rəyinə əsasən məhkəmə-tibbi müayinə zamanı 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 qızının bədəni üzərində alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası kimi, bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti xx xxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqldiyyat hadisəsi zamanı əmələ gələ bilən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət olmuşdur. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 317 №-li rəyinə əsasən məhkəmə-tibbi müayinə zamanı 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində alın nahiyəsinin əzilmiş yarası və sağ çiyin nahiyəsinin sıyrığı kimi, bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti xx xxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 345 №-li rəyinə görə məhkəmə-tibbi müayinə və xəstəlik tarixində qeyd olunanlara əsasən 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ budun qapalı sınığı kimi, bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti xx xxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilən və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət aşkar edilmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 350 №-li rəyinə görə məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş tibbi sənəddə qeyd olunanlara əsasən 1960-cı il təvəlllüdlü Təqsirləndirilən şəxs2 bədəni üzərində sağ ayaqda qayıqvari sümüyün sınığı kimi, bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti xx xxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilən və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət olmuşdur. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 752 №-li rəyinə əsasən məhkəmə-tibbi müayinə zamanı 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 bədəni üzərində sol təpə nahiyəsinin çapıqlaşmış yarası kimi, bərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti xx xxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilən və sağlamlığa zərər vurmayan xəsarətlərə aid dərəcəsi təyin olunmayan xəsarət olmuşdur. İş materiallarında olan Kompleks məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmətrasoloci ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 17221 №-li rəyinə əsasən: Nəqliyyat vasitələri ilkin kontakt anında «VAZ-21063» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nisbətən sağ sahəsi (qabaq sağ qanad) ilə «BYDGF3» markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol sahəsi (qabaq sol qanad) arasında toqquşma təxminən 40-45 dərəcə bucaq altında baş vermişdir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə nəqliyyat vasitələri arasında toqquşma istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni «VAZ-21063» markalı avtomobilin öz hərəkət zolağı ilə hərəkətdə olarkən, qarşıdan «BYDGF3» markalı avtomobilin onun hərəkət zolağına çıxması, toqquşmamaq üçün «VAZ-21063» markalı avtomobilin qarşı sol hərəkət zolağına çıxması və «BYDGF3» markalı avtomobilin də öz yoluna qayıtması şəraitində, həm də «BYDGF3» markalı avtomobilin öz yolu ilə hərəkətdə olarkən «VAZ- 21063» markalı avtomobilin qarşı hərəkət zolağına çıxması və toqquşmamaq üçün «BYDGF3» markalı avtomobilin sağa istiqamətlənməsi şəraitində baş verə bilər. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «BYDGF3» markalı, **-XP- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs2 avtomobili sərxoş halda idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «VAZ-21063 markalı, **-BT- *** dövlət qeydiyyat nişanlı avtomobilin suürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «Yol hərəkətim haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsini yaşayış məntəqəsində 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə-trasoloci ekspertizasının xx xxxx 2020-ci il tarixli, 2759/60 №-li rəyinə əsasən: Nəqliyyat vasitələri baxışa təqdim olunmadığından qeyd olunan suallar üzrə tədqiqat aparılması mümkün olmadı. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən sürücülərin ifadələrində göstərilən hadisə mexanizimlərindən hansının real hadisə mexaniziminə uyğun olmasını yolnəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. Məhkəmə tərəfindən isə konkret olaraq hadisənin baş vermə mexanizimi göstərilməmişdir. Odur ki, VAZ-21063 markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 Kamran oğlunun və BYDGF 3 markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqtəyi-nəzərdən tədqiq etmək mümkün deyildir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə-trasoloci ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 8/2060 №-li rəyinə əsasən: Nəqliyyat vasitələrinə baxış keçirilmədən fotoşəkillər əsasında nəqliyyat vasitələrinin konkret toqquşma bucağını müəyyən etmək mümkün deyildir. 17221 №-li ekspertiza üzrə tədqiqat aparılarkən ekspertlər tərəfindən nəqliyyat vasitələrinə baxış keçilimiş və ilkin kontakt anında toqquşmanın VAZ-21063 markalı avtomobilin qabaq nisbətən sağ sahəsi (qabaq sağ qanad) ilə BYDGF3 markalı, 10XP445 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol sahəsi (qabaq sol qanad) arasında təxminən 40-45 dərəcə bucaq altında baş verməsi müəyyən olunmuşdur. Rəydə müəyyən edilmiş ilkin kontakt anında nəqliyyat vasitələrin yola nəzərən vəziyyətlərinə əsasən nəqliyyat vasitələri arasında toqquşma VAZ-21063 markalı avtomobilin öz hərəkət zolağı ilə hərəkətdə olarkən qarşıdan BYDGF 3 markalı avtomobilin onun hərəkət zolağına çıxması, toqquşmamaq üçün VAZ-21063 markalı avtomobilin qarşı sol hərəkət zolağına çıxması və BYDGF3 markalı avtomobilin də öz yoluna qayıtması şəraitində, həm də BYDGF3 markalı avtomobilin öz yolu ilə hərəkətdə olarkən VAZ-21063 markalı avtomobilin qarşı hərəkət zolağına çıxması və toqquşmamaq üçün BYDGF3 markalı avtomobilin sağa istiqamətlənməsi şəraitində baş verə bilər. Yerdəyişmə məsafəsinə əsasən təhlükə yaranan anda avtomobillər arasında olan məsafənin real olub-olmaması müəyyən edilə bilər və həmin məsafəyə əsasən sürücü Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi hadisə mexaniziminin real hadisə mexanizminə uyğun olub-olmamasını ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Hadisənin istintaq tərəfindən müəyyən edildiyi kimi baş verməsi şəraitində VAZ- 21063 markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisəninin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs1 VAZ-21063 markalı avtomobili yaşayış məntəqəsində 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Hadisənin istintaq tərəfindən müəyyən edildiyi kimi baş verməsi şəraitində BYDGF3 markalı, 10XP445 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs2 BYDGF3 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1 -ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Hadisənin BYDGF3 markalı, 10XP445 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi kimi baş verməsi şəraitində VAZ-21063 markalı, 27BT249 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətinlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddəninin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisənin BYDGF3 markalı sürücüsü Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi kimi baş verməsi rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə; -hərəkət üçün təhlükə yaranan anda BYDGF3 markalı, 10XP445 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 7,4 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində sürücü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. - hərəkət üçün təhlükə yaranan anda BYDGF 3 markalı BYDGF 3 markalı 10XP445 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 7,4 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində sürücü Təqsirləndirilən şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs2 BYDGF3 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində ‘Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə hadisə yerində qalmış 8,5 metr tormoz izinə sərf olunan vaxta əsasən BYDGF 3 markalı avtomobilin sol zolaqdan, yaxud sağ zolağın kənarından manevr etməsini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Bakı şəhəri Nərimanov rayon 37 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayır yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Yalama kənd İƏDsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayır yeri üzrə müsbət xarakterizə olunur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 42-cı maddəsinin 1-ci hissəsinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli qərarının 2-ci və 3-cü bəndlərinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olubolmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin predmeti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitələri, o cümlədən trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlərdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırdar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və ya cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 263-1.1ci maddəsi ilə sübuta yetirilmədiyindən, onun həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi öz təsdiqini tapdığından, Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsindən həmin Məcəllənin 263.1-ci maddəsinə tövsif edilməklə ona CM-nin 263.1-ci maddəsinin sanksiyaları həddində cəza təyin edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları qeyd edir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 209 saylı qərarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Lakin, işdən müəyyən olunur ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 hadisə baş verən gün avtomobili idarə edərkən, sərxoş vəziyyətdə olub-olmaması lazımi qaydada araşdırılmamış, qanda alkoqolun konsentrasiyasının 0,3 promil və daha artıq olmasının müəyyən ediılməsi üçün təqsirləndirilən şəxs həkim müayinəsinə aparılmamış, ondan bu məqsədlə qan analizi nümunələri götürülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanası “Publik hüquqi şəxsi”ndə həkim narkoloq vəzifəsində işləyən X1 ifadəsindən də sərxoşluğun müayinəsinə dair xx xxxx 2019-cu il tarixli, 01225 №-li protokola əsasən sürücü Təqsirləndirilən şəxs2 hadisə zamanı sərxoş vəziyyətdə olmasını təsdiq edən 01225 №-li aktın yalnız alkotester müayinəsi əsasında yazıldığı, həkim tərəfindən Təqsirləndirilən şəxs2 sərxoşluq vəziyyətinin müayinəsinin aparılmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 əməlinin Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsindən həmin Məcəllənin 263.1-ci maddəsinə tövsif edilməklə ona CM-nin 263.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməli olduğunu hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olmasını barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə islah işləri növündə cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafı, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və törətdiyi əməldən peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olmasını barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə islah işləri növündə cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə xərci 400 (dörd yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsindən həmin Məcəllənin 263.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə xərci 400 (dörd yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Mülki iddia verilməmişdir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar