Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-3/2022 04.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, xüsusi ittihamçı X5 nümayəndəsi (vəkil) Nümayəndə, Müdafiəçi2, təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlunun iştirakı ilə 02 may 1981-ci ildə Xaçmaz rayonunun Köhnə Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Köhnə Xudat kəndində qeydiyyatda olan - Məmmədli Cəmil Qiyas oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X11 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Məmmədli Cəmil Qiyas oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Məmmədli Cəmil Qiyas oğlu hazırladığı və soial şəbəkələrə yaydığı “Qədim Qubanın müasir günü - İ hissə...(kadr siyasəti...)” və “Qədim Qubanın müasir günü - İİ hissə (mənimsənilən kartlar)” adlı videoçarxlarında onun barəsində həqiqətə uyğun olmayan, yalan və uydurma, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan təhqir və böhtan xarakterli - “Ziyəddin Əliyevin şəxsi kassası”, “işçilərin işə götürülməsinin 20000 manata başa gəlməsi”, “işçilərin şər, böhtan, şantaj, zorla, təhdidlə, hədə-qorxuyla işdən çıxarılması”, “Ziyəddin Əliyev 15000 rüşvət istəyir”, “icra başı”, “müavini və icra nümayəndəsini köhnə tarixlə işdən çıxarır”, “rayonun gəncini, yaşlısını, ağsaqqalını öz maddi maraqlarına qurban verir” “rayonun ziyalılarını məhv edir”, “Ziyəddin Əliyevin öz şəxsi maraqları və mənafeyinə görə dövlət qulluğunda çalışan yerli sakinləri necə şərlə böhtanla öz iştahına qurban verməsi”, “Ziyəddin Əliyevin cəmisi 4 idarədən mənimsədiyi 200 kartdan danışacağam”, “İcra nümayəndələri də, padişahım çox yaşa deyərək ümumilikdə 200 sakit, fağır adamın şəxsiyyət vəsiqələrini gətirib, Ziyəddin Əliyevə təhvil verirlər. Beləliklə 200 nəfər guya işə götürülür və kartlarını bu kiçik padişah alıb qoyur cibinə”, “Fevral, mart, aprel aylarında bu 200 nəfərin hərəsinin kart hesabına dövlətin ödədiyi 250 manat pul, qəpiyinə qədər Ziyəddin Əliyevin dolmayan cibinə, oradan da dolmayan qarnına axır”, “dəstə başçısı”, “Yerdə qalan pullar isə qəpiyinə qədər çatır Ziyəddin Əliyevə” və s. bu kimi məlumatları ictimailəşdirərək ona böhtan atdığını, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaydığını, həmçinin onu mənimsəmə və rüşvət alma kimi cinayət əməllərində ittiham etməklə üzərinə böhtan atdığını; bundan başqa, Cəmil Məmmədlinin facebook hesabında - “Şər atmışam ay oğraş? 200 ad çəkərəm, dillən də..., Ay şərəfsiz, küçüklərivə ailə-uşaq söhbəti niyə elətdirirsən ay, Ziyəddin? Bax belə sarsaq adamsan e..., Çünki, arvadının erməni olduğunu bilə-bilə dirəşirsən..., Şəhid qapısı gəzəndə evindəki ermənidən də utan, yerə gir...” kimi əxlaqa zidd ifadələr işlədərək onunla yanaşı ailəsini də, təhqir etdiyini göstərmişdir. Xüsusi ittihamçı şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır və ya xüsusilə ağır cinayətdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli yalan məlumatlar yaymış Məmmədli Cəmil Qiyas oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlu barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə özünü təqsirli bilməyərək ifadəsində ilk olaraq göstərdi ki, 2020-ci ildə baş vermiş müharibə ilə əlaqədar onun sosial şəbəkədə yazdığı paylaşımların - statusların şərhləri var. Həmin şərhlərdə ifadələrin kimin ünvanına deyilməsi aydındır. Həmin paylaşım və statuslar Ziyəddin Əliyevə ünvanlanmayıb. Xüsusi ittiham qaydasında şikayətdə sadalanan digər ifadələr və yazılar isə onun tərəfindən Ziyəddin Əliyev barəsində işlədilməyib. Belə ki, ölkədə minlərlə bu adda şəxs vardır. Həmçinin o bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş “Facebook” sosial şəbəkəsindən edilən skrinşotlar - çıxarışlar həmin sosial şəbəkədəki ona məxsus “Cemil Memmedli” adlı profil səhifəsində yerləşdirilmiş və həmin paylaşımlar – statuslar onun tərəfindən yazılmış, həmçinin iş materiallarındakı CD disklərdəki yazılı məlumatlar və videogörüntülər onun tərəfindən hazırlanmış və sosial şəbəkələrdə 2021-ci ilin fevral-mart aylarında paylaşmışdır. Onun sosial şəbəkələrdə “Ziyəddin” adlı şəxsin barəsində yazdıqlarının məhz xüsusi ittihamçı X7 ünvanlanması və aid olması öz təsdiqini tapmır. Əlavə olaraq bildirmişdir ki, Ziyəddin Əliyev barəsində rüşvətalma və mənimsəməyə dair bildirdiklərini isə həmin hadisələr üzrə zərərçəkmiş şəxslərin ona bildirdiklərinə əsasən deyib və videogörüntü vasitəsilə yayımlamışdır. Qeyd olunanlara əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı xüsusi ittihamçının nümayəndəsi Nümayəndə ifadəsində bildirdi ki, xüsusi ittihamçı X2 Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Özünü “müstəqil araşdırmaçı-jurnalist” adlandıran iş üzrə təqsirləndirilən şəxs Cəmil Məmmədli internet vasitəsilə “Facebook” hesabında, “Youtube” kanalında və digər sosial şəbəkələrdə xüsusi ittihamçı Ziyəddin Əliyevin barəsində həqiqətə uyğun olmayan, yalan və uydurma, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, onu nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatları kütləvi şəkildə yaymışdır. Belə ki, təqsirləndirilən şəxs Cəmil Məmmədli hazırladığı və soial şəbəkələrə yaydığı “Qədim Qubanın müasir günü - İ hissə...(kadr siyasəti...)” və “Qədim Qubanın müasir günü - İİ hissə (mənimsənilən kartlar)” adlı video çarxlarında xüsusi ittihamçı Ziyəddin Əliyevin barəsində həqiqətə uyğun olmayan, yalan və uydurma, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan təhqir və böhtan xarakterli - “Ziyəddin Əliyevin şəxsi kassası”, “işçilərin işə götürülməsinin 20000 manata başa gəlməsi”, “işçilərin şər, böhtan, şantaj, zorla, təhdidlə, hədə-qorxuyla işdən çıxarılması”, “Ziyəddin Əliyev 15000 rüşvət istəyir”, “icra başı”, “müavini və icra nümayəndəsini köhnə tarixlə işdən çıxarır”, “rayonun gəncini, yaşlısını, ağsaqqalını öz maddi maraqlarına qurban verir”, “rayonun ziyalılarını məhv edir”, “Ziyəddin Əliyevin öz şəxsi maraqları və mənafeyinə görə dövlət qulluğunda çalışan yerli sakinləri necə şərlə böhtanla öz iştahına qurban verməsi”, “Ziyəddin Əliyevin cəmisi 4 idarədən mənimsədiyi 200 kartdan danışacağam”, “İcra nümayəndələri də, padişahım çox yaşa deyərək ümumilikdə 200 sakit, fağır adamın şəxsiyyət vəsiqələrini gətirib, Ziyəddin Əliyevə təhvil verirlər. Beləliklə 200 nəfər guya işə götürülür və kartlarını bu kiçik padişah alıb qoyur cibinə”, “Fevral, mart, aprel aylarında bu 200 nəfərin hərəsinin kart hesabına dövlətin ödədiyi 250 manat pul, qəpiyinə qədər Ziyəddin Əliyevin dolmayan cibinə, oradan da dolmayan qarnına axır”, “dəstə başçısı”, “Yerdə qalan pullar isə qəpiyinə qədər çatır Ziyəddin Əliyevə” və s. bu kimi məlumatları ictimailəşdirərək xüsusi ittihamçı Ziyəddin Əliyevə böhtan atmış, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaymışdır. Təqsirləndirilən şəxs xüsusi ittihamçını həmçinin mənimsəmə və rüşvət alma kimi cinayət əməllərində ittiham etməklə üzərinə böhtan atmışdır. Bundan başqa, təqsirləndirilən şəxs Cəmil Məmmədli “Facebook” hesabında - “Şər atmışam ay oğraş? 200 ad çəkərəm, dillən də..., Ay şərəfsiz, küçüklərivə ailə-uşaq söhbəti niyə elətdirirsən ay, Ziyəddin? Bax belə sarsaq adamsan e..., Çünki, arvadının erməni olduğunu bilə-bilə dirəşirsən..., Şəhid qapısı gəzəndə evindəki ermənidən də utan, yerə gir...” və s. kimi əxlaqa zidd ifadələr işlədərək Ziyəddin Əliyevlə yanaşı sonuncunun ailəsini də, təhqir etməkdən çəkinməmişdir. İş üzrə təqsirləndirilən şəxsin sosial şəbəkələrdə xüsusi ittihamçı barəsində yuxarıda qeyd olunan səpkidə bir çox paylaşımları və yazıları mövcuddur. Hesab edir ki, göstərilən faktlar təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə ittiham hökmü çıxarılması üçün əsasdır. Təqsirləndirilən şəxsin həmin maddələrlə təqsirli bilinərək həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının yuxarı həddində cəza təyin edilməsi, həmçinin təqsirləndirilən şəxsin xüsusi ittihamçı X11 barəsində müxtəlif mətbu orqanlarında və internet saytlarında yazdığı şər və böhtan məzmunlu yazıların böhtan olmasını etiraf etməsinə dair yazılı təkzib verməsi, eləcə də Ziyəddin Əliyevin və onun ailəsi barəsində böhtan və təhqir dolu məqalələri dərc etdiyi qəzetlərdə və internet səhifələrində təkzib etməklə xüsusi ittihamçı Ziyəddin Əliyevdən üzr istəməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan CD diskə (iki ədəd videopaylaşımın olduğu) məhkəmə iclasında kompüter vasitəsilə baxış keçirilərək müəyyən edildi ki: 1.Cemil Memmedlinin (Məmmədli Cəmil Qiyas oğlunun) “Facebook” sosial şəbəkəsindəki (səhifəsində) hesabında (“Youtube” kanalında) 27 fevral 2021-ci il tarixdə, saat 21:49-da paylaşdığı “Qədim Qubanın müasir günü - İ hissə...(kadr siyasəti...)” adlı video paylaşımda, 7:06 - 7:17-ci dəqiqələrdə “Ziyəddin Əliyevin şəxsi kassası"’; 2. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 27 fevral 2021-ci il tarixdə, saat 21:49-da paylaşdığı “Qədim Qubanın müasir günü - İ hissə...(kadr siyasəti...)” adlı video paylaşımda, 9:10 - 9:23-cü dəqiqələrdə “işçilərin işə götürülməsinin 20000 manata başa gəlməsi”; 3. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 27 fevral 2021-ci il tarixdə, saat 21:49-da paylaşdığı “Qədim Qubanın müasir günü - İ hissə...(kadr siyasəti...)” adlı video paylaşımda, 9:27 - 9:40-cı dəqiqələrdə “işçilərin şər, böhtan, şantaj, zorla, təhdidlə, hədə-qorxuyla işdən çıxarılması”; 4. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 27 fevral 2021-ci il tarixdə, saat 21:49-da paylaşdığı “Qədim Qubanın müasir günü - İ hissə...(kadr siyasəti...)” adlı video paylaşımda, 14:05 - 14:10- cu dəqiqələrdə “Ziyəddin Əliyev 15000 rüşvət istəyir”; 5. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 27 fevral 2021-ci il tarixdə, saat 21:49-da paylaşdığı “Qədim Qubanın müasir günü - İ hissə...(kadr siyasəti...)” adlı video paylaşımda, 15:27 - 15:38- ci dəqiqələrdə “icra başı”; 6. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 27 fevral 2021-ci il tarixdə, saat 21:49-da paylaşdığı “Qədim Qubanın müasir günü - İ hissə...(kadr siyasəti...)” adlı video paylaşımda, 15:38-15:49-cu dəqiqələrdə “müavini və icra nümayəndəsini köhnə tarixlə işdən çıxarır”; 7. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 27 fevral 2021-ci il tarixdə, saat 21:49-da paylaşdığı “Qədim Qubanın müasir günü - İ hissə...(kadr siyasəti...)” adlı video paylaşımda, 17:05-17:19-cu dəqiqələrdə “rayonun gəncini, yaşlısını, ağsaqqalını öz maddi maraqlarına qurban verir”; 8. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 27 fevral 2021-ci il tarixdə, saat 21:49-da paylaşdığı “Qədim Qubanın müasir günü - İ hissə...(kadr siyasəti...)” adlı video paylaşımda, 17:20-17:30-cu dəqiqələrdə “rayonun ziyalılarını məhv edir”; 9. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 10 mart 2021-ci il tarixdə, saat 17:50-də paylaşdığı “Qədim Qubanın müasir günü - İİ hissə (mənimsənilən kartlar)” adlı video paylaşımda, 1:00 - 1:17-ci dəqiqələrdə “Ziyəddin Əliyevin öz şəxsi maraqları və mənafeyinə görə dövlət qulluğunda çalışan yerli sakinləri necə şərlə, böhtanla öz iştahına qurban verməsi”; 10. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 10 mart 2021-ci il tarixdə, saat 17:50-də paylaşdığı “Qədim Qubanın müasir günü - İİ hissə (mənimsənilən kartlar)” adlı video paylaşımda, 1:48 - 1:57-ci dəqiqələrdə “Ziyəddin Əliyevin cəmisi 4 idarədən mənimsədiyi 200 kartdan danışacağam”; 11. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 10 mart 2021-ci il tarixdə, saat 17:50-də paylaşdığı “Qədim Qubanın müasir günü - İİ hissə (mənimsənilən kartlar)” adlı video paylaşımda, 3:57 - 4:14-ci dəqiqələrdə “İcra nümayəndələri də, padişahım çox yaşa deyərək ümumilikdə 200 sakit, fağır adamın şəxsiyyət vəsiqələrini gətirib, Ziyəddin Əliyevə təhvil verirlər. Beləliklə, 200 nəfər guya işə götürülür və kartlarını bu kiçik padişah alıb qoyur cibinə”; 12. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 10 mart 2021-ci il tarixdə, saat 17:50-də paylaşdığı “Qədim Qubanın müasir günü - İİ hissə (mənimsənilən kartlar)” adlı video paylaşımda, 4:16 - 4:27-ci dəqiqələrdə “Fevral, mart, aprel aylarında bu 200 nəfərin hərəsinin kart hesabına dövlətin ödədiyi 250 manat pul, qəpiyinə qədər Ziyəddin Əliyevin dolmayan cibinə, oradan da dolmayan qarnına axır”; 13. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 10 mart 2021-ci il tarixdə, saat 17:50-də paylaşdığı “Qədim Qubanın müasir günü - İİ hissə (mənimsənilən kartlar)” adlı video paylaşımda, 4:46 - 4:48, 5:53 - 5:56-cı dəqiqələrdə “dəstə başçısı”; 14. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 10 mart 2021-ci il tarixdə, saat 17:50-də paylaşdığı “Qədim Qubanın müasir günü - İİ hissə (mənimsənilən kaıtlar)” adlı video paylaşımda, 5:30-5:35-ci dəqiqələrdə “Yerdə qalan pullar isə qəpiyinə qədər çatır Ziyəddin Əliyevə” məlumatları əksini tapmışdır. İş materiallarında olan CD diskə (skrinşotların olduğu) məhkəmə iclasında kompüter vasitəsilə baxış keçirilərək müəyyən edildi ki: 1. Cemil Memmedlinin “Facebook” hesabında 14 mart 2021-ci il tarixdə, saat 01:38-də “Şər atmışam ay oğraş? 200 ad çəkərəm, dillən də..., Ay şərəfsiz, küçüklərivə ailə-uşaq söhbəti niyə elətdirirsən ay, Ziyəddin? Bax belə sarsaq adamsan e..., Çünki, arvadının erməni olduğunu bilə-bilə dirəşirsən..., Şəhid qapısı gəzəndə evindəki ermənidən də utan, yerə gir...”; 2. Cemil Memmedlinin “Facebook” hesabında “Ziyəddin!!! Qubanın jurnalist adı ilə hürən küçüklərini yığışdır...Allah haqqı, biyabır olarsan, abrımı saxlayıb, tam qanun çərçivəsində yazıram səndən...Məni məcbur eləmə ki, bütün həddləri keçim...Bu sahibinə oxşayan tulalarını yığışdır...Peşman olarsan, vallah peşman olarsan...Özün bilirsən sən kimsən...”;
3. Cemil Memmedlinin (Məmmədli Cəmil Qiyas oğlunun) “Facebook” hesabında “Ziyəddin...Bu küçüklərini yığışdırmasan, elan edəcəyəm ki, sənin həyat yoldaşın səni gəlib evdə kiminlə əyyaşlıq edən yerdə tutub, evdən çıxıb gedib...Küçüklərini yığışdır...Bu fahişələr, məhz fahişələr, çünki mənimlə üzbəüz gələndə səndə var-yox, nəsil qoymurlar. Ancaq belə təkə-tək düşəndə sənin sifarişlərini yerinə yetirirlər...Bax haa, ay eşşək sevən, çoxdan çox, azdan az gedər...Mənim bir canım var...Səninsə milyonların...Ay səfeh, dirəşmə, qaxıl xarabanda...Alınmır, olmursa, başqa razmer də var...P.S.Bu ikisi və sahibləri də gözüynən görən YAP-çıdı. İkisinin də üzünə demişəm, özləri də bilir...Biri bu fahişənin balasına desin ki, mən subayam, ailəm yoxdu” - söz birləşmələri və ifadələr qeyd olunmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlunun sosial şəbəkəlrədə xüsusi ittihamçı barəsində paylaşdığı məlumatların əks olunduğu profil səhifəsindən çıxarışlardan (skrinşotlardan) müəyyən edilir ki, həmin paylaşımlar hamı üçün açıq olaraq yerləşdirilmiş və paylanılmış, həmçinin həmin məlumatlar müxtəlif sayda istifadəçi tərəfindən görülmüşdür. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 1(067)-47/2021 saylı qərarından müəyyən edilir ki, iş üzrə məhkəmə-linqvistik ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Cemil Memmedlinin (Məmmədli Cəmil Qiyas oğlunun) “Facebook” sosial şəbəkəsindəki (səhifəsində) hesabında (“Youtube” kanalında) 27 fevral 2021-ci il tarixdə, saat 21:49-da paylaşdığı “Qədim Qubanın müasir günü - 1 hissə...(kadr siyasəti...)” adlı video paylaşımda, 7:06 - 7:17-ci dəqiqələrdə işlədilmiş “Ziyəddin Əliyevin şəxsi kassası"’;
2. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 27 fevral 2021ci il tarixdə, saat 21:49-da paylaşdığı “Qədim Qubanın müasir günü - İ hissə...(kadr siyasəti...)” adlı video paylaşımda, 9:10 - 9:23-cü dəqiqələrdə işlədilmiş “işçilərin işə götürülməsinin 20000 manata başa gəlməsi”;
3. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 27 fevral 2021ci il tarixdə, saat 21:49-da paylaşdığı “Qədim Qubanın müasir günü - İ hissə...(kadr siyasəti...)” adlı video paylaşımda, 9:27 - 9:40-cı dəqiqələrdə işlədilmiş “işçilərin şər, böhtan, şantaj, zorla, təhdidlə, hədə-qorxuyla işdən çıxarılması”;
4. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 27 fevral 2021ci il tarixdə, saat 21:49-da paylaşdığı “Qədim Qubanın müasir günü - İ hissə...(kadr siyasəti...)” adlı video paylaşımda, 14:05 - 14:10- cu dəqiqələrdə işlədilmiş “Ziyəddin Əliyev 15000 rüşvət istəyir”;
5. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 27 fevral 2021ci il tarixdə, saat 21:49-da paylaşdığı “Qədim Qubanın müasir günü - 1 hissə...(kadr siyasəti...)” adlı video paylaşımda, 15:27 - 15:38- ci dəqiqələrdə işlədilmiş “icra başı”;
6. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 27 fevral 2021ci il tarixdə, saat 21:49-da paylaşdığı “Qədim Qubanın müasir günü - İ hissə...(kadr siyasəti...)” adlı video paylaşımda, 15:38-15:49-cu dəqiqələrdə işlədilmiş “müavini və icra nümayəndəsini köhnə tarixlə işdən çıxarır”;
7. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 27 fevral 2021ci il tarixdə, saat 21:49-da paylaşdığı “Qədim Qubanın müasir günü - İ hissə...(kadr siyasəti...)” adlı video paylaşımda, 17:05-17:19-cu dəqiqələrdə işlədilmiş “rayonun gəncini, yaşlısını, ağsaqqalını öz maddi maraqlarına qurban verir”;
8. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 27 fevral 2021ci il tarixdə, saat 21:49-da paylaşdığı “Qədim Qubanın müasir günü - İ hissə...(kadr siyasəti...)” adlı video paylaşımda, 17:20-17:30-cu dəqiqələrdə işlədilmiş “rayonun ziyalılarını məhv edir”;
9. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 10 mart 2021ci il tarixdə, saat 17:50-də paylaşdığı “Qədim Qubanın müasir günü - İİ hissə (mənimsənilən kartlar)” adlı video paylaşımda, 1:00 - 1:17-ci dəqiqələrdə işlədilmiş “Ziyəddin Əliyevin öz şəxsi maraqları və mənafeyinə görə dövlət qulluğunda çalışan yerli sakinləri necə şərlə, böhtanla öz iştahına qurban verməsi”;
10. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 10 mart 2021-ci il tarixdə, saat 17:50-də paylaşdığı “Qədim Qubanın müasir günü - İİ hissə (mənimsənilən kartlar)” adlı video paylaşımda, 1:48 - 1:57-ci dəqiqələrdə işlədilmiş “Ziyəddin Əliyevin cəmisi 4 idarədən mənimsədiyi 200 kartdan danışacağam”;
11. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 10 mart 2021ci il tarixdə, saat 17:50-də paylaşdığı “Qədim Qubanın müasir günü - İİ hissə (mənimsənilən kartlar)” adlı video paylaşımda, 3:57 - 4:14-ci dəqiqələrdə işlədilmiş “İcra nümayəndələri də, padişahım çox yaşa deyərək ümumilikdə 200 sakit, fağır adamın şəxsiyyət vəsiqələrini gətirib, Ziyəddin Əliyevə təhvil verirlər. Beləliklə, 200 nəfər guya işə götürülür və kartlarını bu kiçik padişah alıb qoyur cibinə”;
12. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 10 mart 2021-ci il tarixdə, saat 17:50-də paylaşdığı “Qədim Qubanın müasir günü - İİ hissə (mənimsənilən kartlar)” adlı video paylaşımda, 4:16 — 4:27-ci dəqiqələrdə işlədilmiş “Fevral, mart, aprel aylarında bu 200 nəfərin hərəsinin kart hesabına dövlətin ödədiyi 250 manat pul, qəpiyinə qədər Ziyəddin Əliyevin dolmayan cibinə, oradan da dolmayan qarnına axır”;
13. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 10 mart 2021-ci il tarixdə, saat 17:50-də paylaşdığı “Qədim Qubanın müasir günü - İİ hissə (mənimsənilən kartlar)” adlı video paylaşımda, 4:46 - 4:48, 5:53 - 5:56-cı dəqiqələrdə işlədilmiş “dəstə başçısı”;
14. Cemil Memmedlinin “Facebook” hesabında (“Youtube” kanalında) 10 mart 2021-ci il tarixdə, saat 17:50-də paylaşdığı “Qədim Qubanın müasir günü - İİ hissə (mənimsənilən kaıtlar)” adlı video paylaşımda, 5:30-5:35-ci dəqiqələrdə işlədilmiş “Yerdə qalan pullar isə qəpiyinə qədər çatır Ziyəddin Əliyevə”;
15. Cemil Memmedlinin (Məmmədli Cəmil Qiyas oğlunun) “Facebook” hesabında (“Youtube” kanalında) 14 mart 2021-ci il tarixdə, saat 01:38-də paylaşdığı “Şər atmışam ay oğraş? 200 ad çəkərəm, dillən də..., Ay şərəfsiz, küçüklərivə ailə-uşaq söhbəti niyə elətdirirsən ay, Ziyəddin? Bax belə sarsaq adamsan e..., Çünki, arvadının erməni olduğunu bilə-bilə dirəşirsən..., Şəhid qapısı gəzəndə evindəki ermənidən də utan, yerə gir...” söz birləşmələri və ifadələr - şəxsin şərəf və ləyaqətini ləkələyən, şəxsi nüfuzdan salan məlumatlar kimi qiymətləndirilə bilərmi?
16. İş materiallarına əlavə edilmiş iki ədəd diskdə əks olunan yazılı məlumatlarda və video görüntülərdə Məmmədli Cəmil Qiyas oğlu tərəfindən kütləvi informasiya vasitələrində istifadə edilən söz birləşmələri və ifadələr - şəxsin şərəf və ləyaqətini ləkələyən, şəxsi nüfuzdan salan məlumat kimi qiymətləndirilə bilərmi?
17. İş materiallarına əlavə edilmiş iki ədəd diskdə əks olunan yazılı məlumatlarda və video görüntülərdə Məmmədli Cəmil Qiyas oğlu tərəfindən kütləvi informasiya vasitələrində istifadə edilən söz birləşmələri və ifadələr - şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada alçaldan ifadələr kimi qiymətləndirilə bilərmi?
18. İş materiallarına əlavə edilmiş iki ədəd diskdə əks olunan yazılı məlumatlarda və video görüntülərdə Məmmədli Cəmil Qiyas oğlu tərəfindən kütləvi informasiya vasitələrində istifadə edilən söz birləşmələri və ifadələr - böhtan kimi qiymətləndirilə bilərmi? İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2021-ci il tarixli, 4/711 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspert qarşısında qoyulmuş suallardan 1-ci -14-cü suallar üzrə: Cəmil Məmmədli tərəfindən hazırlanmış və sosial şəbəkələrdə yayılmış “Qədim Qubanın müasir günü - 1 hissə...(kadr siyasəti...)” və “Qədim Qubanın müasir günü - İİ hissə...(mənimsənilən kartlar)” adlı videomateriallarda Ziyəddin Əlilyevin barəsində məlumatlar böhtan, yəni yalan olduğunu bilə-bilə kütləvi nümayiş etdirildiyi halda şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kimi qiymətləndirilə bilər; 15-ci - 17-ci suallar üzrə: “Cemil Memmedli” adlı profildən paylaşılan yazılarda Ziyəddin Əliyevin şərəf və ləyaqətini nalayiq formada alçaldan söz birləşməsi və ifadələrdən (oğraş, şərəfsiz, sarsaq, əyyaşlıq edən, səfeh, ay eşşək sevən, var-yox qoymamaq, gözü ilə görən, sahibinə oxşayan tulalar və s.) istifadə edilmişdir. Cəmil Məmmədlinin “Facebook” hesabında (“Youtube” kanalında) yazılarda və videopaylaşımlarda məlumatlar təsdiq formasında ifadə olunmuşdur. Yuxarıda sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Məmmədli Cəmil Qiyas oğlunun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət hesab edilir. Həmin Məcəllənin 147.2-ci maddəsinə görə, şəxsi ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayət hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün ilk olaraq aşağıda sadalanan hallar müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət hesab edilir. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qərarda həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan, o cümlədən təqdim olunan məlumatların ümumi məzmunundan aydın olur ki, Məmmədli Cəmil Qiyas oğlu xüsusi ittihamçı X5 barəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymış, habelə onun şərəf və ləyaqətini kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında nalayiq formada qəsdən alçaltmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 2-ci hissəsinə görə, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə görə, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. İş materiallarından həmçinin o da müəyyən edilir ki, təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlu xüsusi ittihamçı X1 nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla onu ağır cinayətdə ittiham etməklə ona böhtan atmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 5-ci hissəsinə görə, məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bununla yanaşı məhkəmə hesab edir ki, Məmmədli Cəmil Qiyas oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə münasibətdə, törətdiyi əməllər Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə tam əhatə olunduğundan, ona Cinayət Məcəlləsinin 147.1-ci maddəsi üzrə cəza təyin olunmasına zərurət yoxdur və Cinayət Məcəlləsinin 147-ci maddəsinə münasibətdə onun əməli Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə tövsif edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsin həmin cinayətləri, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özü tərəfindən məhkəmə istintaqı zamanı inkar olunsa da, məhkəmədə tədqiq olunmuş və məntiqi baxımından biri-birini tamamlayan digər mötəbər sübutlarla bu cinayət əməllərinin onun tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə Məmmədli Cəmil Qiyas oğlunun məhkəmə iclasında təqsirini etiraf etməməsini, həmçinin onun sosial şəbəkələrdə “Ziyəddin” adlı şəxsin barəsində yazdıqlarının və bildirdiklərinin məhz xüsusi ittihamçı X7 aid olmamasına dair bildirdikləri ilə bağlı isə qeyd edir ki, Məmmədli Cəmil Qiyas oğlunun ifadəsi özünü müdafiə xarakteri daşımaqla törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətindən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhd kimi qiymətləndirilməlidir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və barəsində cəza təyin edilməlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Məmmədli Cəmil Qiyas oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Hər bir cinayət əməli araşdırılarkən onun düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları X4 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, «əsaslı şübhə yeri qoymayan» sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqlarının və X9 X4 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A (İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Həmin Bəyannamənin 9-cu maddəsinə görə, heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X3 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 17.01.2014-cü il tarixli, 2(008)-109/2014 saylı qətnaməsinin surətindən müəyən edilir ki, təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlunun yetkinlik yaşına çatmayan övladı onun himayəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlunun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Məmmədli Cəmil Qiyas oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Məmmədli Cəmil Qiyas oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza, həmçinin Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməli, təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğluna təyin ediləcək cəzaları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən tamamilə toplamaq yolu ilə ona islah işləri növündə qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X6, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. Cinayət işinə əlavə edilmiş, təqsirləndirilən şəxs tərəfindən sosial şəbəkədə yayılmış videopaylaşımların və təqsirləndirilən şəxsin sosial şəbəkədə yazdığı paylaşımların (statusların) çıxarışlarının (skrinşotların) qeyd olunduğu 02 ədəd kompakt disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Məmmədli Cəmil Qiyas oğlu Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 147.2-ci və Cinayət Məcəlləsinin 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Məmmədli Cəmil Qiyas oğluna təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə ona qəti olaraq hər ay qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Məmmədli Cəmil Qiyas oğlunun cəzasının əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxs Məmmədli Cəmil Qiyas oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X6, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilsin. Cinayət işinə əlavə edilmiş, təqsirləndirilən şəxs tərəfindən sosial şəbəkədə yayılmış videopaylaşımların və təqsirləndirilən şəxsin sosial şəbəkədə yazdığı paylaşımların (statusların) çıxarışlarının (skrinşotların) qeyd olunduğu 02 ədəd kompakt disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakim: Anar Sadıqov