Məhkəmə qərarları › İş №1(067)-30/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-30/2022

27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-30/2022 27.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1989-cu ildə Xaçmaz rayonunun Qobuqıraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Qobuqıraq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi şəxsi niyyətlə biləbilə yalan məlumatları informasiya resursuna daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 13 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı Ərazi Vergilər İdarəsində ********** saylı VÖEN-lə qeydiyyata alınaraq əsas fəaliyyət istiqaməti mebellərin istehsalı və təmiri olmaqla fərdi sahibkar kimi fəaliyyət göstərərək “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək, işə qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), habelə lazım gəldikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə əmək kollektivlərinin adından çıxış edən həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlamaq, işçilərin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək, müvafiq icra hakimiyyəti orqanına, habelə işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəyyən edilmiş qaydada və həcmdə ayırmalar vermək, qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək, işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə (bağlaşmalara) müvafiq əmək şəraiti yaratmaq, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almaq, öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək və digər funksiyaları həyata keçirən təşkilati-sərəncamverici səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də tanışı olan şəxsin ünvanlı dövlət sosial yardım almasına kömək etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardım almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün 2019-cu ilin iyul ayında özünə müraciət etmiş Şahid1 guya 21 iyul 2019-cu il tarixdə Xaçmaz şəhərində yerləşən mebel sexində fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə özünə məxsus 050 883-53-62 seriya nömrəli Asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 22 avqust 2019-cu il tarixdə Xaçmaz şəhərində küçəsində yerləşən mebel sexində daxil edib, həmin tarixli, 216W0A9000200 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X5 və Təyinat Altsistemində (VEMTAS) 3 oktyabr 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid1 1 oktyabr 2019-cu il tarixdən hesablanmaqla ayda 284,63 manat olmaqla, 15 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 4.269,45 manat (dörd min iki yüz altmış doqquz manat qırx beş qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid1 həyat yoldaşı Şahid2 adına "xxxx" ASC-də olan 416974******1512 nömrəli kart hesabına köçürülməsinə və həmin pul vəsaitinin Şahid1 tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə Xaçmaz rayonu ərazisində çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olub ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd edilən təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də tanışı olan şəxsin ünvanlı dövlət sosial yardım almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci madəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardım almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün 2019-cu ilin sentyabr ayında özünə müraciət etmiş Şahid3 Mursali oğlunun guya 10 avqust 2019-cu il tarixdə Xaçmaz şəhərində yerləşən mebel sexində fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə özünə məxsus 050 883-53-62 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 10 sentyabr 2019-cu il tarixdə Xaçmaz şəhərində yerləşən mebel sexində daxil edib, həmin tarixli, 2GLRNXM000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X5 və Təyinat Altsistemində (VEMTAS) 1 dekabr 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid3 Mursali oğluna 1 dekabr 2019-cu il tarixdən hesablanmaqla ayda 212,84 manat olmaqla 13 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 2.766,92 manat (iki min yeddi yüz altmış altı manat doxsan iki qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid3 adına "xxxx" ASC-də olan 416974******4879 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olub ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şahid1 və Şahid3 Mursali oğlunun adlarını formal olaraq mebel sexində fəhlə vəzifəsinə işə götürülməsi ilə bağlı özünə məxsus 050 883-53-62 seriya nömrəli Asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etmişdir. Həmin şəxslərlə əmək müqaviləsi bağlanılmamış, sadəcə adlarını elektron sistemə daxil etmiş, həmin şəxslər iş yeri kimi göstərilən mebel sexində işləməmişlər. İttiham olunduğu əməlləri törədərkən hər hansı maddi marağı olmamış, həmin şəxslərə, yəni Şahid3 Mursali oğluna, Şahid1 maddi marağı olmadan yalnız köməklik etmiş, həmin şəxslərdən etdiyi həmin köməkliyə görə heç bir məbləğdə pul almamışdır. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, həmin ifadə ilə bağlı hər hansı etirazının olmadığını bildirmişdir. Həmçinin mülki iddiada qeyd olunan ziyan məbləğini tamamilə ödədiyini bildirmişdir. Təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə münasibətdə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən barəsində olan cinayət işində 313-cü maddə üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Həmçinin törətdiyi cinayət əməllərindən çox peşman olduğunu, evli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını bildirərək təqsirləndirildiyi Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, Təqsirləndirilən şəxs təqsirli cinayət əməlləri nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsinə 7.036,37 manat məbləğində maddi zərər vurulmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, əri Şahid1 Təqsirləndirilən şəxs ilə eyni məscidə - Xaçmaz rayonunun Qobuqıraq kəndindəki məscidə namaz qılmağa getmişlər, təqsirləndiriləni də oradan tanımışlar. Əri bir gün ona demişdir ki, sosial yardım almaq istəyir, bu məsələdə onlara onunla məscidə gedən Təqsirləndirilən şəxs köməklik edə bilər. Təqsirləndirilən şəxsin onlar üçün sosial yardım məsələsini necə həll etdiyini bilməmişdir. Təqsirləndirilən şəxsə onlara sosial yardım almalarında köməklik göstərməsi ilə bağlı pul verməmişlər. Həmçinin təqsirləndiriləni əvvəllər görməmiş, birinci dəfə hazırkı işlə bağlı məhkəmə iclasında görmüşdür. O, mebel sexində işləməmiş, bununla bağlı əmək müqaviləsi də olmamış, təqsirləndirilənin köməkliyi sayəsində sosial yardım almışlar. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun Qobuqıraq kəndindəki məscidə ibadət etməyə getmişdir. Təqsirləndirilən şəxslə də orada tanış olmuşdur. Həmin vaxtlarda onun maddi vəziyyəti yaxşı olmamış, ehtiyacı olmuşdur. Bu səbəbdən də təqsirləndirilənə yaxınlaşaraq müraciət etmiş, sonuncu isə heç bir problem olmadığını, köməklik edə biləcəyini demişdir. Sosial yardımla bağlı məhz təqsirləndirilən şəxsə müraciət etməsinin səbəbi o olmuşdur ki, təqsirləndirlənin sosial yardım düzəltməkdə köməklik etdiyini başqa şəxslərdən eşitmişdir. Sosial yardım almaq üçün tələb olunan sənədləri yığaraq təqsirləndirilən şəxsə vermişdir. Sosial yardım arvadının adına verilmişdir. Sosial yardım arvadı Şahid2 adına olduğu üçün bankdan kartı da arvadı almışdır. Karta gələn sosial yardım pulunu isə gedərək bankomatdan o özü çıxarmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, atası və anası Xaçmaz rayonunda yaşayır. O, təxminən 10 ildir, Bakı şəhərinə göçərək Nizami rayonunda kirayədə yaşayır. Ailə üzvləri o, həyat yoldaşı, iki uşaqdan ibarətdir. Ailədə heç kim işləmədiyi üçün 2019-cu ilin sonlarında ünvanlı sosial yardım almaq qərarına gəlmişdir. Buna görə tələb olunan sənədləri toplamış və DOST iş mərkəzinə təqdim etmişdir. Bibisi oğluna məxsus Xaçmaz rayonunda yerləşən torpaq sahəsi onun adına olduğu üçün üç dəfə ona imtina gəlmişdir. Daha sonra torpaq sahəsini adından çıxartmışdır. Ünvanlı yardım almaq üçün iş yeri tələb olunduğu üçün adını iş yerinə yazdırmış və oradan işləməyi barədə sənəd əldə etdikdən sonra ünvanlı sosial yardım almaq üçün tələb olunan digər sənədlərə əlavə etmiş və həmin sənədləri notariusda təsdiqlədərək DOST iş mərkəzinə təqdim etmişdir. Bundan sonra DSMF-nin Nizami rayon şöbənin əmkdaşı onun yaşadığı evə baxış keçirmişdir. Bundan sonra o, "xxxx" ASC-dən adına olan bankomat kartının götürülməsi barədə telefonuna sms gəlmişdir. O, "xxxx" ASC-nin Neftçilər metrostansiyası yaxınlığında yerləşən filialından bankomat kartını götürmüş və bundan sonra hər ay ünvanlı sosial yardım almışdır. Bir neçə aydan sonra ona hər ay verilən ünvanlı sosial yardım dayandırılmışdır. Ünvanlı sosial yardımın dayandırılması səbəbini öyrənmək üçün Dövlət sosial müdafiə fonduna müraciət etmişdir. Fonddan sistemdə yenilənmə getdiyi üçün ünvanlı sosial yardımın dayandırıldığını bildirmişlər. Ünvanlı sosial yardım almaq üçün hansısa şəxsə pul vəsaiti verməmişdir. Təqsirləndirilən şəxs onun böyük qardaşı ilə tanışlıq münasibəti var. Lakin o, Təqsirləndirilən şəxs yanında işləməmiş, onun işçisi olmamış və Təqsirləndirilən şəxs ilə əmək müqaviləsi bağlamamışdır. Ünvanlı sosial yardım almağı üçün iş yerindən arayış tələb olunduğundan Bəxtiyara müraciət etmiş və ünvanlı yardım almaq üçün onun adını işçi kimi mebel sexinə bir müddət işə yazdırmasını və həmin sexdə işləməyi barədə arayış verməsini xahiş etmişdir. Bəxtiyar da onun adını mebel sexinə işçi kimi qeyd etmişdir. Formal olaraq işə qəbul edilməyi üçün Təqsirləndirilən şəxs və hər hansı digər şəxsə pul vəsaiti verməmişdir. O, hər ay aldığı ünvanlı sosial yardımdan kiməsə hər hansı məbləğdə pul vəsaiti verməmişdir. Həmin pul vəsaitini ailəsinin və özünün ehtiyacları üçün sərf etmişdir. Ünvanlı sosial yardım təyin olunduqdan sonra ona verilən "xxxx" ASC-yə məxsus bankomat kartından pul vəsaitini özü nağdlaşdırmış, ondan başqa bankomat kartından heç kim pul vəsaiti nağdlaşdırmamışdır. İş materiallarında olan “Sosial arayış”lardan müəyyən edilir ki: Şahid1 01 iyul 2019-cu il tarixdə 216W0A9000200 nömrəli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs mebel sexində fəhlə işinə qəbul edilmiş, ona 180 manat əməkhaqqı təyin olunmuş, 03 oktyabr 2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış qiymətləndirmə ilə 01 oktyabr 2019-cu il tarixdən təyinat verilərək 31 dekabr 2020-ci il tarixə qədər ayda 284,63 manat olmaqla 15 ay ünvanlı dövlət sosial yardım verilmişdir; həmçinin Şahid3 Mursali oğlu 10 avqust 2019-cu il tarixdə 2GLRNXM000100 nömrəli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs mebel sexində fəhlə işinə qəbul edilmiş, ona 270 manat əməkhaqqı təyin olunmuş, 09 mart 2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış qiymətləndirmə ilə 1 dekabr 2019cu il tarixdən təyinat verilərək 31 dekabr 2020-ci il tarixə qədər ayda 212,84 manat olmaqla 13 ay ünvanlı dövlət sosial yardım verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 21 sentyabr 2021-ci il tarixli, **********3 saylı məktubuna əlavə edilmiş “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bağlanması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən müəyyən edilir ki: işəgötürən Təqsirləndirilən şəxs (FİNxxxxxxx) məxsus 050 883-53-62 nömrəli ASAN imza vasitəsilə Şahid1 ilə 21 iyul 2019-cu il tarixli, 216W0A9000200 nömrəli elektron əmək müqaviləsi 22 avqust 2019-cu il tarixdə «Əmək müqaviləsi bildirişi» altsisteminə əlavə edilərək müddətsiz əmək müqaviləsi bağlanmış, 6 noyabr 2020-ci il tarixdə 216W0A90002X0 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75) 2a bəndi ilə «Əmək müqaviləsi bildirişi» altsisteminə daxil edilərək xitam verilmişdir; həmçinin işəgötürən Təqsirləndirilən şəxs (FİNxxxxxxx) məxsus 050 883-53-62 nömrəli ASAN imza vasitəsilə Şahid3 Mursali oğlu 10 avqust 2019-cu il tarixli 2GLRNXM000100 nömrəli elektron əmək müqaviləsini 10 sentyabr 2019-cu il tarixdə «Əmək müqaviləsi bildirişi» altsisteminə əlavə edilərək müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC tərəfindən verilmiş telefon danışıqlarına dair çıxarışlardan və telefon danışıqlarına dair çıxarışlara baxış keçirilməsi barədə 29 oktyabr 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid3 Mursali oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 14:30:00-da zəng olunaraq 27 saniyə, həmin tarixdə saat 18:54:16-da zəng olunaraq 41 saniyə, xx.xx.2019-cu il tarixdə saat 19:31:12-də zəng olunaraq 13 saniyə, Şahid3 Mursali oğlunun istifadəsində olan ***- ***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 19:49:24-də zəng olunaraq 19 saniyə, xx.xx.2019-cu il tarixdə saat 10:41:36-da zəng olunaraq 112 saniyə, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid3 Mursali oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 16:04:55-də zəng olunaraq 72 saniyə, həmin tarixdə saat 21:01:45-də zəng olunaraq 63 saniyə, həmin tarixdə saat 21:36:34-də zəng olunaraq 30 saniyə, xx.xx.2019-cu il tarixdə saat 19:08:41-də zəng olunaraq119 saniyə, xx.xx.2019-cu il tarixdə saat 12:19:56-da zəng olunaraq 24 saniyə, həmin tarixdə saat 22:47:34-də zəng olunaraq 154 saniyə, Şahid3 Mursali oğlunun istifadəsində olan ***-***- **-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 10:29:36-da zəng olunaraq 38 saniyə, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid3 Mursali oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 12:16:03-də zəng olunaraq 49 saniyə, həmin tarixdə saat 21:50:34-də zəng olunaraq 65 saniyə, xx.xx.2019-cu il tarixdə saat 14:46:56-da zəng olunaraq 75 saniyə, Şahid3 Mursali oğlunun istifadəsində olan ***- ***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 11:50:40-da zəng olunaraq 77 saniyə, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid3 Mursali oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 17:10:51-də zəng olunaraq 40 saniyə, xx.xx.2019-cu il tarixdə saat 10:44:40-da zəng olunaraq 19 saniyə, xx.xx.2019-cu il tarixdə saat 23:17:10-da zəng olunaraq 51 saniyə, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid3 Mursali oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 17:35:35-də zəng olunaraq 68 saniyə danışıq aparılmış; həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 00:05:09-da zəng olunaraq 205 saniyə, xx.xx.2019-cu il tarixdə saat 19:28:09-da zəng olunaraq 53 saniyə, həmin tarixdə saat 19:36:14-də zəng olunaraq 17 saniyə, xx.xx.2019cu il tarixdə saat 10:51:06-da zəng olunaraq 9 saniyə, Şahid1 istifadəsində olan ***-***-**- ** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 21:16:19-da zəng olunaraq 57 saniyə, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 20:00:34-də zəng olunaraq 97 saniyə, Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 13:07:11-də zəng olunaraq 94 saniyə, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 19:41:26-də zəng olunaraq 53 saniyə, Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 22:21:04-də zəng olunaraq 59 saniyə, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2019cu il tarixdə saat 09:52:29-də zəng olunaraq 50 saniyə,Şahid1 istifadəsində olan ***-***-**- ** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 18:00:08-də zəng olunaraq 22 saniyə,Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2019-cu il tarixdə saat 10:12:05-də zəng olunaraq 32 saniyə danışıq aparılmışdır. İş materiallarında olan "xxxx" ASC-dən daxil olmuş ödəniş kartı üzrə çıxarışlardan müəyyən edilir ki, Şahid1 həyat yoldaşı Şahid2 bank kartından 4.269,45 manat, Şahid3 Mursali oğlunun bank kartından 2.766,92 manat məbləğdə pul məxaric olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytı olan taxes.gov.az saytından çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 13 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı Ərazi Vergilər İdarəsində ********** saylı VÖEN-lə qeydiyyata alınaraq sahibkarlıq fəlaiyyətini həyata keçirən vəzifəli şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 21 sentyabr 2021-ci il tarixli **********3 saylı məktubundan görünür ki, Şahid1 və Şahid3 Mursali oğlu ilə əmək müqaviləsi bağlanması barədə bildirişlər «Əmək müqaviləsi bildirişi» altsisteminə işəgötürən Təqsirləndirilən şəxs (FİNxxxxxxx) məxsus 050 883-53-62 nömrəli ASAN imza vasitəsilə daxil edilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 22 noyabr 2021-ci il tarixli qərardan müəyyən edilir ki: Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində dövlətdən saxta yolla ünvanlı sosial yardım alan Şahid1 və Şahid3 Mursali oğlunun əməllərində hər hansı bir cinayətin tərkib əlamətləri olmadığından barələrində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir; Şahid1 ünvanlı sosial yardım təyin edilməsi məqsədilə formal olaraq işə qəbul edilməsi barədə Əmək müqaviləsi bildirişi alt sisteminə yalan məlumatların daxil edilməsi və eyni zamanda Şahid1 ünvanlı sosial yardım təyin edilməsinə şərait yaradılması faktı üzrə X2 əməlində hər hansı bir cinayətin tərkib əlamətləri olmadığından sonuncu barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməllər düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda həmin Məcəllənin 308.1-ci maddəsinin tərkibini yaradır. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: -vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; -fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; -əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən suiistifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən suiistifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyrikommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeyd hissəsinə görə, “vəzifəli şəxs” dedikdə - 1.hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; 2.dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; 3.dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri; 4.dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; 5.hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; 6.xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; 7.beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar başa düşülür. Cinayət işinin materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 13 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı Ərazi Vergilər İdarəsində ********** saylı VÖEN-lə qeydiyyata alınaraq əsas fəaliyyət istiqaməti mebellərin istehsalı və təmiri olmaqla fərdi sahibkar kimi fəaliyyət göstərərək “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunun 7-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək, işə qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), habelə lazım gəldikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə əmək kollektivlərinin adından çıxış edən həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlamaq, işçilərin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək, müvafiq icra hakimiyyəti orqanına, habelə işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəyyən edilmiş qaydada və həcmdə ayırmalar vermək, qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək, işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə (bağlaşmalara) müvafiq əmək şəraiti yaratmaq, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almaq, öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək və digər funksiyaları həyata keçirən təşkilati-sərəncamverici səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə həmin Məcəllənin 313-cü maddəsinin tərkibini yaradır. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, CM-in 313-cü maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində dövlət hakimiyyət və idarəetmə orqanlarının normal fəaliyyəti pozulur, dövlət xidmətinin və bələdiyyə xidmətinin mənafeyinə qəsd edilir. Bu maddədə nəzərdə tutulmuş cinayətin obyekti dövlət və bələdiyyə orqanlarının normal fəaliyyətidir. Vəzifə saxtakarlığının predmetini rəsmi sənədlər və informasiya resursları təşkil edir. Rəsmi sənədlər dedikdə, hüquqi əhəmiyyəti olan faktları və məlumatları təsdiq etmək üçün dövlət və ya yerli özünüidarə orqanları, habelə dövlət və ya bələdiyyə idarə, müəssisə və təşkilatları, habelə dövlət və ya bələdiyyə idarə, müəssisə və təşkilatları tərəfindən verilən yazılı aktlar başa düşülür. Rəsmi sənədlər, bir qayda olaraq, özünəməxsus rekvizitlərə (təşkilatın möhürü, ştampı, sənədin nömrəsi, tarixi) malik olur və müvafiq vəzifəli şəxs tərəfindən imzalanır. İnformasiya resursları (ehtiyatları) informasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, məlumat banklarında və s.) olan sənədlər və sənəd massivləri, habelə ayrıca mövcud olan sənədlər və onların massivləridir. Obyektiv cəhətdən bu cinəyət rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edilməsində, habelə göstərilən sanədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsində ifədə olunur. Vəzifə saxtakarlığı öz quruluşuna görə formal tərkibli cinayetdir. Bu cinayət rəsmi sənədlərə və ya informasiya resurslarına yalan məlumatların daxil edildiyi, yaxud da həmin sənədlərə və ya informasiya resurslarına onların həqiqi məzmununu təhrif edən hər hansı düzəlişin edildiyi andan başa çatmış hesab edilir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi şəxsi niyyətlə bilə-bilə yalan məlumatları informasiya resursuna daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 13 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı Ərazi Vergilər İdarəsində ********** saylı VÖEN-lə qeydiyyata alınaraq əsas fəaliyyət istiqaməti mebellərin istehsalı və təmiri olmaqla fərdi sahibkar kimi fəaliyyət göstərərək “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək, işə qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), habelə lazım gəldikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə əmək kollektivlərinin adından çıxış edən həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlamaq, işçilərin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək, müvafiq icra hakimiyyəti orqanına, habelə işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəyyən edilmiş qaydada və həcmdə ayırmalar vermək, qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək, işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə (bağlaşmalara) müvafiq əmək şəraiti yaratmaq, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almaq, öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək və digər funksiyaları həyata keçirən təşkilati-sərəncamverici səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də tanışı olan şəxsin ünvanlı dövlət sosial yardım almasına kömək etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardım almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün 2019-cu ilin iyul ayında özünə müraciət etmiş Şahid1 guya 21 iyul 2019cu il tarixdə Xaçmaz şəhərində yerləşən mebel sexində fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə özünə məxsus 050 883-53-62 seriya nömrəli Asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 22 avqust 2019-cu il tarixdə Xaçmaz şəhərində küçəsində yerləşən mebel sexində daxil edib, həmin tarixli, 216W0A9000200 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X5 və Təyinat Altsistemində (VEMTAS) 3 oktyabr 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid1 1 oktyabr 2019-cu il tarixdən hesablanmaqla ayda 284,63 manat olmaqla, 15 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 4.269,45 manat (dörd min iki yüz altmış doqquz manat qırx beş qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid1 həyat yoldaşı Şahid2 adına "xxxx" ASC-də olan 416974******1512 nömrəli kart hesabına köçürülməsinə və həmin pul vəsaitinin Şahid1 tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə Xaçmaz rayonu ərazisində çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olub ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, qeyd edilən təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də tanışı olan şəxsin ünvanlı dövlət sosial yardım almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci madəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardım almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün 2019-cu ilin sentyabr ayında özünə müraciət etmiş Şahid3 Mursali oğlunun guya 10 avqust 2019-cu il tarixdə Xaçmaz şəhərində yerləşən mebel sexində fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə özünə məxsus 050 883-53-62 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 10 sentyabr 2019-cu il tarixdə Xaçmaz şəhərində yerləşən mebel sexində daxil edib, həmin tarixli, 2GLRNXM000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X5 və Təyinat Altsistemində (VEMTAS) 1 dekabr 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid3 Mursali oğluna 1 dekabr 2019-cu il tarixdən hesablanmaqla ayda 212,84 manat olmaqla 13 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 2.766,92 manat (iki min yeddi yüz altmış altı manat doxsan iki qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid3 adına "xxxx" ASC-də olan 416974******4879 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olub ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə münasibətdə cinayət təqibini istisna edən hal olduğundan barəsində həmin maddə üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan əməl cinayətlərin təsnifatı üzrə böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində azadlıqdan məhrumetmə cəzasının müddəti iki ilədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Məhkəmə istintaqı zamanı cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini iki epizod olmaqla 22 avqust 2019-cu il və 10 sentyabr 2019-cu il tarixlərində törətmiş və həmin gündən iki ildən artıq müddət keçmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətdiyi gündən iki ildən artıq müddət keçdiyindən cinayət qanunvericiliyinin tələbinə əsasən o, cinayət məsuliyyətinə cəlb edilə bilməz və başlanılmış cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1, 39.1.3-cü maddələrinin tələbinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək eyni əsaslara istinad etməklə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət təqibinə xitam verilməsini və təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməsini bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi iş üzrə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 313-cü maddəsinə münasibətdə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduqlarını bildirmişdir. Məhkəmə qeyd olunanları, dövlət ittihamçısının rəyini, müdafiə tərəfinin fikrini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapsa da, böyük ictimai təhlükə törətməyən həmin cinayət əməlini törətdiyi gündən iki ildən artıq müddət keçdiyindən və cinayət qanunvericiliyinin tələbinə əsasən belə olduğu halda onun Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi yolverilməz olduğundan onun barəsində CM-nin 313-cü maddəsi üzrə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İHB-nın Hülövlü kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan və elektron çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində üç azyaşlı uşağı var. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəx tərəfindən təqdim edilmiş ərizədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, bununla da zərərçəkmişin təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə görə: 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardandır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu zərərin ödənilməsini, zərərçəkən şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 308.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə müəyyən müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə görə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır Cəzasının icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xaçmaz rayon icra və probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsindən və işdə olan digər materiallardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqsirli cinayət əməlləri nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsinə 7.036,37 manat məbləğində maddi zərər vurulmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsinin ərizəsindən görünür ki, zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin ödənildiyi və təqsirləndirilən şəxsə qarşı şikayətin və tələbin olmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. İş materiallarında olan maddi sübut - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 21 sentyabr 2021-ci il tarixli **********3 saylı məktubuna əlavə edilmiş Şahid1 və Şahid3 Mursali oğlunun «Əmək müqaviləsi bildirişi» altsisteminə daxil edilmiş əmək müqaviləsi bağlanması ilə bağlı sənəd, Şahid1 və Şahid3 Mursali oğlunun adına tərtib edilmiş Sosial arayışlar, Şahid1 həyat yoldaşı Şahid2 və Şahid3 Mursali oğlunun ödəniş kartı üzrə çıxarışları, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-dən daxil olmuş 3 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 344-349, 351-353, 354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313cü maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə (Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi) əsasən xitam verilsin və o, Cinayət Məcəlləsinin 313-cü maddəsinə münasibətdə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutma və sahibkarlıq fəaliyyəti ilə məşğulolma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 21 sentyabr 2021-ci il tarixli **********3 saylı məktubuna əlavə edilmiş Şahid1 və Şahid3 Mursali oğlunun «Əmək müqaviləsi bildirişi» altsisteminə daxil edilmiş əmək müqaviləsi bağlanması ilə bağlı sənəd, Şahid1 və Şahid3 Mursali oğlunun adına tərtib edilmiş Sosial arayışlar, Şahid1 həyat yoldaşı Şahid2 və Şahid3 Mursali oğlunun ödəniş kartı üzrə çıxarışları, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-dən daxil olmuş 3 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. İş üzrə məhkəmə xərci yoxdur. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar