Məhkəmə qərarları › İş №1(067)-30/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-30/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-30/2024 09.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saat 23 radələrində Xudat-Nabran yolunun Xaçmaz rayonu ərazisindən keçən 9-cu km-də texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi “Vaz 2106” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobililə Xaçmaz istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib avtomobili yoldan çıxararaq aşırmış, nəticədə Vaz 2106” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 qızma ehtiyatsızlıqdan baş beyinin əzilməsi ilə müşayiət olunan hər iki göz orbiti ətrafında qançır-hemotoma, burun və üz skeleti sümüklərinin qapalı kimi sağlamlıqda uzun müddətə itirilməsi ilə əlaqədar sağlamlığa az ağır bədən xəsarəti almasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, avtomobili idarə etmək üçün “BC” kateroqiyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində Quba rayonu Qəçrəş kəndində çayxanaların birində tanışları Rəhman, Rövşən və Fatimə ilə birlikdə çay içib söhbət etmiş, söhbət zamanı Rəhman Xaçmaz rayonu Nabran kəmdində yerləşən “Sunset” diskotekasma getmək istədiyini və spirtli içki qəbul edəcəyini deyərək ayıq sürücü lazım olduğunu bildirmişdir. O,həmin vaxt Rəhmana avtomobili idarə edəcəyini bildirmişdir. Bundan sonra onlar çayxanadan durub gedərkən, Fatimədə onlarla getmək istədiyini bildirmiş və birlikdə tanışı Rəhmana məxsus “Vaz 2106” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib yola düşmüş, həmin vaxt avtomobili o, idarə etməyə başlamışdır. Yolda Rəhman qardaşı Bəhmanıda evdən götürməyini bildirmiş və o, avtomobili Rəhmanın yaşadığı ünvana sürdükdən sonra Bəhman da avtomobilə əyləşmiş avtomobili Nabran istiqamətinə idarə etməyə başlamışdır. Avtomobilin qabaq oturacağında Fatimə, arxa oturacağında isə Rəhman, Rövşən və Bəhman əyləşmişlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində Nabran kəndində yerləşən “Sunset” adlı diskotekaya gəlmiş, əyləndikədən sonra xx.xx.2023- cü il tarixdə saat təxminən 23 radələrində oradan çıxıb yaşadığqları ünvana gəlmək üçün Rəhmana məxsus “Vaz 2106” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, Rəhmana məxsus “Vaz 2106” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə başlamışdır. O, avtomobili saatda təxminən 100 km sürətlə idarə etmiş, Xaçmaz rayonu Müqtədir qəsəbəsinə çatanda yolun sərt döngə olduğunu görüb əyləcdən istifadə etmək istədikdə avtomobil bir anlıq yolun hərəkət hissəsində oynamış və idarə etməni itirmişdir. Bundan sonra avtombil Xaçmaz istiqamətində yolun sol ehtiyyat hissəsinə çıxdıqdan sonra yolun kənrarında torpaq sahəsində aşmışdır. Hadisə zamanı Fatimə və Bəhman xəsarət aldıqları üçün onları ilk əvvəl Xaçmaz MRX-na daha sonra isə Quba rayon MDM-nə aparmışlar. Hadisə zamanı spirtli içki qəbul etmədiyini bildirmişdir. Məhkəmə istintaqında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, 14 iyul 2023-cü il tarixdə tanışı Samir ilə Quba şəhəri, Nizami parkında voleybol oynayırdı. Bu zaman Samirin dostları onlara yaxınlaşıb, Nabrana diskotekaya getməyi təklif etmişlər. O da Samirə bildirdi ki, onlarla Nabrana getmək istəyir. O, Samir və Samirin dostları Vaz 2106 markalı avtomobil ilə Nabrana gedib, orada əylənmişlər. Samirin dostları pivə içmişlər, Samir isə spirtli içki içməmişdir. Qubaya qayıdanda maşını Samir sürmüşdür, o isə qabaqda əyləşmişdir. Samir maşını bərk surətlə sürdüyündən, hava da qaranlıq olduğundan avtomobil qəzaya uğramışdır. O başından xəsarət aldığından, daha sonra nələrin baş verməsini xatırlamır. Hadisədən sonra Samir ilk günlərdə xəstəxanaya gəlib ona maddi yardım etsə də, daha sonra onun vəziyyəti ilə maraqlanmamış və heç bir yardım etməmişdir. Hazırda onun baş-beyin nahiyyəsində problemlər yaranıb, müalicəsi üçün kifayət qədər pul lazımdır. Samir isə pul ödəmək istəmir. Buna görə də, Samirdən şikayətçidir, ona ağır cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında iş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınaraq ifadəsi alınmış Zərərçəkmiş şəxs2 göstərdi ki, xx.xx.2008-ci il təvəllüldü Zərərçəkmiş şəxs1 qızıdır. 14 iyul 2023-cü il tarixdə saat 09 radələrində evdən çıxıb getmiş və həmin vaxt qızı Fatimə evdə qalmışdır.Həmin günü axşam saat 18 radələrində yaşadığı ünvana gəldikdən sonra qızı Fatimənin yevdə olmadığını görmüş və mobil telefonuna zəng vurmuş, Fatimə telefonacavab verməmişdir. Həmin günü saat 23:45-də yenidən Fatimənin mobil telelfonuna zəng etmiş, telefona Samir cavab verərək Nabran kəndində yol nəqliyyat hadisəsi törətdiyini qızı Fatimənin xəsarət aldığını və hazırda Xaçmaz MRX-da olduğunu bildirmişdir. Bundan sonra o, fatimənin arxası ilə Xaçmaz MRX-na gəlmiş və Fatimənin vəziyyətinin pis olduğunu görüb Quba rayonu DMM-nə gətirmişdir. Qızı Fatimənin yol nəqliyyat hadisəsi zamanı xəsarət aldıqdan sonra yaddaşı pozulmuş və baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X3 göstərdi ki, xx.xx.2023- cü il tarixdə saat təxminən 19 radələrində Quba rayonu Qəçrəş kəndində çayxanaların birində tanışları Samir, Rövşən və Fatimə ilə birlikdə çay içib söhbət etmiş, söhbət zamanı tanışları Samir və Rövşənə Xaçmaz rayonu Nabran kəndində yerləşən “Sunset” diskotekasma getmək istədiyini və spirtli içki qəbul edəcəyini deyərək ayıq sürücü lazım olduğunu bildirmişdir. Həmin vaxt Samir ona sürücülük vəsiqəsi olduğunu deyərək avtomobili idarə edəcəyini demişdir. Bundansonra birlikdə çayxanadan durub gedəndə Fatimə də onalarla getmək istədiyini bildirmiş və birlikdə ona məxsus “Vaz 2106” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib yola düşmüşlər. Həmin vaxt avtomobili Samir idarə etmiş, yolda Samirə qardaşı Bəhmanıda evdən götürməyini demiş və daha sonra Samir avtomobili yaşadıqları ünvana sürdükdən sonra Bəhmanda avtomobilə əyləşmişdir. Samir avtomobili Nabran istiqamətinə idarə etməyə başlamış, avtomobilin qabaq oturacağında Fatimə, arxa oturacağında isə o, Rövşən və Bəhman əyləşmişlər. xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində Nabran kəndində yerləşən “Sunset” adlı diskotekaya gəlmiş, əyləndikədən sonra xx.xx.2023-cü il tarixə saat təxminən 23 radələrində oradan çıxıb yaşadıqları ünvana gəlmək üçün ona məxsus “Vaz 2106” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Həmin vaxt ona məxsus “Vaz 2106” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili Samir idarə etmişdir. O, Samirin axrasında oruduğundan Samirin avtomobili hansi sürətlə idarə etdiyini görməmiş, Xaçmaz istiqamətində hərəkətdə olarkən qarşı tərəfdə sərt döngə olduğundan Samir avtomobili yoldan çıxarmış və avtomobil yolun sol ehtiyyat hissəsinə çıxdıqdan sonra yolun kənrarında torpaq sahəsində aşmışdır. Hadisə zamanı Fatimə və qardaşı Bəhman xəsarət aldığı üçün onları ilk əvvəl Xaçmaz MRX-na daha sonra isə Quba rayon MDM-nə aparmışlar. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması özünün və zərərçəkmiş şəxslərin ifadəsi ilə yanaşı, iş üzrə tədqiq edilmiş digər sübutlarla da öz təsdiqini tapır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Məhkəmə tibbi ekspertizasının 29 iyul 2023-cü il tarixli 516 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər- baş beyin əzilməsi ilə müşayiət olunan hər iki göz orbiti ətrafında qançır-hemotoma, burun və üz skeleti sümüklərinin qapalı şınığı küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 15 iyul 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ-gələ bilər, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının 28 avqust 2023-cü il tarixli, 8/2430 nömrəli rəyindən məlum olur ki, «Vaz 2106» markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cü maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimumu icazə verilən 60km/saat sürətindən artıq, yəni 100 km\saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1- cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan 15 iyul 2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarında olan İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3- 13-16/2-116441/2023 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BD 603706 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsi verilib və onun sürücülük hüquququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydiyyata alınmayıb . İş materiallarında olan iş üzrə «Vaz 2106 » markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarında olan Quba şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2192 sayı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkibini yaradır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cü maddəsinin 1-ci hissəsinin 3cü bəndinə əsasən, Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1- ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 13-cü bəndində göstərilir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Nərəcan kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ərazidə özünü sakit, intizamlı bir vətəndaş kimi aparmışdır. Onun barəsində Nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması,ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ehtiyatsızlıqdan az ağır olmaqla ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlinə görə peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi şəraitini, eləcə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətçi olması və təqsirləndirilənin zərərçəkmişlə barışıq əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır İş üzrə məhkəmə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, X2, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına keçirilməlidir. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli qərardan və 14 avqust 2023-cü il tarixli qəbzdən müəyyən edilir ki, “Vaz 2106” markalı, ** CP *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin avtomobil saxlanılması üçün sahibi (mülkiyyətçisi) Şahid təhvil verilmişdir. Odur ki, iş üzrə maddi sübut “Vaz 2106” markalı, ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi (mülkiyyətçisi) Şahid qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. GöstərilənlərəəsasənvəAzərbaycanRespublikasıCPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384, 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış «Vaz 2106 » markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi (mülkiyyətçisi) Şahid qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının xərci olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar