Məhkəmə qərarları › İş №1(067)-30/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-30/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-30/2025 07.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs övladı Şahid1 “Dövlət Dəniz və Liman Agentliyinə” matros kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 20 sentyabr 2023-ъü ил tarixdə saat 14:40da Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən “Gənclik” mağazasından “Emanat” terminalı vasitəsilə istifadə etdiyi “4098 5844 6702 0986” nömrəli bank kartına 3.000 (üç min) manat pul vəsaitinin köçürülməsinə nail olmuş, daha sonra eyni məqsədlə 2023-cü ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “5 X3” yaxınlığında 2.000 (iki min) manat pul vəsaitini Zərərçəkmiş şəxs nağd qaydada almış, daha sonra, йяни 27 oktyabr 2023-cü il tarixdə saat 16:44-də Xaçmaz rayonu, Çinartala kəndində yerləşən “Murad Market” mağazasından “Emanat” terminalı vasitəsilə istifadə etdiyi “4098 5844 6702 0986” nömrəli bank kartına 500 (beş yüz) manat pul vəsaitinin köçürülməsinə nail olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 5.500 (beş min beş yüz) манат məblğində maddi ziyan vurmaqla dələduzluq etmiş, yəni, o, xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bununla da, o Azərbaycan Respublikası CM-nin 178.2.4 maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri aşağıdakı sübutlarla tam sübuta yetirilmişdir: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Evlidir və bir övladı var. Heç bir yerdə işləmir. 2023-cü ilin sentyabr ayının əvvəllərində təsadüfən Bakı şəhərində keçirilən məclislərin birində Xaçmaz rayon sakini Zərərçəkmiş şəxs ilə tanış olmuş, Telmanla söhbət zamanı sonuncu ona oğlunun uzun müddətdir ki, işsiz olduğunu və oğlunu işə düzəltməyə adam axtardığını söyləmişdir. Qeyd edir ki, danışıq zamanı o da X4 və Liman Agentliyində tanışlarının olduğunu və oğlunu həmin agentliyə işə düzəldə biləcəyini söyləmişdir. O, Telmana həmin sözləri deyən zaman da fikirləşmişdir ki, pulu alsın əgər həqiqətən də həmin idarədə çalışan tanış adam tapsa Telmanın oğlunu işə düzəldər, yox əgər adam tapa bilməsə pulu nə vaxt olsa Telmanın pulunu qaytarar. Telmanla danışıq zamanı da sonuncu ona inansın deyə yalandan ona demişdir ki, "xxxx" ASC-də yüksək vəzifədə çalışır. Həmin vaxtı Telmana oğlunu X2 matros kimi işə düzəltmək üçün 5.500 manat pul lazım olduğunu söyləmiş, Telman da ona 5.500 manatının hal-hazırda olmadığını, həmin pulu isə qısa zaman ərzində hissə-hissə ödəyəcəyini söyləmiş, o da Telmanla razılaşmışdır. O da Telmana vəd vermişdir ki, oğlu qısa zaman ərzində işə düzələcək. Beləliklə, Telman ilk dəfə 3.000 manat pulu 20 sentyabr 2023-cü il tarixdə “Emanat” proqramı vasitəsilə onun “Vatsapp” proqramına göndərdiyi özünə məxsus “4098 5844 6702 0986” nömrəli bank kartına köçürmüş, 2000 manat pulu isə 2023-cü ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “5 X3” qarşısında ona təkbətək görüş zamanı vermişdir. Yerdə qalan 500 manat pulu isə 27 oktyabr 2023-cü il tarixdə yenə də “Emanat” proqramı vasitəsilə yenə onun özünə məxsus “4098 5844 6702 0986” nömrəli bank kartına köçürmüşdür. Telman ümumilikdə ona 5.500 manat pul vermiş, o, özü də ilk əvvəl çalışmışdır ki, onun oğlunu işə düzəltsin, ancaq qeyd edir ki, nə qədər çalışsa da oğlunu işə düzəldə bilməmişdir. Telmanın ona verdiyi 5.500 manat pulu da borclarına xərcləmiş, fikirləşmişdir ki, pulu olsa gələcəkdə qaytarar. Ancaq elə olmuşdur ki, maddi imkanı daha da zəifləmiş, buna görə də Telmanın pulunu qaytara bilməmişdir. Hazırda zərərçəkmiş şəxsin pulunu ödəmiş və barışıq əldə etmişdir. Bundan başqa, dövlət nəfinə 25 faiz məbləği də ödəmişdir. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Xaçmaz rayonu, Aleksandrovka kəndində qeydiyyatda olmaqla Xaçmaz rayonu, Gödəkli kəndində ailəsi ilə birlikdə yaşayır. Evlidir və üç övladı var. Özü heç bir yerdə işləmir. Qeyd edir ki, Şahid1 onun oğludur. Oğlu əsgərlikdən gəldikdən sonra ona iş axtarmağa çalışsa da heç cür iş tapa bilmirmiş. Buna görə də ətrafındakı insanlardan xahiş eləmişdir ki, əgər kiminsə onun oğlunu işə düzəltməyə tanışı varsa ona köməklik göstərsin. Elə olmuşdur ki, 2023-cü ilin sentyabr ayının əvvəllərində o, Bakı şəhər sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onunla da Bakı şəhərində keçirilən məclislərin birində təsadüfən tanış olmuşdur. Elçinlə söhbət zamanı sonuncuya oğlunun işsiz olduğunu söyləmiş, Elçin isə ona X2 tanışlarının olduğunu və oğlunu həmin agentliyə işə düzəldə biləcəyini söyləmişdir. Elçin özü ona demişdir ki, "xxxx"da özü yüksək vəzifədə çalışır. Elçinin hərəkətlərindən və davranışından ona inamı yaranmışdır. Elçinin ona verdiyi vədə əsasən ümumilikdə 5.500 manata oğlunu Dəniz Agentliyinə matros kimi düzəldəcəkmiş. O da Elçinə 5.500 manatının hal-hazırda olmadığını, həmin pulu isə qısa zaman ərzində hissə-hissə ödəyəcəyini söyləmişdir. Oda Elçinlə razılaşmışdır. Elçin bundan əlavə ona vəd vermişdir ki, oğlu qısa zaman ərzində işə düzələcək. O, ilk dəfə 3.000 manat pulu 20 sentyabr 2023-cü il tarixdə Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən mağazaların birində olan “Emanat” proqramı vasitəsilə Elçinin onun “Vatsapp” proqramına göndərdiyi “4098 5844 6702 0986” nömrəli bank kartına köçürmüş, 2000 manat pulu isə 2023-cü ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “5 X3” qarşısında ona təkbətək görüş zamanı vermişdir. Yerdə qalan 500 manat pulu isə 27 oktyabr 2023-cü il tarixdə Xaçmaz rayonu, Çinartala kəndində yerləşən mağazaların birindəki “Emanat” proqramı vasitəsilə onun özünə məxsus əvvəlki bank kartına köçürmüşdür. O, ümumilikdə 5.500 manatı Elçinə verməyinə baxmayaraq Elçin ona verdiyi vədə əməl etməyərək oğlunu işə düzəltməmiş və hər dəfəsində ondan pulunu istədikdə ona müxtəlif bəhanələr gətirmişdir. Buna görə də o da məcbur olub bu barədə DİN-nin 102 xidmətinə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödədiyindən Təqsirləndirilən şəxsla barışmış və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 RPŞ-nə verdiyi ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Gödəkli kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Evlidir və övladı yoxdur. 1 aya yaxındır ki, Qusar rayonu, Ləgər kəndində yerləşən "xxxx" MMC-nə məxsus bağ sahəsində fəhlə kimi çalışır. Zərərçəkmiş şəxs onun atasıdır. Qeyd edir ki, o, 2023-cü ilin yay aylarında hərbi xidmətdən qayıtdıqdan sonra özünə iş axtarmağa başlamış, ancaq ali təhsili olmadığına görə iş tapmaqda çətinlik çəkirmiş. Buna görə də atası Telman onun iş tapmağı üçün ətrafındakı dost-tanışa məlumat verirmiş ki, əgər kiminsə tanışı varsa ona iş tapmaqda köməklik etsin. 2023-cü ilin sentyabr ayında atası onunla söhbət edən zaman ona “X2” matros kimi işləyib-işləməmək istəyini soruşmuş, o da atasına matros kimi işləmək istədiyini bildirmişdir. Atası da ona Bakı şəhər sakini kimi Təqsirləndirilən şəxs adlı şəxslə tanış olduğunu və Elçinin onu qeyd edilən agentliyə matros kimi işə düzəldə biləcəyini söyləmiş, ancaq bunun üçün isə atasının ona 5.500 manat pul verməli olduğunu bildirmişdir. Həmin pulu da atası Elçinə 3 dəfəyə, 3.000 və 500 manatı Elçinin kartına göndərmiş, 2.000 manat pulu isə Bakı şəhərində əlbəəl Elçinə çatdırmışdır. Atası pulu Elçinə çatdırmağına baxmayaraq sonuncu atasına verdiyi vədə əməl etməmiş və atasının pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. İş materiallarında olan və məhkəmə istinaqı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş, hazırda zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən Ağacanov X1 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3.500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, Bakı Şəhər Probasiya İdarəsinin 11 iyun 2024-cü il tarixli məktubuna əsasən isə Təqsirləndirilən şəxs həmin cərimə cəzasını ödəməmişdir. İş materiallarında olan 9888 saylı, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş 5500 (beş min beş yüz) manat məbləğində pulun 25 (iyirmi beş) faizi miqdarında, yəni 1375 (bir min üç yüz yetmiş beş) manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı təmamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi məhkəmə baxışı zamanı cinayət nəticəsində vurulmuş maddi ziyanın 25%-i məbləğində pulun dövlət büdcəsinə ödənilməsini və zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alıb, Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişə vurulmuş ziyanı və cinayət nəticəsində vurulmuş maddi ziyanın 25%-i məbləğində pul dövlət büdcəsinə ödənildiyindən, iş üzrə zərərçəkmiş şəxslə barışıq əldə olunduğundan iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlər kateqoriyasına daxildir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq əldə edilmişdir. Bu fakt məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxsin 10 mart 2025-ci il tarixli ərizəsi ilə öz təsdiqini tapmışdır. Həmçinin, Məhkəməyə təqdim olunmuş 9888 saylı, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxssə vurulmuş 5500 (beş min beş yüz) manat məbləğində pulun 25 (iyirmi beş) faizi miqdarında, yəni 1375 (bir min üç yüz yetmiş beş) manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması və onu bağışlaması, həmçinin Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş maddi ziyanın 25%-i məbləğində pulun dövlət büdcəsinə ödənilməsi, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə xahişi, cinayət işinin icraatına xitam verilməsi barədə dövlət ittihamçısının mövqeyi nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət işinin icraatına xitam verilməklə, o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tamamilə ödəmiş və onunla barışmış Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş maddi ziyanın 25 %-i (iyirmi beş) miqdarında (1375 manat) pulun dövlət büdcəsinə ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirlındirildiyi ittiham üzrə o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar