Məhkəmə qərarları › İş №1(067)-31/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-31/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-31/2024 27.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, işləməyən, Xaçmaz şəhəri. N.ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,436 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 10 iyul 2023-cü il tarixdə o, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində saxlanılıb Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasına gətirilərək 10 iyul 2023-cü il tarixdə saat 20:51-dən 20:58-dək olan müddətdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindəki "West” markalı siqaret qutusunun üzərindəki sellofanın içərisində olan 1 ədəd qızılı rəngli kağız bükümdən təmiz çəkisi 0.436 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Xaçmaz şəhəri N.Nərimanov küçəsi ev 72 mənzil 24-də ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. O təxminən 2 ildir ki. psixotrop maddə metamfetamindən istifadə edir. 09 iyul 2023-cii il tarixdə N.Nərimanov küçəsində yerləşən Xəzər parkında olduğu zaman təsdüfən yerdən 1 ədəd büküm taparaq götürmüş və içinə baxdıqda qutunun içində «palı» yəni-metamfetamin olması ona məlum olmuşdur. O həmin 1 ədəd bükümdəki «patı» adlandırılan maddədən istifadə etmək ııçiin bükümü cibindəki «West» markalı siqaret qutusunun üzərindəki sellofanın içinə yerləşdirib və sonra isə şalvarının sağ yan cibinə qoymuşdur. 10 iyul 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Xaçmaz şəhəri N.Nərimanov küçəsində olduğu zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərinin Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını ona bildirmiş və onu RPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək onların təklifi ilə razılışıb və polis əməkdaşları ilə birlikdə RPŞ-nə getmişdir. Xaçmaz RPŞ-də hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Bundan sonra Xaçmaz rayon polis şöbəsində üzərinə Xaçmaz rayon vəkil bürosunun vəkilinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı o əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 qutu «West» markalı siqaret qutusunu və üzərindəki sellofandan isə 1 ədəd biikümü çıxarıb, otaqdakı masanın üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra o həmin «West» markalı siqaret qutusunun sellofanının içindən çıxardığı 1 ədəd qızılı rəngli bükümü açdıqda içərisindəki ağ rəngli kütlənin nə olmasını polislər ondan soruşduqda o həmin bükümdəki kütlənin metamfetamin olduğunu və onu küçədən taparaq istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Həmin 1 ədəd büküm elektron tərəzidə çəkilərkən bükümlə birlikdə ümumi çəkisinin 0,6 qram olması onlara məlum olmuşdur. Bundan sonra üzərindən aşkar edilmiş İ ədəd büküm 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və lıəınin zəfdə imza etmişlər. Onun üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edildikdən sonra həmin protokolu imzaları ilə təsdiq etmişlər. O hər hansı bir şəxsdən narkotik vasitə almamış və satmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X6 Mübariz Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin PPXB-ııin polis nəfəri, polis serjantı X5 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 10 iyul 2023-cü il tarixdə saat 19:30-da onlar Təqsirləndirilən şəxs yaşadığı küçədə olmasım müəyyən etmişlər və həmin yerdə sonuncuya yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra videoçəkilişlə sonuncunun üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki. üzərindəkiləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq üzəıində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaret paketini çıxararaq həmin paketin üzərindəki sellofana yerləşdirdiyi 1 ədəd qızılı rəngli bükümü təqdim etmişdir. Həmin bükümün içərisinə baxılan zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kristalşəkilli maddənin olması müəyyən edilmişdir. Daha sonradan həmin maddənin psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olmasım, Xaçmaz şəhərində yerləşən Xəzər parkından tapdığını və, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə başqa hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Həmin içərisində psixotrop maddə metamfetamin olan büküm ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə və yaxud psixotrop maddə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq həmin psixotrop maddəni Xaçmaz şəhəri. N.Nərimanov küçəsində yerləşən "Xəzər" parkından tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 Xaçmaz rayon X6 Mübariz Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə Xaçmaz RPŞ-nin baş müstəntiqi, polis mayoru X13 tərəfindən şəxsi axtarış keçirilməsi haqqında tərtib edilmiş 10 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindəki "West” markalı siqaret qutusunun üzərindəki sellofanın içərisindən qızılı rəngli kağız bükümdən daha sonradan psixotrop maddə metamfetamin olması müəyyən edilən maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan iş üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərini əks etdirən disk daşıyıcıdan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə xx.xx.2023-cti il tarixdə tərəfimdən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki. Xaçmaz RPŞ-niıı İB-nin baş müstəntiqi, polis mayoru X13 özünü təqdim edir və narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında, istifadəsində və daşınmasında şübhəli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim edir. Müstəntiq şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş başqa əşya varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs bu təklifdən sonra üzərində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd "West“ markalı siqaret qutusunu çıxararaq təqdim edir. Müstəntiq tərəfindən həmin siqaret qutusuna baxılan zamaıı üərindəki sellofanın içərisində 1 ədəd bükümün olması müəyyən edilir. Həmin kağız büküm açıldıqda içərisində ağ rəngli maddənin olması müşahidə edilir. Müstəntiq tərəfindən həmin maddənin nə olması soruşulan zaman Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə metamfetamin olmasım və özünə məxsus olmasını bildirir. Qeyd olunan büküm içərisində olan maddə ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 0.6 qram olması müəyyən edilir. Bundan başqa onun üzərindən hər hansı qanunsuz əşya aşkar edilmir. Müstəntiq tərəfindən həmin 1 ədəd içərisində psixotrop maddə olan büküm müvafiq qaydada qablaşdırılaraq götürülür. Təqsirləndirilən şəxs aşlxar edilmiş siqaret qutusu onun özünə geri qaytarılır. Disk daşıyıcıda olan videogöriıntüyə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özü olduğunu, üzərindən aşkar edilən psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu bir daha etiraf etmişdir. İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizanın 02 iyul 2023-cü il tarixli 3-16- 16/2-6/3741 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 0,436 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in İ siyahısına daxildir. İş materiallarında olan istintaq zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmə narkoloji ekspertizası təyin edilərək keçirilmiş, ekspertizanın 13 sentyabr 2023-cü il tarixli 5869 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorlarm birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus üzərindən aşkar edilmiş təmiz çəkisi 0.436 qram olan psixotrop maddə metamfetaminin xx.xx.2023-cü il tarixli qərarla və bir ədəd içərisində şəxsi axtarış videogörüntüsü olan disk daşıyıcı xx.xx.2023-cü il tarixli qərarla işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0.386 qram qalığı saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş DİN-in BƏSİ İ-dən alınmış tələbnamədən görünür ki. Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2010cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, eyni Məcəllənin 70-ci maddəsinə əsasən cəzası şərti hesab olunaraq 1 il sınaq müddəti təyin edilmişdir. Məhumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 18 və 83-cii maddələrinə əsasən Təqsirləndirilən şəxs yenidən cinayət əməlini törətməsi əməllərində cinayətin residivini yaratmır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yaşadığı müddət ərzində onun barəsində idarəyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,436 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 10 iyul 2023-cü il tarixdə o, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində saxlanılıb Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasına gətirilərək 10 iyul 2023-cü il tarixdə saat 20:51-dən 20:58-dək olan müddətdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindəki "West” markalı siqaret qutusunun üzərindəki sellofanın içərisində olan 1 ədəd qızılı rəngli kağız bükümdən təmiz çəkisi 0.436 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə uyğun olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, əldə etdiyi narkotik vasitənin növü və miqdarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 10 iyul 2023-cü il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 12 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 12 iyul 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 iyul 2023-cü il tarixdən 12 iyul 2023-cü il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 27 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddi sübut kimi tanınmış psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 0,386 qram təşkil edən narkotik vasitə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 iyul 2023-cü il tarixdən 12 iyul 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə qaldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 27 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddi sübut kimi tanınmış psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 0,386 qram təşkil edən narkotik vasitə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar