Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-32/2023 10.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Xaçmaz filialının inzibati binasının qarşısında dayanaraq orada olan Zərərçəkmiş şəxs1 qızma bankomatdan pul çıxarılmasına kömək etmək adı ilə sonuncuya məxsus "xxxx"a aid 676867******2476 nömrəli plastik pensiya kartını və həmin karta aid pin kodu ələ keçirməklə, sonradan həmin tarixdə saat 15:28-də ələ keçirdiyi həmin kartı ünvan 4 ünvanında yerləşən poçt şöbəsinin inzibati binasının qarşısında quraşdırılmış "xxxx" ASCə məxsus bankomata daxil edib pin koddan istifadə edərək Zərərçəkmiş şəxs1 hesabından 259 manat məbləğində pul vəsaitini qanunsuz məxaric edərək, elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmiş, yəni elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən, 18 yanvar 2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən «Orxan» marketin qarşısında dayanaraq orada olan Zərərçəkmiş şəxs4 bankomatdan pul çıxarılmasına kömək etmək adı ilə sonuncuya məxsus "xxxx"a aid 416974******5577 nömrəli plastik pensiya kartını və həmin karta aid pin kodu ələ keçirməklə, sonradan həmin tarixdə saat 15 radələrində ələ keçirdiyi həmin kartı ünvan 4 ünvanında yerləşən poçt şöbəsinin inzibati binasının qarşısında quraşdırılmış "xxxx" ASC-ə aid bankomata daxil edib pin koddan istifadə edərək Zərərçəkmiş şəxs4 hesabından 269 manat məbləğində pul vəsaitini qanunsuz məxaric edərək, təkrar, elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmiş, yəni təkrar, elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən, 14 may 2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən «Ailə» marketin qarşısında dayanaraq orada olan Zərərçəkmiş şəxs2 qızma bankomatdan pul çıxarılmasına kömək etmək adı ilə sonuncuya məxsus "xxxx"a aid 416974******4416 nömrəli plastik pensiya kartını və həmin karta aid pin kodu ələ keçirməklə, sonradan 16 may 2022-ci il tarixdə saat 09:00-da ələ keçirdiyi həmin kartı «Ailə» marketin qarşısında quraşdırılmış "xxxx" ASC-ə aid bankomata daxil edib pin koddan istifadə edərək Zərərçəkmiş şəxs2 hesabından 268 manat məbləğində pul vəsaitini qanunsuz məxaric edərək, təkrar, elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmiş, yəni təkrar, elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən, 14 may 2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən «Ailə» marketin qarşısında dayanaraq orada olan Zərərçəkmiş şəxs3 qızma bankomatdan pul çıxarılmasına kömək etmək adı ilə sonuncuya məxsus "xxxx"a aid 416974******6555 nömrəli plastik pensiya kartını və həmin karta aid pin kodu aldatma yolu ilə ələ keçirməklə, sonradan 16 may 2022-ci il tarixdə saat 09:15-də ələ keçirdiyi həmin kartı ünvan 4 ünvanında yerləşən poçt şöbəsinin inzibati binasının qarşısında quraşdırılmış "xxxx" ASCə aid bankomata daxil edib pin koddan istifadə edərək Zərərçəkmiş şəxs3 hesabından 269 manat məbləğində pul vəsaitini qanunsuz məxaric edərək, təkrar, elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmiş, yəni təkrar, elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, anket məlumatında qeyd olunan ünvanda anası Şahid ilə birlikdə yaşayır və rəsmi olaraq heç yerdə işləmir. 18 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşısında quraşdırılmış bankomatdan anası Şahid məxsus pensiyanı çıxartmaq istəmiş, lakin anasına məxsus pensiya kartının hesabında pul olmamışdır. Bu zaman şəxsiyyəti sonradan məlum olan Zərərçəkmiş şəxs1 ona yaxınlaşmış və onun kartında pul olub-olmamasını yoxlamasını xahiş etmişdir. O, Zərərçəkmiş şəxs1 verdiyi kartı bankomata daxil etmiş və onun dediyi kodu yığmışdır. Zərərçəkmiş şəxs1 kartında 259 manat məbləğində pul olduğunu görmüş və pula ehtiyacı olduğuna görə Zərərçəkmiş şəxs1m aldadıb həmin pulu ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs1 yalandan onun kartına pul köçmədiyini demiş və ona məxsus kartı götürüb anasına məxsus pensiya kartını ona vermişdir. Zərərçəkmiş şəxs1 uzaqlaşan kimi ona məxsus pensiya kartını təkrar bankomata daxil edib 259 manat məbləğində pulu çıxararaq cibinə qoymuşdur. Bundan sonra orada dayanmayıb Xaçmaz şəhəri N.Nərimanov küçəsinə getmiş və həmin küçədə yerləşən «Orxan» marketin qarşısında quraşdırılmış bankomata yaxınlaşmışdır. Həmin vaxt orada bankomatdan pensiyalarını çıxarmaq istəyən tanımadığı bir neçə şəxs olmuş, şəxsiyyəti sonradan polis şöbəsində Zərərçəkmiş şəxs4 kimi məlum olan qadın plastik pensiya kartını ona vermiş və bankomatdan onun pensiyasını çıxarmasını xahiş etmişdir. O, kartı alıb kodunu soruşmuş, Zərərçəkmiş şəxs4 kartın kodunu deyəndən sonra onu bankomata daxil edib kodu yığanda onun hesabında 269 manat məbləğində pul olduğunu görmüş və həmin pulu oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs4 yalandan guya kartda pul olmadığını demiş və özündə olan başqa bir kartı ona vermişdir. Zərərçəkmiş şəxs4 çıxıb gedəndən sonra ona məxsus plastik kartı elə həmin bankomata daxil etmiş və onun hesabında olan 269 manat məbləğində pulu çıxarıb cibinə qoymuşdur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 başqa 2022-ci ilin yanvar ayına aid pensiyalar verilən müddət ərzində, yəni təxminən 18-25 yanvar 2022-ci il tarixlər arası daha bir neçə nəfər tanımadığı şəxslərin də eyni qaydada aldadıb pensiya kartlarını alıb başqa kart verməklə pullarını çıxarıb özünə götürmüş və əldə etdiyi pulları ehtiyaclarına xərcləməklə istifadə etmişdir. Lakin həmin şəxslərin heç birini tanımır və adlarını dəqiq bilmir. Bundan başqa 14 may 2022-ci il tarixdə saat 09 radələrində Xaçmaz şəhəri 20 Yanvar küçəsində yerləşən «Ailə» marketin qarşısında quraşdırılmış "xxxx" ASC- nə məxsus bankomatın yanında dayandığı zaman şəxsiyyəti sonradan məlum olan Zərərçəkmiş şəxs2 ona yaxınlaşmış və özünə məxsus kartı verib təqaüdünün köçüb-köçmədiyini yoxlamasını xahiş etmişdir. O, Zərərçəkmiş şəxs2 verdiyi kartı bankomata daxil edib dediyi kodu yığanda kartın hesabında 268 manat pul olduğunu görmüş, lakin Zərərçəkmiş şəxs2 bu barədə heç nə bildirməmiş, yalandan ona guya kartının bloklandığım demiş və üstündə olan, lakin kimə məxsus olduğunu dəqiq bilmədiyi kartı ona vermişdir. Zərərçəkmiş şəxs2 bankomatdan aralanan kimi ona məxsus kartı təkrar bankomata daxil etmiş və kartın hesabında olan 268 manat pulu çıxarıb cibinə qoymuşdur. Zərərçəkmiş şəxs2 çıxıb gedəndən təxminən 10-15 dəqiqə sonra şəxsiyyəti sonradan məlum olan Zərərçəkmiş şəxs3 ona yaxınlaşmış və özünə məxsus pensiya kartını ona verib yoxlamasını xahiş etmişdir. O, Zərərçəkmiş şəxs3nm kartını bankomata yerləşdirib dediyi kodu yığanda kartın hesabında 268 manat məbləğində pul oldduğunu görmüş, lakin ona bu barədə heç nə bildirməmişdir. Ona da eyni qaydada yalandan guya kartının blok edildiyini demiş və hesabındakı pulu çıxarıb götürdüyü Zərərçəkmiş şəxs2 məxsus kartı ona vermişdir. Zərərçəkmiş şəxs3 bankomatdan aralanan kimi ona məxsus kartı təkrar bankomata daxil edərək hesabındakı 268 manat məbləğində pulu çıxarıb cibinə qoymuş və oradan uzaqlaşmışdır. Əldə etdiyi puldan müəyyən hissəsini anasının dərmanlarına, qalan hissəsini isə öz ehtiyaclarına xərcləməklə istifadə etmişdir. Adları çəkilən şəxslərə məxsus plastik bank kartlarını pul çıxarmaq adı ilə aldadıb ələ keçirərkən və həmin kartların hesabında olan pulları bankomatdan çıxarmaqla oğurlayarkən tək olmuş və həmin vaxt yanında başqa heç kim olmamışdır. Qeyd olunan cinayət hadisələrini özü tək törətmiş və həmin cinayətlərin törədilməsində onunla birlikdə heç kim iştirak etməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir və təqaüdçüdür. Lakin buna baxmayaraq fərdi qaydada harada iş olsa işləyib ailələrinin dolanışığına köməklik edir. 18 yanvar 2022-ci il tarixdə saat 15 radələrində özünə məxsus "xxxx"dan verilmiş təqaüd kartını dəyişib Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsində yerləşən "xxxx"ın inzibati binasının qarşısında quraşdırılmış bankomata yaxınlaşmışdır. Özü bankomatdan pul çıxara bilmədiyi üçün orada dayanmış, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsdən onun kartından pulunuu çıxarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs etiraz etməyib kartı ondan almış, kartının pin kodunu ona deyəndən sonra o, kartı bankomata daxil edib çıxartmış və kartın hesabına pulun oturmadığını deyərək geri qaytarmışdır. O, ona inanıb kartını götürüb evə getmiş, səhəri gün, yəni 19 yanvar 2022-ci il tarixdə kartının hesabına nə səbəbə pulunun köçürülmədiyini öyrənmək məqsədi ilə yenidən "xxxx" ASC-nin Xaçmaz filialına getmişdir. Bununla bağlı maraqlanıb soruşanda bankın işçiləri kartı ondan alıb yoxlamış və onda olan kartın Şahid adlı qadına məxsus olduğunu, onun özünə miəxsus olmuş pensiya kartından isə 18 yanvar 2022-ci il tarixdə saat 15:28-də 259 manat məbləğində pulun çıxarıldığını demişlər. Bundan sonra Təqsirləndirilən şəxs onu aldadaraq anası Şahid məxsus kartı ona verdiyi və onun kartını götürərək həmin kartdan ona məxsus 259 manat məbləğində pulu çıxardığı məlum olmuşdur. Həmin vaxt banka başqa bir qadın gəlmiş və kartının bloka düşdüyünü deyərək bank işçilərinə müraciət etmişdir. Bank işçiləri həmin məsələni araşdırarkən Təqsirləndirilən şəxs ona məxsus kartı həmin qadına verdiyi məlum olmuşdur. Şəxsən özü həmin qadının kim olmasını və harada yaşamasını bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona məxsus kartın kodunu öyrənəndən sonra onu aldadıb anasına məxsus kartı ona verməsinə və onun kartından 259 (iyi yüz əlli doqquz) manat məbləğində pulunu çıxarararaq oğurlamasına tam əmin olmuşdur. Özü əvvəllər nə Təqsirləndirilən şəxs, nə də onun anası Şahidm tanımamış və onlarla onun arasında heç bir münasibət olmamışdır. Banka müraciət edəndən sonra bank işçilərinin köməyi ilə Təqsirləndirilən şəxs pulunu ala bidləcəyimi fikirləşmiş və buna görə də həmin gün hadisə ilə bağlı polisə müraciət etməmişdir. Lakin bu işdə nə bank işçiləri ona kömək edə bilməmiş, nə də Təqsirləndirilən şəxs pulunu gətirib qaytarmamışdır. Buna görə də 02 fevral 2022-ci il tarixdə hadisə barədə Xaçmaz RPŞ-nə ərizə ilə müraciət etmiş və bununla bağlı izahat vermişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayı. Rəsmi olaraq heç yerdə işləmir, təqaüdçüdür. Buna baxmayaraq fərdi qaydada harada iş olsa işləyib ailəsinin dolanışığına köməklik edir. 14 may 2022-ci il tarixdə saat 09 radələrində təqaüdünü çıxarmaq üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona verilmiş təqaüd kartını götürüb Xaçmaz şəhəri 20 Yanvar küçəsində yerləşən «Ailə» marketin qarşısında quraşdırılmış "xxxx"a aid bankomata yaxınlaşmışdır. Həmin vaxt sonradan şəxsiyyəti Təqsirləndirilən şəxs kimi məlum olan şəxs bankomatm qarşısında dayanmış tanımadığı şəxslər üçün bankomatdan pul çıxartdığını görmüşdür. Növbəsi çatanda Təqsirləndirilən şəxs ona pulunu çıxartmaq üçün kartını verməsini demiş, o, etiraz etməyib təqaüd kartını Eminə vermiş və kartının kodunu ona demişdir. Təqsirləndirilən şəxs kartı bankomata daxil etmiş və kartın bloklandığım demişdir. O, özü də bankomatm manitorunda kartın bloka düşdüyünü görmüş və bundan sonra kartı Emindən götürüb birbaşa "xxxx" ASC-nin Xaçmaz filialına getmişdir. Bununla bağlı maraqlanıb soruşanda bankın işçiləri kartı ondan alıb yoxlamış və həmin kartın başqa şəxsə məxsus olduğunu, onun özünə məxsus olmuş pensiya kartından isə 14 may 2022-ci il tarixdə saat 09:00-da 268 manat məbləğində pulun çıxarıldığını demişlər. Bundan sonra Təqsirləndirilən şəxs ona aldadaraq başqa şəxsə məxsus kartı ona verməsi və onun kartını götürərək həmin kartdan 268 manat məbləğində pulunu çıxarması məlum olmuşdur. Həmin ərəfədə sonradan adını bildiyi Xaçmaz rayonu Qaraçı kəndindən olan Zərərçəkmiş şəxs3 adlı qadın banka gəlmiş və onun da eyni üsulla aldadıldığını bilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 ilə birlikdə Xaçmaz RPŞ-nə gəlib şikayət ərizəsi və izahat vermişlər. Təqsirləndirilən şəxs onlardan başqa daha bir neçə şəxsi aldadıb kartlarından pullarını çıxararaq oğurlamasını bilmiş, lakin şəxsən özü əvvəllər nə Təqsirləndirilən şəxs, nə də ki, onun ailə üzvlərini tanımamış və onlarla heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, təqaüdçüdür və ayda 269 manat məbləğində əmək pensiyası alır. 18 yanvar 2022-ci il tarixdə təxminən saat 15 radələrində əmək pensiyasını çıxarmaq üçün Xaçmaz şəhəri N.Nərimanov küçəsində, «Orxan» marketin qarşısında quraşdırılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bankomata yaxınlaşmış və həmin vaxt bankomatın qarşısında ondan başqa daha bir neçə tanımadığı şəxslər olmuşdur. Özü bankomatdan pulun çıxarılması qaydalarını bilmədiyinə görə pensiya kartımı bankomatın qarşısında dayanmış sonradan adını bildiyi Təqsirləndirilən şəxs vermiş və bankomatdan onun pensiyasını çıxartmasını xahiş etmişdir. O, etiraz etməmiş və kartının kodunu deyəndən sonra o, kartı yoxlayıb pul olmadığını deyərək ona qaytarmışdır. O, kartını alıb evə qayıtmış və bundan sonra 24 yanvar 2022-ci il tarixdə həmin kartı yenidən bankomatda yoxlamış və kartın müvəqqəti olaraq bağlandığını öyrənmişdir. Buna görə də kartı götürüb "xxxx" ASC-nin Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsində yerləşən Xaçmaz filialına getmiş və bununla bağlı bankın işçilərinə müraciət etmişdir. Bankın işçiləri kartı yoxlayandan sonra həmin kartın başqa şəxsə məxsus olduğunu, ona məxsus kartın isə 6768 6753 0915 2534 nömrəli olduğunu və ona məxsus həmin kartdan 18 yanvar 2022-ci il tarixdə «Orxan» marketin qarşısında quraşdırılmış bankomatdan 269 manat məbləğində pulun çıxarıldığını demişlər. Bundan sonra Təqsirləndirilən şəxs onu aldatdığını, ona məxsus kartı götürüb əvəzində başqa bir şəxsə məxsus bağlanmış kartı ona verdiyini və onun kartından 269 manat məbləğində pulunu çıxararaq oğurladığını bilmişdir. Bankda həmçinin Təqsirləndirilən şəxs ondan başqa daha bir neçə şəxsə qarşı belə hərəkətlər etməsi və onların kartlarından pullarını oğurlaması ona məlum olmuşdur. Lakin onun aldadıb pullarını oğurladığı şəxslərdən heç birini tanımır və bu barədə ətraflı məlumatı yoxdur. Bundan sonra o, pulunun qaytarılmasına köməklik göstərilməsindən ötrü həmin tarixdə bank rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Şəxsən özü əvvəllər Təqsirləndirilən şəxs tanımamış və onunla heç bir münasibəti olmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs3 Əhmədpaşa qızı ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, təqaüdçüdür və ayda 268 manat məbləğində əmək pensiyası alır. 14 may 2022-ci il tarixdə saat 09:15 radələrində əmək pensiyasını çıxarmaq üçün Xaçmaz şəhəri 20 Yanvar küçəsində, «Ailə» marketin qarşısında quraşdırılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bankomata yaxınlaşmış və həmin vaxt bankomatm qarşısında ondan başqa daha bir neçə tanımadığı şəxslər olmuşdur. Bankomatm qarşısında dayanmış sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşmış və pensiyasının bankomatdan çıxarılmasında kömək edə biləcəyini demişdir. Özü bankomatdan pulun çıxarılması qaydalarını bilməmiş, buna görə də etiraz etməyib pensiya kartını Təqsirləndirilən şəxs vermiş və kartının kodunu ona demişdir. Təqsirləndirilən şəxs kartı ondan alıb bankomata daxil etmiş və bir qədər sonra o, kartın blok edildiyini deyib ona qaytarmışdır. Bundan sonra kartı Emindən alıb oradan birbaşa "xxxx" ASC-nin Xaçmaz filialına getmiş, bankın əməkdaşlarına başına gələnləri danışmış və pensiya kartının hansı səbəbdən blok edildiyini soruşmuşdur. Bankın əməkdaşları kartı yoxlayandan sonra ona kartın blok edilmədiyini, bankomatdan pulu çıxartmaq üçün kömək etmək istəyən şəxsin onu aldadaraq kartdan 268 manat məbləğində pulu çıxartdığını və əvəzində Şövlə adlı başqa bir qadına məxsus pensiya kartını ona verdiyini demişlər. Elə həmin gün bankın Xaçmaz filialında Şövlə adlı qadınla rastlaşmış, söhbət əsnasında Şövlə də «Ailə» marketin qarşısında quraşdırılmış bankomatdan pensiyasını çıxartmaq istərkən başına gələnlərin onun da başına gəldiyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs onları aldadaraq pensiya pullarını bankomatdan çıxarıb götürəndən sonra onun pensiya kartını Şövləyə, Şövlənin pensiya kartını isə ona verdiyini bilmişdir. Bundan sonra həmin gün Zərərçəkmiş şəxs2 ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmiş və baş vermiş hadisə ilə bağlı ərizə ilə müraciət etmişlər. Şəxsən özü əvvəllər Təqsirləndirilən şəxs tanımamış və onunla aralarında heç bir münasibət olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş 04 fevral 2022-ci il tarixli, 158000/002 nömrəli məktubdan görünür ki, həmin bankın müştəriləri X1, Zərərçəkmiş şəxs4, X2 və X4 tərəfindən banka müraciətlər daxil olmuş, bank əməkdaşları tərəfindən aparılmış ilkin araşdırmalar zamanı müştərilər ATM vasitəsi ilə vəsaitlərini məxaric edərkən bir və ya bir qrup şəxs tərəfindən kömək etmək adı ilə müştərilərin vəsaitlərinin mənimsənilməsi müəyyən edilmişdir. Belə ki, vəsaitini nağdlaşdırmaq istəyən müştərilər ATM-nin qarşısında dayanan şəxsə kartlarını verdikdən sonra həmin şəxs onlara «kartınızda pul yoxdur» deyərək, digər müştərinin kartını qaytarmış və müştəri uzaqlaşdıqdan sonra onun kartından vəsaiti məxaric etmişdir. Müştərilər əməli törədən şəxslərdən birinin Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. Habelə "xxxx" ASC-dən alınmış ödəniş kartları üzrə çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs1 qızma məxsus plastik pensiya kartından 18 yanvar 2022-ci il tarixdə 259 manat, Zərərçəkmiş şəxs4 qızma məxsus plastik pensiya kartından 18 yanvar 2022-ci il tarixdə 269 manat, Zərərçəkmiş şəxs2 qızma məxsus plastik pensiya kartından 16 may 2022-ci il tarixdə 268 manat, Zərərçəkmiş şəxs3 qızma məxsus plastik pensiya kartından 269 manat məbləğində pul vəsaiti məxaric edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş baxış keçirilməsinə dair 14 may 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 8 ünvanında yerləşən «Ailə» marketin qarşısıdır. Həmin marketin inzibati binasının çöl tərəfində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus ATM, yəni bankomat quraşdırılmışdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 həmin bankomatın qarşısında Təqsirləndirilən şəxs ona məxsus bank kartını aldatma yolu ilə ələ keçirməklə kartın hesabında olan pulunu çıxardaraq oğurladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs fotoşəkli digər oxşar fotoşəkillər arasına qoyularaq tanınmasından ötrü zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qızna təqdim edilmiş foto şəlkillərdən görünür ki, Zərərçəkmiş şəxs4 həmin fotoşəkillər arasında «2» rəqəmi ilə nömrələnmiş Təqsirləndirilən şəxs fotoşəklini göstərərək, şəkildəki şəxsin 18 yanvar 2022-ci il tarixdə Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən «Orxan» marketin qarşısında quraşdırılmış "xxxx"a aid bankomatdan təqaüd pulunu çıxarmaqda köməklik göstərmək adı ilə plastik təqaüd kartını alan və kartındakı 269 manat məbləğində pulunu çıxarıb oğurlayan şəxs olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02 fevral 2005-ci il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası CM-nin 232.3.2 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən əmlakı müsadirə olunmaqla 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 noyabr 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 12 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 iyul 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində Xaçmaz rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon icra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsindən alınmış xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs xx xxxx 1980-ci ildə Xaçmaz şəhərində anadan olub, Azərbaycan Respublikası vətəndaşıdır, subaydır, natamam orta təhsillidir, işləmir, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 9ayır və müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Xaçmaz filialının inzibati binasının qarşısında dayanaraq orada olan Zərərçəkmiş şəxs1 qızma bankomatdan pul çıxarılmasına kömək etmək adı ilə sonuncuya məxsus "xxxx"a aid 676867******2476 nömrəli plastik pensiya kartını və həmin karta aid pin kodu ələ keçirməklə, sonradan həmin tarixdə saat 15:28-də ələ keçirdiyi həmin kartı ünvan 4 ünvanında yerləşən poçt şöbəsinin inzibati binasının qarşısında quraşdırılmış "xxxx" ASC-ə məxsus bankomata daxil edib pin koddan istifadə edərək Zərərçəkmiş şəxs1 hesabından 259 manat məbləğində pul vəsaitini qanunsuz məxaric edərək, elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmiş, yəni elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən, 18 yanvar 2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən «Orxan» marketin qarşısında dayanaraq orada olan Zərərçəkmiş şəxs4 bankomatdan pul çıxarılmasına kömək etmək adı ilə sonuncuya məxsus "xxxx"a aid 416974******5577 nömrəli plastik pensiya kartını və həmin karta aid pin kodu ələ keçirməklə, sonradan həmin tarixdə saat 15 radələrində ələ keçirdiyi həmin kartı ünvan 4 ünvanında yerləşən poçt şöbəsinin inzibati binasının qarşısında quraşdırılmış "xxxx" ASC-ə aid bankomata daxil edib pin koddan istifadə edərək Zərərçəkmiş şəxs4 hesabından 269 manat məbləğində pul vəsaitini qanunsuz məxaric edərək, təkrar, elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmiş, yəni təkrar, elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən, 14 may 2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən «Ailə» marketin qarşısında dayanaraq orada olan Zərərçəkmiş şəxs2 qızma bankomatdan pul çıxarılmasına kömək etmək adı ilə sonuncuya məxsus "xxxx"a aid 416974******4416 nömrəli plastik pensiya kartını və həmin karta aid pin kodu ələ keçirməklə, sonradan 16 may 2022-ci il tarixdə saat 09:00-da ələ keçirdiyi həmin kartı «Ailə» marketin qarşısında quraşdırılmış "xxxx" ASC-ə aid bankomata daxil edib pin koddan istifadə edərək Zərərçəkmiş şəxs2 hesabından 268 manat məbləğində pul vəsaitini qanunsuz məxaric edərək, təkrar, elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmiş, yəni təkrar, elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən, 14 may 2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən «Ailə» marketin qarşısında dayanaraq orada olan Zərərçəkmiş şəxs3 qızma bankomatdan pul çıxarılmasına kömək etmək adı ilə sonuncuya məxsus "xxxx"a aid 416974******6555 nömrəli plastik pensiya kartını və həmin karta aid pin kodu aldatma yolu ilə ələ keçirməklə, sonradan 16 may 2022-ci il tarixdə saat 09:15-də ələ keçirdiyi həmin kartı ünvan 4 ünvanında yerləşən poçt şöbəsinin inzibati binasının qarşısında quraşdırılmış "xxxx" ASCə aid bankomata daxil edib pin koddan istifadə edərək Zərərçəkmiş şəxs3 hesabından 269 manat məbləğində pul vəsaitini qanunsuz məxaric edərək, təkrar, elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmiş, yəni təkrar, elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamışdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə olan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın ödənilməməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 12 iyul 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsluiyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Hüsynbala qızı və Zərərçəkmiş şəxs4 onlara vurulmuş maddi ziyanın ödənilmədiyini və ziyanlarını Təqsirləndirilən şəxs tələb etdiklərini bildirsələr də, cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək Təqsirləndirilən şəxs qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində onlara dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişlər. Ona görə də Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Hüsynbala qızı və Zərərçəkmiş şəxs4 izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən onların Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli tutulduğu gündən, yəni 12 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Hüsynbala qızı və Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə maddi sübutun, mülki iddianın və müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №1(067)-32/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-32/2023
10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver