Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-32/2024 04.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1980-ci ildə Quba rayonu Atuc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Quba rayonu Aşağı Atuc kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində müvəqqəti olaraq işləmək məqsədilə gecələdiyi Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Gəndob-Xaçmaz-Yalama yolunun Xaçmaz şəhərindən keçən hissəsində, yolun sağında olan Nabran marketdən cənubi-qərb istiqamətinə doğru 160 metr məsafədə yerləşən Şahid məxsus evin birinci mərtəbəsində fəhlələr üçün nəzərdə tutulmuş otaqda çarpayıda yatmış iş yoldaşı Zərərçəkmiş şəxs yaxınlaşaraq, sonuncunun yatdığına əmin olduqdan sonra əynində olan şalvarın sağ yan cibinə əlini salıb oradan 1400 (min dörd yüz) manat məbləğində pul vəsaitini talamış, bununla da o, zərərçəkmiş şəxsin cibindən çıxarılmaqla oğurluq etmiş, yəni zərərçəkmiş şəxsin cibindən çıxarılmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, xeyli müddətdir ki, işsiz olduğundan 2022-ci ilin sentyabr ayında yaşadığı kənddən Xaçmaz rayonuna iş axtarmağa gəlmişdir. Xaçmaz şəhəri Bakı prospektində yerləşən “Vahid çörək” adlı çörək sexinə yaxınlaşıb qeyd olunan sexin sahibi Vahid adlı şəxsə iş axtardığını, münasib iş varsa işləmək istədiyini bildirmişdir. Həmin vaxt Vahid ondan hansı cür işləri bacardığını soruşanda o Vahidə ev təmiri işləri bacardığını bildirmişdir. Bundan sonra Vahid ona özünün Xaçmaz rayonu Armudpadar kəndində evinin olmasını, həmin evdə müxtəlif işlər görmək lazım olduğunu deyərək əgər istəyirsə orada işləyə biləcəyini bildirmişdir. O da Vahidə razılıq verərək günə 10 manatdan olmaqla Vahidə məxsus evdə müxtəlif işlər görməyə razılaşmışdır. Onların razılaşmalarına əsasən o həmin evdə qalacaqmış və səhər yeməyini Vahid ona verəcəkmiş. Bundan sonra o Vahidə məxsus evdə qalaraq işləməyə başlamışdır. Həmin vaxt Vahidə məxsus evdə təxminən 60-70 yaşlarında İsmayıl adlı kişi də qalaraq müxtəlif işlər görürmüş. X2 evində bir otaqda qalırmışlar. O həmin ərəfədə qızını ərə verdiyindən toy xərclərini ödəməyə çətinlik çəkirmiş. Bu məqsədlə haradan pul tapa biləcəyini düşünürmüş. Lakin hər hansı bir yerdən pul tapa bilmədiyindən çıxılmaz vəziyyətdə olmuşdur. Onlar qaldıqları müddət ərzində İsmayılla aralarında münasibət yaranmışdır. İsmayıl aylıq olaraq təqaüd alır və təqaüdü bankomatdan çıxararaq cibinə qoyurmuş. Belə ki, 17 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində İsmayılla qaldıqları evdə oturub yemək yeyərkən ikisi 250 qram spirtli içki qəbul etmişlər. Yeməkləri qurtardıqdan sonra İsmayıl və o yatmaq üçün öz yerlərinə girmişlər. Lakin onu yuxu tutmadığından yata bilmirmiş. O, pulu haradan tapa biləcəyini düşünürmüş. Belə ki, 18 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində o İsmayılın yatdığını görmüşdür. O İsmayılın cibinə qoyduğu pulları oğurlamaq qərarına gəlmişdir. Belə ki, sonuncunun yatdığı çarpayıya yaxınlaşaraq yatdığına əmin olduqdan sonra əlini İsmayılın əynində olan şalvarın sağ cibinə salmışdır. O daha öncədən bilirmiş ki, İsmayıl pulları şalvarının sağ cibində saxlayır. O İsmayılın cibinə ehtiyatla əlini salmışdır. Cibində olan dəsmalı və pulları çıxartmışdır. O dəsmalı yerə atmış pulları isə götürmüşdür. O pulları öz cibinə qoymuşdur. Bundan sonra təxminən saat 03 radələrində özünə məxsus əşyaları da götürərək yaşadığı Quba rayonuna getmək üçün həmin evdən çıxmışdır. Həmin zaman İsmayıl yatırmış. O İsmayılı oyatmamaq üçün hərəkətlərinə diqqət edirmiş. O Quba rayonunda oğurladığı pulları saydığı zaman həmin pulların 1400 manat olmasını görmüşdür. Oğurladığı pulu da 30 sentyabr 2022-ci il tarixdə qızı Səbinəyə keçirdiyi toy şənliyi ilə əlaqədar xərcləmişdir. Ailə üzvləri ondan pul barəsində soruşduqda onlara həmin pulu işləyərək qazandığını bildirmişdir. Sonradan polis əməkdaşları onu yaxalayaraq Xaçmaz RPŞ-nə gətirmişlər. Orada da törətdiyi əməli etiraf edərək İsmayıla məxsus 1400 manat pulu oğurladığını bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs göstərdi ki, rəsmi olaraq işləmir. Təqaüd alır. Ailə üzvlərindən küsdüyü üçün Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən Şahid məxsus evdə qalır. Belə ki, evin sahibi Vahid müəllim onun vəziyyətini görüb həmin evin birinci mərtəbəsində olan bir otağı yəni mühafizəçi otağını müvəqqəti qalmağı üçün ona vermişdir. 2022-ci ilin sentyabr ayında Quba rayonu, Atuc kəndində yaşayan Əzim adlı şəxs də onunla birlikdə həmin otaqda qalmağa başlamışdır. Belə ki, onlar işlə əlaqədar olaraq mütəmadi zaman keçirirmişlər. Əzim onun təqaüdçü olmağını, aldığı pullarını yığmağını söhbət əsnasında bilmişdir. Həmçinin Əzim onun bankomatdan təqaüdünü Çəkdiyi zaman və cibindəki pulları çıxardığı zaman onu görmüşdür. Belə ki, sonuncu dəfə 17 sentyabr 2022-ci il tarixdə axşam onlar birlikdə otaqda yatmışlar. Növbəti gün yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında oyanan zaman görmüşdür ki, sağ cibində olan dəsmalın arasına qoyduğu 1400 manat pul yoxdur. Dəsmal isə otaqda yerdədir. Həmçinin Əzim adlı şəxs də çıxıb getmişdir. Bu zaman başa düşmüşdür ki, Əzim cibindəki pulu oğurlamışdır. O həmin pulları əmək pensiyası ilə aylar ərzində yığmışdır. O özü tək olduğundan həmin pulu daimi olaraq üzərində gəzdirir. Bu günədək cibindəki pul yatdığı əsnada yerə düşməmişdir. Həmin pul dəsmalın arasında onun şalvarının sağ cibində olmuşdur. O Əzimin Quba rayonu Atuc kəndindən olmasını söhbət etdikləri zaman bilmişdir. Bundan başqa Əzimin qaşlarının arası nisbətən bitişik, saçları bəzi yerlərdən ağarmış halda olmuşdur. Əzimin üzünə məxsus qalın bığları olmuşdur. Həmçinin Əzimi üz quruluşundan və ümmi bədən formasından baxdığım zaman tanıya bilərəm. Faktiki olaraq onun yaşadığı ev Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Gəndob-Xaçmaz- Yalama yolunun Xaçmaz şəhərindən keçən hissəsində, yolun sağında yerləşən Nabran marketdən cənubi-qərb istiqamətinə doğru 160 metr məsafədə yerləşir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona 1400 manat məbləğində zərər vurulduğunu, zərərin ödənilmədiyini və buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Onlarla aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. Onun özünə məxsus olan Xaçmaz rayonu Armudpadar kəndi ərazisində evi vardır. Həmin evdə daimi olaraq yaşayış olmur. Zərərçəkmiş şəxs uzun müddətdir ki, həmin evdə qalır və həmçinin evin təhlükəsizliyini təmin edir. Zərərçəkmiş şəxs evin birinci mərtəbəsində olan mühafizəçi otağında yaşayırmış. Təqsirləndirilən şəxs isə 2022-ci ilin sentyabr ayında tanımışdır. Əzim iş məqsədilə onun yanma gəlmiş və o Əzimin Quba rayonu Atuc kəndindən olmasını bilmişdir. Əzim ona işə ehtiyacı olmasını bildirərək iş verməsini xahiş etmişdir. O Əzimin vəziyyətini və ailəsinə pul lazım olmasını başa düşərək fikirləşmişdir ki, Xaçmaz rayonu Armudpadar kəndində yerləşən evində bəzi fəhləlik işləri görə bilər. Bu barədə Əzimə təklif etmişdir. Onların razılıqlarına əsasən Əzim həm işləyərək bunun müqabilində ondan pul alacaqmış və həmçinin onun həmin evində Zərərçəkmiş şəxs qaldığı otaqdakı digər çarpayıda gecələyəcəkmiş. Bu barədə İsmayıl da bildikdə etiraz etməmişdir. Bir müddət Əzim həmin evdə qalmışdır. Lakin xx.xx.2022-ci il tarixdə o Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs evdən məlumat vermədən getdiyini və həmçinin Zərərçəkmiş şəxs cibində olan özünə məxsus 1400 manat pulunu oğurladığını bilmişdir. O Zərərçəkmiş şəxs bu barədə polisə müraciət etməsini bildirmişdir. Həmin evdə o və ailə üzüvləri belə olmamışlar. Sadəcə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmin evdə yaşamışlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı 240 saat ictimai işlər cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə cəzası 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına dəyişdirilmişdir. Bundan başqa Quba rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 67-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı 4 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə hökm dəyişdirilməklə 04 il 03 ay müddətinə cəzası saxlanmış və xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18 və 83-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən, onun əməlində cinayətlərin residivi müəyyən olunmamışdır. İş materiallarında olan Quba rayon İcra Hakimiyyətinin Aşağı Atuc kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxsyaşadığı yer üzrə müsbət səciyyəndirilir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizəsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 1400 manat ona ödənilməmiş və buna görə də ondan şikayətçidir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində müvəqqəti olaraq işləmək məqsədilə gecələdiyi Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində, Gəndob-Xaçmaz-Yalama yolunun Xaçmaz şəhərindən keçən hissəsində, yolun sağında olan Nabran marketdən cənubi-qərb istiqamətinə doğru 160 metr məsafədə yerləşən Şahid məxsus evin birinci mərtəbəsində fəhlələr üçün nəzərdə tutulmuş otaqda çarpayıda yatmış iş yoldaşı Zərərçəkmiş şəxs yaxınlaşaraq, sonuncunun yatdığına əmin olduqdan sonra əynində olan şalvarın sağ yan cibinə əlini salıb oradan 1400 (min dörd yüz) manat məbləğində pul vəsaitini talamış, bununla da o, zərərçəkmiş şəxsin cibindən çıxarılmaqla oğurluq etmiş, yəni zərərçəkmiş şəxsin cibindən çıxarılmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə olan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın ödənilməməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 04 iyun 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsluiyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın ödənilmədiyini və ziyanını Təqsirləndirilən şəxs tələb etdiyini bildirsə də, cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək Təqsirləndirilən şəxs qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Zərərçəkmiş şəxs izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən onun Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəzaçəkmənin əvvəli 04 iyun 2024-cü il tarixdən hesablansın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Həmsə oğluna Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə ekspertiza xərci, maddi sübutun, mülki iddia və xüsusi müsadirə olunan əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-32/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-32/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver