Məhkəmə qərarları › İş №1(067)-32/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-32/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-32/2025 04.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu- ümumilikdə 05 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla çəkəcəyi azadlıqdan məhrum etmə cəzası qəti olaraq cəzasının əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 07 il 11 ay 25 gün müddətə müəyyən edilmiş, həbs olunana qədər Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi 10C ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İbtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittihama görə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsinə baxmayaraq, o, təkrar, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 1,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin təyinatının dəyişdirilməsi və çıxarış sənədinin əldə edilməsini həll edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Yasamal rayonunda yerləşən Milli Elmlər Akademiyasının inzibati binasının qarşısında özünə məxsus “Renault Megane” markalı avtomobilin salonunda 20000 (iyirmi min) manat, 2021-ci ilin yanvar ayının birinci yarısında günorta saatlarında Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən “Asiman” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə özünə məxsus plastik kart hesabına 2 dəfəyə köçürmə yolu ilə 1000 (min) manat, habelə xx.xx.2021-ci il tarixdə saat 12:57-də Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən “Asiman” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə özünə məxsus plastik kart hesabına 1000 manat pul vəsaitinin köçürülməsinə nail olmaqla ümumilikdə özgənin əmlakı olan Zərərçəkmiş şəxs məxsus 22000 (iyirmi iki min) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni təkrar, xeyli miqdarda ziyan vurmaqla aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanışyır və aralarında yaxşı münasibətlər olmuşdur. Lakin Zərərçəkmiş şəxs aldatmaq niyyəti olmamışdır. Onu aldatmaq niyyətində olsaydı bu hadisədən əvvəl Zaurun ona müəyyən əmlakların sənədləşməsi işində verdiyi bundan böyük məbləğlərdə pulları aldadıb mənimsəyərdi. Zərərçəkmiş şəxs özü də bilirdi ki, ondan pul aldıqdan sonra müəyyən işlər getmirdi və alınmırdı, eləcə də bilirdi ki, onun əmisi oğlu da daşınmaz əmlakın dövlət reyestri xidmətində rəis vəzifəsində işləyir. Əmisi oğlu Şəmsi Şahvələdov rəhmətə getdikdən sonra müəyyən çətinliklər olmuş, Zaurun verdiyi pulun müqabilində sənədləşmə işləri gecikdirilmiş və işi tamamlayıb təhvil verə bilməmişdir. Lakin onun Zauru aldatmaq və pulunu ələ keçirmək niyyəti olmamışdır. Sadəcə Zaur səbr etsəydi, evini satıb onun pulunu qaytaracaqdı. Onun heç vaxt heç kimə qarşı dələduzluq niyyəti olmamışdır. Zaurdan aldığı pulları ehtiyaclarına xərclədiyindən vaxtında geri qaytara bilməmişdir. Düzgün iş tutmadığını başa düşür və hərəkətlərindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs təxminən 2019-cu ildən tanıyr. Zaurla münasibəti onun tanışı Nuru vasitəsi ilə olmuşdur. 2019-cu ildə Nuru Zərərçəkmiş şəxs sənədləşmə işlərinə kömək etmək lazım olduğunu bildirmişdir. Onun Əmlak Məsələləri üzrə Dövlət Komitəsində tanışı olduğu üçün Zərərçəkmiş şəxs bir neçə dəfə köməklik olunmasını istəmişdir. Zaur Xaçmaz rayonunda makler kimi fəaliyyət göstərdiyi üçün bir neçə dəfə ona xatırlamadığı şəxslərin işlərinə kömək etməyi bildirmişdir. O, da Zaurun işlərinə hər zaman vaxtlı-vaxtında kömək etmiş, köməkliyini isə qanunda nəzərdə tutulan qaydada etmiş, ona məsləhətlər vermişdir. Bundan əvvəlki işlərdə köməklik olunması üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işləyən mərhum əmisi oğlu X1 məsləhətlər almışdır. Lakin 2020-ci ilin dekabr ayında əmisi oğlu Covid 19 virusuna yoluxaraq rəhmətə getmişdir. Buna görə artıq məsləhətləşəcək adam olmamışdır. Zərərçəkmiş şəxs 2021-ci ilin yanvar ayında onunla əlaqə saxlayaraq Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 1,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özəlləşdirilməklə çıxarış alınmaq və torpağın təyinatını dəyişdirib tikinti üçün icazə almaq məsələsində köməklik edib etməyəcəyi barədə soruşmuşdur. O, da Zərərçəkmiş şəxs 22000 (iyirmi iki min) manat müqabilində məsələni həll edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs həmin məbləğlə onunla razılaşmışdır. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Yasamal rayonu, Hüseyn Cavid prospketdində yerləşən Milli Elmlər Akademiyasının inzibati binasının qarşısında Zaurla görüşmüş, görüş zamanı o, özünə məxsus olan “Renalut megane” markalı avtomobilin salonunda Nurunun yanında Zaurdan 20000 manat almış, Zaur qalan 2000 manatı isə Xaçmaz şəhərinə geri qayıdaraq ödəyəcəyini bildirmişdir. Təxminən 1 həftə sonra, 2021-ci ilin yanvar ayının birinci yarısında Zaura qızı Zəhranın adına olan, lakin faktiki olaraq özünün istifadə etdiyi “Bank of Baku”-ya aid plastik kartın fotoşəklini göndərmiş və 2 min manatı həmin karta göndərməsini demişdir. Zaur da 2021-ci ilin yanvar ayının birinci yarısında 2 dəfəyə həmin karta köçürmə yolu ilə ona 1000 manat, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə 1000 manat pul göndərmişdir. Razılığa əsasən 2 ay ərzində Zaurun torpaq sahəsinin təyinatını sahibkarlıq təyinatına dəyişdirəcəkdi ki, tikinti apara bilsin, həmçinin həmin torpağa dair çıxarış alacaqdı. Lakin həmin pulu almazdan əvvəl əmisi oğlu X2 rəhmətə getmiş, onun maddi vəziyyəti də yaxşı olmamış, pula ehtiyacı olmuş, buna görə də Zərərçəkmiş şəxs aldığı pulları şəxsi işləri üçün istfadə etmişdir. Zərərçəkmiş şəxs zəng edərək işin nə yerdə olduğunu soruşduqda o, Zaura müxtəlif bəhanələr gətirərək ən yaxın zamanda işin həll olunacağını bildirmiş və vaxtı uzatmışdır. Onun üçün heç bir iş görmədiyindən və pulu qaytarmadığından Zaur onun barəsində şikayət etmişdir. Əmisi oğlu Şəmsi Şahvələdovdan yalnız məsləhətlər almış və aldığı məsləhətlərlə yaxınlarına sənədləşmədə köməklik etmişdir. Lakin Şəmsi ilə əlbir olmamış, Şəmsi Şahvələdovun və ya başqa vəzifəli şəxsin adından istifadə edərək Zərərçəkmiş şəxs aldatmamışdır. Zərərçəkmiş şəxs yalnız özü vəd verib pulunu almışdır. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs Şahid1 adlı polis əməkdaşının vasitəsi ilə tanımışdır. Nuru Yasamal rayonunda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində polis nəfəri kimi xidmətə çıxmışdır. 2021-ci ildə Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən ona məxsus kənd təsərrüfatı təyinatlı, 1,53 ha torpaq sahəsinin təyinatını dəyişdirib çıxarış almaq və tikinti aparılmasına icazə almaq üçün bu barədə Nuruya demişdir. Nuru da ona demişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs var, onunla danışmaq lazımdır. O, da Təqsirləndirilən şəxs zəng edərək bu barədə ona kömək edə bilib-bilməyəcəyini soruşmuş, Zaur da həmin işi həll edəcəyinə vəd vermişdir. Görüləcək işin müqabilində ondan 22000 manat pul istəmiş, o da razılaşmışdır. Sonradan o, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Milli Elmlər Akademiyasının inzibati binasının qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi “Renalut Megan” markalı avtomobilin içərisində 20000 manat pulu ona vermiş, torpağa dair dövlət aktını da vermişdir. Zaur qalan 2 min manatı da əlavə xərclər olaraq kart hesabına göndərəcəyini demişdir. Xaçmaz rayonuna qayıtdıqdan bir neçə gün sonra 2021-ci ilin yanvar ayının ilk yarısında Qusarçay kəndində yerləşən “Asiman” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına köçürmə yolu ilə iki dəfəyə 1000 manat, yanvar ayının ortalarında həmin kart hesabına yenə də 1000 manat olmaqla cəmi 2000 manat pul göndərmişdir. Beləliklə də Zaura ümumilikdə 22000 manat pul vermişdir. Lakin sonradan Zaur onu aldatmış 2 il onun ardınca gəzsə də işini həll etməmişdir. Son vaxtlar isə ondan qaçıb gislənmişdir. Sonradan məcbur olub Zaurun barəsində polis orqanlarına şikayət etmişdir. Hal-hazıradək dəymiş ziyandan heç bir məbləğdə pul ona ödənilməmişdir. Həmin ziyanı təqsirləndirilən şəxsdən tələb edir və Təqsirləndirilən şəxs barəsində şikayətçidir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şahid1 adlı polis əməkdaşının vasitəsi ilə tanımışdır. Nuru Yasamal rayonunda yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində polis nəfəri kimi xidmətə çıxmışdır. 2021-ci ildə Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən ona məxsus kənd təsərrüfatı təyinatlı, 1,53 ha torpaq sahəsinin təyinatını dəyişdirib çıxarış almaq və tikinti aparılmasına icazə almaq üçün bu barədə Nuruya demişdir. Nuru da ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, onunla danışmaq lazım olduğunu bildirmişdir. O, da Təqsirləndirilən şəxs zəng edərək bu barədə ona kömək edə bilib-bilməyəcəyini soruşmuş, Zaur da ona narahat olma kömək edərəm demişdir. Onlar danışıb həmin işin məbləğini 22 min manata razılaşmışlar. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində o, Nuruya zəng edərək üzərində xeyli pul olmasını və görüşüb Zaura verəcəyini demişdir. Buna görə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prspektində yerləşən Milli Elmlər Akademiyasının inzibati binasının qarşısında Nuru ilə görüşmüşdür. Bir neçə dəqiqə sonra, saat 11 radələrində Təqsirləndirilən şəxs da idarə etdiyi “Renalut Megan” markalı avtomobillə həmin yerə gəlmişdir. Onlar həmin avtomobilə oturmuş, bir qədər söhbət etdikdən sonra özü ilə gətirdiyi 20000 manat pulu sellofan torbada Zaura vermişdir. Zaur da pulu sayıb ondan götürmüş, həmçinin Zaura torpağa dair dövlət aktını da vermişdir. Zaur ona demişdir ki, “qalan 2 min manatı da kart hesabıma göndərərsən.” Çünki 2 min manatı əlavə xərclər üçün istəmiş, o, da razılaşmışdır. Pulu götürdükdən sonra Zaur çıxıb getmişdir. O, da Nuru ilə Xaçmaz rayonuna qayıtmışdır. Qayıtdıqdan bir neçə gün sonra 2021 -ci ilin yanvar ayının ilk yarısında, günorta saatlarında Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən “Asiman” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona göndərdiyi üzərində “Şahid2” yazılmış plastik kart hesabına köçürmə yolu ilə iki dəfəyə 1000 manat göndərmişdir. Sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə saat 12:57-də Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən “Asiman” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona göndərdiyi üzərində “Şahid2” yazılmış plastik kart hesabına köçürmə yolu ilə Zaura 1000 manat pul göndərmişdir. Beləliklə də Təqsirləndirilən şəxs cəmi 22000 manat pul göndərmiş olmuşdur. Lakin Təqsirləndirilən şəxs aldığı pulun müqabilində heç bir iş görməmiş, dəfələrlə Təqsirləndirilən şəxs aldığı pulları qaytarmasını demiş, Zaur isə nə pulu qaytarmış, nə də çıxarışı alıb verməmişdir. Buna görə də o, onun barəsində şikayət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanıyır, Zərərçəkmiş şəxs polis nəfəri kimi posta çıxdığı X6 Reyestr Xidmətindən tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs bir neçə dəfə xidmətə gəlibgetdiyi üçün tanımışdır. Zərərçəkmiş şəxs makler kimi xidmətə gəlib-getmiş, başqa şəxslərin sənədlərində olan çatışmamazlıqları həll etmişdir. Təqsirləndirilən şəxs da reyestr xidmətində işləmiş əmisi oğlu Şəmsi Şahvələdovun vasitəsi ilə tanımışdır. Şəmsi Şahvələdov əvvəllər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində rəhbər vəzifədə işlədiyi üçün əmisi oğlu Təqsirləndirilən şəxs da onun yanına gəlib-getmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs tanışlıqları onun vasitəsilə olmuşdur. Bir müddət sonra Zərərçəkmiş şəxs artıq iş görə bilmədiyi üçün ondan torpaq sənədlərinin düzəlməsində kömək edə biləcək adam olub-olmadığını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs mobil nömrəsini Zərərçəkmiş şəxs vermişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs tanış olduqdan sonra bir neçə dəfə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üçün işlərini həll etmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs Xaşmaz rayonunda Qusarçay kəndində yerləşən torpaq sahəsinin sənədlərini düzəltməsi üçün bir neçə dəfə Xaçmaz şəhərində görüşmüşlər. Bu barədə Zərərçəkmiş şəxs özü ona bildrimişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs mobil telefonla zəng edərək üzərində çoxlu pul olduğunu və Təqsirləndirilən şəxsla görüşəcəyini bildirmişdir. Onun yanında olmasını istəmişdir. Həmin gün səhər saatlarında Zərərçəkmiş şəxsla görüşmüşlər. Zərərçəkmiş şəxsla Yasamal rayonu, Milli Elmlər Akademiyasının binasının qarşında olan çayxanada olarkən Təqsirləndirilən şəxs gəlmiş, onlar Zaurun gəldiyi “Renault Megan” markalı avtomobilə əyləşmişlər. Bir neçə dəqiqə söhbət etdikdən sonra Zərərçəkmiş şəxs əlində olan klokun içərisindən pulu çıxararaq Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs isə pulu sayıb təhvil almışdır. Bir-birlərinə xeyir-dua verdikdən sonra avtomobildən düşmüşlər. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bir neçə dəfəyə ümumilikdə 22.000 manat pul vermişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, 2011-ci ildən Yasamal rayon Mühafizə idarəsində polis nəfəri vəzifəsində işləyir. 2014-cü ildən Yasamal rayonu, Hüseyin Cavid prospektində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində polis nəfəri olaraq posta çıxmışdır. Belə ki, Təqsirləndirilən şəxs posta çıxdığı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən tanıyır. Təqsirləndirilən şəxs əmisi oğlu Şəmsi Şahvələdovun vasitəsi ilə tanımışdır. Şəmsi Şahvələdov əvvəllər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində rəhbər vəzifədə işlədiyi üçün əmisi oğlu Təqsirləndirilən şəxs onun yanına gəlib-getmişdir. Zərərçəkmiş şəxs da polis nəfəri kimi posta çıxdığı Daşmmaz Əmlakın Dövlət Reyestr Xidmətindən tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs bir neçə dəfə xidmətə gəlib getdiyi üçün tanımışdır. Zərərçəkmiş şəxs makler kimi xidmətə gəlib-getmiş, başqa şəxslərin sənədlərində olan çatışmamazlıqları həll etmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs tanışlıqları onun vasitəsilə olmuşdur. Bir müddət sonra Zərərçəkmiş şəxs artıq iş görə bilmədiyi üçün ondan torpaq sənədlərinin düzəlməsində kömək edə biləcək adam olub-olmadığını soruşmuş, o, Təqsirləndirilən şəxs mobil nömrəsini Zərərçəkmiş şəxs vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla tanış olduqdan sonra bir neçə dəfə Təqsirləndirilən şəxs onun üçün müəyyən işləri həll etmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs Xaşmaz rayonunda yerləşən Qusarçay kəndində yerləşən torpaq sahəsinin sənədlərini düzəltməsi üçün bir neçə dəfə Xaçmaz şəhərində görüşmüşlər. Bu barədə Zərərçəkmiş şəxs özü ona bildrimişdir. Sonuncu dəfə 2021-ci ilin yanvar ayının 7-də Zərərçəkmiş şəxs mobil telefonla zəng edərək üzərində çoxlu pul olduğunu və Təqsirləndirilən şəxsla görüşəcəyini bildirməklə onun yanında olmasını istəmişdir. Həmin gün 2021-ci ilin yanvar ayının 7-də səhər saat 11 radələrində Zərərçəkmiş şəxsla görüşmüş, Yasamal rayonu, Milli Elmlər akademiyasının binasının qarşında olan çayxanada çay içərək söhbət etmişlər. Az sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs telefonla zəng edərək Milli Elmlər Akademiyasının qarşısında olan çayxananın qarşısına çıxmağı, özünün isə avtomobildə əyləşdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxsla çayxananın qarşısına çıxarkən Təqsirləndirilən şəxs qara rəngli “Renault Megan” markalı avtomobilin yanında dayandığını görmüşlər. Yaxınlaşdıqdan sonra avtomobilə əyləşmişlər. Zərərçəkmiş şəxs əlində olan klokun içərisindən pulu çıxararaq Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs pulu saydıqdan sonra təkrar kloka qoyaraq avtomobilin günlüyünə qoymuşdur. Bir-birlərinə xeyir-dua verdikdən sonra avtomobildən düşmüşlər. Təxminən 2 ay sonra Zərərçəkmiş şəxs telefon vasitəsi ilə zəng edərək Təqsirləndirilən şəxs işi düzəldə bilmədiyini və telefon zənglərinə cavab vermədiyini bildirərək ondan Zauru tapmağı xahiş etmişdir. O, da 2 gün sonra təxminən bazar günü Sumqayıt şəhərinə gedərək Təqsirləndirilən şəxs tapıb onunla birlikdə Xaçmaz şəhərinə getmişdir. Xaçmaz şəhərinə gedib Zərərçəkmiş şəxsla birlikdə üçü görüşmüşlər. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxsla görüşdürərək bir-birlərinə nə sözləri varsa demələrini bildrmişdir. Həmin söhbət əsanasılnda Təqsirləndirilən şəxs aldadıldığını bildirmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında gedən söhbət zamanı onların arasında 22000 manat pul məsələsi olduğunu bilmişdir. Çünki Təqsirləndirilən şəxs ondan aldığı pulun 20000 manat olduğunu bildirsə də Zərərçəkmiş şəxs əlavə xərclərin olduğunu bildirərək ümumi məbləğin 22000 manat olduğunu bildimişrdir. Söhbət zamanı Təqsirləndirilən şəxs razılaşaraq Zərərçəkmiş şəxs aldığı 22000 manat pulu ən yaxın zamanda qaytarçağını bildirmişdir. Zərərçəkmiş şəxs razılaşdığı üçün onlar Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhərinə geri qayıtmışlar. Daha sonra olanlar barəsində heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. 2020-ci ildə Bakı şəhərində “Bank of Baku”-nun filiallarnın birindən plastik kart almışdır. Həmin kartda bir neçə dəfə özü istifadə etmiş olsa da həmin kartdan daha çox atası istifadə etmişdir. Atası Təqsirləndirilən şəxs kiminsə pulunu aldatmaq yolu ilə ələ keçirməsi barədə heç bir məlumatı olmamış, atası belə bir iş görəcək bir insan da deyildir. O, bu barədə yalnız atası tutulduqdan sonra xəbər tutmuşdur. Ola bilər ki, ona məxsus olan plastik kart atasında olduğu vaxtlarda həmin kartdan istifadə etmişdir. O, atasının Zərərçəkmiş şəxs və ya başqa kimisə aldadıb karta köçürmə yolu ilə pul almasından tamamilə xəbərsiz olmuşdur. Zərərçəkmiş şəxs isə ümumiyyətlə tanımır, barəsində heç bir məlumatı yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkildən görünür ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 20000 manat pulu Bakı şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının həyətində olan adsız çayxananın qarşısında verdiyi yeri göstərmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd ödəniş qəbzinin surəti xx.xx.2021-ci il tarixli baxış protokolu ilə birlikdə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan müstəntiqin sübutların qiymətləndirilməsi haqqında 25 iyun 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi pul ödənişi qəbzinin surəti 25 iyun 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-2181/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xidmətin strukturuna daxil olan və tabeliyindəki qurumlarda işləməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sonuncu dəfə pulu (1000 manat) Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən “Asiman” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə göndərdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmüə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-284/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin qeyd olunan hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu- ümumilikdə 05 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla çəkəcəyi azadlıqdan məhrum etmə cəzası qəti olaraq cəzasının əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 07 il 11 ay 25 gün müddətə müəyyən edilmişdir. İş materiallarında olan cinayət işinin başlanılması haqqında müstəntiqin 19 fevral 2024-cü il tarixli qərarından görünür ki, 19 fevral 2024-cü il tarixdə fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan əməlin tövsif edilməsi haqqında müstəntiqin 21 iyun 2024-cü il tarixli qərarından görünür ki, qeyd olunan cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənn 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan Dövlət ittihamçısı2 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin xx.xx.20225-ci il tarixli rəyindən görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün əsas, barəsində Sumqayıt ŞPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsinə baxmayaraq təkrarən dələduzluq cinayət əməlini törətməsi faktı olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.5 və 69.3-cü maddələrinə əsasən (Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza qismən toplanılmaqla və tutulduğu ümumilikdə 05 gün cəzadan çıxılmaqla) qəti olaraq 07 il 11 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 178.2.2- ci maddəsi ilə ittiham elan edilməsinə əsas olmuş cinayət işi üzrə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü vardır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmçinin cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətinin təkrar törədilməsi olmadığından qeyd olunanları nəzərə alıb, elan olunmuş ittihamdan CM-in 178.2.2-ci maddəsinin xaric edilməsi və dövlət ittihamının müdafiəsinin CM-in 178.2.4-cü maddəsi ilə təmin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən, Baş Prokurorluğun “X5” 107.15-ci bəndini rəhbər tutaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə elan olunmuş ittihamdan CM-in 178.2.2-ci maddəsi xaric edilsin və dövlət ittihamının müdafiəsi CM-in 178.2.4-cü maddəsi ilə təmin edilsin. Dövlət ittihamçısı2 ittiham nitqi ilə çıxışından əvvəl təqdim etdiyi rəydə göstərilən xüsusatlara uyğun izah verməklə dövlət ittihamını Azərbaycan Respublikasının 178.2.4-cü maddəsi ilə müdafiə etdiyini bildirərək təqsirləndirilən şəxsin barəsində həmin maddə ilə təqsirli bilinməsinə dair ittiham nitqi ilə çıxış etmiş və verilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın xaric edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə iş materiallarını, Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin xx.xx.2025-ci il tarixli rəyini, rəydə istinad edilmiş Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında şərh olunanları, eləcə də dövlət ittihamçısının rəyə uyğun mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsi əlaməti müəyyən edilmədiyindən ona irəli sürülmuş ümumi ittihamdan Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham CPM-nin 318.1-ci maddəsinə əsasən çıxarılmalıdır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 1,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin təyinatının dəyişdirilməsi və çıxarış sənədinin əldə edilməsini həll edəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Yasamal rayonunda yerləşən Milli Elmlər Akademiyasının inzibati binasının qarşısında özünə məxsus “Renault Megane” markalı avtomobilin salonunda 20000 (iyirmi min) manat, 2021-ci ilin yanvar ayının birinci yarısında günorta saatlarında Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən “Asiman” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə özünə məxsus plastik kart hesabına 2 dəfəyə köçürmə yolu ilə 1000 (min) manat, habelə xx.xx.2021-ci il tarixdə saat 12:57-də Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən “Asiman” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə özünə məxsus plastik kart hesabına 1000 manat pul vəsaitinin köçürülməsinə nail olmaqla ümumilikdə özgə əmlakı olan Zərərçəkmiş şəxs məxsus 22000 (iyirmi iki min) manat məbləğində pul vəsaitini alıb aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, sonuncuya xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda şərh olunan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətməsi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilmiş və onun əməlində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmədə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətini, dəymiş ziyanın ödənilmədiyini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-284/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin qeyd olunan hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası həmin cəza ilə qismən toplanılmaqla 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu- ümumilikdə 05 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla çəkəcəyi azadlıqdan məhrum etmə cəzası qəti olaraq cəzasının əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 07 il 11 ay 25 gün müddətə müəyyən edilmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilmiş 08 il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasını yenidən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsaslanmaqla hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə olan iş üzrə tətbiq edilmiş ümumilikdə 05 (beş) gün tutulma müddətinin ona hazırki iş üzrə təyin ediləcək yekun azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində çəkəcəyi qəti azadlıqdan məhrum etmə cəzası müddətinin müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar hazırda cəza çəkməsi nəzərə alınmalı və cəzaçəkmə müddəti Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş 18 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim etdiyi və maddi sübut kimi tanınmış 1 ədəd ödəniş qəbzinin surəti iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur və mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsluiyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın ödənilmədiyini və ziyanı tələb etdiyini bildirsə də təqsirləndirilən şəxsə qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Zərərçəkmiş şəxs izah olunmalıdır ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən onun Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ümumi ittihamdan Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təyin edilmiş 08 il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə olan iş üzrə tətbiq edilmiş ümumilikdə 05 (beş) gün tutulma müddəti ona hazırda təyin edilmiş cəzadan çıxılsın və çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 08 (səkkiz) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar hazırda həbsdə olmaqla cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablansın. Cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın və ekspertiza xərcinin olmaması nəzərə alınsın. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim etdiyi və maddi sübut kimi tanınmış 1 ədəd ödəniş qəbzinin surəti iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar