Məhkəmə qərarları › İş №1(067)-33/2020

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-33/2020

17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-33/2020 17.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, müdafiəçilər X2 və Müdafiəçi1 iştirakı ilə xx.xx.1977-ci ildə Xaçmaz rayonu, Nərəcan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, azərbaycanlı, evli, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş,Xaçmaz rayonu, Xudat şəhəri, Konserv Zavod qəsəbəsi, ev 13-də qeydiyyatda olan və Xaçmaz rayonu, Şollar kəndində yaşayan, xx xxxxxxx 2019-cu il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1986-cı ildə Latviya Respublikası, Yelqava şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, azərbaycanlı, evli, xx.xx.2008-ci il tarixdə Yasamal rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 1 B, mənzil 26-da qeydiyyatda olan və Xudat şəhəri, 4-cü Şöbədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq xx xxxxxxx 2019cu il tarixdə, saat 10 radələrində Xudat şəhəri, 4-cü şöbədə yaşayan Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı evin yanında 20 (iyirmi) manata şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlamış, Xaçmaz RPŞ-nin Xudat polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində Xudat şəhəri, H.Əliyev küçəsində yerləşən "Xudat" restoranının qarşısında saxlanılaraq Xudat polis bölməsinə dəvət olunub üstündə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli parça gödəkçənin içəri sol cibindən "Kent" markalı siqaret qutusunun içərisində bir ədəd dəftər kağızı bükümündə olan 0,234 qram çəkidə heroin aşkar edilərək götürülmüşdür. İttihama əsasən Təqsirləndirilən şəxs2satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi xalis çəkisi 0,746 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 0,234 qramını xx xxxxxxx 2019-cu il tarixdə, saat 10 radələrində yaşadığı Xudat şəhəri, 4-cü şöbədə yerləşən evin yanında Təqsirləndirilən şəxs1 20 (iyirmi) manata satmış və qalan dörd bükümdə olan 0,512 qramını idarə etdiyi avtomobildə saxlamış, Xaçmaz RPŞ-nin Xudat polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində Xudat şəhəri, H.Əliyev küçəsində yerləşən "Xudat" restoranının qarşısında saxlanılaraq Xudat polis bölməsinə dəvət olunub üstündə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli parça gödəkçənin içəri sol cibindən "Kent" markalı siqaret qutusunun içərisində bir ədəd dəftər kağızı bükümündə olan 0,234 qram çəkidə heroin, keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində isə Təqsirləndirilən şəxs2xx xxxxxxx 2019-cu il tarixdə, saat 18 radələrində Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən "Uğur" marketin yanında idarə etdiyi "Renault Megane" markalı, **- PV-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən saxlanılaraq Xudat polis bölməsinə dəvət olunub idarə etdiyi həmin avtomobilə baxış keçirilən zaman sürücü oturacağındakı ayaqaltının altından siqaret qutusunun sellofan üzlüyünün içərisində olan dörd ədəd gümüşü rəngli bükümlərdə ayrı-ayrılıqda xalis çəkiləri 0,076 qram, 0,100 qram, 0,165 qram və 0,171 qram, ümumi xalis çəkisi 0,512 qram heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Xudat şəhəri, Konserv Zavod qəsəbəsi, ev 13-də qeydiyyatda olsa da, 2005-ci ildən Xaçmaz rayonu, Şollar kəndində arvadı və üç azyaşlı uşağı ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq rəngsaz kimi müxtəlif yerlərdə işləyir. İki ildir ki, “kakos” yəni, narkotik vasitə olan heroindən damara vurmaq yolu ilə qəbul edir. Özünə narkotik lazım olanda həmişə Xudat şəhəri, 4-cü şöbədə yaşayan tanışı Nicatdan bir qramını 50 manata alır və Nicat da heroini özündə olan tərəzi ilə çəkərək ona satmışdır. xx xxxxxxx 2019-cu il tarixdə, saat 09 radələrində usta kimi işlədiyi Xudat şəhəri, H.Əliyev küçəsində yerləşən "Xudat" restoranında işə başlamaq istəyərkən Nicat ona zəng edib bildirmişdir ki, "narkotik vasitə heroinim var, əgər isəyirsənsə, gəl bir yerdə qəbul edək, evimizin yanında səni gözləyirəm". O, Nicata "hə, istəyirəm, indi gəlirəm" deyərək "Xudat" restoranından çıxmış və özünə məxsus velosipedlə Nicatın yaşadığı evin yanına gedərək Nicatla görüşmüşdür. O, Nicat birlikdə Nicatın yaşadığı evin arxa tərəfindəki boş sahəyə getmişdir. Burada Nicat su ilə qarışdıraraq hazırladığı iki ədəd şprisdə olan heroinləri cibindən çıxarıb ona vermişdir. O, Nicatın öz xahişi ilə həmin şiprislərdən birindəki heroini Nicatın boyun nahiyəsində olan damarına, digər şiprisdə olan heroini isə özünün sağ qolundakı damarına vurmuşdur. Bundan sonra Nicat pul lazım olduğunu deyərək özündə olan əlavə heroinləri ona satmağı təklif etmiş və o da bu təkliflə razılaşaraq Nicatın ona verdiyi bir ədəd dəftər kağızı bükümündə olan heroini götürüb, əvəzində Nicata 20 manat pul vermişdir. Daha sonra Nicatla sağollaşaraq öz iş yerinə qayıtmışdır. xx xxxxxxx 2019cu il tarixdə, saat 15 radələrində işlədiyi Xudat şəhəri, H.Əliyev küçəsində yerləşən "Xudat" restoranının qarşsında dayanarkən 3-4 nəfər mülki geyimdə olan şəxs ona yaxışlaşaraq özlərini təqdim edərək, Xaçmaz RPŞ-nin Xudat polis bölməsinin əməkdaşları olduqlarını bildirmiş və onu Xudat polis bölməsinə dəvət etmişlər. O, özünü şübhələndirməmək üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş və onlarla birlikdə Xudat polis bölməsinə gəlmişdir. Yolda gələrkən polis əməkdaşları onun hərəkətlərinə nəzarət etdikləri üçün üzərində olan bir büküm “kakos” yəni, narkotik vasitə olan heroini özündən kənarlaşdıra bilməmişdir. Xudat polis bölməsində dəvət olunmuş iki nəfər hal şahidinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı ona izah olunmuş və o, yenə də etiraz etməmişdir. Bundan sonra hal şahidlərinin yanında özünü Xudat polis bölməsinin təhqiqatçısı kimi təqdim edən Elton adlı polis əməkdaşı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməyini təklif etmişdir. O, üzərində olan “kakos” yəni, narkotik vasitə olan heroini təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşərək, könüllü olaraq əynindəki qara rəngli parça gödəkçənin içəri sol cibindən "Kent" markalı siqaret qutusunu və sellofan paketdə olan iki ədəd bir qramlıq boş şiprisi, bir ədəd boş şüşə ampulanı çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Siqaret qutusunda olan bir ədəd dəftər kağızı bükümünü açarkən içərisindən qəhvəyi rəngli toz halında olan kütlə aşkar olunmuşdur ki, o, bu kütlənin kakos, yəni narkotik vasitə olan heroin olduğunu etiraf edərək, həmin heroini Xudat şəhəri, 4-cü şöbədə yaşayan tanışı Təqsirləndirilən şəxs2 20 manata aldığını, şiprisdən və ampuladan heroin qəbul edərkən istifadə etdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş içərisində heroin olan büküm, şiprislər və şüşə ampula kağız zərfdə qablaşdırılaraq təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə o, sonra isə hal şahidləri və digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş heroin, şiprislər və şüşə ampulanın qablaşdırıldığı kağız zərfin üzərinə imzalayaraq protokolun doğruluğunu və qablaşdırmanın tamlığını təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlamışdır, Təqsirləndirilən şəxs2 başqa heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs2 ondan başqa daha kimlərəsə narkotik vasitə satması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs2lə 2-3 il bundan əvvəl təsadüfən Xudat şəhərində tanış olmuş və bu zaman onların münasibətləri yaranmış, münasibətləri həmişə yaxşı olmuş, heç vaxt aralarında hər hansı düşmənçilik, ədavət, mübahisə və ya sözləşmə olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 1 B, mənzil 26-da qeydiyyatda olsa da, 2008-ci ildən atası, anası, arvadı və üç azyaşlı uşağı ilə birlikdə Xudat şəhəri, 4-cü Şöbədə yaşayır. Bakı şəhərində yerləşən "Ulduz" taksi şirkətindən "Renault Megane" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili kredit müqaviləsi ilə alaraq taksi fəliyyəti ilə məşğul olur. 2018-ci ilin dekabr ayından narkotik vasitə olan heroini damara vurmaq yolu ilə qəbul edir. 2019-cu ilin mart ayından başlayaraq bir müddət müalicə alsa da, son vaxtlar yenidən istifadə etməyə başlamışdır. Tutulmamışdan təxminən iki ay əvvəl yaşadığı Xudat şəhəri, 4-cü şöbə ərazisində yol kənarı ilə gəzişərkən sellofan paketdə “kakos” yəni, narkotik vasitə olan heroin tapmışdır. Həmin vaxt müvəqqəti olaraq narkotikdən istifadə etmədiyi üçün tapdığı heroini özündə saxlamışdır ki, ürəyi istəyəndə qəbul edər. Tapdığı həmin heroindən son vaxtlar istifadə etməyə başlamışdır. xx xxxxxxx 2019-cu il tarixdə, saat 18 radələrində Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən "Uğur" marketin yanında idarə etdiyi "Renault Megane" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb dayanan zaman mülki geyimdə olan şəxslər ona yaxışlaşaraq özlərini təqdim edərək, Xaçmaz RPŞ-nin Xudat polis bölməsinin əməkdaşları olduqlarını bildirmiş və onu avtomobil ilə birlikdə Xudat polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və onlarla birlikdə Xudat polis bölməsinə gəlmişdir. Xudat polis bölməsində dəvət olunmuş iki nəfər hal şahidinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı və idarə etdiyi avtomobilə baxış keçiriləcəyi ona izah olunmuş və o, buna etiraz etməmişdir. Hal şahidlərinin yanında özünü Xudat polis bölməsinin təhqiqatçısı kimi təqdim edən Elton adlı polis əməkdaşı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməyini təklif etmişdir. O, üzərində qanunla qadağan olunan heç nə olmadığını bildirmişdir. Şəxsi axtarış aparılan zaman üzərindən həqiqətən də qanunla qadağan olunan heç bir şey aşkar edilməmişdir. Sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə o, daha sonra isə hal şahidləri və digər iştirakçılar da protokola imzalar etmişlər. Bundan dərhal sonra həmin hal şahidlərinin iştirakı ilə onun idarə etdiyi "Renault Megane" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı sürücü oturacağındakı ayaqaltının altından siqaret qutusunun sellofan üzlüyünün içərisində olan dörd ədəd gümüşü rəngli siqaret kağızı bükümü aşkar edilmişdir ki, o, bu bükümlərin içərisindəki qəhvəyi rəngli kütlələrin “kakos” yəni, narkotik vasitə olan heroin olduğunu etiraf edərək, öz istifadəsi üçün avtomoblində saxladığını bildirmişdir. Həmin bükümlər kağız zərfdə qablaşdırılaraq təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, əvvəlcə o, protokola və həmçinin maddi sübut kimi götürülmüş narkotik vasitə olan heroinin qablaşdırıldığı zərfin üzərinə imza edərək doğruluğunu təsdiq etmişdir. Daha sonra hal şahidləri və digər iştirakçılar da protokola və heroinin qablaşdırıldığı zərfin üzərinə imzalar etmişlər. Amma hal-hazırda bildirir ki, avtomobilindən aşkar edilmiş dörd ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olan narkotik vasitə heroinlər ona məxsus deyil, həmin narkotikin avtomobilin sürücü oturacağındakı ayaqaltının altına necə və hansı şəraitdə qoyulmasından xəbəri yoxdur. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, Xaçmaz rayonu, Şollar kəndinə yaşayan Təqsirləndirilən şəxs1 tanıyır, Suracla 2-3 il bundan əvvəl təsadüfən Xudat şəhərində tanış olmuş və bu zaman onların münasibətləri yaranmış, münasibətləri həmişə yaxşı olmuş, heç vaxt aralarında hər hansı düşmənçilik, ədavət, mübahisə və ya sözləşmə olmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərinin bir qismi doğrudur. Belə ki, Təqsirləndirilən şəxs1 “kakos” yəni, narkotik vasitə olan heroin qəbul etdiyini bilmişdir. xx xxxxxxx 2019-cu il tarixdə, saat 09 radələrində o, yaşadığı evdə olarkən narkotik qəbul etmək istəmiş və buna görə də Təqsirləndirilən şəxs1 zəng edərək narkotik qəbul etmək üçün yaşadığı evin yanına çağırmışdır. Təxminən 15-20 dəqiqədən sonra Surac öz velosipedi ilə gəlmiş və onlar birlikdə onun evinin arxa tərəfindəki boş sahəyə getmişlər. O, su ilə qarışdıraraq hazırladığı iki ədəd şiprisdə olan heroinləri cibindən çıxarıb Suraca verərək xahiş etmişdir ki, şiprislərdən birini onun boyun nahiyəsində olan damarına vursun. Surac şiprislərdən birində olan heroini onun boyun nahiyəsindəki damarına, digər şiprisdə olan heroini isə Surac öz sağ qolundakı damarına vurmuşdur. Bundan sonra onlar sağollaşaraq ayrılmış və o, öz evinə getmişdir. Həmin vaxt o, Suraca narkotik satmamış və əvəzsiz olaraq (pulsuz) da verməmişdir. Bundan başqa o, Suraca əvvəllər bir qramı 50 manata olmaqla narkotik vasitə heroin satmamış, ümumiyyətlə heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Suracın bu barədə dedikləri yalandır. Təqsirləndirilən şəxs1lə münasibətləri həmişə yaxşı olduğunu bir daha təsdiq edir, amma Suracın öz ifadəsində hansı səbəbdən yalandan olaraq ona narkotik vasitə satdığı barədə göstərməsinin səbəbini bilmir. Onun avtomobilinə baxış keçirilərkən və təhqiqatçı tərəfindən alınmış izahatında avtomobilinin sürücü oturacağındakı ayaqaltının altından aşkar edilmiş siqaret qutusunun sellofan üzlüyünün içərisində olan dörd ədəd gümüşü rəngli siqaret kağızı bükümün içərisindəki qəhvəyi rəngli kütlələrin “kakos” yəni, narkotik vasitə olan heroin olduğunu və bu heroini öz istifədəsi üçün avtobilində saxladığını, həmçinin Təqsirləndirilən şəxs1 birlikdə narkotik qəbul etdikdən sonra əvəzsiz olaraq (pulsuz) bir büküm narkotik vasitə olan heroin verdiyini etiraf etsə də, sonradan həmin faktları inkar etməyinin səbəbini belə izah etmişdir ki, etdiyi səmimi etiraflara görə məsuliyyətinin ağırlaşdığını sonradan başa düşdüyü üçün Təqsirləndirilən şəxs1 əvəzsiz olaraq (pulsuz) narkotik verdiyini və avtomobilindən aşkar edilmiş narkotikin ona məxsus olmasını sonradan inkar etmişdir. Həmin vaxt polis əməkdaşları ona buraxılacağını dedikləri üçün aldanaraq Təqsirləndirilən şəxs1 əvəzsiz olaraq (pulsuz) narkotik verdiyini və avtomobilindən aşkar edilmiş narkotikin ona məxsus olmasını etiraf etmişdir. Bir daha qeyd edir ki, o, Təqsirləndirilən şəxs1 narkotik satmamış və avtomobilindən aşkar edilmiş narkotik ona məxsus deyil. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, Xaçmaz rayonu, Şollar kənd sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı ilə bağlı Təqsirləndirilən şəxs1 qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul olunmuş və qərarın icrası üçün müvafiq tədbirlərin keçirilməsindən ötrü o, rəisi vəzifəsini müvəqqəti icra edən Seyran Möhbalıyev Xudat polis bölməsinin polis nəfərləri Şahid3 və Şahid2 ibarət tərkibdə əməliyyat qrupunun yaradılması barədə protokol tərtib edilmişdir. Onlar Təqsirləndirilən şəxs1 işlədiyi Xudat şəhəri, H.Əliyev küçəsində yerləşən "Xudat" restoranının qarşısında olduğunu müəyyən etmişlər və xx xxxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində həmin yerdə Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim edərək Xudat polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 heç bir etiraz etməyərək onlarla birlikdə Xudat polis bölməsinə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs1 hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir şey varsa, üzərindən kənarlaşdıra bilməsin. Xudat polis bölməsində Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirmək üçün iki nəfər hal şahidi dəvət edilərək onlara hüquq və vəzifələri izah edilmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Xudat polis bölməsinin təhqiqatçısı polis mayoru Elton Məmmədov tərəfindən Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif edilmişdir. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs1 könüllü olaraq əynindəki qara rəngli parça gödəkçənin içəri sol cibindən "Kent" markalı siqaret qutusunu və sellofan paketdə olan iki ədəd bir qramlıq boş şiprisi, bir ədəd boş şüşə ampulanı çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Siqaret qutusunda olan bir ədəd dəftər kağızı bükümünü açarkən içərisindən qəhvəyi rəngli toz halında olan kütlə aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs1 bu kütlənin kakos, yəni narkotik vasitə olan heroin olduğunu etiraf edərək, həmin heroini Xudat şəhəri, 4-cü şöbədə yaşayan tanışı Təqsirləndirilən şəxs2 20 manata aldığını, şiprisdən və ampuladan heroin qəbul edərkən istifadə etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi davam etdirilmiş və Təqsirləndirilən şəxs1 üzəridən hər hansı bir əşya, pul və s. aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş içərisində heroin olan büküm, şiprislər və şüşə ampula kağız zərfdə qablaşdırılıb möhürlənərək təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmişdir. Protokol təhqiqatçı tərəfindən ucadan oxunmuş protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə Təqsirləndirilən şəxs1, sonra isə hal şahidləri və o da daxil olmaqla digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş narkotik vasitə heroin olan büküm, şiprislər və şüşə ampulanın qablaşdırıldığı kağız zərfin üzərinə imzalayaraq protokolun doğruluğunu və qablaşdırmanın tamlığını təsdiq etmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotiki satan şəxsin Xudat şəhəri, 4-cü şöbədə yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, idarə etdiyi avtomobildə saxlaması, qəbul etməsi və satması barədə daxil olmuş əməliyyat məlumatı ilə bağlı qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bununla bağlı müvafiq tədbirlərin keçirilməsindən ötrü rəisi vəzifəsini müvəqqəti icra etdiyi Xudat polis bölməsinin polis nəfərləri X3 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupunun yaradılması barədə protokol tərtib etmişdir. Onlar Təqsirləndirilən şəxs2 idarə etdiyi "Renault Megane" markalı, **-PV- *** dövlət qeydiyyat nişanlı avtomobillə Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən "Uğur" marketin yanında olduğunu müəyyən etmişlər və xx xxxxxxx 2019-cu il tarixdə, saat 18 radələrində həmin yerdə Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim edərək avtomobil ilə birlikdə Xudat polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 heç bir etiraz etməyərək onlarla birlikdə Xudat polis bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması və idarə etdiyi avtomobilə baxış keçirilməsi üçün Xudat polis bölməsinə iki nəfər hal şahidi dəvət edilərək onlara hüquq və vəzifələri izah edilmişdir. Xudat polis bölməsində dəvət olunmuş iki nəfər hal şahidinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı və idarə etdiyi avtomobilə baxış keçiriləcəyi Təqsirləndirilən şəxs2 izah olunmuş və Təqsirləndirilən şəxs2 buna etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl hal şahidlərinin yanında Xudat polis bölməsinin təhqiqatçısı polis mayoru Elton Məmmədov tərəfindən Təqsirləndirilən şəxs2a təklif edilmişdir ki, üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunan heç nə olmadığını bildirmişdir. Hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman üzərindən həqiqətən də qanunla qadağan olunan heç bir şey aşkar edilməmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokol təhqiqatçı tərəfindən ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə Təqsirləndirilən şəxs2, daha sonra isə hal şahidləri və o da daxil olmaqla digər iştirakçılar protokola imzalar etmişlər. Bundan dərhal sonra həmin hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi "Renault Megane" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı sürücü oturacağındakı ayaqaltının altından siqaret qutusunun sellofan üzlüyünün içərisində olan dörd ədəd gümüşü rəngli siqaret kağızı bükümü aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs2 bu bükümlərin içərisindəki qəhvəyi rəngli kütlələrin “kakos” yəni, narkotik vasitə olan heroin olduğunu etiraf edərək, öz istifadəsi üçün avtomoblində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 avtomobilindən aşkar edilmiş həmin bükümlər kağız zərfdə qablaşdırılaraq təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmişdir. Protokol təhqiqatçı tərəfindən ucadan oxunmuş, əvvəlcə Təqsirləndirilən şəxs2, daha sonra isə hal şahidləri və o da daxil olmaqla digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş narkotik vasitə olan heroinin qablaşdırıldığı zərfin üzərinə imza edərək, protokolun doğruluğunu və qablaşdırmanın tamlığını təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. İş üzrə məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin Xudat polis bölməsinin polis nəfərləri Şahid2 və Şahid3, Şahid1 ifadəsi ilə anoloci ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 bildirdi ki,Xaçmaz rayonu, Xudat şəhəri, Şıxəli Qurbanov küçəsi, ev 9 -da ailəsi ilə birlikdə yaşayır. Xudat şəhər bələdiyyəsinin sədr müavini işləyir. xx xxxxxxx 2019-cu il tarixdə, saat 15:30 radələrində Xaçmaz RPŞ-nin Xudat polis bölməsinin yaxınlığında olduğu zaman bir neçə polis əməkdaşı ona yaxınlaşaraq bildirmişlər ki, polis bölməsində olan bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçirmək istəyirlər. Polis əməkdaşları ondan şəxsi axtarış keçirilən zaman hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq Xudat polis bölməsinə gəlmişdir. Burada ondan başqa digər hal şahidi də olmuşdur. Ona və həmin hal şahidinə polis əməkdaşları tərəfindən əvvəlcədən qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilən şəxsə, yəni polis şöbəsində tanıdığı Təqsirləndirilən şəxs1 hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs1 buna heç bir etiraz etməmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl özünü Xudat polis bölməsinin təhqiqatçısı kimi təqdim edən Elton adlı polis əməkdaşı Təqsirləndirilən şəxs1a təklif etmişdir ki, üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs1 könüllü olaraq əynindəki qara rəngli parça gödəkçənin içəri sol cibindən "Kent" markalı siqaret qutusunu və sellofan paketdə olan iki ədəd bir qramlıq boş şiprisi, bir ədəd boş şüşə ampulanı çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Siqaret qutusunda olan bir ədəd dəftər kağızı bükümünü açarkən içərisindən qəhvəyi rəngli toz halında olan kütlə aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs1 bu kütlənin kakos, yəni narkotik vasitə olan heroin olduğunu etiraf edərək, həmin heroini tanışı Xudat şəhəri, 4-cü şöbədə yaşayan Nicat adlı şəxsdən 20 manata aldığını, şiprisdən və ampuladan heroin qəbul edərkən istifadə etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi davam etdirilmiş və Təqsirləndirilən şəxs1 üzəridən hər hansı bir əşya, pul və s. aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş içərisində heroin olan büküm, şiprislər və şüşə ampula kağız zərfdə qablaşdırılaraq təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmişdir. Protokol təhqiqatçı tərəfindən ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə Təqsirləndirilən şəxs1, sonra isə o, da daxil olmaqla digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş heroin, şiprislər və şüşə ampulanın qablaşdırıldığı kağız zərfin üzərinə imzalayaraq protokolun doğruluğunu və qablaşdırmanın tamlığını təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5, Şahid4 ifadəsi ilə anoloji ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Xaçmaz rayonu, Xudat şəhəri, Babək küçəsi, ev 9-da ailə üzvləri ilə birlikdə yaşayır. Xaçmaz RİHB-nin Xudat şəhər İƏD üzrə nümayəndəliyində aparıcı mütəxəssis işləyir. xx xxxxxxx 2019-cu il tarixdə, saat 18 radələrində Xaçmaz rayonu, Xudat polis bölməsinin yaxınlığında olduğu zaman bir neçə polis əməkdaşı ona yaxınlaşaraq bildirmişlər ki, polis bölməsində olan bir nəfər şəxsin üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirmək istəyirlər. Polis əməkdaşları ondan şəxsi axtarış və baxış keçirilən zaman hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq Xudat polis bölməsinə gəlmişdir. Burada ondan başqa digər hal şahidi də var olmuşdur. Ona və həmin hal şahidinə polis əməkdaşları tərəfindən əvvəlcədən qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilən şəxsə, yəni polis şöbəsində tanıdığı Təqsirləndirilən şəxs2 hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı və idarə etdiyi avtomobilə baxış keçiriləcəyi izah olunmuş və Təqsirləndirilən şəxs2 buna heç bir etiraz etməmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl özünü Xudat polis bölməsinin təhqiqatçısı kimi təqdim edən Elton adlı polis əməkdaşı Təqsirləndirilən şəxs2 təklif etmişdir ki, üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunan heç nə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman üzərindən həqiqətən də qanunla qadağan olunan heç bir şey aşkar edilməmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə Təqsirləndirilən şəxs2, daha sonra o da daxil olmaqla digər iştirakçılar da protokola imzalar etmişlər. Bundan dərhal sonra həmin iştirakıçılarla Təqsirləndirilən şəxs2 idarə etdiyi "Renault Megane" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı sürücü oturacağındakı ayaqaltının altından siqaret qutusunun sellofan üzlüyünün içərisində olan dörd ədəd gümüşü rəngli siqaret kağızı bükümü aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs2 bu bükümlərin içərisindəki qəhvəyi rəngli kütlələrin “kakos” yəni, narkotik vasitə olan heroin olduğunu etiraf edərək, öz istifadəsi üçün avtomoblində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar olunan həmin bükümlər kağız zərfdə qablaşdırılaraq təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, əvvəlcə Təqsirləndirilən şəxs2, daha sonra o da daxil olmaqla digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş narkotik vasitə olan heroinin qablaşdırıldığı zərfin üzərinə imza edərək protokolun doğruluğunu və qablaşdırmanın tamlığını təsdiq etmişlər. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7, Şahid6 ifadəsi ilə analoji ifadə vermişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xaçmaz rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2008-ci il tarixdə Yasamal rayon Polis İdarəsi tərəfindən 19049 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və xx.xx.2009-cu il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasına dair xx xxxxxxx 2019-cu il tarixli, 26291 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0,234 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir, iki ədəd şprislərin və bir ədəd ampulanın içərisində narkotik vasitə heroin izləri vardır. (tədqiqata istifadə olundu: 0,05 qram, qalıq 0,184 qram). Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 idarə etdiyi "Renault Megane" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş...” sözlər və imzalar olan bir ədəd zərfdəki dörd ədəd gümüşü rəngli bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,076 qram., 0,100 qram., 0,165 qram., 0,171 qram., ümumi təmiz çəkisi 0,512 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir (tədqiqata istifadə olundu: 0,1 qram, qalıq 0,412 qram). Tədqiqata təqdim edilmiş iki ədəd zərfdəki heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0,234 qram narkotik vasitə heroin, içərilərində narkotik vasitə heroin izləri olan iki ədəd şpris və bir ədəd ampula, Təqsirləndirilən şəxs2 idarə etdiyi "Renault Megane" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş üzərində “Təqsirləndirilən şəxs2 idarə etdiyi "Renault Megane" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş...” sözlər və imzalar olan bir ədəd zərfdəki dörd ədəd gümüşü rəngli bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,076 qram., 0,100 qram., 0,165 qram., 0,171 qram., ümumi təmiz çəkisi 0,512 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin xx xxxxxxx 2019-cu il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmiş və həmin narkotik vasitələrin ekspert tədqiqatından sonra qalıq qalmış 0,184 və 0,412 qram hissələri saxlanılması üçün Xaçmaz RPŞ-nin Maddi sübutların saxlanma otağına verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloci Mərkəzinin ambulator məcburi-narkoloci tibbi yoxlamanın xx xxxxxx 2019-cu il tarixli, 2899 nömrəli rəyində göstərilmişdir ki,Təqsirləndirilən şəxs2 “TİRYƏK” alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən “NARKOMANİYA” xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsəhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloci Mərkəzinin ambulator məcburi-narkoloci tibbi yoxlamanın xx xxxxxx 2019-cu il tarixli, 2907 nömrəli rəyində göstərilmişdir ki,Təqsirləndirilən şəxs1 “TİRYƏK” alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən “NARKOMANİYA” xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikatsiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsəhət görülür. İş materiallarında olan Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 1038 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1, xx xxxx 2020-ci ildə Bakı şəhəri, Binəqədi rayonunda vəfat etmişdir. İş materiallarında olan Xudat şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarında olan Xudat şəhər İƏD nümayəndəsi tərəfindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağı var. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinə, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutları məcmu halda qiymətləndirərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edərək saxlama cinayətini satış məqsədi ilə törətmiş olması barədə yanlış qənaətə gələrək, onun əməlini əsassız olaraq həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə nəticəyə gələrkən yalnız narkotik vasitənin bükümlərə ayrılmasına əsaslanmış, gəldiyi nəticəni digər sübutlarla yetərincə əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkətlər başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin öz ixtiyarında saxlanılması ilə əlaqədar olan hər hansı bir qəsdən edilən hərəkətlərin saxlama kimi başa düşülməlidir (məsələn, üstündə, güclü saxlanc yerlərində, binalarda və s.). Satma dedikdə, narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz olaraq hər hansı bir üsulla yayılması başa düşülməlidir (satma, bəxşiş vermə, dəyişdirmə, borc əvəzinə vermə, borc olaraq vermə, başqa şəxsə iynə vurmaq və s.) “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunda qeyd edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Həmin qanunda şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Plenum Qərarının 9-cu bəndində izah olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk olaraq aşkar olunmuş narkotik vasitənin əldə edilməsinin, saxlanılmasının, daşınmasının, hazırlanmasının və s. hərəkətlərin satış məqsədi ilə edilməsi sübuta yetirilməlidir. Narkotik vasitə satış məqsədi olmadan qanunsuz olaraq əldə olunaraq saxlanılırsa, həmin əməl narkotik vasitənin şəxsi istehlak miqdarından artıq istənilən miqdarda olduğu halda da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla əsaslandırılmamış, təqsirləndirilən şəxsin hansısa qazanc əldə etməsi, eləcə də hansı şəxsi maraq naminə maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi iş üzrə müəyyən olunmamışdır. Həmin qərarda həmçinin qeyd edilir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən işin halları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən tam və hərtərəfli araşdırılmamış, gəldiyi nəticənin həqiqətə uyğunluğu barədə öz mövqeyini yetərincə əsaslandırmamış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsində sübutların kifayət etməməsinə yetərincə diqqət yetirməmişdir. X8 Məhkəməsinin Velikova Bolqarıstana qarşı xx xxxxxxx 2000-ci il tarixli qərarında göstərilir ki, “Əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin yaxud faktlara əsaslanan analoci təkzibedilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlaması özünün ibtidai araşdırma zamanı verdiyi və məhkəmə iclaslarında tədqiq edilmiş ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə tərəfindən araşdırılmış və tədqiq edilmiş işin digər materialları ilə tam təsdiq olunur. Lakin ibtidai istintaq orqanı düzgün olmayaraq təqsirləndirilən şəxsə qarşı həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs2 tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması, yəni təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 8 bükümdə olan, ümumilikdə 0,512 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və ya saxlaması nə işdə olan sübutlarla, nə də ki, şahid ifadələri ilə öz təsdiqini tapmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin avtomobilindən aşkar olunmuş 0,512 qram çəkidə narkotik vasitə - heroinin bükümlərə bölərək üzərində saxlamasına münasibətdə isə aşağıdakıları qeyd edir. Belə ki, ibtidai istintaq zamanı, eləcə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ifadələrində bildirmişdir ki, avtomobilindən aşkar edilmiş dörd ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olan narkotik vasitə heroinlər ona məxsus deyil, həmin narkotikin avtomobilin sürücü oturacağındakı ayaqaltının altına necə və hansı şəraitdə qoyulmasından xəbəri yoxdur. Həmçinin məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1, Şahid6 və Əzizov Rövşən Qubat oğlu da öz ifadələrində Təqsirləndirilən şəxs2 dörd ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olan narkotik vasitə heroinlərin avtomobilin sürücü oturacağındakı ayaqaltının altından aşkar edildiyini göstərmişlər. Təqsirləndirilən şəxs2 narkotik vasitə satması yalnıız digər Təqsirləndirilən şəxs1 ifadəsi ilə müəyyən olunur, işdə olan digər sübutlarla öz təsdiqini tapmır. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin, narkotik vasitə - heroin istehlak etməsini nəzərə almaqla, qeyd edir ki, təqsirləndirilən şəxsin avtomobilindən aşkar edilmiş heroin narkotik vasitəsini hissələrə bölməsi, öz istehlakı məqsədi daşıması tamamilə mümkün haldır. Təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi, narkoloci mərkəzin rəyi təqsirləndirilən şəxsin heroin istehlak etməsini təsdiqləyir, lakin ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin qeyd olunan narkotik vasitəni satması, yaxud satmaq məqsədi olmasını isə təsdiqləyən heç bir mötəbər sübut toplanmamışdır. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə - heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinə dair hər hansı bir mötəbər sübut olmadığı halda, sadəcə qeyd olunan narkotik vasitənin, ümumilikdə 0,512 qram çəkidə olmaqla, ayrı-ayırlıqda çəkiləri bir-birinə yaxın olmayan çəki fərqləri ilə 0,076 qram, 0,100 qram, 0,165 qram və 0,171 qram olmaqla bükümlərə ayrılmasına əsaslanaraq Təqsirləndirilən şəxs2 qarşı həm də, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürmək yolverilməzdir. İstər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispoziyasında nəzərdə tutulan cinayət tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsindən onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır. Həmin Məcəllənin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda bəraət hökmü çıxarılır. Qeyd olunan Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. Məcəllənin 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmadıqda bəraət hökmü çıxarılır. Məcəllənin 42.1.4-cü maddəsinə əsasən şəxsin təqsirliyi subuta yetirilmədikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosesssual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə bəraət hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosesssual Məcəlləsinin 42.2.2-ci maddəsinə əsasəsan bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda məhkəmə bəraət hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosesssual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ifadəsinə əsasən Təqsirləndirilən şəxs2 AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 234.2cimaddəsinə əsasən ittiham verilməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinin tələbləri baxımından yolverilməzdir. Ona görə də, məhkəmə ibtidai istintaq orqanı tərəfindən natamam sübutlar əsasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə ittiham verilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.2, 9.1.2, 9.1.3, 10.1, 10.5, 11.1, 12.1, 12.3, 21.1, 21.2, 21.3, 28.1, 28.2-ci maddələrinin tələbləri baxımından əsassız hesab edir. Azərbaycan Respublikası Cinayət Prosesssual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosesssual Məcəlləsinin 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasnı sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcələnin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CinayətProsesssualMəcəlləsinin cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Prosesssual Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin müddəlarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Konstitusiyanın 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 qarşı AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 234.2-cimaddəsi ilə irəli sürülmüş ittihama bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən Cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, digər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, digər Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə vəfat etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsili bilinməli, lakin barəsində cəza təyin edilmədən ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «Marixuana – Kannabis» olan narkotik vasitənin qurudulmuş halda şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi kimi 5 qram miqdarı göstərilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə, təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 ailəli olmasını, himayəsində üç azyaşlı uşağın olmasını, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2019-cuil tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0,234 qram narkotik vasitə heroin, içərilərində narkotik vasitə heroin izləri olan iki ədəd şpris və bir ədəd ampula, Təqsirləndirilən şəxs2 idarə etdiyi "Renault Megane" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş üzərində “Təqsirləndirilən şəxs2 idarə etdiyi "Renault Megane" markalı,**-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş...” sözlər və imzalar olan bir ədəd zərfdəki dörd ədəd gümüşü rəngli bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,076 qram., 0,100 qram., 0,165 qram., 0,171 qram., ümumi təmiz çəkisi 0,512 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin xx xxxxxxx 2019-cu il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmiş və həmin narkotik vasitələrin ekspert tədqiqatından sonra qalıq qalmış 0,184 və 0,412 qram hissələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidirlər. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. xx xxxx 2020-ci il tarixdə vəfat etdiyinə görə onun barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 18oktyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun. Bəraət almış təqsirləndirilən şəxsə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun olması izah edilsin. İş üzrə maddi sübut, Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0,234 qram narkotik vasitə heroin, içərilərində narkotik vasitə heroin izləri olan iki ədəd şpris və bir ədəd ampula, Təqsirləndirilən şəxs2 idarə etdiyi "Renault Megane" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş üzərində “Təqsirləndirilən şəxs2 idarə etdiyi "Renault Megane" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş...” sözlər və imzalar olan bir ədəd zərfdəki dörd ədəd gümüşü rəngli bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,076 qram., 0,100 qram., 0,165 qram., 0,171 qram., ümumi təmiz çəkisi 0,512 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, xx xxxxxxx 2019-cu il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmiş və həmin narkotik vasitələrin ekspert tədqiqatından sonra qalıq qalmış 0,184 və 0,412 qram hissələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə mülki iddia verilməmişdir. Hökmdən, elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə məhkumlar apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar