Məhkəmə qərarları › İş №1(067)-33/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-33/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-33/2022 27.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X16, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 20 yanvar 1977-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Arif Hüseynzadə küçəsi ev 25-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Əmrahov Hüseyn Nurəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Qıraqlı kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Xaçmaz şəhəri, Qaqarin küçəsinə gətirib həmin küçədə yerləşən 28 nömrəli evi göstərərək 13000 manata ona satacağını vəd etməklə aldadıb 31 oktyabr 2019-cu il tarixdə Xaçmaz şəhəri, H.Əliyev prospektində “Şəxsiyyətlər” parkının yaxınlığında yerləşən ofisində 1300 manat, 24 avqust 2020-ci il tarixdə Quba regional «Asan» xidmət mərkəzində 11700 manat olmaqla xeyli miqdarda, yəni ümumilikdə 13000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə, heç bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs2 ona məxsus Xaçmaz şəhəri, H.Aslanov küçəsi, 8 nömrəli evə çıxarış alacağını vəd etməklə aldadıb 2019-cu ilin dekabr ayının sonlarında sonuncunun yaşadığı Xaçmaz şəhəri, Qələbə küçəsi, beş nömrəli evin, 48 nömrəli mənzilində 240 manat dəyərində bir ədəd Rusiya istehsalı olan 585 əyarlı, 4 qram çəkidə qızıl kişi üzüyünü, 300 manata dəyərində bir ədəd Rusiya istehsalı olan 585 əyarlı, 5 qram çəkidə qızıl kişi üzüyünü, 360 manat dəyərində bir ədəd Rusiya istehsalı olan 585 əyarlı, 6 qram çəkidə qaşsız qızıl qadın üzüyünü, 240 manat dəyərində bir Ədəd Rusiya istehsalı olan 585 əyarlı, 4 qram çəkidə qaşsız qızıl qadın üzüyünü, 240 manat dəyərində bir ədəd Rusiya istehsalı olan 585 əyarlı, 4 qram çəkidə qaşsız qızıl qadın üzüyünü ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 1380 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz rayonu, Qımıl-qışlaq kənd sakini Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə, heç bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs3 Fövqəladə Hallar Nazirliyinin Xaçmaz rayon şöbəsinə işə düzəldəcəyini vəd etməklə aldadıb 2019-cu ilin dekabr ayının sonlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən «Aygün» şadlıq sarayının qarşısında 750 manat, 20 iyun 2020-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində 750 manat olmaqla ümumilikdə 1500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs4 qızının etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədi ilə, heç bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs4 bacısı oğlu Şahid2 Fövqəladə Hallar Nazirliyinin Xaçmaz rayon şöbəsinə işə düzəldəcəyini vəd etməklə aldadıb 30 dekabr 2019-cu il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74A nömrəli evin qarşısında 750 manat pulu, 2020-ci ilin fevral ayının ortalarında yenədə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74A nömrəli evin qarşısında 800 manat dəyərində “X39” markalı mobil telefonu vahid niyyətlə əhatə olunun qəsdlə ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 1550 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs5 Xaçmaz şəhərində aldığı həyətyanı torpaq sahəsinin arxiv sənədlərini bərpa etdirib çıxarış alacağını və oğlu Xəyal Rzayevi pensiyaya çıxaracağını vəd etməklə aldadıb 14 fevral 2020-ci il tarixdə Şahid8 yaşadığı Xaçmaz şəhəri, Qələbə küçəsi, 5 nömrəli evin 111 nömrəli mənzilində 340 manat, 16 fevral 2020-ci il tarixdə Şahid8 yaşadığı Xaçmaz şəhəri. Qələbə küçəsi, 5 nömrəli evin 111 nömrəli mənzilində 600 manat, 02 mart 2020-ci il tarixdə Xaçmaz regional poçt filialında 250 manat, 2020-ci ilin mart ayının sonlarında yenədə Şahid8 yaşadığı Xaçmaz şəhəri, Qələbə küçəsi, 5 nömrəli evin 111 nömrəli mənzilində 250 manatolmaqla ümumilikdə 1440 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs6 oğlu Elvin Şakurovun dövlətdən kompensasiya almasına köməklik göstərəcəyini vəd etməklə aldadıb 2020-ci ilin mart ayının sonlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Muğan” bankın Xaçmaz rayon filialının qarşısında 650 manat pulunu ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Quba rayonu, Rustov kənd sakini Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 Xaçmaz şəhəri, Vaqif küçəsinə gətirib həmin küçədə yerləşən ikimərtəbəli evi göstərərək 23000 manata ona satacağını vəd etməklə aldadıb 17 iyun 2020-ci il tarixdə Xaçmaz şəhəri, H.Əliyev prospektində, «Şəxsiyyətlər» parkının yaxınlığında yerləşən ofisində 1450 manat, 24 iyun 2020-ci il tarixdə Xaçmaz şəhəri, H.Əliyev prospektində, «Şəxsiyyətlər» parkının yaxınlığında yerləşən ofisində 270 manat, 2020-ci ilin iyul ayının əvvəllərində Xaçmaz şəhəri, H.Əliyev prospektində, «Şəxsiyyətlər» parkının yaxınlığında yerləşən ofisində 1000 manat, 10 iyul 2020-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində 170 manat, 2020-ci ilin iyul ayının ortalarında Quba şəhər avtovağzalında olan kafedə 800 manat olmaqla ümumilikdə 3690 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 Xaçmaz şəhəri, 28 May küçəsi, 13 nömrəli evin həyətinə gətirib həmin evin 0,3 ha həyətyanı torpaq sahəsini göstərərək 7000 manata ona atacağını vəd etməklə aldadıb 12 avqust 2020-ci il tarixdə Xaçmaz şəhəri, Təbriz küçəsində 600 manat, 14 avqust 2020-ci il tarixdə Xaçmaz rayonu, Rəhim-oba kəndinin girişində 1200 manat olmaqla ümumilikdə 1800 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs14 yaşadığı evin həyətində olan bir otaqlı evin sənədlərini düzəldib satacağına inandırmaqla aldadıb sonuncuya məxsus Xaçmaz şəhəri. Qələbə küçəsi, 8 nömrəli evin 3 nömrəli mənzilinə aid sənədləri ələ keçirdikdən və adına etibarnamə alıb əmlak hüquqlarını əldə etdikdən sonra Zərərçəkmiş şəxs14 məxsus 20000 manat dəyərində olan Xaçmaz şəhəri, Qələbə küçəsi, 8 nömrəli evin 3 nömrəli mənzilini 24 avqust 2020-ci il tarixdə X15 13000 manata satıb zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 20000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz rayonu, Qaradağlı kənd sakini Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs9 yaşadığı Xaçmaz rayonu. Qaradağlı kəndindəki evi anasının adına rəsmiləşdirəcəyini və 0,11 ha həyətyanı torpaq sahəsi üçün çıxarış alacağını vəd etməklə aldadıb 2020-ci ilin sentyabr ayının ortalarında Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən «Kamran» şadlıq sarayının qarşısında 900 manat, 2020-ci ilin sentyabr ayının sonlarında, hərbi vəziyyət zamanı Xaçmaz şəhəri, H.Əliyev prospektində, «Şəxsiyyətlər» parkının yaxınlığında yerləşən ofisində 400 manat olmaqla ümumilikdə 1300 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs10 alması üçün ev tapacağını və həyətyanı torpaq sahəsi alıb onun üçün ikiotaqlı ev tikdirəcəyini vəd etməklə aldadıb 2021-ci ilin yanvar ayının ortalarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən «Muğan» bankın Xaçmaz rayon filialının qarşısında 850 manat, 2021-ci ilin yanvar ayının sonlarında sonuncunun kirayədə qaldığı Xaçmaz rayonu, Qobuqıraq kəndindəki evdə 7000 manat olmaqla xeyli miqdarda, yəni ümumilikdə 7850 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xudat şəhər sakini Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs11 qızı Şahid6 pensiyaya çıxaracağını vəd etməklə aldadıb 17 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs11 yaşadığı Xudat şəhəri, K.Zavod qəsəbəsi, 3 nömrəli evin, 8 nömrəli mənzilində 1300 manat, 18 yanvar 2021-ci il tarixdə yenədə Xudat şəhəri, K.Zavod qəsəbəsi, 3 nömrəli evin, 8 nömrəli mənzilində 540 manat olmaqla ümumilikdə 1840 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz rayonu, Yalama kənd sakini Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs13 Xaçmaz şəhəri, Qələbə küçəsinə gətirib həmin küçədə yerləşən 8 nömrəli evi göstərərək təmir etdirib ona satacağını vəd etməklə aldadıb 16 mart 2021-ci il tarixdə Xaçmaz şəhəri, Qələbə küçəsi, 8 nömrəli evin qarşısında 1650 manat, yenədə həmin gün Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Zeytun” kafesində 350 manat, 2021-ci ilin mart ayının sonlarında Xaçmaz rayonu, Yalama kəndində sonuncunun yaşadığı evdə 350 manat olmaqla ümumilikdə 2350 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs12 Xaçmaz şəhəri, Qələbə küçəsinə gətirib həmin küçədə yerləşən 8 nömrəli evi göstərərək ona satacağını vəd etməklə aldadıb 2021-ci ilin iyun ayının ortalarında Xaçmaz şəhəri, Qələbə küçəsi, 8 nömrəli evin qarşısında 300 manat, yenədə həmin gün sonuncunun yaşadığı Xaçmaz şəhəri, A.Hüseynzadə küçəsi, 16A nömrəli evdə 700 manat olmaqla təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 9300 manata Zərərçəkmiş şəxs14 evini satmışdır. Həmin ev bir zaldan ibarət olmuş, bir bina kimi olmuşdur. Aralarında alqı-satqı olmuş, onun Zərərçəkmiş şəxs1 heç bir məbləğ borcu yoxdur. Sonra Zərərçəkmiş şəxs14 məhkəmədə mülki icraat qaydasında vəsatət vermişdir ki, satılan ev həmin ev deyildir. O, Zərərçəkmiş şəxs1 8000 manat pulu alıb gətirib Sevda xanımın bacısı Zərərçəkmiş şəxs2gildə özlərinə vermişdir. Evin rəsmiləşdirilməsini də özü (öz hesabına) etmişdir. Ev hələ satılmamış Ruhulla onun işlədiyi ofisinə gələrək ona demişdir ki, o Ruhullaya 13000 manat verməlidir. Onun Ruhullaya borcu olmamış, lakin sonuncunu başından etmək üçün pul verməli olması barədə qəbz yazıb vermişdir. Çünki onun Ruhullaya borcunun olmamasını sonra sübut etmək onsuz da asan olacaq idi. Zərərçəkmiş şəxs1 həmin evi almışdır. Sonra Zərərçəkmiş şəxs14 ona zəng etmişdir ki, həmin evi geri qaytarmaq istəyir. Sevda Xanımın ondan tələbi yalnız evi geri qaytarmaq olmuşdur. Ruhullaya alqı-satqı baş tutmadığından 12500 manat borclu olduğu və həmin məbləği 25.10.2020-ci il tarixədək qaytaracağı barədə onun işlədiyi "xxxx" MMC-nin möhürü ilə təsdiq etdiyi bir ədəd vərəqi ona görə tərtib etmişdir ki, Ruhullanın arvadı gəlib ona dirənib demişdir ki, ona bu qədər pul qaytarmalıdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 bir şəxsdən 20000 manat borc almış və həmin şəxslə öz aralarında evi borc əvəzində girov kimi qoymuşdur. Sonra Şəfiqə xanım ona müraciət etmişdir ki, evin sənədlərini bərpa edib evi geri qaytarmaqda sonuncuya köməklik etsin. Evin sənədləşdirilməsi ilə bağlı dövlət rüsumları kimi pul lazım olduğundan Şəfiqə xanım ona pulunun olmadığını, əvəzinə qızıl zinət əşyaları olduğunu demişdir. Şəfiqə xanım həmin qızılları götürüb ona verəndə Şəfiqəni də o öz avtomobili ilə Xaçmaz RMX-nın yanındakı qızıl mağazasına aparmış və orada qızılları ölçdürmüşlər, qızılları 490 manata qiymətləndirmişlər. Evin sənədləşdirilməsi üçün ***-**** manat pul lazım olmuşdur. Həmin 490 manatın həcmində kim ki, ev qaytarılandan sonra Şəfiqə xanımdan evi alacaqdı, onun adından o, ümumilikdə Şəfiqə xanıma 500 manatdan da artıq pul vermişdir. Müstəntiq isə hesablayıb demişdir ki, guya o, Şəfiqə xanıma təxminən 1300 manat pul verməlidir. Qızıllar 490 manat etmişdi, o isə Şəfiqə xanıma 500 manatdan da artıq pul vermişdir. Sonradan Şəfiqə xanıma zəng edib demişdir ki, ona yenə pul ödəyəcəkdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 onu sonuncunu Fövqəladə Hallar Nazirliyinin Xaçmaz rayon şöbəsinə işə düzətmək üçün 1500 manat pul vermişdir. Rüfəti işə düzəltməyi ondan Rüfətin qohumu Zərərçəkmiş şəxs4 xahiş etmiş və Rüfəti onunla tanış etmişdir. Sonra isə Rüfəti xəstəxanada sənədlərini hazırlamaqda kömək etmişdir. O, FHN-ə bir neçə nəfəri işə düzəltmiş, o, sadəcə, zəhmət haqqını almışdır. Həmin 1500 manat civarında Rüfəti Bakı şəhərinə aparacaq, xəstəxanatan, komissiyadan keçirəcəkdi. Lakin o, Rüfətə deməmişdir ki, komissiyadan keçsə, pul onda qalacaq, keçməsə, qaytaracaqdır. Bundan başqa, Zərərçəkmiş şəxs4 demişdir ki, onun mobil telefonu xarab olub. Nəzakət xanım da münasibətləri yaxşı olduğu üçün demişdir ki, bir “Samsung” mobil telefon var, ona işlətməsi üçün verə bilər. O da razılaşmış və Nəzakət telefonu ona vermişdir. Lakin həmin telefonun mobil setində problem olmuşdur, həmin telefonda yalnız votsap tətbiqi işləmişdir. Həmin telefonu ustalara göstərsə də, düzəldilməsi mümkün olmamış, sonra isə 50 manata satmışdır. Müstəntiq isə demişdir ki, guya həmin telefonun qiyməti 400 manatdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs5 torpaq sahəsinin sənədləşməsinə köməklik etmək üçün pul almışdır. Sənədləşmə ilə bağlı DƏDRX-ə pul da köçürmüşdür, bununla bağlı qəbzləri tapmağa çalışacaqdır. Lakin həmin torpaq sahəsinin sənədlərinin bərpası üçün nə qədər çalışsa da, mümkün olmamışdır. Həmin torpağın sənədlərinin bərpası mümkünsüz olmuşdur. Nailə xanımdan aldığı pulun 440 manatını qaytarmış, 1000 manatı qalmış, 1000 manatdan da 120 manat qaytarmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs6 650 manat pul almış, həmin məbləğin hamısını polis şöbəsində Oktayın özünə qaytarmışdır. Zərərçəkmiş şəxs6 ilə orta məktəbdə birlikdə təhsil almışlar. O, Xaçmaz rayon Hərbi Komissarlığında işləmişdir. Həmin vaxtlarda Zərərçəkmiş şəxs6 ona yaxınlaşaraq bildirmişdir ki, oğlu pnevmaniyadır, xəstəliyi ilə əlqədar hərbi xidmətdən tərxis olunub, dövlətdən kompensasiya almaq istəyir. O heç kimə deməmişdir ki, “gəlin sizin üçün iş görüm”, özləri ona yaxınlaşmışlar. Bundan başqa, Zərərçəkmiş şəxs7 3640 manatdan 800 manat borcu qalıb. 800 manatı Teymurdan taxta materialları almaq üçün borc almışdır. 2800 manatı isə Teymurun bacısına ev almaq üçün almışdır. Lakin sonradan evin sahibi evin qiyməti ilə razılaşmamışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs8 və sonuncunun atası Yaşa ilə birlikdə Xaçmaz şəhəri 28 May küçəsinə gedərək torpaq sahəsini göstərmiş, onlar torpaq sahəsini bəyənmişlər və orada ona 600-700 manat vermişlər. Sonradan Şahsənəmin atası onun ofisinə gələrək onu məlumatlandırmışdır ki, onun onlara satdığı həmin torpaq sahəsini başqa kimsə almışdır. O, buna inanmamış və gedib görmüşdür ki, həqiqətən də, həmin torpaq sahəsini sahibi başqa şəxsə satmışdır. Buna görə torpaq sahibi ilə aralarında sözlü mübahisə də olmuşdur. O, Şahsənəm xanımgilin verdiyi pulu arxayınlıqla xərcləmiş, bilmişdir ki, həmin torpaq sahəsinin satışından ona, məsələn, min manat pul qalacaq. Torpaq sahibinin başqa birinə borcu olmuş, ondan istifadə edib torpaq sahəsini başqasına satmışdır. Bundan başqa, onun Zərərçəkmiş şəxs9 borcu olmamışdır. Belə ki, Yalçın Xaçmaz rayonunun Qaradağlı kəndindəki evini satanda ona demişdir ki, evin yerləşdiyi torpaq sahəsi 0,28 hektardır. O, makler kimi də işləmişdir, Bakı şəhərində yaxşı müştəriləri olmuşdur. Həmin müştərilərdən birinə zəng edib bu barədə bildirmişdir. Müştəri almağa razı olduğunu demiş, lakin evin, torpaq sahəsinin sənədlərinə onun baxmasını xahiş etmişdir. O, Yalçına evin, torpağın sənədlərini gətirməsini demişdir. Yalçın sənədləri gətirəndə məlum olmuşdur ki, torpaq sahəsinin 0,11 ha-nın sənədləri olmuş, torpağın qalan hissəsi isə zəbt edilmiş torpaqdır, sənədləri olmamışdır. O, Yalçına demişdir ki, “götür pullarını, gedək evin, torpağın sənədlərini düzəltdirək”. Zərərçəkmiş şəxs9 anasını, bacılarını və qardaşını götürüb notariat kontoruna gətirmiş və orada vərəsəliyi qəbul etdirmişdir. Bunun üçün o, dövlət rüsumu kimi təxminən 150-200 manat civarında pul xərcləmişdir. Yalçının anasını DƏDRXə aparmış, həmin idarədə işləyən, Yalçının həmkəndlisi olan bir şəxs gedib torpaq sahəsinə baxmış və sonra o həmin şəxsə təxminən 60 manat pul vermişdir. Yalçının ona verdiyi pulun qalanını isə Yalçına şəxsən özü qaytarmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs10gil özləri, qızı Əzizə ona zəng edərək bildirmişlər ki, Xaçmaz şəhəri, İ.Qayıbov küçəsindəki evləri su basdıqdan sonra qəzalı vəziyyətdə olmuş, buna görə də satmaq istəyirlər. O da onlara müştəri tapacağını demişdir. Təxminən bir ay sonra müştəri tapmışdır. Dilbər xanımgil həmin evin qiymətini 25000 manata satmaq istədiklərini demişlər, lakin sonra xatırladığı qədəri ilə, həmin evi 18000 manata satmışlar, buna görə Dilbər xanım ona 400 manat pul vermişdir. Bundan bir müddət sonra Dilbər xanım ona zəng edərək görüşmüşlər və Dilbər ona demişdir ki, onun üçün almağa ev tapsın. Bundan sonra o, Dilbər xanım üçün boş sahə tapmış və orada ikiotaqlı, lakin dam örtüyü olmayan tikili olmuşdur. Həmin yerə gedib baxmışla, torpaq sahəsinin sahibi də yanlarında olmuşdur. O həmin torpaq sahəsini alıb yarısını Dilbər xanıma satacaqdır, qalan yarısını isə başqa kiməsə sata biləcəyini fikirləşmişdir. Həmin yeri Dilbər xanımın qızı bəyənmişdir. Bundan üç gün əvvəl isə ona Dilbər xanım zəng edib demişdir ki, sonuncunun qohumları ona pul verməsinə narazılıqlarını bildirmişlər. Bundan sonra o, Dilbər xanımgilə gəlmiş, həmin vaxt görüşlərini telefon ilə videoçəkilişlə də qeydə almışdır. O, çağırdıqdan sonra Dilbər xanım və qızı kirayə qaldıqları evdən çölə çıxmışlar. Bu zaman Dilbər xanıma demişdir ki, “otur maşına gedək banka, sənə nə qədər verilməlidirsə, çıxarıb pulunu verim”. Bundan sonra Dilbər xanım demişdir ki, “lazım deyil, sən mənim oğlumsan, aprel ayına kimi evi tik”, o da evi tikməyə razı olduğunu bildirmişdir. Bundan sonra “EuroHome”dan təxminən 4200 manatlıq tikinti materialları almış, bu barədə çekləri də tapacaqdır. Dilbərgil həmin torpaq sahəsini bəyəndikləri üçün 10000 manata razılaşmışlar. Torpaq sahibinə bildirmişdir ki, torpağın yarısını Dilbər xanım, yarısını isə o alacaqdır. Gələcəkdə torpağı aldığı qiymətin üzərinə iki min-üç min manat da əlavə edib satacağını düşünmüşdür. Bir müddət sonra Dilbər xanımgil zəng edib demişlər ki, həmin torpağı istəmirlər, pulunu geri qaytarmağı tələb etmişlər. O isə Dilbərgilə demişdir ki, təmir üçün material və s. alınıb. Bundan sonra o, həmin materialları aldığı qiymətdən ucuz satmışdır. Həmin materialların satışından əldə edilən puldan 1000 manat tam şəkildə Dilbər xanıma vermiş, daha sonra 300-400 manat hissə-hissə Dilbər xanımın qızının bank kartına köçürmüşdür. Ümumilikdə Dilbər xanıma təxminən 1500 manat pul qaytarmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs11 ona müraciət edərək demişdir ki, qızı Səidənin pensiyasını kəsmişlər. Səlminaz xanım ona 840 manat pul vermişdir ki, qızı Səidənin pensiyasını bərpa etdirsin. O, Səhiyyə Nazirliyinə iki dəfə məktub yazmış, hər ikisinə də imtina cavabı gəlmişdir. Həmin pulu isə Səlminaz xanımdan zəhmət haqqı kimi almış, sonuncunun pensiya məsələsi ilə bağlı 3-4 dəfə Bakı şəhərinə gedib-gəlmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs13 qızı bir nəfərin vasitəsilə ona zəng edərək ev lazım olduğunu bildirmişlər. Həmin şəxs gəlib onu taparaq görüşmüşlər. O, Kaniyat xanımgilə apararaq bir neçə ev göstərmişdir. Xaçmaz şəhəri, Qələbə küçəsindəki, Zərərçəkmiş şəxs2 qonşuluğunda yerləşən evi Kaniyatgilə göstərmiş və onlar həmin evi bəyənmişlər. Həmin evi o, alıb hissə-hissə başqa şəxsə satmışdır. Kaniyat xanımın həmin vaxt üzərində təxminən 1000 manat pul olmuş, əgər istəsəydi o, həmin məbləğin hamısını ala bilərdi. O, Kaniyatın qızı Sədaqətlə Qusarçay kəndi ərazisində yerləşən tikinti materialları mağazasına getmiş, Sədaqət hamam üçün vanna, duş və s. əşyaları göstərərək həmin əşyaların alınıb həmin evin təmirində istifadə edilməsini istədiyini ona bildirmişdir. Bundan sonra o, həmin ev üçün materiallar alıb gətirərək həmin evdə yerləşdirmişdir. Təmir üçün əmək haqqını beş yüz manata razılaşmaqla usta da tapmış və usta işlədiyi vaxt Kaniyat və Sədaqət xanım gələrək evə baxmışlar. O, Kaniyatgilə demişdir ki, “onsuz da bu evi sizə verirəm, gedək notariusa etibarnamə əsasında pulu sizdən alıram, banka köçürürəm, evin sənədlərini sizə verirəm”. Sonra isə Kaniyat xanımın əri gəlib ona demişdir ki, evin sənədləri tam hazır olduqdan sonra pulu verəcəklər. O da Kaniyatgilə onların ona 2500 manat beh verdiklərini, onun ev üçün material aldığını, ona görə də həmin pulu Kaniyatgilə qaytarmayacağını demişdir. Lakin aralarında yazılı olaraq beh müqaviləsi olmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs12 torpaq sahəsi ilə bağlı 1000 manat beh almışdır. Həmin puldan 300 manatını Ofelya xanıma qaytarmış, qalan 700 manatı isə qaytaracağını demişdir. Sonra Ofelya xanımın əri onun yanına gələrək demişdir ki, “Ofelya kimdir?! Evi mən alıram, pulu qaytarmaq lazım deyil”. O isə Ofelyanın ərinə demişdir ki, nə qədər ki əlində pul var, qalan pulu qaytara bilər, lakin əri pulu qaytarmasını istəməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs14 Xaçmaz şəhəri, Qələbə küçəsində yerləşən evini satmaq istədiyini ona bildirmişdir. Həmin ev bir zaldan ibarət kimi olmuş, köhnə uşaq bağçası binası olmuşdur. Sevda və Şəfiqə xanımla uşaqlıqdan bacı-qardaş kimi münasibətləri olmuşdur. O, həmin evi satmağa razılaşmışdır. Bir-iki dəfə müştəri gətirərək həmin evi göstərmiş, lakin həmin evin yerləşdiyi ünvan, küçə pis ad çıxardığından almaq istəməmişlər. Sonra Zərərçəkmiş şəxs1 ona ev üçün yaxınlaşmışdır. O, Ruhullaya Zərərçəkmiş şəxs14 həmin evini aparıb göstərmiş, Ruhulla həmin evi bəyənmişdir. Sevda xanım ona demişdir ki, həmin evi neçəyə satırsa satsın, lakin Sevdaya 8000 manat versin. O da evi 9300 manata satmış, 8000 manatını Sevda xanıma vermişdir. Təxminən 600 manat “ASAN” xidmətdə evin sənədləşməsinə sərf olunmuşdur. Qalan məbləğ isə onun halal qazancı olmuşdur. Həmçinin bildirmişdir ki, zərərçəkmiş şəxslərə həmin məsələlərin düzəldilməsində köməklik müqabilində pullarını alıb qaytarmaması ilə səhv etmişdir. Səhhətindəki problemlərin nəzərə alınaraq, həmçinin zərərçəkmişlərlə qaytarmalı olduğu pulları gələcəkdə onlara qaytaracağına dair notarial qaydada ərizələr tərtib etdirməsi üçün barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs14 ifadəsində göstərdi ki, onun 8000 manata satılmalı evi olmuşdur. Təqsirləndirilən şəxs gətirib onlarla tanış etmişlər. İki ilə yaxın olmuşdur ki, onunla Hüseyn çox yaxşı münasibətdə – bacı-qardaş kimi olmuşlar. O, Hüseynə demişdir ki, həmin evi 8000 manata onun üçün satsın, neçəyə satırsa satsın, lakin ona 8000 manat versin. Hüseyn onunla razılaşmış və narahat olmamasını bildirmişdir. Bir müddət keçsə də, ev satılmamışdır. Ona görə də Hüseynə demişdir ki, onun borcları var, qaytarmalıdır, əgər evi sata bilmirsə, qarışmasın, özü necəsə həll edər. Bundan sonra Hüseyn evi satmış və gətirib ona bacısının evində 8000 manat vermişdir. Bundan sonra bir kişi və bir qadın, yəni Zərərçəkmiş şəxs1 və onun arvadı onların evinə gəlmiş, o isə həmin vaxt evdə olmamış, onun əri zəng edərək ona bildirmişdir ki, həmin şəxslər gələrək onların Hüseynin vasitəsilə satdıqları evin ünvanını soruşmuşlar və demişlər ki, Hüseyn həmin evi guya özü alıb və satır. Hüseyn ona demişdir ki, ev istəyən olsa ona xəbər etsin. O, satdığı həmin evi Ruhulla və arvadına göstərmişdir. Ruhullagil demişlər ki, bu ev onlara satılan ev deyildir, ona çertyoj göstərərək bildirmişlər ki, onlara satılan ev həmin çertyojda nəzərdə tutulan evdir. O, çertyoja baxanda görmüşdür ki, o ev onun yaşadığı evinin çertyojudur. Onun iradı Hüseynə o olmuşdur ki, onun yaşadığı evi niyə görə Ruhullaya 13500 manata satmışdır?! Mülki icraat qaydasında məhkəmədə işə baxılmış və onlar öz evlərindən çıxarılmış, Hüseynə 8000 manata satmaq üçün verdikləri şəraitsiz evə köçüb yaşamağa məcbur olmuşlar. Hüseynə də demişdir ki, onları evlərindən çıxarırlar, Hüseyn isə narahat olmamalarını, hər şeyin düzələcəyini demişdir. Hüseyn onlara evi səhvən satdığını demişdir. Evin alqı-satqısını Hüseyn özü həyata keçirmiş, o özü iştirak etməmişdir. O, təqsirləndirilən şəxsdən ona yaşadığı, yəni səhvən satdığı evini qaytarmasını tələb etdiyini, təqsirləndirilənin həbs edilməsini deyil, işləyərək onun pulunu, evini qaytarmasını istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, yaşadığı Xaçmaz şəhəri, Qələbə küçəsində satışda olan ev olmuşdur. Təqsirləndirilən şəxs da həmin evə gəlib-getmişdir. O, Xaçmaz şəhəri, H.Aslanov küçəsi 8 saylı evini 2016-cı ildə bir qadına satmış və Qələbə küçəsinə hazırkı evə köçmüşdür. H.Aslanov küçəsindəki həmin ev ona şəhid ailəsi olduğuna görə verilmişdir. Lakin həmin qadın həmin evin pulundan ona notarial qaydada borc müqaviləsi şəklində 20000 manat vermiş, evin pulundan borclu qalmışdır. Sonra həmin qadın vəfat etmiş, ona borclu qaldığı məbləği ödəməmişdir. O, Hüseynə yaxınlaşaraq xahiş etmişdir ki, H.Aslanov küçəsindəki həmin evin satılmasında ona nə köməklik lazımdırsa etsin, zəhmət haqqını da verəcəkdir. Hüseyn ondan evin ünvanını soruşmuşdur. Bir müddət sonra Hüseyn evin sənədlərini istəmiş, o da sənədləri Hüseynə vermiş, lakin hər ehtimala qarşı sənədlərin surətlərini çıxarıb özündə saxlamışdır ki, birdən aldanmış olar. Sonra isə Hüseyn ona demişdir ki, pul lazımdır, onun isə pulu olmamış, şəraitsiz evdə yaşamışdır. Bunu Hüseynə demiş, lakin əvəzində qızıl zinət əşyalarının olduğunu bildirmişdir. Hüseynə həmin qızıl zinət əşyalarını vermişdir ki, sonuncu aparıb girov qoyaraq, yaxud hansısa formada qızılların vasitəsilə pul götürsün və işini görsün, evi satandan sonra zəhmət haqqını çıxar, bundan sonra qızıllarını da götürüb qaytarar. Hüseyn bir dəfə 100 manat, bir dəfə də 200 manat gətirib ona vermişdir ki, guya həmin məbləğdə pulları evi alan şəxs pay göndərmişdir. O, maddi imkanı çox pis olduğundan o pullara ehtiyacı olmuşdur, ona görədə götürmüşdür. Lakin təqsirləndirilən məhkəmə iclas zalında demişdir ki, guya ona borcu yoxdur, hətta artıq pul vermişdir. Onun Hüseynə verdiyi həmin beş ədəd üzüyün qiymətləri 500, 400, 300 manat və s. olmuşdur. Hüseynin ona guya kiminsə pay kimi verdiyi həmin pulların əvəzinə üzüklərdən birini götürməsinə etirazı yoxdur, lakin onun dörd ədəd üzüyünü qaytarmasını istəmişdir. O, iyirmi beş il konserv kombinatda işləmiş, hazırda da küçə süpürməklə pul qazanır, həmin qızılları zəhmət çəkib almışdır. Təqsirləndirilənə qarşı şikayətçi olduğunu, ondan qızıllarını tələb etdiyini, cəza təyin edilməsini istəmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs13 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Qələbə küçəsindəki satmaq istədiyi evi onlara göstərmişdir. Həmin ev təmirsiz, dağınıq ev olmuşdur. Təqsirləndirilən ona “anam” deyərək ürəyini almış, həmçinin anasının altı ay əvvəl vəfat etdiyini bildirmişdir. Təqsirləndirilən həmin evin təmiri üçün ondan 2350 manat pul almışdır. Təqsirləndirilən evi onlar üçün 11000 manata almağa razılaşdığını, təmir üçün aldığı 2350 manat pulu həmin qiymətdən çıxılacağını demişdir. Lakin həmin ev onlar üçün alınmamışdır. Təqsirləndirilən həmin 2350 manatı ondan hissə-hissə almışdır. Təqsirləndirilən şəxsdən ondan aldığı 2350 manat pulu qaytarmasını tələb etdiyini, təqsirləndirilənə qarşı şikayətçi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı cəzanın verilməsinin ona heç bir xeyri olmadığını, təqsirləndirilənin ona qarşı cinayət əməli nəticəsində kredit ödədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, onun ünvan 1 ünvanındakı evi su basdığı üçün qəzalı vəziyyətə olmuş, ona görə də satmaq qərarına gəlmişdir. Buna görə Təqsirləndirilən şəxs müraciət etmişlər. O, həmin evi satmış, daha sonra təqsirləndiriləndən onun üçün almağa ev tapmasını xahiş etmişdir. Təqsirləndirilənin onlara göstərdiyi tikilini də bəyənmişlər, təqsirləndirilən həmin tikilini təmir etdirib ona verəcəyini bildirmişdir. Təqsirləndirilən məhkəmə iclasında demişdir ki, guya o, onun tapdığı həmin tikilini bəyənməmişdir, bu isə belə olmamışdır. O, birotaqlı evin də olmasına razı olmuşdur ki, yaşamağa yeri olsun. Lakin təqsirləndirilən ondan təmir adı ilə 6500 manat pul almış, lakin qaytarmamışdır. Onun oğlu hərbi xidmətdə vəfat etmiş, əri də vəfat etmişdir. Təqsirləndirilən onu pis vəziyyətdə qoymuş, o, kirayədə yaşamağa məcbur olmuş, günlərlə ac qalmışdır. Dəfələrlə təqsirləndirilənə yalvarmışdır ki, gətirib heç olmasa əlli manat versin, xeyli müddət keçəndən, dəfələrlə xahiş edəndən sonra təqsirləndirilən ona əlli manat pul göndərmişdir. Halbuki təqsirləndirilən ona “anam” demişdir. Təqsirləndirilən ona 7850 manat verməli olmuş, hazıradək təqsirləndiriləndən çətinliklə də olsa 1350 manat ala bimişdir. Hazırda təqsirləndirilən ona 6500 manat pul qaytarmalıdır. Təqsirləndirlən şəxsə həbslə əlaqədar cəza verilməsini istəmədiyini, təqsirləndirilənin əməli nəticəsində evini itirməsi səbəbindən kirayələrdə yaşadığını, təqsirləndirilənin heç olmasa onun kirayə haqqının verməsini istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, qızı Səidənin xəstəliyi olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs Səidə üçün pensiya düzəldəcəyini vəd vermişdir. Qızı ona bu barədə deyəndə o, qızına bildirmişdir ki, təqsirləndirilənə pensiya düzəltməsi üçün verməyə onun cəmi üç yüz qırx manat pulu var. Onlar qərara gəlmişlər ki, qonşusundan borc pul alıb versinlər. O, 1500 manat pulu qonşusundan alıb özündə olan 340 manatla birlikdə təqsirləndirilənə evində vermişdir. Təxminən bir həftə sonra təqsirləndirilən zəng edib demişdir ki, avtoqəza törədib adam vurub, ona işi bağlamaq üçün təcili 500 manat pul lazımdır, hətta demişdir ki, “avtomobilimi, açarlarını verim qalsın sizdə, lakin mənə 500 manat pul tapın”. O, həmin vaxt şübhələnərək fikirləşmişdir ki, təqsirləndirilənin başqa tanışı, dostu, qohumu yoxdur ki, törətdiyi qəzaya görə həmin şəxslərdən deyil, ondan pul istəyir. Buna görə də o, təqsirləndirilənə daha pul verməmişdir. O, qonşusundan aldığı həmin borc puldan hər ay iyirmi manat olmaqla iki yüz qırx manatı qaytarmışdır. Təqsirləndirilən şəxsdən 1840 manat pulunu qaytarmasını tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, bələdiyyədən aldığı torpaq sahəsi üçün çıxarış almaqdan ötrü DƏDRX-ə müraciət etmiş, orada ona bildirmişlər ki, həmin torpaq sahəsi ilə bağlı arxivdə heç bir məlumat çıxmamış, ona görə də çıxarış verilməsi mümkün olmamışdır. O, qohumu Vəfaya torpaq sahəsi ilə bağlı çətinliyini bildirmişdir. Vəfa ona zəng edib Təqsirləndirilən şəxs nəzərdə tutaraq demişdir ki, bir tanıdığı var, evinə gəlib gedən adamdır, evlərin alqı-satqısı ilə məşğul olur və Hüseyn hazırda onun (Vəfanın) evindədir. O, Vəfagilə getmiş və Hüseyn orada olmuşdur. Hüseynə torpağın sənədi ilə bağlı çətinliyini danışmış, sonuncu isə həmin sənədin qiymətinin 210 manat olduğunu və həmin sənədi düzəltdirə biləcəyini demişdir. Buna görə də o, Vəfagildə Hüseynə torpağın sənədlərini və 210 manat pul vermişdir. Bundan başqa, Hüseynə oğlunun xəstə olduğunu və xəstəliyi ilə bağlı hərbi xidmətə də aparılmadığını bildirmiş, oğluna pensiya ala bilməsini soruşmuşdur. Hüseyn ona demişdir ki, elə bu işlə də məşğuldur, pensiya məsələsini də həll edə bilər və pensiya işinin həllinin 1800 manat olduğunu, əvvəlcədən pulun bir qismini vermək lazım olduğunu bildirmişdir. O da Hüseynə pensiya ilə bağlı 500 manat vermiş və sonuncu çıxıb getmişdir. Bir gün də Hüseyn zəng edərək hansısa sənəd üçün 250 manat lazım olduğunu demiş, o da həmin məblğdə pulu poçt vasitəsilə Hüseynə göndərmişdir. Bundan başqa, Hüseyn iki dəfə də zəng edib ondan pul istəmiş, lakin onun verməyə pulu olmamışdır. O, Bakı şəhərində yaşamış, Vəfaya zəng edib Hüseynin pul istədiyini, onda hazırda pul olmadığını, pulu onun əvəzinə Vəfanın verməsini xahiş etmiş, rayona gələndə qaytaracağını bildirmişdir. Vəfadan bir dəfə 250 manatı Hüseynin oğlu, bir dəfə də 300 manatı Hüseyn özü götürmüşdür. Təqsirləndirilən ondan ümumilikdə 1450 manat pul almış, həmin puldan 100 manat qaytarmış, 1350 manatı qaytarmamışdır. Təqsirləndirilən şəxsdən pulunun qaytarılmasını tələb etdiyini, başqa şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2019-cu ildən tanımışdır. Belə ki, o özünə kirayə ev tapmaq üçün həmin vaxt Hüseynə müraciət etmişdir. Hüseyn ona kirayə qalmaq üçün ev göstərmiş, razılaşmışlar və Hüseyn ondan əlli manat beh almışdır. Sonra Hüseyn ona demişdir ki, 4-5 gündən sonra kirayə qaldığı həmin evi boşaldırlar. Lakin evi həmin müdətdə boşaltmamışlar. O, Hüseynə demişdir ki, özü kirayə ev tapmış, beh kimi ondan aldığı əlli manatı qaytarsın. Hüseyn əlli manatı ona qaytarmış və həmin vaxt Hüseynə demişdir ki, bir qədər pulu var, özünə ev tikmək üçün torpaq sahəsi almaq istəyir. Bundan bir gün sonra Hüseyn ona zəng edib demişdir ki, ona satması üçün torpaq sahəsi vardır. Növbəti gün o, atası ilə birlikdə Hüseynin yanına getmiş və Hüseyn onlara Xaçmaz şəhəri, 28 May küçəsində torpaq sahəsini göstərmişdir. Həmin vaxt o bir qədər şübhələnmişdir, çünki torpağın sahibi danışmaq istəyəndə Hüseyn torpağın sahibinə danışmağa imkan verməmiş, Hüseyn özü danışmışdır. Onlar həmin torpaq sahəsini almağa razılaşmışlar. Oradan çıxandan sonra o, Hüseynə 600 manat vermişdir. Bir neçə gündən sonra atası ona demişdir ki, Hüseyn ondan (atasından) torpaq sahəsinin sənədləri ilə bağlı Bakı şəhərinə getdiyini bildirərək pul istəmişdir. O, atasına demişdir ki, ev onun adına olsa, aldığı sosial müavinət dayandırılacaq, ona görə də evin, torpaq sahəsinin atasının adına olmasını istədiyini bildirmiş, atası onunla razılaşmış və bundan sonra Hüseyn onun atasının şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkmiş və demişdir ki, “narahat olmayın, sənədlər iyirmi bir günə hazır olacaq, qalan pulu da sonra ödəyərsiz”. Bundan sonra Hüseyn bir neçə dəfə onun atasından pul almış və bununla da Hüseyn ümumilikdə ondan 1800 manat pul almışdır. Sonra isə o, fikirləşmişdir ki, Hüseynə pul verilib, artıq üç ay olmuş, lakin torpağın sənədləri hazır olmamışdır. Ona görə də qərara gəlmişdir ki, həmin torpaq sahəsinin olduğu ünvana gedib maraqlansın. Həmin ünvanda yaşlı kişi və qadın onu qarşılamış və onlardan torpaq sahəsinin satılıb-satılmadığını soruşmuş, həmin şəxslər isə torpaq sahəsinin satıldığını demişlər. Həmin şəxslər bu barədə ətraflı bilmədiklərindən ona öz oğlunun telefon nömrəsini vermişlər ki, əlaqə saxlayıb soruşsun. O, həmin şəxslərin oğluna zəng edib makler Hüseynə torpaq sahəsi satılıb-satılmadığını soruşanda, demişdir ki, Hüseyni tanımır, sonuncuya torpaq satmamış, başqa şəxsə on üç min manata satmışdır. Bundan altı ay keçmiş, Hüseyn ondan aldığı pulu qaytarmamış, atası Hüseynin yanına gedib pulu tələb edəndə, Hüseyn xahiş etmiş və borclu olduğunu, borcu qaytaracağına dair yazılı şəkildə ərizə təqdim etmişdir. Lakin Hüseyn hazıradək pulunu qaytarmamışdır. O, xəstə uşağının pensiyasını yığaraq təqsirləndirilənə vermiş, uşağı hazırda universitetdə təhsil alır, uşağına pul göndərə bilmir. O, təqsirləndiriləndən 1800 manat pulunu ona qaytarmasını tələb etdiyini bildirmişdir. Dövlət ittihamçısının təklif etdiyi 06 il müddətə azadlıqdan məhrumetmə cəzasını az hesab etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 qızı ifadəsində göstərdi ki, o, DSMF-nun Xaçmaz rayon şöbəsində işləmişdir. Təqsirləndirilən şəxs da işlədiyi həmin yerə gəlib-getmişdir. Hüseyn ona demişdir ki, Xaçmaz rayonunda bütün işə düzələn, ev alan, hərbi xidmətdən saxlanılan, cəbhə bölgəsindən kənarda saxlama kimi işlərə baxır, bir çox insanın işinin düzəlməsində köməklik etmiş, hər şey əlindədir. Rəfiqəsi Zərifə ona oğlu Rüfət üçün iş olmadığı barədə vaxtaşırı bildirmişdir. O, Zərifəyə Hüseyn barədə bildirmiş və Hüseynlə özlərinin danışıb razılaşmalarını bildirmişdir. Sonradan Zərifə onun bacısı ilə rastlaşanda sonuncuya demişdir ki, “oğlumun işi düzəlməkdədir, Nəzakət sağ olsun ki, Hüseynlə tanış etdi”. 2019-cu ildə bacısı ondan oğlu Asifi də işə düzltmək üçün Hüseynlə danışmasını xahiş etmişdir. O da Hüseynə zəng edib bu barədə demişdir. Hüseyn isə ona FHN-nin Xaçmaz rayon şöbəsində bir nəfərlik yer saxladığını, əvvəlcədən 750 manat beh verməli olduğunu, qalan pulu isə sonra verə biləcəyini demişdir. İşə düzəltmə ilə bağlı pulu Hüseynə sonuncunun avtmobilində verəndə o, bunu videoçəkilişlə qeydə almışdır. Bir gün Hüseyn gəlib demişdir ki, təcili pul lazımdır, işlə bağlı Bakı şəhərindən zəng gəlib. Onlar Hüseynə demişlər ki, hazırda pulları yoxdur, lakin onun təzə, az istifadə olunmuş “Samsung” markalı telefonu vardır. Hüseyn onun həmin telefonuna baxmaq istəmişdir. Onun övladı telefonun içərisindəkilərini siləndən sonra o, telefonu Hüseynə vermişdir. Hüseyn demişdir ki, Asifin işi ilə bağlı lazım olan həmin pulun qalığını telefonun müqabilində Hüseyn özü verəcək. Bir müdət sonra Hüseyndən dəfələrlə telefonu qaytarmasını istəmiş, lakin qaytarmamışdır. Hüseyn ona demişdir ki, bacısı oğlunun işi düzələcək, əmək haqqı alacaq və onunla (Hüseynlə) kobud danışdığına görə peşman olacaq, utanacaqdır. Hüseyn hətta bacısı oğlunu işlədiyi Bakı şəhərindəki işindən də çıxmağa məcbur etmişdir ki, Asifin başqa işdə işləməsi FHN-də işə düzəlməsində problem yaradacaq, iki işdə işləyə bilməz. Ona görə Asif də işdən çıxmışdır. Hüseyn Asifi xəstəxanaya “Forma-88” almaq üçün aparıb, orada Asifgildən Hüseynin deməsinə görə, həkimlərə vermək üçün 70 manat pul da almışdır. Hüseynin Asifi işə düzəltmək üçün sənədlərini yığması, “Forma-88” alması, dərziyə apararaq bədən ölçülərini götürməsi onda inam yaratmışdır ki, həqiqətən də işə düzəldəcək. Lakin uzun müdət keçsə də, iş düzəlməmişdir. Hüseyn də elə mədəni, rəsmi danışmışdır ki, sonuncu ilə o, kobud danışa bilməmiş, kobudluq etmək istəməmişdir. Artıq 2020-ci ilin avust ayı olmuş, Hüseynə zəng edib iş məsələsinin niyə düzəlmədiyini soruşmuş, bu zaman Hüseyn tamam dəyişilmiş və ona demişdir ki, guya o (Hüseyn) ona beş min manat pul vermiş, həmin pulu Hüseynə qaytarmalı və bundan sonra sonuncu Asifin işinə görə aldığı üç min manatı ona qaytaracaq. O, Hüseynin bu sözlərindən çox təəccüblənmiş, halı pisləşmiş, aralarında sözlü mübahisə olmuşdur. O, başa düşmüşdür ki, Hüseynlə artıq danışmağın əhəmiyyəti yoxdur, ona görə də polis şöbəsinə şikayətlə müraciət etmişdir. Təqsirləndirilən ondan həmin telefonu Asifin işə düzəldilməsi üçün qalan 800 manatın əvəzinə götürmüşdür. Təqsirləndirilən şəxs ona 1500 manat pul verməlidir. Dövlət ittihamçısının təklif etdiyi cəza ilə razı olduğunu bildirərək təqsirləndirilənə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, bacısı Şəhlanın əri vəfat etmiş və oğlu hərbi xidmətdə olduğundan Şəhla Xaçmaz şəhərinə köçüb gəlmiş və kirayə ev tapıb yaşamağa başlamışdır. O, qardaşı, qohumları qərara gəlmişlər ki, Şəhla üçün ev alsınlar. O, Qubanın kəndində yaşadığından və buna görə Xaçmaz rayonuna tez-tez gələ bilmədiyindən Şəhlaya demişdir ki, əgər satışda olan ev tapsa, ona xəbər etsin, özü də gəlib baxar. Təxminən 2020-ci ilin iyun ayında Şəhla ona zəng edib demişdir ki, almaq üçün ev tapmışdır. Belə ki, Şəhla Xaçmaz şəhərində ev axtararkən “Şəxsiyyətlər” parkında yerləşən təqsirləndirilən Təqsirləndirilən şəxs ofisinə rast gəlmiş və Hüseynə yaxınlaşıb ev axtardığını bildirmişdir. Bacısı Şəhlanın bu zəngindən sonra o, Xaçmaz şəhərinə, Hüseynin yanına gəlmiş və sonuncu danışmışlar. Məlum olmuşdur ki, Hüseyn o gəlməzdən əvvəl Şəhladan nə qədər pulu olmasını soruşmuş, Şəhla isə evin 23000-25000 manatdan artıq qiymətə olmamasını istədiyini bildirmiş və razılaşmışlar. O gələnədək Hüseyn Şəhlaya satmaq istədiyi evi aparıb göstərmişdir. Bacısı evin dəmiryolu vağzalının yaxınlığında olduğunu, evin sahibinin rus qadın olduğunu demişdir. Hüseyn ona tapşırmışdır ki, o qətiyyən evin sahibi ilə danışmasın, evin qiymətini onun özü ilə (Hüseyn ilə) danışsın. O, Hüseynlə razılaşmış və onlar həmin evə baxmağa getmişlər. Həmin evdə olarkən Hüseynə demişdir ki, evin sahibi olan qadına desin ki, evin sənədlərini baxmaq üçün versin. Həmin qadın sənədləri vermiş, o, sənədlərə baxmış və sənədlərin qaydasında olduğunu görmüşdür. Onlar oradan çıxıb yenidən Hüseynin ofisinə gəlmişlər. Hüseyn ona demişdir ki, həmin evi onlar üçün 23500 manata alır, ondan ona (Hüseynə) beh verməsini istəmişdir. Beləliklə, 15-20 gün ərzində Hüseyn ondan hissə-hissə 3690 manat pul almışdır. 2020-ci ilin iyul ayında isə pandemiya vəziyyəti ilə əlaqədar karantin rejimi olduğundan o, Xaçmaz şəhərinə gəlib-gedə bilməmişdir. Lakin Hüseynə zəng edib evlə bağlı maraqlanmış, Hüseyn isə hər dəfə hansısa sənədi düzəltdiyini, bir neçə günə hazır olacağını demişdir. Karantin rejimi yumşaldılandan sonra Xaçmaz şəhərinə, Hüseynin ofisinə dəfələrlə gəlmiş, lakin Hüseyni tapa bilməmiş, zəng etmiş, Hüseyn telefona cavab verərək müxtəlif yerlərdə olduğunu deyərək bəhanələr etmişdir. Qubanın kəndindən Xaçmaz şəhərinə Hüseynə görə dəfələrlə gəlib-getdiyinə görə də xərc çəkmişdir. O, Hüseynə verdiyi pulu kredit alıb vermiş, o özü fəhlə işləyir, hazırda da krediti ödəyir, öz ailəsi də var. Təqsirləndirilən şəxsdən ona vurduğu ziyanı tələb etdiyini, dövlət ittihamçısının təklif etdiyi 06 il müddətə azadlıqdan məhrumetmə cəzasının az olduğunu hesab etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayında ondan işə düzəltmək adı ilə 750 manat pul almışdır. Lakin hər dəfə işinin düzələcəyini deyərək iş məsələsi 2020-ci ilin iyun-iyul aylarınadək uzanmışdır. Sonra isə Hüseyn ona demişdir ki, sənədlərini, pulu da götürüb yanına gəlsin, işi düzəlmişdir. Hüseyn onu həkimlərdən də keçirmiş, sonra isə iş forması üçün onu dərziyə aparmış, bədən ölçülərini götürmüşlər. Sonra Zərərçəkmiş şəxs4 ona demişdir ki, Hüseyn ona şər atıb, bir neçə nəfəri aldadıb pul almışdır. Həmçinin bildirmişdir ki, həmin təqsirləndirilən şəxs ondan iki dəfəyə olmaqla cəmi 1500 manat pul almış, təqsirləndirilənin dediyinə görə guya həmin sənədləri FHN-ə onun işə düzəlməsi üçün göndərəcəkdir.Təqsirləndirilən şəxsdən ona vurduğu ziyanı tələb etdiyini, dövlət ittihamçısının təklif etdiyi 06 il müddətə azadlıqdan məhrumetmə cəzanın az olduğunu hesab etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Qıraqlı kəndində yaşayır. Onun Xaçmaz rayonu, Qıraqlı kəndində təsərrüfat sahəsi var və o, həmin təsərrüfatdan əldə etdiyi gəlirdən pul yığmışdır ki, Xaçmaz şəhərində oğlu Şamin üçün ev alsın. 2019-cu ilin oktyabr ayında baldızı Əzizə evlərin alqı-satqısı ilə məşğul olan Hüseynin yanında işləmişdir. 31 oktyabr 2019-cu il tarixə o, Hüseynin yanına gedərək ona 13000 manat pulu olduğunu, oğlu üçün ev almaq istədiyini bildirərək xahiş etmişdir ki, həmin qiymətə onun üçün məsləhətli ev tapsın. Hüseyn də ona demişdir ki, dediyi qiymətə əlində iki ədəd ev var, istəyirsə birlikdə gedib həmin evlərə baxsınlar. O, Hüseynlə razılaşmış və onlar birlikdə Hüseynin avtomobili ilə gedib evlərin ikisinə də baxmışlar. O, Xaçmaz şəhəri, Qaqarin küçəsi, 28 nömrəli evi bəyənmiş və onlar qayıdıb Hüseynin ofisinə gəlmişlər. Ofisdə olarkən Hüseyn ona demişdir ki, Xaçmaz şəhəri, Qaqarin küçəsi, 28 nömrəli evi almaqda fikri ciddidirsə ona 1300 manat beh versin ki, o, həmin evi başqasına satmasın. O, Hüseynlə razılaşmış və 31 oktyabr 2019-cu il tarixdə Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən ofisində Hüseynin özünə 1300 manat pul vermişdir. Hüseyn də onu inandırmaq üçün bir ədəd vərəqə “Mən Təqsirləndirilən şəxs 31.10.2019cu il tarixdə Xaçmaz r/n Köhnə Qaqarin, 28 saylı evin 8 sot torpaq sahəsi olan və 4 otaqdan ibarət olan fərdi yaşayış evini Xaçmaz r/n Qıraqlı kənd sakini Zərərçəkmiş şəxs1 13000 (on üç min) manata satıram. Təbii ki, ev yiyəsinin öz istəyi ilə evin sənədləri köhnə olduğu üçün Daşınmaz Əmlak yanında Dövlət Reyestr İdarəsinin çıxardığı qərara əsasən yeni çıxarış və yeni texniki pasport almaq üçün və müəyyən dövlət idarələrində dövlət rüsumlarının ödənilməsi üçün 600 AZN (altı yüz manat) və beh verilməsi üçün cəmi Zərərçəkmiş şəxs1 1300 (min üç yüz) AZN pul (nağd şəkildə) aldım» yazaraq əvvəlcə ona imza etdirmiş, sonra isə özü imza edib "xxxx" MMC-yə aid möhürlə möhürləyərək ona vermişdir. Həmin vaxt Hüseyn ona demişdir ki, narahat olmasın, tez bir zamanda evin sənədlərini düzəldib onun adıına rəsmiləşdirəcəkdir. Ancaq 1300 manat pulu verdiyi vaxtdan, yəni 31 oktyabr 2019-cu il tarixdən 2020-ci ilin avqust ayınadək Hüseyn Qaqarin küçəsindəki evin onun adına rəsmiləşdirilməsi ilə bağlı heç bir iş görməmiş və bu barədə ondan maraqlananda isə o, hər dəfə müxtəlif bəhanələr gətirərək onu yola vermişdir. O özü isə Hüseyndən tələb etmişdir ki, ya Xaçmaz şəhəri, Qaqarin küçəsində olan evin ona satılması ilə bağlı beh olaraq aldığı 1300 manat pulu qaytarsın, ya da ki, həmin evin sənədlərini hazırlayıb onun adına rəsmiləşdirsin. 24 avqust 2020-ci il tarixdə Hüseyn ona zəng vurub demişdir ki, almaq istədiyi Xaçmaz şəhəri, Qaqarin küçəsindəki evin sənədləri hazırdır, qalan pulu da götürüb Xaçmaz şəhərinə gəlsin. Hüseynlə danışdıqdan sonra o, oğlu Şamin və arvadı Bənzərlə birlikdə Xaçmaz şəhərinə gəlib Hüseynlə görüşmüş, sonuncu da onları avtomobilinə əyləşdirib Quba regional «Asan» xidmət mərkəzinə aparmışdır. Quba regional «Asan» xidmət mərkəzində Hüseyn adına verilmiş etibarnamə əsasında ona ev satmış və bununla bağlı Hüseynlə oğlu Şamin arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə Hüseynin onlara satdığı evin qiyməti 8000 manat göstərildiyi üçün həmin vaxt o özü 8000 manat pulu Quba regional «Asan» xidmət mərkəzində olan bank filialına köçürmüş, qalan 3700 manat pulu isə Quba regional «Asan» xidmət mərkəzində Hüseynin özünə vermişdir. Bundan sonra Hüseyn öz avtomobili ilə onları Xaçmaz şəhərinə gətirmiş və onlar Hüseyndən ayrılıb yaşadıqları evə getmişlər. Lakin sonradan Hüseynlə oğlu Şamin arasında bağlanmış daşınmaz əmlakın aqı-satqı müqaviləsinə baxarkən görmüşdür ki, Hüseyn onlara Xaçmaz şəhəri, Qaqarin küçəsində göstərdiyi evin əvəzinə Xaçmaz şəhəri, Qələbə küçəsi, 8 nömrəli evin 3 nömrəli mənzilini satıb. 2020-ci ilin oktyabr ayının əvvəllərində o gəlib Hüseynin ona satdığı Xaçmaz şəhəri, Qələbə küçəsi, 8 nömrəli evin 3 nömrəli mənzilinə baxmış və həmin ev xoşuna gəlmədiyinə və mübahisəli ev olduğuna görə Hüseynə demişdir ki, onu aldadıb başqa ev satmışdır, o, həmin evi istəmir, ondan aldığı 13000 manat pulu geri qaytarsın, yoxsa polis şöbəsinə gedib onun barəsində şikayət edəcəkdir. Həmin vaxt Hüseyn ona narahat olmamasını, ondan aldığı 13000 manat pulu qaytaracağını demiş və bir ədəd vərəqə «Bildiriş, Təqsirləndirilən şəxs tanışım Zərərçəkmiş şəxs1 (12500 manat pul qaytarmalıyam) alqı-satqımız baş tutmadığı üçün 25.10.2020-ci ilə qədər qaytarılacaqdır, özüm yazmışam, düzdür, qolumla, imzamla təsdiq edirəm və işlətdiyim Nurəddinoğlu MMC-nin möhürü ilə təsdiq edirəm» yazaraq imza etmiş və "xxxx" MMC-yə aid möhürlə mohürləyib ona vermişdir. Hüseyn söz verdiyi vaxtda ondan aldığı 13000 manat pulu qaytarmamış və o, məcbur olub Hüseyn barəsində Xaçmaz RPŞ-nə şikayət etmişdir. Hüseynə verdiyi 13000 manat pulun hamısı onun özünə məxsus olmuşdur. Hüseyn Xaçmaz şəhəri, Qaqarin küçəsində olan evi ona göstərib satıldığını demiş, o da həmin evin ona satılması ilə bağlı Hüseynlə razılaşmışdır. Xaçmaz şəhəri, Qaqarin küçəsində olan evin ona satılması ilə bağlı o, Hüseynə 13000 manat pul vermişdir. Hüseyn isə onu aldadıb Xaçmaz şəhəri, Qaqarin küçəsində olan evin əvəzinə Xaçmaz şəhəri, Qələbə küçəsi, 8 nömrəli evin, 3 nömrəli mənzilini ona satmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs6 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz şəhəri, Dağıstan küçəsi ev 18-də qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Hüseynbala Əliyev küçəsi, ev 19-da yaşayır. "xxxx" QSC-nin iki nömrəli elektrik təchizatı sahəsində elektrik mantyoru işləyir. O, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs uşaq yaşlarından tanımış, sonuncu onunla birlikdə Xaçmaz şəhər 7 saylı tam orta məktəbdə təhsil almışdır. 2020-ci ilin fevral ayında oğlu Elvin xəstəliyi ilə əlaqədar hərbi xidmətdən vaxtından əvvəl təxris olunmuşdur. O, eşitmişdir ki, xəstəliklə bağlı hərbi xidmətdən təxris olunmuş şəxslərə dövlətdən kompensasiya almaq olur. O, hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmuş oğlu Elvin üçün dövlətdən kompensasiya almaq istəsə də, hara müraciət etməyin lazım olduğunu bilməmişdir. Hüseynin əvvəllər Hərbi Komissarlıqda işlədiyini bildiyi üçün onun ona köməklik göstərəcəyini fikirləşmiş və 2020-ci ilin mart ayının sonlarında təsadüfən Hüseyni Xaçmaz şəhəri, N.Nərimanov küçəsində görərkən ona yaxınlaşıb salamlaşdıqdan sonra oğlu Elvinin 2020-ci ilin fevral ayında xəstəliyi ilə əlaqədar vaxtından əvvəl hərbi xidmətdən təxris olunduğunu, oğlu üçün dövlətdən kompensasiya almaq istədiyini bildirərək bu işdə ona köməklik edə bilib- bilməyəcəyini soruşmuş, Hüseyndə ona demişdir ki, onun oğlunun kompens'asiya almasına köməklik göstərə bilər, bu işin həlli üçün o, ona 650 manat pul verməlidir. O, Hüseynə inandığı üçün onunla razılaşmış, iki gün sonra, yəni 2020-ci ilin mart ayının sonlarında Hüseyn ona zəng edərək demişdir ki, bu gün Bakı şəhərinə gedir, oğlunun kompensasiya alması ilə bağlı söz verdiyi 650 manat pulu gətirib ona versin, o, Bakıda tanışı olan adamla danışıb Elvinin kompensasiya almaq məsələsini həll etsin. O, Hüseynlə razılaşmış və telefonla danışdıqdan sonra evdən 650 manat pul götürüb Hüseynə zəng edərək demişdir ki. Dəmiryol vağzalı tərəfə gəlir, o, da ora gəlib pulu götürsün. Bundan sonra o. Dəmiryol vağzalı istiqamətində getmiş və Xaçmaz şəhəri, N.Nərimanov küçəsində. Dəmiryol vağzalının yaxınlığında yerləşən “Muğan” bankın Xaçmaz rayon filialının qarşısına çatanda dayanıb Hüseynin gəlməsini gözləmişdir. Təxminən 10 dəqiqəyə yaxın vaxt keçdikdən sonra Hüseyn idarə etdiyi “Mitsibuşi Pajero” markalı avtomobillə “Muğan” bankın Xaçmaz rayon filialının qarşısına gəlib avtomobili saxlamış və o, avtomobilə əyləşib oradaca 650 manat pulu, oğlu Elvinin şəxsiyyət vəsiqəsini, hərbi biletini, xəstəxanada müalicə olunması ilə bağlı tibbi sənədləri Hüseynə vermişdir. Hüseyn pulu və sənədləri ondan aldıqdan sonra demişdir ki. narahat olmasın, bir aya oğlu Elvinə kartı veriləcək və ona verilən karta 6200 manat pul köçürüləcək. O, Hüseynə inanmış və onun avtomobilindən düşüb getmişdir. Hüseynə pııl verdiyi gündən bir ay keçməsinə baxmayaraq Hüseyndən heç bir xəbər çıxmamış və özü tez-tez Hüseynə zənglər edib işin nə yerdə olduğunu soruşmuşdur. Hüseyn gah Elvinin kompensasiya almasının tezliklə həll olunacağını demiş, gahda ki, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa çalışmışdır. Hüseynin onu aldatmasından şübhələnmiş və onun Xaçmaz şəhəri. H.Əliyev prospektində, “Şəxsiyyətlər" parkının yaxınlığında yerləşən ofisinə gedib ondan oğlu Elvinin kompensasiya almaq məsələsinin nə yerdə olduğunu soruşmuş, o, da ona demişdir ki, pandemiya ilə bağlı karantin rejimi tətbiq olunduğundan Elvinin kompensasiya almaq məsələsi gecikir. Hüseyn onu inandırmış və o, ona demişdir ki. Elvinin sənədləri lazımdır, sənədləri versin. Hüseyn sənədlərin onda olduğunu, pulu isə Elvinin işinin həll olunması üçün Bakı şəhərində işi düzəldən şəxsə verdiyini deyərək əyləşdiyi masanın alt rəfini açaraq oğlu Elvinin sənədlərini götürüb ona vermiş və bir daha ona demişdir ki, narahat olmasın, oğlu Elvin kompensasiya alacaqdır. O, Hüseynin ofisindən çıxıb getmiş, bir müddət keçdikdən sonra özü yenidən tez-tez Hüseynə zəng vurub Elvinin işinin nə yerdə olduğunu soruşmuş, Hüseyndə hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa çalışmışdır. 2020-ci ilin dekbar ayının əvvəllərində Hüseyn ona zəng edib demişdir ki, oğlu Elvin "xxxx" ASC-nin Xaçmaz rayon filialına gedib öz adına hesab açdırsın. O, bu barədə Elvinə bildirmiş, sonuncu da həmin gün "xxxx" ASC-nin Xaçmaz rayon filialına gedib öz adına hesab açdırmış, o da zəng vurub bu barədə Hüseynin özünə məlumat vermişdir. Sonrakı günlərdə Hüseyndən heç bir xəbər çıxmamış və 2020-ci ilin dekarbr ayının axırlarında Hüseyn özü ona zəng edərək demişdir ki. Elvinin şəxsiyyət vəsiqəsini gətirib ona versin, Elvinin adma olan bankdakı hesaba pul köçəcəkdir, buna görə ilkin olaraq şəxsiyyət vəsiqəsi lazımdır, pul köçdükdən sonra banka gedib hesabdan pulu çıxararlar. O, Hüseynə inanmış və həmin gün oğlu Elvinin şəxsiyyət vəsiqəsini aparıb Hüseynə vermişdir. Həmin vaxt Hüseyn ona demişdir ki, pul iki günə oğlunun açdırdığı hesaba köçəcəkdir. Ancaq iki gün keçməsinə baxmayaraq Hüseyndən heç bir xəbər olmamış və o, Hüseynə zəng vurub onunla görüşmək istədiyini bildirmişdir. Hüseynlə danışdıqdan sonra, o. Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsinə gəlib "xxxx" ASC-nin Xaçmaz rayon filialının qarşısında Hüseynlə görüşərək ona demişdir ki, "iki günə pul köçəcəyini demişdin, ancaq səndən bir xəbər olmadı, görürəm ki, bu iş alınmayacaq, mənim pulumu və oğlum Elvinin şəxsiyyət vəsiqəsini geri qaytar”. Hüseyn isə oğlu Elvinin kompensasiya alacağını, artıq hesaba pul köçdüyünü deyərək onu inandırmağa çalışmışdır. O, nə qədər cəhd etsə də Hüseynə verdiyi 650 manat ptıltı ondan ala bilməmiş və məcbur olub Hüseyn tərəfindən aldadılması ilə bağlı Xaçmaz RPŞ-nə müraciət etmişdir. Xaçmaz RPŞ-nə müraciət etdikdən sonra Hüseyn hissə-hissə olsa da, ondan aldığı 650 manat pulu və oğlu Elvinin şəxsiyyət vəsiqəsini qaytarıb özünə vermişdir. Hüseynə verdiyi 650 manat pul onun özünə məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs9 ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonunun Qaradağlı kəndində yaşayır. Xaçmaz rayonunun Qaradağlı kəndində olan yaşadığı ev bir mərtəbəli olmaqla 0,28 ha torpaq sahəsində yerləşir. Həyətyanı torpaq sahəsinin 0,17 ha-na dair sənədlər olsa da, 0,11 ha-na aid sənədləri yoxdur. 2020-ci ilin yay aylarında qərara gəlmişdir ki, Qaradağlı kəndində olan evini satıb əldə etdiyi pula Xaçmaz şəhərində ev alsın. 2020-ci ilin sentyabr ayının əvvəllərində o. Xaçmaz şəhəri, H.Əliyev prospekti ilə gedərkən görmüşdür ki, «Şəxsiyyətlər» parkının yaxınlığında olan bir mərtəbəli tikilinin ön tərəfinə ev alqı-satqısı yazılıb. Evinin satılması ilə bağlı elan vermək üçün həmin yerə daxil olanda onu tanımadığı 40-45 yaşlarında bir kişi qarşılamış və söhbət əsnasında həmin şəxs adının Hüseyn olduğunu bildirmişdir. O, Hüseynə Qaradağlı kəndində evi olduğunu, satmaq istədiyini bildirdikdə Hüseyn ondan bağ sahəsinin olub-olmadığını soruşmuş, o, da Hüseynə demişdir ki. Qaradağlı kəndində olan evi 0,28 ha torpaq sahəsində yerləşir, həmin torpaq sahəsinin 0,17 ha-na aid sənədləri olsada qalan 0,11 ha-na aid sənədləri yoxdur, evin sənədləri atasının adınadır, atası ölmüşdür, ona görə də evi sata bilmələri üçün anasının adma rəsmiləşdirmək lazımdır. Hüseyndə ona demişdir ki, 1300 manat pul versə, həm evi anasının adma rəsmiləşdirər, həmdə ki, qalan 0,11 ha torpaq sahəsinə aid sənədləri düzəldər. Sonra Hüseyn evi neçəyə satmaq istədiyini soruşmuş, o, da Qaradağlı kəndində olan evini 50000 manata satdığını demişdir. Hüseyn evinin şəkillərini çəkib ona göndərməsini bildirmiş, o, da Qaradağlı kəndinə gedərək öz mobil telefonu ilə yaşadığı evin fotoşəkillərini çəkib Hüseynin mobil telefonuna göndərmişdir. Hüseyn fotoşəkillərə baxdıqdan sonra ona demişdir ki, sənədləri hazırladıqdan sonra onun evini 44000 manata özü alacaqdır. 2020-ci ilin sentyabr ayının ortalarında Hüseyn ona zəng vurub evin və torpağın sənədlərini hazırlaması üçün 1300 manat pulu gətirib ona verməsini demiş, o, Hüseynə 900 manat pulu olduğunu bildirdikdə sonuncu ona demişdir ki, 900 manat pulu gətirib ona versin, qalan 400 manat pulu isə sənədləri hazırladıqdan sonra gətirib ona verər. O, Hüseynə inanmış və həmin gün arvadı Nuranə ilə birlikdə Xaçmaz şəhərinə gəlib Hüseynə zəng vuraraq Xaçmaz şəhərində olduğunu bildirmiş, Hüseyndə ona demişdir ki, onun iş yerinə gəlməsin. Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən «Kamran» şadlıq sarayının qarşısında dayanıb onu gözləsin. O, arvadı Nuranə ilə birlikdə «Kamran» şadlıq sarayının qarşısına gəlib Hüseyni gözləmiş, təxminən 10 dəqiqə keçdikdən sonra Hüseyn onların yanına gəlmiş və o. Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən «Kamran» şadlıq sarayının qarşısında arvadı Nuranənin yanında 900 manat pulu sayıb Hüseynə verərək demişdir ki, hələlik bu qədər düzəldə bilmişdir, qalan 400 manat puluda düzəldib sonradan ona verər. Hüseyn 900 manat pulu ondan aldıqdan sonra demişdir ki, narahat olmasın, evinin və torpağın sənədlərini hazırlatdıracaqdır. Bundan sonra Hüseyn onlardan ayrılıb getmişdir. 2020-ci ilin sentyabr ayının sonlarında o, 400 manat pul düzəldib Xaçmaz şəhəri, H.Əliyev prospektinə gələrək Hüseynin ofisində onun özünə vermişdir. Hüseyn 400 manat pulu ondan aldıqdan sonra yenədə demişdir ki, narahat olmasın, evin və torpağın sənədləri yaxın günlərdə hazır olacaqdır. Sonrakı günlərdə maraqlananda Hüseynin çox insanları aldatdığını eşitmiş, bu səbəbdən də 01 oktyabr 2020-ci il tarixdə Hüseynin yanma gələrək ondan aldığı 1300 manat pulu geri qaytarmasını tələb etmiş, Hüseyndə onu inandırmışdır ki, o, onu aldatmamış, yaxın günlərdə evinin və torpağın sənədlərini hazırlatdırıb ona verəcəkdir. Hətta həmin vaxt Hüseyn onun inanması üçün bir ədəd vərəqə «Mən Təqsirləndirilən şəxs Xaçmaz rayon sakini, yaxın münasibətdə olduğum Qaradağlı kənd sakini Zərərçəkmiş şəxs9 28 sot həyətyanı torpaqla birlikdə evin alıram, sadəcə 28 sotdan sənədlə 17 sotun sənədi tam hazırdır, lakin 11 sot zəbt torpaq olduğu üçün sənədlərinin hazırlanmasını gözləyərək sonda 45000 manata evi alıram, (1300 AZN) min üç yüz manatda Yalçın mənə verib» yazaraq imzalayıb ona vermişdir. Hüseynin öz xətti ilə yazıb ona verdiyi bildirişin surətini istintaqa təqdim etmişdir. O, yenədə Hüseynə inanmış və ondan ayrılıb evinə getmişdir. Hüseyn söz verdiyi vaxtda onun evinə və torpağa aid sənədləri düzətməmiş və o, Hüseyndən tələb etmişdir ki, onu aldadıb aldığı 1300 manat pulu geri qaytarsın. Hüseyn isə müxtəlif bəhanələr gətirərək ondan aldığı pulu qaytarmamışdır. O, məcbur olub tez-tez Hüseynin iş yerinə və evinə gedərək aldadıb aldığı 1300 manat pulu qaytarmasını tələb etmiş, sonrakı aylarda çətinliklə də olsa Hüseynə verdiyi 1300 manat pulun 600 manatını hiss-hissə olaraq ondan almış, qalan 700 manat pulu isə Hüseyn ona verməmişdir. Bu səbəbdən da məcbur olub Hüseyn barəsində Xaçmaz RPŞ-nə şikayət etmişdir Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs12 ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, A.Hüseynzadə küçəsi ev 16A-da yaşayır. O, Təqsirləndirilən şəxs uşaq yaşlarından tanıyır və sonuncu Xaçmaz şəhəri, A.Hüseynzadə küçəsində onlarla qonşuluqda yaşayır. Onun Hüseyn və ailəsi ilə münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Qızı Könül əvvəllər ailəsi ilə Bakı şəhərində yaşamışdır. Təxminən üç il əvvəl qızı Könül onun evində olarkən Hüseyni görüb ona demişdir ki, Xaçmaz şəhərində özü üçün 0,3 ha torpaq sahəsi almaq istəyir, münasib qiymətə həyətyanı torpaq sahəsi satan olsa ona bildirsin. Hətta həmin vaxt qızı Könül Hüseynin özünə beh olaraq 470 manat pulda vermişdir. Hüseyn qızı Könülün alması üçün münasib qiymətə həyətyanı torpaq sahəsi tapacağına söz versədə sonrakı illərdə o, qızının alması üçün həyətyanı torpaq sahəsi tapmamışdır. Qızı Könül dəfələrlə Hüseynə verdiyi 470 manat pulu geri istəsə də, Hüseyn müxtəlif bəhanələr gətirərək qızından aldığı pulu qaytarmamışdır. 2019-cu ilin avqust ayında qızı Könülün ari Hacıağa vəfat etmiş, bu səbəbdən həmin vaxtdan sonra qızı Könül gəlib onlarla bir evdə yaşamışdır. Sonrak günlərdə nə vaxt Hüseyni görsələr ondan xahiş etmişlər ki, qızı Könülün alması üçün münasib qiymətə həyətyanı torpaq sahəsi tapsın. 2021-ci ilin iyun ayının ortalarında Hüseyn onun yaşadığı evə gəlib onlara demişdir ki. Xaçmaz şəhəri. Qələbə küçəsində bir otaqlı ev var, 2500 manata almaq olar, birlikdə gedib baxsınlar, bəyənsə ev sahibi ilə danışıb razı salar, onlar həmin evi 2500 manata alarlar. Onlar Hüseynlə razılaşmış və həmin gün Hüseyn onu öz avtomobilinə əyləşdirib Xaçmaz şəhəri, Qələbə küçəsinə gətirmişdir. Həmin vaxt Hüseynin avtomobilində tanımadığı bir oğlanda olmuşdur. Hüseynlə avtomobilində olan oğlanın daşıqlarından başa düşmüşdür ki, həmin oğlanda atasına məxsus evi satmaq istəyir. Hüseyn Xaçmaz şəhəri. Qələbə küçəsi, 8 nömrəli evin həyətində olan bir otaqlı evi ona göstərib həmin evin satıldığını bildirmiş, o, bir otaqlı evə baxanda görmüşdür ki, həmin ev tamamilə təmirsizdir. O, evə baxarkən Hüsyen ev sahib Sevdanı çağırmış və o, Sevdadan həmin evin kimə məxsus olduğunu soruşduqda Sevda demişdir ki, o, bir otaqlı evi 8000 manata Hüseynə satması ilə bağlı razılaşmışdır. Sevda ilə söhbət edərkən Hüseyn bir ədəd ağ vərəqə nə isə yazaraq onunla Sevdaya imza etdirmişdir. Hamin vaxt o, və Sevda oxumadıqları üçün Hüseynin vərəqə nə yazdığını bilməmişlər və Hüseynə inandıqları üçün oxumadan onun yazdığı vərəqə imza etmişlər. Sonra Hüseyn yazdığı vərəqi ona vermiş və o, gəlib avtomoblə əyləşəndə Hüseyn avtomobilinin salonunda ondan beh olaraq 300 manat pul istəmişdir. Hüseynlə qonşu və ailəvi olaraq get-gəlləri olduğu üçün ona inanmış və Xaçmaz şəhəri, Qələbə küçəsi, 8 nömrəli evin qarşısında, avtomobilin salonunda 300 manat pulu sayaraq Hüseynə vermişdir. Hüseyn 300 manat pulu aldıqdan sonra yazıb ona verdiyi vərəqə “üç yüz manat beh verildi” sözlərini yazıb ona imza etdirdikdən sonra özüdə imzalayıb "xxxx" MMC-yə aid möhürlə möhürləyərək qaytarıb onun özünə vermişdir. Bundan sonra Hüseyn idarə etdiyi avtomobillə onu yaşadığı evə gətirmiş və o, Hüseynlə birlikdə avtomobildən düşüb içəri daxil olanda qızı Könül evin hansı vəziyyətdə olduğunu soruşmuş, o, da ona Qələbə küçəsində olan evin yaxşı vəziyyətdə olmadığını bildirmişdir. Onun sözlərindən sonra Hüseyn onlara demişdir ki, üç il əvvəl Könüldən aldığı 470 manata görə 500 manat çıxır, əlavə olaraq indi ona 700 manatda versinlər, qalan 1000 manat pulu isə 2021-ci ilin iyul aymadək düzəldib ona verərlər. Hüseynin sözlərindən sonra qızı Könül ona demişdir ki, gətirib Hüseynə 700 mantda versin, onların ona 1000 manat borcu qalsın. Bundan sonra o, gətirib yaşadığı evdə qızı Könülün yanında 700 manat pulu Hüseynə vermişdir. Hüseyn 700 manat pulu ondan aldıqdan sonra yazıb ona verdiyi vərəqin arxa tərəfinə "məsuliyyəti evin sənədləri düzələnə qədər X5 boynunadır, 700 manat əlavə verildi, qalan 1000 manat iyul ayında veriləcəkdir” sözlərini yazıb imzalayaraq yenədə "xxxx" MMC-yə aid möhürlə möhürlədikdən sonra qaytarıb ona vermişdir. Bundan sonra Hüseyn çıxıb getmiş və o, onun yazıb ona verdiyi vərəqi oxuyanda görmüşdür ki, Hüseyn vərəqə “Bildiriş, Beh müqaviləsi. Mən Zərərçəkmiş şəxs14 X1 tərəfindən X26ma sənədləri özü düzəltməklə yəni evi 2100 manata satıram evin sənədlərinin dövlət rüsumu evi alan şəxsin boynunadır” sözlərini yazıb. Hüseyn söz verdiyi vaxtda Qələbə küçəsində olan evi qızı Könülün adma rəsmiləşdirməmiş, bu barədə ondan soruşanda isə o, hər dəfə müxtəlif bəhanələr gətirərək onları aldatmışdır. O, nə qədər cəhd etsədə Hüseynə verdiyi 1000 manat pulu ondan ala bilməmiş və məcbur olub Hüseyn tərəfindən aldadılması ilə bağlı Xaçmaz RPŞ-na şikayət etmişdir. Hüseynin yazıb ona verdiyi bildirişi istintaqa təqdim etmişdir. Hüseynə verdiyi 1000 manat pulun hamısı onun özünə məxsus olmuşdur. Hüseyn Xaçmaz şəhəri, Qələbə küçəsi, 8 nömrəli evin həyətində olan bir otaqlı evi ona göstərib demişdir ki, həmin evi ona 2500 manata satacaqdır. O da qonşu olduqları üçün Hüseynə inanıb 2021-ci ilin iyun ayının ortalarında 1000 manat pulu ona vermişdir. Qızı Könül isə üç il əvvəl Hüseynə 470 manat pul vermişdir. Həmin 470 manat isə qızı Könülün özünə məxsus olmuşdur. Hüseynin onlara Xaçmaz şəhəri, Qələbə küçəsi, 8 nömrəli evin həytində olan bir otaqlı evin 2500 manata satılmasını deməsindən Sevdanın məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhərində işlədiyi vaxt Təqsirləndirilən şəxs ona zəng edərək demişdir ki, onu FHN-də işə düzəldir və o, Bakı şəhərindəki işindən çıxmalıdır ki, adı həmin işdə qalmasın, yoxsa onu FHN-də işə götürməzlər. O da təqsirləndirilənin sözündən sonra işdən çıxıb Xaçmaz şəhərinə gəlmişdir. Təqsirləndirilən onu işə düzəltmək üçün həkimlərə və s. aparmışdır. Həkimdən keçmək üçün 70 manat da pul almışdır. Qalan pulu təqsirləndirilənə verməsi üçün o, xalası Zərərçəkmiş şəxs4 vermiş, sonuncu da pulu təqsirləndirilənə vermişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən onu işlə bağlı həkimdən keçməsi üçün Xaçmaz şəhərində xəstəxanalara aparmış, xəstəxanalardan verilən sənədləri təqsirləndirilən özündə saxlamış, onu iş forması üçün heç yerə aparmamış, ona formasının hazır olduğunu demiş, təqsirləndirilən onu işə düzəldəcəyini dediyi FHN-də kimsənin yanına aparmamış, orada pulu ad çəkərək kimə verəcəyini bildirməmiş, ad çəkmədən yalnız generalın yanına gedəcəyini demişdir. Məhkəmə istintaqı zamanı Şahid4 oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onlara satılmaq üçün olan torpaq sahəsini göstərmiş və əvvəlcədən 1000 manat verməli olduqlarını demişdir. Qızı Zərərçəkmiş şəxs8 Hüseynə o qədər pulu olmadığını demiş və 600 manat vermişdir. Sonradan isə gətirib təqsirləndirilənə 400 manatı da vermişlər. Bir neçə gün sonra təqsirləndirilən zəng edərək sənədlər üçün 600 manat da lazım olduğunu demiş və o, 600 manatı yolda görüşərək təqsirləndirilənə vermişdir. Bir müdət keçəndən sonra təqsirləndirilən yenə zəng edərək demişdir ki, torpaqla bağlı Bakı şəhərinə gedir, 400 manat da gətir vermək lazımdır. Həmin vaxt o, təqsirləndirilənə dörd yüz manat olmadığını , 200 manat olduğunu demişdir. Təqsirləndirilən isə demişdir ki, “eybi yoxdur, gətir ver”. O da aparıb təqsirləndirilənə 200 manatı vermişdir. Torpağın alqı-satqısının uzandığını görüb dəfələrlə təqsirləndirilənin yanına getmiş, sonuncu isə hər dəfəsində düzələcək demişdir. Sonra isə təqsirləndiriləndən verdikləri pulu tələb etmişdir. Təqsirləndirilən pulu qaytaracağını bildirmiş, bununla bağlı yazılı izahat da vermişdir. Lakin hazıradək pulu qaytarmamışdır. Təqsirləndirilən onlardan ümumilikdə 1800 manat pul almışdır. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, anası Zərərçəkmiş şəxs10 ünvan 1 ünvanındakı evini su basdığından yararsız vəziyyətə düşmüşdür. Ona görə də həmin evi ucuz qiymətə satması üçün təqsirləndirilən Təqsirləndirilən şəxs müraciət etmişlər. Həmin evi ucuz qiymətə - 18000 manata Hüseynə satmışlar. Sonra Hüseyn onlara ev yeri olaraq almaları üçün bir yer göstərmiş, lakin həmin yer pis vəziyyətdə olmuşdur. Hüseynə təklif etmişlər ki, onlar üçün ev tikdirsin. Bu məqsədlə Hüseynə anası Dilbər ilə kirayədə qaldıqları evdə 8500 manat pul vermişlər. Hüseyn həmin puldan 1000 manatı onlara qaytarmışdır ki, acından ölməsinlər. O, anası ilə kirayədə yaşamağa məcbur olmuşlar, anasının pensiyası ilə dolanırlar. Hüseyn onları elə dilə tutmuşdur ki, anası Hüseyni özünə doğma oğlu bilmişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən hər dəfə pulu qaytaracağını demiş, onlar üçün heç bir ev təmir etdirməmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərdi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs onun üçün pensiya düzəldəcəyinə söz vermiş, bunun üçün Hüseyn anası Səlminazdan 1840 manat pul almışdır. Təqsirləndirilən anasından aldığı həmin 1840 manatdan pul qaytarmamış, həmin məbləğdə pulu anası Hüseynə hissə-hissə vermiş, təqsirləndirilən onun üçün pensiya düzəltmək üçün onu xəstəxanaya və s. aparmamışdır. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərdi ki, anası Kaniyat ev almaq istəmiş, buna görə faizlə pul alıb Təqsirləndirilən şəxs vermişdir ki, sonuncu onlar üçün ev alsın. Hüseyni onlarla Ənvər tanış etmişdir. Hüseyn onlara almaları üçün pis vəziyyətdə olan bir evi göstərmişdir. O, Hüseynə demişdir ki, evin sahibi ilə onları görüşdürsün. Lakin Hüseyn onlara demişdir ki, “hər şey mənlikdir, narahat olmayın”. Onun Hüseyndən xoşu gəlməmiş, lakin Ənvər Hüseynə cavabdeh olduğunu, əgər Hüseyn pulu qaytarmazsa, özü onların pulunu verəcəyini demişdir. Sonradan bilmişdir ki, Hüseyn Ənvərə yüz manat pul verib ki, onlardan pul ala bilsin. Hüseyn alacağımız həmin evi guya təmir etdirmiş, o, bir gün gedib baxmış və görmüşdür ki, Hüseyn heç bir təmir işləri etdirməmişdir. Onun uşağı internatdadır, özü qab yuyub pul qazanır, Hüseynə verdikləri pulun faizini ödəyirlər. Təqsirləndirilən anasından ümumilikdə 2350 manat pulu üç dəfəyə almışdır. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs5 oğlu üçün pensiya almasında köməklik edəcəyi adı ilə pul almışdır. Nailədən aldığı pulun təxminən 600 manatını iki dəfə onun yaşadığı evdə, onun yanında almışdır. Nailə pulun qalanını isə sonradan təqsirləndirilənə vermiş, lakin bunu görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs7 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X8 ifadəsindən müəyyən edilir ki, o, atası X9, anası X18, bacısı X13 ilə birlikdə Xaçmaz şəhəri, 28 May küçəsi ev 13-də yaşayır. 2020-ci ilin mart ayında onun pula ehtiyacı olduğu üçün yaşadığı Xaçmaz şəhəri, 28 May küçəsi, 13 nömrəli evin həyətyanı torpaq sahəsinin bir hissəsini satmaq istəmiş və bu məqsədlə də Xaçmaz, şəhərində evlərin və torpaqların alqı-satqısı ilə məşğul olan Hüseyn adlı şəxslə telefon əlaqəsi saxlayıb ona torpaq sahəsi olduğunu və satmaq istədiyini bildirmiş, Hüseyn də onun satdığı torpaq sahəsinə baxmağa gəlmişdir. Hüseyn torpağa baxarkən o, Hüseynə həmin torpaq sahəsini 15000 manata satdığını, torpağı həmin qiymətə sata biləcəyi təqdirdə ona 1000 manat pul verəcəyini bildirmişdir. Sonra Hüseynə demişdir ki, yaşadığı fərdi yaşayış evinin və satacağı torpaq sahəsinin sənədləri qaydasında deyil, buranı satarkən elə adam tapmaq lazımır ki, həmin torpağı almaq istəyən adam ona əvvəlcədən biraz beh versin, o, da gedib həmin pula torpağın sənədlərini düzəltsin. Hüseyndə onunla razılaşmışdır. 12 avqust 2020-ci il tarixdə səhər saatlarında Hüseyn ona zəng edərək demişdir ki, bu gün, yəni 12 avqust 2020-ci il tarixdə torpağa baxmağa gələn şəxslər olacaq, o, çalışsın ortalıqda çox görünməsin. Həmin gün Hüseyn tanımadığı bir qadın və bir kişi ilə birlikdə onun satdığı torpaq sahəsinə gəlmişlər. Onlar onun saldığı torpaq sahəsinə gəldikdən sonra o da onların yanına gedib salamlaşdıqdan sonra torpağı alan kişinin sualı üzrə satılacaq torpaq sahəsini ayağı ilə ölçüb onlara göstərmişdir. Hüseyn ona əvvəlcədən ortalıqda çox görünməməsini dediyinə görə o, həmin yerdən çıxıb evinə getmişdir. Sonra Hüseynlə torpağa baxmağa gələn şəxslər də oradan çıxıb getmişlər. Onlar getdikdən bir neçə saat sonra o, Hüseynə zəng edib torpağa baxmağa gələn şəxslərin nə dediklərini, almaq istəyib-istəmədiklərini soruşmuş, Hüseyndə ona demişdir ki, almaq istəyirlər, ancaq hələ fikirləşirlər. Daha sonra telefon əlaqəsini kəsib Hüseyndən xəbər gözləmiş, sonuncudan bir xəbər çıxmamış və 13 avqust 2020-ci il tarixdə yenidən Hüseynə zəng edib nə xəbər olduğunu soruşduqda Hüseyn hələ bir xəbər olmadığını, fikirləşdiklərini demişdir. 12 avqust 2020-ci il tarixdə saladığı torpağa gəlib baxan şəxlərdən bir xəbər çıxmamış və həmin tarixdən təxminən bir ay sonra Hüseyn həmin torpaq sahəsinə başqa şəxslərin gəlib baxacağını bildirmiş, o, Hüseyndən birinci dəfə baxan kişi və qadından nə xəbər olduğunu soruşduqda. Hüseyn ona demişdir ki. həmin adamlar torpağı alası olmadılar. O. Hüseynlə razılaşmış və 2020-ci ilin sentyabr ayının ortalarında Hüseynin dediyi şəxslər torpaq sahəsinə baxmağa gəlmişlər. Həmin gün Hüseyn də onlarla birlikdə gəlmiş və həmin adamlar torpağa baxıb bəyəndiklərini, almaq istədiklərini bildirmişlər. Bu dəfə həmin adamlar torpağa baxmağa gələrkən birinci dəfədən fərqli olaraq Hüseyn ona “onların yanında çox görünmə" deməmişdir. İkinci dəfə torpağa baxmağa gələn adamlar torpağa baxıb bəyəndikdən sonra həmin torpağı onlara 13000 manata satacağı ilə bağlı razılaşmışlar. Təxminən 2020-ci ilin oktyabr ayında Şahsənəm adlı qadın onların evinə gəlmiş, evdə yaşayanlardan birini çağırdıqda, qapıya atası çıxmış, Şahsənəm onun atasından bu həyətdə iki ay bundan əvvəl torpaq satıldığını və həmin torpağı özünün aldığını bildirmiş, atası isə ona bilmədiyini, o, işlə onun maraqlandığını demiş, Şahsənəmdə öz mobil telefon nömrəsini onun atasına verib demişdir ki, o, evə gələndə onunla əlaqə saxlasın. O, həmin gün evə gec gəlmiş və səhəri gün atası mobil telefon nömrəsini ona vermiş, o. da zəng vurub Şahsənəmlə danışmışdır. Telefon danışığı zamanı Şahsənəm ona satdıqları torpaq sahəsini bəyəndiyini, həmin torpaq sahəsini alması ilə barədə Hüseynə beh verdiyini bildirmiş, o da ona həmin torpaq sahəsini iki ay əvvəl Hüseynin gətirdiyi başqa adama 13000 manata satdığını demişdir. O özü səhəri gün Hüseynə zəng edərək satdığı torpaq sahəsinə birinci dəfə baxmağa gəlmiş qadının onların evinə gəlib həmin torpaq sahəsini aldığını deməsini bildirmiş, Hüseyndə ona demişdir ki. o başqa bağı almışdır, yəqinki ünvanı səhv salmışdır. O öz torpaq sahəsini 7000 manata satmaq istəməsini Hüseynə deməmiş, əvvəlcədən Hüseynə demişdir ki, torpaq sahəsini 15000 manata satmaq isətyir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X30 oğlunun ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Natəvan küçəsi ev 27 A, mənzil 2-də yaşayır. Özünə məxsus Vaz-2109 markalı avtomobil var və o özünə məxsus həmin avtomobillə taksi fəaliyyəti göstərir. Xaçmaz rayonu. Yalama kəndində yaşayan Şahid7 təxminən 10 il olarkı tanıyır. Sədaqət Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən kafedə işləyir və sonuncu harasa gedəndə o, onu avtomobili ilə aparıb-gətirir. 2020-ci ilin mart ayında Sədaqət ona demişdir ki. Yalama kəndinə gedibgələ bilmir, ona görə də Xaçmaz şəhərindən ev almaq istəyir. O, maraqlanıb bir neçə satılan evi Sədaqətə göstərmiş, ancaq Sədaqət onun göstərdiyi bəzi evləri bəyənməmiş, bəzi evlərin isə qiyməti baha olduğu üçün ala bilməmişdir. 2021-ci ilin mart ayının əvvəllərində Sədaqət ona zəng vurub gedəcəyi yer olduğunu deyərək onu işlədiyi kafenin qarşısna çağırmış, o, avtomobili ilə Sədaqətin işlədiyi kafenin qarşısna gəlmiş və sonuncu anası Kaniyatla birlikdə gəlib onun avtomobilinə əyləşmişdir. Sədaqət ona Xaçmaz şəhər bazarı yaxınlığında olan evlərdən birini alması üçün sahibi ilə danışdığını, anası ilə birlikdə gedib həmin evi almaq istədiklərini bildirmiş, o, Sədaqəti dediyi ünvana aparmış və Sədaqətlə anası Kaniyat evə baxdıqdan sonra o, ev sahibindən həyətyanı torpaq sahəsinin sənədləri olub-olmadığını soruşmuş, ev sahibidə ona demişdir ki, həyətyanı torpaq sahəsinin sənədləri yoxdur. Fv sahibinin sözlərindən X31 həmin evi almaqdan imtina etmişlər. Sonra Sədaqət demişdir ki. Xaçmaz şəhəri. H.Əliyev prospektində satılan ev var, gedib ona baxsınlar. Sədaqətin sözündən sonra o, H.Əliyev prospektində yaşayan tanışı Osmana zəng vurub onun qonşuluğunda olan evin vəziyyətini soruşmuş, Osmanda ona demişdir ki, həmin evdə qeydiyyatda olanlar çoxdur. O, Osmana ev almaq istəyən şəxsin 11-12 min manat arasında pulu olduğunu bildirdikdə sonuncu ona demişdir ki, Hüseyn ucuz qiymətə satılan ev yerləri bilir, ona müraciət etsinlər. Osmana Hüseyn haqqında yaxşı danışılmadığını bildirdikdə demişdir ki, narahat olmasın, o özü Hüseyn vasitəsi ilə ev almışdır. X37 istifadəsində olan mobil telefon nömrəsini ona demiş, o, da Hüseynə zəng vurub demişdir ki, onun mobil telefon nömrəsini Osmandan almışdır, yanında tanış adamlar var. 11000 manata yaxın pulları olduğu üçün həmin qiymətə ev almaq istəyirlər. Hüseyndə ona demişdir ki, o, həmin qiymətə satılan ev yerləri bilir. Xaçmaz şəhəri. Bakı prospektində onu gözləsinlər, gəlib satılan evləri onlara göstərəcəkdir. Onlar Bakı prospektində gözləmişlər və bir qədər keçdikdən sonra Hüseyn idarə etdiyi avtomobillə onların olduğu yerə gəlib onlara demişdir ki, onun arxasınca gəlsinlər. O, avtomobilini hərəkətə gətirib Hüseynin avtomobilinin arxasınca getmiş və Hüseyn onları Xaçmaz şəhəri. Qələbə küçəsində olan evlərdən birinin qarşısına gətirmişdir. X28 küçəsində olan evə baxıb bəyənmişlər və Hüseynə demişlər ki, onlar həmin evi almaq istəyirlər. X31 evin qiyməti ilə bağlı Hüseynlə danışmışlar və həmin evi 11800 manata almaları ilə bağlı öz aralarında razılaşmışlar. Həmin vaxt X24 demişdir ki, o, evi təmir edib onlara verəcəkdir, onlar əvvəlcədən beh olaraq ona 1000 manat, evin təmiri üçün isə 650 manat pul versinlər. O, Osmana zəng vurub Hüseynin əvvəlcədən pul istədiyini bildirmiş. Osmanda ona demişdir ki, ev alarkən Hüseyn onu aldatmamışdır, narahat olmayıb Hüseynə pul versinlər. Bundan sonra Xaçmaz şəhəri. Qələbə küçəsində Kaniyat 1650 manat pulu ona vermiş, o, da Kaniyatm verdiyi 1650 manat pulu sayaraq Sədaqətlə Kaniyatm yanında Hüseynə verərək onlardan ayrılıb getmişdir. Sonradan Sədaqət ona demişdir ki, Hüseyn onları aldadıb əlavə olaraq 700 manatda almışdır. İş materiallarında olan 15 may 2021-ci il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs13 tərəfindən Xaçmaz RPŞ-yə müraciət edilərək, Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayında Xaçmaz şəhəri, Qələbə küçəsində yerləşən evi ona və qızına göstərərək 11000 manata satıldığını və həmin evi onlara satacağını deyərək onu aldadıb 2350 manat pulunu ələ keçirmişdir. Əmrahov Hüseyn Nurəddin oğlunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 06 iyul 2021-ci il tarixli ərizədən, izahatdan və “bildiriş-beh müqaviləsi” başlıqlı vərəqdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs12 tərəfindən Xaçmaz RPŞ-yə müraciət edilərək, təqsirləndirilən şəxs Əmrahov Hüseyn Nurəddin oğlu 15.06.2021-ci ildə onlara bir qonşu kimi gələrək ev satdığını bildirmiş və həmin evə görə ondan 1000 manat pul almış, bununla bağlı öz aralarında “bildiriş-beh müqaviləsi” tərtib edilmişdir. Lakin Təqsirləndirilən şəxs vədinə əməl etməmiş və pulunu qaytarmamışdır. İş materiallarında olan ərizədən və 30.04.2021-ci il tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs5 tərəfindən müraciət edilərək, Təqsirləndirilən şəxs ondan torpaq sahəsinin sənədlərini bərpa etdirmək, həmçinin övladını pensiyaya çıxaracağı adı ilə ondan ümumilikdə 1440 manat pul almış, həmin pulunu Təqsirləndirilən şəxs dəfələrlə tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. İş materiallarında olan "xxxx" MMC-nin Xaçmaz Regional poçt filialının 06.07.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, 02.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs oğulunun adına 02 mart 2020-ci il tarixdə 250 manat pul daxil olmuşdur. İş materiallarında olan 29.10.2020-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs4 qızı tərəfindən Xaçmaz RPŞ-yə müraciət edilərək, Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayında ondan bacısı oğlunu FHN-ə işə düzəltmək adı ilə 700 manat pul və 800 manatlıq “Samsung J-7” markalı mobil telefonu almış, lakin Təqsirləndirilən şəxs onu müxtəlif bəhanələrlə aldadaraq nə bacısı oğlunu işə düzəltmiş, nə də pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 29.10.2020-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs3 tərəfindən Xaçmaz RPŞ-yə müraciət edilərək, xalası Nəzakətin tanışı olan Təqsirləndirilən şəxs onu FHN-də işə düzəldəcəyi adı ilə 2019-cu ilin dekabr ayında ondan 1500 manat pul alaraq ələ keçirmiş, lakin onu işə düzəltməmiş, verdiyi pulu da qaytarmamışdır. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 17.11.2020-ci il tarixli ərizədən və 18.11.2020-ci il tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs8 tərəfindən Xaçmaz RPŞ-yə müraciət edilərək, Təqsirləndirilən şəxs onun üçün həyətyanı torpaq sahəsi alınması üçün onu aldadaraq ondan 2020-ci ilin avqust ayında ümumilikdə 1800 manat pul alaraq ələ keçirmiş, lakin ona torpaq sahəsini satmamış, pulunu da geri qaytarmamışdır. Pulunun Təqsirləndirilən şəxs alınmasında ona köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan 25.11.2020-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 tərəfindən Xaçmaz RPŞ-yə müraciət edilərək, Təqsirləndirilən şəxs ev alqı-satqısı adı ilə onu aldadarq ondan 2019-cu ilin oktyabr ayından 2020-ci ilin sentyabr ayınadək olan müddətdə 13000 manat pulunu alaraq ələ keçirmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 11.12.2020-ci il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs7 tərəfindən Xaçmaz RPŞ-yə müraciət edilərək, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ona ev satacağı adı ilə 17.06.2020-vci il tarixdə ondan 3690 manat pulunu alaraq ələ keçirmiş, pulunu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 15.12.2020-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 Əhliman qızı tərəfindən Xaçmaz RPŞ-yə müraciət edilərək, Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayının sonlarında ona məxsus ev üçün çıxarış düzəltmək adı ilə 05 ədəd qızıl üzüyünü ələ keçirmişdir. İş materiallarında olan 14.01.2021-ci il tarixli ərizədən və 19.01.2021-ci il tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs6 tərəfindən Xaçmaz RPŞ-yə müraciət edilərək, Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayında ondan sənəd düzəltmək adı ilə 650 manat almış, lakin nə sənədini düzəltdirməmiş, nə də 560 manat pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan ərizədən və 05.08.2021-ci il tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs11 tərəfindən Xaçmaz RPŞ-yə müraciət edilərək, Təqsirləndirilən şəxs onlardan 2021-ci ilin yanvar ayında qızı Səidə üçün pensiya düzəldəcəyi adı ilə 1840 manat pul almış, lakin nə pensiya düzəltdirmiş, nə də verdiyi pulu geri qaytarmamışdır. Həmin pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan 11.08.2021-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs10 tərəfindən Xaçmaz RPŞ-yə müraciət edilərək, Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayında ondan 7850 manat pul alaraq onun üçün Xaçmaz şəhəri ərazisində torpaq alıb orada ev tikdirəcəyini bildirmiş, lakin Təqsirləndirilən şəxs bu vədinə əməl etməyərək onun üçün ev tikdirməmiş və ondan aldığı pulu xərcləmişdir. Təqsirləndirilən şəxs ondan aldığı 7850 manat puldan 1350 manatını qaytarmış, 6500 manatını isə qaytarmamışdır. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs adından verilmiş “Bildiriş” başlıqlı vərəqdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 7850 manat pul aldığını və həmin məbləğdə pulu 23 fevral 2021-ci ildə qaytaracağına söz verdiyini bildirmişdir. İş materiallarında olan ərizədən və 20.09.2021-ci il tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs14 tərəfindən Xaçmaz RPŞ-yə müraciət edilərək, Təqsirləndirilən şəxs onun mənzilinə bitişik birotaqlı mənzili satması üçün müraciət etmiş, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında onu aldadaraq mənzilinin sənədlərini ondan almış və adından etibarnamə verməsinə razılaşdırmış, həmin etibarnamədən sui-istifadə edərək həmin birotaqlı mənzili deyil, ona məxsus olan və yaşadığı mənzili 13500 manata satmış və ona həmin pulu verməmişdir. İş materiallarında olan 07.10.2021-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs9 tərəfindən Xaçmaz RPŞ-yə müraciət edilərək, Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayında ona məxsus evin sənədlərini hazırlamaq adı ilə ondan 1300 manat pulu aldaraq almış, lakin həmin sənədləri hazırlatmamışdır. Təqsirləndirilən şəxs həmin puldan ona 600 manatı qaytarsa da, 700 manatı qaytarmamışdır. Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı təqdim etmiş iki ədəd vərəqdən müəyyən edilir ki, vərəqlərdən birində «Bildiriş, Mən Təqsirləndirilən şəxs "xxxx" MMC-nin rəhbəri tanışım Zərərçəkmiş şəxs7 3420 manat Xaçmaz rayonunda borclu qalmışam və hal-hazırda borcluyam, şəxsən Teymurla danışıb xahiş etmişəm ki, mənə 21 avqusta qədər möhlət ver pul borcu qaytarım, imza Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs7, 14.08.2020» sözləri və rəqəmləri yazılaraq imzalanmış və "xxxx" MMC-yə aid möhürlə möhürlənmişdir. Digər vərəqdə isə «Bildiriş, Mən Təqsirləndirilən şəxs Quba rayonu Rustov kəndində yaşayan Zərərçəkmiş şəxs7 ilə ev müqaviləsi bağlayaraq iyun ayının 17-də Xaçmaz rayonunda 3 nəfər şahidlə Teymurdan 3690 manat pulu mən aldım və bəzi müəyyən səbəblərə görə evi Teymurdan imtina elədim. Mən Zərərçəkmiş şəxs7 3690 manatı qaytarmasına çox söz vermişəm, və yenə xahiş edirəm ki bu son dəfə 13 oktyabr 2020-ci il tarixdə Teymura pulu verməyimi söz verirəm. 05.10.2020. Əmrahov” sözləri və rəqəmləri yazılaraq imzalanmışdır və "xxxx" MMC-yə aid möhürlə möhürlənmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı təqdim etdiyi iki ədəd vərəqdən müəyyən edilir ki, vərəqlərdən birində “Mən Təqsirləndirilən şəxs 31.10.2019-cu il tarixdə Xaçmaz r/n Köhnə Qaqarin, 28 saylı evin 8 sot torpaq sahəsi olan və 4 otaqdan ibarət olan fərdi yaşayış evini Xaçmaz r/n Qıraqlı kənd sakini Zərərçəkmiş şəxs1 13000 (on üç min) manata satıram. Təbii ki, ev yiyəsinin öz istəyi ilə evin sənədləri köhnə olduğu üçün Daşınmaz Əmlak yanında Dövlət Reyestr İdarəsinin çıxardığı qərara əsasən yeni çıxarış və yeni texniki pasport almaq üçün və müəyyən dövlət idarələrində dövlət rüsumlarının ödənilməsi üçün 600 AZN (altı yüz manat) və beh verilməsi üçün cəmi Zərərçəkmiş şəxs1 1300 (min üç yüz) azn pul (nağd şəkildə) aldım, İmza Zərərçəkmiş şəxs1 A.oğ, ***-***-**-**, Təqsirləndirilən şəxs N.oğ ***-***-**-**» sözləri və rəqəmləri yazılaraq imzalanmış və "xxxx" MMC-yə aid möhürlə möhürlənmişdir. Digər vərəqdə isə «Bildiriş, Təqsirləndirilən şəxs tanışım Zərərçəkmiş şəxs1 (12500 manat pul qaytarmalıyam) alqı-satqımız baş tutmadığı üçün 25.10.2020-ci ilə qədər qaytarılacaqdır, özüm yazmışam, düzdür, qolumla, imzamla təsdiq edirəm və işlətdiyim Nurəddinoğlu MMC-nin möhürü ilə təsdiq edirəm. İmza Təqsirləndirilən şəxs İmza Bayramov R» sözləri və rəqəmləri yazılaraq imzalanmış və "xxxx" MMC-yə aid möhürlə möhürlənmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı təqdim etdiyi bir ədəd vərəqdən müəyyən edilir ki, həmin vərəqdə “Mən Təqsirləndirilən şəxs tanışım X6 (1500) min beş yüz manat pul almışam. 01.08.2020-ci il tarixə qaytarılmalıdır” sözləri və rəqəmləri yazılaraq imzalanmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı təqdim etdiyi bir ədəd “CD” diskdəki audiofayllar məhkəmə iclasında kompüter vasitəsilə açılaraq səsləndirilmiş və təqsirləndirilən şəxs həmin səs yazılarındakı danışan şəxslərdən birinin səsinin ona məxsus olduğunu bildirərək həmin danışıqların Zərərçəkmiş şəxs3la onun arasındakı danışıqlar olduğunu təsdiq etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs4 qızının ibtidai istintaq zamanı təqdim etdiyi bir ədəd “CD” diskdəki audiofayllar, videofayllar və votsap yazışmaları məhkəmə iclasında kompüter vasitəsilə açılaraq səsləndirilmiş və baxılmış, təqsirləndirilən şəxs həmin səs yazılarındakı səslərin ona məxsus olduğunu, videogörüntülərdəki şəxsin o özü olduğunu, həmin səsli danışıqların, yazışmaların Zərərçəkmiş şəxs4 ilə onun arasında olduğunu təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 26 avqust 2021-ci il tarxli, 4/1021 nömrəli rəyindən müəyyən edilir ki: 1. Ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs adından olan 05 oktyabr 2020-ci il tarixli bildirişdə “Bildiriş Mən Təqsirləndirilən şəxs ...” sözləri ilə başlayıb, “.... 05.10.2020 Əmrahov” sözləri ilə bitən yazılar və “Əmrahov” yazısı qarşısındakı imza; Təqsirləndirilən şəxs adından olan 14 avqust 2020-ci il tarixli bildirişdə “Bildiriş Mən Təqsirləndirilən şəxs ...” sözləri ilə başlayıb, “.... X40 14.08.2020” sözləri ilə bitən yazılar və “Təqsirləndirilən şəxs” yazısı qarşısındakı imza; Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 adlarından olan bildirişin kserosurətində əks olunmuş “Bildiriş Təqsirləndirilən şəxs ...” sözləri ilə başlayıb, “...İmza: Bayramov R” sözləri ilə bitən yazılar və “Təqsirləndirilən şəxs” yazısı qarşısında əks olunmuş imza; Təqsirləndirilən şəxs ilə X3 adlarından olan bildirişin kserosurətində əks olunmuş “Bildiriş Mən Təqsirləndirilən şəxs ...” sözləri ilə başlayıb, “İmza: Təqsirləndirilən şəxs özüm” sözləri ilə bitən yazılar və “Təqsirləndirilən şəxs” yazısı qarşısında əks olunmuş imza; Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 adlarından olan bildirişin kserosurətində “Təqsirləndirilən şəxs N. oğ.” yazıları qarşısında əks olunmuş imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 adlarından olan bildirişin kserosurətində əks olunmuş “Bildiriş Təqsirləndirilən şəxs 31.10.2019-cu il...” sözləri ilə başlayıb, “... İmza: Əmrahov N.oğ 055 392-59-19 sözləri ilə bitən yazılardan və “Zərərçəkmiş şəxs1 A.oğ” yazıları qarşısında əks olunmuş imza – Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 20 sentyabr 2021-ci il tarxli, 4/1020-4/1021 nömrəli rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş 2 ədəd diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 2 ədəd diskdə olan mübahisəli fonoqramlardakı danışıq hissələrində montaj əlamətləri müəyyən olunmadı. Lakin müqayisəli tədqiqatın aparılması mümkün olmadığından dəyişikliklərin olubolmamasını müəyyən etmək mümkün olmadı. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 09 dekabr 2021-ci il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs verdiyi qızıl üzüklərin tapılaraq ekspertizaya təqdim olunub qiymətlərinin müəyyənləşdirilməsi mümkün olmadığından Təqsirləndirilən şəxs həmin faktla bağlı yenidən ittiham elan olunarkən qərarda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs verdiyi qızıl üzüklərin qiymətləri zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi qiymətlərə istinad edilməklə dəymiş ziyanın müəyyənləşdirilməsində həmin qiymətlər nəzərə alınmışdır. Həmin qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 qızının və Zərərçəkmiş şəxs11 əməlində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibi başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Nuraddin oğlunun 2020-ci ilin fevral ayında sosial yardım düzəltmək adı ilə X7 aldadıb 250 manat pulunu ələ keçirməsi xüsusatında cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibi başlanması rədd edilmiş və Təqsirləndirilən şəxs sosial yardım düzəltmək adı ilə Əlfəddin Məmmədovu aldadıb 250 manat pulunu ələ keçirməsindən bir il keçdiyinə görə onun barəsində inzibati icraatın başlanılmaması qərara alınmışdır. Həmin qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üç il əvvəl zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 qızı Könüldən 470 manat pul alması xüsusatında cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında ifadəsində 2020-ci ilin fevral ayında Zərərçəkmiş şəxs4 qızının özünə məxsus “X39” markalı mobil telefonu ona istifadə etməsi üçün əvəzsiz olaraq verməsini göstərməsi, həmçinin zərərçəkmiş şəxslərdən bəzilərindən aldığı pulu tamamilə və ya qismən qaytarması barədə ifadəsinin təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıyan və təyin olunacaq cəzasının yüngülləşdirilməsinə nail olunmasına cəhd kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, CDləri, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarının 1-ci bəndində izah edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə görə, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 35-ci bəndinə görə, dələduzluğun təkrarən törədilməsi (CM-nin 178.2.2-ci maddəsi) məsələsi CM-nin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Qıraqlı kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Xaçmaz şəhəri, Qaqarin küçəsinə gətirib həmin küçədə yerləşən 28 nömrəli evi göstərərək 13000 manata ona satacağını vəd etməklə aldadıb 31 oktyabr 2019-cu il tarixdə Xaçmaz şəhəri, H.Əliyev prospektində “Şəxsiyyətlər” parkının yaxınlığında yerləşən ofisində 1300 manat, 24 avqust 2020-ci il tarixdə Quba regional «Asan» xidmət mərkəzində 11700 manat olmaqla xeyli miqdarda, yəni ümumilikdə 13000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə, heç bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs2 ona məxsus Xaçmaz şəhəri, H.Aslanov küçəsi, 8 nömrəli evə çıxarış alacağını vəd etməklə aldadıb 2019-cu ilin dekabr ayının sonlarında sonuncunun yaşadığı Xaçmaz şəhəri, Qələbə küçəsi, beş nömrəli evin, 48 nömrəli mənzilində 240 manat dəyərində bir ədəd Rusiya istehsalı olan 585 əyarlı, 4 qram çəkidə qızıl kişi üzüyünü, 300 manata dəyərində bir ədəd Rusiya istehsalı olan 585 əyarlı, 5 qram çəkidə qızıl kişi üzüyünü, 360 manat dəyərində bir ədəd Rusiya istehsalı olan 585 əyarlı, 6 qram çəkidə qaşsız qızıl qadın üzüyünü, 240 manat dəyərində bir Ədəd Rusiya istehsalı olan 585 əyarlı, 4 qram çəkidə qaşsız qızıl qadın üzüyünü, 240 manat dəyərində bir ədəd Rusiya istehsalı olan 585 əyarlı, 4 qram çəkidə qaşsız qızıl qadın üzüyünü ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 1380 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz rayonu, Qımıl-qışlaq kənd sakini Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə, heç bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs3 Fövqəladə Hallar Nazirliyinin Xaçmaz rayon şöbəsinə işə düzəldəcəyini vəd etməklə aldadıb 2019-cu ilin dekabr ayının sonlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən «Aygün» şadlıq sarayının qarşısında 750 manat, 20 iyun 2020-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində 750 manat olmaqla ümumilikdə 1500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs4 qızının etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədi ilə, heç bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs4 bacısı oğlu Şahid2 Fövqəladə Hallar Nazirliyinin Xaçmaz rayon şöbəsinə işə düzəldəcəyini vəd etməklə aldadıb 30 dekabr 2019-cu il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74A nömrəli evin qarşısında 750 manat pulu, 2020-ci ilin fevral ayının ortalarında yenədə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74A nömrəli evin qarşısında 800 manat dəyərində “X39” markalı mobil telefonu vahid niyyətlə əhatə olunun qəsdlə ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 1550 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs5 Xaçmaz şəhərində aldığı həyətyanı torpaq sahəsinin arxiv sənədlərini bərpa etdirib çıxarış alacağını və oğlu Xəyal Rzayevi pensiyaya çıxaracağını vəd etməklə aldadıb 14 fevral 2020-ci il tarixdə Şahid8 yaşadığı Xaçmaz şəhəri, Qələbə küçəsi, 5 nömrəli evin 111 nömrəli mənzilində 340 manat, 16 fevral 2020-ci il tarixdə Şahid8 yaşadığı Xaçmaz şəhəri. Qələbə küçəsi, 5 nömrəli evin 111 nömrəli mənzilində 600 manat, 02 mart 2020-ci il tarixdə Xaçmaz regional poçt filialında 250 manat, 2020-ci ilin mart ayının sonlarında yenədə Şahid8 yaşadığı Xaçmaz şəhəri, Qələbə küçəsi, 5 nömrəli evin 111 nömrəli mənzilində 250 manatolmaqla ümumilikdə 1440 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs6 oğlu Elvin Şakurovun dövlətdən kompensasiya almasına köməklik göstərəcəyini vəd etməklə aldadıb 2020-ci ilin mart ayının sonlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “Muğan” bankın Xaçmaz rayon filialının qarşısında 650 manat pulunu ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Quba rayonu, Rustov kənd sakini Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 Xaçmaz şəhəri, Vaqif küçəsinə gətirib həmin küçədə yerləşən ikimərtəbəli evi göstərərək 23000 manata ona satacağını vəd etməklə aldadıb 17 iyun 2020-ci il tarixdə Xaçmaz şəhəri, H.Əliyev prospektində, «Şəxsiyyətlər» parkının yaxınlığında yerləşən ofisində 1450 manat, 24 iyun 2020-ci il tarixdə Xaçmaz şəhəri, H.Əliyev prospektində, «Şəxsiyyətlər» parkının yaxınlığında yerləşən ofisində 270 manat, 2020-ci ilin iyul ayının əvvəllərində Xaçmaz şəhəri, H.Əliyev prospektində, «Şəxsiyyətlər» parkının yaxınlığında yerləşən ofisində 1000 manat, 10 iyul 2020-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində 170 manat, 2020-ci ilin iyul ayının ortalarında Quba şəhər avtovağzalında olan kafedə 800 manat olmaqla ümumilikdə 3690 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 Xaçmaz şəhəri, 28 May küçəsi, 13 nömrəli evin həyətinə gətirib həmin evin 0,3 ha həyətyanı torpaq sahəsini göstərərək 7000 manata ona atacağını vəd etməklə aldadıb 12 avqust 2020-ci il tarixdə Xaçmaz şəhəri, Təbriz küçəsində 600 manat, 14 avqust 2020-ci il tarixdə Xaçmaz rayonu, Rəhim-oba kəndinin girişində 1200 manat olmaqla ümumilikdə 1800 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs14 yaşadığı evin həyətində olan bir otaqlı evin sənədlərini düzəldib satacağına inandırmaqla aldadıb sonuncuya məxsus Xaçmaz şəhəri. Qələbə küçəsi, 8 nömrəli evin 3 nömrəli mənzilinə aid sənədləri ələ keçirdikdən və adına etibarnamə alıb əmlak hüquqlarını əldə etdikdən sonra Zərərçəkmiş şəxs14 məxsus 20000 manat dəyərində olan Xaçmaz şəhəri, Qələbə küçəsi, 8 nömrəli evin 3 nömrəli mənzilini 24 avqust 2020-ci il tarixdə X15 13000 manata satıb zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 20000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz rayonu, Qaradağlı kənd sakini Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs9 yaşadığı Xaçmaz rayonu. Qaradağlı kəndindəki evi anasının adına rəsmiləşdirəcəyini və 0,11 ha həyətyanı torpaq sahəsi üçün çıxarış alacağını vəd etməklə aldadıb 2020-ci ilin sentyabr ayının ortalarında Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən «Kamran» şadlıq sarayının qarşısında 900 manat, 2020-ci ilin sentyabr ayının sonlarında, hərbi vəziyyət zamanı Xaçmaz şəhəri, H.Əliyev prospektində, «Şəxsiyyətlər» parkının yaxınlığında yerləşən ofisində 400 manat olmaqla ümumilikdə 1300 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs10 alması üçün ev tapacağını və həyətyanı torpaq sahəsi alıb onun üçün ikiotaqlı ev tikdirəcəyini vəd etməklə aldadıb 2021-ci ilin yanvar ayının ortalarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən «Muğan» bankın Xaçmaz rayon filialının qarşısında 850 manat, 2021-ci ilin yanvar ayının sonlarında sonuncunun kirayədə qaldığı Xaçmaz rayonu, Qobuqıraq kəndindəki evdə 7000 manat olmaqla xeyli miqdarda, yəni ümumilikdə 7850 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xudat şəhər sakini Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə heç bir səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs11 qızı Şahid6 pensiyaya çıxaracağını vəd etməklə aldadıb 17 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs11 yaşadığı Xudat şəhəri, K.Zavod qəsəbəsi, 3 nömrəli evin, 8 nömrəli mənzilində 1300 manat, 18 yanvar 2021-ci il tarixdə yenədə Xudat şəhəri, K.Zavod qəsəbəsi, 3 nömrəli evin, 8 nömrəli mənzilində 540 manat olmaqla ümumilikdə 1840 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz rayonu, Yalama kənd sakini Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs13 Xaçmaz şəhəri, Qələbə küçəsinə gətirib həmin küçədə yerləşən 8 nömrəli evi göstərərək təmir etdirib ona satacağını vəd etməklə aldadıb 16 mart 2021-ci il tarixdə Xaçmaz şəhəri, Qələbə küçəsi, 8 nömrəli evin qarşısında 1650 manat, yenədə həmin gün Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Zeytun” kafesində 350 manat, 2021-ci ilin mart ayının sonlarında Xaçmaz rayonu, Yalama kəndində sonuncunun yaşadığı evdə 350 manat olmaqla ümumilikdə 2350 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs12 Xaçmaz şəhəri, Qələbə küçəsinə gətirib həmin küçədə yerləşən 8 nömrəli evi göstərərək ona satacağını vəd etməklə aldadıb 2021-ci ilin iyun ayının ortalarında Xaçmaz şəhəri, Qələbə küçəsi, 8 nömrəli evin qarşısında 300 manat, yenədə həmin gün sonuncunun yaşadığı Xaçmaz şəhəri, A.Hüseynzadə küçəsi, 16A nömrəli evdə 700 manat olmaqla təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmlərin və qərarın surətlərindən, Azərbaycan Respublikası DİN Əməliyyat və X4 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 17 noyabr 2011-ci il tarixli, 1(067)- 138/2011 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17 noyabr 2014-cü ildə cəzasının sonu ilə azad edilmiş; Quba rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 1(027)-132/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş həmin cəza şərti hesab edilərək 02 (iki) il sınaq müddəti təyin edilmiş; Xaçmaz rayon məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 7(067)-76/2018 saylı qərarı ilə Quba rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü üzrə onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən CM-nin 178.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddə ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Quba rayon məhkəməsinin 17.10.2017-ci il tarixli hökmünə əsasən CM-nin 70-ci maddəsi ilə təyin olunmuş cəzanın 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi barədə müddəalar qüvvədə saxlanılmış; Qusar rayon məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 1(029)-4/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 07 may 2019-cu ildə cəzası başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı ünvanda çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən bəzi epizodlar üzrə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.11-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətin hərbi vəziyyət şəraitində törədilməsi halını müəyyən etdi. Bundan başqa, iş materiallarından müəyyən edilir ki: Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 1(027)-132/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş həmin cəza şərti hesab edilərək 02 (iki) il sınaq müddəti təyin edilmiş, Xaçmaz rayon məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 7(067)- 76/2018 saylı qərarı ilə Quba rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü üzrə onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən CM-nin 178.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddə ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Quba rayon məhkəməsinin 17.10.2017-ci il tarixli hökmünə əsasən CM-nin 70-ci maddəsi ilə təyin olunmuş cəzanın 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi barədə müddəalar qüvvədə saxlanılmış, 07 noyabr 2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır; Qusar rayon məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 1(029)-4/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 07 may 2019-cu ildə cəzası başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 17.10.2017-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsinin (şərti məhkumetmənin) 02 (iki) il sınaq müddəti başa çatmamış hazırkı cinayət işində 1-ci epizod üzrə: Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Qıraqlı kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Xaçmaz şəhəri, Qaqarin küçəsinə gətirib həmin küçədə yerləşən 28 nömrəli evi göstərərək 13000 manata ona satacağını vəd etməklə aldadıb 31 oktyabr 2019-cu il tarixdə Xaçmaz şəhəri, H.Əliyev prospektində “Şəxsiyyətlər” parkının yaxınlığında yerləşən ofisində 1300 manat, 24 avqust 2020-ci il tarixdə Quba regional «Asan» xidmət mərkəzində 11700 manat olmaqla xeyli miqdarda, yəni ümumilikdə 13000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə görə, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı ağırlaşdıran və cəzasını yüngülləşdirən halları, həmçinin cinayət əməllərinin törədilməsi hallarını, zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəmədiyini və zərərçəkmiş şəxslərin əksər qisminin onun barəsində şikayətçi olmalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 1(027)-132/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş həmin cəza şərti hesab edilərək 02 (iki) il sınaq müddəti təyin edilmiş, hökm 07 noyabr 2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir; Xaçmaz rayon məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 7(067)-76/2018 saylı qərarı ilə Quba rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü üzrə onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən CM-nin 178.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddə ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Quba rayon məhkəməsinin 17.10.2017-ci il tarixli hökmünə əsasən CM-nin 70-ci maddəsi ilə təyin olunmuş cəzanın 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi barədə müddəalar qüvvədə saxlanılmışdır. 07 noyabr 2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası iki ildən beş ilədək müddətə müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.4-cü maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Quba rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 1(027)-132/2017 saylı hökmünə (Xaçmaz rayon məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 7(067)-76/2018 saylı qərarı) əsasən azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş sınaq müddətində cinayət törətdiyindən barəsində olan şərti məhkumetmə (cəzanın şərti olaraq tətbiq edilməsi) ləğv edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına Xaçmaz rayon məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 7(067)-76/2018 saylı qərarı (Quba rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 1(027)-132/2017 saylı hökmü) ilə ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 09 dekabr 2021-ci il tarixli protokoldan və həmin tarixli “Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 (bir) gün müddətə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, ona təyin olunacaq qəti cəzanın müddətindən çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 1(067)-33/2022 saylı qərarından və Xaçmaz RPŞ-nin “Axtarışda olan şəxsin tutulması barədə” 28 mart 2022-ci il tarixli protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 16.02.2022-ci il tarixdə axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və o, 28 mart 2022-ci il tarixdə tutularaq həbs edilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 mart 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd CD disk (Təqsirləndirilən şəxs məxsus səs yazılarının olduğu) və 05 (beş) ədəd vərəq (Təqsirləndirilən şəxs əl yazıları olan) cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 412 (dörd yüz on iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X11, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. Zərərçəkən şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 1(027)- 132/2017 saylı hökmünə (Xaçmaz rayon məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 7(067)- 76/2018 saylı qərarı) əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına şərti məhkumetmə (cəzanın şərti olaraq tətbiq edilməsi) ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası Xaçmaz rayon məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 7(067)- 76/2018 saylı qərarı (Quba rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 1(027)- 132/2017 saylı hökmü) ilə ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq 01 (bir) gün ona hazırkı hökmlə qəti olaraq təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 05 (beş) il 05 (beş) ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd CD disk (Təqsirləndirilən şəxs məxsus səs yazılarının olduğu) və 05 (beş) ədəd vərəq (Təqsirləndirilən şəxs əl yazıları olan) cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 412 (dörd yüz on iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X11, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Zərərçəkən şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar