Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-33/2023 12.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1965-ci ildə Xaçmaz rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayon məhkəməsinin 28 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməməklə əməlində cinayətlərin residivi olan, Xaçmaz rayonunun Qaradağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində məhkəmənin müvafiq qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İsintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 28 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 2022ci ilin mart ayının sonlarında yaşadığı Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisində, Yalama-Gəndob-Bakı avtomobil yolunun sağ tərəfində, daşlıq yoldan 300 metr şərq istiqamətdə yerləşən evin içərisində dibçəklərdə, plastmas vedərələrdə və dəmir qabda qanunsuz olaraq əkdiyi 07 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə becərmiş, bu fakt 08 iyul 2022-ci il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin evə baxış keçirilərkən evin ikinci mərtəbəsində, pilləkəndən sağda yerləşən otaqda dibçəklərdə, plastmas vedərələrdə və dəmir qabda əkdiyi 652,25 qram çəkidə olan ümumilikdə 07 ədəd kök üstə yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülməklə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, bir neçə aydır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2022-ci ilin mart ayında yaşadığı Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisində piyada gəzərkən bir ədəd balaca sellofan torbada toxumlar tapmış, toxumlara baxdıqda onların narkotik tərkibli çətənə bitkisinin toxumları olduğunu bilmişdir. Narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olduğuna görə, həmin toxumları əkib çətənə bitkisi yetişdirmək üçün sellofan torbanı cibinə qoyaraq özü ilə yaşadığı evə aparmışdır. 2022-ci ilin mart ayının sonlarında plastmas vedrələr, dəmir qablar və dibçəklər alıb yaşadığı evin ikinci mərtəbəsində olan otağa aparıb yığmış, bundan sonra yaşadığı evin həyətindən evin ikinci mərtəbəsində olan həmin qablara torpaq daşıyaraq qabların içərisinə yığıb, tapdığı sellofan torbanın içərisində olan toxumlardan yeddi ədədini həmin qablarda əkmişdir. O, həmin toxumların 01 ədədini dəmir qabda, 02 ədədini dibçəklərdə, 04 ədədini isə plastmas vedrələrdə əkmişdir. Yeddi ədəd toxumu əkib yetişdirdikdən sonra, qalan toxumları sanitar qovşağına atmışdır. 2022-ci ilin mart ayının sonlarında qablarda əkdiyi toxumlara qulluq etməyə başlamış, vaxt keçdikcə həmin toxumlar cücərməyə başlamış, daha sonra sonra böyüyüb bitki halına düşmüşlər. Bitkilər böyüdükdən sonra o, həmin bitkilərin diblərinə peyin vermiş və diblərini sulamışdır. 2022-ci ilin iyun ayının ortalarında həmin bitkilərin yarpaqlarından yığıb özü üçün qurutmaq məqsədi ilə otaqda sərmişdir. 2022-ci ilin iyul ayının əvvəllərinə həmin yarpaqlar tamamilə qurumuş və ondan istifadə etmişdir. Belə ki, əldə etdiyi qurudulmuş marixuananın bir hissəsini kağıza büküb yaşadığı evin birinci mərtəbəsindəki mətbəxdə olan soyuducunun üzərinə, bir hissəsini isə yenə də kağıza büküb evin ikinci mərtəbəsində, pilləkənlə üzbəüz olan otaqdakı masanın üzərinə qoymuşdur. 07 iyul 2022ci il tarixdə o, işlə əlaqədar yaşadığı evdən çıxmış, evdə olmadığı vaxt arvadı Asiya oğlu Elməddin ilə birlikdə evə gəlmişlər. Asiya evə gəzib baxdıqda evin ikinci mətbəsində dibçəklərdə əkib yetişdirdiyi çətənə bitkilərini, evin digər otaqlarını da gəzdikdə digər otaqlarda olan kağız bükümlərdəki narkotik vasitə olan qurudulmuş marixuanaları görmüşdür. Bundan sonra Asiya ona əsəbiləşərək bu barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Asiya polisə məlumat verdikdən sonra polis əməkdaşları gələrək evə baxış keçirib həmin bitkiləri və qurudulmuş marixuananı aşkar edib götürmüşlər. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsində aqronom işləyən Şahid4 göstərdi ki, 07 iyul 2022-ci il tarixdə Xaçmaz rayon X6 Bölməsinin təhqiqatçısı onu polis şöbəsinə dəvət edərək mütəxəssisin təyin edilməsi haqqında qərarla tanış etdikdən sonra ona hüquq və vəzifələrini izah etmiş və həmin sənədləri imzaladıqdan sonra onlar avtomobilə əyləşib Şahid1 dəvəti ilə sonuncunun olduğu ünvana, yəni Xaçmaz rayonunun Qaradağlı kəndinə getmişlər. Həmin kəndə çatdıqdan sonra təhqiqatçı X9 Yusifova ilə əlaqə saxlamış və onlar Şahid1 olduğu ünvanı tapıb həmin yerə yaxınlaşmışlar. Onlar həmin yerə çatarkən Şahid1 onları evin həyət qapısının qarşısında gözləmişdir. Onlar oraya çatdıqdan sonra, Şahid1 əri Təqsirləndirilən şəxs yaşadığı evin içərisində narkotik tərkibli çətənə bitkilər əkib yetişdirməsi və həmin evdə narkotik vasitə saxlaması barədə ərizə yazmış və bundan sonra videoçəkilişlə baxış keçirilməsi prosesinə başlanmışdır. Onlar Şahid1 dəvəti ilə əvvəlcə evin həyətinə, daha sonra isə evin içərisinə daxil olmuşlar. Evin içərisinə girdikdən sonra, girişdən sağda yerləşən pilləkənlə evin ikinci mərtəbəsinə qalxmışlar, Şahid1 onları pilləkəndən sağda yerləşən otağa aparıb bitkiləri göstərmişdir. Həmin otaqda, girişdən solda, çarpayıların yanında dibçəklərdə, plastmas vedrələrdə və dəmir qabda 07 ədəd narkotik tərkibli çətənə bitkiləri əkilmişdir. O, həmin bitkiləri bir-bir nəzərdən keçirdikdən sonra, bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, onlara aqrotexniki qaydada qullluq göstərilmişdir, boyları isə 60 sm-dən 01 metrəyədəkdir. Bundan sonra həmin bitkiləri bir-bir kökündən çıxarmış və saylarının 07 ədəd olması bir daha təsdiqini tapmışdır. Çıxardığı 07 ədəd çətənə bitkiləri Şahid1 təqdim etdiyi bir ədəd sellofan torbada təhqiqatçı Ramiq Əzimli tərəfindən qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra Şahid1 onları evin ikinci mərtəbəsində olan digər otağa aparmış və onlara həmin otaqda masanın üzərindəki iki ədəd kağız bükümdəki qurudulmuş bitki kütlələrini göstərmiş və bildirmişdir ki, həmin bitki kütlələri ərinə məxsusdur. Həmin qurudulmuş bitki kütlələri də təhqiqatçı Ramiq Əzimli tərəfindən bir ədəd zərfdə qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs onun əri olmaqla onlar Xaçmaz rayonunun Qaradağlı kəndindəki evlərində yaşamışlar. Son vaxtlar ailə münasibətləri pozulduğundan 2020-ci ildən o, oğlu Elməddinlə birlikdə Bakı şəhərində yaşamağa getmişdir. Həmin vaxtdan sonra, o, ara-sıra gəlib Qaradağlı kəndindəki evlərinə baş çəkmişdir. Sonuncu dəfə 07 iyul 2022-ci il tarixdə Bakı şəhərindən həmin evə gəlib baş çəkərkən və evin digər otaqlarını gəzərkən görmüşdür ki, evin ikinci mərtəbəsində, pilləkəndən sağda olan otaqda, dibçəklərdə, dəmir və plastmas vedrələrdə 07 ədəd çətənə bitksinə bənzər bitki kolu vardır. O, bilmişdir ki, Tacəddin narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir və buna görə də evdə olan həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu bilmişdir. Bundan sonra evin digər otaqlarını da gəzərkən ikinci mərtəbədə, pilləkənlə üzbəüz olan otağa daxil olduqda görmüşdür ki, həmin otaqdakı masanın üzərində bir ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana vardır. Daha sonra evin birinci mərtəbəsində olan, mətbəxdəki soyuducunun üzərindən də bir ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar etmiş və dərhal bu barədə Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə müraciət etmişdir. Polis əməkdaşları gələnə qədər o, birinci mərtəbədə soyuducunun üzərində olan kağız bükümü ikinci mərtəbədəki otağa, digər kağız bükümün yanına qoymuşdur. O, kağız bükümlərdə olan qurudulmuş bitki kütlələrinin konkret olaraq narkotik vasitə olan qurudulmuş marixuana olmasını bilməmiş, sadəcə onları nəşə, yəni narkotik vasitə olmasını ehtimal etmişdir. Onun müraciətindən təxminən bir neçə saat sonra həmin ünvana Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları gəlmişlər. Həmin vaxt əri Tacəddin evdə olmamışdır. Polis əməkdaşları gəldikdən sonra o, DİN-in 102 xidmətinə etdiyi müraciət ilə eyni məzmunlu ərizə yazmışdır. Ərizə yazdıqdan sonra evə videoçəkilişlə baxış keçirilməsinə başlanmışdır. Əri Təqsirləndirilən şəxs məxsus evə daxil olmazdan əvvəl təhqiqatçı ondan baxışın keçirilməsinə və evə daxil olmalarına etirazının olub-olmamasını soruşmuş və o, heç bir etirazımın olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun dəvəti ilə evə daxil olmuş və o, polis əməkdaşlarını evin ikinci mərtəbəsindəki bitkilər olan otağa aparmışdır. Polis əməkdaşları bitkilər olan otağa daxil olduqda, otaqda olan 07 ədəd bitki kolunu aşkar etmişlər. Həmin bitkilər dibçəklərdə, plastmas vedrələr və dəmir qablarda əkilmişdir. Baxışda iştirak edən aqronom bitkiləri nəzərdən keçirib onların narkotik tərkibli çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq göstərildiyini, boylarının 60 sm-dən 1 metrdək olduğunu bildirmişdir. Bundan sonra aqronom tərəfindən həmin bitkilər sayılmış və saylarının 07 ədəd olması müəyyən olunmuşdur. Bitkilər sayıldıqdan sonra aqronom tərəfindən kökündən çıxarılmış və təhqiqatçı tərəfindən bir ədəd sellofan torbada qablaşdırılmışdır. Bundan sonra o, digər otaqda olan, Tacəddinə məxsus qurudulmuş marixuananları göstərmişdir. Polis əməkdaşları, iki ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaları bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırıb möhürləyib götürmüşlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 göstərdi ki, 07 iyul 2022-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin istintaq-əməliyyat qrupunda xidmətdə olarkən saat 22 radələrində Xaçmaz rayonunun Qaradağlı kəndində yaşayan Şahid1 DİNin 102 xidmətinə müraciət edərək yaşadıqları evdə əri Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkib yetişdirdiyini, həmçinin həmin evdə iki ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Həmin müraciət əsasında X6 Bölməsinin təhqiqatçısı Ramiq Əzimli dərhal rayon polis şöbəsinə aqronom dəvət etmiş və aqronom gəldikdən bir müddət sonra təxminən saat 23:40 radələrində onlar, yəni o, X7 Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid3, təhqiqatçı Ramiq Əzimli və aqronom Şahid4 Xaçmaz rayonunun Qaradağlı kəndinə getmişlər. Həmin ünvana çatdıqdan sonra Şahid1 ərizə yazmış, daha sonra onlar videoçəkilişlə sonuncunun yaşadığı evə baxış keçirilməsinə başlamışlar. Evin içərisinə girdikdən sonra, girişdən sağda yerləşən pilləkənlə evin ikinci mərtəbəsinə qalxmışlar və Şahid1 onları evin ikinci mərtəbəsində yerləşən, pilləkəndən sağdakı otağa aparıb həmin otaqda, çarpayının yanında olan 07 ədəd çətənə bitkisinə bənzər bitkiləri onlara göstərmişdir. Həmin bitkilər dibçəklərdə, dəmir qabda və plastmas vedərələrdə əkilmişdir. Baxışda iştirak edən Şahid1 həmin bitkilərin əri Təqsirləndirilən şəxs tərəfindən əkildiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Şahid4 aşkar edilmiş həmin bitkiləri nəzərdən keçirib 07 ədəd bitki kolunun narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin sulandığını bildirmişdir. Bundan sonra həmin bitkilər aqronom tərəfindən bir-bir kökündən çıxarılmış və təhqiqatçı tərəfindən bir ədəd sellofan torbada qablaşdırılmışdır. Bundan sonra Şahid1 onları evin ikinci mərtəbəsində olan pilləkənlə üzbəüz yerləşən otağa aparıb otaqda olan masanın üzərindəki iki ədəd kağız bükümdəki qurudulmuş bitki kütlələrini göstərib bildirmişdir ki, həmin bitki kütlələri narkotik vasitə olan qurudulmuş marixuanadır və onlar əri Təqsirləndirilən şəxs məxsusdur. Həmin bitki kütlələri təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra protokol tərtib olunmuş və protokol baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Baxış prosesi Xaçmaz rayon Polis Şöbəsinin polis nəfəri Şahid3 tərəfindən videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz rayon X7 Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materillarında olan baxış keçirilməsi haqqında 08 iyul 2022-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonunun Qaradağlı kəndindəki evə baxış keçirilərkən evin ikinci mərtəbəsindəki otağın içərisində dibçəklərdə, plastmas vedrələrdə və dəmir qabda əkilmiş vəziyyətdə 07 ədəd çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan DVD formatlı diskə baxış keçirilməsi haqqında 08 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçi X1 iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonunun Qaradağlı kəndindəki evə baxış keçirilməsinin, evin ikinci mərtəbəsindəki otaqda olan dibçəklərdə, plastmas vedrələrdə və dəmir qabda 07 ədəd çətənə (kannabis) bitkilərinin əkilməsinin görüntüləri əksini tapmışdır. Videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan 07 ədəd çətənə bitkilərini özü əkib yetişdirdiyini bildirmişdir. İş materiallarında olan Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin aqronomu Şahid4 tərəfindən tərtib edilmiş 08 iyul 2022-ci il tarixli rəydən görünür ki, Xaçmaz rayonunun Qaradağlı kəndindəki evdən aşkar edilərək götürülmüş cəmi 07 ədəd yaş vəziyyətdə olan birkilər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə oxşar bitkilər olmaqla onların dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bioloji ekspertizalar şöbəsinin 08 iyul 2022-ci il tarixli 7/738 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş yaş vəziyyətdə 7 (yeddi) ədəd, ümumi çəkisi 652,25 qram olan bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd ağ rəngli kağızda təmiz çəkisi 0,39 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Bir ədəd siqaretin içərisində olan kütlə yalnız tütündən ibarətdir, onun tərkibində narkotik tərkibli maddə yoxdur. Qəhvəyi rəngli kağızda olan tütünlə qarışıqda təmiz çəkisi 0,35 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana vardır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi 0,74 qramdır. Tədqiqata sərfdən sonra çətənə bitkilərinin qalıq çəkisi 652,11 qram, marixuananın qalıq çəkisi 0,7 qram təşkil edir. İş materiallarında olan maddi sübutun tanınması haqqında 22 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonunun Qaradağlı kəndində yerləşən evindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq ümumi çəkisi 652,11 qram təşkil edən 07 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri müvafiq qərarla maddi sübut hesab olunmuş, aşkar olunmuş iki ədəd bükümlərdə təmiz çəkiləri 0,39 qram və 0,35 qram olmaqla, ümumi çəkisi 0,74 olmuş, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,7 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana isə maddi sübut kimi tanınmamış və həmin narkotik vasitələr saxlanılması üçün Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD formatlı diskin maddi sübut kimi tanınması haqqında müstəntiqin 08 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonunun Qaradağlı kəndindəki evə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «DVD» formatlı disk daşıyıcı müvafiq qərarla maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 5070 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən və Xaçmaz rayon məhkəməsinin 28 aprel 2015-ci il tarixli, 1(067)-37/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 28 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzanın əvvəli 24 dekabr 2014-cu ildən hesablanmış, 24 iyun 2019-cu il tarixdə isə cəzanın sonu ilə azad olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 21 dekabr 2022ci il tarixli, 1210 saylı məktubundan görünür ki, Xaçmaz rayon məhkəməsinin 28 aprel 2015-ci il tarixli, 1(067)-37/2015 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilmə cəzası 24 iyun 2021-ci il tarixdə başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 28 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 2022-ci ilin mart ayının sonlarında yaşadığı Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisində, Yalama-Gəndob-Bakı avtomobil yolunun sağ tərəfində, daşlıq yoldan 300 metr şərq istiqamətdə yerləşən evin içərisində dibçəklərdə, plastmas vedərələrdə və dəmir qabda qanunsuz olaraq əkdiyi 07 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə becərmiş, bu fakt 08 iyul 2022-ci il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin evə baxış keçirilərkən evin ikinci mərtəbəsində, pilləkəndən sağda yerləşən otaqda dibçəklərdə, plastmas vedərələrdə və dəmir qabda əkdiyi 652,25 qram çəkidə olan ümumilikdə 07 ədəd kök üstə yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülməklə təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsiə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətdiyindən məhkəmə, cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin residivini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 1(067)-33/2023 saylı qərarından və axtarışda olan şəxsin tutulması haqqında 21 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağrışlarına üzürlü səbəb olmadan gəlməməklə məhkəmədən gizləndiyindən məhkəmənin 16 fevral 2023-cü il tarixli, 1(067)-33/2023 nömrəli qərarı ilə onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin müvafiq axtarış qərarı əsasında o, 21 aprel 2023-cü il tarixdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 21 aprel 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, təmiz çəkisi 652,25 qram olmuş, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 652,11 qram təşkil edən 07 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri, maddi sübut kimi tanınmamış iki ədəd bükümlərdə təmiz çəkiləri 0,39 qram və 0,35 qram olmaqla, ümumi çəkisi 0,74 qram olmuş, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,7 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd DVD formatlı disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 72 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli axtarışda olan şəxs qismində tutulduğu gündən, yəni 21 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, təmiz çəkisi 652,25 qram olmuş, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 652,11 qram təşkil edən 07 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri, maddi sübut kimi tanınmamış iki ədəd bükümlərdə təmiz çəkiləri 0,39 qram və 0,35 qram olmaqla, ümumi çəkisi 0,74 qram olmuş, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,7 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-33/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-33/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver