Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-34/2021 18.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə , Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1972-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 02 ədəd bükümlərdə olmaqla daşıyaraq avtomobilində saxlamış, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Xaçmaz rayonu, Çarxı kəndi ərazisində saxlanılaraq Xaçmaz RPŞ-yə gətirildikdən sonra avtomobilinə keçirilən baxış zamanı avtomobilin qabaq oturacaqlarının arasındakı qotluqaltı saxlanc yerindən 02 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,156 qram və 0,690 qram olmaqla, ümumilikdə 0,846 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə arvadı Maral ilə birlikdə arvadının müalicəsi ilə bağlı Yevlax şəhərindən çıxıb idarə etdiyi VAZ-21011 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobillə Xaçmaz şəhərinə gəlmiş, saat 16-17 radələrində Xaçmaz rayonuna çatmış və Çarxı kəndi ərazisində, çayın kənarında orada qalmaq üçün çadır qurmuş, həmin günü saat təxminən 20 radələrində ona Xaçmaz RPŞ-nin əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək üzərində və avtomobilində narkotik vasitələr əldə edib saxlamqda, istifadə etməkdə şübhəli olduğunu bildirib, onlarla birlikdə idarə etdiyi avtomobil ilə rayon PŞ-nə getməklərini tələb etmişlər. Etiraz etməyib polis şöbəsinə gəlmiş, Xaçmaz RPŞ-də ona yenidən narkotik vasitə qəbul etməyi, üzərində və avtomobilində narkotik vasitənin olması barədə məlumat olduğunu demişlər. Bundan sonra ona hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşlarının və dəvət edilmiş Müdafiəçi iştirakları ilə video şəklişlə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üstündə narkotik vasitə aşkar edilməmişdir. Daha sonra avtomobilinə baxış zamanı isə maşınının qabaq oturacaqlarının arasında olan qoltuqaltı saxlanc yerindən ona məxsus qara əl çantasının içindən, xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhərində tanımadığı Bərdəli bir nəfərdən aldığı 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş içində heroin (kakos) narkotik vasitə, 1 ədəd bükümdə olan marixuana, heroini inyeksiya yolu ilə istifadə etdiyi üçün aldığı 2 ədəd şpris və heroini hazırladığı şüşə qabı və dərmanları aşkar edilərək götürülmüş, polis əməkdaşlarına avtomobilində olan narkotik vasitə heroin və marixuananı şəxsi istifadəsi üçün saxladığını etiraf etmişdir.Bundan sona üzərinə şəxsi axtarış aparılması və nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokollar tərtib edilmiş və protokolların düzlüyünü iştirakçılar və özü imzaları ilə təsdiq etmişdirlər.Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləməklə, polis baş leytenantı xüsusi rütbəsindədir. xx.xx.2020-ci il tarixdə Yevlax şəhəri sakini Təqsirləndirilən şəxs Xaçmaz rayon. Çarxı kəndinin ərazisində narkotik vasitələrdən istifadə etməsi və saxlaması barədə Xaçmaz RPŞ-nin NMQ-na məlumat daxil olmuş, bu məlmatı Xaçmaz polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə işlədiyi şöbənin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qurupunun üzvlərinin hər birinə hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmiş, həmin gün saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Çarxı kəndində özünə məxsus **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilini “Vəlvələ” çayının kənarında saxladığını və özünün də avtomobilin içərisində olduğunu müəyyən etmiş və həmin yerdə ona yaxınlaşıb özünü təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda və üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu Xaçmaz RPŞ-nə dəvət etmiş, Telman idarə etdiyi avtomobilə əyləşmişdir. Onlar onun yanına əyləşmiş və Xaçmaz RPŞ-nə gəlmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-21011” markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilini rayon polis şöbəsinin həyətində saxlayıb avtomobildən düşmüş, həmin vaxt Təqsirləndirilən şəxs hüquq vəzifələri təhqiqaçı tərəfindən izah olmuş və hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmiş və bundan sonra videoçəkilişlə, müdafiəçinin, onun və digər polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş və Təqsirləndirilən şəxs üzərindəki əşyaları çıxarıb təqdim etməsi təklif olunmuş, daha sonra isə Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 ədəd alışqanı, 1 ədəd maskanı, sol yan cibindən isə 1 ədəd siqaret qutusunu çıxarıb, idarə etdiyi “Vaz- 21011” markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilin arxa yük yerinin üzərinə qoymuş, daha sonra tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da hər hansı bir cinayət xarakterli əşya aşkar edilməməiş, bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtmobildə hər hansı bir cinayət izələrinin və maddi sübut mənbəyi ola biləcək əşyaların olub-olmamasını yoxlamaq üçün ona məxsus yaşıl rəngli “Vaz-21011” markalı, **-BB-*** dövlət nömrə nişanlı avatomobilə video çəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs bununla bağlı heç bir etirazı olmadığını bildirmiş, avtomobilin salonuna video çəkiliş vasitəsi ilə baxış keçirən zaman qabaq oturacaqların arasında olan qoltuqaltı saxlanc yerinə baxarkən oradan qara rəngli dəriyə bənzər kiçik zəncirbəndli əl çantası aşkar edilmiş, həmin əl çantasına baxanda oradan ağ sellofanın içindən 2 ədəd açar, qırmızı rəngli, üzərində limon duzu sözləri yazılmış və içində ağ kristala bənzər kütlə olan kağız bağlama, 2 ədəd şpirs, 2 ədəd, içində tünd qəhvəyi rəngli kütlələr olan siqretin gümüşü kağızına bükülmüş bükülü, 1 ədəd, içində yaşıl ota bənzər kütlə olan kağız bükülü , 1 ədəd ağız hissəsi sınmış və içində gümüşü rəngli kağız olan kiçik şüşə qabı, içində 4 ədəd həb, digərin içində isə 3 ədəd yumru həblər olan bağlama, 1 ədəd isə nisbətən uzunsov həb aşkar edilmiş, Təqsirləndirilən şəxs 2 ədəd siqaretin gümüşü kağızında olan bükülülərin içində “kakos” adlı narkotik vasitənin olduğunu deyərək, bədənində olan ağrılara görə mütəmadi olaraq, ondan istifadə etdiyini, kağız bükülünün içində isə “nəşə” deyilən narkotik vasitə olduğunu bildirmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinə baxış keçirildikdən sonra aşkar edilən 2 ədəd şpris, 2 ədəd kümüşü kağıza bükülmüş və içərilərində narkotik vasitəyə bənzər tünd qəhvəyi rəngli kütlələr olan bükülülər, 1 ədəd, içərisində yaşıl rəngli narkotik vasitəyə bənzər ot kütləsi olan kağız bükülü, 1 ədəd, ağzı sınıq və içində gümüşü kağız olan kiçik ölçülü şüşə qab, 1 ədəd, içində ağ kristala bənzər kütlə olan və üzərində “Limon duzu” yazılmış qırmızı kağız, 7 ədəd, qablaşdırılmış kiçik ölçülü yumru dərman həbləri və 1 ədəd açıq halda olan nisbətən uzunsov dərman həbi ağ kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüş və bu barədə protokol tərtib edilmiş, hamıya ucadan oxunmuş, iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmiş, Təqsirləndirilən şəxs özü də digər iştirakçılar kimi protokolun doğru yazılmasını və qablaşdırılmış zərflərin tamlığını imzası ilə təsdiq etmişdir. İbtidai istintaqda şahid qismində dindirilən və məhkəmədə ifadəsui elan edilmiş Şahid1, Şahid2 ifadəsi ilə anoloji ifadə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının 6/1672 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş və s. qeydlər olan zərfdəki 2 ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,156 qram və 0,690 qram, ümumi təmiz çəkisi 0,846 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-cu il tarixli məhkəmə-narkoloji ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli, 2757 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi peraparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Xaçmaz rayon Məhkəməsindən alınmış hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Yevlax rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə X2 üzrə nümayəndəlikdən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 02 ədəd bükümlərdə olmaqla daşıyaraq avtomobilində saxlamış, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Xaçmaz rayonu, Çarxı kəndi ərazisində saxlanılaraq Xaçmaz RPŞ-yə gətirildikdən sonra avtomobilinə keçirilən baxış zamanı avtomobilin qabaq oturacaqlarının arasındakı qotluqaltı saxlanc yerindən 02 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,156 qram və 0,690 qram olmaqla ümumilikdə 0,846 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin yaşını, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:30-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,796 qram olan heroin məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 180 manat 46 qəpik Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 03 (üç) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:30-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: İLKİN XƏLİLOV.
Məhkəmə qərarları › İş №1(067)-34/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-34/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver