Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-34/2023 09.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 nümayəndəsi və vəkili Nümayəndə, azyaşlı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 Cahandir oğlu, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 qanuni nümayəndəsi- Qanuni nümayəndə Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxx 1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 29,186.2.1 və 29,186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs öz dayısı Zərərçəkmiş şəxs2 və dayısı oğlanları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 əvvəllər ona və ailə üzvlərinə qarşı pis rəftar etmələri barədə özündə fikir formalaşdırıb bu səbəbdən sonuncular ilə ədavət aparması ilə əlaqədar onlardan qisas almaq qərarına gələrək, 24 iyun 2021-ci il tarixdə, saat 00:30 radələrində sonuncuların yaşadığı Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən külli miqdar təşkil edən 95.000,00 (doxsan beş min) dəyərində, ümumi sahəsi 248.3 kv.m, 6 yaşayış otaqlı, 2 mərtəbəli, yaxşı təmirli fərdi evin qarşısına gələrək əvvəlcədən internet resurslarından hazırlanma metodunu öyrənib, istifadə etmək məqsədilə boş şüşə butulkanın içərisinə tezalışan neft məhsulu tökməklə və içərisinə fitil qoymaqla kustar üsulla “Molotov kokteyli” adlanan yandırıcı xassəyə malik vasitə hazırlayaraq fitilini alışdırdıqdan sonra onu həmin evin daş hasarının bayır tərəfindən qeyd olunan evə atmış, lakin həmin vasitəninin yaşayış evindən kənara, yəni evin həyətyanı sahəsinə düşməsi səbəbindən bilavasitə külli miqdarda əmlakı qəsdən məhv etməyə yönəldilmiş əməlini öz iradəsindən asılı olmayaraq başa çatdıra bilməmiş, daha sonra həmin evin qarşısında dayanan Zərərçəkmiş şəxs6 məxsus “Volksvaqen Jetta” markalı, “**-LN-***” dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə kağız parçasında “atamın qeyrətinə zərrə qədər də ləkə gəlsə, başqasının əli ilə olmuş olsa belə səni maşının içində diri-diri yandıracam, ailəvə də rəhm etməyəcəm” məzmunlu hədənin icra ediləcəyi üçün real əsaslar olan əlyazısını qoymaqla Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmiş, bununla da o, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla, özgənin əmlakını yandırmaqla qəsdən məhv etməyə cəhd etmiş, habelə hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Bundan başqa o, 28 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində dayısı oğlu Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi ev 31 A ünvanında yerləşən binanın qarşısına gələrək sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış ədavət ilə əlaqədar qisas almaq məqsədilə əvvəlcədən internet resurslarından hazırlanma metodunu öyrənib, istifadə etmək məqsədilə boş şüşə butulkanın içərisinə tezalışan neft məhsulu tökməklə və içərisinə fitil qoymaqla kustar üsulla “Molotov kokteyli” adlanan yandırıcı xassəyə malik vasitə hazırlayaraq fitilini yandırmaqla onu Zərərçəkmiş şəxs1 məxsus içərisində Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 olduğu, xeyli miqdar təşkil edən 50.000,00 (əlli min) manat dəyərində, 2010-cu il buraxılışlı, “ToyotaLand-Curiser-Prado” markalı, mühərrik həcmi 4000 sm3 olan, “**-HL-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə atmış, lakin avtomobilin hərəkətdə olduğundan həmin vasitənin avtomobilə dəyməyərək yerə düşməsi səbəbindən bilavasitə xeyli miqdarda əmlakı qəsdən yandırmaqla məhv etməyə yönəldilmiş əməlini öz iradəsindən asılı olmayaraq başa çatdıra bilməmiş, habelə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmiş, bununla da o, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla, özgənin əmlakını yandırmaqla qəsdən məhv etməyə cəhd etmiş, habelə hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Bundan başqa, o, öz dayısı Zərərçəkmiş şəxs2 və dayısı oğlanları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 əvvəllər ona və ailə üzvlərinə qarşı pis rəftar etmələri barədə özündə fikir formalaşdırıb bu səbəbdən sonuncular ilə ədavət aparması ilə əlaqədar onlardan qisas almaq qərarına gələrək, 24 fevral 2022-ci il tarixdə, saat 19 radələrində sonuncuların yaşadığı Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi evin qarşısına gələrək əvvəlcədən internet resurslarından hazırlanma metodunu öyrənib, istifadə etmək məqsədilə boş şüşə butulkanın içərisinə tezalışan neft məhsulu tökməklə və içərisinə fitil qoymaqla kustar üsulla “Molotov kokteyli” adlanan yandırıcı xassəyə malik vasitə hazırlayaraq fitilini alışdırmadan onu həmin evin həyət darvazasının qarşısına qoyub getməklə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Bundan başqa, o, öz dayısı Zərərçəkmiş şəxs2 və dayısı oğlanları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 əvvəllər ona və ailə üzvlərinə qarşı pis rəftar etmələri barədə özündə fikir formalaşdırıb bu səbəbdən sonuncular ilə ədavət aparması ilə əlaqədar onlardan qisas almaq qərarına gələrək, 20 mart 2022-ci il tarixdə, saat 02 radələrində sonuncuların yaşadığı Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən külli miqdar təşkil edən 95.000,00 (doxsan beş min) dəyərində, ümumi sahəsi 248.3 kv.m, 6 yaşayış otaqlı, 2 mərtəbəli, yaxşı təmirli fərdi evin qarşısına gələrək əvvəlcədən internet resurslarından hazırlanma metodunu öyrənib, istifadə etmək məqsədilə boş şüşə butulkanın içərisinə tezalışan neft məhsulu tökməklə və içərisinə fitil qoymaqla kustar üsulla “Molotov kokteyli” adlanan yandırıcı xassəyə malik vasitə hazırlayaraq fitilini alışdırdıqdan sonra onu həmin evin daş hasarının bayır tərəfindən qeyd olunan evə atmış, lakin həmin əşyanın yaşayış evindən kənara, yəni evin həyətyanı sahəsinə düşməsi səbəbindən bilavasitə külli miqdarda əmlakı qəsdən məhv etməyə yönəldilmiş əməlini öz iradəsindən asılı olmayaraq başa çatdıra bilməmiş, habelə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmiş, bununla da o, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla, özgənin əmlakını yandırmaqla qəsdən məhv etməyə cəhd etmiş, habelə hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Bundan başqa, o, öz dayısı Zərərçəkmiş şəxs2 və dayısı oğlanları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 əvvəllər ona və ailə üzvlərinə qarşı pis rəftar etmələri barədə özündə fikir formalaşdırıb bu səbəbdən sonuncular ilə ədavət aparması ilə əlaqədar onlardan qisas almaq qərarına gələrək, 17 may 2022-ci il tarixdə, saat 22 radələrində sonuncuların yaşadığı Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən külli miqdar təşkil edən 95.000,00 (doxsan beş min) dəyərində, ümumi sahəsi 248.3 kv.m, 6 yaşayış otaqlı, 2 mərətəbəli, yaxşı təmirli fərdi evin qarşısına gələrək əvvəlcədən internet resurslarından hazırlanma metodunu öyrənib, istifadə etmək məqsədilə boş şüşə butulkanın içərisinə tezalışan neft məhsulu tökməklə və içərisinə fitil qoymaqla kustar üsulla “Molotov kokteyli” adlanan yandırıcı xassəyə malik vasitə hazırlayaraq fitilini alışdırmadan onu həmin evin daş hasarının bayır tərəfindən qeyd olunan evə atmış, lakin həmin əşya yaşayış evindən kənara, yəni evin həyətyanı sahəsinə düşmüş, bununla da o, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, Xaçmaz şəhərində qeydiyyatda olsa da Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşamış və orada bərbər işləmişdir. Xaçmaz şəhərində bərbər işləyən zaman dayısı oğlu Cahangir onun barəsində Xaçmaz şəhərində mənfi fikir yaratmağa çalışmış, bunun dayısı oğlu Cahangir tərəfindən ona qarşı yönəlmiş xoşagəlməz hərəkətlər olduğunu başa düşmüş, dayısı Abdullanın və dayısının oğlu Cahangirin onun nüfuzuna paxıllıq etdiklərini hərəkətlərindən, başqa tanışlarının yanında onun barəsində mənfi fikirlər söylməsindən başa düşmüşdür. Dayısı Abdulla da onun ailə üzvlərinə və ona qarşı həmişə pis rəftar etmiş, dayısı Abdullanın onların ailə işlərinə müdaxilə etməsi səbədindən atası Oktayla anası Firuzə arasında həmişə ailə münaqişəsi olmuşdur. Belə hərəkətlərin nəticəsində atası yaşadıqları evin həyətində özünü asaraq intihar etmişdir. Belə fikirləşmişdir ki, dayısı Abdulla və dayısı oğlu Cahangir ona psixoloji cəhətdən təsir etməklə onun da intihar edib həyatına son verməsini arzu etmiş, belə təzyiqlərin nəticəsində anasında da onun barəsində mənfi fikirlər yaranmağa başlamış, son nəticədə onun anası ilə münasibətləri pisləşmişdir. Bütün bunlara görə 04 iyun 2021-ci il tarixdə axşam saatlarında o, qərara gəlmişdir ki, gedib Cahangirin yaşadığı Xaçmaz şəhəri, C.Novruz küçəsi ev 27 ünvanındakı evdə onunla söhbət etsin, o, axşam saatlarında Cahangirin yaşadığı ünvana getmiş, dayısı Abdulla da həmin ünvanda yaşamış, o, dayısının yaşadığı evin qarşısında olarkən Cahangir idarə etdiyi avtomobillə gəlib onun yanında dayanmış, o, Cahangirə yaxınlaşıb onunla söhbət etmək istədiyini demişdir. Bu zaman Cahangir ucadan qışqırmaqla ona “rədd ol, əlini çək” demiş və sonra avtomobildən düşmədən avtomobili sürüb oradan uzaqlaşmışdır. Bundan sonra o, yenə Cahangirlə söhbət edib məsələni aydınlaşdırmaq üçün Cahangirin yaşadığı evə getmək qərarına gəlmiş, bu məqsədlə 23 iyun 2021-ci il tarixdə saat 10 radələrində o, Cahangirin evinə getmiş, həmin küçədə olarkən Cahangirin öz avtomobili ilə yaşadığı evin qarşısında bir nəfərlə dayandığını görmüş, o, Cahangirin yanında olan şəxsin aralanıb getməsini gözləmişdir. Həmin vaxt yay ayları olduğundan onun əlində limonad butulkası olmuş, həmin butulkanın içərisində də duşes içkisi olmuş, o, qaranlıqda bir neçə dəqiqə gözlədikdən sonra Cahangir avtomobilin işıqlarını yandırıb, onu görmüşdür. Bundan sonra Cahangir avtomobillə onun üzərinə gəlməyə başlamış, lakin bir neçə metr onun üzərinə gəldikdən sonra avtomobili saxlamış, o, həmin vaxt “duşes” butulkasını əlində saxlamışdır ki, Cahangir və yanında olan şəxs ona hücum edərsə o, özünü müdafiə edə bilsin. Bundan sonra Cahangir anidən avtomobili geri hərəkət etdirməyə başlamış, o, əlində duşes butulkası Cahangirin avtomobilinə tərəf getmiş, Cahangirin yenə də gedib polis şöbəsinə şikayət edəcəyini başa düşüb onun avtomobilinə tərəf qaçmışdır ki, Cahangiri çağırıb söhbət etsin. Lakin Cahangir avtomobili hərəkət etdirib getmiş, o da həmin vaxt oradan çıxıb öz yaşadığı evə gəlmiş, əlində olan duşes butulkasını isə içərisindəki duşesi içdikdən sonra küçədə olan zibil qabına atmışdır. Səhəri gün onu polis şöbəsinə dəvət etmişlər, polis şöbəsinə getdikdə dayısı Abdulla və Cahangirin onun barəsində şikayət edərək onların yaşadıqları evin həyətinə içərisində benzin olan şüşə butulka, yəni “Molotov kokteyli” atdığını bildirmişlər. O, belə bir hadisə törətmədiyini demiş, lakin sonradan polis şöbəsinə anasının da gəldiyini görmüş, o, dayısı Abdullanın və dayısı oğlu Cahangirin anasını şərləyib, ona böhtan atacağından, anasını həbs etdirəcəyindən qorxduğundan törətmədiyi əməli öz boynuna götürmüş və könüllü olaraq izahat yazaraq 24 iyun 2021-ci il tarixdə gecə saatlarında dayısı Abdullanın və dayısı oğlu Cahangirin yaşadığı Xaçmaz şəhəri, C.Novruz küçəsi ev 27 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə kustar üsulla hazırladığı, yəni içərisinə benzin doldurduğu şüşə butulkanın ağız hissəsinə əski fitil bağlayaraq yandırdıqdan sonra atdığını və həmin şüşə butulkanın evin həyətinə düşüb alışdığını bildirmişdir. Dayısı Abdullanın özü və övladları yenə də əsassız olaraq polisə şikayətlər etmiş və o, dayısının belə əməllərindən bezmişdir. Buna görə də o, Bakı şəhəri, Yasamal rayonunda yaşayan dayısı oğlu Babəkin yanına gedib onunla söhbət etmək və ondan əl çəkmələrini, əsassız şikayət etməmələrini bildirmək qərarına gəlmişdir. Bu məqsədlə 28 dekabr 2021-ci il tarixdə o, ünvan 17 qarşısına getmiş, binanın qarşısına çatdıqda dayısı oğlu Babəkin öz “Toyota Prado” markalı, **-HL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə gəlib yaşadığı binanın həyətinə daxil olduğunu, daha sonra isə avtomobili saxlayıb düşərək həmin vaxt orada olan dayısı oğlu Zərərçəkmiş şəxs4, xalası oğlu Zərərçəkmiş şəxs3 və Babəkin dostu Arazla söhbət etdiklərini görmüşdür. O, həmin şəxslərdən bir qədər aralıda dayanıb gözləmişdir ki, onlar söhbətlərini bitirsinlər. Babək də onun orada dayandığını görmüş, o, gözləmişdir ki, Babək söhbətini bitirdikdən sonra ona yaxınlaşıb söhbət etsinlər. Həmin vaxt onun əlində olan şüşə butulkada spirtsiz içki olmuş, həmin içkinin adı “Delster” olmuş, o, Babək və onun yanında olan şəxslərdən aralıda dayanıb həmin içkini içmişdir. Bir neçə dəqiqə Babək və yanında olan şəxslər söhbət etdikdən sonra Elşən, Malik və Araz Babəkin avtomobilinə minmiş, Babək isə yaşadığı mənzilin blokuna girmişdir. Elşən avtomobilin sükanında oturub avtomobili hərəkətə gətirmiş, hərəkətə gətirən zaman avtomobilin uzaq işıqlarını qoşarkən onun üzünə işıq düşmüş, həmin vaxt Babəkin ona hörmətsizlik etməsini, onu saymamasını özünə qarşı təhqir hesab edib əsəbiləşmiş, Babəkin avtomobili onun yanından keçərkən əlində olan boş şüşə butulkanı əsəbindən yerə çırparaq sındırmış, bundan sonra yenə həmin yerdə dayanarkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq nə üçün burada dayandığını soruşmuş, o da həmin şəxsə Babəklə söhbət etmək üçün gəldiyini bildirmişdir. Həmin şəxs onun Babəklə nə danışacağını soruşduqda o, bildirmişdir ki, Babək onun barəsində söyüş söymüşdür. Həmin şəxs Babəkin idarə etdiyi avtomobilə yaxınlaşıb orada Elşən, Malik və Arazla bir neçə dəqiqə söhbət etdikdən sonra Babəkin yaşadığı bloka girmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Babək onun barəsində Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, dayısı oğlu Zərərçəkmiş şəxs1 avtomobilinə və dayısı Zərərçəkmiş şəxs2 məxsus evə “Molotov kokteyli” atmamış, anası Firuzə Babayev onun dayısı Zərərçəkmiş şəxs2 tərəfindən şərlənib, tutdurulacağından qorxduğundan ilkin ifadəsində cinayət məsuliyyətini üzərinə götürmüş, əslində isə ittiham edildiyi əməllərdən heç birini törətməmişdir. İş materiallarında olan “Whatsapp”, “Facebook”, “İnstagram” sosial şəbəkələrindəki yazışmaların çıxarışlarında onun adına olan profillərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs1 ailə üzvlərinin ünvanına nalayiq söyüşlər, təhdidlər, hədələmə məzmunlu şərhlər yazılması barədə onu bildirir ki, həmin şərhləri o, yazmamış, həmin şərhləri Zərərçəkmiş şəxs1 öz ailə üzvlərinə qarşı özü yazmışdır, bunun üçün isə Babək onun sosial şəbəkələrdəki profillərinin şifrələrini ələ keçirməklə etmişdir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. Bibisi oğlu uşaq vaxtlarından onlarla birlikdə böyümüş, onunla aralarında yaxşı münasibətlər olmuş, o və valideynləri Tərlana daim maddi və mənəvi köməklik etmişlər. Lakin son bir neçə ildə Tərlanın onlara qarşı münasibəti dəyişmiş, o və digər yaxın qohumları Tərlan tərəfindən Bakı və Xaçmaz şəhərlərində aqressiv, təhqir, olumlə hədələmə və hətta öldürmək cəhdlərinə məruz qalır və həmin təhqir, təhdid və hədələmə cəhdləri onun tərəfindən davam etdirilir. Tərlan Bakıda yaşayaraq internet vasitəsi ilə sosial şəbəkələrdə 2020-ci ilin aprel ayından etibarən bir necə ay ərzində təhqir və onun ləyaqətinə toxunan sözlərlə postlar paylaşmışdır. Onun yaşadığı, yəni Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 31A ünvanına gecələr gələrək təhqir edici videoların çəkilişini aparıb və binalarının giriş blokunun divarlarında təhqir edici sözlər yazaraq sosial şəbəkələrdə dəfələrlə paylaşmış, internet vasitəsi ilə təhdidlər edərək dəfələrlə onunla qohumları tərəfindən danışmağa və düz yola gətirilməsi cəhdi zamanı, istər telefon zəngi vasitəsi ilə, itərsə də səsli və yazılı “Whatsap” mesajı vasitələri ilə, belə hədədləyici təhdidlər etmişdir. “Mən Babəki öz qanıma bulayacam. Kişidirsə götürsün bir silah gəlsin mənimlə silahla vuruşaq. Onsuz da ya o ölməlidir, ya mən”. Bu hadisələrdən sonra digər cinayət tərkibli əməllərə də əl ataraq onun atası, anası və qardaşının ailəsinin yaşadıqları, ünvan 6 ünvanına gələrək qardaşına bıçaqla hücum etmiş, onu öldürmək istəmiş, lakin bu mümkün olmamışdır. Qardaşı polisə zəng vurduqdan sonra polis əməkdaşlarının qarşısında qardaşının avtomobilnə təpiklə vurub maddi ziyan vurmuşdur. Polisə edilən şikayətlər zamanı atası Zərərçəkmiş şəxs2 də Xaçmaz rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs tərəfindən təhqir və təhdidlərə məruz qalmışdır. Təqsirləndirilən şəxs Oqtay oğlu onun atasına “sənin başına mən oyun açacağam, bax gör mən sənə və oğullarına nələr edəcəyəm. Məni gərək oldürəsiz ki, məndən yaxanızı qurtarasınız” deyərək təhdidlər etmişdir. Dəfələrlə rayon Polis Şöbəsinə müraciət olunsa da Təqsirləndirilən şəxs öz əməllərindən əl çəkməmiş, gecə saatlarında onun atası, anası və qardaşının ailəsi yaşayan, ünvan 7 ünvanına gələrək özü hazırladığı «Molotov kokteyli»-ni evin üstünə ataraq qaçıb getmişdir. «Molotov kokteyli» evin üstünə yox, evin divarına yaxın yerə düşərək alışıb yanmış, evdə valideynləri, qardaşı və ailə üzvləri qorxu, həyəcan və stress keçirmişlər. Nəticədə, gəlinlərinin dili tutulmuş və bir necə ay davam edən müalicələrdən sonra yenə də nitqində qüsurlar qalmışdır. Atası və qardaşı tərəfindən bu hadisə ilə bağlı şikayət və müraciətlər olunmuşdur. Bu hadisərədən sonra da Tərlan əməllərindən əl çəkməmiş və 28 dekabr 2021-ci il tarixdə gecə saat 23:30-00:30 radələrində onun yaşadığı ünvanda, yəni ünvan 8 öncədən hazrladığı iki ədəd «Molotov kokteyli»-ni gətirərək gözləmiş, dayısı oğlu Zərərçəkmiş şəxs4, xalası oğlu Zərərçəkmiş şəxs3 və dostu Araz həmin vaxt onun avtomobilində həyətlərinə daxil olarkən Tərlanın həyətin yaxınlığında olduğunu görmüş, iki qohumu, dostu ilə və sonradan onlara yaxınlaşan qonşu ilə blokun qarşısında söhbət edərkən Tərlanın onlardan aralı qaranlıq yerdə dayanaraq bir əlində «Molotov kokteyli»-nin olduğunu və o biri əlində tez-tez yandırıb söndürdüyü alışqanı müşahidə etmişlər. O evə qalxdıqdan sonra, dostu və qohumları ona məxsus avtomobilə minib gedərkən, Tərlan avtomobilin ardınca «Molotov kokteyli»-ni alışdırıb atmağa cəhd etmiş, lakin, xoşbəxtlikdən «Molotov kokteyli» maşına dəymədən yerə düşüb sınaraq alışmamışdır. Bu hadisənin şahidi olan və Təqsirləndirilən şəxs tanımaya Riyad adında qonşusu Tərlana yaxınlaşıb belə etməsinin səbəbini soruşmuş, Tərlan ona «mən Babəki öldürəcəm və üzərimdə soyuq silah var və öldürmədən Babəkdən əl cəkməyəcəm, Babəkin maşınını da yandıracam, gec-tez yandıracam. O, məni evlənməyə qoymayıb, onun qardaşı məni tutdurub” demişdir. Bu hadisədən bir-iki gün əvvəl isə Tərlan Xacmazda qardaşının avtomobilinin kapotunun altına qardaşını ailəsi ilə bir yerdə yandıracağı barədə hədə məzmunlu məktub qoymuş, öz əli ilə yazdığı məktubun surətini ifadəsinə əlavə etmişdir. Bununla bağlı qardaşı Zərərçəkmiş şəxs6 tərəfindən 102-yə məlumat verilmişdir. 24 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun atası, anası və qardaşının ailəsi yaşayan, Xaçmaz şəhəri, Cabir Novruz küçəsi 27 ünvanına axşam saatlarında gələrək 1 şüşə «Molotov kokteyli»-ni qapının qarşısında qoyub getmişdir. Hadisə ilə bağlı qardaşı Cahangir 102 xidmətinə dərhal məlumat vermiş, bir qədər sonra Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib şüşəni götürmüş və polis şöbəsində qardaşından izahat almışlar. 2022-ci ilin mart ayının 19-dan 20-nə keçən gecə saat 02:00 radələrində Tərlan yenə də onun valideynlərinin yaşadığı evə gələrək 1 şüşə «Molotov kokteyli»-ni yandırıb ataraq ailələrinə qarşı təkrar cinayət törətmişdir. Bu barədə 102 xidmətinə məlumat verilmiş, polis əməkdaşları tərəfindən hadisə yerinə baxıs keçirilmiş və «Molotov kokteyli»-nin şüşəsi götürülmüşdür. Təqsirləndirilən şəxs barəsində şikayətçi olmaqla onun barəsində ədalətli cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. Təqsirləndirilən şəxs son bir neçə ildir ki, ona və ailə üzvlərinə qarşı həyat və sağlamlıqları üçün təhlükəli olan əməllər törətmiş, belə ki, 04 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 6 ünvanında yerləşən evinin qarşısına gəlib oğlu Cahangiri söhbət etmək adı ilə bayıra çağırdıqdan sonra əlindəki bıçaqla ona hücum etmişdir. 23 iyun 2021-ci il tarixdə axşam saatlarında o, ailə üzvləri ilə birlikdə yaşadığı evdə olarkən evin həyətində şüşə sınması səsini eşidib pəncərədən bayıra baxarkən evin həyətində pəncərənin altında nəyinsə alışıb yandığını görmüşlər. Həmin vaxt yanan maddənin xüsusi qoxusundan və qara tüstüsündən başa düşmüşdür ki, alışıb yanan benzindir. Bundan ailə üzvləri dərin sarsıntı və qorxu hissi keçirmiş, o, dərhal bayıra çıxdıqda görmüşdür ki, evin həyət qapısı bağlıdır və birinci mərtəbənin pəncərəsinin qarşısında yanğın vardır, ətrafa da şüşə butulkanın qırıqları dağılmışdır. O, həmin şüşə butulkanın evin hasarının bayır tərəfindən küçədən atıldığını başa düşmüş və dərhal gedib evin həyət qapısını açdıqda görmüşdür ki, bir nəfər əlindəki sellofan torbada şüşə butulkalarla qaçaraq oradan uzaqlaşmaq istəmiş, o, həmin şəxsin zahiri görünüşündən və hərəkətlərindən bacısı oğlu Tərlan olduğunu başa düşmüş, həmin vaxt oğlu Cahangir də dostu Mahirlə birlikdə avtomobillə gəlmiş, Cahangir tez evə qaçıb ailə üzvlərinin səhhəti ilə maraqlanmış və dostu Mahir isə Cahangirin avtomobilinə minib oradan qaçan Tərlanın arxasınca getmişdir. Bir qədər sonra Mahir geri qayıdaraq bildirmişdir ki, Tərlan qonşu küçədədir və əlində sellofan torbanın içərisində bir neçə ədəd dolu şüşə butulkalar vardır. Bundan sonra Cahangir də Mahirin idarə etdiyi avtomobilə minmiş və birlikdə Tərlanın yanına getmişlər ki, Tərlanın oradan uzaqlaşıb-uzaqlaşmadığını müəyyən etsinlər. Az sonra Cahangir və Mahir qayıdıb gəlmiş və bildirmişlər ki, Tərlan əlində olan “Molotov kokteyli”-ni və digər əlində olan alışqanı onlara nümayiş etdirməklə avtomobilə “Molotov kokteyli” atacağı ilə hədələmişdir. Hətta həmin şüşə butulka ilə onların avtomobilinə tərəf qaçaraq “Molotov kokteylini” atmaq istəmişdir. Polisə məlumat verildikdən sonra polis əməkdaşları onların yaşadığı evə gəlib hadisə yerinə baxış keçirmiş, Təqsirləndirilən şəxs tərəfindən yaşadığı evin həyətinə atılan “Molotov kokteyli”-nin butulkasının şüşə qırıqlarını götürmüşlər. Polis əməkdaşları onların evində olan zaman Mahir də gəlmiş və onlara bildirmişdir ki, Tərlan artıq evinə getmişdir. Həmin hadisədən ailə üzvləri və özü də dərindən sarsıntı keçirib qorxmuş, Cahangirin arvadının isə həmin hadisədən sonra qorxudan nitqində qüsur yaranmış və uzun müddət müalicə alımışdır. Tərlanın belə qanunsuz hərəkətləri, onun ailə üzvlərini və onu öldürməklə və sağlamlıqlarına zərər vurmaqla real olaraq hədələməsi, onun əmlakını, yəni yaşadığı evi yandırmaqla qəsdən məhv etməyə cəhd etməsi ona çox pis təsir etmişdir. Övladları həmişə Tərlana kömək etmiş, lakin Tərlan sonradan onun ailə üzvlərinə qarşı ədavət aparmış, düşmənçilik etmişdir. O, bir neçə dəfə Tərlanı başa salmağa çalışsa da heç bir nəticəsi olmamış, əksinə Tərlanın onun ailə üzvlərinə qarşı düşmənçiliyi daha da alovlanmışdır. Törətdiyi cinayət əməlindən sonra Tərlan 28 dekabr 2021-ci il tarixdə Bakı şəhərində oğlu Babəkin yaşadığı binanın qarşısında Babəkin avtomobilinə “Molotov kokteyli” atmış, lakin həmin “Molotov kokteyli” avtomobilə dəyməyərək yerə düşüb sınmış, Tərlan həmin vaxt “Molotov kokteylini”-nin fitilini yandırmağa imkan tapmadığından orada yanğın hadisəsi baş verməmişdir. Bundan sonra yenə də Tərlan öz hərəkətlərini davam etdirib 24 fevral 2022ci il tarixdə benzinlə dolu şüşə butulkanı yaşadıqları evin qarşısına qoymuş, bununla da onun ailəsini real hədə qarşısında qoyub təşviş və qorxu içərisində saxlamışdır. Tərlan 20 mart 2022-ci il tarixdə yenə də onun yaşadığı evə “Molotov kokteyli” atmış, lakin həmin “Molotov kokteyli” evin giriş qapısınının kənarına dəydiyi üçün evin həyətinə düşməmiş, 17 may 2022-ci il tarixdə axşam saat 21 radələrində yenə də onun yaşadığı evin həyətinə “Molotov kokteyli” atmış, lakin həmin vaxt onun atdığı içərisində benzin olan şüşə butulka evin həyətyanı sahəsində ağacın dibinə düşdüyündən sınmamışdır. O, bu barədə polisə məlumat vermiş, polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirərək şüşə butulkanı götürmüşlər. Bundan başqa Tərlan öz xətti ilə kağız vərəqə oğlu Cahangiri və ailə üzvlərini avtomobilin içərisində yandıracağını yazıb həmin kağızı oğlu Cahangirin idarə etdiyi avtomobilin üzərinə qoymuşdur. Bundan başqa Tərlan onun Bakı şəhərində yaşayan oğlu Babəkin yaşadığı binanın qarşısına təhqiredici sözlər yazıb yapışdırmışdır. Tərlan o qədər qanunlara saymazlıqla yanaşmışdır ki, hətta onun müraciəti əsasında Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsində aparılan araşdırma ilə əlaqədar izahat verdikdən sonra bayıra çıxıb yenidən təhqiqatçı ilə telefonda danışmış və təhqiqatçıya bildirmişdir ki, öz əməlindən peşiman deyil, onlarla qanuni və qeyri qanuni hər şeyi edəcəkdir, hər şeyi gözə almışdır. Tərlan əvvəllər təkcə onu və ailə üzvlərini öldürməklə və sağlamlıqlarına ağır zərər vurmaqla hədələyirdisə, sonradan ona məxsus evini yandırmaqla qəsdən məhv etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs barəsində şikayətçi olmaqla onun barəsində ədalətli cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, bir neçə ildir ki, qohumları Babək və Zərərçəkmiş şəxs2 digər qohumları Təqsirləndirilən şəxs tərəfindən o və yaxın qohumları Bakı və Xaçmaz şəhərlərində aqressiv, təhqir ve təhdid edici, ölümlə hədələmə və hətta öldürmək cəhdlərinə məruz qalmış və həmin təhqir, təhdid və hədələmə cəhdləri Tərlan tərəfindən davam etdirilmişdir. Təqsirləndirilən şəxs onun xalası oğlu olmaqla Bakıda yaşayaraq internet vasitəsi ilə sosial şəbəkələrdə 2020-ci ilin aprel ayından etibarən bir neçə ay ərzində onları təhqir etmiş və ləyaqətlərinə toxunan sözlərlə postlar paylaşmışdır. Dayısı oğlu ünvan 9 ünvana gecələr gələrək təhqir edici videolar çəkmiş və binalarının giriş blokunun divarlarında təhqir edici sözlər yazaraq sosial şəbəkələrdə dəfələrlə paylaşmışdır. Tərlan internet vasitəsi ilə təhdidlər etmiş və dəfələrlə Tərlanla qohumları tərəfindən danışılaraq düz yola gətirilməsi cəhdi zamanı, istər telefon zəngi vasitəsi ilə, itərsə də səsli və yazılı “Whatsap” mesajı vasitələri ilə, belə hədədləyici təhdidlər etmişdir. O, bu hadisələrdən sonra digər cinayət tərkibli əməllərə də əl atıb, dayısı Zərərçəkmiş şəxs2 və ailə üzvlərinin yaşadıqları Xaçmaz şəhəri, Cabir Novruz 27 ünvanına gələrək dayısı oğlu Zərərçəkmiş şəxs6 bıçaqla hücum etmiş, onu öldürmək istəmiş, lakin bu mümkün olmamışdır. Cahangir 102-yə zəng vurub məlumat verdikdən sonra polis əməkdaşlarının gözü qarşısında Cahangirin avtomobilinə ayaqla vurub əzərək maddi ziyan vurmuşdur. Bundan başqa Tərlan gecə saatlarında dayısı Abdullanın ailəsi yaşayan, ünvan 6 ünvanına gələrək hazırladığı «Molotov kokteyli»-ni çəpərdən evin üstünə ataraq qaçıb getmişdir. Atdığı «Molotov kokteyli» evin üstünə yox, evin divarına yaxın yerə düşərək alışıb yanmışdır. 28 dekabr 2021-ci il tarixdə gecə saat 23:30-00:30 radələrində o, dayısı oğlu Zərərçəkmiş şəxs1, digər dayısı oğlu Zərərçəkmiş şəxs4 və dostları Zərərçəkmiş şəxs5 Babəkin avtomobilində işdən çıxıb ünvan 11 ünvanına gələrkən görmüşlər ki, Təqsirləndirilən şəxs əlində iki ədəd «Molotov kokteyli» ilə məhlədədir. Babək avtomobildən düşərək evinə keçmiş, onlar isə orada bir qədər dayanıb Babəkin Riad adlı qonşusu ilə blokun qarşısında söhbət etmişlər. Onlar təxminən 20-25 metr aralıda dayanmış Tərlanın qaranlıq yerdə duraraq bir əlində «Molotov kokteyli» olduğunu və o biri əlində isə tez-tez alışqanı yandırıb-söndürdüyünü müşahidə etmişlər. Onlar Tərlana əhəmiyyət verməmiş, Babək evə qalxdıqdan sonra, o, dayısı oğlu Zərərçəkmiş şəxs4 və dostu Zərərçəkmiş şəxs5 Babəkə məxsus avtomobilə minib getmək qərarına gəlmişlər. Həmin vaxt Babəkin avtomobilini o, idarə etmiş, avtomobilin arxa güzgüsündən baxdıqda Tərlanın avtomobilin ardınca «Molotov kokteyli»ni atdığını görmüş, lakin, xoşbəxtlikdən, «Molotov kokteyli» maşına dəymədən yerə düşərək sınmış və alışmamışdır. O, dərhal avtomobili sürüb oradan uzaqlaşmışdır. Onda olan məlumata əsasən bu hadisədən bir-iki gün əvvəl Tərlan Xacmazda dayısı oğlu Cahangirin avtomobilinin kapotunun altına onun ailəsi ilə bir yerdə yandıracağı barədə hədə məzmunlu məktub qoymuşdur. 2022-ci ilin fevral ayında Tərlan dayısı Abdullanın ailəsi yaşayan, ünvan 6 ünvanına axşam saatlarında gələrək 1 şüşə «Molot kokteyli»ni qapının qarşısında qoyub getmişdir. Sonuncu dəfə 2022-ci ilin mart ayının 19-dan 20-nə keçən gecə saat 02:00 radələrində Tərlan yenə də dayısı Abdullanın yaşadığı ünvana gedərək «Molotov kokteyli»-ni yandırıb atmışdır. Təqsirləndirilən şəxs barəsində şikayətçi olmaqla onun barəsində ədalətli cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermiş və Təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs6 göstərdi ki, onun və qardaşı Zərərçəkmiş şəxs1 ailə üzvləri artıq bir neçə ildir ki, bibisi oğlu Təqsirləndirilən şəxs tərəfindən Bakı və Xaçmaz şəhərlərində aqressiv, təhqir və təhdid ediçi, ölümlə hədələmə və hətta öldürmək cəhdlərinə məruz qalır, həmin təhqir, təhdid və hədələmə cəhdləri Tərlan tərəfindən davam etdirilir. Tərlan uşaq yaşlarından onlarla birlikdə böyümüş, münasibətləri yaxşı olmuş, lakin son illər onlara qarşı münasibəti tamamilə pisləşmişdir. Belə ki, Tərlan internet vasitəsi ilə sosial şəbəkələrdə 2020-ci ilin aprel ayından etibarən bir necə ay ərzində təhqir və qardaşı Babəkin ləyaqətinə toxunan sözlərlə postlar paylaşmış, Babəkin yaşadığı ünvana gecələr gələrək təhqir edici videolar çəkmiş, binanın giriş blokunun divarlarında təhqir edici sözlər yazaraq sosial şəbəkələrdə dəfələrlə paylaşmış, internet vasitəsi ilə təhdidlər etmişdir. Qohumları tətəfindən onunla dəfələrlə danışılaraq düzgün yola gəlməsi üçün cəhdlər edilsə də müsbət nəticəsi olmamışdır. Bu hadisələrlə bağlı polis orqanlarına müraciət olunsa da Tərlan özünə bunlardan müsbət nəticə çıxarmamış, daha da aqressivləşərək 04 iyun 2021-ci il tarixdə valideynləri ilə birgə yaşadığı Xaçmaz şəhəri, Cabir Novruz küçəsi 27 ünvanına gələrək ona bıçaqla hücum edərək onu öldürmək istəmiş, lakin özünü müdafiə etməsi nəticəsində bu mümkün olmamışdır. O, bu barədə polisə məlumat verdikdən sonra Tərlan polis şöbəsinə dəvət edilmiş, orada polis əməkdaşlarının gözü qarşısında avtomobilini ayaqla vurub əzməklə maddi ziyan vurmuşdur. 24 iyun 2021-ci il tarixdə saat 00:30 radələrində idarə etdiyi avtomobillə tanışı Şahid2la birlikdə yaşadığı evin qarşısına çatarkən evin qarşısında yerdə nəsə alışıb yandığını, həmin vaxt bir nəfər şəxsin də həmin yanan əşyanın yanından küçənin başına doğru qaçdığını və əlində sellofan torbada bir neçə ədəd butulka olduğunu, dərhal avtomobili saxlayıb düşərək, yaşadığı evə keçdikdə atası Abdullanın evin qarşısında həyəcanlı vəziyyətdə olduğunu görmüşdür. Evin həyətinə keçdikdə görmüşdür ki, pəncərənin qarşısında nəsə yanır və qara rəngli tüstü çıxır, həmin vaxt tüstünün qoxusundan hiss etmişdir ki, orada benzin alışıb yanır. Yanğın baş verən yerin ətrafında da şüşə butulkanın qırıntıları olmuş, o, başa düşmüşdür ki, onu görüb qaçan şəxs onun yaşadığı evə “Molotov kokteyli” atdıqdan sonra qaçıb gedən şəxsdir. Evdə olan anası, arvadı və azyaşlı övladları həmin hadisədən çox qorxmuş, arvadının qorxudan nitqində qüsur yaranmışdır. Evin qarşısına çıxdıqda görmüşdür ki, Mahir onun avtomobil ilə yaşadığı evin qarşısındadır. Həmin vaxt Mahir ona bildirmişdir ki, əlində butulkalar olan şəxs bibisi oğlu Təqsirləndirilən şəxsdir. O, öz avtomobilinə əyləşmiş və onlar birlikdə Tərlanın olduğu yerə getmişdir ki, Tərlanın evə tərəf gəlib-gəlmədiyini müəyyən etsinlər, əgər yenidən evə hücum edib ‘'Molotov kokteyli” atsa Tərlanın qarşısını alsınlar. Qonşu küçəyə dönərkən onlardan təxminən 50 metr aralıda Təqsirləndirilən şəxs dayandığını görmüş, Təqsirləndirilən şəxs həmin vaxt əlində olan şüşə butulkanı və digər əlində olan alışqanı onlara nümayiş etdirib onları qorxutmaq istəmiş, həmin vaxt o, Tərlanın əlində “Molotov kokteyli” olduğunu görmüş, bu zaman Tərlan əlində olan şüşə butulkalardan birini yerə vurub sındırmış və onların olduğu avtomobilin üzərinə gəlməyə başlamış, Tərlanın avtomobilin üzərinə “Molotov kokteyli” atmasından ehtiyat edib o, avtomobili geri hərəkət etdirməyə başlamış, Tərlan da əlində olan butulkaları nümayiş etdirməklə onların olduğu avtomobilə tərəf qaçmağa başlamışdır. Mahir Tərlanın avtomobilə “Moltov kokteyli” atmasından ehtiyat edib avtomobili sürətləndirib geri hərəkət etdirərək həmin küçədən çıxmış, yenidən onun yaşadığı evinin qarşısına getmiş, orada Mahir öz avtomobilinə əyləşmiş və o da öz yaşadığı evə getmişdir. Bu hadisələdən sonra Tərlan yenə də əməllərindən əl çəkməmiş, 2021-ci ilin dekabr ayının sonlarında öz xətti ilə yazdığı kağızı onun idarə etdiyi “Wolgsvagen” markalı avtomobilinin üzərinə qoymuş, həmin kağızda “atamın qeyrətinə zərrə qədər də ləkə gəlsə başqasının əli ilə olmuş olsa belə səni maşının içində diri-diri yandıracam, ailənə də rəhm etməyəcəm, bu dəfə dua elə sənlə mühüm işlərim var, haqq hesab qurtarmayıb” məzmunlu yazılar yazmışdır. 28 dekabr 2021-ci il tarixdə isə gecə saatlarında qardaşı ünvan 11 ünvanına gələrək iki ədəd “Molotov Kokteyli”-ni Babəkin avtomobilinin üzərinə atmış, lakin, şüşə maşına dəymədən yerə düşüb sınsa da alışmamışdır. Bundan başqa Təlan öz əməllərini davam etdirməklə yenə də onun və ailə üzvlərinin həyatı üçün təhlükə yaratmaqla yanaşı onların əmlakını da yandırıb məhv etməyə cəhd etmişdir. Belə ki, o, 24 fevral 2022-ci il tarixdə saat 19:00 radələrində onların yaşadığı ünvan 14 ünvanda yerləşən evin küçə qapısının qarşısına içərisində tezalışan duru yanacaq olan şüşə butulkanı qoyaraq onu, ailə üzvlərini öldürmək və sağlamlıqlarına ağır zərər vurmaq, əmlaklarını yandırıb məhv etməyə cəhd etmişdir. Onunla aparılan söhbətlərin heç bir müsbət nətcəsi olmamış, əksinə 20 mart 2022-ci il tarixdə saat 02:00 radələrində ailəsi ilə birlikdə yaşadığı Xaçmaz şəhəri, C.Novruz küçəsi 27 ünvanına gələrək qisas almaq məqsədi ilə "Molotov kokteyli” partlayıcı butulkanı yandırıb atmış, bundan başqa, o, təkrarən 17 may 2022-ci il tarixdə təxminən saat 22:00 radələrində eyni xarakterli əməli törətmişdir. Təqsirləndirilən şəxs barəsində şikayətçi olmaqla onun barəsində ədalətli cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 nümayəndəsi, vəkil Nümayəndə təmsil etdiyi zərərçəkmiş şəxslərin mövqeyindən çıxış etməklə və ibtidai istintaqda verdikləri ifadələrinə uyğun ifadə verməklə göstərmişdir ki, Təqsirləndirilən şəxs etdiyi cinayət xarakterli əməllərə görə dəfələrlə hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmasına, ona həmin orqanlar tərəfindən xəbərdarlıq olunmasına və müəyyən hərəkətləri üzrə inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq bütün bunlardan özünə müsbət nəticə çıxarmamış, islah olunmamış və zərərçəkmiş şəxslərə qarşı cinayət əməllərini davam etdirmişdir. Odur ki, göstərilənlər və onun tərəfindən gələcəkdə zərərçəkmiş şəxslərin ailəsinə qarşı törədiləcək başqa faciələrin və yeni cinayət əməllərinin qarşısının alınması məqsədilə zərərçəkmiş şəxsləri təmsil edən şəxs olaraq Təqsirləndirilən şəxs barəsində yuxarı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində könüllü ifadə verən Şahid1 göstərdi ki, iş üzrə Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu Təqsirləndirilən şəxs bir neçə ildir ki, qardaşı Zərərçəkmiş şəxs2, qardaşının uşaqları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6 və ailə üzvlərinə, habelə digər qohumlarına qarşı münasibəti pisləşmiş, qərəzli və aqressiv mövqedə olmaqla onun tərəfindən son bir neçə ildə Babək və digər yaxın qohumları Bakı və Xaçmaz şəhərlərində aqressiv, təhqir və təhdid edici, ölümlə hədələmə və hətta öldürmək cəhdlərinə məruz qalmışlar. Dəfələrlə oğlu Tərlanla söhbətlər apararaq onu tənbeh etməsinə və bu hərəkətlərindən əl çəkməsini bildirməsinə baxmayaraq heç bir müsbət nəticəsi olmamış, əksinə oğlunun öz doğma anasına qarşı da münasibəti pisləşmiş və öz hərəkətlərini davam etdirmişdir. Bu hərəkətləri ilə oğlu bir neçə ailəni stress vəziyyətində saxlamaqla onu öz doğma qardaşı və digər yaxın qohumları ilə münasibətlərdə də çətin vəziyyətə salmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs5 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır və aralarnda dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs isə uşaq yaşlarından Babəkə görə tanımışdır. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 qarşı edilən bir çox qanuna zidd hərəkətlər barədə məlumatlıdır. Hətta Tərlan tərəfindən Babəkə qarşı edilən qanunsuz hərəkətin bilavisilə şahidi olmuşdur. Onda olan məlumatlara, Babəkin özünün və onun yaxın qohumlarının deməsinə görə Tərlan Bakıda yaşayaraq internet vasitəsi ilə sosial şəbəkələrdə 2020-ci ilin aprel ayıdan etibarən bir necə ay ərzində Babəki təhqir edərək sosial paylaşımlar paylaşmışdır. X20 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsinə gecələr gələrək təhqir edici videoların çəkilişini aparib və binalarının giriş blokunun divarlarında təhqir edici sözlər yazaraq sosial şəbəkələrdə dəfələrlə paylaşmışdır. Tərlan internet vasitəsi ilə Babəkə qarşı təhdidlər etmiş və dəfələrlə hədə dolu mesajlar göndərmişdir. Bir müddət sonra Tərlan, Babəkin atası Zərərçəkmiş şəxs2 və ailə üzvlərinin yaşadıqları Xaçmaz şəhərindəki ünvana gedərək Zərərçəkmiş şəxs6 bıcaqla hücum edib onu öldürmək istəmiş, lakin bu mümkün olmamış, daha sonra isə Cahangirin avtomobilnə ayaqla təpik vurub əzməklə ona maddi ziyan vurmuşdur. Bundan bir müddət sonra Tərlan gecə saatlarında Babəkin valideynlərinin Xaçmaz şəhərindəki evə yenidən gedərək özü hazırladığı "Molotov kokteyli”-ni çəpərdən evin üstünə ataraq qacıb getmişdir. Bu hadisələrdən sonra, yəni 28 dekabr 2021 tarixdə saat təxminən 23-30 radələrində həmişəki kimi axşam saatlarında Babək, onun əmisi oğlu Malik və bibisi oğlu Elşənlə birgə Bakı şəhərində kafedə çay içdikdən sonra Babəkə məxsus «Prado» markalı. **-HL-*** dövlət qeydiayyat nişanlı avtomobillə Babəkin yaşadığı məhləyə gəlib evə düşürüb getmək istəyərkən yaxınlıqda Təqsirləndirilən şəxs dayandığını görmüşdür. Onlar avtomobildən düşüb həyətdə söhbət edərkən onlara Babəkin qonşusu Riad da yaxınlaşmışdır. Həmin zaman Riyad onlara işarə ilə Tərlanı göstərərək bildirmişdir ki, «burda bayaqdan bir nəfər kənarda dayanıb özünü şübhəli aparır». Onlar buna əhəmiyyət veməmiş və bir neçə dəqiqə sonra Babək avtomaşından düşüb evə qalxmış və onlar da avtomaşında Babəkin evə çatdıqdan sonra zəng vurub məlumat verməsini gözləmişlər. Bir qədər sonra Babək Elşənə zəng vuraraq evə çatması barədə məlumat vermiş, bundan sonra onlar oradan tərpənmişlər. Həmin vaxt Babəkin avtomobilini bibisi oğlu Zərərçəkmiş şəxs3 idarə etmiş, bir neçə metr hərəkət etdikdən sonra o, yerə çırpılaraq sınan şüşə səsini eşitmişdir. Elşən avtomobilin arxa güzgüsündən geriyə baxmış və onlara Tərlanın avtobobilin ardınca "Molotov kokteyli”-ni atdığını bildirmişdir. Tərlanın atdığı şüşə maşına dəymədən yerə düşərək sınmış və alışmamışdır. Onda olan məlumata görə sonuncu dəfə 2022-ci ilin mart ayının 19-dan 20nə keçən gecə saat 02:00 radələrində Təqsirləndirilən şəxs yenə də Babəkin atası Zərərçəkmiş şəxs2 ailəsi ilə birgə yaşadığı ünvana gedərək 1 şüşə "Molotov kokteyli”-ni yandirib ataraq ailələrinə qarşı növbəti hadisəni törətmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs7 göstərmişdir ki, Xaçmaz şəhəri, C.Novruz küçəsi ev 27 ünvanında yerləşən evdə ailə üzvləri- əri Zərərçəkmiş şəxs6, qayınatası Zərərçəkmiş şəxs2, 10 yaşlı oğlu Zərərçəkmiş şəxs8, 7 yaşlı oğlu Zərərçəkmiş şəxs9, 3 yaşlı oğlu Abulməcid Kərimli ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun əri Zərərçəkmiş şəxs6 bibisi Firuzənin oğludur. Artıq bir neçə ildir ki, Təqsirləndirilən şəxs tərəfindən Bakı və Xaçmaz şəhərlərində onun və qaynı Zərərçəkmiş şəxs1 ailə üzvləri aqressiv, təhqir və təhdid ediçi, ölümlə hədələmə və hətta öldürmək cəhdlərinə məruz qalır və həmin təhqir, təhdid ve hədələmə cəhdləri Tərlan tərəfindən davam etdirilir. 23 iyun 2022-ci il tarixdə axşam saatlarında öz azyaşlı övladları Arif, Abdulkərim və Abdulməcidlə birlikdə yaşadıqları evdə olarkən gecə radələtində qəflətən evin həyətinə nəsə düşüb sındığını və həmin yerdə yanğın olduğunu görmüş, hadisədən o, çox qorxmuş və azyaşlı övladlarını evin digər otağına aparmış, həmin vaxt 3 yaşlı oğlu Abdulməcid də onun yanında olmuşdur. Qayınatası Abdulla dərhal bayıra çıxmışdır ki, evin həyətində nə baş verdiyini görsün. Təxminən bir neçə dəqiqədən sonra isə əri Cahangir evə gəlmiş və səhhətləri ilə maraqlandıqdan sonra yenə evdən çıxıb getmiş, o, çox qorxduğundan çətinliklə danışmışdır. Cahangir bir neçə dəqiqədən sonra yenə qayıdıb evə gəlmiş və ona bildirmişdir ki, qohumu Tərlan yaşadıqları evin həyətinə “Molotov kokteyli’' atmışdır. Bundan sonra yaşadığı evə polis əməkdaşları gəlib baxış keçirmiş və çıxıb getmişlər. O, sonradan bayıra çıxıb evin həyətinə baxdıqda görmüşdür ki, həmin yanğın yaşadığı evin qonaq otağının pəncərəsinin qarşısında baş vermişdir. Səhəri gün əri Cahangir səhər saatlarında işə getmək üçün evdən çıxmış, lakin bir neçə dəqiqədən sonra yenidən evə qayıtmış və ona bildirmişdir ki, idarə etdiyi “Wolgsvagen Jetta” markalı avtomobilin ön hissəsində bir qəbz kağızı tapmış və həmin kağızda göy rəngli qələmlə “atamın qeyrətinə zərrə qədər də ləkə gəlsə başqasının əli ilə olmuş olsa belə səni maşının içində diri diri yandıracam, ailənə də rəhm etməyəcəm, bu dəfə dua elə, sənlə mühüm işlərim var, haqq hesab qurtarmayıb” məzmunlu hədə qorxu mövzulu yazı olmuşdur. Cahangir ona bildirmişdir ki, həmin yazını qohumu Tərlan avtomobilə qoymuşdur. Həmin vaxt başa düşmüdür ki, Tərlan yenə də onun ailə üzvlərini və onu real olaraq öldüməklə və sağlamlığımıza ağır zərər vurmaqla hədələyir. İbtidai istintaq zamanı qanuni nümayəndələrinin iştirakı ilə dindirilmiş, ifadələri məhkəmə istintaqında elan olunaraq araşdırılmış azyaşlı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 anaları Zərərçəkmiş şəxs7 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs6 ilə birlikdə Xaçmaz şəhəri, M.Babayev adlı 1 saylı tam orta məktəbdə bir sinifdə oxumuşlar. Son bir neçə ildir ki, Cahangirin bibisi oğlu Təqsirləndirilən şəxs Cahangiri, onun ailə üzvlərini narahat edir, onlarla ədavət aparır və onlara qarşı düşmənçilik edir. Bunları həmişə söhbət əsnasında Cahangir ona demişdir. Cahangirin ailə üzvlərini yaxından tanıdığı üçün bilirdi ki, Cahangirin qardaşı Babək mütəmadi olaraq Təqsirləndirilən şəxs kömək olmuşdur. Lakin Təqsirləndirilən şəxs əsassız olaraq öz qanunsuz əməllərinə davam etmişdir. 23 iyun 2021-ci il tarixdə axşam saatlarında o, Cahangirdən xahiş etmişdir ki, onun idarə etdiyi avtomobillə Xaçmaz rayonu, Qadaşoba kəndinə gedib-qayıtsınlar. Cahangir razılşadıqdan sonra birlikdə Qadaşoba kəndinə getmiş, bir saatdan sonra qayıtmışlar. Xaçmaz şəhəri, C.Novruz küçəsi 27 ünvanında yerləşən Cahangirin yaşadığı evin qarşısına çatarkən saat 00:30 radələrində Cahangirin bibisi oğlu Təqsirləndirilən şəxs evin qarşısında dayandığını görmüşdür. Cahangir avtomobilin uzaq işlıqlarını yandırdıqda Tərlanın əlində olan şüşə butulkanın baş hissəsini alışdıraraq butulkanı yanan vəziyyətdə Cahangirin yaşadığı evin daş hasarının bayır tərəfindən evə atdığını görmüşlər. Həmin vaxt evin daş hasarının bayır tərəfində də yerdə nəsə alışıb yanırdı. Tərlan butulkanı atdıqdan sonra küçənin başına doğru qaçmağa başlamış, həmin vaxt Tərlanın əlindəki sellofan torbada bir neçə ədəd şüşə butulka da olduğunu görmüşdür. Həmin vaxt dərhal Cahangir avtomobili saxlayıb avtomobildən düşərək yaşadığı evə qaçmışdır. Cahangirin atası Abdulla evin qarşısına çıxmış və onun hərəkətlərindən həyəcanlı olduğunu başa düşmüşdür. Bu zaman o, Cahangirin yaşadığı evin həyətinə baxdıqda pəncərənin qarşısında nəsə yandığını və qara rəngli tüstü çıxdığını görmüş, tüstünün qoxusundan benzinin alışıb yandığını hiss etmişdir. Yanğın baş verən yerin ətrafında da şüşə butulkanın qırıntıları olmuşdur. Həmin vaxt başa düşmüşdür ki, yanan butulkanı məhz Tərlan həyətə atmışdır. Bu hadisədən sonra Cahangirlə birlikdə Təqsirləndirilən şəxs yenidən geri qayıdıb-qayıtmadığını müəyyən etmək üçün və Cahangirin ailə üzvlərinə hər hansı bir ziyan gəlməsinin qarşısını almaq məqsədilə arxa tərəfdə olan paralel küçəyə avtomobillə getmişlər və qonşu küçəyə dönərkən təxminən 50 metr aralıda Təqsirləndirilən şəxs dayandığını görmüşlər. Təqsirləndirilən şəxs həmin vaxt əlində olan şüşə butulkanı və digər əlində olan alışqanı onlara nümayiş etdirib qorxutmaq istəmiş, bir neçə saniyə avtomobili hərəkət etdirmədən saxlamişlar. Bu zaman Tərlan əlində olan şüşə butulkalardan birini yerə vurub sındırmış və onların olduqları avtomobilin üzərinə gəlməyə başlamışdır. Tərlanın avtomobilin üzərinə “Molotov kokteyli” atmasından ehtiyat edib o, avtomobili geri hərəkət etdirməyə başlamışdır. Tərlan da əlində olan butulkaları nümayiş etdirməklə onların olduqları avtomobilə tərəf qaçmağa başlamış, onlar avtomobili biraz da sürətləndirib geri hərəkət edərək həmin küçədən çıxmış və yenidən Cahangirin evinin qarşısına gəlmişlər. Bundan sonra Cahangir zəng edib polisə məlumat vermişdir. Daha sonra o, oradan avtomobili ilə uzaqlaşmış və Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi istiqamətində piyada getdiyini, daha sonra onun arxasınca avtomobili idarə edərkən sonuncunun öz yaşadığı, Xaçmaz şəhəri, 28 may küçəsində yerləşən evinə getdiyini görmüşdür. Sonrakı günlərdə Cahangirlə görüşərkən o, bibisi oğlu Tərlanın öz hərəkərlərinə davam edib onun ailə üzvlərini öldürməklə və əmlaklarını məhv etməklə hədələdiyini, onun avtmobilinin üzərinə hədə məzmunlu yazılar olan kağız qoyduğunu bildirmişdir. Bundan əlavə 24 fevral 2022-ci il tarixdə axşam saatılarında o, yenə Cahangirlə birlikdə olarkən Xaçmaz şəhərində olan kafelərdən birində Cahangirin atası Abdulla Cahangirə zəng edib bildirmişdir ki, Tərlan onların yaşadığı evin qarşısına içərisində tezalışan duru yanacaq olan şüşə butulka qoymuşdur. Bundan sonra o, Cahangirlə birlikdə onun yaşadığı evin qarşısın getdikdə həyət qapısının qarşısında yerdə bir ədəd butulka olduğunu və həmin şüşə butulkanın içərisində qırmızı rəngli duru yanacaq-benzin olduğunu görmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid3 göstərmişdir ki, sonradan adının Tərlan olduğunu bildiyi şəxs 28 dekabr 2021-ci il tarixdə gecə saat 23:30-00:30 radələrində qonşusu Babəkin yaşadığı ünvanda, yəni, ünvan 17 qarşısına gələrək əlində önəcədən hazırladığı “Molotov kokteyli”ni gətirərək gözləmiş, həmin vaxt o, Babək və Babəkin qohumları blokun qarşısında söhbət edərkən Tərlanın 20-25 metr onlardan aralıda qaranlıq yerdə duraraq bir əlində “Molotov kokteyli”-nin olduğunu ehtimal edərək və o biri əlində tez-tez yandırıb söndürdüyü alışqanı müşahidə etmişlər. Onlar Tərlana əhəmiyyət verməmiş, Babək evə qalxdıqdan sonra, Babəkin qohumları Babəkə məxsus avtomobilə minib getmək qərarına gəlmişlər. Həmin vaxt Babəkin avtomobilini qohumu Zərərçəkmiş şəxs3 idarə etmiş, bu zaman o, Təqsirləndirilən şəxs Babəkin avtomobilinin ardınca “Molotov kokteyli“ atdığını görmüş, lakin Tərlanın atdığı “Molotov kokteyli” avtomobilə dəymədən yerə düşərək sınmış və alışmamışdır. O, Tərlana yaxınlaşıb niyə belə etdiyini soruşduqda Tərlan cavab verib demişdir ki, Babəki öldürəcəyini, üzərində soyuq silah olduğunu, Babəki öldürmədən əl çəkməyəcəyini avtomobilini də gec-tez yandıracağını, Babəkin onu evlənməyə qoymadığını, məni tutdurduğunu və bu kimi ifadələr işlətmişdir. O, Tərlana bu mövzu ilə bağlı heç kimin onu narahat etməməsini xahiş etmişdir. İş materillarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 12 fevral 2022-ci il tarixli Bakı şəhər, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi ev 31A ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının yan tərəfidir, hadisənin üzərindən çox müddət keçdiyi üçün müşahidə kameralarının yaddaşı pozulmuş, hər hansı sübut əhəmiyyətinə malik olan əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan Diskə baxış keçirilməsi haqqında 06 iyun 2022-ci il tarixli Bakı şəhər, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsnin baş müstəntiqi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nail Bayramlı ilə Təqsirləndirilən şəxs arasında 19 fevral 2022-ci il tarixli 11:28-də telefon danışığı baş tutmuş və həmin telefon danışığı zamanı Təqsirləndirilən şəxs “salam məleyküm qardaş, qardaş mən oturdum fikirləşdim hər şeyi nətər deyim gözümün önünə almışam, ora istiyirsən yaz, istiyirsən yazma, mən bunlara qarşı tutulası olsam da, onlara qanuni, ya da qeyri-qanuni hər şeyi edəcəm. Allah canını sağ eləsin” məzmunlu danışıq müəyyən edilmişdir. İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nail Bayramlı ilə Təqsirləndirilən şəxs arasında 19 fevral 2022-ci il tarixdə saat 11:30-da telefon danışığı baş tutmuş və həmin telefon danışığı zamanı Təqsirləndirilən şəxs “Sən bunları tanımırsan, mən tanıyıram. Bunların niyyəti tamam başqadır. Bunlar məni tutdurmaqla niyyəti başqadır, mənim heysiyyatımı alçatmaq istəyirlər. Mən məcburam hər şeyi gözə alım, hər bir məsuliyyəti daşımağa hazıram. Hara verirlər versinlər, ömrümü bu yolda sərf eləsəm də axıra qədər gedəcəm. Belə davam eləsə mən də, axıra qədər gedəcəm. Allah razı olsun, yaxşı qarşıladın. Bunları istiyirsənsə onların özlərinə də denən, lazımdırsa rəsmiləşdir”, məzmunlu danışığı olması müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş 06 iyun 2022-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd disk götürülmüş və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi və cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd diskə baxış keçirilməsi haqqında 06 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında telefon danışığı baş tutmuş və həmin telefon danışığı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ünvanladığı səsli ismarıcda “liberal, bax sənə bu birinci və axırıncı dəfəki xəbərdalığımdır. Bunu atana da çatdırarsan. Əgər istəmirsizsə sizi istəyir Xaçmazda, istəyir Bakıda ata bala ikinizə aiddir sözüm, başqasına yox. Mənim anamın düşüncələri ilə oynamaqdan əl çəksin və yaxud da sən. Bir də sizin fikirinizlə mənimlə danışsa, mən özüm biləcəm neynirəm. Əgər istəmirsizsə Xaçmazda sizi Bakıda öz adınızla çağırsınlar. Onda atdığınız addımlara, danışdığınız sözlərə fikir verin. Məni başa düşün ki, şükür Allaha bu vaxta qədər nə demişəmsə onu da etmişəm. Bunu qanım bahasına edərəm, aydındır ? Özünüzü yığışdırın. Sizə xəbərdarlıq edirəm aydındır ? Əgər başınız aşağı gəzmək istəmirsizsə Xaçmazın içində, atdığınız addımlara fikir verin. Siz xəyalla hərəkət edirsiniz, inşallah görəcəksiniz ki, planla hərəkət etmək necə olur” məzmunlu səsli ismarıc göndərilmişdir. Bundan əlavə həmin diskdə qeydə alınmış video görüntüdə Təqsirləndirilən şəxs gecə saatlarında Xaçmaz şəhərində qaranlıq küçədə əlində şüşə butulkaya bənzər əşyanı tutaraq hərəkət etdiyi müşahidə olunmuşdur. Baxış keçirilən diskdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 “Facebook” sosial şəbəkəsində olan profil hesabına müxtəlif məzmunlu təhqiredici sözlərlə dolu “SMS”-lərin yazıldığı görünür. Bundan əlavə diskdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı binanın giriş hissəsində divara yapışdırdığı kağız parçasında “Bu binada Zərərçəkmiş şəxs1 adda biqeyrət yaşayır, o, yadınızdadırsa cavanlığında bacısı barədə gözü ilə görən olub” sözləri yazılmışdır. Bundan əlavə diskdə təqisrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən yazıldığı ehtimal olunan aşağıdakı məzmunda sözlər yazılmışdır. “Atamın qeyrətinə zərrə qədər də ləkə gəlsə başqasının əli ilə olmuş olsa belə səni bu maşının içərisində diri-diri yandıracam. Ailənə də rəhm etməyəcəm. Bu dəfə dua elə sənlə də mühüm işlərim var”. Baxış keçirlən diskdə “Molotov kokteyli”-nin fotolarının olması aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş baxış keçirilməsi haqqında 06 iyun 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Xaçmaz şəhəri, C.Novruz küçəsi ev 27 ünvanında yerləşən fərdi yaşayış evidir. Həmin fərdi yaşayış evinin yaxınlığında H.Əliyev prospekti və M.Babayev küçələri yerləşmişdir. Bundan əlavə yaxınlıqda Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin hərbi zavodu yerləşmişdir. Baxış keçirilən fərdi yaşayış evinin girişində yaşıl rəngli dəmir materialdan hazırlanmış darvaza quraşdırılmışdır. Həyətə daxil olduqda sağ tərəfində iki mərtəbəli fərdi yaşayış evi və sanitar qovşağı yerləşmişdir. Qarşı tərəfdə və ətrafda bir neçə ağacın olması müəyyən edilmişdir. Baxış keçirilərkən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 17 may 2022-ci il tarixdə saat 21:45 radələrində Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətinə bir ədəd “Molotov kokteyli” ataraq qaçmışdır. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş şahid Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanması haqqında 06 iyun 2022-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs2 Xaçmaz şəhəri, C.Novruz küçəsi 27 ünvanına gələrək yaşıl rəngli darvazanın qarşısında dayanaraq göstərdiyi yaşayış evinin ona məxsus olduğunu və 17 may 2022-ci il tarixdə saat 21:45 radələrində Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanan ünvanda “Molotov kokteyli”-ni fərdi yaşayış evinə atdığını bildirmişdir. İş materiallarında olan Xaçmaz rayon X10çısı, polis leytenantı X8 tərəfindən tərtib edilmiş 18 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer ünvan 19 ünvanda yerləşən fərdi yaşayış evinin həyətidir. Fərdi yaşayış evinin təxminən 02 metr hündürlükdə mişar daşından hörülmüş, ağ rəngli hasarı vardır. Evin həyət qapısı və həyət qapısının yanındakı iki taylı dəmir darvazası yaşıl rənglidir. Həyətə daxil olduqda girişdən sağ tərəfdə talvar və iki mərtəbəli fərdi yaşayış evinin olması görünür. Həyətin döşəməsinə kvadrat formalı daşlar döşənmişdir. İki mərtəbəli yaşayış evi mişar daşından hörülmüşdür. Bununla yanaşı yaşayış evinin həyətində həyətyanı torpaq sahəsi olması və həmin torpaq sahəsində meyvə ağaclarının əkilməsi görünür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 həyətin daş hasarının kənarında olan ağacın dibini göstərib bildirmişdir ki, 17 may 2022-ci il tarixdə saat 22 radələrində bacısı oğlu X11 onun yaşadığı evin yaxınlığına gələrək evin həyətinə içərisində benzin olan butulkanı atmışdır. Baxış zaman Zərərçəkmiş şəxs2 onun yaşadığı evin həyətinə Təqsirləndirilən şəxs tərəfindən atılan şüşə butulkanı təqdim etmişdir. Həmin butulkaya baxış keçirilərkən müəyyən edilmişfir ki, həmin butulka göy rəngli şüşə butulkadır, üzərinə “Beypazarı”, “Çilek aromalı” sözləri yazılmış qırmızı-ağ rəngli kağız yapışdırılmışdır. Butulkanın içərisindən spesifik, kəskin qoxulu, tezalışan duru neft məshulundan hazırlanmış yanacaq qoxusuna bənzər qoxu gəlməsi aşkar edilmiş, həmin şüşə butulka təhqiqatçı Kamran Hüseynov tərəfindən qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2022-ci il tarixli, 6/3253 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN- in zərflər üçün N58 dairəvi möhür əksi, “Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş 01 ədəd şüşə butulka tərəfimdən qablaşdırılaraq götürüldü” yazıları, imzalar olan bir ədəd zərfdə olan 01 ədəd 200 ml-lik içərisi boş, neft məhsulu qoxulu şüşə butulka içərisində tezalışan neft məshullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır. Neft məhsulu iz şəkilində olduğundan və buxarlanmaya məruz qaldıqda tərkibində əsaslı dəyişikliklər baş verdiyi üçün həmin neft məhsulunun növünü müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan komleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17 avqust 2022-ci il tarixli 97 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən az ifadəli üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Lakin həmin psixi pozuntu Təqsirləndirilən şəxs təqsirləndirilədiyi cinayət əməlini törətdiyi dövrdə az ifadəli olduğundan onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs halhazırda əziyyət çəkdiyi üzvi mənşəli şəxsiyyət pozuntusu zəif dərəcədə ifadə olunur. Buna görə Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi üzvi mənşəli şəxsiyyət pozuntusu zəif dərəcədə ifadə olunduğundan həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs aşkarlanan üzvi mənşəli şəxsiyyət pozuntusu hal-hazırda az ifadəli olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, inadkarlıq, şübhəlilik, eqosentrzim, kinlilik və s kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. Onun yaş xüsusiyyətləri və intellektual inkşafı nəzərə alınmaqla, o, ona qarşı edilən və özünü etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı psixiemosional halında hirslilik yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 9/62xx-xx/5770 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2010-cu il buraxılışlı “Toyota Land-Curiser-Prado” markalı, mühərrik həcmi 4000 sm3 olan, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 50.000,00 (əlli min) manat müəyyən olunur. Təqdim edilən materiallar əsasında tədqiq olunan 06 dekabr 2012-ci il tarixli, **********68-10301 reyestr nömrəli texniki pasporta əsasən ünvan 6 ünvanında yerləşən hüquq subyekti Zərərçəkmiş şəxs2 olan ümumi sahəsi 248.3 kv.m, 6 yaşayış otaqlı, 2 mərətəbəli, yaxşı təmirli fərdi yaşayış evinin 2022-ci ilə olan orta bazar qiyməti təxminən 95.000,00 (doxsan beş min) manat müəyyən edilir. Daşınmaz əmlakın qiymətləndirilməsi ilə əlaqədar 2021-ci ildə Mərkəzdə tədqiqat aparılmadığı səbəbindən qeyd edilən fərdi yaşayış evinin 2021-ci ilə olan orta bazar qiymətinin müəyyən edilməsi ilə əlaqədar tədqiqat aparılmalıdır. İş materiallarında olan Xaçmaz rayon X10 Bölməsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən tərtib edilmiş baxış keçirilməsi haqqında 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 19 ünvanda yerləşən fərdi yaşayış evinin həyətidir. Fərdi yaşayış evinin təxminən 02 metr hündürlükdə mişar daşından hörülmüş, ağ rəngli hasarı vardır. Evin həyət qapısı və həyət qapısının yanındakı iki taylı dəmir darvazası yaşıl rənglidir. Həyətə daxil olduqda girişdən sağ tərəfdə talvar və iki mərtəbəli fərdi yaşayış evinin olması görünür. Həyətin döşəməsinə kvadrat formalı daşlar döşənmişdir. İki mərtəbəli yaşayış evi mişar daşından hörülmüşdür. Həmin evinin birinci mərtəbəsində olan pəncərənin alt hissəsində döşəmənin üzərində və evin divarında qara rəngli, alışıb yandıqdan sonra sönmüş alovun izlərinə bənzər izlərin olması, həmin qara rəngli alov izlərinə yaxınlaşdıqda spesifik, kəskin qoxulu, tezalışan duru neft məshulundan hazırlanmış yanacaq qoxusuna bənzər qoxu gəməsi aşkar edilmişdir. Bununla yanaşı evin birinci mərtəbəsinin altında və evin divarında tünd yaşıl rəngli şüşə butulka qırıqlarının olması, həmin şüşə qırıqlarının da üzərindən spesifik, kəskin qoxulu, tezalışan duru neft məshulundan hazırlanmış yanacaq qoxusuna bənzər qoxu gəməsi aşkar edimişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs6 həmin sınmış şüşə butulkanı onun yaşadığı evən həyətinə bibisi oğlu Təqsirləndirilən şəxs atdığını, həmin evdə ailə üzvləri və iki azyaşlı övladları ilə yaşadığını, Təqsirləndirilən şəxs yandırıb yaşadığı evin həyətinə atdığı şüşə butulkanın yaşadığı evin həyətinə düşdükdən sonra sındığını və həmin butulkanın içərisində olan duru yanacağın da alışıb yandığını bildirmişdir. Hadisə yerinə baxış keçirilərkən sınmış şüşə butulkanın qırıntıları götürülmüşdür. İş materiallarında olan əşyaya baxış keçirilməsi haqqında 04 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, təqdim olunmuş 01 ədəd qəbz kağızının ölçüsü 17x7,7 sm ölçüdə, kənarları hamar, ağ rəngli, qəbz kağızıdır. Qəbz kağızının üzərində göy rəngli diyircəkli qələmlə “atamın qeyrətinə zərrə qədər də ləkə gəlsə başqasının əli ilə olmuş olsa belə səni maşının içində diri-diri yandıracam, ailənə də rəhm etməyəcəm, bu dəfə dua elə. Sənlə mühüm işlərim var, haqqhesab qurtamayıb'’ sözləri yazılmışdır. Zərərçəkmiş şəxs6 həmin sözlərin qəbz kağızına bibisi oğlu Təqsirləndirilən şəxs tərəfindən yazıldıqdan sonra onun idarə etdiyi avtomobilə qoyulduğunu bildirmişdir. -Təqdim olunmuş 01 ədəd 27x20,5 sm ölçülü, kənarları hamar olmayan, mil-mil dəftər vərəqidir. Üzərində göy rəngli diyircəkli qələmlə "bu binada Zərərçəkmiş şəxs1 adda biqeyrət yaşayır. O yadınızdadırsa cavanlığında da bacısı barədə gözülə görən olub, əslində familyası peysərlidir”. Zərərçəkmiş şəxs6 həmin sözlərin dəftər vərəqinə bibisi oğlu Təqsirləndirilən şəxs tərəfindən yazıldıqdan sonra qardaşı Zərərçəkmiş şəxs1 yaşadığı binanın divarına yapışdırıldığını bildirmişdir. Zərərçəkmiş şəxs6 təqdim etdiyi 01 ədəd qəbz kağızı və 01 ədəd dəftər vərəqi qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xəttşünaslıq ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 4/1332 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 17x7,7 sm ölçülü kağız parçasının üz tərəifındə “Atamın qeyrətinə zərrə qədərdə ləkə...” sözləri ilə başlayıb arxa tərəfində “...Haqqesab qurtarmayıb” sözləri ilə bitən yazılar- X12 tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, 27x20,5 sm ölçüdə qıraqları qeyri-hamar olan miləmil dəftər vərəqəsi üzərində “Bu binada...” sözləri ilə başlayıb “...əlində familyası peysərlidir” sözləri ilə bitən yazılar tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddələrinə əsasən bildiririk ki, həmin yazıları Təqsirləndirilən şəxs tərəfindən icra olunub olunmaması haqqında rəy vermək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 4/1331-4/1336 nömrəli ekspert rəyindən görünür ki, ekspertlər tərəfindən ayrılıqda və kollegial dinləmələr nəticəsində tədqiqatı tələb olunan danışıqların yazılı mətnləri əldə olunmuş və mətnlə aşağıda verilmişdir: K1- Mən, mən inşallah yerimi bilirəm. İnşallah məni şükür Allaha Xaçmazda da tanıyıllar, Bakıda da tanıyıllar. Mənim şükür Allaha kifayət qədər əlim luboy yerə çatır ki, inşallah oları anasınnan əmdiyləri sütdəri burunnarınnan ... K1- ... Ba sənə bu, birinci və axırıncı dəfə ki, xəbərdarlığımdı. Bunu atava da çatdırarasan. Əgər istəmirsizsə ki, əgər sizi idər Xaçmaz isdər, ikivizi, ata bala ya. İkivizə aiddir əsasən bu, ikivizə. Başqasına yox. Mənim anamın düşücələrinnən oynamağdan əl çəksin. Və yaxud da sən. Bir də sizin fikirivizlə mənə danışsa anam, mən özüm biləcəm neynirəm. Əgər isdəmirsinizsə ki, ya isdəyir Xaçmazda, isdəyir Bakıda, sizi əsl adımznan çağırsınlar, küçənin ortasında kimsiz onnan çağırsınlar, onda atdığınız addımlara, danışdığınız sözdərə fikir verin. Məni elə başa düşməye nəisə başa düşmürəm. Özün çox gözəl bilirsən ki, əgər, şükür Allaha bu vaxta kimi niəsə demişəmsə də eləmişəm. Bunu qanım bahasına eliyərəm. Aydındı ? Özüvüzü yığşdırın. Sizə xəbərdarlıq eliyirəm. Aydındı? Yəni əgər, başıvız aşağı gəzməy istmərisizsə Xaçmaz içində atdığınız addıma fikir verin. Siz xəyal qurub hərəkət eliyirsiz ancaq, inşallah görəcəysiz ki, plan qurub hərəkət eləməy nətəri olur. K1- yo, yo. Bu söhbət özümüzlüy deyil. Kişiliyi olsaydı, kişiynən onu özümüz həll eliyərdiy. Mən burda kişi görmürəm. Bu söhbətdə üzbə üz adam kişi olsun gərəy. Biqeyrət olmasın gərəy. Mən inşallah bunu varovıskoya gətirib çıxardım, özüdə baxar. K1- Oları bir bir elə, ikisini də bir bir. Maliki də Babəki də, ikisini də bir bir, o elədiyləri inşallah qeyrətsizliyləri, boyununa qoyub, belə Xaçmazda da Bakıda da inşallah tanıtdıracam olar kimdilərsə. K1- Hə fsyo. Olarıda harda gördüm inşallah üzdərinə qarşı, belə adlarıynan yox, diyəcəm qeyrətsiz bura gəl, qeyrətsiz sənə sözüm var. Ba belə. K1- Ə Ağa, ged işinnən məşğul ol. Başa düşdün ?. Sənin nə düşüncədə olduğunu yaxşı bilirəm. Sənə dedim ki, qarışma bu söhbətə K1- Gedin mazqimi xarab eləmiyin də yaxşı? Sizin nəslinizdə qeyrət yoxdur, mən kimnən danışım ? K1- Nəsliviz liçni biqeyrətlər nəslidiş Nəsə sözü varsa, luboy oğlan, luboy söhbətə hazıram. Mənim mazqimi xarab eləmiyin. K1- Ay ... inciyirsən, inci. Mənim üçün problem yoxdur. Onsuzda mənə belə, şükür Allaha belə yaşayıram özüm üçün. İsdiyirsən inci, isdiyirsən incimə. Mən bu barədə eşitməy isdəmirəm. Fsyo, konkret. Araza da dimişəm. Belə də gəlsələr, elə bil ki, olara necə, olara nətər diyim, olara nəsə dimişəm, sözüm elə sözdü. İnşallah görəciy nə olacağ. K1- Kişiliyi qeyrətdi adama eliyəllər. Fso bağlı söhbəti. K1- Yəni səni mən keçən dəfə də didim, indi də deyirəm ki, məni öldürməydən başqa çarələri qalan deyilie. Məni polis inşallah, polis zad, bular mənim üçün tüləydi, havadı. Hamıvız bilirsiz ki, mən “KKB”-yə girmişəm, “KKB’*-də də sözümü diyib çıxmışam. Hamıvız bunu yaxşı bilirsiz. Bu polis mənim üçün oyun oyuncağ, uşağ söhbətidi. Aydındı ? Babək özüdə yaxşı bilir ki, mən qorxan deyiləm. Babək sizi rüsvay eləməynən məşğuldu, boş yerə prosda. O sizin nəsil rüsvay olacağ ara yerdə. Şükür Allaha hər kəsin adıda üsdündədi. K1- Salam əleykim. Da günah mənnən getdi. Mən dimişdim ki, mənə birdə polis adında bir adam zəng eləməsin. İndi, da bunnan sonra olacağlara mən otviçat deyiləm. Büşü düşdün ? Bunnnan sonra olacağlara mən otviçat deyiləm. Kişiliyləri var, diyansınlar bunnan sonra hər şeyin qabağında. Duxları çatırsa. K1- Onuda diyim ki, bunnan sonra, bu da yadında qalsın. Sizin nəsilə biqeyrət damğasını vuran Babəkdir. Mən deyiləm ha. Yəni bunun indi qəbul eliyirsizsə, onun söydüyü söyüşdə sənin anan da gedib, bacıvızda, bacılarınız da gedib, nəslivizdə... Mən prosda bir dənə mən görürəm ki, mənəm qəbul eləmiyən bu söhbəti. Mən də ki, ölümüm bahsına da qəbul eləmiyəcəm. Yənibu söhbətdə sizin ölüvüzdə gedib, dirivizdə gedib. Bunun qəbul eliyirsizdə, çevirin familyavızı eliyin biqeyrətlər nəsli. Mən də bilim. Yoxsa inşallah bunu bütün Xaçmaz, Bakı, nə bilime da adam qalmayacaq ki, bilməsin. Nə yaaa... Nətər diyime, inşallah bu vaxt kimi görmədiyiniz günləri görəcəksiz. K1- Ə noldu? Kişiliyləri çatmadı, gedib polisnən də həll eliyə...? Diyirəm, o biqeyrət nəslindəkilərə deyərsən, birdə inşallah mənə polisdən zəng gəlsə, onlarar başqa yerlərdən zəng gələcəy. Yaxşı? Birinci dəfə olsun. Birdə mən dirəm ha, onlar, mənə polisdən zəng gəlsə, onlara yenə deyirəm başqa yerlərdən zəng gələcəy. Bütün nəsliviz qaça-qaça düşəcəy inşallah. Özüvüz bilirsiz ki, məndə yalan yoxdur. Mən sözümü didim. K1- Yo, sən bunları tanımırsan, mən tanıyıram da. Bunlar niyyəti tam başqadır. Bunlar məni tutdurmağnan, bu hərəkətlərnən niyətləri tamam başqadır. Məndə ki, məcburəm uje hər şeyi gözümə alım. Yəni, həqiqətən hər şeyi, hər bir məsuliyyəti daşımağa hazıram. İstiyir hara verirlər versinlər, yəni lap ömrümü bu yola da sərf eləsəm bu gedişatnan inşallah hara qədər harda qınlar qırılar. Yəni mənim üçün ... Oturub hər şeyi fikirləşdim dərinnən bunların niyyəti tamam başqadı. Mənim heysiyyətimi alçaltmaq, bu belə davam eliyəcəksə mə də yəni ki, harda qırılar qırılar diyib gedəcəm bunun dibinə kimi. Allah camvı sağ eləsin hörmətnən qəbul elədin, Allah köməyin olsun. Yəni onların özlərinə də deyərsən istəyirsən belə rəsmiləşdirədə bilərik bu ifadəmi. K1 - Salam məleykim qardaş. Qardaş mən oturdum fikirləşdim hər şeyi da, hər şeyi da uje nətəri deyim gözümün önünə almışam, ora istəyirsən yazginən, istəyirsən yazmada. Mən yenə bunlara qarşı əgər mən tutulası olsam da, özüdə tutulmağı ömürlük deyirlər, tutulası olsam əgər yəni bunlara qanuni, qeyri-qanuni hər şeyi eliyəcəmdə. Yəni, Allah camvı sağ eləsin hör...
1. Ekspertizaya təqdim olunmuş 2 ədəd optik diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir.
2. Ekspertizaya təqdim olunmuş 2 ədəd optik diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Kİ” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur.
3. Ekpsertizaya təqdim olunmuş 2 ədəd optik diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıq hissələrində montaj əlamətləri müəyyən olunmadı. Mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu tədqiqata təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 6/4979 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçüm N58 dairəvi möhür əksi, “Zərərçəkmiş şəxs6 yaşadığı evin həyətindən götürülmüş sınmış şüşə butulka qırıntıları..” yazıları, imza olan yapışqanlı şəffaf lentlə sarınmış bir ədəd bağlamada neft məhsulu qoxulu, sınmış şüşə butulka qırıntılarının üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır. Neft məhsulu iz şəkilində olduğundan və buxarlanmaya məruz qaldıqda tərkibində əsaslı dəyişikliklər baş verdiyi üçün həmin neft məhsulunun növünü müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan müstəntiqin sübutların qiymətləndirilməsi haqqında 04 oktyabr 2022-ci il tarixli qərarının nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 29,186.2.1 və 29,186.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi həll edilmiş, ibtidai istintaq zamanı 24 iyun 2022-ci il tarixdə Xaçmaz rayon X10 bölməsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən hadisə yerindən götürülmüş, üzərində tezalışan neft məshulu izləri olan şüşə butulka qırıqları, 18 may 2022-ci il tarixdə hadisə yerindən götürülmüş, içərisində tez alışan neft məhsulu izləri olan şüşə butulka, Zərərçəkmiş şəxs6 təqdim etdiyi iki ədəd kağız vərəqləri, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd disk, Təqsirləndirilən şəxs eksperimental səs yazılarının köçürüldüyü 01 ədəd disk, təhqiqat materiallarına əlavə edilmiş 01 ədəd disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və şüşə butulkanın qırıntıları və 01 ədəd şüşə butulka Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə verilmiş, 02 ədəd kağız vərəqləri, 03 ədəd disk isə cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək bildirmişdir ki, o, dayısı oğlu Zərərçəkmiş şəxs1 avtomobilinə və dayısı Zərərçəkmiş şəxs2 məxsus evə “Molotov kokteyli” atmamış, anası Şahid1 dayısı Zərərçəkmiş şəxs2 tərəfindən şərlənib, tutdurulacağından qorxduğundan ilkin ifadəsində cinayət məsuliyyətini üzərinə götürmüşdür, əslində isə ittiham edildiyi əməllərdən heç birini törətməmişdir. İş materiallarında olan “Whatsapp”, “Facebook”, “İnstagram” sosial şəbəkələrindəki yazışmaların çıxarışlarında onun adına olan profillərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs1 ailə üzvlərinin ünvanında nalayiq söyüşlər, təhdidlər, hədələmə məzmunlu şərhlər yazılması barədə onu bildirir ki, həmin şərhləri o, yazmamış, həmin şərhləri Zərərçəkmiş şəxs1 öz ailə üzvlərinə qarşı özü yazmişdır, bunun üçün isə Babək onun sosial şəbəkələrdəki profillərinin şifrələrini ələ keçirməklə etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini və ona elan edilmiş ittihamlarda nəzərdə tutulan cinayət əməllərinin törədilməsində iştiraklarını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Təqsirləndirilən şəxsin göstərdiyi hallar və bu kimi ifadəsində irəli sürdüyü dəlillər aparılmış məhkəmə araşdırması zamanı hər hansı mötəbər sübutlarla öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, hüquqi tövsüf məsələsini müzakirə edərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 29,186.2.1 və 29,186.2.2-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzaslnı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməllərini təkrar törətməsi, cinayət əməllərini sair alçaq niyyətlə törətməsi, cinayəti azyaşlı və qoca olan şəxsə qarşı törətməsi, habelə cinayətin digər ümumi təhlükəli üsullardan istifadə etməklə törətməsi onun cəzasını ağırlaşdırn hallar kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də zərərçəkmiş şəxslərin şikayətçi olmalarını və zərərçəkmiş şəxslərlə razılıq əldə etməməsini nəzərə alaraq, barəsində təqsirli bilindiyləri maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilədiyi Azərbaycan Respublikasının 134, 29,186.2.1 və 29,186.2.2-ci maddələri ilə azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 03 iyun 2022-ci il tarixli protokoldan, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 04 iyun 2022-ci il tarixli, 4(004)-475/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, 04 iyun 2022-ci il tarixdə barəsində həbsetmənin əvvəli 03 iyun 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmaqla, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 03 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübutlar- 3 ədəd disk, 02 ədəd kağız cinayət işində saxlanılmalı, maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan 01 ədəd şüşə butulka və şüşə butulkanın qırıntıları məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan ümumilikdə 620 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 29,186.2.1 və 29,186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29,186.2.1 və 29,186.2.2-ci maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 03 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar- 3 ədəd disk, 02 ədəd kağız cinayət işində saxlanılsın. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan 01 ədəd şüşə butulka və şüşə butulkanın qırıntıları məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan ümumilikdə 620 (altı yüz iyirmi) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən Xıdır Quliyev.