Məhkəmə qərarları › İş №1(067)-34/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-34/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-34/2024 14.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1976-cı ildə Xaçmaz şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, deməsinə görə ailəli, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Təbriz Burhan küçəsi ev 2C-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə, xx xxxx 2001-ci ildə Ağstafa rayonunun Xətai kəndində anadan olmuş, natamam orta təhsilli, işləməyən, subay, Azərbaycan Respublikası vətəndaşı, Ağstafa rayonunun Xətai kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 alkoqol sərxoşluğu vəziyyətində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində Şahid1 yaşadığı Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 80 nömrəli evin 4 nömrəli mənzilinin yerləşdiyi bloka gəlib qabaqcadan razılaşdıqları kimi pusquda dayanıb kənar şəxslərin yaxınlaşmamasına nəzarət edərək Təqsirləndirilən şəxs1 yaşayış sahəsi hesab edilən Şahid1 yaşadığı həmin mənzilə qapını açmaqla qanunsuz daxil olaraq dəhlizdəki şkafın üstündən Şahid1 qızı Zərərçəkmiş şəxs2 məxsus «Hyundai Sonata» markalı, **-XJ-*** qeydiyyat nişanlı avtomobilin 50 manat dəyərində uzaqdan idarəetmə quruğusunu (pultu), otaqda olan masanın üstündən isə Zərərçəkmiş şəxs1 məxsus olmaqla içərisində 10 manat dəyərində pul kisəsi, 30 manat pul, Zərərçəkmiş şəxs1 AA******* nömrəli şəxsiyyət vəsiqəsi, «Covid-19» pasportu olan 80 manat dəyərində əl çantasını götürüb aparmasına şərait yaratmaqla ümumilikdə 170 manat məbləğində oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamış, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 alkoqol sərxoşluğu vəziyyətində təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 dekabr 2021-ci il tarixdə, saat 18:15 radələrində Təqsirləndirilən şəxs1 Şahid1 yaşadığı Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 80 nömrəli evin 4 nömrəli mənzilinin dəhlizindəki şkafın üstündən oğurladığı avtomobilin uzaqdan idarəetmə quruğusu (pultu) ilə həmin evin qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus «Hyundai Sonata» markalı, **-XJ-*** qeydiyyat nişanlı avtomobilin ön sol qapısını açmaqla salonda ön sol oturacağın qarşısında olan ayaqaltının altından 340 manat pulu, Zərərçəkmiş şəxs2 digər mühüm şəxsi sənədi olan BD600672 nömrəli sürücülük vəsiqəsini, AD 788584 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini götürüb aparmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar, özgənin əmlakını gizli olaraq talamış, habelə vətəndaşın digər mühüm şəxsi sənədini talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 alkoqol sərxoşluğu vəziyyətində təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 dekabr 2021-ci il tarixdə, saat 18:30 radələrində X3 yaşadığı Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74A nömrəli evin 9 nömrəli mənzilinin yerləşdiyi bloka gəlib qabaqcadan razılaşdıqları kimi pusquda dayanıb kənar şəxslərin yaxınlaşmamasına nəzarət edərək Təqsirləndirilən şəxs1 yaşayış sahəsi hesab edilən Azər Əhmədovun yaşadığı həmin mənzilə qapını açmaqla qanunsuz daxil olaraq dəhlizdə olan asılqanda asılmış sonuncunun oğlu Zərərçəkmiş şəxs5 məxsus olmaqla cibində 50 manat pul və Zərərçəkmiş şəxs5 AA******* nömrəli şəxsiyyət vəsiqəsi olan 200 manat dəyərində 01 ədəd kişi gödəkçəsini, 45 manat dəyərində 01 cüt idman ayaqqabısını, Zərərçəkmiş şəxs4 məxsus olmaqla içərisində 300 manat pul, 20 manat dəyərində eynək, Zərərçəkmiş şəxs4 AA******* nömrəli şəxsiyyət vəsiqəsi, «Covid-19» pasportu olan 27 manat dəyərində 01 ədəd qadın əl çantasını, Zərərçəkmiş şəxs4 tərəfindən alınmış 110 manat dəyərində 01 ədəd qadın gödəkçəsini götürüb aparmasına şərait yaratmaqla ümumilikdə 752 manat məbləğində oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamış, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 alkoqol sərxoşluğu vəziyyətində təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 dekabr 2021-ci il tarixdə, saat N radələrində Zərərçəkmiş şəxs6 yaşadığı Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 72 nömrəli evin 17 nömrəli mənzilinin yerləşdiyi bloka gəlib qabaqcadan razılaşdıqları kimi pusquda dayanıb kənar şəxslərin yaxınlaşmamasına nəzarət edərək Təqsirləndirilən şəxs1 yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs6 yaşadığı həmin mənzilə qapını açmaqla qanunsuz daxil olaraq dəhlizdən 900 manat dəyərində 01 ədəd «Acer» markalı noutbuku götürüb aparmasına şərait yaratmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 alkoqol sərxoşluğu vəziyyətində təkrar, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 dekabr 2021-ci il tarixdə, saat 19:30 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 76A nömrəli evin 8 nömrəli mənzilinin yerləşdiyi bloka gəlmiş və sonuncunun yaşadığı 8 nömrəli mənzilə qapını açmaqla qanunsuz daxil olaraq yataq otağından 800 manat dəyərində 01 ədəd «Jolona special» markalı gitaranı götürüb aparmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 alkoqol sərxoşluğu vəziyyətində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində Şahid1 yaşadığı Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 80 nömrəli evin 4 nömrəli mənzilinin yerləşdiyi bloka gəlib qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 blokda pusquda dayanıb kənar şəxslərin yaxınlaşmamasına nəzarət edərək onun oğurluq etməsinə şərait yaratmasından istifadə etməklə yaşayış sahəsi hesab edilən Şahid1 yaşadığı həmin mənzilə qapını açmaqla qanunsuz daxil olaraq dəhlizdəki şkafın üstündən Şahid1 qızı Zərərçəkmiş şəxs2 məxsus «Hyundai Sonata» markalı, **-XJ-*** qeydiyyat nişanlı avtomobilin 50 manat dəyərində uzaqdan idarəetmə quruğusunu (pultu), otaqda olan masanın üstündən isə Zərərçəkmiş şəxs1 məxsus olmaqla içərisində 10 manat dəyərində pul kisəsi, 30 manat pul, Zərərçəkmiş şəxs1 AA******* nömrəli şəxsiyyət vəsiqəsi, «Covid-19» pasportu olan 80 manat dəyərində əl çantasını götürüb aparmaqla ümumilikdə 170 manat məbləğində oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamış, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 alkoqol sərxoşluğu vəziyyətində təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 dekabr 2021-ci il tarixdə, saat 18:15 radələrində onun Şahid1 yaşadığı Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 80 nömrəli evin 4 nömrəli mənzilinin dəhlizindəki şkafın üstündən oğurladığı avtomobilin uzaqdan idarəetmə quruğusu (pultu) ilə Təqsirləndirilən şəxs2 həmin evin qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus «Hyundai Sonata» markalı, **-XJ-*** qeydiyyat nişanlı avtomobilin ön sol qapısını açmaqla salonda ön sol oturacağın qarşısında olan ayaqaltının altından 340 manat pulu, Zərərçəkmiş şəxs2 digər mühüm şəxsi sənədi olan BD600672 nömrəli sürücülük vəsiqəsini, AD 788584 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini götürüb aparmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar özgənin əmlakını gizli olaraq talamış, habelə vətəndaşın digər mühüm şəxsi sənədini talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 alkoqol sərxoşluğu vəziyyətində təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 dekabr 2021-ci il tarixdə, saat 18:30 radələrində X3 yaşadığı Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74A nömrəli evin 9 nömrəli mənzilinin yerləşdiyi bloka gəlib qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 blokda pusquda dayanıb kənar şəxslərin yaxınlaşmamasına nəzarət edərək onun oğurluq etməsinə şərait yaratmasından istifadə etməklə yaşayış sahəsi hesab edilən Azər Əhmədovun yaşadığı həmin mənzilə qapını açmaqla qanunsuz daxil olaraq dəhlizdə olan asılqanda asılmış sonuncunun oğlu Zərərçəkmiş şəxs5 məxsus olmaqla cibində 50 manat pul və Zərərçəkmiş şəxs5 AA******* nömrəli şəxsiyyət vəsiqəsi olan 200 manat dəyərində 01 ədəd kişi gödəkçəsini, 45 manat dəyərində 01 cüt idman ayaqqabısını, Zərərçəkmiş şəxs4 məxsus olmaqla içərisində 300 manat pul, 20 manat dəyərində eynək, Zərərçəkmiş şəxs4 AA******* nömrəli şəxsiyyət vəsiqəsi, «Covid- 19» pasportu olan 27 manat dəyərində 01 ədəd qadın əl çantasını, Zərərçəkmiş şəxs4 tərəfindən alınmış 110 manat dəyərində 01 ədəd qadın gödəkçəsini götürüb aparmaqla ümumilikdə 752 manat məbləğində oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamış, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 alkoqol sərxoşluğu vəziyyətində təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 dekabr 2021-ci il tarixdə, saat N radələrində Zərərçəkmiş şəxs6 yaşadığı Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 72 nömrəli evin 17 nömrəli mənzilinin yerləşdiyi bloka gəlib qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 blokda pusquda dayanıb kənar şəxslərin yaxınlaşmamasına nəzarət edərək onun oğurluq etməsinə şərait yaratmasından istifadə etməklə yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs6 yaşadığı həmin mənzilə qapını açmaqla qanunsuz daxil olaraq dəhlizdən 900 manat dəyərində 01 ədəd «Acer» markalı noutbuku götürüb aparmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 alkoqol sərxoşluğu vəziyyətində təkrar, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 dekabr 2021-ci il tarixdə, saat 19:30 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 76A nömrəli evin 8 nömrəli mənzilinin yerləşdiyi bloka gəlmiş və sonuncunun yaşadığı 8 nömrəli mənzilə qapını açmaqla qanunsuz daxil olaraq yataq otağından 800 manat dəyərində 01 ədəd «Jolona special» markalı gitaranı götürüb aparmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhərindən Xaçmaz rayonuna gəlmişlər, bir gün qaldıqdan sonra, yəni gəldikləri günün səhəri ittihamda qeyd olunan cinayət əməllərini törətmişlər. O, cinayət əməllərini törətdiyi vaxt Aypara ilə spirtli içki qəbul etdiklərindən sərxoş olmuş, cinayət əməlini də sərxoş olduğundan etmiş, ayıq vəziyyətdə olsaydı, o, bu əməlləri törətməzdi. Həmçinin bildirdi ki, o, törətdiyi cinayət əməllərini ittihamda qeyd olunduğu kimi törətmişdir, ittihamda cinayətləri törətməsi barədə göstərilən xüsusatlar düzgündür və hər hansı etirazı yoxdur. O, qeyd olunan cinayət əməllərini 04 dekabr 2021-ci il tarixdə törətmişdir. O, Təqsirləndirilən şəxs1 adını İlhamə kimi bilmiş, Aypara olduğunu bilməmişdir. O və Aypara Zərərçəkmiş şəxs2gilin mənzilindən oğurluq edən zaman pulu avtomobildən o götürmüşdür. Həmçinin mənzillərdən götürdükləri şəxsiyyət vəsiqəsi və digər sənədləri sonradan küçədə yerə ataraq getmişlər. O, hazırda konkret olaraq hansı zərərçəkmiş şəxslərdən hansı əmlakları oğurlamalarını, hansı sənədləri talamalarını dəqiq xatırlamır. Lakin o, xx.xx.2021-ci il tarixdə zərərçəkmiş şəxslərin evlərindən pul, əmlak və zəruri sənədləri taladığını bilir. O, ittihamda qeyd olunan və məhkəmə iclasında elan olunan epizodlarda göstərilən əməlləri törətməklə ittihamda sadalanan əmlakları və sənədləri talamış, sənədləri sonradan atmış (tullamış), pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs6 mənzilindən oğurladıqları “Acer” markalı noutbuku o, Bakı şəhərində satmışdır. Zərərçəkmiş şəxs3 mənzilindən oğurladıqları gitara musiqi alətini özündə saxlamış, o, polis tərəfindən saxlaıldıqdan sonra həmin gitara polis tərəfindən ondan təhvil alınmışdır. O, zərərçəkmiş şəxslərin heç birini əvvəldən tanımamışdır. O, zərərçəkmiş şəxslərə vurduğu ziyanla bağlı heç bir məbləğ ödəməmişdir. O və Aypara Xaçmaz rayonunda kənddə yemək yeyib, spirtli içki qəbul etdikdən sonra ikisi birlikdə Xaçmaz şəhərinə gəzməyə çıxmışlar, oğurluq etməyi Ayparaya o təklif etmiş, Aypara da onunla razılaşmışdır. O və Aypara zərərçəkmiş şəxslərin mənzillərini təsadüfən seçərək həmin evlərdən oğurluq etmişlər. Əlavə olaraq bildirdi ki, o, Ayparaya Xaçmaz rayonunda yaşayan tanışının evinə getmələrini demiş və həmin evə gedərək orada yeyib-içiblər, qalmışlar, lakin zərərçəkmiş şəxslərin mənzillərindən oğurluq edən zaman həmin şəxslərin onun qohumları olduğunu deməmiş, oğurluq etdiyini demişdir. Zərərçəkmiş şəxs3 mənzilindən oğurladığı gitaranın qolunun hansı şəraitdə əyildiyini xatırlamır. Təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsinə münasibətdə cinayət təqibinə müddətin keçməsi ilə bağlı bəraətverici əsaslar olmadan xitam verilməsini, təqsirləndirildiyi CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə münasibətdə isə barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində (xx.xx.2023-cü il tarixli iclasda) göstərdi ki, o, hazırkı cinayət əməllərini törədənədək heç vaxt Xaçmaz rayonunda olmamış, tanımamış, onu Xaçmaz rayonuna Təqsirləndirilən şəxs2 gətirmişdir. Belə ki, Zaur ona Xaçmaz rayonunda yaşayan tanışının evinə getməyi təklif edərək həmin tanışından pul almalı olduğunu bildirmiş, onun da azyaşlı uşağı olduğundan və pula ehtiyacı olduğundan Zaurla razılaşmış, Zaur o və onun azyaşlı uşağı Şahin birlikdə həmin şəxsin evinə gəlmişlər, həmin evdə Zaur və o, yemək yeyib spirtli içki qəbul etmişlər, qalmışlar, bu müddət ərzində oğurluq barədə hər hansı danışıqları, planları olmamışdır. Həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs2 ona çöldə gözləməsini demiş, Zaur özü isə binaya qalxmış və sonra geri, onun yanına qayıtmışdır, o bilməmişdir ki, Zaur oğurluq edib. Onun hazırkı cinayət əməlləri ilə bağlı cinayət məsuliyyətinə cəlb edilərkən istifadə etdiyi şəxsiyyəti təsdiq edən sənədin məxsus olduğu X5 onun ögey bacısıdır. Onun İlhamə ilə münasibətləri pis olmuş, sonuncunun onunla düşmənçilik münasibəti olmuşdur. Onun özünün şəxsiyyətini təsdiq edən sənədi olmamış, İlhamə ona şəxsiyyət vəsiqəsindən istifadə etməsinə icazə vermiş, sonra isə ondan bunun müqabilində pul istəmiş, o razı olmamış, pul verməkdənsə özünə məxsus sənəd almağı üstün tutmuşdur. O, ittihamda, ibtidai istintaqdakı ifadəsində göstərilən cinayət əməllərinin xüsusatlarını xatırlamır, o, Zaur oğurluq edən zaman spirtli içkinin təsirindən özündə olmamışdır. Zaurun mənzildən çıxdıqdan sonra özü ilə şəxsiyyət vəsiqələrini, digər sənədləri gətirməsini, tullamasını görmüş, lakin Zaur ona bu barədə aqressiv cavab vermişdir. O, Zaur mənzillərə daxil olarkən çöldə nəzarət etmiş, lakin sonuncunun oğurluq etməsini sonradan bilmiş, çöldə nəzarət edərkən hətta onun azyaşlı uşağı da yanında olmuşdur. O, Zaurun mənzillərə daxil olduqdan sonra çölə hansı əmlaklarla çıxdığını görmüşdür. Ona oğurlanmış əmlaklardan heç nə verilməmiş, götürməmişdir. Cinayət əməlləri törədilən günün axşam saatlarında o, Zaura onu Xaçmaz rayonun gətirməsi, oğurluq etməsi barədə iradını bildirərək çıxıb Bakı şəhərinə qayıtmışdır. Zərərçəkmiş şəxsin mənzilindən avtomobilin pultunu o götürməmişdir. O, Zaurla Xaçmaz rayonunun Qaradağ buduq kəndində yeyib-içdikdən sonra Zaurla Xaçmaz şəhərinə gedəndə sonuncu ona oğurluq edəcəkləri barədə heç nə deməmiş, ona qohumlarının evinə getdiyini demişdir. O, Zaurla sonuncunun cinayət əməllərini törətməsi zamanı birlikdə olmasına görə özünü təqsirli bilir, lakin əmlakları o oğurlamamışdır. Daha sonra (xx.xx.2024-cü il tarixli iclasda) o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdiyini etiraf edərək özünü həmin maddələr üzrə təqsirli bilmiş, törətdiyi cinayət əməllərinə görə çox peşman olduğunu bildirərək təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsinə münasibətdə cinayət təqibinə müddətin keçməsi ilə bağlı bəraətverici əsaslar olmadan xitam verilməsini, təqsirləndirildiyi CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə münasibətdə isə barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsində zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 80, mənzil 4-də yaşayır. Xaçmaz şəhər 3 saylı tam orta məktəbdə tarix müəllimi işləyir. Yaşadığı 4 nömrəli mənzil Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 80 nömrəli evin ikinci mərtəbəsində yerləşir. 04 dekabr 2021-ci il tarixdə, təxminən saat 16 radələrində əri Şakir yaşadıqları mənzildən çıxıb qapını bağlamadan Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yaşayan anasının evinə getmişdir. Şakir evdən çıxıb gedərkən o özü evdə olmuş, qızı Firəngiz isə yaşadıqları evin qarşısında olan özlərinə məxsus tikilidə uşaqlara dərs keçmişdir. Təxminən saat N radələrində Şakir qayıdıb evə gəlmişdir. Şakir evə gəldikdən bir qədər sonra qızı Firəngiz evə gəlmişdir ki, evin qarşısında saxladığı özünə məxsus «Hyundai Sonata» markalı, ** XJ *** qeydiyyat nişanlı avtomobilin qapısının uzaqdan idarəetmə qurğusunu (pultu) götürsün və avtomobili idarə edib bir qədər kənarda saxlasın. Firəngiz axtarsa da avtomobilinin uzaqdan idarəetmə qurğusunu (pultu) qoyduğu yerdə tapa bilməmişdir. Firəngizə məxsus avtomobilin uzaqdan idarəetmə qurğusunu (pultu) axtararkən o görmüşdür ki, otaqda olan masanın üstünə qoyduğu əl çantası da qoyduğu yerdə yoxdur. O, bu barədə Şakirə bildirdikdə sonuncu ondan çantasında nə olduğunu soruşmuş, o da ona əl çantasında özünə məxsus şəxsiyyət vəsiqəsi, «Covid-19» pasportu, pul kisəsi, 30 manat pul olduğunu bildirmişdir. Evdə Firəngizin avtomobilinin uzaqdan idarəetmə qurğusunu (pultu) axtararkən qonşuluqda yaşayan Məcid onların evinə gəlib demişdir ki, həyətdə dayanmış qızı Firəngizə məxsus avtomobilin salonunun işığı yanır. Onlar birlikdə həyətə çıxmışlar və baxanda görmüşdür ki, evin qarşısında dayanmış qızı Firəngizə məxsus «Hyundai Sonata» markalı avtomobilin salonunun işığı yanır. Şakir yaxınlaşıb avtomobilin qapılarının açıq olub-olmadığını yoxlamış və onlar görmüşlər ki, avtomobilin qapıları bağlıdır. O başa düşmüşdür ki, Şakir qapını açıq qoyub getdiyi üçün kimsə yaşadıqları mənzilə daxil olaraq qızı Firəngizə məxsus avtomobilin uzaqdan idarəetmə qurğusunu (pultu) və ona məxsus əl çantasını oğurlamışdır. Sonra onların yanına qonşuluqda yaşayan başqa şəxslər gəlmişlər və fənər yandırıb ətrafa baxanda avtomobilin uzaqdan idarəetmə qurğusunu (pultu), qızı Firəngizə məxsus sürücülük vəsiqəsini və avtomobilin qeydiyyat şəhadətnaməsini həyətdə yerdən tapmışlar. Firəngiz uzaqdan idarəetmə qurğusu (pult) ilə avtomobilinin qapısını açıb salona baxdıqdan sonra onlara demişdir ki, ön sol oturacağın qarşısında olan ayaqaltının altına 340 manat pul qoymuşdur, həmin 340 manat pul qoyduğu yerdə yoxdur. Onlar yaxınlaşıb baxanda avtomobilin salonunda və yük yerində olan əşyaların dağıdıldığını görmüşlər və Şakir Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub içərisində 30 manat pul, şəxsiyyət vəsiqəsi olan ona məxsus əl çantasının, «Hyundai Sonata» markalı avtomobilin uzaqdan idarəetmə qurğusunun (pultun) oğurlanması barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra yaşadıqları evin qarşısına polis əməkdaşları gəlmişlər və Şakirin iştirakı ilə yaşadıqları mənzilə və avtomobilə baxış keçirmişlər. Bundan sonra isə Şakir ərizə yazıb ona məxsus 80 manat dəyərində əl çantasının, 30 manat pulun, şəxsiyyət vəsiqəsinin, qızı Firəngizə məxsus «Hyundai Sonata» markalı avtomobilin uzaqdan idarəetmə qurğusunun (pultun), avtomobilin salonundan isə 340 manat pulun oğurlanmasını bildirmişdir. 05 dekabr 2021-ci il tarixdə səhər saatlarında tanımadığı bir az yaşlı uşaq onların evinə gəlib həyətdə olan elektrik gücləndiricinin yanında bir ədəd əl çantası olduğunu bildirmiş, onunla Şakir birlikdə evdən çıxıb həyətdə olan elektrik gücləndiricinin olduğu yerə gələndə görmüşlər ki, ona məxsus əl çantası əzilmiş vəziyyətdə oradadır. Əl çantasını açıb baxanda görmüşdür ki, çantanın içərisində heç nə yoxdur, çantada olan pul kisəsi isə çırılıb. Bundan sonra Şakir ətrafı axtarmış və ona məxsus şəxsiyyət vəsiqəsini, «Covid-19» pasportunu elektrik gücləndiricinin yaxınlığında yerdən tapmışdır. Yaşadığı mənzilə daxil olmuş şəxs ona məxsus 80 manat dəyərində əl çantasını, çantada olan 30 manat pulu, şəxsiyyət vəsiqəsini, «Covid-19» pasportunu, 10 manat dəyərində pul kisəsini, dəhlizdə olan şkafın üstündən qızı Firəngizə məxsus «Hyundai Sonata» markalı, ** XJ *** qeydiyyat nişanlı avtomobilin uzaqdan idarəetmə qurğusunu (pultu) oğurlanmış, sonradan isə mənzildən oğurlanmış həmin uzaqdan idarəetmə qurğusu (pult) ilə həyətdə dayanmış qızı Firəngizə məxsus «Hyundai Sonata» markalı, ** XJ *** qeydiyyat nişanlı avtomobilin qapısını açaraq salondan 340 manat pul oğurlamış, avtomobilin uzaqdan idarəetmə qurğusunu (pultu), avtomobilin salonundan götürdüyü Firəngizə məxsus sürücülük vəsiqəsini və avtomobilin qeydiyyat şəhadətnaməsini isə yerə atmışdır. Sonradan o bilmişdir ki, yaşadıqları mənzilə Zaur və Aypara adlı şəxslər daxil olaraq oğurluq etmişlər. Həmçinin bildirdi ki, onun mənzilindən ittihamda qeyd olunan əmlaklar oğurlanmışdır. Ona vurulmuş ziyan ödənilməmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Oğurlanmış pul kisəsi ilə çanta sonradan küçədə yerdən tapılaraq ona qaytarılmış, lakin həmin əşyalar artıq yararsız vəziyyətdə olmuşlar, ondan oğurlanan vaxt olan vəziyyətlərində olmamışlar. Həmçinin avtomobilin pultu, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi də yerdən tapılaraq qaytarılmış, sürücülük vəsiqəsi əzilmiş, sanki sındırılmağa cəhd edilmiş vəziyyətdə olmuşdur. O, hazırkı cinayət işi üzrə ona vurulmuş ziyanı tələb edir. Məhkəmə istintaqı zamanı ifadəsində zərərçəkən şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Xaçmaz şəhəri, M.Kazımbəy küçəsi, ev 31də qeydiyyatda olsa da valideyinləri ilə birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 76A, mənzil 8-də yaşayır. Dəvət olduqda şənliklərə gedib gitara musiqi aləti ilə ifa edir. Yaşadığı 8 nömrəli mənzil N.Nərimanov küçəsi, 76 A nömrəli evin ikinci mərtəbəsində yerləşir. Səhər saatlarında ailə üzvlərindən hansısa biri evdən çıxarkən yaşadıqları mənzilin qapısını açır və sonrakı müddətdə qapı örtülü olsa da arxadan bağlamırlar. 04 dekabr 2021-ci il tarixdə, təxminən saat 13 radələrində o, evdən çıxıb dostu Maliklə birlikdə Bakı şəhərinə getmiş, axşam saat 23 radələrində isə qayıdıb Xaçmaz şəhərinə yaşadığı evə gəlmişdir. Gecə vaxtı olduğu üçün qapı bağlı olmuş, ona görə də o, qapını döymüş və anası gəlib qapını açdıqdan sonra o, içəri daxil olmuş və heç nəyə fikir vermədən qonaq otağına gedib orada olan divanın üstünə uzanaraq yatmışdır. 05 dekabr 2021-ci il tarixdə səhər saatlarında yuxudan oyanıb yenə də heç nəyə baxmadan evdən çıxıb getmiş, saat 14 radələrində isə qayıdıb evə gəlmişdir. Evə gəldikdən bir qədər sonra gitarada ifa etməyi öyrənmək istəyən Adəm adlı azyaşlı uşaq onların evinə gəlmişdir. Adəm gəldikdən sonra o, yataq otağına getmişdir ki, gitaranı götürsün. Yataq otağına daxil olanda gitaranı stolun üstündə görməyib anasından gitaranın harada olduğunu soruşmuş, anası gitaranı götürmədiyini bildirdikdə o, başa düşmüşdür ki, evdə olmadığı müddətdə kimsə qapının açıq olmasından istifadə edərək yaşadığı mənzilə daxil olub ona məxsus «Jolona special» markalı elektro gitaranı oğurlamışdır. O, gitarasının oğurlandığını bildikdən sonra həmin gün Xaçmaz RPŞ-nə gəlib ərizə yazaraq 04 dekabr 2021-ci il tarixdə yaşadığı mənzildən ona məxsus bir ədəd «Jolona special» markalı gitaranın naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. Ərizə yazdıqdan sonra onun izahatı alınmış, ondan sonra isə polis əməkdaşları onunla birlikdə yaşadığı mənzilə getmişlər və onun iştirakı ilə yaşadığı mənzilə baxış keçirmişlər. Yaşadığı mənzildən oğurlanmış «Jolona special» markalı gitaranı 2020-ci ilin mart ayında 800 manata almışdır və sonrakı müddətdə özü istifadə etmişdir. Yaşadığı mənzildən oğurlanmış «Jolona special» markalı gitara istifadəyə yararlı olmuş və həmin gitarada heç bir nasazlıq olmamışdır. Sonradan o, bilmişdir ki, yaşadığı mənzilə Zaur və Aypara adlı şəxslər daxil olaraq ona məxsus «Jolona special» markalı gitaranı oğurlamışlar. Həmçinin bildirdi ki, onun mənzilindən oğurlanmış ona məxsus gitara sonradan polis tərəfindən tapılaraq ona qaytarılmış, lakin həmin musiqi aləti oğurlananadək olan vəziyyətindən fərqli, pis vəziyyətdə, yəni qolu əyilmiş vəziyyətdə qaytarılmışdır. Həmin gitaranın qiyməti 700-900 manat olduğu halda, oğurlanaraq nasaz vəziyyətdə qaytarıldıqdan sonra 400 manata sata bilmişdir. Həmin gitaranı o, oğurlananadək özündə olan vəziyyətdə 800 manata sata bilərdi. Bununla da o, təqsirləndirilən şəxslər tərəfindən ona ödənilməmiş qalan ziyanın məbləğini 400 manat hesab edir və o, ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Həmin gitara 1970-ci illərdə istehsal olunanlardan olmuş, hazırda həmin gitaraların istehsalı yoxdur, ona görə də həmin gitaralardan yalnız istifadə olunmuşları taparaq almaq olur, ondan oğurlanmış həmin gitaranı o, bu səbəbdən sata bilmiş, həmin gitarada oğurlandıqdan sonra yaranmış qüsurları (yararsızlığı) isə 300-400 manat xərcləməklə bərpa etmək mümkündür. O, ona vurulmuş və ödənilməmiş 400 manat ziyanın hissəhissə ödənilməsinə razı deyil. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, valideyinləri ilə birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 80, mənzil 4-də yaşayır. Bakı şəhər 132 saylı tam orta məktəbdə tarix müəllimi işləyir və işdən kənar vaxtlarında yaşadığı evin qarşısında olan atasına məxsus tikilidə ona müraciət etmiş şagirdlərə tarix fənnindən hazırlıq keçir. Yaşadıqları 4 nömrəli mənzil Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 80 nömrəli evin ikinci mərtəbəsində yerləşir. 04 dekabr 2021-ci il tarixdə, təxminən saat 14 radələrində o, yaşadığı mənzildən çıxıb 80 nömrəli evin qarşısında olan atasına məxsus tikiliyə gedərək hazırlığa gəlmiş şagirdlərə tarix fənnindən məşğələ keçmişdir. Həmin vaxt o, özünə məxsus «Hyundai Sonata» markalı, ** XJ *** qeydiyyat nişanlı avtomobili yaşadıqları evin qarşısında saxlamışdır. Təxminən saat 19:30 radələrində o, yaşadığı mənzilə gəlmişdir ki, avtomobilinin qapısının uzaqdan idarəetmə qurğusunu (pultu) götürsün və avtomobilini idarə edib bir qədər kənarda saxlasın. O, dəhlizə daxil olub baxanda görmüşdür ki, dəhlizdə olan şkafın üstünə qoyduğu avtomobilinin uzaqdan idarəetmə qurğusu (pultu) qoyduğu yerdə yoxdur. Anasından avtomobilinin uzaqdan idarəetmə qurğusunun (pultun) harada olduğunu soruşduqda anası avtomobilin uzaqdan idarəetmə qurğusunu (pultu) götürmədiyini bildirmiş və o, evi axtarsa da avtomobilinin uzaqdan idarəetmə qurğusunu (pultu) tapa bilməmişdir. Avtomobilinin uzaqdan idarə etmə qurğusunu (pultu) axtararkən anası demişdir ki, otaqda olan masanın üstünə qoyduğu əl çantası da qoyduğu yerdə yoxdur. Anası bu barədə atasına bildirdikdə atası anasından çantasında nə olduğunu soruşmuş, anası da ona əl çantasında özünə məxsus şəxsiyyət vəsiqəsi, «Covid-19» pasportu, pul kisəsi, 30 manat pul olduğunu bildirmişdir. Evdə onun avtomobilinin uzaqdan idarə etmə qurğusunu (pultu) axtararkən qonşuluqda yaşayan Məcid onların evinə gəlib demişdir ki, həyətdə dayanmış avtomobilinin salonunun işığı yanır. Onlar həyətə çıxıb baxanda görmüşlər ki, evin qarşısında saxladığı «Hyundai Sonata» markalı avtomobilinin salonunun işığı yanır. Atası yaxınlaşıb avtomobilin qapılarının açıq olub-olmadığını yoxlamış və o görmüşdür ki, avtomobilinin qapıları bağlıdır. O, başa düşmüşdür ki, qapını açıq qoyduqları üçün kimsə yaşadıqları mənzilə daxil olaraq ona məxsus avtomobilin uzaqdan idarəetmə qurğusunu (pultu) və anasına məxsus əl çantasını oğurlamışdır. Sonra onların yanına qonşuluqda yaşayan başqa şəxslər gəlmişlər və fənər yandırıb ətrafa baxanda avtomobilin uzaqdan idarəetmə qurğusunu (pultu), ona məxsus sürücülük vəsiqəsini və avtomobilinin qeydiyyat şəhadətnaməsini həyətdə yerdən tapmışlar. O, uzaqdan idarəetmə qurğusu (pult) ilə avtomobilinin qapısını açıb salona baxanda görmüşdür ki, salonda və yük yerində olan bütün əşyalar dağıdılıb, salonda ön sol oturacağın qarşısında olan ayaqaltının altına qoyduğu 340 manat pul yerində yoxdur. O, bu barədə atasına bildirmiş, atası da Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub içərisində 30 manat pul, şəxsiyyət vəsiqəsi olan anasına məxsus əl çantasının, ona məxsus «Hyundai Sonata» markalı avtomobilin uzaqdan idarəetmə qurğusunun (pult) oğurlanması barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra yaşadıqları evin qarşısına polis əməkdaşları gəlmişlər və atasının iştirakı ilə yaşadıqları mənzilə və avtomobilə baxış keçirmişlər. Bundan sonra isə atası ərizə yazıb arvadına məxsus 80 manat dəyərində əl çantasının, 30 manat pulun, şəxsiyyət vəsiqəsinin, ona məxsus «Hyundai Sonata» markalı avtomobilin uzaqdan idarəetmə qurğusunun (pultun), avtomobilin salonundan isə 340 manat pulun oğurlanmasını bildirmişdir. 05 dekabr 2021-ci il tarixdə səhər saatlarında tanımadığı bir az yaşlı uşaq onların evinə gəlib həyətdə olan elektrik gücləndiricinin yanında bir ədəd əl çantası olduğunu bildirmiş, atası ilə anası birlikdə həyətə çıxmışlar və qayıdıb gələndə ona demişlər ki, anasına məxsus əl çantasını, şəxsiyyət vəsiqəsini, «Covid-19» pasportunu həyətdə olan elektrik gücləndiricinin olduğu yerdən tapmışlar. Yaşadıqları mənzilə daxil olmuş şəxs anasına məxsus 80 manat dəyərində əl çantasını, çantada olan 30 manat pulu, anasının şəxsiyyət vəsiqəsini, «Covid- 19» pasportunu, 10 manat dəyərində pul kisəsini, dəhlizdə olan şkafın üstündən ona məxsus «Hyundai Sonata» markalı, ** XJ *** qeydiyyat nişanlı avtomobilin uzaqdan idarəetmə qurğusunu (pultu) oğurlamış, sonradan isə mənzildən oğurladığı həmin uzaqdan idarəetmə qurğusu (pult) ilə həyətdə saxladığı ona məxsus «Hyundai Sonata» markalı, ** XJ *** qeydiyyat nişanlı avtomobilin qapısını açaraq salondan 340 manat pul oğurlamış, avtomobilin uzaqdan idarəetmə qurğusunu (pultu), avtomobilin salonundan götürdüyü ona məxsus sürücülük vəsiqəsini və avtomobilin qeydiyyat şəhadətnaməsini isə yerə atmışdır. Sonradan o bilmişdir ki, yaşadıqları mənzilə Zaur və Aypara adlı şəxslər daxil olaraq oğurluq etmişlər. Yaşadığı mənzildən oğurlanmış avtomobilinə aid uzaqdan idarəetmə qurğusunu (pultu) oğurlanmamışdan iki ay əvvəl 50 manata hazırlatdırmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkən şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, əri Azər, oğlu Şəhriyar və 2006-cı il təvəllüdlü qızı Ayla ilə birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 74A, mənzil 9-da yaşayır. Yaşadığı 9 nömrəli mənzil N.Nərimanov küçəsi, 74A nömrəli evin üçüncü mərtəbəsində yerləşir. O özü Xaçmaz şəhəri, R.Behbudov küçəsində yerləşən «EURO» marketdə satıcı işləyir. O, hər gün saat 09 radələrində evdən çıxıb işə getmiş, axşam saat 21 radələrində isə işdən çıxıb evə gəlmişdir. Səhər saatlarında hansısa biri birinci evdən çıxarkən qapını açmış və sonrakı müddətdə qapı örtülü olsa da arxadan bağlamamışlar. Həmişə olduğu kimi, 04 dekabr 2021-ci il tarixdə, saat 09 radələrində o, işə getmək məqsədilə qapını açıb evdən çıxmış və qapını bağlamadan işə getmişdir. Təxminən saat 20:20 radlərində oğlu Şəhriyar ona zəng vurub eynəyini harada saxladığını soruşmuş, o da ona eynəyini əl çantasında saxladığını, çantanı isə dəhlizdə olan asılqanın aşağı hissəsinə qoyduğunu bildirmişdir. Şəhriyar əl çantasının dediyi yerdə olmadığını bildirdikdə o, işdən çıxıb evə gəlmiş və oğlu Şəhriyar ona demişdir ki, onun eynəyi yaşadıqları mənzilin giriş qapısının qarşısında yerə düşmüşdür. O, əl çantasının qoyduğu yerdə olmadığını görüb evi axtarsa da əl çantasını tapa bilməmiş, həmin vaxt əri Azər ona demişdir ki, dəhlizdə olan asılqandan asılmış oğlu Şəhriyarın gödəkçəsi, qızı Aylanın gödəkçəsi və Şəhriyarın dəhlizdə saxladığı idman ayaqqabıları da yoxdur. O, oğlu Şəhriyardan gün ərzində evdə olub-olmadıqlarını soruşduqda sonuncu ona demişdir ki, saat 15 radələrində atası Azərlə birlikdə usta yanına gedib avtomobili təmir etdirmişlər, saat 20 radələrində isə qayıdıb evə gəlmişlər. O başa düşmüşdür ki, evdə olmadıqları müddətdə kimsə qapını bağlamamalarından istifadə edərək içəri daxil olub ona məxsus əl çantasını, oğlu Şəhriyarın gödəkçəsini, bir cüt idman ayaqqabısını və qızı Aylanın gödəkçəsini oğurlamışdır. Bundan sonra oğlu Şəhriyar Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub yaşadıqları mənzildən ona məxsus əl çantasının, özünün və bacısının gödəkçələrinin oğurlanması barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra yaşadıqları mənzilə polis əməkdaşları gəlib baxış keçirmişlər, sonra isə əri Azər özü şikayət ərizəsi yazaraq yaşadıqları mənzildən gödəkçələrin, ona və oğlu Şəhriyara məxsus şəxsiyyət vəsiqələrinin, eynəyin, əl çantasının, 350 manat pulun oğurlanması barədə məlumat vermişdir. Həmin gün axşam saatlarında oğlu Şəhriyar həyətdən evə gəlib onlara demişdir ki, özünə məxsus gödəkçəni həyətdə olan tikilinin içərisində tapmışdır, ancaq gödəkçənin cibində olan 50 manat pul və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Həmin hadisədən 10-15 gün sonra isə oğlu Şəhriyar onun şəxsiyyət vəsiqəsini blokda olan sayğac qutusunun içərisində tapmışdır. Yaşadıqları mənzildən cibində 50 manat pul, oğlu Şəhriyara məxsus şəxsiyyət vəsiqəsi olan 200 manat dəyərində 01 ədəd kişi gödəkçəsi, oğlu Şəhriyarın 45 manat dəyərində olan bir cüt idman ayaqqabısı, qızı Aylaya aldığı və ümumiyyətlə geyinilməmiş olan 110 manat dəyərində 01 ədəd qadın gödəkçəsi, içərisində 300 manat pul, 20 manata aldığı eynək, özünə məxsus şəxsiyyət vəsiqəsi, «Covid-19» pasportu olan 27 manat dəyərində 01 ədəd qadın əl çantası oğurlanmışdır və bununla bağlı onlara ümumilikdə 750 manatdan çox maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkən şəxs Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, valideyinləri ilə birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 74A, mənzil 9-da yaşayır. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin üçüncü kurs tələbəsidir. Yaşadıqları 9 nömrəli mənzil Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74A nömrəli evin üçüncü mərtəbəsində yerləşir. Səhər saatlarında hansısa biri evdən çıxarkən qapını açmış və sonrakı müddətdə qapı örtülü olsa da, arxadan bağlamamışlar. 04 dekabr 2021-ci il tarixdə, təxminən saat 15 radələrində evdə olarkən atası ona demişdir ki, avtomobilində nasazlıq yaranmışdır, birlikdə ustanın yanına gedib avtomobili təmir etdirsinlər. O, etiraz etməmiş və atası ilə birlikdə evdən çıxıb avtomobilə əyləşərək Xaçmaz şəhəri, Bakı prospektində yerləşən avtomobil təmiri sexinə getmişlər. Atası ilə birlikdə saat 20 radələrinədək avtomobil təmiri sexində olmuşlar, sonra isə qayıdıb yaşadıqları evə gəlmişlər. Saat 20:10 radələrində yaşadıqları evin qarşısına çatmışlar və atası avtomobili yaşadıqları evin qarşısında saxlamış və onlar avtomobildən düşüb bloka daxil olaraq pilləkənlə üçüncü mərtəbəyə qalxmışlar. Yaşadıqları mənzilin giriş qapısına yaxınlaşanda görmüşdür ki, anasının eynəyi qapının qarşısında yerə düşüb. O, eynəyi götürüb içəri daxil olaraq bacısı Ayladan eynəyi yerə atmasının səbəbini soruşmuş, bacısı da ona demişdir ki, eynəyi o, yerə atmamışdır, eynəyi kimin yerə atdığını isə bilmir. Sonra atası dəhlizdə olan asılqana baxıb ona demişdir ki, asılqanda asılmış ona məxsus gödəkçə, bacısı Aylaya məxsus gödəkçə və anasının əl çantası yoxdur. O, anasına zəng vurub eynəyini harada saxladığını soruşduqda anası eynəyini özünə məxsus əl çantasında saxladığını, çantanı isə dəhlizdə olan asılqanın aşağı hissəsinə qoyduğunu bildirmişdir. Bundan sonra o, baxanda görmüşdür ki, dəhlizdə qoyub getdiyi idman ayaqqabıları da qoyduğu yerdə yoxdur. Həmin vaxt anası evə gəlib otaqlara baxsa da, əl çantasını tapa bilməmiş və onlar başa düşmüşlər ki, evdə olmadıqları vaxt kimsə qapını bağlamamalarından istifadə edərək içəri daxil olub ona məxsus bir ədəd gödəkçəni, bir cüt idman ayaqqabısını, bacısına məxsus bir ədəd gödəkçəni, anasına məxsus qadın əl çantasını oğurlamışdır. Bundan sonra o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub yaşadıqları mənzildən anasına məxsus əl çantasının, özünə və bacısına məxsus gödəkçələrin oğurlanması barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra yaşadıqları mənzilə polis əməkdaşları gəlib onların iştirakı ilə baxış keçirmişlər, sonra isə atası özü şikayət ərizəsi yazaraq yaşadıqları mənzildən gödəkçələrin, ona və anasına məxsus şəxsiyyət vəsiqələrinin, anasına məxsus əl çantasının, 350 manat pulun oğurlanması barədə məlumat vermişdir. Həmin gün axşam saatlarında o özü həyətdə olarkən görmüşdür ki, gödəkçəsi həyətdə olan tikilinin içərisindədir. O, gödəkçəsini götürüb ciblərini axtarsa da, 50 manat pulu və şəxsiyyət vəsiqəsini tapa bilməmişdir. Həmin hadisədən 10-15 gün sonra o, anasına məxsus şəxsiyyət vəsiqəsini blokda olan sayğac qutusunun içərisində tapmış, özünə məxsus şəxsiyyət vəsiqəsi, idman ayaqqabıları, bacısına məxsus gödəkçə, anasına məxsus əl çantası isə tapılmamışdır. Yaşadıqları mənzildən cibində 50 manat pul və şəxsiyyət vəsiqəsi olan ona məxsus 200 manat dəyərində 01 ədəd kişi gödəkçəsi, 45 manat dəyərində bir cüt idman ayaqqabısı, anası Gülfirə tərəfindən bacısı Aylaya alınmış 110 manat dəyərində 01 ədəd qadın gödəkçəsi, içərisində 300 manat pul, 20 manat dəyərində eynək, anasına məxsus şəxsiyyət vəsiqəsi olan 27 manat dəyərində 01 ədəd qadın əl çantası oğurlanmışdır və bununla bağlı onlara ümumilikdə 750 manatdan çox maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkən şəxs Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsində qeydiyyatda olsa da, işi ilə əlaqədar ailəsi ilə birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 72, mənzil 17-də kirayədə yaşayır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu, Niyazoba kəndi ərazisində yerləşən 16-cı bölməsinin komandiri vəzifəsində xidmət edir. Yaşadığı 17 nömrəli mənzil Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 72 nömrəli evin birinci mərtəbəsində yerləşir. 04 dekabr 2021ci il tarixdə, səhər saatlarında o, evdən çıxıb xidmətdə olduğu hərbi hissəyə getmiş, saat N radələrində isə qayıdıb yaşadığı mənzilə gəlmişdir. O, özündə olan açarla yaşadığı mənzilin giriş qapısını açıb içəri daxil olanda görmüşdür ki, özünə məxsus «Acer» markalı noutbuk dəhlizdə döşəmənin üstünə qoyulub. O, unutduğu üçün mənzilin giriş qapısını bağlamadan gedib qonaq otağında oturmuşdur. Təxminən saat 22 radələrində arvadı Nuridə qonaq otağına gəlib ona mənzilin giriş qapısını bağlamadığını bildirmiş, o, gedib qapını arxadan bağlayanda görmüşdür ki, noutbuk gördüyü yerdə yoxdur. Nuridədən noutbuku götürüb-götürmədiyini soruşduqda demişdir ki, o, noutbuku götürməmişdir. O, başa düşmüşdür ki, qapını açıq qoyduğu üçün kimsə yaşadığı mənzilə daxil olaraq ona məxsus «Acer» markalı noutbuku oğurlamışdır. Bu səbəbdən də həmin gün o özü Xaçmaz rayon Polis şöbəsinə gələrək ərizə yazıb yaşadığı mənzildən bir ədəd «Acer» markalı noutbukun oğurlanması barədə məlumat vermişdir. Yaşadığı mənzildən oğurlanmış ekran ölçüsü 15.6, yaddaşı (RAM) 8 GB, Core i7, modeli E5-576G, buraxılış ili 2021-ci il olan «Acer» markalı noutbuku 2021-ci ilin yay aylarında o özü 1100 manata almışdır və sonrakı aylarda özü istifadə etmişdir. Oğurlandığı günə həmin «Acer» markalı noutbuk təxminən 900 manat dəyərində olardı. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 80, mənzil 4-də yaşayır. Yaşadığı 4 nömrəli mənzil N.Nərimanov küçəsi, 80 nömrəli evin ikinci mərtəbəsində yerləşir. 04 dekabr 2021-ci il tarixdə, təxminən saat 16 radələrində o, yaşadığı evdən çıxıb qapını bağlamadan Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yaşayan anasının evinə getmiş, təxminən saat N radələrində isə anasının evindən çıxıb öz evinə gəlmişdir. O, evə gələndə arvadı Gülnarə evdə olmuş, qızı Firəngiz isə yaşadıqları evin qarşısında olan ona məxsus tikilidə uşaqlara dərs keçmişdir. Bir qədər keçdikdən sonra qızı Firəngiz evə gəlmişdir ki, evin qarşısında saxladığı özünə məxsus «Hyundai Sonata» markalı, ** XJ *** qeydiyyat nişanlı avtomobilin qapısının uzaqdan idarəetmə qurğusu (pultu) götürsün və avtomobili idarə edib bir qədər kənarda saxlasın. Firəngiz evi axtarsa da, avtomobilinin uzaqdan idarəetmə qurğusunu (pultu) tapa bilməmişdir. Firəngizə məxsus avtomobilin uzaqdan idarəetmə qurğusunu (pultu) axtararkən arvadı Gülnarə demişdir ki, onun əl çantası da qoyduğu yerdə yoxdur. Gülnarədən əl çantasında nə olduğunu soruşduqda isə demişdir ki, əl çantasında özünə məxsus şəxsiyyət vəsiqəsi, «Covid-19» pasportu, pul kisəsi, 30 manat pul olmuşdur. Evdə Firəngizin avtomobilinin uzaqdan idarəetmə qurğusunu (pultu) axtararkən qonşuluqda yaşayan Məcid onun evinə gəlib demişdir ki, həyətdə dayanmış qızı Firəngizə məxsus avtomobilin salonunun işığı yanır. Onlar birlikdə həyətə çıxmışlar və baxanda görmüşdür ki, evin qarşısında dayanmış qızı Firəngizə məxsus «Hyundai Sonata» markalı avtomobilin salonunun işığı yanır. Yaxınlaşıb avtomobilin qapılarının açıq olub-olmadığını yoxlayanda görmüşdür ki, avtomobilin qapıları bağlıdır. O, başa düşmüşdür ki, qapını açıq qoyduğu üçün kimsə yaşadıqları mənzilə daxil olaraq qızı Firəngizə məxsus avtomobilin uzaqdan idarəetmə qurğusunu (pultu) və arvadı Gülnarəyə məxsus əl çantasını oğurlamışdır. Sonra onların yanına qonşuluqda yaşayan başqa şəxslər gəlmişlər və onlar fənər yandırıb ətrafa baxanda avtomobilin uzaqdan idarəetmə qurğusunu (pultu), qızı Firəngizə məxsus sürücülük vəsiqəsini və avtomobilin qeydiyyat şəhadətnaməsini həyətdə yerdən tapmışlar. Firəngiz uzaqdan idarəetmə qurğusu (pult) ilə avtomobilinin qapısını açıb salona baxdıqdan sonra ona demişdir ki, ön sol oturacağın qarşısında olan ayaqaltının altına 340 manat pul qoymuşdur, həmin 340 manat pul da yerində yoxdur. O, yaxınlaşıb baxanda avtomobilin salonunda və yük yerində olan əşyaların dağıdıldığını görmüş və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub içərisində 30 manat pul, şəxsiyyət vəsiqəsi olan arvadı Gülnarəyə məxsus əl çantasının, «Hyundai Sonata» markalı avtomobilin uzaqdan idarəetmə qurğusunun (pultun) oğurlanması barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra yaşadığı evin qarşısına polis əməkdaşları gəlmişlər və onun iştirakı ilə yaşadığı mənzilə və avtomobilə baxış keçirmişlər. Bundan sonra isə o, ərizə yazıb arvadı Gülnarəyə məxsus 80 manat dəyərində əl çantasının, 30 manat pulun, şəxsiyyət vəsiqəsinin, qızı Firəngizə məxsus «Hyundai Sonata» markalı avtomobilin uzaqdan idarəetmə qurğusunun (pultun), avtomobilin salonundan isə 340 manat pulun oğurlanmasını bildirmişdir. 05 dekabr 2021-ci il tarixdə səhər saatlarında tanımadığı bir az yaşlı uşaq onun evinə gəlib həyətdə olan elektrik gücləndiricinin yanında bir ədəd əl çantası olduğunu bildirmiş, o, evdən çıxıb həyətdə olan elektrik gücləndiricinin olduğu yerə gələndə görmüşdür ki, arvadı Gülnarənin əl çantası əzilmiş vəziyyətdə oradadır. Əl çantasını açıb baxanda görmüşdür ki, çantanın içərisində heç nə yoxdur, çantada olan pul kisəsi isə cırılıb. Bundan sonra o, ətrafa nəzər yetirmiş və arvadı Gülnarəyə aid şəxsiyyət vəsiqəsini, «Covid-19» pasportunu elektrik gücləndiricinin olduğu yerdən bir qədər aralıda yerdən tapmışdır. Yaşadığı mənzilə daxil olmuş şəxs arvadı Gülnarəyə məxsus 80 manat dəyərində əl çantasını, çantada olan 30 manat pulu, şəxsiyyət vəsiqəsini, «Covid-19» pasportunu, 10 manat dəyərində pul kisəsini, dəhlizdə olan şkafın üstündən qızı Firəngizə məxsus «Hyundai Sonata» markalı, ** XJ *** qeydiyyat nişanlı avtomobilin uzaqdan idarəetmə qurğusunu (pultu) oğurlamış, sonradan isə mənzildən oğurladığı uzaqdan idarəetmə qurğusu (pult) ilə həyətdə dayanmış qızı Firəngizə məxsus «Hyundai Sonata» markalı, ** XJ *** qeydiyyat nişanlı avtomobilin qapısını açaraq salondan 340 manat pul oğurlamış, avtomobilin uzaqdan idarəetmə qurğusunu (pultu), avtomobilin salonundan götürdüyü Firəngizə məxsus sürücülük vəsiqəsini və avtomobilin qeydiyyat şəhadətnaməsini isə yerə atmışdır. Sonradan o bilmişdir ki, yaşadığı mənzilə Zaur və Aypara adlı şəxslər daxil olaraq oğurluq etmişlər. Həmçinin bildirdi ki, vurulmuş ziyanla bağlı onlara heç bir məbləğ ödənilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid2 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Qaradağbuduq kəndində yaşayır. O, Biləcəri qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 təxminən 3-4 il olar ki, tanımış, Ağstafa rayon sakini Təqsirləndirilən şəxs1 isə əvvəllər tanımamışdır. Zaur əvvəllər yaşadığı Xaçmaz rayonu, Qaradağbuduq kəndinə gəlib toyuq almış, elə vaxtlar olmuşdur ki, o özü də həyətində saxladığı toyuqları Zaura satmışdır. Tədricən Zaurla tanışlığı yaranmışdır və Zaur nə vaxt onun yaşadığı Qaradağbuduq kəndinə gəlmişdirsə onunla görüşmüşdür. Dəqiq tarixi xatırlamır, 2021-ci ilin sonlarında Zaur tanımadığı bir qadınla Xaçmaz rayonu, Qaradağbuduq kəndinə gəlib 10 günə yaxın Nizami adlı şəxsə məxsus bağ sahəsində olan tikilidə qalmışdır. Nizami özü isə həmin tarixdən təxminən iki-üç ay əvvəl olardı ki, ölmüşdür. Zaur Qaradağbuduq kəndində qaldığı müddətdə kənddə olan mağazadan nisyə olaraq ərzaq məhsulları almışdır. Mağaza sahibi Rəşad Zauru tanımamış, ona görə də Zaur mağazadan nisyə olaraq götürdüyü ərzaq mallarını onun adına yazdırmış və Zaurun mağazadan aldığı ərzaq mallarına görə onun Rəşada 100 manat borcu yaranmışdır. Zaur mağazadan nisyə olaraq aldığı ərzaq məhsullarına görə yaranmış borcunu gətirib ödəyəcəyinə söz versə də, ödəməmiş və o, nə vaxt Zauru görmüşdürsə ona demişdir ki, gətirib mağazadan nisyə olaraq aldığı ərzaq məhsullarının pulunu ödəsin. 04 dekabr 2021-ci il tarixdə, təxminən saat 11-12 radələrində Zaur tanımadığı bir qadın, yəni hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs Aypara və Şahin adlı azyaşlı uşaqla onun evinə gəlmişdir. Onun evində olduqları müddətdə Zaurla Aypara yemək yemişlər, sonra isə Şahini onun evində qoyub getmişlər. O, Zaurla Ayparanın hara getdiklərini bilməmiş və özləri də getdikləri yeri ona bildirməmişlər. Həmin gün Zaurla Aypara qayıdıb gəlməmişlər və Şahin gecəni onun evində qalmışdır. Səhəri gün Zaur Şahini aparmaq üçün onun evinə gələndə görmüşdür ki, onun əlində bir ədəd gitara var. Zaur ona demişdir ki, gitara özünə məxsusdur, pula ehtiyacı olduğu üçün satmaq istəyir, gitaranı ona versin, satıb əldə etdiyi puldan 100 manatını mağazadan nisyə olaraq aldığı ərzaq mallarının pulunu ödəsin, qalan pulu isə onun özünə göndərsin. O, Zaura inanmış və Zaur gitaranı ona verdikdən sonra Şahini özü ilə aparıb getmişdir. Sonrakı günlərdə o, Zaurun verdiyi gitaranı satmayıb yaşadığı evdə saxlamışdır. 09 mart 2022-ci il tarixdə o, dəvət olunduğu üçün Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları Zaurun ona gitara verib-vermədiyini soruşmuşlar, o da bildirmişdir ki, 2021-ci ilin dekabr ayının əvvəllərində Zaur ona satması üçün bir ədəd gitara vermişdir, həmin gitara hal-hazırda evindədir. Polis əməkdaşları Zaurun ona verdiyi gitaranın oğurluq yolu ilə əldə edildiyini bildirmişlər və o, evinə gedərək Zaurun verdiyi bir ədəd gitaranı polis şöbəsinə gətirmişdir. Zaurun ona verdiyi gitaranı istintaqa təqdim etmişdir. Həmçinin bildirdi ki, o, həmin gitaranı təqsirləndirilən şəxsdən aldığı vəziyyətdə də polisə təhvil vermişdir, yəni gitarada hər hansı zədə, zərərçəkmiş şəxsin bildirdiyi kimi qüsur olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, arvadı Gülfirə, oğlu Şəhriyar və 2006-cı il təvəllüdlü qızı Ayla ilə birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 74A, mənzil 9-da yaşayır. Yaşadığı 9 nömrəli mənzil Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74A nömrəli evin üçüncü mərtəbəsində yerləşir. Səhər saatlarında hansısa biri evdən çıxarkən qapını açmış və sonrakı müddətdə qapı örtülü olsa da, arxadan bağlamamışlar. 04 dekabr 2021-ci il tarixdə, təxminən saat 15 radələrində evdə olarkən oğlu Şəhriyara demişdir ki, avtomobilində nasazlıq yaranmışdır, birlikdə ustanın yanına gedib avtomobili təmir etdirsinlər. Şəhriyar onunla gəlməyə razılaşmış və onlar birlikdə evdən çıxıb onun avtomobilinə əyləşərək Xaçmaz şəhəri, Bakı prospektində yerləşən avtomobil təmiri sexinə getmişlər. Şəhriyarla birlikdə saat 20 radələrinədək avtomobil təmiri sexində olmuşlar, sonra isə qayıdıb yaşadıqları evə gəlmişlər. Saat 20:10 radələrində yaşadıqları evin qarşısına çatmışlar və Şəhriyarla birlikdə avtomobildən düşüb bloka daxil olaraq pilləkənlə üçüncü mərtəbəyə qalxmışlar. Yaşadığı mənzilin giriş qapısına yaxınlaşanda görmüşdür ki, arvadı Gülfirənin eynəyi qapının qarşısında yerə düşüb. Şəhriyar eynəyi götürüb içəri daxil olaraq qızı Ayladan eynəyi yerə atmasının səbəbini soruşmuş, Ayla da demişdir ki, eynəyi o, yerə atmamışdır, eynəyi kimin yerə atdığını bilmir. Sonra o, dəhlizdə olan asılqana baxanda görmüşdür ki, asılqandan asılmış, oğlu Şəhriyara məxsus gödəkçə, qızı Aylaya məxsus gödəkçə və arvadı Gülfirənin əl çantası yoxdur. O, bu barədə Şəhriyara bildirdikdə sonuncu Gülfirəyə zəng vurub eynəyini harada saxladığını soruşmuş, Gülfirə də Şəhriyara demişdir ki, eynəyini özünə məxsus əl çantasına, çantanı da dəhlizdə olan asılqanın aşağı hissəsinə qoymuşdur. Bundan sonra onlar baxanda görmüşlər ki, dəhlizdə olan Şəhriyara məxsus idman ayaqqabıları da yoxdur. Həmin vaxt Gülfirə evə gəlib otaqlara baxsa da əl çantasını tapa bilməmiş və onlar başa düşmüşlər ki, evdə olmadıqları vaxt kimsə qapını bağlamamalarından istifadə edərək içəri daxil olub oğlu Şəhriyara məxsus bir ədəd gödəkçəni, bir cüt idman ayaqqabısını, qızı Aylanın gödəkçəsini, arvadı Gülfirəyə məxsus əl çantasını oğurlamışdır. Bundan sonra oğlu Şəhriyar Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub yaşadıqları mənzildən özünə və bacısına məxsus gödəkçələrin, anasına məxsus əl çantasının oğurlanması barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra yaşadıqları mənzilə polis əməkdaşları gəlib onların iştirakı ilə baxış keçirmişlər, sonra isə o özü şikayət ərizəsi yazaraq yaşadıqları mənzildən gödəkçələrin, Şəhriyara və Gülfirəyə məxsus şəxsiyyət vəsiqələrinin, Gülfirənin əl çantasının, 350 manat pulun oğurlanması barədə məlumat vermişdir. Həmin gün axşam saatlarında oğlu Şəhriyar həyətdən evə gəlib onlara demişdir ki, özünə məxsus gödəkçəni həyətdə olan tikilinin içərisində tapmışdır, ancaq gödəkçənin cibində olan 50 manat pul və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Həmin hadisədən 10-15 gün sonra isə Şəhriyar Gülfirənin şəxsiyyət vəsiqəsini blokda olan sayğac qutusunun içərisində tapmışdır. Yaşadıqları mənzildən cibində 50 manat pul, oğlu Şəhriyara məxsus şəxsiyyət vəsiqəsi olan 200 manat dəyərində 01 ədəd kişi gödəkçəsi, oğlu Şəhriyarın 45 manat dəyərində olan bir cüt idman ayaqqabısı, Gülfirənin qızı Aylaya aldığı və ümumiyyətlə geyinilməmiş olan 110 manat dəyərində 01 ədəd qadın gödəkçəsi, Gülfirənin özünə məxsus olmaqla içərisində 300 manat pul, 20 manat dəyərində eynək, Gülfirəyə məxsus şəxsiyyət vəsiqəsi, «Covid-19» pasportu olan 27 manat dəyərində 01 ədəd qadın əl çantası oğurlanmışdır və bununla bağlı onlara ümumilikdə 750 manatdan çox maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayır. Bakı şəhəri, Binəqədi rayonu ərazisində «Şamaxinka» adı ilə tanınan yerin yaxınlığında yerləşən kompüter mağazasında işləyir. O, əsasən mağazaya gələn müştərilərin satmaq istədikləri kompüterləri onlarla razılaşıb şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etdikdən sonra alır, sonradan isə aldığı kompüterləri bir qədər baha qiymətə satır. 09 dekabr 2021-ci il tarixdə işlədiyi mağazaya tanımadığı bir nəfər gəlib əlində tutduğu «Acer» markalı noutbuku ona göstərərək demişdir ki, özünə məxsusdur, satmaq istəyir. O, noutbuka baxdıqdan sonra həmin şəxsə şəxsiyyət vəsiqəsinin surətini təqdim edəcəyi halda kompüteri 140 manata alacağını bildirmiş, həmin şəxs onunla razlışaraq şəxsiyyət vəsiqəsini çıxarıb ona vermiş və o, baxanda görmüşdür ki, şəxsiyyət vəsiqəsində Təqsirləndirilən şəxs2 yazılıb. O, şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb aşağı hissəsinə Zaurun özünə imza etdirdikdən sonra kompüteri aldığı tarixi, kompüterin markasını və Zaurun istifadəsində olan mobil telefon nömrəsini yazmış və Zaurun özünə 140 manat pul verib «Acer» markalı noutbuku almışdır. Zaurun şəxsiyyət vəsiqəsinin kserosurətini istintaqa təqdim etmişdir. Bir neçə gün keçdikdən sonra o, Zaurdan aldığı «Acer» markalı noutbuku 180 manata tanımadığı şəxsə satmışdır. Zaurdan aldığı «Acer» markalı noutbukun oğurluq yolu ilə əldə edildiyini o bilməmiş və Zaur özü də bu barədə ona heç bir söz deməmişdir. Zaurdan aldığı «Acer» markalı noutbukun oğurluq yolu ilə əldə edildiyini bilsəydi, heç vaxt onunla razılaşıb almazdı. İş materiallarında olan 04 dekabr 2021-ci il tarixli raportdan, həmin tarixli ərizələrdən və izahatlardan müəyyən edilir ki, Şahid1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, həmçinin Xaçmaz RPŞ-yə müraciət edərək, 04 dekabr 2021-ci il tarixdə yaşadıqları Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 80, 4 nömrəli mənzilə naməlum şəxs və ya şəxslərin gizli daxil olaraq arvadı Gülnarəyə məxsus içərisində pul, şəxsiyyət vəsiqəsi və digər sənədlər olan çantanı, həmçinin qızı Firəngizə məxsus olmaqla evin həyətində saxladığı avtomobildən pul, sürücülük vəsiqəsi və digər sənədləri oğurlaması barədə məlumat verərək həmin əməli törətmiş şəxsin (şəxslərin) tapılaraq cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan 04 dekabr 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri iş üzrə zərərçəkən şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadıqları Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 80 nömrəli evin 4 nömrəli mənzilidir. Həmin mənzilə baxış keçirilmiş, Şahid1 xx.xx.2021-ci il tarixdə həmin mənzildən oğurlanmış əmlakların və sənədlərin həmin hadisəyədək mənzildə olduqları yerləri, həmçinin qızı Zərərçəkmiş şəxs2 məxsus avtomobildən oğurlanmış pulun və sənədlərin həmin hadisəyədək avtomobildə yerləşdiyi yerləri göstərmişdir. İş materiallarında olan 05 dekabr 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, zərərçəkən şəxs Zərərçəkmiş şəxs1gilin Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 80 nömrəli evin 4 nömrəli mənzilindən edilmiş oğurluq hadisəsinin növbəti günü oğurlanmış ona məxsus əl çantasını yaşadıqları evin həyətində olan elektrik gücləndiricinin yanında, ona məxsus şəxsiyyət vəsiqəsini, «Covid-19» pasportunu elektrik gücləndiricinin yaxınlığında yerdən tapmışlar. Əl çantası əzilmiş vəziyyətdə olmuş, içərisinidə heç nə olmamış, çantanın içərisində olan pul kisəsi də bo. Olmaqla cırılmış vəziyyətdə olmuşdur. İş materiallarında olan 04 dekabr 2021-ci il tarixli raportdan, həmin tarixli ərizədən və izahatlardan müəyyən edilir ki, X6 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, həmçinin Xaçmaz RPŞ-yə müraciət edərək, 04 dekabr 2021-ci il tarixdə yaşadıqları Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74A nömrəli evin 9 nömrəli mənzilinə naməlum şəxs və ya şəxslərin gizli daxil olaraq bir ədəd kişi, bir ədəd qadın gödəkçələrini, arvadı Gülfirəyə məxsus əl çantasını, eynəyini, oğlu Şəhriyara və arvadı Gülfirəyə məxsus şəxsiyyət vəsiqələrini, 350 manat pulu oğurlaması barədə məlumat verərək həmin əməli törətmiş şəxsin (şəxslərin) tapılaraq cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan 04 dekabr 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, hadisə yeri iş üzrə zərərçəkən şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 yaşadıqları Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 74A nömrəli evin 9 nömrəli mənzilidir. Həmin mənzilə baxış keçirilmiş, Azər Əhmədov xx.xx.2021-ci il tarixdə həmin mənzildən oğurlanmış əmlakların və sənədlərin həmin hadisəyədək mənzildə olduqları yerləri göstərmişdir. İş materiallarında olan 04 dekabr 2021-ci il tarixli ərizədən və xx.xx.2021-ci il tarixli izahatdan müəyyən edilir ki, iş üzrə zərərçəkən şəxs Zərərçəkmiş şəxs6 Xaçmaz RPŞ-yə müraciət edərək, 04 dekabr 2021-ci il tarixdə yaşadığı Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 72 nömrəli evin 17 nömrəli mənzilinə naməlum şəxs və ya şəxslərin gizli daxil olaraq ona məxsus bir ədəd “Acer” markalı noutbuku oğurlaması barədə məlumat verərək həmin əməli törətmiş şəxsin (şəxslərin) tapılaraq cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, hadisə yeri iş üzrə zərərçəkən şəxs Zərərçəkmiş şəxs6 yaşadığı Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 72 nömrəli evin 17 nömrəli mənzilidir. Həmin mənzilə baxış keçirilmiş, Zərərçəkmiş şəxs6 xx.xx.2021-ci il tarixdə həmin mənzildən oğurlanmış ona məxsus “Acer” markalı noutbukun həmin hadisəyədək mənzildə olduğu yeri göstərmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 məxsus sürücülük vəsiqəsinin A4 formatlı vərəqdəki kserosurətindən müəyyən edilir ki, həmin kserosurətin üzərində diyircəkli qələmlə “Acer” sözü, imza, tarix (xx.xx.2021), mobil telefon nömrəsi qeyd olunmuşdur. İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, iş üzrə zərərçəkən şəxs Əliyev X8 RPŞ-yə müraciət edərək, 04 dekabr 2021-ci il tarixdə yaşadığı Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 76A nömrəli evin 8 nömrəli mənzilində onun yataq otağına naməlum şəxs və ya şəxslərin gizli daxil olaraq ona məxsus bir ədəd “Jolona special” markalı gitaranı oğurlaması barədə məlumat verərək həmin əməli törətmiş şəxsin (şəxslərin) tapılaraq cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri iş üzrə zərərçəkən şəxs Zərərçəkmiş şəxs3 yaşadığı Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 76A nömrəli evin 8 nömrəli mənzilidir. xx.xx.2021-ci il tarixdə həmin mənzildən oğurlanmış Zərərçəkmiş şəxs3 məxsus “Jolona special” markalı gitaranın həmin hadisəyədək olduğu mənzilə, otağa baxış keçirilmişdir. İş materiallarında olan 09 mart 2022-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, Şahid2 01 ədəd “Jolona special” markalı gitaranı Xaçmaz RPŞ-nin inzibati binasında həmin polis şöbəsinin müstəntiqinə təqdim edərək, həmin gitaranı 2021-ci ilin dekabr ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs2 satması üçün ona verdiyini, zərərçəkən şəxs Zərərçəkmiş şəxs3 isə həmin gitaranın 04 dekabr 2021-ci il tarixdə yaşadığı evdən oğurlandığını və onun özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X2 (Təqsirləndirilən şəxs1) ifadələrinin yerində yoxlanılması haqqında 11 mart 2022-ci il tarixli protokollardan və protokollara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçilərinin iştirakı ilə polis əməkdaşları ilə birlikdə gedərək, 04 dekabr 2021-ci il tarixdə oğurluq etdikləri Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən evləri və mənzilləri, cinayət əməllərini necə törətmələrini əyani olaraq göstərməklə ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişlər. İş materiallarından müəyyən edilir ki, hazırkı cinayət işi 09 fevral 2022-ci il tarixdə başlanmış, Təqsirləndirilən şəxs2 və X5 (15 yanvar 1996-cı il təvəllüdlü, Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olan) təqsirləndirilən şəxs qismində cəlb edilmişlər və cinayət işinin ibtidai istintaqı ********* nömrəsi ilə davam etdirilmiş, cinayət işinin ibtidai istintaqı başa çatdırılaraq ittiham aktı təsdiq edilməklə Təqsirləndirilən şəxs2 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi (№2********) 25 aprel 2022-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinin icraatına daxil olmuş və məhkəmədə həmin cinayət işinə baxılaraq 24 noyabr 2022ci il tarixli, 1(067)-66/2022 saylı hökmə əsasən Təqsirləndirilən şəxs2 və X5 qeyd olunan maddələr ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzası, İlhamə Quliyevaya azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmin hökmün icrası mərhələsində xx.xx.1996-cı il təvəllüdlü, Tovuz rayonunun Dönük Qırıqlı kəndində qeydiyyatda olan X5 cəzanın icrası ilə bağlı Tovuz rayon İcra və Probasiya Şöbəsinə, həmçinin Tovuz Rayon Məhkəməsinə çağırılaraq dindirilərkən o bildirmişdir ki, onun həmin cinayət işinə heç bir aidiyyəti, həmin işlə bağlı ibtidai istintaqdan, məhkəmənin hökmündən xəbəri yoxdur, nə ibtidai istintaqda, nə də məhkəmədə iştirak etməmişdir. Bundan sonra araşdırma nəticəsində müəyyən edilmişdir ki, hazırkı cinayət işi üzrə (№2********) cinayət əməllərini törətmiş Təqsirləndirilən şəxs1 özünü ibtidai istintaqa ögey bacısı olan xx.xx.1996-cı il təvəllüdlü, Tovuz rayonunun Dönük Qırıqlı kəndində qeydiyyatda olan X1 təqdim etmiş, həm ibtidai istintaq dövründə, həm də barəsində hökm çıxdıqda da özünün əsl ad, soyad, ata adını gizlədərək ögey bacısı X2 şəxsiyyətini təsdiq edən məlumatlardan istifadə etmişdir. Bundan sonra Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 1(067)-66/2022 saylı hökmündən verilmiş apellyasiya protesti Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 1(105)-411/2023 saylı qərarı ilə təmin edilərək Təqsirləndirilən şəxs2 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 1(067)-66/2022 saylı hökmü və 15 sentyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilərək, cinayət işi Xaçmaz Rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclası keçirilməsi mərhələsinə qaytarılmış, həmin cinayət işi 1(067)-155/2023 nömrəsi ilə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuş, məhkəmənin 30 avqust 2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə dövlət ittihamçısının vəsatəti təmin edilərək Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, məhkəməyədək icraat zamanı yol verilmiş kobud pozuntular aradan qaldırıldıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi (№2********) 02 noyabr 2023-cü il tarixdə ( 1(067)-194/2023 ) Xaçmaz Rayon Məhkəməsinə daxil olaraq baxılması üçün icraatıma verilmişdir. Cinayət işi ( 1(067)-194/2023 ) materiallarında olan X2 və Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqələrinin EMİS-dən elektron çıxarışlarından, Təqsirləndirilən şəxs1 pasportunun surətindən (həmin sənədlərdə əks olunmuş fotoşəkillərdən) müəyyən edilir ki, həmin şəxslər bir-birindən fərqli şəxslərdir, bununla yanaşı, müəyyən edilir ki, cinayət işinin bütün mərhələlərində, ibtidai istintaq zamanı ifadələr verərkən, ifadəsi yerində yoxlanılarkən (fotoşəkillər), 1(067)-66/2022 saylı cinayət işi üzrə məhkəmə iclaslarında ifadə verərkən (videogörüntülər) və s. Təqsirləndirilən şəxs1 şəxsən özü iştirak etmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin müvafiq olaraq 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 20-ci bəndinə görə, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür; bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür; anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 22-ci bəndinə görə, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama həmin Məcəllənin 326.2-ci maddəsinin tərkibini yaradır. Bu cinayət obyektiv cəhətdən rəsmi sənədləri, ştamplan, möhürləri, şəxsiyyət vəsiqəsini, pasportu və ya digər mühüm şəxsi sənədləri oğurlamada, məhv etmədə, zədələmədə və ya gizlətmədə ifadə olunur. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Digər mühüm şəxsi sənəd dedikdə, hərbi bitet, əmək kitabçası, sürücülük vəsiqəsi, təhsil haqqında attestat, diplom, mühafizə olunan obyektlərə buraxılış vəsiqəsi və s. başa düşülür. Bu cinayət obyektiv cəhətdən rəsmi sənədləri, ştamplan, möhürləri, şəxsiyyət vəsiqəsini, pasportu və ya digər mühüm şəxsi sənədləri oğurlamada, məhv etmədə, zədələmədə və ya gizlətmədə ifadə olunur. Oğurlama dedikdə, cinayətin göstərilən predmetlərinin onun qanuni sahiblərindən və istifadəçilərindən onların iradəsinə zidd olaraq qanunsuz götürülməsi başa düşülür. Oğurlama müxtəlif üsullarla: açıq və ya gizli, güc tətbiq etməklə və ya etməməklə, aldatmaqla, etibardan suiistifadə etməklə və s. kimi üsullarla həyata keçirilə bilər. Əgər oğurlama zamanı həmin üsullardan istifadə edilməsi başqa bir cinayətin tərkibini yaradırsa, onda təqsirkar şəxsin əməli cinayətlərin məcmusu qaydasında tövsif olunmalıdır. Bu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən birinin edildiyi andan bu cinayət başa çatmış hesab olunur. Nəticə təhlil edilən cinayət tərkibinin zəruri əlaməti deyildir. Bununla da, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində hazırkı cinayət işində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsinə münasibətdə cinayət təqibini istisna edən hal olduğundan barələrində həmin maddə üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulan əməl cinayətlərin təsnifatı üzrə böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində azadlıqdan məhrumetmə cəzasının müddəti bir ilədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Məhkəmə istintaqı zamanı cinayət işinin materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini üç epizod olmaqla 04 dekabr 2021-ci il tarixdə törətmişlər və həmin gündən iki ildən artıq müddət keçmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətdikləri gündən iki ildən artıq müddət keçdiyindən cinayət qanunvericiliyinin tələbinə əsasən onlar cinayət məsuliyyətinə cəlb edilə bilməz və başlanılmış cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1, 39.1.3-cü maddələrinin tələbinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək eyni əsaslara istinad etməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi üzrə cinayət təqibinə xitam verilməsini və təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 326.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmələrini bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi iş üzrə təqsirləndirilən şəxslərin barələrində Cinayət Məcəlləsinin 326.2-ci maddəsinə münasibətdə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduqlarını bildirmişlər. Həmçinin iş materiallarına əlavə edilmiş ərizədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təqsirli bildiyini bildirərək, Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinin tətbiq edilərək barəsində Cinayət Məcəlləsinin 326.2-ci maddəsinə münasibətdə bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş ərizədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təqsirli bildiyini bildirərək, Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinin tətbiq edilərək barəsində Cinayət Məcəlləsinin 326.2-ci maddəsinə münasibətdə bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişlər. Məhkəmə qeyd olunanları, dövlət ittihamçısının çıxışını, müdafiə tərəfinin fikrini dinləyərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri tədqiq olunmuş sübutlarla öz təsdiqini tapsa da, böyük ictimai təhlükə törətməyən həmin cinayət əməlini törətdikləri gündən iki ildən artıq müddət keçdiyindən və cinayət qanunvericiliyinin tələbinə əsasən belə olduğu halda onların Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri yolverilməz olduğundan onların barəsində CM-nin 326.2-ci maddəsi üzrə cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344- 347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə (CPM 43.3) əsasən xitam verilsin və o, Cinayət Məcəlləsinin 326.2-ci maddəsinə münasibətdə cinayət məsuliyyətindən bəraətverici əsaslar olmadan azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə (CPM 43.3) əsasən xitam verilsin və o, Cinayət Məcəlləsinin 326.2-ci maddəsinə münasibətdə cinayət məsuliyyətindən bəraətverici əsaslar olmadan azad edilsin. Qərardan, elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar