Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-34/2025 06.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı Məhkəmə iclasının katibi: X9 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxsin müdafiəçiləri: Xaçmaz rayon vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxx 1973-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Xaçmaz şəhəri, Qaqarin küçəsi, ev 3-də qeydiyyatda olmaqla həmin evdə yaşamış, barəsində ********* nömrəli cinayət işi üzrə Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)-94/2024 nömrəli hökmünə əsasən 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan–Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə, xx xxxxx 1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Xaçmaz rayonu, Hacıisaoba kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3-2, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 22 sentyabr 2023-cü il tarixdə saat 23:30-da özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı-Yalama dəmir yolu xəttinin 150-ci kilometrliyində yerləşən "xxxx" QSC-nin Xaçmaz stansiyasının ərazisindən ümumi dəyəri 1062,00 manat olan 75 metr uzunluğunda SBPU 37x1 markalı və 60 metr uzunluğunda SBPU 7x1 markalı kabelləri qanunsuz götürüb aparmaq istəyərkən Xaçmaz st. X21 Post Patrul Xidməti Manqasının polis nəfərləri, polis serjantı X6 və polis serjantı Şahid1 tərəfindən aşkar edilib qarşısı alınması səbəbindən bilavasitə oğurluğa yönəlmiş əməlini öz iradələrindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, dəmir yolu xətlərinə münasibətdə oğurluğa cəhd etmiş, yəni, qabaqcadan əlbir olan bir qrup şəxs halında, dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 22 sentyabr 2023-cü il tarixdə saat 23:30-da özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı-Yalama dəmir yolu xəttinin 150-ci kilometrliyində yerləşən "xxxx" QSC-nin Xaçmaz stansiyasının ərazisindən ümumi dəyəri 1062,00 manat olan 75 metr uzunluğunda SBPU 37x1 markalı və 60 metr uzunluğunda SBPU 7x1 markalı kabelləri qanunsuz götürüb aparmaq istəyərkən Xaçmaz st. X21 Post Patrul Xidməti Manqasının polis nəfərləri, polis serjantı X6 və polis serjantı Şahid1 tərəfindən aşkar edilib qarşısı alınması səbəbindən bilavasitə oğurluğa yönəlmiş əməlini öz iradələrindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, dəmir yolu xətlərinə münasibətdə oğurluğa cəhd etmiş, yəni, qabaqcadan əlbir olan bir qrup şəxs halında, dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Bundan başqa, o təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında yerləşən evin yaxınlığına gedərək evdə heç kəsin olmadığına əmin olduqdan sonra həyət qapısını açıb əvvəlcə evin həyətinə, daha sonra isə giriş qapısını açmaqla yaşayış yeri hesab olunan evə qanunsuz daxil olaraq evin yataq otağındakı pəncərənin qarşısından 150 manat dəyərində olan “Sony” markalı “GNZ333d” modelli bir ədəd musiqi mərkəzini və iki ədəd səs gücləndiricisini qanunsuz götürüb aparmaqla təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 yanvar 2024-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında yerləşən evin yaxınlığına gedərək evdə heç kəsin olmadığına əmin olduqdan sonra həyət qapısı açıb əvvəlcə evin həyətinə, daha sonra isə giriş qapısını açmaqla yaşayış yeri hesab olunan evə qanunsuz daxil olaraq evin yataq otağının qapısının şüşəsini sındırıb qapını açaraq həmin otağa daxil olub orada olan 1300 manat dəyərindəki “Hisense” markalı “49N2170PW” modelli 49 düymlü televizoru qanunsuz götürüb aparmaqla təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3-2, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü təqsirli bilmiş və etdiyi cinayət əməlini etiraf edərək ifadəsində bildirmişdir ki, o, cinayət işi üzrə kabellərin oğurlanmasına cəhddə təqsirləndirilir. Təqsirləndirilən şəxs2 ilə birlikdə kafedən qayıdarkən torpağın altından çıxarılıb yolun kənarına atılan köhnə kabelləri apararkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. Həmin kabellər onlar tərəfindən kəsilməmişdir. O, kabellərin "xxxx" QSC-yə aid olmasını əvvəldən bilmişdir. Lakin istifadəyə yararsız olduğunu bildiyindən həmin əməli törətmişdir. Barəsində yüngül cəza növü təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü təqsirli bilmiş və etdiyi cinayət əməllərini etiraf edərək ifadəsində bildirmişdir ki, cinayət işi üzrə kabellərin oğurlanmasına cəhdə münasibətdə digər Təqsirləndirilən şəxs1 ifadəsini təsdiq edir. Bundan başqa digər epizod üzrə qonşusu olan Zərərçəkmiş şəxs1 səhər saatlarında işə getdiyini görüb və özünün pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs1 evinə daxil olaraq oğurluq əməlini törətmişdir. O, Zərərçəkmiş şəxs1 evindən əvvəl musiqi mərkəzini oğurlamış və həmin vaxt evdə olan televizoru da görmüşdür. Musiqi mərkəzini sataraq əldə etdiyi pul onu qane etmədiyindən Zərərçəkmiş şəxs1 evində televizorun olduğunu xatırlamış və həmin evə təkrar daxil olaraq televizoru oğurlamışdır. O, oğurlanan əşyaların Zərərçəkmiş şəxs1 geri qaytarıldığını, digər zərərçəkmiş şəxs "xxxx" QSC-yə aid kabelləri isə aparmaq istədikləri zaman polis əməkdaşları tərəfindən saxlanıldıqları zaman kabellər onların əllərindən alındığını bildirmişdir. O, barəsində yüngül cəza növü təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, dəmir yolu xətlərinə münasibətdə oğurluğa cəhd etməsi barədə məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, dəmir yolu xətlərinə münasibətdə oğurluğa cəhd etməsi, habelə təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etməsi barədə məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onunla eyni küçədə yaşayır və o Təqsirləndirilən şəxs2 uşaqlığından tanıyır. Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış əmlakları geri qaytarılmışdır. Təqsirləndirilən şəxslə aralarında barışıq əldə olunmuş, şikayəti və tələbi yoxdur. Ötən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, dəmir yolu uzun bir məsafədir, fərqli-fərqli hissələrdə kabellər çıxarılaraq kənara qoyulur, bəzən elə olur ki, qazıntı zamanı kabelin bir hissəsi yerdən çölə çıxarılaraq kənara qoyulur, qalan hissəsi torpağın altında qalır. Lakin bu o demək deyil ki, həmin kabelləri aparmaq olar, dövlətin əmlakıdır, dəmir yolunun balansındadır, istismara yararlı olub-olmaması barədə də hər hansı arayış yoxdur. Həmin kabellər yenisi ilə əvəz edilməsi üçün çıxarılıb kənara qoyulur. Dəmir yolunun İnfrastruktur Departamenti tərəfindən onlara verilmiş arayışda təqsirləndirilən şəxslər tərəfindən kabellər kəsilərək götürüldüyü göstərilmişdir. Həmin kabellərin dəyəri onlar tərəfindən verilmiş arayışla müəyyən edilmiş və arayışın təsdiqi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyində öz təsdiqini tapmışdır. Həmçinin mülki iddiada qeyd edilən məbləğlərin təqsirləndirilən şəxslərdən tutularaq "xxxx" QSC-nin hesabına köçürülməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 3-4 ildir ki, qonşusu kimi tanımışdır. Həmin televizoru Təqsirləndirilən şəxs2 ilə başqa şəxs üçün almaq niyyətilə 150 manat pulun qarşılığında razılaşmış, lakin 50 manat pulu Anara vermişdir. O, Təqsirləndirilən şəxs2 yetim olmasını və evinin yandığı barədə məlumatı olduğundan düşünmüşdür ki, pula ehtiyacı olduğu üçün özünə məxsus televizoru satır. Lakin əvvəldən həmin televizorun oğurluq əşya olduğunu bilməmiş, bu barədə polis şöbəsində olarkən ona məlum olmuşdur. Təqsirləndirilən şəxs2 əvvəllər oğurluq əməllərini törətməsi barədə isə eşitməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 22 sentyabr 2023-cü il tarixdə, saat 23:30-da xidmətdə olduqları zaman iki nəfər şəxsin dəmir yolunun qazıntı aparılan hissəsində gəzdiklərini və yaxınlaşdıqları zaman isə həmin iki nəfərin əllərində kabellərin olduğunu görmüşlər. Onlar saxlanılan şəxslərdən əllərindəki kabellər barədə soruşduqlarında cavab verməmişlər. Daha sonra onlar saxlanılan şəxsləri Xaçmaz st. XPŞ-ya apararaq növbətçi hissəyə təhvil vermişlər. Xaçmaz st. XPŞ-da həmin şəxslərin adlarının Anar və Cavid olması, həmçinin saxlanıldıqları dəmir yolu ərazisindən oğurluq etmələri müəyyən edilmişdir. Həmçinin orada həmin iki nəfərdən başqa kimsə olmamışdır və onlar həmin şəxsləri əvvəllər ərazidən oğurluq etmələrini görməmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, onlar xidmətdə olduqları zaman dəmir yolunun təmir gedən hissəsindən iki nəfər şəxsin kabelləri aparmaq istədiklərini görmüşlər. Onlar yaxınlaşaraq bu barədə soruşduqlarında həmin iki nəfər şəxs cavab verə bilməmişlər. Hərəkətlərində oğurluq əməlinin ola biləcəyi məqsədilə Xaçmaz st. XPŞ-ya dəvət etmişlər. Lakin kabellər həmin vaxt həmin ərazidə qalmışdır. Xaçmaz st. XPŞ-da həmin iki nəfər şəxsin kabelləri oğurluq məqsədilə götürdükləri müəyyən edilmişdir. Həmin şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 başqa həmin vaxt həmin ərazidə başqa kimsə olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsindən müəyyən edilir ki, o, Şabran rayonu, Aygünlü kəndində tək yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub dolanışığını təmin edir. Azərbaycan dilində latın qrafikası ilə yazmağı bacarmasa da sərbəst oxumağı bacarır. O, Xaçmaz şəhər sakini Şahid5 uzun müddətdir ki, tanıyır. Belə ki, Abas onun sinif yoldaşı olmuşdur. Ona görə də o, Abasla tez-tez görüşmüş, hal-əhvəl tutmuşdur. Bir neçə gün bundan əvvəl Abas ona zəng edərək onda “Hisense” markalı böyük ekranlı bir ədəd yaxşı televizor olduğunu və həmin televizoru satmaq istədiyini bildirib onun almaq istəyib-istəməyəcəyini soruşmuş, o da Abasa gəlib baxdıqdan sonra bir söz deyə biləcəyini demişdir. O, Abasla danışdıqdan sonra idarə etdiyi avtomobillə Xaçmaz şəhərinə Abasın yaşadığı evə gəlib televizora baxmış və televizor onun xoşuna gəlmişdir. Abas ona televizoru 200 manata satdığını bildirmiş, o da 200 manat pulunun olmadığını, televizor üçün ancaq 150 manat pul verə biləcəyini demiş, Abas da onun razılaşmışdır. O, həmin gün üzərində olan 150 manat pulu Abasa vermiş və televizoru Abasdan alıb yaşadığı Şabran rayonu, Aygünlü kəndində yerləşən evə gətirib istifadə etməyə başlamışdır. 06 fevral 2024-cü il tarixdə Xaçmaz RPŞnin əməkdaşları ona zəng edib Şahid5 bir neçə gün əvvəl ona “Hisense” markalı televizoru satıb-satmadığnı soruşmuşlar, o da Abasdan televizor aldığını təsdiqləmişdir. Bundan sonra polis əməkdaşı ona həmin televizorun oğurluq yolu ilə əldə olunmuş televizor olduğunu bildirmiş, bundan sonra o, həmin televizorun oğurluq yolu ilə əldə olunmuş televizor olduğunu bilmədiyini və həmin televizoru könüllü olaraq təqdim edə biləcəyimi demiş, polis əməkdaşları da televizoru gətirib Xaçmaz RPŞ-də təqdim etməsini demişlər. O da 06 fevral 2024-cü il tarixdə Xaçmaz RPŞ-nə gəlmiş və televizoru da özü ilə birlikdə gətirmiş, daha sonra televizoru təqdim etmiş, polis şöbəsində protokol tərtib edilməklə televizoru ondan təhvil almışlar. O, televizoru alan zaman, oğurluq olduğunu bilməmiş, çünki Abas ona bildirmişdir ki, televizor onun özünə məxsusdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub dolanışığı təmin edir. Azərbaycan dilində latın qrafikası ilə yazmağı bacarmasa da sərbəst oxumağı bacarır. O, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs2 uzun müddətdir ki tanıyır. Belə ki, Anar onun yaşadığı evdən 500- 600 metr aralıda yaşayır. 13 yanvar 2024-cü il tarixdə saat 16 radələrində o, yaşadığı evin həyət qapısının qarşısında dayanıb siqaret çəkən zaman təsadüfən Təqsirləndirilən şəxs2 ilə rastlaşmış və Anarla 3-4 dəqiqə söhbət etdikdən sonra Anar yaşadığı evdə özünə məxsus bir ədəd musiqi mərkəzi və iki ədəd səsgücləndiricilərin olduğunu bildirib onları satmaq istədiyini deyib ondan almaq istəyib-istəmədiyini soruşmuş, o da əgər baha qiymətə verməsə ala biləcəyini demişdir. Anar həmin musiqi mərkəzini 30 manata satdığını desə də o, 20 manat pul verə biləcəyini demiş, elə həmin vaxt Anar pula ehtiyacı olduğunu bildirib 20 manata satmağa razı olmuş, o da Anara gedib yaşadığı evdən gətirməsini demişdir. Bir neçə dəqiqə sonra Anar musiqi mərkəzi və səs gücləndiriciləri yaşadığı ünvana gətirmiş, o da 20 manat pul verib Anardan həmin səs gücləndiriciləri və musiqi mərkəzini almışdır. 07 fevral 2024-cü il tarixdə yaşadığı ünvana polis əməkdaşları gəlib ondan Təqsirləndirilən şəxs2 musiqi mərkəzi və iki ədəd səs gücləndiricləri alıbalmadığını soruşmuşlar, o da polis əməkdaşlarına Anardan musiqi mərkəzi və iki ədəd səs gücləndiriciləri aldığını bildirmiş, bu zaman polis əməkdaşları izahat vermək üçün onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Ona görə də o, Xaçmaz RPŞ-nə gəlib izahat vermişdir. O, Anardan həmin musiqi mərkəzi və iki ədəd səs gücləndiricləri alan zaman Anar onların özünə məxsus olduğunu bildirmiş, o da Anardan ona görə də almışdır. Əgər həmin musiqi mərkəzi və iki ədəd səs gücləndiriclərin oğurluq yolu ilə əldə olunduğunu bilsəydi almazdı. O, həmin musiqi mərkəzi və iki ədəd səs gücləndiricləri könüllü şəkildə Xaçmaz RPŞ-nə gətirib təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması, zərərçəkmiş şəxs qismində tanınma və işin icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X7 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilmişdir. - xx.xx.2024-cü il tarixli Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən hadisə yerinə “Baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən (cild 01, vərəq 05-08) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə hadisə yeri, yəni Zərərçəkmiş şəxs1 yaşadığı ev Xaçmaz şəhəri, Azərbaycan küçəsində yerləşən 26 nömrəli evdir. - “Əməliyyat tapşırığı”ndan və “Əməliyyat tapşırığına cavab”dan (cild 01, vərəq 10,12) müəyyən edilir ki, tapşırıq əsasında bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı Xaçmaz şəhəri, Azərbaycan küçəsi, ev 26-da yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurluq etmiş şəxsin ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. - ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən (cild 01, vərəq 21-22) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında yerləşən evdən 21 yanvar 2024-cü il tarixdə oğurlanmış “Hisense” markalı bir ədəd televizor Şahid4 aşkar olunaraq götürülmüşdür. - ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixli “Əşyaya keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən (cild 01, vərəq 25-27) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında yerləşən evdən 13 yanvar 2024-cü il tarixdə oğurlanmış “Sony” markalı bir ədəd musiqi mərkəzi (iki əsas səs gücləndiricilərlə birlikdə) X1 aşkar olunaraq götürülmüşdür. - Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 42) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2024-cü il tarixli, 9/2029 nömrəli ekspert rəyindən (cild 01, vərəq 57) müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir:
1. 01 ədəd “Sony” markalı, “GNZ333D” model musiqi mərkəzi 02 ədəd səsgücləndiricisi ilə birlikdə - 100,00 manat;
2. 01 ədəd “Hisense” markalı, “49N2170PW” model, 49 düymlü televizor – 500,00 manat. - xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” və xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 66, 232) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında yerləşən evdən oğurlanmış “Sony” markalı bir ədəd musiqi mərkəzi (iki əsas səs gücləndiricilərlə birlikdə) və “Hisense” markalı bir ədəd televizor Zərərçəkmiş şəxs1 qaytarılmışdır. - xx.xx.2024-cü il tarixli ”Cinayət təqibi üzrə icraatın birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan (cild 01 , vərəq 68) müəyyən edilir ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaqı ********* nömrə ilə davam etdirilmişdir. 240780032 nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 29, 177.2.1, 29, 177.2.3-2, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. - xx.xx.2023-cü il tarixli “Cinayət işi başlamaq və icraata qəbul etmək barədə” qərardan (cild 01, vərəq 72) müəyyən edilir ki, Xaçmaz st. X21 İstintaq və Təhqiqat Qrupunun Baş müstəntiqi, polis mayoru X10 təfindən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilərək istintaqı aparılmışdır. - xx.xx.2023-cü il tarixli “Raport”dan (cild 01, vərəq 74) müəyyən edilir ki, 22 sentyabr 2023-cü il tarixdə, saat 21:00-dan 09:00-dək Xaçmaz stansiyasında polis nəfərləri, polis baş serjantı Murad Muradovla birlikdə polis serjantı Şahid2 xidmətdə olmuşlar. Xidmətdə olarkən saat 23:30 radələrində 2 nəfər şəxsin dəmir yoluna məxsus kabelləri Xaçmaz stansiyası ərazisindən oğurlayıb aparmaq istəyərkən görmüşlər və dərhal onları saxlamışlar. Daha sonra onları Xaçmaz st. XPŞ-nin növbətçi hissəsinə aparıb təhvil verimişlər. Həmin vaxt onların oğurlayıb aparmaq istədikləri kabellər hadisə yerində qalmışdır. Oğurluq etmək istəyən şəxsləri növbətçi hissəyə aparıb təhvil verdikdən sonra məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dur. - Xaçmaz st. XPŞ-nin İ və TQ-nun baş təhqiqatçısı, polis mayoru X13 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” qərardan (cild 01, vərəq 75-77) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə hadisə yeri, yəni Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə dəmir yolu xətlərinə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını talamağa cəhd etdikləri yer Bakı-Yalama dəmir yolu xəttinin 150-ci kilometrliyində yerləşən "xxxx" QSC-nin Xaçmaz stansiyasının ərazisidir. Hadisə yerinə baxış keçirilən zaman Azərbaycan Dəmir Yolları QSC-nə məxsus 75 metr uzunluğunda SBPU 37x1 markalı və 60 metr uzunluğunda SBPU 7x1 markalı kabellər aşkar olunaraq götürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli, 9/8512 nömrəli ekspert rəyindən (cild 01, vərəq 88) müəyyən edilir ki, ekspertiza "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 3-13-15-1- 4/2-1194/2023 №-li arayışa əsasən Xaçmaz stansiyasının ərazisində 75 metr uzunluğunda SBPU 37x1 markalı və 60 metr uzunluğunda SBPU 7x1 markalı kabelin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin sentyabr ayına olan orta bazar qiymətilə ümumi dəyəri 1062,0 manat müəyyən edilir. - xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan (cild 01, vərəq 109) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(067)-160/2023 nömrəli qərarından (cild 01, vərəq 127) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində 26 dekabr 2023-cü il tarixdən, saat 19:00-dan hesablanmaqla 03 (üç) ay müddətinə, yəni 26 mart 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. - “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan (cild 01, vərəq 134) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Xaçmaz RMXda həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. - “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan (cild 01, vərəq 135) müəyyən edilir ki, Əliyev X18 RMX-da həkimnarkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. - xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 138) müəyyən edilir ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - xx.xx.2024-cü il tarixli “Qətimkan tədbiri seçilməsi barədə” qərardan və “İltizam”dan (cild 01, vərəq 156-158) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “Başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan (cild 01, vərəq 160) müəyyən edilir ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamağa cəhd etməklə Azərbaycan Dəmir X17 Cəmiyyətinin Xaçmaz stansiyasının ərazisində götürülmüş 75 metr uzunluğunda SBPU 37x1 markalı və 60 metr uzunluğunda SBPU 7x1 markalı kabelləri öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Xaçmaz st. XPŞ-nin anbarına təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən, Xaçmaz rayon məhkəməsinin 1(067)-24/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmündən və xx.xx.2021-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərarından (cild 01, vərəq 164-175) müəyyən edilir ki, Mədətov X14 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Şəfahət Abbasovun xx.xx.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarı ilə də cəzadan azad edilmişdir. - xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan (cild 01, vərəq 180) müəyyən edilir ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən DİN Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqiyyatında Polis İdarəsinin Xaçmaz st. X21 İstintaq və Təhqiqat qrupunda Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay, yəni 26 mart 2024-cü il tarixdən 26 may 2024-cü il tarixədək uzadılmışdır. - xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması, zərərçəkmiş şəxs qismində tanınma və işin icraata qəbul edilməsi haqqında” qərardan (cild 01 , vərəq 187) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X7 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanmış və icraatına qəbul edilmişdir. Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. -xx.xx.2024-cü il tarixli “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə” qərardan (cild 01, vərəq 198) müəyyən edilir ki, Xaçmaz st. XPŞ-nin İ və TQ-nun baş müstəntiqi, polis mayoru X10 tərəfindən ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsindən ötrü istintaq aidiyyəti üzrə Xaçmaz RPŞ-nin İB-nə göndərilmişdir. - xx.xx.2024-cü il tarixli “Cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 200) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X7 təfindən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilərək istintaqı aparılmışdır. - xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan (cild 01, vərəq 209) müəyyən edilir ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3-2, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay müddətinə, 05 ayadək, yəni 18 may 2024-cü il tarixdən 18 iyul 2024-cü il tarixədək uzadılmışdır. - Xaçmaz rayon məhkəməsinin 1(067)-94/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən (cild 01, vərəq 227) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi xaric edilmiş və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 02 il müddətinə azadlıqdan məhrmetmə cəzası təyin edilmişdir. - xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan (cild 01, vərəq 247) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polsi baş leytenantı X7 tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək, ona Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3.2, 177.2.2 və 177.2.3-cü maddələri ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir. - Xaçmaz rayon məhkəməsinin 1(067)-152/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından (cild 02, vərəq 41) müəyyən edilir ki, dövlət ittihamçısı X4 şifahi vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 tutulub həbsə alınanadək cinayət işi üzrə icraat dayandırılmışdır. - xx.xx.2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan (cild 02, vərəq 46) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3-2, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdən 780752 nömrəli axtarış işi üzrə axtarışa elan olunmuş Təqsirləndirilən şəxs2 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 avqust 2024-cü il tarixdə Xaçmaz rayonu ərazisində saxlanılaraq Xaçmaz RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. - Xaçmaz rayon məhkəməsinin 1(067)-152/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından (cild 02, vərəq 49) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3-2, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin icraatı təzələnmişdir. - "xxxx" QSC-nin sədrinin birinci müavini Əlirza Süleymanov xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon məhkəməsinə “Mülki iddia” verərək cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vurduqları maddi ziyana görə 1062,00 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ümumilikdə 1092,62 manat müştərək qaydada alınıb iddiaçı "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində onlara imkan yaradılsa da, təqsirləndirilən şəxslər həmin sübutlara dair öz etirazlarını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadəsinə, zərər çəkmiş şəxslərin ifadələrinə, şahidlərin ifadələrinə yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetirilir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq 29, 177.2.1, 29,177.2.3-2, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3-2, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrini əməllərində cinayət tərkibinin olmasını, bununla da təqsirliliklərini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələrində, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3-2, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisələri həqiqətən baş vermiş, onlara ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisələri məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində onlar təqsirlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının cinayət məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3-2 və 177.2.3-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3-2, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: - Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 42) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. - xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” və xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 66, 232) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında yerləşən evdən oğurlanmış “Sony” markalı bir ədəd musiqi mərkəzi (iki əsas səs gücləndiricilərlə birlikdə) və “Hisense” markalı bir ədəd televizor Zərərçəkmiş şəxs1 qaytarılmışdır. - Xaçmaz RİHB-nın Xaçmaz şəhəri İƏD tərəfindən verilmiş “İctimai xasiyyətnamə”dən (cild 01, vərəq 103) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Onun barəsində Xaçmaz şəhəri İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. - Xaçmaz RİHB-nın Xaçmaz şəhəri İƏD tərəfindən verilmiş “İctimai xasiyyətnamə”dən (cild 01, vərəq 105) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Onun barəsində Xaçmaz şəhəri İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən, Xaçmaz rayon məhkəməsinin 1(067)-24/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmündən və xx.xx.2021-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərarından (cild 01, vərəq 164-175) müəyyən edilir ki, Mədətov X14 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Şəfahət Abbasovun xx.xx.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarı ilə də cəzadan azad edilmişdir. - Xaçmaz rayon məhkəməsinin 1(067)-94/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən (cild 01, vərəq 227) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi xariş edilmiş və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. - xx.xx.2024-cü il tarixli “Axtarış”da olan şəxsin tutulması barədə” protokoldan (cild 02, vərəq 46) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3-2, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdən 780752 nömrəli axtarış işi üzrə axtarışı elan olunmuş Təqsirləndirilən şəxs2 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 avqust 2024-cü il tarixdə Xaçmaz rayonu ərazisində saxlanılaraq Xaçmaz RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərini etiraf etmələrini və səmimi peşmançılıq hissi keçirmələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən barələrində cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Xaçmaz rayon məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 1(067)-94/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, təqsirləndirilən şəxslərin barəsində cəzalarını yüngülləşdirən halları, Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran halı, yəni cinayətləri təkrar törətməsini, cinayət əməlinin törədilməsi hallarını və təqsirləndirilən şəxslərin şəxsiyyətlərini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci və 29, 177.2.3-2-ci maddələrinin və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci, 29, 177.2.3-2, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Xaçmaz rayon məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 1(067)- 94/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2024-cü il tarixli, 1(067)-94/2024 nömrəli hökm üzrə həbsdə olduğu vaxtdan, yəni 26 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, yəni 21 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında yerləşən evdən oğurlanmış “Sony” markalı bir ədəd musiqi mərkəzinin (iki əsas səs gücləndiricilərlə birlikdə) və “Hisense” markalı bir ədəd televizor Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamağa cəhd etməklə Azərbaycan Respublikası Dəmir X17 Cəmiyyətinin Xaçmaz stansiyasının ərazisində götürülmüş 75 metr uzunluğunda SBPU 37x1 markalı və 60 metr uzunluğunda SBPU 7x1 markalı kabellər hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Dəmir X17 Cəmiyyətinin Xaçmaz stansiyasına təhvil verilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.” Zərərçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə cinayət mühakimə icraatı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddia vermişdir. Lakin məhkəmə qeyd edir ki, hazırda oğurlanmasına cəhd edilmiş 75 metr uzunluğunda SBPU 37x1 markalı və 60 metr uzunluğunda SBPU 7x1 markalı kabellər Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanıdığıdan və onların hazırda zərərçəkmiş şəxs tərəfindən təhvil alınaraq yararlılığına qiymət verilmədiyindən həmçinin, ekspertiza zamanı kabellərin ümumi dəyəri nəzəri hesablama yolu ilə hesabladığından hazırkı cinayət işi üzrə mülki iddiaya baxılması mümkün deyildir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin kabelləri təhvil aldıqdan sonra zərurət olduğu halda mülki icraat qaydasında məhkəməyə müraciət etməsi məqsədəmüvafiqdir. Odur ki, zərərçəkmiş şəxsə təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 100 (yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944, SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356-cı və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ :
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Xaçmaz rayon məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 1(067)- 94/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2024-cü il tarixli, 1(067)-94/2024 nömrəli hökm üzrə həbsdə olduğu vaxtdan, yəni 26 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 177.2.1, 29, 177.2.3-2, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, yəni 21 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) İş üzrə maddi sübut kimi tanınmış hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında yerləşən evdən oğurlanmış “Sony” markalı bir ədəd musiqi mərkəzinin (iki əsas səs gücləndiricilərlə birlikdə) və “Hisense” markalı bir ədəd televizor Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamağa cəhd etməklə Azərbaycan Respublikası Dəmir X17 Cəmiyyətinin Xaçmaz stansiyasının ərazisində götürülmüş 75 metr uzunluğunda SBPU 37x1 markalı və 60 metr uzunluğunda SBPU 7x1 markalı kabellər hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Dəmir X17 Cəmiyyətinin Xaçmaz stansiyasına təhvil verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 100 (yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944, SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surətinin ona verildiyi)andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən Aynur Əliyeva