Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-35/2021 08.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2017ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayon məhkəməsinin cəzasının çəkilməmiş qalan 03 ay 02 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx xxxxxx 2019-cu il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,413 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 01 radələrində Xaçmaz rayon X3 Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Xudat-Nabran yolunun 1-ci kilometrliyində saxlanılaraq etibarnamə ilə idarə etdiyi Az ** TX *** dövlət qeydiyyat nişanlı “Renault” markalı avtomobillə X4 gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,413 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və öz iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin ön sağ hissəsində yerləşən saxlama yerindəki eynək qabından üzərində narkotik vasitə heroin izləri olan 2 ədəd ampula və 2 ədəd şpiris aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə olan heroindən damara iynə vasitəsilə vurmaq yolu ilə qəbul edir. xx xxxx 2020-ci tarixdə, saat 10 radələrində Sumqayıt şəhərində yaşadığı küçənin yaxınlığında tanışı Şahid3 ilə birlikdə olduğu zaman yolun kənarında bir ədəd siqaret qutusu tapmış, qutunu götürüb baxdıqları zaman içərisində 3 ədəd bükümün olduğunu görmüşlər. Ədalət də narkotik vasitə heroindən istifadə etdiyindən həmin bükümlərin içərisinə baxdıqları zaman bükümlərdə narkotik vasitə heroin olduğunu bilmişlər. Onlar tapdıqları narkotik vasitəni bölüşdürmək qərarına gəlmişlər. Həmin zaman qutunu ilk olaraq Ədalət gördüyündən bükümlərdən ikisini, o isə birini götürmüşdür. O, həmin bükümü şəxsi istifadəsi üçün əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyaraq özündə saxlamışdır. Həmin tarixdə meyvə bağlarında işləmək üçün Ədalətlə birlikdə etibarnamə ilə idarə etdiyi "Renault" markalı, Az ** TX *** dövlət qeydiyyat nişanlı avtomobillə Xudat şəhərinə getmişdir. xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində Xudat-Nabran yolunun kənarında siqaret almaq üçün açıq dükan axtararkən mülki geyimli şəxslər onlara yaxınlaşıb polis olduqlarını bildirərək özlərini təqdim etmişlər. Bundan sonra polis əməkdaşları ona və tanışı Ədalətə narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərlərində narkotik maddə saxlama və daşımalarında şübhəli olduqlarını bildirərək onları Polis Bölməsinə dəvət etmişlər. Onlar heç bir etiraz etməyərək idarə etdiyi avtomobildə polis əməkdaşları ilə birlikdə X4 getmişlər. Bölmədə videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılan zaman o, Sumqayıt şəhərindən Ədalətlə birlikdə olduqları zaman tapdıqları və onun götürdüyü 1 ədəd içərisində narkotik vasitə olan bükümü əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmçinin onun avtomobilinə baxış keçirilən zaman avtomobilin ön sağ hissəsində olan saxlama yerindəki eynək qabının içərisindən həmin narkotik vasitəni istifadə edən zaman istifadə etdiyi iki ədəd şpris, iki ədəd ampula və bir ədəd sellofan bükümdə limon duzu aşkar edilərək götürülmüşdür. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və saxlaması barədə Xaçmaz rayon X3 Polis Bölməsinə məlumat daxil olmuşdur. O dərhal bu məlmatı Polis Bölməsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və işlədiyi bölmənin polis nəfəri, polis serjantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Onlar xx xxxx 2020-ci il tarixdə saat təxminən 01 radələrində Təqsirləndirilən şəxs Xudat Nabran yolunun yaxınlığında olduğunu müəyyən edərək həmin yerdə ona yaxınlaşıb özlərini təqdim edib, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda və üzərində saxlamaqda şübhəli olduğunu bildirməklə onlarla birlikdə X4 gəlməsini təklif etmişlər. Ramil onlarla Polis Bölməsinə gəlmiş, Bölmədə Təqsirləndirilən şəxs razılığı ilə videoçəkilişlə onun və digər polis əməkdaşlarının iştirakları ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Ramilin üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd sellofan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümün içərisində olan maddənin narkotik vasitə olan “kakos”, yəni heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm bir kağız zərfdə qablaşdırılmış və bu barədə protokol tərtib edilmiş və hamıya ucadan oxunmuşdur. İştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs özü də digər iştirakçılar kimi protokolun doğru yazılmasını və qabalaşdırılmış zərflərin tamlığını imzası ilə təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megan” markalı ** TX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə onun və digər polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmiş, baxışdan əvvəl Ramilə nəqliyyat vasitəsində qanunsuz hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs avtomobilini açaraq avtomobilin ön sağ tərəfində əşyaların qoyulması üçün nəzərdə tutulmuş gözdə olan eynək qabının içərisindən üzərində “novokain” 5 ml sözləri yazılmış 2 ədəd sınıq vəziyyətdə olan ampulanı, 2 ədəd 2ml-lik şprisi, 1 ədəd sellofanın içərisində isə ağ rəngli, kristal halında olan kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin aşkar edilənlərin ona aid olduğunu və narkotik vasitə heroin qəbul etmək üçün istifadə etdiyini, ağ rəngli, kristal halında olan kütlənin isə limon duzu olduğunu bildirmişdir. Aşkar edilmiş iki ədəd ampula, iki ədəd şpris və bir ədəd sellofanın içərisində olan ağ rəngli kristal halında kütlə qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfəri, polis serjantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid3 göstərmişdir ki, adının “kakos” olduğunu bildiyi narkotik vasitədən istifadə edir. xx xxxx 2020-ci tarixdə, saat 10 radələrində Sumqayıt şəhərində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə yolun kənarında bir ədəd siqaret qutusu tapmış, qutunun içərisinə baxdıqları zaman içərisində 3 ədəd bükümün olduğunu görmüşlər. Ramil də onun kimi narkotik vasitə olan "kakos" narkotik vasitədən istifadə etdiyindən həmin bükümlərin içərisinə baxdıqları zaman bükümlərdə narkotik vasitə olduğunu bilmişlər. Onlar tapdıqları narkotik vasitəni bölüşdürmək qərarına gəlmişlər. Qutunu ilk olaraq o gördüyündən bükümlərdən ikisini, Ramil isə birini götürmüşdür. Həmin gün meyvə bağlarında işləmək üçün Ramillə birlikdə Ramilin etibarnamə ilə idarə etdiyi Az ** TX *** dövlət qeydiyyat nişanlı, “Renault" markalı avtomobillə Xudat şəhərinə getmişlər. xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə saat 01 radələrində Xudat-Nabran yolunun kənarında siqaret almaq üçün açıq dükan axtardıqları zaman mülki geyimli polis əməkdaşları onlara yaxınlaşaraq qanunsuz olaraq narkotik maddə saxlamaqla daşımaqda şübhəli olduqlarını bildirərməklə onları X4 dəvət etmişlər. Polis Bölməsində videoçəkilişlə onun və Ramilin üzərinə şəxsi axtarış keçirilən zaman Sumqayıt şəhərindən Ramillə birlikdə olduqları zaman tapdıqları və onun götürdüyü 2 ədəd içərisində narkotik vasitə olan büküm üzərindən aşkar olunmuşdur. O həmin bükümləri təqdim etmişdir. Ramilin də üzərindən digər bir ədəd büküm aşkar edilmişdir. Həmçinin Ramilin idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobildən ona məxsus olan ampulalar, şprislər və limon duzu aşkar edilmişdir. İş materillarında olan şəxsi axtarış aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Mirmaehti oğlunun üzərində videoçəkiliş vasitəsilə axtarış aparıllan zaman ona üzərində narkotik vasitə və qanunla qadağan olunan digər əşya vardırsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitəyə bənzər kütlə olan 1 ədəd sellofan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində olan kütlənin narkotik vasitə heroin olduğunu, onu xx xxxx 2020-ci il tarixdə Sumqayıt şəhərindən tapdığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. İş materiallarında olan maddi sübut kimi tanımaq haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Mirmaehti oğlunun üzərinə keçirilən şəxsi axtarış zamanı qeydə alınan videogörüntülərin olduğu bir ədəd disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduöundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1283 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid3” yazısı olan zərfdəki 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.873 qram və 0.790 qram, ümumilikdə təmiz çəkisi 1.663 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Ramil Mirzəyev” yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1.413 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid3 götürülmüş 2 ədəd bükümlərdəki heroinlər, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə olan heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Narkotik vasitələrin tədqiqatdan sonra qalıq çəkiləri 1,553 qram və 1,313 qram təşkil edir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 2 ədəd 2 ml-lik şprisin və 2 ədəd ampulların içərisində narkotik vasitə olan heroinlərin izləri vardır. Həmin zərfdə olan bir ədəd bükümdəki ağ rəngli kristallardan ibarət maddə narkotik və psixotrop maddələrə aid olmayan limon turşusudur. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr'-in 1 siyahısına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2014-cü il tarixdə Sumqayıt şəhər məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmçinin o, xx xxxxxx 2017-ci il tarixdə Sumqayıt şəhər məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 02 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx xxxxxx 2019cu il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,413 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 01 radələrində Xaçmaz rayon X3 Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Xudat- Nabran yolunun 1-ci kilometrliyində saxlanılaraq etibarnamə ilə idarə etdiyi Az ** TX *** dövlət qeydiyyat nişanlı “Renault” markalı avtomobillə X4 gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,413 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və öz iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin ön sağ hissəsində yerləşən bardaçokdakı eynək qabından üzərində narkotik vasitə heroinizləri olan 2 ədəd ampula və 2 ədəd şpiris aşkar aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsiə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməlini törətməklə cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında xx xxxx 2020-ci il tarixli qərardan, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(067)-109/2020 saylı və xx xxxxxx 2020-ci il tarixli, 4(067)-119/2020 saylı qərarlarından, prokurorun vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarından və həmin tarixli başqa yerə getməmək haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx xxxx 2020-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(067)-109/2020 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(067)-119/2020 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, Xaçmaz rayon prokurorunun xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə və xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək ev dustaqlığında olduğu 01 ay 20 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli (cəzaçəkmə müddəti) həbsə alındığı gündən, yəni xx xxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 1,313 qram təşkil edən narkotik vasitə heroin, idarə etdiyi avtomobildən aşkar edilmiş içərisində narkotik vasitə heroin izləri olan iki ədəd şpris və iki ədəd ampullar məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 114 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(067)-35/2021 saylı qərarı əsasında Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Şərəd oğlu məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 8 iş saatı sərf etmişlər. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 8 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 48 manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə və xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək ev dustaqlığında olduğu cəmi 01 ay 20 (iyirmi) gün müddət ona təyin edilmiş cəzanın müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxxx 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 1,313 qram təşkil edən narkotik vasitə heroin, idarə etdiyi avtomobildən aşkar edilmiş içərisində narkotik vasitə heroin izləri olan iki ədəd şpris və iki ədəd ampullar məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 114 (bir yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 8 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 48 (qırx səkkiz) manat pul ödənilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-35/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-35/2021
08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver