Məhkəmə qərarları › İş №1(067)-35/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-35/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-35/2022 26.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1968-ci ildə Xaçmaz rayonu Xanlıq-Oba kəndində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əməlində cinayətlərin residivi olan, Xaçmaz şəhəri S.Vurğun küçəsi ev 47-də qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri Xocalı küçəsi ev 32-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 27.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə əlaqədar olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24.02.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunaraq məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda əməllərində cinayətin residivi yaranmaqla oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə 20 iyul 2021-ci il tarixdə saat 03 radələrində Xaçmaz şəhəri A.ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus evin yaxınlığına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq evin həyətyanı sahəsinə daxil olmuş, daha sonra həyətdən tapdığı dəmirlə evin ön hissəsindəki pəncərəsini aralamaqla açmış və yaşayış sahəsinə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsinə qalxan pilləkənin alt hissəsində olan boşluqdan 3 manat dəyərində, üzərində markalanma göstəriciləri olmayan, 1 ədəd 3 çıxışlı boru birləşdiricini (trayniki), 0.20 manat dəyərində, 12 sm diametrli, üzərində markalama göstəriciləri oxunmayan 1 ədəd laqonda daşını. 35 manat dəyərində, üzərində “HHTEPCKOJİ” "/İY-13/780 3P" yazıları olan 1 ədəd dreli. 35 manat dəyərində, üzərində 220-230 V 600 W "Bocsh” yazıları olan 1 ədəd kiçik ölçülü dreli, 35 manat dəyərində, üzərində 220-240 V 1050 W "XCORT” markalı “XSM08-125” modelli 1 ədəd laqondanı, 5 manat dəyərində, üzərində “DİNGQİ” yazısı olan 1 ədəd dəmir kəsən qayçını. 5 manat dəyərində, üzərində “CAP 42” yazısı olan 1 ədəd plastik kəsən qayçını, 3 manat dəyərində, üzərində “STERN Austria” yazıları olan 1 ədəd göy rəngli çamodanı, 4 manat dəyərində, üzərində “CHROME-VANADİUMİ” yazıları olan 1 ədəd qırmızı rəngli qaz açarını, 0.30 manat dəyərində, üzərində “PATENT 2016/16497” yazıları olan 1 ədəd qırmızı rəngli rezakı. hər biri 1 manat olmaqla ümumilikdə 3 manat dəyərində 3 ədəd böyük ölçülü sverlonu. 0.20 manat dəyərində 1 ədəd kiçik ölçülü sverlonu, hər biri 0.50 manat dəyərində olmaqla ümumilikdə 7 manat dəyərində olan 14 ədəd orta ölçülü sverlonu, 2 manat dəyərində, 29 sm ölçüdə olan (böyük ölçülü) 1 ədəd sverlonu. 1 manat dəyərində. 1.5 sm ölçüdə 1 ədəd kiçik ölçülü açarı, 100 manat dəyərində. 1 dəst üzərində "SKOM SK-İİD1500” yazısı olan, 1500 W perforatoru 6 ədəd sverlo ilə birlikdə, 6 manat dəyərində, üzərində “SKOM" yazısı olan 1 ədəd qara rəngli çamodanı, 25 manat dəyərində, "Candan" markalı. 110-220v-luq 1 ədəd plastik ütüsünü, hər biri 3 manat olmaqla ümumilikdə 6 manat dəyərində 2 ədəd "Tekton" markalı plastik kəsən qayçını, 25 manat dəyərində, “Lobzik kzubr" markalı 550W-luq 1 ədəd elektrik əl mişarını, hər biri 70 manat olmaqla ümumilikdə 140 manat dəyərində“Makita DF 457 DWE" markalı 24 Volt / 2,5 A.h-lıq 2 ədəd şrup bağlayan dreli və istifadəyə yararsız olduğu üçün qiymətləndirilməsi aparılmayan, üzərində “XİNLU” yazıları olan 1 ədəd markeri. yəni ümumilikdə 440,7 (dörd yüz qırx manat yetmiş qəpik) manat dəyərində özgənin əmlakını oğurlamış, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs Saləddin oğlunu əvvəllər tanımamışdır. Onunla arasında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. O əvvəllər oğurluq etməsi ilə əlaqədar olaraq azadlıqdan məhrum edilmişdir. 2021-ci ilin fevral ayında azadlığa çıxmışdır. Lakin o çıxdıqdan sonra iş tapa bilməmişdir. Belə ki, bu səbəbdən dolanışığını təmin edə bilməmişdir. 2021-ci ilin ortalarında Xaçmaz şəhəri A.Cəbrayılov küçəsindən keçərək yaşadığı evə gedirmiş. Həmin zaman daha sonradan Zərərçəkmiş şəxs Saləddin oğluna məxsus olduğunu bildiyi evə tikinti materiallarının boşaldılmasını görmüşdür. Həmin gündən bir neçə gün sonra ona ev təmiri işi təklif edilmişdir. Lakin onun tikinti alətlərim olmamışdır. Həmin zaman A.Cəbrayılov keçəsində yerləşən evdə təmir işləri getdiyi və orada alətlərin ola biləcəyi ağlına gəlmişdir. O düşünmüşdür ki. həmin evə girərək orada olan tikinti alətlərini oğurlasın və özündə saxlayaraq istifadə etsin. Bu məqsədlə 20 iyul 2021-ci il tarixdə saat 03 radələrində tək şəkildə həmin evin yaxınlığına gəlmişdir. O evdə heç kimin olmadığına və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra evin yol tərəfində olan hasarından aşaraq həyətyanı sahəyə daxil olmuşdur. Həyətdən dəmir parçası taparaq evin ön hissəsində olan pəncərəsini dəmirlə ayıraraq açmışdır. O həmin pəncərədən içəriyə daxil olmuşdur. Bundan sonra evin ikinci mərtəbəsinə qalxan pilləkənin alt hissəsində tikinti təmir üçün alətlərin olmasını görmüşdür. O orada olan alətlərin hamısını götürmüşdür. Həmin zaman oradan nələr götürdüyünə fikir verməmişdir. Oradan bir neçə ədəd sellofan və iki ədəd çamodanda əşyaları götürmüşdür. O gəldiyi kimi evdən çıxmışdır. Daha sonra isə həyət qapısını bütövlükdə içəridən açaraq çölə çıxmışdır. O həmin oğurladığı alətlərlə birlikdə bir qədər irəli getmişdir. Həmin alətləri yolun kənarında zibilliyin yana qoymuş və özü taksi axtarmağa başlamışdır. Bu zaman irəlidən Vaz 2107 markalı avtomobilin gəlməsini görmüşdür. Həmin avtomobilə əl etdikdə avtomobil dayanmışdır. Həmin zaman avtomobilin sürücüsünün tanıdığı Aydın adlı şəxs olduğunu görmüşdür. Həmin şəxs də onu tanımışdır. O, Aydına təmir işi götürdüyünü və işləyəcəyi evə getdiyini bildirmişdir. Avtomobili bir qədər irəli sürməsini irəlidə təmir tikinti əşyalarının olduğunu bildirmişdir. Aydın onun dediyi yerə avtomobili sürmüşdür. O özü avtomobildən düşərək oğurladığı əşyaları avtomobilin yük yerinə yükləmişdir. Aydın ondan haraya gedəcəklərini soruşduqda o Xaçmaz şəhərində yerləşən “4 mərtəbə" adlanan yerə tərəfə sürməyini bildirmişdir. Oraya çatdıqda avtomobildən düşmüş və sürücüyə 2 manat yol pulu vermişdir. O, bundan sonra keçmiş qaynanası Lamunanm yaşadığı evin yaxınlığına getmişdir. Həmin evin yaxınlığında olan yarı tikilidə əşyaları gizlətmişdir. Bir qədər sonra polis əməkdaşları onun həmin oğurluğu törətməsini müəyyən etmişlər. O bunu bildikdən sonra həmin əşyaları gizlətdiyi yerdən götürərək polis əməkdaşlarına təqdim etmişdir. Onun oğurluq etməsini heç kim bilməmişdir. Həmçinin onunla heç bir şəxs əlbir olmamışdır. O həmin əşyaları taksi pulu az olsun deyə öz evinə deyil yaxınlıqda olan keçmiş qaynanasının evinin yaxınlığındakı yarıtikiliyə aparmışdır. Qaynanası Lamunanm həmin əşyalardan heç bir məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs evində olan təmir tikinti əşyalarının hamısını oğurlamışdır. Ola bilsin ki. o oğurluq gönü taksiyə həmin əşyaları qoyduğu zaman əşyalardan bəzilərini tələsdiyindən zibillikdə yaddan çıxarmışdır. O, əşyaları polislərə təqdim edənədək oğurladıqdan sonra gizlətdiyi qaynanasının evinin yaxınlığındakı yarıtikilidə saxlamışdır. 0 həmin əşyaları gələcəkdə özü istifadə edəcəyini düşünmüşdür. Bu məqsədlə onları satmamışdır. Polis əməkdaşları onun həmin oğurluğu etdiyini aşkar etdiyi zaman o özü həmin əşyaları istintaqa təqdim etmişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizəsini göndərərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alınmasını və məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini bildirməklə məhkəmədən ərizəsinin nəzərə alınmasını və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə istintaqında elan olunaraq tədqiq edilmişdir. İfadədən məlum olmuşdur ki, o Xaçmaz şəhəri, A.Cəbrayılov küçəsində özünə yeni ev tikir və hal-hazırda həmin evdə təmir işləri aparılır. 19 iyul 2021-ci il tarixdə saat 19 radələrində ustalarla evin qapsını bağlayıb çıxıb getmişlər. 20 iyul 2021-ci il tarixdə saat 10 radələrində evə işləməyə gələn zaman həyətyanı sahənin qapsının acıq vəziyyətdə olmasım görüb həyət daxil olmuşdur. Evə baxdıqda evin plastik materialdan olan pəncərəsinin acıq vəziyyətdə olmasını görmüş və evə daxil olmuşdur. O evə daxil olduqda bilmişdir ki, naməlum şəxs evin pəncərəsini hər hansı bir əşya ilə zədələyib açmaqla evə daxil olmuşdur. Həmçinin evə diqqətlə baxdığı zaman evin ikinci mərtəbəsinə qalxan pilləkənin altındakı boşluğa həmişə qoyduğu təmir tikinti alətlərinin yəni 1 ədəd 3 çıxışlı boru birləşdiricinin (çeşmə, krant), 1 ədəd laqonda daşının, 2 ədəd drelin, 1 ədəd laqondanın, 1 ədəd dəmir kəsən qayçının, 2 ədəd çamodanın, 1 ədəd qaz açarının, 1 ədəd bıçağın (rezakın), 3 ədəd böyük ölçülü sverlonun, 1 ədəd kiçik ölçülü sverlonun, orta ölçülü 14 ədəd sverlonun, 1 ədəd böyük ölçülü sverlonun, 1 ədəd kiçik ölçülü açarın, dəst şəkilində 6 ədəd sverlo ilə birlikdə 1 ədəd preforatorun, 1 ədəd çamodanın, 1 ədəd plastik ütüsünün, 2 ədəd plastik kəsən qayçının. 1 ədəd əl mişarının, 2 ədəd şrup bağlayan drelin və 1 ədəd markerin oğurlndığım müəyyən etmişdir. O həmin əşyaların kim tərəfindən oğurlanmasını bilməmişdir. O ilkin olaraq verdiyi ərizə və izahatda oğurlanmış əşyalarını dəqiqləşdirmədiyindən bəzi əşyaları qeyd etmişdir. Lakin evindən ifadəsində qeyd etdiyi əşyalar oğurlanmışdır. O baş vermiş oğurluq hadisəsi zamanı ona dəyən maddi ziyanı təxmini olaraq bildirmişdir. Rəydə göstərilən qiymətlə və markerin dəyərinin müəyyənləşdirilməməsi ilə razıdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, O X4 əvvəllər tanımamışdır. Onunla aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə Xaçmaz şəhər sakini kimi tanımışdır. Onlarla aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. Onun özünə məxsus olan Vaz 2107 markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O həmin avtomobillə bəzi zamanlar axşamlar bəzi zamanlar isə gündüzlər taksi fəaliyyəti ilə məşğul olur. 20 iyul 2021-ci il tarixdə səhər saat 05-06 radələrində Xaçmaz şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olurmuş. Xaçmaz şəhərində yerləşən Eko marketin yaxınlığından keçən zaman bir nəfər şəxsin yolun kənarında ona əl etdiyini görmüş və avtomobilini onun yanında saxlamışdır. O yaxınlaşdığı zaman həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. O Əliquludan bu vaxt burda nə etdiyini soruşduqda Əliqulu iş tapdığını və təmir işi görəcəyi yerə getdiyini bildirmişdir. O həmin zaman Əliqulunun sözlərinə inanmışdır. Həmçinin Əliqulu ona bir qədər irəlidə özünün təmir alətlərinin olmasını bildirərək avtomobili oraya sürməsini bildirmişdir. Onlar bir qədər təxminən 15-20 metr irəli getdikdən sonra Əliqulu avtomobili saxlamasını bildirmiş və avtomobildən düşərək avtomobilə özünə məxsus olduğunu bildirdiyi təmir alətlərini qoymuşdur. Bundan sonra ona Xaçmaz şəhəri ərazisində yerləşən 4 mərtəbə tərəfə avtomobili sürməsini tapşırmışdır. O Əliqulunu dediyi ünvana gətirmişdir. Əliqulu ona yol pulu kimi 2 manat vermişdir. Bundan sonra o Əliqulu ilə rastlaşmamışdır. O həmin əşyaların oğurluq olmasını polis şöbəsinə dəvət olunduğum zaman bilmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid2 qızı göstərmişdir ki, X4 əvvəllər tanımamışdır. Onunla aralarında hər hansı bir münaqişə dava dalaş və ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə onun mərhum qızının əri olmuşdur. Əliqulu bəzi zamanlar onun yanına gəlib gedir. O Əliqulunun hər hansı bir yerdən həmçinin Emil Qatlanovun evindən oğurluq etməsini bilməmişdir. O daha sonradan bilmişdir ki. Təqsirləndirilən şəxs Emil Qatlanovun evindən təmir tikinti alətlərini oğurlamış daha sonra isə onun yaşadığım evin yaxınlığında yarıtikilidə saxlamışdır. O həmin əşyaları da görməmişdir. Onun ümumiyyətlə oğurluq barəsində, həmçinin Əliqulunun oğurladıqlarını onun evinin yaxınlığında gizlətməsi və daha sonradan götürməsi barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəməəmtəəşünaslıq ekspertizasının 25 oktyabr 2021-ci il tarixli 9/6964 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 17 adda malların istifadə olması nəzərə alınmaqla 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 244.70 manat müəyyən olunur. Digər 1 ədəd marker istifadəyə yararsız olduğu üçün qiymətləndirilmə aparılmadı. Analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 4 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 196.00 manat müəyyən olunur. İş materiallarında olan məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs oğurladığı X5 məxsus olan 1 ədəd 3 çıxışlı boru birləşdirici (traynik), 12 sm diametrli, üzərində markalama göstəriciləri oxunmayan 1 ədəd laqonda daşı, üzərində “HHTEPCKOJT” “AY-13/780 ƏP” yazıları olan 1 ədəd drel, üzərində 220-230 V 600 W “Bocsh” yazıları olan 1 ədəd kiçik ölçülü drel, üzərində 220-240 V 1050 W "XCORT" markalı “XSM08- 125“ modelli 1 ədəd laqonda, üzərində “DİNGQİ” yazısı olan 1 ədəd dəmir kəsən qayçı, üzərində “CAP 42” yazısı olan 1 ədəd plastik kəsən qayçı, üzərində “STERN Austria" yazıları olan 1 ədəd göy rəngli çamodan, üzərində "CHROME- VANADİUMİ" yazıları olan 1 ədəd qırmızı rəngli qaz açarı, üzərində "PATENT 2016/16497" yazıları olan 1 ədəd qırmızı rəngli rezak. 3 ədəd böyük ölçülü sverlo. 0.20 manat dəyərində 1 ədəd kiçik ölçülü sverlo, 14 ədəd orta ölçülü sverlo, 29 sm ölçüdə olan (böyük ölçülü) 1 ədəd sverlo, 1,5 sm ölçüdə 1 ədəd kiçik ölçülü açar, 1 dəst, üzərində "SKOM SK- HD1500" yazısı olan. 1500 W perforator 6 ədəd sverlo ilə birlikdə, üzərində “SKOM” yazısı olan 1 ədəd qara rəngli çamodan və üzərində “XİNLU” yazıları olan 1 ədəd marker Təqsirləndirilən şəxs tərəfindən təqdim edildi və tərəfimdən müvafiq qaydada götürüldü. Təqdim edilmiş əşyalar işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Qeyd olunan əşyaların saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan məhkəmə istintaqında tədqiq olunan cinayət işinə əlavə edilmiş DİN-in BƏSİl-dən alınmış 18 dekabr 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki. Təqsirləndirilən şəxs 27.02.2019-cu il tarixdə Xaçmaz rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24.02.2021 -ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən veriliş 09 dekabr 2021-ci il tarixli, 9713 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs birinci həyat yoldaşı ölmüş ikinci həyat yoldaşı isə onunla bir yerdə yaşamamış və onun 1990-cı ilə təvəllüdül X11, 1992-ci il təvəllüdlü X12 və 2007-ci il təvəllüdlü X8 adında uşaqları var. İş materiallarında olan məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən veriliş ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 1(067)-35/2022 saylı qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmənin icraatında olan cinayət işi üzrə məhkəmə iclası 10 fevral 2022-ci il saat 17:00-a təyin olunaraq, bu barədə təqsirləndiirlən şəxsə iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş, lakin buna baxmayaraq, təqsirləndirilən şəxs üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və barəsində məcburi gətirilməsi və 22.02.2022-ci il saat 15:15-ə təyin edilmiş məhkəmə iclasına Təqsirləndirilən şəxs məcburi qaydada gətirilməsi ilə bağlı qərar icra edilməsi üçün Xaçmaz RPŞ-nə göndərilmişdir. İş materiallarında olan 22 fevral 2022-ci il tarixli, 1(067)-35/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə iclasdan bir neçə saat öncədən məhkəmənin inzibati binasına gələrək, barəsində tətbiq olunmuş məcburi gətirilmə haqqında qərarla tanış olaraq, könüllü surətdə saat 15:15-də keçiriləcək məhkəmə iclasında iştirak edəcəyi barədə məlumat vermiş və bununla bağlı müvafiq yazılı qeydlər aparılmışdır. Buna baxmayaraq, Təqsirləndirilən şəxs yenə də, 22 fevral 2022-ci il tarixdə saat 15:15-ə təyin olunmuş məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən barəsində seçilmiş iltizam qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində seçilmiş iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan 16 mart 2022-ci il tarixli, axtarışda olan şəxsi tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdə Xaçmaz rayonu ərazisində tutularaq Xaçmaz rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs iş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi zaiyanı tam olaraq ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı həç bir iddiası və şikayəti olmayacağına dair notarial qaydada ərizə verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 27.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3- cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə əlaqədar olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24.02.2021 -ci il tarixdə cəzasının sonu ilə azad olunaraq məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda əməllərində cinayətin residivi yaranmaqla oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə 20 iyul 2021 -ci il tarixdə saat 03 radələrində Xaçmaz şəhəri A.ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus evin yaxınlığına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq evin həyətyanı sahəsinə daxil olmuş, daha sonra həyətdən tapdığı dəmirlə evin ön hissəsindəki pəncərəsini aralamaqla açmış və yaşayış sahəsinə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsinə qalxan pilləkənin alt hissəsində olan boşluqdan 3 manat dəyərində, üzərində markalanma göstəriciləri olmayan, 1 ədəd 3 çıxışlı boru birləşdiricini (trayniki), 0.20 manat dəyərində, 12 sm diametrli, üzərində markalama göstəriciləri oxunmayan 1 ədəd laqonda daşını. 35 manat dəyərində, üzərində “HHTEPCKOJİ” "/İY-13/780 3P" yazıları olan 1 ədəd dreli. 35 manat dəyərində, üzərində 220-230 V 600 W "Bocsh” yazıları olan 1 ədəd kiçik ölçülü dreli, 35 manat dəyərində, üzərində 220-240 V 1050 W "XCORT” markalı “XSM08-125” modelli 1 ədəd laqondaııı, 5 manat dəyərində, üzərində “DİNGQİ” yazısı olan 1 ədəd dəmir kəsən qayçını. 5 manat dəyərində, üzərində “CAP 42” yazısı olan 1 ədəd plastik kəsən qayçını, 3 manat dəyərində, üzərində “STERN Austria” yazıları olan 1 ədəd göy rəngli çamodanı, 4 manat dəyərində, üzərində “CHROME-VANADİUMİ” yazıları olan 1 ədəd qırmızı rəngli qaz açarını, 0.30 manat dəyərində, üzərində “PATENT 2016/16497” yazıları olan 1 ədəd qırmızı rəngli rezakı. hər biri 1 manat olmaqla ümumilikdə 3 manat dəyərində 3 ədəd böyük ölçülü sverlonu. 0.20 manat dəyərində 1 ədəd kiçik ölçülü sverlonu, hər biri 0.50 manat dəyərində olmaqla ümumilikdə 7 manat dəyərində olan 14 ədəd orta ölçülü sverlonu, 2 manat dəyərində, 29 sm ölçüdə olan (böyük ölçülü) 1 ədəd sverlonu. 1 manat dəyərində. 1.5 sm ölçüdə 1 ədəd kiçik ölçülü açarı, 100 manat dəyərində. 1 dəst üzərində "SKOM SK-İİD1500” yazısı olan, 1500 W perforatoru 6 ədəd sverlo ilə birlikdə, 6 manat dəyərində, üzərində “SKOM" yazısı olan 1 ədəd qara rəngli çamodanı, 25 manat dəyərində, "Candan" markalı. 110-220v-luq 1 ədəd plastik ütüsünü, hər biri 3 manat olmaqla ümumilikdə 6 manat dəyərində 2 ədəd "Tekton" markalı plastik kəsən qayçını, 25 manat dəyərində, “Lobzik kzubr" markalı 550W-luq 1 ədəd elektrik əl mişarını, hər biri 70 manat olmaqla ümumilikdə 140 manat dəyərində“Makita DF 457 DWE" markalı 24 Volt / 2,5 A.h-lıq 2 ədəd şrup bağlayan dreli və istifadəyə yararsız olduğu üçün qiymətləndirilməsi aparılmayan, üzərində “XİNLU” yazıları olan 1 ədəd markeri. yəni ümumilikdə 440,7 (dörd yüz qırx manat yetmiş qəpik) manat dəyərində özgənin əmlakım oğurlamış yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 4-cü bəndinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışında və tapılmasında fəal kömək etməsi, habelə 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hallardan biridir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini tam etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi qeyd olunmuşdur. İş materiallarında olan AR DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və yeni cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. Belə olan halda, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunan Məcəllənin 177.2.3-cü maddəsinin sanksiyası bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmasını qeyd edir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3 təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 16 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq götürülüb Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan 1 ədəd 3 çıxışlı boru birləşdirici (traynik), 12 sm diametrli, üzərində markalama göstəriciləri oxunmayan 1 ədəd laqonda daşı, üzərində “HHTEPCKOJİ” "ДУ-13/780 ЭP" yazıları olan 1 ədəd drel, üzərində 220-230 V 600 W "Bocsh” yazıları olan 1 ədəd kiçik ölçülü drel, üzərində 220-240 V 1050 W "XCORT” markalı “XSM08-125” modelli 1 ədəd laqonda, üzərində “DİNGQİ” yazısı olan 1 ədəd dəmir kəsən qayçı, üzərində “CAP 42” yazısı olan 1 ədəd plastik kəsən qayçı, üzərində “STERN Austria” yazıları olan 1 ədəd göy rəngli çamodan, üzərində “CHROME-VANADİUMİ” yazıları olan 1 ədəd qırmızı rəngli qaz açarı, üzərində “PATENT 2016/16497” yazıları olan 1 ədəd qırmızı rəngli rezak, 3 ədəd böyük ölçülü sverlo, 1 ədəd kiçik ölçülü sverlo, 14 ədəd orta ölçülü sverlo, 29 sm ölçüdə olan (böyük ölçülü) 1 ədəd sverlo, 1.5 sm ölçüdə 1 ədəd kiçik ölçülü açarı, 1 dəst üzərində "SKOM SK-HD1500” yazısı olan, 1500 W perforator 6 ədəd sverlo ilə birlikdə, üzərində “SKOM" yazısı olan 1 ədəd qara rəngli çamodan və üzərində “XİNLU” yazıları olan 1 ədəd marker hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 16 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq götürülüb Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan 1 ədəd 3 çıxışlı boru birləşdirici (traynik), 12 sm diametrli, üzərində markalama göstəriciləri oxunmayan 1 ədəd laqonda daşı, üzərində “HHTEPCKOJİ” "ДУ-13/780 ЭP" yazıları olan 1 ədəd drel, üzərində 220-230 V 600 W "Bocsh” yazıları olan 1 ədəd kiçik ölçülü drel, üzərində 220-240 V 1050 W "XCORT” markalı “XSM08-125” modelli 1 ədəd laqonda, üzərində “DİNGQİ” yazısı olan 1 ədəd dəmir kəsən qayçı, üzərində “CAP 42” yazısı olan 1 ədəd plastik kəsən qayçı, üzərində “STERN Austria” yazıları olan 1 ədəd göy rəngli çamodan, üzərində “CHROME- VANADİUMİ” yazıları olan 1 ədəd qırmızı rəngli qaz açarı, üzərində “PATENT 2016/16497” yazıları olan 1 ədəd qırmızı rəngli rezak, 3 ədəd böyük ölçülü sverlo, 1 ədəd kiçik ölçülü sverlo, 14 ədəd orta ölçülü sverlo, 29 sm ölçüdə olan (böyük ölçülü) 1 ədəd sverlo, 1.5 sm ölçüdə 1 ədəd kiçik ölçülü açarı, 1 dəst üzərində "SKOM SK-HD1500” yazısı olan, 1500 W perforator 6 ədəd sverlo ilə birlikdə, üzərində “SKOM" yazısı olan 1 ədəd qara rəngli çamodan və üzərində “XİNLU” yazıları olan 1 ədəd marker hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 manat məhkəmə xərci X1 tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar