Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-35/2024 25.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1987-ci ildə Xaçmaz rayonu, Çinartala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Xaçmaz rayonunun Çinartala kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdə, saat 21 radələrində Xaçmaz rayonu, Çinartala kəndi ərazisində olmaqla həmin kənddən qərb istiqamətində 100 metr aralı məsafədə yerləşən özünə məxsus həyətyanı torpaq sahəsinin yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs məxsus bağ sahəsinin ətrafındakı ağac budaqlarından çəkilmiş çəpəri yandırması ilə bağlı aralarında yaranmış mübahisə zamanı ağac parçası ilə Zərərçəkmiş şəxs sağ qoluna, ayağı ilə isə sol dizinə qəsdən vurmaqla sonuncuya “sağ əl nahiyəsinin hematoması və sol diz oynağı nahiyəsinin qançırı” kimi qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə öz həyətində Rasim və qardaşı Vahid tərəfindən döyülmüşdür. Belə ki, ona məxsus həyətyanı torpağında zərərçəkmiş şəxsin atası və oğlanları özbaşına müdaxilə edərək tor hasar çəkmişlər. Çəkdikləri tor hasarı, armaturları at arabası ilə sonunculara qaytarmış və onlara bildirmişdir ki, ev tikməyinə mane olmasınlar. xx.xx.2023-cü il tarixdə həyətyanı torpaq sahəsində Zərərçəkmiş şəxs mişar daşının parçası ilə onun baş nahiyəsinə vurmuş, ardınca Rasimin qardaşı Şahid1 əlindəki ağac paya ilə ona zərbə vurub xəsarət yetirmişdir. Daha sonra Xaçmaz RPŞ-nin rəis müavini Faiq müəllimin Rasimə və yaxın qohumlarına himayədarlıq etdiyini ona demişlər. O, döyüldükdən sonra oradan uzaqlaşmışdır. Səməd, Fərman və Zahid adlı şəxslər onu xəstəxanaya aparmışlar. O, Zərərçəkmiş şəxs və yaxın qohumlarının böhtan ifadələr verdiyini bildirərək barəsində bəraəetverivi hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hadisə vaxtı orada tək olmuşdur, qarşı tərəfdəki şəxslərdən başqa onun yanında heç kim, həmçinin bələdiyyə sədri Musayib olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə atasının evindən 1 km uzaq məsafədə yerləşən bağ sahəsinə baxmağa gedərkən bağ sahəsinin çəpərinin yandığını görmüş orada olan Təqsirləndirilən şəxs və bələdiyyə sədrindən kimin yandırdığını soruşduğunda Təqsirləndirilən şəxs “mən yandırmışam, yaxşı etmişəm” sözlərini demişdir. Bu zaman bələdiyyə sədri ilə söhbət edən həmkəndlisi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onu ağac parçası ilə, daha sonra təpiklə dizinə, başına vurmuş, bu zaman o, qaçıb canını qurtarmışdır. Lakin bələdiyyə sədri münaqişəyə qarışmamışdır. Hadisə zamanı orada başqa heç kimin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, təqsirləndirilən və zərərçəkmiş şəxslərlə normal münasibəti vardır. xx.xx.2023-cü il tarixdə qardaşının torpaq sahəsinə gedərkən səs-küy eşitmişdir. Daha sonra o, Şaiqin səsini eşitdiyində, Şaiq “vurmayın, vurmayın” deyərək qışqırmış, lakin bu zaman o, kiminsə “vur ölsün” dediyini eşitmişdir. O, Rasimi və qardaşlarını hadisə yerində görməmişdir, səslərini eşitmişdir. Lakin Rasimlə qardaşlarının Şaiqə fiziki cəhətdən gücləri çatmayacağını güman edərək, həmçinin Rasimlə ədavətləri olduğu üçün hadisə yerinə yaxınlaşmamışdır. O, daş və ya paya ilə Şaiqi vurduqlarını düşünür. Şaiqin üzünü qanlı gördüyündə, Şaiq ona döyüldüyünü demişdir. Şaiqin başından və üzündən yaralarını o təmizləmişdir. Hadisə onun olduğu yerdən 60 metr aralı məsafədə baş vermiş, həmin vaxt Qafar adlı şəxsi görərək sonuncu ondan kimin səsi olduğunu soruşduğunda o, Şaiqlə Rasimin dalaşdığını demişdir. O, hadisə yerindən 300 metr aralıda Şaiqlə rastlaşmış və onu xəstəxanaya aparmışdır. Hadisə barədə telefon vasitəsilə qardaşı Musayiblə əlaqə saxlayaraq məlumat vermişdir. Həmin vaxt qardaşı orada olmamamışdır. Həmçinin, məhkəmə istintaqı zamanı Şahid3 ziddiyyətli ifadələr verərək əvvəlcə evinə gedən yolda olan telin yanında Təqsirləndirilən şəxs döyülərək öldürüləcəyini düşünmüş və geri qayıtdığında Şaiqlə yolda rastlaşdığına dair ifadə versə də, daha sonra ziddiyyətli ifadə verərək telin yanından təxminən 10 dəqiqlək yolu ötüb keçdiyini və Təqsirləndirilən şəxs döyülərək öldürüləcəyini düşünərək geri qayıtdığını və telin yanında Təqsirləndirilən şəxsla rastlaşdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə oğlum Rasim evə gələndə əli sarıqlı vəziyyətdə olmuşdur. O, Rasimdən soruşduqda onu Şaiqin vuraraq xəsarət yetirdiyini demişdir. O, Şaiqin dəfələrlə pay torpaq sahəsindən istifadəyə maneçilik törətdiyini bildirmişdir. Şaiqin evi hadisə yerindən 3 km aralıda yerləşir. O, hadisə günü evində olmuş, hadisə yerinə getməmişdir. Hadisə günü Rasim bağ sahələrinə baxmağa getmişdir. Rasim yaxınlaşarkən çəpərin yandığını görmüşdür. Rasim orada bələdiyyə sədri Musayibi və Şaiqi görmüşdür. O, Şaiqdən çəpəri niyə yandırdığını soruşduqda Şaiq ona yaxşı etdiyini deyərək ağac parçası ilə Rasimin əlinə və dizinə xəsarət yetirmiş, dizi şişmişdir. Xəstəxanada Rasimin əli gipslə sarılmış və ağrıkəsici dərmanlar vurulmuşdur. 30 may 2023-cü il tarixdə Şaiqin özbaşınalıqları ilə əlaqədar şikayət olduğundan o, polis şöbəsinə çağırılmış, sahə rəisinin yanında olmuşdur. İzahat yazdıqdan sonra isə evdə olmuşdur. Məhkəmə istintaqı zamanı şahidlər Şahid5 və Şahid1 da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, 2022-ci il tarixdə Yağışov Şıxnəzər və onun ailə üzvləri ümumi istifadədə olan yolu bağladıqları üçün Xaçmaz rayon məhkəməsinə müraciət olunmuş və Xaçmaz rayon məhkəməsi tərəfindən yolun ümumi istifadədə olması ilə bağlı qətnamə qəbul olunmuşdur. Zərərçəkmişə məxsus torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla, onun, qardaşının və Təqsirləndirilən şəxs həyətyanı torpaq sahələri ilə qonşudur. Zərərçəkmiş şəxs və ailəsi tərəfindən ümumi istifadədə olan yol bağlandığından Təqsirləndirilən şəxs ev tikməsi üçün istifadə olunacaq tikinti materiallarını daşıya bilmir, o, sonuncuya bu barədə səbirli olmasını demişdir. Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs məxsus həyətyanı torpağın bir hissəsinə quru ağac budaqları yığılmışdır. Təqsirləndirilən şəxs hadisə günü həmin ağac budaqlarını yandırdığında zərərçəkmiş şəxs və qardaşları ona yaxınlaşmışlar. Zərərçəkmiş və qardaşları Şaiqə həmin torpaq sahəsində ev tikməsinə imkan verməyəcəklərini, xoşluqla həmin torpaq sahəsini onlara satmasını bildirmişlər. Zərərçəkmiş şəxs əlində olan nəsə ilə Təqsirləndirilən şəxs baş nahiyəsinə vurmuş və Təqsirləndirilən şəxs qışqıraraq yerə yıxılmışdır. O, uzaq məsafədə olduğu üçün və havanın qaranlıq olmasına görə Zərərçəkmiş şəxs Şaiqin başına nə ilə vurduğunu dəqiq görə bilməmiş və həmçinin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə xətər yetirdiyini görməmişdir. Hadisə vaxtı zərərçəkmiş və iki qardaşının orada oluqlarını, lakin atalarını orada görmədiyini bildirmişdir. O, həmin gün hadisənin baş verdiyi torpaq sahəsində olmuşdur. Hadisədən sonra özünə məxsus torpaq sahəsində qalıb işləmişdir. O, ibditdai istintaq zamanı hadisə yerində olmadığını bildirməklə yalan ifadə verdiyini məhkmə iclasında etiraf etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: 03 sentyabr 2023-cü il tarixli cinayət işi materiallarından başqa cinayət işinin ayrılması barədə (cild 01, vərəq 01) qərardan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X13 tərəfindən ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdə, saat 21 radələrində Xaçmaz rayonu, Çinartala kəndi ərazisində aralarında baş vermiş mübahisə zamanı ağacla X4 vuraraq ona sağ əl nahiyəsinin hematoması və sol diz nahiyəsinin qançırı kimi qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməsi faktına görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi ayrılaraq icraatına götürülmüş və ********* nömrə altında istintaqı davam etdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2023-cü il tarixli, 268 nömrəli ekspert rəyindən (cild 01, vərəq 16) müəyyən edilir ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ əl nahiyəsinin hematoması və sol diz oynağı nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb oln sağlamlığa Yüngül zərər vurmaya aiddir. 19 iyul 2023-cü il tarixli zərər çəkmiş şəxsin dindirilməsi protokolundan (cild 01, vərəq 21) görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs qismində dindirilmişdir. 24 iyul 2023-cü il tarixli şahidi dindirmə protokolundan (cild 01, vərəq 23) müəyyən edilir ki, X9 şahid qismində dindirilmişdir. 25 iyul 2023-cü il tarixli şahidi dindirmə protokolundan (cild 01, vərəq 25) müəyyən edilir ki, Şahid3 şahid qismində dindirilmişdir. 29 iyul 2023-cü il tarixli şahidi dindirmə protokolundan (cild 01, vərəq 27) müəyyən edilir ki, Zərərçəkmiş şəxs şahid qismində dindirilmişdir. 29 iyul 2023-cü il tarixli şahidi dindirmə protokolundan (cild 01, vərəq 29) müəyyən edilir ki, Şahid2 şahid qismində dindirilmişdir. 01 avqust 2023-cü il tarixli şahidi dindirmə protokolundan (cild 01, vərəq 31) müəyyən edilir ki, Şahid1 şahid qismində dindirilmişdir. 01 avqust 2023-cü il tarixli şahidi dindirmə protokolundan (cild 01, vərəq 33) müəyyən edilir ki, Şahid5 şahid qismində dindirilmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışdan (cild 01, vərəq 35) müəyyən edilir ki, Xaçmaz rayonu. Çinartala kəndində olan **********45 reyestr nömrəli 0.2041 ha torpaq sahəsi X3 adındadır. 04 avqust 2023-cü il tarixli şahidi dindirmə protokolundan (cild 01, vərəq 37) müəyyən edilir ki, Şahid4 şahid qismində dindirilmişdir. 09 avqust 2023-cü il tarixli şahidi dindirmə protokolundan (cild 01, vərəq 39) müəyyən edilir ki, X5 şahid qismində dindirilmişdir. 14 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, vərəq 41) müəyyən edilir ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. 14 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan (cild 01, vərəq 43) müəyyən edilir ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs qismində dindirilmişdir. 03 sentyabr 2023-cü il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərin surətlərindən (cild 01, iş vərəq 59) müəyyən edilir ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə Xaçmaz RPŞ-də ona Zərərçəkmiş şəxs onu döyərək xəsarət yetirdiyi ərazini göstərməsi təklif edildi. Bundan sonra biz Təqsirləndirilən şəxs təklifi ilə Xaçmaz RPŞ-nin xidməti “Fiat Doblo” markalı avtomobilinə əyləşib Xaçmaz rayonu, Çinartala kəndi istiqamətində hərəkət etmişlər. Hadisənin baş verdiyi yer Xaçmaz rayonu, Çinartala kəndi ərazisində olmaqla həmin kənddən qərb istiqamətində 100 metr aralıda yerləşən həyətyanı torpaq sahəsinin yaxınlığındadır. Həmin əraziyə gələrək Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs, qardaşları Fazil və Şahid1, o cümlədən ataları Şıxnəzərin həmin əraziyə gələrək onunla mübahisə etdiyini və mübahisə zamanı onu döyərək xəsarət yetirdiklərini bildirmiş və hadisənin baş verdiyi yeri əyani olaraq göstərmişdir. 22 sentyabr 2023-cü il tarixli şahidi dindirmə protokolundan (cild 01, vərəq 61) müəyyən edilir ki, X5 şahid qismində dindirilmişdir. 22 sentyabr 2023-cü il tarixli şahidi dindirmə protokolundan (cild 01, vərəq 63) müəyyən edilir ki, Zərərçəkmiş şəxs şahid qismində dindirilmişdir. 25 sentyabr 2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan (cild 01, vərəq 65) müəyyən edilir ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. 25 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxsin dindirilməsi haqqında protokoldan (cild 01, vərəq 69) görünür ki, Zərərçəkmiş şəxs qismində dindirilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 28 sentyabr 2023-cü il tarixli protokoldan (cild 01, vərəq 82), müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X13 tərəfindən Xaçmaz RPŞ-də 13:15 dəqiqədə müdafiəçi Xaçmaz rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. 28 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (cild 01, vərəq 85) müəyyən edilir ki, Təqsirləndirilən şəxs müdafiəçisi X2 iştirakı ilə şübhəli şəxs qismində dindirilmişdir. 29 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, vərəq 86) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. 29 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan (cild 01, vərəq 95) müəyyən edilir ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Təqsirləndirilən şəxs müdafiəçisi X2 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmişdir. 29 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan və iltizamdan(cild 01, vərəq 97-99) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 29 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin qərarı və protokolları imza etməkdən imtina etməsi barədə protokoldan (cild 01, vərəq 102) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan olunarkən heç bir səbəb göstərmədən barəsində qəbul olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərara, Xaçmaz rayon vəkil bürosunun vəkillərinin siyahısının təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında protokola, hüquq və vəzifələrinə dair bildirişə, ittihamın elan edilməsi, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi və qərarın surətinin verilməsi haqqında protokola, vəkilin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında protokola, etiraz edilə bilən şəxslər barədə məlumatların cinayət prosesinin iştirakçısına bildirilməsi haqqında protokola, təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla və ekspert rəyi ilə tanış edilməsi haqqında protokola, təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokola, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qəra5ra və iltizama imza etməkdən imtina etmişdir. 17 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan (cild 01, vərəq 125) müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığına görə həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə İstintaq Bölməsinə təqdim etdiyi içərisində 01 ədəd video görüntü olan “CD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Xaçmaz rayon məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 1(067)-195/2023 saylı qərarından (cild 01, vərəq 212) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 1(067)-195/2023 saylı qərarından (cild 01, vərəq 251) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair 1(067)-195/2023 nömrəli cinayət işi üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X15 23 fevral 2024cü il tarixli, T 115/2024 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs sağ əlin arxa səthinin şişkinlik fonunda fluktuasiya edən hematoması və sol diz oynağının qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmiş, zərblə həmin nahiyəyə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti xx.xx.2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə sağ əlin arxa səthinin şişkinlik fonunda fluktuasiya edən hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir, digər xəsarət isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin xarakteri və lokalizasiyaları onların kənar şəxs tərəfindən yetirilməsinə uyğun gəlir. Eyni zamanda Zərərçəkmiş şəxs qeyd olunan xəsarətlərin (sol diz oynağında 3x2 sm-lik və sağ əlin arxa səthində 6x5 sm ölçüdə qançır) istər məişət şəraitində, istərsə də kənd təsərrüfatı ilə məşğul olan zaman yarana bilməsi istisna edilir. Bu məsələnin dəqiq həlli istintaq yolu ilə aydınlaşdırıla bilər. Məhkəmə şahid qismində ifadə vermiş Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun verdiyi ifadə Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, məhkəmə istintaqı zamanı o, bələdiyyə sədri olan qardaşının hadisə yerində olmadığını, hadisə barədə ona telefon əlaqəsi yaratmaqla məlumat verdiyini bildirsə də, digər şahid olan qardaşı Şahid4 ibtidai istintaq zamanı yalan ifadə verdiyini və hadisə vaxtı orada olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə, təqsirini etiraf etməməsinə dair məhkəmə iclasında verdiyi ifadə iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi kimi qiymətləndirili. Təqsirləndirilən şəxsin cinayət əməli zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eyni zamanda təqsirləndirilən şəxs tərəfindən çıxış etmiş şahidlərin bir-birini təkzib edən yalan ifadələri, ekspertiza rəyləri eləcə də iş üzrə qanuni üsullarla toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 128-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon İHB-nın Çinartala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən (cild 01, vərəq 111) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Çinartala kəndində anadan olmuş və orada boya-başa çatmışdır. İşgüzar və bacarıqlıdır. Ailəlidir. Kənd təsərrüfatı ilə məşğuldur. Yoldaşları və kənd camaatı arasında hörməti vardır. Dini təşkilatların və siyasi partiyaların üzvü deyil. Qonşuları ilə münasibətləri yaxşıdır. Barəsində kənd camaatı və təşkilatlar tərəfindən nümayəndəliyə heç bir şikayət və mənfi məlumt daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən (cild 01, vərəq 112) müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 16 oktyabr 2023-cü il tarixli məktubdan (cild 01, vərəq 123) görünür ki, Xaçmaz rayonu, Çinartala kənd sakini xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Xaçmaz RMX” PHŞ-də həkim-narkoloqun və həkim-psixatrın qeydiyyatında yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon məhkəməsinin 08 dekabr 2006-cı il tarixli, 1-260 saylı hökmündən (cild 01, vərəq 120) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib, qazancının 15 faizini dövlət nəfinə tutulmaqla, 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 16 oktyabr 2023-cü il tarixli məktubundan (cil 01, vərəq 124) görünür ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 24 ay müddətə islah işləri növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs cəzası bitdiyi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsində qeydiyyatdan çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışdan (cild 01, vərəq 245) müəyyən edilir ki, Xaçmaz rayonu, Çinartala kəndi ərazisində, xüsusi mülkiyyət növündə, **********87 reyestr nömrəli 0.11 ha torpaq sahəsi Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in Məcəllənin 59-cu və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs İsmayılov Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, maddi vəziyyətini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 21:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 sentyabr 2023-cü il tarixdən 29 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə (cəmi 04 gün) hesablanmaqla üzərində qəti olaraq 05 (beş) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-35/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-35/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver