Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-36/2021 22.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs X10, tərcüməçi X3 iştirakı ilə 11 noyabr 1996-cı ildə Türkiyə Respublikasının Mersin şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Cəlilabad rayonunun Ləzran kəndində müvəqqəti qeydiyyatda olan və yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, X4 Respublikası vətəndaşları Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezellə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib onları idarə etdiyi «Ford Tranzit» markalı, ZH 974 HZ dövlət qeydiyyat nişanlı avtomobillə 10 aprel 2020-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Cəlilabad şəhəri, Azərbaycan küçəsi, 17/7 nömrəli evin yaxınlığına gətirib düşürdükdən sonra özü avtomobilin salonunda oturub gözləmiş, Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel isə Zərərçəkmiş şəxs3 yaşadığı evin birinci mərtəbəsində olan pəncərənin dəmir barmaqlığını sındırıb qanunsuz içəri daxil olaraq birinci mərtəbədə mətbəxdə olan şkafın içərisindəki dəmir çay qutusunun içərisindən sonuncuya məxsus 200 manat qəpik pulları, Zərərçəkmiş şəxs2 məxsus 150 manat dəyərində bir ədəd «Lenova» markalı mobil telefonu, ikinci mərtəbədə olan otaqdan içərisində 120 manat dəyərində “2 gb”-lıq yaddaş kartı olan 140 manat dəyərində “Xomax-XM” markalı video müşahidə kamerasının yaddaş qurğusunu, ikinci mərtəbədə yataq otağında olan şkafın içərisindən 1500 manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı qızıl üzük və sırğadan ibarət brilliant qaşlı komplekti, 500 manat dəyərində 585 əyarlı yarpaq formasında olmaqla üzərində 3 ədəd qaş olan qızıl qadın üzüyünü, 250 manat dəyərində 583 əyarlı, paxlava formasında olmaqla üzərində xırda qaşlar olan qızıl qadın üzüyünü, 300 manat dəyərində 583 əyarlı «tros» formasında olan qızıl boyunbağını, 300 manat dəyərində 583 əyarlı üzərində naxışlar olan qızıl boyunbağını, 250 manat dəyərində 583 əyarlı nazik «tros» formasında olan qızıl boyunbağını, 400 manat dəyərində 583 əyarlı, üzərində «Tükəzban» yazılı qızıl klonu, 200 manat dəyərində 583 əyarlı, üzərində kiçik dairələr olan «tros» formalı qızıl qolbağını, 200 manat dəyərində 583 əyarlı üzərində nazik naxışlar olan qızıl qolbağını, 100 manat dəyərində 583 əyarlı üzərində yaşıl qaşlar olan bir cüt qızıl sırğanı oğurlayıb zərərçəkmiş şəxslərə ümumilikdə 4610 manat məbləğində maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışlar. Bundan başqa o, təkrarən Türkiyə Respublikası vətəndaşları Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezellə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib onları idarə etdiyi «Ford Tranzit» markalı, ZH 974 HZ dövlət qeydiyyat nişanlı avtomobillə 06 may 2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Cəlilabad rayonunun Alar kəndindəki evin yaxınlığına gətirib düşürdükdən sonra özü avtomobilin salonunda oturub gözləmiş, Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel isə Zərərçəkmiş şəxs4 yaşadığı evin birinci mərtəbəsində olan pəncərəni açmaqla içəri qanunsuz daxil olaraq birinci mərtəbədə yataq otağında olan şkafın içərisindəki əl çantasından sonuncuya məxsus 7000 manat pulu, həmin şkafın içərisindən olan çamadanın içərisindən Zərərçəkmiş şəxs5 məxsus 300 manat dəyərində 585 əyarlı, gül formasında olmaqla üzərində 3 ədəd qaş olan qızıl qadın üzüyünü, 150 manat dəyərində 585 əyarlı sadə formalı nazik qızıl qadın üzüyünü, 1800 manat dəyərində 585 əyarlı badam formasında olmaqla qızıl boyunbağından, qızıl qolbağdan, qızıl sırğadan və qızıl üzükdən ibarət komplekti, eyvandan isə 250 manat dəyərində 82 dioqanallı «Supermax» markalı LCD televizoru oğurlayıb zərərçəkmiş şəxşlərə ümumilikdə 9500 manat məbləğində maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamışlar. Bundan başqa o, təkrarən Türkiyə Respublikası vətəndaşları Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezellə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib onları idarə etdiyi «Ford Tranzit» markalı, ZH 974 HZ dövlət qeydiyyat nişanlı avtomobillə 24 may 2020-ci il tarixdə, saat 21 radələrində Şahid1 yaşadığı Cəlilabad rayonunun Əliqasımlı kəndindəki evin yaxınlığına gətirib düşürdükdən sonra özü avtomobilin salonunda oturub gözləmiş, Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel isə Şahid1 yaşadığı evə pəncərəni açmaqla qanunsuz daxil olaraq yataq otağında olan güzgülü dolabdan Zərərçəkmiş şəxs6 məxsus 1750 manat dəyərində 585 əyarlı mavi qaşları olan oval formalı qızıl üzükdən, mavi qaşları olan uzun qızıl sırğalardan, üzərində mavi qaşlı klon olan qızıl boyunbağıdan ibarət komplekti, 1600 manat dəyərində 750 əyarlı ortasında qırmızı qaş, kənarında xırda ağ brilliant qaşlar olan damla formalı qızıl üzükdən, ortasında qırmızı qaş, kənarında xırda ağ brilliant qaşlar olan damla formalı qızıl sırğadan, üzərində qırmızı və xırda ağ brilliant qaşlı klon olan damla formalı qızıl boyunbağıdan ibarət komplekti, 1200 manat dəyərində 585 əyarlı üzərində ağ qaşları və naxışları olan oval formalı qızıl üzükdən, üzərində ağ qaşları olan oval formalı qızıl sırğadan, üzərində ağ qaşlı klon olan oval formalı qızıl boyunbağıdan, üzərində ağ qaşları və naxışları olan qızıl qolbağıdan ibarət komplekti, 2300 manat dəyərində 750 əyarlı üzərində ağ brilliant qaşları və naxışlan olan qızıl üzükdən, üzərində ağ brilliant qaşları və naxışları olan qızıl qolbağıdan, üzərində ağ brilliant qaşları və naxışlan olan qızıl sırğalardan ibarət komplekti, 2500 manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı, üzərində naxışlan olan üçbucaq formalı qızıl sırğalardan, üzərində üçbucaq formasında naxışlı klon olan qızıl boyunbağıdan ibarət komplekti, 2000 manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı, üzərində ağ qaşları və naxışlan olan dairəvi formalı qızıl üzükdən, üzərində ağ qaşlı və naxışlı dairəvi formada klon olan qızıl boyunbağıdan, üzərində ağ qaşları və naxışlan olan qızıl sırğalardan ibarət komplekti, 1500 manat dəyərində 585 əyarlı sadə naxışlı qızıl kəməri olan qızıl saatı, 350 manat dəyərində 585 əyarlı Türkiyə istehsalı olan zəncir formalı qızıl qolbağını, 600 manat dəyərində 585 əyarlı Türkiyə istehsalı olan qara qaşlı ilana bənzər formalı qızıl üzüyü, 300 manat dəyərində 585 əyarlı üzərində ağ qaşları olan qızıl qadın nişan üzüyünü, 800 manat dəyərində 585 əyarlı üzərində ağ brilliant qaşları olan oval formalı bir cüt qızıl sırğanı, 200 manat dəyərində 585 əyarlı dairəvi formalı bir cüt qızıl sırğanı, 400 manat dəyərində 585 əyarlı dairəvi formalı üzərində saçaqları olan bir cüt qızıl sırğanı, 450 manat dəyərində 585 əyarlı ortası düyünlü formalı qızıl boyunbağını, 600 manat dəyərində bir ədəd 10-luq adlanan qızılı, 150 manat dəyərində 585 əyarlı “K” hərfi formasında klonu, 60 manat dəyərində 585 əyarlı balıq formalı klonu, həmin dolabda olan əl çantasından 700 manat pulu, digər otaqda olan oğlu Zərərçəkmiş şəxs7 məxsus çantadan isə 2550 manat məbləğində 1500 ABŞ dollarını və 500 manat pulu oğurlayıb zərərçəkmiş şəxşlərə ümumilikdə 20510 manat məbləğində maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamışlar. Bundan başqa o, təkrarən Türkiyə Respublikasının vətəndaşları Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezellə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib onları idarə etdiyi «Ford Tranzit» markalı, ZH 974 HZ dövlət qeydiyyat nişanlı avtomobillə 16 avqust 2020-ci il tarixdə, saat 21 radələrində X12 məxsus Xaçmaz rayonu, İstisu qəsəbəsindəki evin yaxınlığına gətirib düşürdükdən sonra özü avtomobilin salonunda oturub gözləmiş, Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel isə Ziya Məmişova məxsus evə pəncərəni açmaqla qanunsuz daxil olaraq yataq otağında olan qarderobun üst rəfindən Zərərçəkmiş şəxs1 məxsus 1500 manat dəyərində oval formalı, 750 əyarlı, kənarlarında ağ və qara brilliant qaşları olan bir cüt qızıl sırğanı, 3000 manat dəyərində paxlava formalı, 750 əyarlı, üzərində iri ağ brilliant qaşları olan bir cüt qızıl sırğanı, 3000 manat dəyərində oval formalı, 750 əyarlı, qızıl üzük və sırğa dəstini, 500 manat dəyərində 585, əyarlı bir cüt “Vanqlif’ adlı qızıl sırğanı, 670 manat dəyərində 750 əyarlı bir cüt “Şanel” adlı qızıl sırğanı, 600 manat dəyərində 750 əyarlı, üzərində 3 sm uzunluqda sep, aşağısında ürək formalı klon olan bir cüt qızıl sırğanı, 425 manat dəyərində 750 əyarlı, oval formalı, üst hissəsinə “DG” hərfləri həkk olunmuş qızıl sırğanın bir tayını, 2000 manat dəyərində 750 əyarlı, üzbəüz formalı, üzərində qara və ağ brilliant qaşlar olan bir ədəd qızıl üzüyü, 3500 manat dəyərində 750 əyarlı, oval formalı, üst hissəsi panama formasında olmaqla üzərində qara və ağ brilliant qaşları olan bir ədəd qızıl üzüyü, 2500 manat dəyərində 750 əyarlı, oval formalı olmaqla üzərində qara və ağ brilliant qaşları olan bir ədəd qızıl üzüyü, 2000 manat dəyərində 750 əyarlı, yarpaq formasında olmaqla üzərində balaca ağ brilliant qaşlar olan qızıl üzüyü, 1800 manat dəyərində 750 əyarlı, üzərində ağ brilliant qaşlar olan bir ədəd qızıl üzüyü, 3000 manat dəyərində 750 əyarlı, üst hissəsi uzun oval formada olmaqla üzərində qara və ağ brilliant qaşlar olan bir ədəd qızıl üzüyü, 2000 manat dəyərində 750 əyarlı, iri formalı, yarısı sarı, yarısı ağ qızıl üzüyü, 3000 manat dəyərində 750 əyarlı, kvadrat formalı olmaqla sarı qızıldan toxunma bir ədəd üzüyü, 2500 manat dəyərində 750 əyarlı, kvadrat formalı olmaqla üzərində adi düz şüşə qaşlar olan bir ədəd qızıl üzüyü, 400 manat dəyərində 585 əyarlı əyri mismar formalı bir ədəd boyunbağını, 450 manat dəyərində 750 əyarlı, üzərində uzunsov oval formada klon olan bir ədəd qızıl boyunbağını, 400 manat dəyərində 750 əyarlı, üzərində nazik açar formasında klon olan bir ədəd qızıl boyunbağını, 2000 manat dəyərində 750 əyarlı, üzərində «G» hərfi formasında sarı qızıldan toxunma klon olan bir ədəd qızıl boyunbağını, 2000 manat dəyərində 750 əyarlı, iç-içə keçən formada toxunmuş bir ədəd sarı qızıl boyunbağını, 300 manat dəyərində 750 əyarlı, bir ədəd sarı qızıl qolbağını, 1000 manat dəyərində 750 əyarlı, üzərində “D” və “G” hərfləri həkk olunmuş bir ədəd qızıl boyunbağını, 1000 manat dəyərində 750 əyarlı, bir ədəd sarı qızıl qolbağını, 1200 manat dəyərində 750 əyarlı, üç sıra sarı qızıl muncuqlardan olan qızıl qolbağını, 100 manat pulu, əl çantasından 1300 manat pulu, pul kisəsindən isə 102 manat məbləğində 60 ABŞ dollarını oğurlayıb zərər çəkmiş şəxşə ümumilikdə 42247 manat məbləğində maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamışlar. Bununla da X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X18 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hazırkı cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməllərinin törədilməsində icraçı olmamış, sadəcə, oğurluq əməlini törətmiş şəxsləri özünə məxsus avtomobillə oğurluq etmək üçün aparıb-gətirməklə onlara özü də bilmədən köməklik göstərmişdir. Əslində isə həmin şəxlər onu aldatmışlar. O, ailəsi ilə birlikdə Cəlilabad rayonunun Ləzran kəndində yaşamışdır. O, Türkiyə Respublikasının vətəndaşıdır. O, uşaq olarkən anası onu atıb getmişdir. Ona görə də nənəsi Zeynəblə babası Abbas onu öz himayələrinə götürmüş və babasının himayəsində böyüdüyünə görə şəxsiyyətini təsdiq edən sənədlərdə ata adı Abbas yazılıb. 2007-ci ildə babası ilə nənəsi işləmək üçün Azərbaycan Respublikasına gələrkən onu da özləri ilə gətirmişlər və həmin vaxtdan sonra onlar Bakı şəhəri, Binəqədi rayonunda, bundan sonra isə Sabunçu rayonu ərazisində yaşamışlar. Bakı şəhərində yaşayarkən babası yorğan, yastıq və yataq örtükləri satmış, nənəsi isə evdar qadın olmuşdur. 2009-cu ildə nənəsi bilmədiyi xəstəlikdən ölmüş və həmin vaxt qohumları nənəsinin meyitini Türkiyə Respublikasına aparmışlar, onunla babası isə Bakı şəhərində qalmışlar. Həmin ərəfədə babası “Binə” ticarət mərkəzində ticarətlə məşğul olan şəxslərdən yataq dəstləri alıb satırdı və nənəsinin meyitini Türkiyə Respublikasına göndərdiyi üçün babasının həmin şəxslərə borcu yaranmışdır. Babası borcunu qaytara bilmədiyi üçün borclu olduğu şəxslər babasının barəsində şikayət etmişlər və təxminən 2010 və ya 2011-ci ildə babası Azərbaycan Respublikasından Türkiyə Respublikasına deportasiya olunmuşdur, o isə Azərbaycanda qalmışdır. Babası gedəndən sonra Bakı şəhərində yaşayıb işləyən atasının qohumu Kamalın yanında qalmış və sonrakı bir neçə ildə ona Kamal köməklik göstərmişdir. Kamalın yanında qalarkən onu özü ilə Azərbaycanın ayrı-ayrı rayonlarına aparmış və o, yataq dəstləri satmaqda Kamala köməklik göstərmişdir. Kamalla birlikdə Cəlilabad rayonuna gedib yataq dəstləri satarkən rayonun Ləzran kəndində yaşayan X13 ilə tanış olmuş və Şəfəqin istifadəsində olan mobil telefon nömrəsini öyrənib sonrakı müddətdə zəng vurub danışmışlar. Şəfəq də onunla evlənməyə razılıq vermiş və 2012-ci ildə o, Şəfəqlə evlənmişdir. Hazırda Şəfəqlə olan evliliyindən Zeynəb, Zəhra adlı qızları və Yusif adlı oğlu var. Şəfəqlə evləndikdən sonra bir müddət Bakı şəhərində, sonra isə Cəlilabad rayonunun Ləzran kəndinə gedib qayınanasının evində yaşamışlar. Bir neçə il Cəlilabad rayonunda yaşadıqdan sonra o, Şəfəqi və uşaqlarını da götürüb Türkiyə Respublikasına getmişlər ki, hərbi xidmətini keçsin. Türkiyə Respublikasında olarkən hərbi xidmətə çağırılmış, bu səbəbdən də arvadı Şəfəqi və uşaqlarını Azərbaycan Respublikasına göndərmişdir. Uşaq yaşlarında yol-nəqliyyat hadisəsində xəsarət aldığına və himayəsində azyaşlı uşaqları olduğuna görə o cəmi 2-3 ay hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən buraxıldıqdan sonra o yenidən Azərbaycan Respublikasına qayıdıb Cəlilabad rayonunun Ləzran kəndində ailəsi ilə birlikdə yaşamışdır. Əvvəlcə 14 avqust 2019-cu il tarixdə, bundan sonra isə 15 avqust 2020-ci il tarixdə o, Masallı rayonu ərazisində yerləşən “ASAN” xidmət mərkəzində olan dövlət miqrasiya xidmətinə müraciət edib Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi almışdır. Cəlilabad rayonunda yaşayarkən Cəlilabad şəhərində “Rizvan” ticarət mərkəzinin yaxınlığında yerləşən Hacı Mahmuda məxsus tikiş sexindən yataq dəstləri, yəni yorğan, yastıq və başqa yataq örtükləri alıb-satmışdır. Sonra o, Türkiyə Respublikasında yaşayan qohumlarından 2500 ABŞ dolları borc pul almışdır ki, özünə avtomobil alsın və satmaq istədiyi yataq dəstlərini avtomobillə aparıb başqa rayonlarda satsın. Fikirləşmişdir ki, yataq dəstlərini başqa rayonlara aparıb satar və bununla yaxşı pul qazanıb həm borcunu ödəyər, həm də ki, ailəsini dolandırar. Bu məqsədlə də Gürcüstan Respublikasına gedib özü üçün “Ford Tranzit” markalı, ZH 974 HZ dövlət qeydiyyat nömrə nişanlı avtomobil alıb Cəlilabad rayonuna gətirmiş və sonrakı müddətdə yenə də Cəlilabad şəhəri ərazisində yerləşən “Cümə” məscidinin axundu Hacı Mahmuda məxsus tikiş sexindən yataq dəstləri, yəni yorğan, yastıq və başqa yataq örtükləri almış və idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə Azərbaycanın ayrı-ayrı rayonlarına aparıb satmışdır. Satdığı əşyaları nağd pulla almağa imkanı olmayanda o onları nisyə olaraq almış, satdıqdan sonra isə aparıb aldığı əşyaların pulunu vermişdir. Ondan yataq dəstləri alan şəxslərin pulu olmayanda da o, həmin şəxslərin şəxsiyyət vəsiqələrini alıb onlara almaq istədikləri əşyaları nisyə olaraq vermiş, satdığı əşyanın pulunu bütünlüklə aldıqdan sonra isə onların şəxsiyyət vəsiqələrini qaytarıb özlərinə vermişdir. Bəzən isə elə hallar da olmuşdur ki, ondan yataq dəstləri almış şəxslər aldıqları yataq dəstlərinin pulunu nağd şəkildə ödəyə bilməyib ona köhnə, yəni əzilmiş, sınmış qızıl zinət əşyaları vermişlər, o da onlardan aldığı qızıl zinət əşyalarını satıb aldığı əşyaların pulunu ödəmişdir. Yataq dəstlərinin və başqa cehizlik əşyalarının satışı ilə məşğul olduğu üçün demək olar ki, Cəlilabad rayonunda çox insan onu tanımışdır. Təxminən iki-üç il əvvəl Cəlilabad şəhərində olarkən orada yaşayan Mirağa ilə tanış olmuşdur. Sonrakı müddətdə Mirağa ilə rastlaşarkən onunla söhbət etmiş və birlikdə çayxanaya gedib çay içmişlər. Mirağa ona demişdir ki, əvvəllər qızıl zinət əşyalarının alqısatqısı ilə məşğul olub. Tədricən Mirağa ilə yaxın münasibətləri yaranmış və onlar mütəmadi olaraq görüşmüşlər. Mirağanın özünün deməsinə görə əvvələr həbsdə olmuş, iki il olar ki, azadlığa çıxmışdır. Ancaq Mirağa həbsdə olmasının səbəbini ona deməmişdir. 2020-ci ilin təxminən fevral ayında Cəlilabad şəhərində Mirağa ilə görüşüb söhbət edərkən sonuncu ona demişdir ki, əslən Lənkəran rayonunun Balıqçılar qəsəbəsindəndir və həmin qəsəbə ərazisində özünə məxsus torpaq sahəsi var, həmin torpaq sahəsində istixana yaradıb tərəvəz məhsulları yetişdirərək satışı ilə məşğul olsunlar. O, Mirağa ilə razılaşmışdır. Razılaşmalarına görə istixana üçün lazım olan dəmirləri, polietilen örtüyü və əkəcəkləri tərəvəz məhsullarının toxumunu o almalı idi, Mirağa isə öz torpaq sahəsində istixananın quraşdırılması xərclərini çəkməli idi. Sonrakı günlərdə o əvvəlcə rezin boru almış, sonra isə istixananın quraşdırılması üçün lazım olan dəmirləri Lənkəran şəhərində olan metal qəbulu məntəqəsindən almış və başqa bir avtomobillə Balıqçılar qəsəbəsinə aparıb Mirağanın torpaq sahəsinə yığmışdır. Həmin vaxt o, aldığı əşyalara görə təxminən 1500 manat pul xərcləmişdir. Qalan materialı almaq üçün pulu olmadığıdan işləri yarımçıq qalmış və Mirağaya demişdir ki, alver edib bir qədər də pul qazandıqdan sonra qalan materialı alacaq. Lakin sonradan “Koronovirus” pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunmuş və o, pul qazana bilmədiyi üçün qalan materialı ala bilməmişdir. Sonradan görmüşdür ki, alıb verdiyi rezin boruları Mirağa aparıb öz bağ sahəsində istifadə edir. O, Mirağaya bu barədə heç bir söz deməmiş və yenə də münasibətiləri davam etmişdir. Dəqiq tarixini xatırlamadığı 2020-ci ilin mart ayında Cəlilabad şəhərində yerləşən “Rizvan” ticarət mərkəzinin yaxınlığında olan sexdən yataq dəstləri alarkən təsadüfən Aykut Öztürklə tanış olmuşdur. Həmin vaxt Aykut ona demişdir ki, Türkiyə Respublikasının Hatay şəhərinin İskəndurun qəsəbəsindəndir, işləmək üçün Azərbaycan Respublikasının Masallı rayonuna gəlib. Aykutla söhbət edərkən istifadələrində olan mobil telefon nömrələrini birbirlərinə vermişlər ki, sonra bir-biri ilə əlaqə saxlaya bilsinlər. Bir neçə gün keçdikdən sonra Aykutla qardaşı Onur Öztürk, Ersoy Ezel, daha sonra isə X21 şəhərinə gəlib onunla görüşmüşlər. Aykutgil Cəlilabad şəhərində yaşamaq istədiklərini bildirmiş və o onların Cəlilabad şəhərində yaşamaları üçün kirayə ev tapmalarına köməklik göstərmişdir. Sonrakı günlərdə Aykut Öztürk, Sinan Korkmaz, Onur Öztürk və Ersoy Ezel ailələri ilə birlikdə Cəlilabad şəhərində yaşamışlar. Aykutun arvadı Masallı rayonundandır, Sinan Korkmazın və Ersoy Ezelin arvadı Aykutun bacılarıdır, Onur Öztürkün arvadı isə Türkiyə Respublikasının vətəndaşıdır. Sinanla Aykutun deməsinə görə onların ana tərəfdən ona qohumluqları çatırmış. Sonrakı günlərdə Aykut Öztürk, Sinan Korkmaz, Onur Öztürk və X29 şəhərində kirayədə yaşamışlar və Hacı Mahmuda məxsus sexdən, "Rizvan" ticarət mərkəzindən yataq dəstləri alaraq idarə etdikləri "Opel" markalı avtomobillə ayrı-ayrı kəndlərə, rayonlara, şəhərlərə aparıb satmaqla məşğul olmuşlar. Onlar əsasən “Facebook” sosial şəbəkəsində dostluq qrupu yaradıb bir-biri ilə danışırmışlar və bir-birinə mesajlar yazırmışlar. “Facebook” sosial şəbəkəsində o, “Ferit Calgici”adı ilə qeydiyyatdan keçmişdir. Bir müddət keçdikdən sonra onlar öz aralarında razılaşmışlar ki, bir yerdə yataq dəstləri alsınlar və idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə aparıb kəndlərdə satsınlar. 2020-ci ilin aprel ayından başlayaraq Sinan Korkmaz, Onur Öztürk, qardaşı Aykut Öztürk və Ersoy Ezellə dükanlardan yorğan, yastıq, yataq üzlükləri və sair əşyalar almış və onun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə aparıb Cəlilabad şəhərində və rayonun kəndlərində satırmışlar. O, yataq dəstləri satarkən özünə məxsus “Ford Tranzit” markalı avtomobili idarə etmiş, Sinan Korkmaz, Onur Öztürk, qardaşı Aykut Öztürk və Ersoy Ezel isə aldıqları yataq dəstlərini və yataq üzlüklərini satmışlar, əldə etdikləri gəliri də öz aralarında bərarbər bölürmüşlər. 2020-ci ilin aprel ayının əvvəllərindən başlayaraq Azərbaycan Respublikası ərazisində yayılmış “Koronovirus” pandemiyası ilə əlaqədar sərt karantin rejimi tətbiq olunduğundan yataq dəstlərinin satışı ilə məşğul ola bilməmişlər və bu səbəbdən də maddi vəziyyətləri pisləşdiyindən o hətta avtomobil alarkən aldığı borc pulu da ödəyə bilməmişdir. Həmin ərəfədə Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel də maddi vəziyyətlərinin yaxşı olmadığını bildirmişlər. Bir müddət keçdikdən sonra Cəlilabad şəhərində Sinan Korkmazın kirayədə yaşadığı evdə olarkən Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezellə aralarında danışıb razılaşmışlar ki, Cəlilabad rayonunda gəzib yaşayış olmayan evləri müəyyənləşdirsinlər və həmin evlərə daxil olub oğurluq etsinlər. 10 aprel 2020-ci il tarixdə istifadəsində olan “Samsung” markalı, A10S modelli mobil telefonda olan “Facebook” sosial şəbəkəsinin “Messenger” bölməsinə daxil olub Sinan Korkmazla səsli danışaraq olduğu yeri öyrənmiş, sonra idarə etdiyi “Ford Tranzit” markalı, ZH 974 HZ dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhərinə “Cümə” məscidinin yaxınlığındakı küçəyə gedib Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezellə görüşmüşdür. Onlar idarə etdiyi “Ford Tranzit” markalı avtomobilə əyləşmişlər və Cəlilabad şəhərində gəzib yaşayış olmayan ev axtarmışlar. Cəlilabad şəhəri, Babək küçəsində yerləşən idman meydançasının yaxınlığındakı evin işıqlarının sönülü olduğunu görmüşlər və öz aralarında razılaşmışlar ki, həmin evə daxil olub oğurluq etsinlər. Oğurluq etmək istədikləri evin yaxınlığına gələndə təxminən saat 21 radələri olmuşdur. Bundan sonra o, avtomobili həmin küçənin sonunda saxlayıb gözləmiş, Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel isə avtomobilindən düşüb həmin ev istiqamətində getmişlər. Təxminən bir saata yaxın vaxt keçdikdən sonra onlardan biri “Facebook” sosial şəbəkəsi vasitəsilə onun mobil telefonuna səsli mesaj göndərərək işıqforun yanında onu gözlədiklərini demişlər, o da avtomobilini idarə edib həmin yerə gələndə görmüşdür ki, Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel dayanıb onu gözləyirlər, onlar idarə etdiyi “Ford Tranzit” markalı avtomobilə əyləşmişlər və o onlardan nə oğurladıqlarını soruşduqda, onlar qızıl zinət əşyaları oğurladıqlarını bildirmişlər. O onlardan pul oğurlayıb-oğurlamadıqlarını soruşduqda isə demişlər ki, daxil olduqları evdən pul oğurlamayıblar. X36 əlində tutduğu qızıl zinət əşyalarını ona göstərərək həmin əşyaları oğurladıqlarını, yaşadıqları evdə saydıqdan sonra onun payına düşən qızıl zinət əşyalarını verəcəklərini bildirmişlər. Həmin vaxt onlar ona heç bir qızıl zinət əşyaları verməmişlər, o onları yaşadıqları evin küçəsinə aparmış və onlar avtomobildən düşüb getmişlər. Təxminən 3 gün keçdikdən sonra o, Cəlilabad şəhərinə “Cümə” məscidinin yaxınlığındakı küçədə yerləşən Sinanın yaşadığı evə gedib Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezellə görüşmüş və həmin vaxt onlar ona demişlər ki, digər evlərdən də qızıl zinət əşyaları oğurlayıb çoxaltsınlar, bundan sonra isə oğurladıqları qızıl zinət əşyalarını öz aralarında bölərlər, onun başqa şəxslərə borcu olduğuna və pula ehtiyacı olduğuna görə onlarla razılaşmışdır. Sonrakı günlərdə o yenə də arvadı X13 ilə birlikdə idarə etdiyi “Ford Tranzit” markalı, ZH 974 HZ dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonunun ayrı-ayrı kəndlərinə gedib yorğan, yastıq, yataq üzləri və başqa əşyalar satmışdır. Bundan əlavə, aradabir Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezellə birlikdə yorğan, yastıq və sair əşyaların satışı ilə məşğul olmuşdur. Bundan başqa, 06 may 2020-ci il tarixdə, axşam saatlarında istifadəsində olan “Samsung” markalı, A10S modelli mobil telefonda olan “Facebook” sosial şəbəkəsinin “Messenger” bölməsinə Sinan Korkmaz “Sinan Korkmaz” adı ilə qeydiyyatdan keçdiyi səhifəsindən zəng edərək avtomobillə onların evinə gəlməsini demiş, o da istifadəsində olan “Ford Tranzit” markalı, ZH 974 HZ dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Sinanın yaşadığı evin qarşısına getmişdir. Həmin vaxt Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel bir yerdə olmuş və söhbət edərkən öz aralarında razılaşmışlar ki, Cəlilabad şəhərində deyil, rayonun kəndlərini gəzib oğurluq etsinlər. Bundan sonra onlar idarə etdiyi “Ford Tranzit” markalı avtomobilə əyləşmişlər və o, avtomobili idarə edib Cəlilabad rayonunun Alar kənd istiqamətində getmişdir. Təxminən saat 22 radələrində Alar-Təzəkənd yolu istiqamətində hərəkətdə olarkən Alar kəndi ərazisində yolun kənarında olan evin işıqlarının yanmadığını görüb həmin evdə adam olmadığını fikirləşmişlər və razılaşmışlar ki, həmin evdən oğurluq etsinlər. O, avtomobili yolun kənarında saxlayıb Sinangilə demişdir ki, gedib onları bir qədər qabaqda gözləyəcəkdir. Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel avtomobildən düşüb işıqları yanmayan həmin ev istiqamətində getmişlər, o isə avtomobili hərəkətə gətirib Təzəkənd kəndinin ərazisinə gedərək orada olan kanalın yaxınlığında, yolun kənarında avtomobili saxlayıb gözləmişdir. Təxminən bir saata yaxın vaxt keçdikdən sonra onlardan hansısa biri onun istifadəsində olan “Samsung” markalı, A10S modelli mobil telefona yüklədiyi “Facebook” sosial şəbəkəsinin “Messenger” bölməsinə zəng edərək onları düşürtdüyü yerdən biraz irəlidə olduqlarını, onları götürmək üçün həmin yerə gəlməyini və ora yaxınlaşdıqda onların bilməsi üçün avtomobilinin yaxın və uzaq vuran işıqlarını yandırıb-söndürməyini bildirmişdir. O, avtomobilini hərəkətə gətirib Alar kəndinə getmiş və Sinangili düşürdüyü yerə çatmamış avtomobilinin yaxın və uzaq vuran işıqlarını yandırıb-söndürmüşdür. Alar kəndinə çatanda yolun sağ kənarında asfalt örtüklü yerdə Sinan Korkmazm, Onur Öztürkün, Aykut Öztürkün və Ersoy Ezelin dayandıqlarını görüb avtomobili saxlamış, onlar gəlib avtomobilə əyləşmişlər və o onlardan evə daxil olub nə oğurladıqlarını soruşduqda, demişlər ki, biraz qızıl zinət əşyaları oğurlayıblar. X36 əlində tutduğu qızıl zinət əşyalarını ona göstərmiş və geri də qaytarıb cibinə qoymuşdur. Həmin vaxt onlar ona qızıl zinət əşyaları və ya pul verməyərək demişlər ki, oğurladıqları qızıl zinət əşyalarını öz aralarında böldükdən sonra onun payına düşən qızıl zinət əşyalarını özünə verəcəklər. O etiraz etməyib onlarla razılaşmışdır. Cəlilabad şəhərinə “Cümə” məscidinin yaxınlığındakı küçəyə gəlib Sinanın yaşadığı evin qarşısında avtomobili saxlamış və onlar avtomobildən düşüb evə getmişlər, o isə qayıdıb Ləzran kəndinə yaşadığı evə gəlmişdir. Bundan başqa, 24 may 2020-ci il tarixdə axşam saatlarında istifadəsində olan “Samsung” markalı, A10S modelli mobil telefona yüklədiyi “Facebook” sosial şəbəkəsinin “Messenger” bölməsində öz adına olan “Ferit Calgici” səhifəsinə xatırladığı qədəriylə Sinan Korkmaz “Sinan Korkmaz” adı ilə qeydiyyatdan keçdiyi səhifəsindən zəng edərək avtomobillə onların evinə gəlməsini bildirmiş, o da özünə məxsus “Ford Tranzit” markalı, ZH 974 HZ dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Sinanın yaşadığı evin qarşısına getmişdir. Avtomobildən düşüb içəri daxil olanda görmüşdür ki, Onur Öztürk, qardaşı Aykut Öztürk və Ersoy Ezel də oradadırlar. Sinanın yaşadığı evdə söhbət edərkən onlar yenə də ona demişlər ki, birlikdə gedib evlərdən oğurluq etsinlər. O əvvəlcə oğurluq etmək istəmədiyimi onlara demiş, lakin sonra onlar Cəlilabad şəhərində deyil, rayonun kəndlərini gəzib yaşayış olmayan evlərdən oğurluq etmək istədiklərini bildirdikdə o onlarla gedə biləcəyini bildirmiş və öz aralarında razılaşmışlar ki, Cəlilabad rayonunun kəndlərini gəzib yaşayış olmayan evlərdən oğurluq etsinlər. Bundan sonra onlar Sinanın yaşadığı evdən çıxıb ona məxsus “Ford Tranzit” markalı avtomobilə əyləşib Cəlilabad rayonunun Əliqasımlı kəndi istiqamətində getmişlər. Ona məxsus avtomobillə hara getmişlərsə avtomobili özü idarə etmişdir. Əliqasımlı kəndi ərazisində avtomobillə gəzərkən görkəmi yaxşı olan evlərə baxmışlar. Fikirləşmişlər ki, görkəmi yaxşı olan evə daxil olsalar, daha çox pul və ya qızıl zinət əşyaları oğurlaya bilərlər. Təxminən saat 21 radələrində Əliqasımlı kəndi ərazisində gəzərkən evlərdən birində işıqların yanmadığını görüb yaşayış olmadığını bilmişlər və həmin evə daxil olub oğurluq etmək qərarına gəlmişlər. Həmin evin görkəmi yaxşı olmuş, ona görə də fikirləşmişlər ki, həmin evdə yaşayan insanların maddi imkanı yaxşı olar. O, avtomobili hərəkətə gətirib oğurluq etmək istədikləri evin arxa tərəfinə dönən küçəyə gələrək avtomobili saxlamış, Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk, Ersoy Ezel avtomobildən düşüb oğurluq etmək istədikləri ev istiqamətində getmişlər, o isə avtomobili hərəkətə gətirib Ocaqlı kəndinə gedərək həmin kənd ərazisində dayanıb gözləmişdir. Təxminən bir saat sonra istifadəsində olan “Samsung” markalı, A10S modelli mobil telefona yüklədiyi “Facebook” sosial şəbəkəsinin “Messenger” bölməsində öz adına olan “Ferit Calgici” səhifəsinə onlardan biri səsli zəng edərək Ocaqlı kəndi istiqamətində elektrik dirəyinin yanında olduqlarını və gəlib onları götürməyini bildirmişdir. O, avtomobili ilə həmin yerə gəlmiş və əvvəldən razılaşdıqları kimi avtomobilinin yaxın və uzaq vuran işıqlarını yandırıb-söndürmüşdür. Sinan Korkmazın, Onur Öztürkün, Aykut Öztürkün və Ersoy Ezelin yolun kənarında dayandıqlarını görüb avtomobili saxlamış və onlar gəlib avtomobilə əyləşmişlər. O, avtomobili hərəkətə gətirib gedərkən onlardan daxil olduqları evdən nə oğurladıqlarını soruşduqda demişlər ki, qızıl zinət əşyaları oğurlayıblar. X36 əlində tutduğu qızıl zinət əşyalarını ona göstərmiş və qaytarıb geri, cibinə qoymuşdur. Onur oğurladıqları qızıl zinət əşyalarını bir yerə yığıb aralarında bölüşdürəcəklərini və onun payına düşən qızıl zinət əşyalarını da özünə verəcəklərini bildirmiş, o da onunla razılaşmışdır. O, Cəlilabad şəhərinə “Cümə” məscidinin yaxınlığındakı küçəyə gəlib Sinanın yaşadığı evin qarşısında avtomobili saxlamış və onlar avtomobildən düşüb evə getmişlər, o isə qayıdıb Ləzran kəndinə yaşadığı evə gəlmişdir. Sonrakı günlərdə o yenə də Cəlilabad şəhərində olan tikiş sexindən yorğan, yastıq, örtüklər və digər əşyalar almış və arvadı X13 ilə birlikdə idarə etdiyi “Ford Tranzit” markalı, ZH 974 HZ dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonunun ayrı-ayrı kəndlərinə aparıb satmışdır. Əliqasımlı kəndində olan evdən oğurluq etdikləri vaxtdan 3-4 gün keçdikdən X33, Onur Öztürk, Aykut Öztürk və X29 şəhərində kirayədə yaşadıqları evdən çıxıb ailələri ilə birlikdə Biləsuvar şəhərinə gedərək orada kirayə ev tutub yaşamışlar. Həmin vaxtdan təxminən 7-8 gün keçdikdən sonra onun istifadəsində olan “Samsung” markalı, A10S modelli mobil telefona yüklədiyi “Facebook” sosial şəbəkəsinin “Messenger” bölməsində öz adına olan “Ferit Calgici” səhifəsinə daxil olaraq Sinanın “Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçdiyi “Sinan Korkmaz” adlı səhifəsinə zəng edərək onların olduqları yeri öyrənmiş, sonra isə idarə etdiyi “Ford Tranzit” markalı, ZH 974 HZ dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Sinan Korkmazm kirayədə yaşadığı Biləsuvar şəhərindəki evə getmişdir. Həmin evə Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel də gəlmişlər və onlar oğurladıqları qızıl zinət əşyalarını Türkiyə Respublikasına aparıb satmağı məsləhət görəndə o razılaşmayaraq demişdir ki, sərhəddən keçərkən onları tuta bilərlər, oğurladıqları qızıl zinət əşyalarını Azərbaycanda tanışlarının vasitəsilə satsınlar. Onlar onunla razılaşmış və Sinan ortaya qoyduğu qızılları gözəyarı şəkildə 5 nəfər arasında bölüşdürməyə başlamış, o və digərləri Sinana başqa söz deməmişlər. O, payına düşən qızılları götürmüş, ancaq o, payına düşən qızıl zinət əşyalarının konkret olaraq hansı evdən oğurlandığını bilməmiş və Sinana başqa söz demədən idarə etdiyi “Ford Tranzit” markalı avtomobilə əyləşib Cəlilabad rayonunun Ləzran kəndinə yaşadığı evə getmişdir. Evdə olarkən həmin qızıl zinət əşyalarını əvvəlcə heç kimə göstərməmiş, iki-üç gün keçdikdən sonra oğurluq yolu ilə əldə etdiyi qızıl zinət əşyalarını arvadı Şəfəqə göstərib demişdir ki, Cəlilabad rayonunda yorğan, yastıq, örtüklər və sair əşyalar satdığı şəxslər aldığı əşyaların əvəzinə veriblər. Şəfəq ona inanmış və başqa heç bir söz deməmişdir. Maddi imkanı zəif olduğuna və borcu olduğuna görə Şəfəqə həmin qızıl zinət əşyalarını satmaq istədiyini bildirdikdə Şəfəq ona demişdir ki, həmin qızıl zinət əşyalarını satmasın. Onun qızıl zinət əşyalarını satmaq istəyilə bağlı Şəfəq razılaşmadığı üçün sonuncuya demişdir ki, onda həmin qızıl zinyət əşyalarını lombarda girov qoyub pul götürsünlər. Şəfəq onunla razılaşmış və o, Şəfəqə demişdir ki, Türkiyə Respublikası vətəndaşı olduğuna görə kreditlə pul götürə bilmir. Onun bu sözlərindən sonra Şəfəq ona demişdir ki, xalası Səadət Bakı şəhərində yaşayır, qızıl zinət əşyalarını xalası Səadətə versələrk, o, lombarda girov qoyub pul götürə bilər. O, Şəfəqlə razılaşaraq demişdir ki, birlikdə Bakı şəhərinə xalası Səadətin evinə getsinlər, o, qızıl zinət əşyalarını Şəfəqin xalası Səadətə versin və xalası onun verəcəyi qızıl zinət əşyalarını lombarda girov qoyub onlar üçün pul götürsün. 20 iyul 2020-ci il tarixdə arvadı Şəfəq və üç azyaşlı övladı ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Şəfəqin xalası Səadətin evinə getmişlər. Səadətin yaşadığı evdə sonuncu ilə söhbət edərək yorğan, yastıq, yataq örtükləri və sair əşyaları ayrı-ayrı şəxslərə satdığını, pul verə bilməyən şəxslərdən pul əvəzinə köhnə qızıl zinət əşyaları aldığını, borcu olduğuna görə həmin qızıl zinət əşyalarını lombarda girov qoyub pul götürmək istədiyini, lakin Türkiyə Respublikası vətəndaşı olduğuna görə Bakı şəhərində kredit verən təşkilatlara həmin qızıl zinət əşyalarını girov qoyub pul götürə bilmədiyini deyərək ondan xahiş etmişdir ki, bu işdə ona köməklik göstərsin. Həmin vaxt Səadətə qızıl zinət əşyalarını oğurluq yolu ilə əldə etdiyini deməmiş, Səadətin bu barədə məlumatı olmamışdır. Səadət tanıdığı lombard olduğunu bildirmiş, o da sonuncudan xahiş etmişdir ki, verdiyi qızıl-zinət əşyalarını Səadət öz adına lombarda girov qoyaraq pul götürüb ona versin. Səadət onunla razılaşmış və 21 iyul 2020-ci il tarixdə Səadətlə birlikdə Bakı şəhəri Elmlər Akademiyası metrostansiyasının yaxınlığında olan “Parabokt” adlı lombarda getmişlər. Səadət verdiyi qızıl zinət əşyalarını öz adına həmin lombarda girov qoymuş, qızıl zinət əşyaları lombardın əməkdaşı tərəfindən tərəzidə çəkilib tərkibi yoxlanıldıqdan sonra ümumilikdə Səadətə 2500 manat pul verə biləcəkləri deyilmişdir. O, Səadətə həmin şərtlə razılaşmasını demiş və Səadət onun razılığı ilə müqavilə bağlayıb kassadan 2400 manat nağd pul götürmüş, sonra isə götürdüyü 2400 manat pulu lombardın inzibati binasında sayaraq ona vermiş və onlar birlikdə Lökbatan qəsəbəsinə, Səadətin yaşadığı evə getmişlər, sonra isə o, arvadı Şəfəq və övladları ilə bilrikdə Cəlilabad rayonunun Ləzran kəndinə yaşadıqları evə qayıtmışlar. Həmin vaxtdan sonra o, Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezellə işləməmişdir və arvadı Şəfəqlə birlikdə Cəlilabad rayonunun ayrı-ayrı kəndlərinə gedib yorğan, yastıq, yataq örtükləri və sair əşyalar satmaqla məşğul olmuşdur. 2020-ci ilin iyul ayının axırlarında arvadı Şəfəq və azyaşlı uşaqları ilə birlikdə Xaçmaz rayonunun Nabran kəndinə gəlmişlər ki, həm yataq dəstləri satsınlar, həm də ki, istirahət etsinlər. Təxminən 7- 8 gün Nabran kəndində qaldıqdan sonra arvadı Şəfəqi və azyaşlı uşaqlarını da götürüb idarə etdiyi “Ford Tranzit” markalı, ZH 974 HZ dövlət qeydiyyat nişanlı avtomobillə Oğuz rayonuna getmişlər ki, orada da həm istirahət etsinlər, həm də ki, gəzib yorğan, yastıq və sair yataq dəstləri satsınlar. Oğuz rayonunda da 7-8 gün qaldıqdan sonra onlar qayıdıb yaşadıqları Cəlilabad rayonunun Ləzran kəndinə gəlmişlər. Bundan başqa, 2020-ci ilin avqust ayının əvvəllərində Sinan Korkmaz onun istifadəsində olan “Samsung” markalı, A10S modelli mobil telefona yüklədiyi “Facebook” sosial şəbəkəsinin “Messenger” bölməsində öz adına olan “Ferit Calgici” səhifəsinə zəng edərək onu Biləsuvar şəhərinə yaşadığı evə çağırmışdır. O, idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə Biləsuvar şəhərinə Sinanın yaşadığı evə getmişdir. Həmin vaxt Sinan evdə tək olmuş, sonradan isə Sinanın yaşadığı evə Onur Öztürk, qardaşı Aykut Öztürk və Ersoy Ezel istifadələrində olan “Opel” markalı avtomobillə gəlmişlər. Onlarla söhbət edərkən yenidən onunla işləmək istədiklərini bildirmişlər. O əvvəlcə onlarla işləmək istəmədiyini bildirmiş, lakin onlar israr etdikləri üçün məcbur olub onlarla razılaşmışdır. X33, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel ona Cəlilabad rayonu ərazisində oğurluq etməyi təklif edəndə o onlarla razılaşmayaraq demişdir ki, Cəlilabad rayonunda onu tanıyırlar, gedib başqa rayonlarda oğurluq etsinlər. Onlar hansı rayona getmələri barədə fikirləşəndə o demişdir ki, Quba və Xaçmaz rayonlarına getsinlər, orada maddi imkanı yüksək olan insanlar yaşayırlar. Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel onunla razılaşmışlar. İki-üç gün keçdikdən sonra o, idarə etdiyi “Ford Tranzit” markalı, ZH 974 HZ dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhərinə Sinan Korkmazın yaşadığı evə getmiş və avtomobilinə yorğan, yastıq, yataq örtükləri və sair əşyalar yığdıqdan sonra Xaçmaz rayonuna yola düşmüşlər. Həmin vaxt karantin rejimi tətbiq olunduğuna görə o, idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə Xaçmaz rayonuna gələrkən Xızı rayonu ərazisində quraşdırılmış karantin postunda kiçik avtomobillər üçün ayrılmış yolla deyil, yük avtomobilləri üçün ayrılmış yoldan istifadə etmiş, ona görə də postda onları saxlamamışlar. Xaçmaz rayonuna çatarkən isə kənd arası yolla gəldiyindən rayonda olan postu görməmişdir. Həmin gün onlar Xaçmaz rayonunun Nabran qəsəbəsinə gedib orada yorğan, yastıq, yataq üzləri və sair əşyalar satdıq. Biz Nabran kəndində və ətrafdakı başqa kəndlərdə küçə ilə gəzib gətirdikləri əşyaları satmaqla məşğul olmuş və təxminən 5 gün Nabran kəndində qaçqınların yaşadığı yerdə olan həyət evində bir günü 10 manat olmaqla bir otaqda kirayə qalmışlar. Ancaq qaldıqları otağı onlara kirayə vermiş şəxsi tanımır. 16 avqust 2020-ci il tarixdə onlar yataq dəstləri satmaq üçün Nabran kəndi istiqamətində gedən avtomobil yolunun kənarında yerləşən kəndlərdən birinə, yəni sonradan adını bildiyin İstisu qəsəbəsinə gəlmişlər. Təxminən saat 18 radələrində İstusu qəsəbəsi ərazisində avtomobillə gəzib yataq dəstləri satarkən həmin qəsəbə ərazisində olan “Jalə” istirahət mərkəzinin yaxınlığındakı evin küçə işığının yandığını görmüşlər. Həmin evin hasarına üzlük vurulmuş, həyət qapısı isə qara rəngli boya ilə boyanmışdı. Ev yaxşı görkəmdə olduğuna görə həmin evdə yaşayanların imkanlı olduqlarını fikirləşmişlər və həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Lakin hava işıqlı olduğuna görə həmin evdə yaşayış olub-olmamasını dəqiqləşdirə bilməmişlər və razılaşmışlar ki, qəsəbə ərazisində gəzib vaxtlarını keçirsinlər, hava qaranlıqlaşanda qayıdıb həmin evə baxsınlar. Onlar İstisu qəsəbəsi ərazisində gəzmiş və təxminən saat 21 radələrində idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə diqqətlərini cəlb etmiş həmin evin yaxınlığına gələndə görmüşlər ki, evin küçə işıqları yanır, ancaq evdə və həyətdə işıqlar yanmır. Başa düşmüşlər ki, həmin evdə adam yoxdur. Küçə işıqları yandığına görə Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel demişlər ki, bu evdə yaşayış var, amma ev sahibi evdə yoxdur, ona görə də bu evdən oğurluq etsinlər. Sonra onlar öz aralarında razılaşmışlar ki, o, evdən bir qədər aralıda onları düşürdükdən sonra gedib kənarda dayanaraq onları gözləsin, Sinangil evdən oğurluq edib bayıra çıxanda zəng vurub onu çağırsınlar və o gəlib avtomobili ilə onları aparsın. Razılaşmalarına uyğun olaraq o, Sinan Korkmazı, Onur Öztürkü, Aykut Öztürkü və Ersoy Ezeli oğurluq etmək istədikləri evdən təxminən 100 metr aralıda düşürmüş, sonra avtomobili ilə üzü Nabran qəsəbəsi istiqamətində 1-2 km gedib orada dayanmışdır. Təxminən bir saata yaxın vaxt keçdikdən X33 mobil telefonuna “Facebook” sosial şəbəkəsinin “Messenger” bölməsi vasitəsi ilə zəng edib evdən çıxdıqlarını bildirmiş, o da onlara dayandığı yeri demişdir. Sinangil onun “Facebook” sosial şəbəkəsində olan “Ferit Calgici” səhifəsinə səsli mesaj göndərərək onunla əlaqə saxlamışlar. Onların hər birinin “Facebook” sosial şəbəkəsində səhifələri olmuşdur. Bir neçə dəqiqə keçdikdən X33, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel qaçaraq onun olduğu yerə gəlmişlər və tez-tələsik avtomobilə əyləşmişlər. Onlar avtomobilinə əyləşən kimi o, avtomobili hərəkətə gətirib Nabran kəndi istiqamətində getmişdir. Sinan Korkmazın, Onur Öztürkün, Aykut Öztürkün və Ersoy Ezelin həyacanlı olduqlarını görüb nə baş verdiyini soruşduqda demişlər ki, ev yiyəsi onları görüb arxalarınca gəlib, yaxalanmamaq üçün qaçıblar. O əvvəlcə Nabran kəndi istiqamətində, daha sonra isə məcburi köçkünlərin yaşadıqları yer istiqamətində getmişdir. “Atlant” istirahət mərkəzini keçdikdən sonra əvvəlcə daşlıq yolla, ondan sonra isə yenidən asfalt yolla gedib “Samur” gömrük keçid məntəqəsinə çatmışlar. Oradan böyük yolla sola dönüb Xudat şəhəri istiqamətində hərəkət etmişlər. Kənd arası yollarla getdiyinə görə Xaçmaz rayonunun çıxışında quraşdırılmış karantin postunu görməmişlər. Həmin gün hamı bir yerdə Biləsuvar şəhərinə, bazarın yaxınlığında olan Onurun yaşadığı evə getmişlər. Orada İstisu qəsəbəsində olan evdən oğurlanan qızıl-zinət əşyalarına baxarkən görmüşlər ki, həmin qızıl-zinət əşyalarının hamısı qadına aid üzüklər, sırğalar, boyunbağılar və qolbağılardır. İstisu qəsəbəsində olan evdən oğurladıqları qızıl-zinət əşyaları Onurun evində qalmış, o isə oradan çıxıb Cəlilabad rayonunun Ləzran kəndinə ailəsinin yanına gəlmişdir. Üç-dörd gün keçdikdən sonra Sinan zəng vurub onu Onurun evinə çağırmışdır. O, Biləsuvar şəhərinə Onurun evinə getmiş və görmüşdür ki, Sinan Korkmaz, Aykut Öztürk və Ersoy Ezel də oradadırlar. Həmin vaxt Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel demişlər ki, oğurlanan qızıl zinət əşyalarını özləri ilə Türkiyə Respublikasına aparsınlar. O yenə də onlara demişdir ki, həmin qızılları Türkiyə Respublikasına aparmasınlar, çünki 4 dəfə sərhəddən keçməli olacaqlar, onları orada sorğu-sual edəcəklər, tutula bilərlər. Sonra o onlara demişdir ki, oğurlanan həmin qızıl zinət əşyalarını qızıl alqı-satqısı ilə məşğul olan Mirağa adlı tanışınının vasitəsilə sata bilər. Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel onunla razılaşmışlar və o, Mirağanın istifadəsində olan mobil telefona zəng vurmuşdur. Telefonla danışarkən Mirağaya demişdir ki, onda çoxlu sayda qızıllar var, onları satmaq lazımdır. Mirağa da ona demişdir ki, həmin qızılların bir qramı 50 manatdır. Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və X30 şəhər bazarına gedib qızılın real bazar qiymətini öyrənib ona demişlər ki, Mirağa onları aldadır, qızlları aşağı qiymətə alıb baha qiymətə satmaq istəyir. O, Mirağaya zəng vurub bu barədə bildirdikdə sonuncu demişdir ki, Lənkəran rayonunun Balıqçılar qəsəbəsindədir, Cəlilabad şəhərinə gəlib onunla söhbət etsinlər. Onlar bir yerdə Cəlilabad şəhərinə gedib Mirağa ilə görüşərək Xaçmaz rayonunun İstisu qəsəbəsində olan evdən oğurlanan qızıl zinət əşyalarını Mirağaya göstərmişlər. Mirağa onlardan qızılları haradan əldə etdiklərini soruşmuş, o da Mirağaya satmaq üçün vermək istədikləri həmin qızıl zinət əşyalarının özlərinə məxsus olduğunu bildirmişdir. Mirağa qızılları ondan götürüb demişdir ki, qızılların bir qramını 70 manata satacaq. Onur Mirağaya 4 ədəd qızıl qadın üzüyü və bir cüt qızıl sırğa vermiş, Mirağa da Onurun verdiyi qızıl üzükləri və sırğanı götürüb getmişdir. Həmin gün axşam Mirağa gətirib Onura 4740 manat pul vermişdir. Həmin vaxt Onur yanımızda Mirağaya qızılları satdığı üçün pul vermiş, ancaq o, Onurun Mirağaya nə qədər pul verməsini bilməmişdir. O, Mirağanı Lənkəran rayonunda düşürüb Biləsuvar şəhərinə Sinanın yaşadığı evə getmiş və orada Sinan ona 2200 manatdan bir qədər çox pul vermişdir. O, qalan qızıl zinət əşyalarını Sinangilin kimə satmasını bilməmiş, Sinandan aldığı pulu sonrakı günlərdə şəxsi ehtiyacları üçün xərcləmiş və borclarını ödəmişdir. Sonradan eşitmişdir ki, Mirağa onlardan aldığı qızılları Həsən adlı tanışına, sonuncu da həmin qızılları Bakı şəhərinə aparıb “Moskva” ticarət mərkəzi adlanan yerdə satıb. 2020-ci ilin sentyabr ayında polis əməkdaşları onu əvvəlcə Cəlilabad RPŞ-nə aparmışlar, bundan sonra isə polis əməkdaşları onu Xaçmaz RPŞ-nə gətirmişlər. Xaçmaz RPŞ-də olarkən də o, Cəlilabad rayonunda və Xaçmaz rayonunun İstisu qəsəbəsində olan evlərdən Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel ilə birlikdə oğurluq etdiklərini etiraf etmişdir. Əlavə olaraq bildirmişdir ki, o Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk, Ersoy Ezel ilə oğurluq etməyə getmiş, lakin o, evlərə daxil olmamış, avtomobili ilə oğurluq edilən evlərdən çox aralı dayanıb həmin şəxslərdən xəbər gözləmişdir ki, onlar oğurluq etdikləri evdən çıxandan sonra gedib onları götürsün, onlardan xəbər gələndən sonra isə onları götürüb oğurlanmış əmlaklarla birlikdə yaşadıqları ünvana aparmışdır. Oğurluq zamanı o çox aralıda dayanıb Sinangili gözləmiş, onlar oğurluq etmək üçün evlərə daxil olanda o, kənardan hər hansı şəxsin evə yaxınlaşması barədə onlara hər hansı işarə, məlumat verməmiş, həmçinin onların oğurluq cinayətini etmələri üçün hər hansı alət və vasitə verməmiş, oğurlanmış əmlakları, yaxud onların satışından əldə edilmiş pul vəsaitini onlar üçün gizlədərək saxlamaq barədə vəd verməmişdir, bu barədə də aralarında hər hansı razılaşma olmamış, o, yalnız Sinangilin oğurluq etdikdən sonra onları oğurladıqları əmlaklarla birlikdə öz avtomobili ilə oğurluq edilən yerdən götürüb aparmışdır. Oğurlanmış əmlakları aralarında bərabər bölünəcəyinə razılaşmışlar. Hər oğurluğa gedəndə Sinan, Onur, Aykut və Ersoy oğurluq üçün girdikləri evdən çıxıb onun avtomobilinə əyləşəndə həmin evlərdən oğurladıqları qızıl zinət əşyalarını ona göstərmişlər. Lakin həmin əşyaları həmin vaxt bölüşməmişlər, Sinan hər dəfə demişdir ki, oğurluqlar edib qızıl zinət əşyalarını bir az da artırsınlar, sonra böləcəklər. Oğurladıqları əşyalar da Sinangildə qalırmış. Cəlilabad rayonundan evlərdən etdikləri oğurluqlardan sonra həmin qızıl zinət əşyalarından payına düşəni almışdır. Sinan, Onur, Aykut, Ersoy Biləsuvar rayonuna köçüb yaşayanda o özü Sinanla əlaqə saxlayaraq yaşadığı evə getmiş və oğurladıqları qızılların bölüşdürülməsini istəmiş, Sinan həmin qızılları beş nəfərin arasında bölmüş və o da payına düşəni götürmüşdür. Həmin vaxt orada onlarla söhbət edərkən yenidən onunla işləmək istədiklərini bildirmişlər, o əvvəlcə onlarla işləmək istəmədiyini bildirmiş, lakin onlar israr etdikləri üçün məcbur olub onlarla razılaşmışdır. Onlar hansı rayona getmələri barədə fikirləşəndə o demişdir ki, Quba və Xaçmaz rayonlarına getsinlər - çünki bir müddət əvvəl ailəsi ilə Xaçmaz rayonunda Nabran kəndində istirahətdə olmuşlar - orada maddi imkanı yüksək olan insanlar yaşayırlar. Sinan, Onur, Aykut və Ersoy onunla razılaşmışlar, lakin Xaçmaz rayonunun İstisu qəsəbəsində olan evə də o daxil olmamış və həmin evə də Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel daxil olmuşlar. Həmin evdən pul və ya dollar oğurlanmasından onun məlumatı olmamış və Sinan, Onur, Aykut, Ersoy da ona bu barədə heç bir söz deməmiş, onlar ona Xaçmaz rayonunun İstisu qəsəbəsində olan evdən də qızıl zinət əşyaları oğurladıqlarını demişlər. İbtidai istintaqa köməklik etdiyini, əməli necə, kimlərlə etdiyini səmimi olaraq etiraf etdiyini, birlikdə oğurluq etdiyi Sinanı, Onuru, Aykutu və Ersoyun sosial şəbəkədəki səhifələrini, şəkillərini göstərdiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, himayəsində üç azyaşlı uşağının olduğunu, arvadının Azərbaycan Respublikası vətəndaşı olduğunu, burada evləndiklərini, uşaqlarının Azərbaycanda doğulub və burada yaşadıqlarını, bundan başqa, maddi ziyanı oğurluq etmiş digər şəxslərin ödəməli olduğunu, lakin buna baxmayaraq zərərçəkmiş şəxslərə vurduqları zərəri ödəməyə çalışdığını bildirərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Cəlilabad şəhəri, Azərbaycan küçəsi, 17/7 nömrəli evdə yaşayır. O, 2006-cı ildə Zərərçəkmiş şəxs3 ilə evlənmiş və birgə nikahdan onların iki övladı vardır. 10 aprel 2020ci il tarixdə səhər saatlarında əri Elvin evdən çıxıb işi ilə əlaqədar Masallı rayonuna getmiş, o isə azyaşlı oğlu Məhəmmədlə birlikdə evdə qalmışdır. Təxminən saat 16 radələrində evdə olduğu zaman qayınatası Ağapaşa qayınanası ilə birlikdə onların evinə gəlmişlər və onu oğlu Məhəmmədlə birlikdə öz yaşadıqları evə aparmışlar. Təxminən saat 19 radələrində əri Elvin atasıgilə gəlmiş və onlar bir neçə saat orada oturduqdan sonra saat 21:55 radələrində birlikdə qayınatasının evindən çıxıb öz evlərinə getmişlər. Evə gələndə həyətin giriş qapısının arxadan bağlı olduğunu görüb evdə oğurluq hadisəsi baş verdiyini başa düşmüşlər və Elvin dərhal atası Ağapaşaya zəng vurub bu barədə məlumat vermiş, qayınatasıda Elvinə demişdir ki, evə daxil olmayıb onun gəlməsini gözləsinlər. Onlar evin qarşısında dayanıb gözləmişlər və bir müddət keçdikdən sonra qayınatası Ağapaşa polis əməkdaşları ilə birlikdə onların yanına gəlmişdir. Yaşadıqları evə daxil olmuş şəxslər qapını arxadan bağladıqlarına görə onlar qapını aça bilməmişlər, bu səbəbdən də Elvin hasardan keçməklə həyətə daxil olub qapını arxadan açmış və onlar polis əməkdaşları ilə birlikdə evin həyətinə daxil olmuşlar. Həyətə daxil olanda görmüşdür ki, birinci mərtəbədəki pəncərənin dəmir barmaqlıqları yerindən qoparılıb, evin giriş qapısı isə içəridən bağlanıb. Evə girə bilmədiklərinə görə Elvin naməlum şəxslərin dəmir barmaqlıqları qoparıb içəri girdikləri pəncərədən içəri daxil olub arxadan qapını açmış və o, qayınatası, polis əməkdaşları birlikdə içəri daxil olmuşlar. İçəri daxil olanda o, birinci mərtəbədə olan iki otağın dağınıq vəziyyətdə olduğunu görmüşdür. Birinci mərtəbədə olan mətbəxə daxil olmayıb polis əməkdaşları ilə birlikdə evin ikinci mərtəbəsinə qalxmışlar ki, müşahidə kamerasına baxsınlar. İkinci mərtbəyə qalxanda görmüşdür ki, müşahidə kamerası olan otağın qapısı sındırılıb, otaqda olan müşahidə kamerasının yaddaş qurğusu üzərində olan yaddaş kartı ilə birlikdə yerindən çıxarılaraq oğurlanıb, ikinci mərtəbədə olan otaqların dördü də dağıdılıb. Həmin vaxt o, ikinci mərtəbədə olan yataq otağına daxil olub özünə məxsus qızıl-zinyət əşyalarını saxladığı paltar şkafına baxmış və qızılları yığdığı torbanın yerində olmadığını, oğurlandığını görmüşdür. Sonra o, birinci mərtəbəyə düşüb mətbəxə daxil olmuş və baxanda görmüşdür ki, əri Elvinin təxminən 5 il olar ki, içərisinə qəpik pullar yığdığı dəmir çay qutusu şkafdan götürülərək yerə atılıb, içərisində olan 200 manat qəpik pullar götürülüb və ona məxsus «Lenova» markalı mobil telefon da qoyduğu yerdə yoxdur. Həmin mobil telefonun üzərində isə ***-***-**-** saylı nömrə olmuşdur. Polis əməkdaşları yaşadıqları evə baxış keçirdikdən sonra çıxıb getmişlər. Sonradan bilmişdir ki, yaşadığı evə Türkiyə Respublikası vətəndaşları X18, Sinan Korkmaz, Onur Öztürk, Ersoy Ezel adlı şəxslər daxil olaraq ona məxsus qızıl-zinyət əşyalarını, mobil telefonu, əri Elvinin yığdığı 200 manat qəpik pulları, video müşahidə kamerasının yaddaş qurğusunu oğurlamışlar. 08 oktyabr 2020-ci il tarixdə o, Cəlilabad RPŞ- nə dəvət olunanda bilmişdir ki, yaşadığı evdən oğurlanmış ona məxsus bir ədəd brilliant qaşlı qızıl qadın üzüyünü, bir ədəd qızıl qadın üzüyünü, bir ədəd qızıl boyunbağını, bir ədəd qızıl klonu Ferit Çalgıcı qohumunun vasitəsi ilə Bakı şəhərində lombarda girov qoyaraq pul götürmüşdür. Cəlilabad RPŞ-də olarkən evindən oğurlanmış iki ədəd qızıl qadın üzüyü, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl klon ona tanınmaya təqdim olunmuş, o da özünə məxsus iki ədəd qızıl qadın üzüyünü, bir ədəd qızıl boyunbağını, bir ədəd qızıl klonu tanımışdır. Yaşadığı evdən 1500 manata aldığı İtaliya istehsalı olan 750 əyarlı qızıl üzük və sırğadan ibarət brilliant qaşlı komplekt, 500 manata aldığı 585 əyarlı yarpaq formasında olmaqla üzərində 3 ədəd qaş olan qızıl qadın üzüyü, 250 manata aldığı 583 əyarlı, paxlava formasında olmaqla üzərində xırda qaşlar olan qızıl qadın üzüyü, 300 manata aldığı 583 əyarlı «tros» formasında olan qızıl boyunbağı, 300 manata aldığı 583 əyarlı üzərində naxışlar olan qızıl boyunbağı, 250 manata aldığı 583 əyarlı nazik «tros» formasında olan qızıl boyunbağı, 400 manata aldığı 583 əyarlı, üzərinə «Tükəzban» yazılı qızıl klon, 200 manata aldığı 583 əyarlı, üzərində kiçik dairələr olan «tros» formalı qızıl qolbağı, 200 manata aldığı 583 əyarlı üzərində nazik naxışlar olan qızıl qolbağı, 100 manata aldığı 583 əyarlı üzərində yaşıl qaşlar olan bir cüt qızıl sırğa, 150 manata aldığı «Lenova» markalı mobil telefon, əri Elvinin dəmir çay qutusunun içərisinə yığdığı 200 manat qəpik pullar və üzərində 120 manat dəyərində yaddaş kartı olan videomüşahidə kamerasının 140 manat dəyərində yaddaş qurğusu oğurlanmışdır. Yaşadığı evdən oğurlanmış brilliant qaşlı qızıl komplektin neçə qram olmasını xatırlamır, üzüyün üzərində 3 ədəd böyük qaş və xırda qaşlar vardır, xırda qaşlardan biri düşmüşdür. Yarpaq formasında olan qızıl üzüyün üzərində 3 ədəd qaş vardır. Paxlava formasında olan qızıl üzüyün üzərində xırda qaşlar olmuş, həmin qaşlardan da 3 ədədi düşmüşdür. Nazik «tros» formasında olan boyunbağının bağlanan yeri sınmışdır və o, həmin yerdən onu qara sapla bağlamışdır. Qızıl sırğanın isə üzərində yaşıl qaşlar olmuş və sırğanın bir tayının üzərindəki qaş düşmüşdür. Evindən oğurlanmış üzüklərin, boyunbağıların, qolbağıların, sırğaların, klonun hansı ölkə istehsalı olduğunu və neçə qram olduqlarını xıtırlamır. Baş vermiş oğurluq hadisəsi nəticəsində onlara ümumilikdə 4610 manat məbləğində maddi ziyan dəymişdir. Yaşadığı evdən oğurlanmış ona məxsus «Lenova» markalı mobil telefonun üzərində olmuş ***-***-**-** mobil telefon nömrəsi "xxxx" MMC-yə məxsusdur. Qayınatası Ağapaşa "xxxx" MMC-də işlədiyi üçün ***- ***-**-** mobil telefon nömrəsi ona təmənnasız verilmişdir. Qayınatası da həmin mobil telefon nömrəsini ona vermiş, o da həmin mobil telefon nömrəsini istifadə etmişdir. ***-***- **-** mobil telefon nömrəsinə görə o, pul verməmiş və həmin nömrə ilə bağlı onlara heç bir maddi ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəməmiş, yalnız ibtidai istintaq orqanı tərəfindən aşkar edilərək götürülmüş, təqsirləndirilən şəxsin oğurladığı və ona məxsus olan iki ədəd qızıl qadın üzüyü, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl klon qaytarılmışdır. O, vurulmuş maddi ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. O, təqsirləndirilən şəxsə qarşı şikayətçidir və onun barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Cəlilabad şəhəri, Azərbaycan küçəsi, 17/7 nömrəli evdə yaşayır. 2013-cü ildən "xxxx" MMC-nin cənub regional üzrə texniki mühəndisi vəzifəsində işləyir. 10 aprel 2020-ci il tarixdə, saat 18:30 radələrində o, işdən çıxıb evə gəlmiş, həmin vaxt arvadı Sevinc və uşaqları onun atasıgildə olmuşdur. O, evin həyətinin işıqlarını yandırdıqdan sonra atasının evinə getmiş, saat 21:55 radələrində isə onlar öz evlərinə qayıtmışlar. Evə gələndə həyətin giriş qapısının arxadan bağlı olduğunu görüb evdə oğurluq hadisəsi baş verdiyini bilmişlər və o dərhal atasına zəng vurub bu barədə məlumat vermiş, atası da polis əməkdaşları ilə birlikdə onun evinin yanına gəlmişdir. Həmin vaxt evinə daxil olmuş şəxslər qapını arxadan bağladıqlarına görə onlar qapını aça bilməmişlər, o, hasardan keçməklə evin həyətinə daxil olub qapını arxadan açmışdır. Sonra polis əməkdaşları evin həyətinə daxil olmuşlar və birinci mərtəbədəki pəncərənin dəmir barmaqlıqlarının yerindən qaparıldığını, evin giriş qapısının da içəridən bağlandığını görmüşlər. Evə girə bilmədikləri üçün o, naməlum şəxslərin dəmir barmaqlıqları qoparıb içəri girdikləri pəncərədən içəri daxil olub qapını açmış və atası ilə polis əməkdaşları birlikdə içəri daxil olmuşlar. O, içəri daxil olanda birinci mərtəbədə yerləşən iki otağın dağınıq vəziyyətdə olduğunu görmüşdür. Birinci mərtəbədə olan mətbəxə daxil olmayıb polis əməkdaşları ilə birlikdə evin ikinci mərtəbəsinə qalxıb müşahidə kamerasının olduğu otağa baxanda həmin otağın qapısının sındırıldığını, otaqda olan müşahidə kamerasının yaddaş kartının yerindən çıxarılaraq oğurlandığını, evin ikinci mərtəbəsində olan dörd otağın da dağıdıldığını görmüşlər. Həmin vaxt Sevinc özünə məxsus qızılları saxladığı paltar şkafına baxmış və qızılları yığdığı torbanın yerində olmadığını, oğurlandığını görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, təxminən 5 il olar ki, xırda pulları yığdığı qabın içərisində olan pullar da oğurlanıb. Sonra onlar evin birinci mərtəbəsində olan mətbəxə daxil olub baxanda arvadı Sevincə məxsus «Lenova» markalı mobil telefonun oğurlandığını görmüşlər. Həmin mobil telefonda isə 055-450-49- 48 saylı nömrə olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona və arvadı Sevincə ümumilikdə 4610 manat maddi ziyan dəymişdir. Yaşadığı evdən arvadı Sevincə məxsus 4000 manat dəyərində qızıl-zinyət əşyaları, 150 manat dəyərində «Lenova» markalı mobil telefon, ona məxsus 200 manat nağd pul və yaddaş kartı ilə birlikdə 260 manat dəyərində videomüşahidə kamerasının yaddaş qurğusu oğurlanmışdır. Yaşadıqları evdən oğurlanmış qızıl zinət əşyaları arvadı Sevincə məxsus olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmiş, o, maddi ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. O, təqsirləndirilən şəxsə qarşı şikayətçidir və onun barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Cəlilabad rayonunun Alar kəndində yaşayır. Cəlilabad rayonunun Alar kəndində yaşadıqları evi yeni tikmişlər, tam təmir olunmasa da, 20 dekabr 2020-ci il tarixdən həmin evə köçüb yaşayırlar. 06 may 2020-ci il tarixdə o, Cəlilabad rayonunun Alar kəndində olan özünə məxsus ərzaq dükanında olub ərzaq məhsullarının satışı ilə məşğul olmuşdur. Günorta saatlarında yaşadığı evə gedib nahar edərkən arvadı Fərqanəyə axşam dükana gəlib təmizləməsini demiş, yemək yedikdən sonra dükana getmiş, həmin gün axşam saat 20 radələrində arvadı Fərqanə dükana gəlmiş, o, müştəriləri yola saldıqdan sonra Fərqanə təmizlik işləri görmüşdür. O, yaxınlıqda olan atası Müslümün evinə gedib şam yeməyini yeyib orada gözləmiş, təxminən saat 23:30 radələrində dükana gəlmiş, təxminən 5 dəqiqə sonra Fərqanə işlərini bitirmiş və o, dükanı bağlayıb Fərqanə ilə birlikdə piyada öz evinə getmişdir. Təxminən saat 24 radələrində yaşadığı evə çatmış və evin qapısını açıb içəri daxil olduqda birinci mərtəbədəki otaqların dağınıq olduğunu görmüşdür. Sonra yataq otağına daxil olmuş, şkafın açıq olduğunu, içərisində olan paltarların çarpayının üzərinə töküldüyünü və otağın plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Şkafın bir gözündə əvvəldən paltarların altına qoyduğu qara rəngli əl çantasının yerində olmadığını, həmin əl çantasının çarpayının üzərində açıq halda olduğunu görüb baxanda görmüşdür ki, əl çantasının içərisində olan 7000 manat yerində yoxdur. Bundan başqa, çarpayının üzərində olan qırmızı rəngli çamadan açıq olmuş, arvadı Fərqanə çamadanın içərisinə baxdıqda sonuncuya məxsus 300 manat dəyərində 3 qaşlı gül formasında olan qızıl qadın üzüyünün, 150 manat dəyərində sadə formada nazik qızıl qadın üzüyünün, 1800 manat dəyərində badam formasında qızıl boyunbağıdan, badam formasında qızıl qolbağıdan, badam formasında qızıl sırğadan və badam formasında qızıl üzükdən ibarət komplektin yerində olmadığını aşkar etmişdir. Sonra eyvana gəlib baxanda 250 manat dəyərində 82 dioqanallı işlənmiş «Supermax» markalı LCD televizorun da yerində olmadığını görüb başa düşmüşdür ki, yataq otağının plastik pəncərəsindən naməlum şəxs və ya şəxslər içəri daxil olaraq qeyd etdiyi əşyaları oğurlamışlar. 08 may 2020-ci il tarixdə o, həyətində iş görərkən bağda olan kolların arasında, hasarın yanında televizorunu tapmış və başa düşmüşdür ki, evindən oğurluq edən şəxslər televizoru həyətə atıb qaçmışlar. Televizoru tapdığına görə evindən olan oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 9250 manat məbləğində maddi ziyan dəymişdir. 06 may 2020-ci il tarixdə, saat 20 radələrindən saat 24 radələrinədək evdə olmamışlar, həmin müddət ərzində də naməlum şəxs pəncərədən içəri daxil olaraq şkafa qoyduğu əl çantasından ona məxsus 7000 manat pulu, həmin şkafda olan çamadanın içərisindən isə arvadı Fərqanəyə məxsus 300 manat dəyərində 3 qaşlı gül formasında olan qızıl qadın üzüyünü, 150 manat dəyərində sadə formada nazik qızıl qadın üzüyünü, 1800 manat dəyərində badam formasında qızıl boyunbağından, badam formasında qızıl qolbağıdan, badam formasında qızıl sırğadan və badam formasında qızıl üzükdən ibarət komplekti oğurlamışdır. Nəticədə ona 7000 manat, arvadı Fərqanəyə isə 2250 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona ziyan vurulsa da, onun təqsirləndirilən şəxsə qarşı heç bir iddiası və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs5 ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Cəlilabad rayonunun Alar kəndində yaşayır. Cəlilabad rayonunun Alar kəndində yaşadıqları evdən təxminən 700 metr aralı məsafədə əri Rasifə məxsus mağaza var və sonuncu özünə məxsus mağazada ərzaq mallarının satışı ilə məşğul olur. Hər gün səhər saatlarında Rasif evdən çıxıb mağazaya getmiş, o isə evdə qalıb ev işləri ilə məşğul olmuşdur. Ancaq aradabir axşamlar o özü Rasifə məxsus mağazaya gedib təmizlik işləri aparmışdır. Həmişə olduğu kimi, 06 may 2020-ci il tarixdə, səhər saatlarında Rasif evdən çıxıb mağazaya getmiş, o isə evdə qalmışdır. Günorta saatlarında Rasif nahar etmək üçün evə gələndə ona demişdir ki, axşam mağazaya gəlib təmizlik işləri görsün. Rasif yeməyini yedikdən sonra evdən çıxıb mağazaya getmiş, o isə evdə qalmışdır. Təxminən saat 20 radələrində o, evin pəncərələrini içəridən, qapını isə açarla kilidləyib təmizik işləri görmək üçün mağazaya, Rasifin yanına getmişdir. O, mağazada təmizlik işləri görəndə Rasif mağazanın yaxınlığında yaşayan atası Müslümün evinə getmiş, o isə mağazada qalıb təmizlik işləri görmüşdür. Təxminən saat 23:30 radələrində Rasif mağazaya gəlmiş və o, işlərini qutardıqdan sonra Rasif mağazanın giriş qapısını bağlamış və onlar birlikdə piyada yaşadıqları evə getmişlər. Təxminən saat 24 radələrində yaşadıqları evə çatmışlar və evin qapısını açıb içəri daxil olanda görmüşdür ki, birinci mərtəbədəki otaqlar dağınıqdır. Sonra yataq otağına daxil olub baxanda görmüşdür ki, otağın plastik materialdan olan pəncərəsi açılıb, otaqda olan şkafın qapısı açıqdır, içərisində olan paltarlar isə dağınıq halda çarpayının üzərinə tökülüb. Şkafın içərisinə baxanda əri Rasifin əvvəldən paltarların altına qoyduğu qara rəngli əl çantasının yerində olmadığını, həmin əl çantasının da açıq vəziyyətdə çarpayının üzərində olduğunu görüb baxanda görmüşlər ki, Rasifin əl çantasının içərisində saxladığı 7000 manat pul yerində yoxdur. Həmin vaxt görmüşdür ki, şkafda olan çamadan da olduğu yerdən götürülərək açıq vəziyyətdə çarpayının üstünə qoyulub. Çamadanın içərisinə baxanda 300 manata aldığı 585 əyarlı, gül formasında olmaqla üzərində 3 ədəd qaş olan qızıl qadın üzüyünün, 150 manata aldığı 585 əyarlı sadə formalı nazik qızıl qadın üzüyünün, 1800 manata aldığı 585 əyarlı badam formasında olmaqla qızıl boyunbağından, qızıl qolbağıdan, qızıl sırğadan və qızıl üzükdən ibarət komplektin qoyduğu yerdə olmadığını görmüşdür. Sonra eyvana gəlib baxanda 82 dioqanallı işlənmiş «Supermax» markalı LCD televizorun yerində olmadığını görüb başa düşmüşlər ki, evdə olmadıqları müddətdə naməlum şəxslər yataq otağının plastik pəncərəsini açıb içəri daxil olaraq əri Rasifə məxsus 7000 manat pulu, ona məxsus qızılzinyət əşyalarını və televizoru oğurlamışlar. Bu səbəbdən də əri Rasif Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq yaşadıqları evdən 7000 manat pulun, qızıl-zinyət əşyalarının və televizorun oğurlanması barədə məlumat vermiş, sonra isə şikayət ərizəsi ilə Cəlilabad RPŞ-nə müraciət etmişdir. 08 may 2020-ci il tarixdə, axşam saatlarında Rasif həyətdə iş görmüş, o isə evdə olmuşdur. Həmin vaxt Rasif gəlib ona demişdir ki, televizoru həyətdə hasara yaxın yerdə olan kolların arasında tapmışdır. Sonradan bilmişdir ki, yaşadıqları evə Türkiyə Respublikası vətəndaşları X18, Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk, Ersoy Ezel adlı şəxslər daxil olaraq 7000 manat pulu, ona məxsus 2250 manat dəyərində qızıl zinət əşyalarını və 250 manat dəyərində «Supermax» markalı LCD televizoru oğurlamışlar, sonradan isə televizoru həyətdə olan kolların arasında gizlədərək çıxıb getmişlər. 07 oktyabr 2020-ci il tarixdə o, Cəlilabad RPŞnə dəvət olunanda bilmişdir ki, yaşadığı evdən oğurlanmış ona məxsus qızıl boyunbağını və qızıl qolbağını Ferit Çalgıcı qohumunun vasitəsi ilə Bakı şəhərində lombarda girov qoyaraq pul götürmüşdür. Cəlilabad RPŞ-də olarkən evindən oğurlanmış qızıl boyunbağı və qızıl qolbağı ona tanınmaya təqdim olunmuş, o da özünə məxsus qızıl boyunbağını və qızıl qolbağını tanımışdır. Zərərçəkmiş şəxs5 məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona ziyan vurulsa da, onun təqsirləndirilən şəxsə qarşı heç bir iddiası və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Əliqasımlı kəndində əri Mahir və oğlu Sənanla birlikdə yaşayır. 24 may 2020-ci il tarixdə, səhər saatlarında orucluq bayramı ilə əlaqədar əri Mahir və oğlu Sənanla birlikdə evdən çıxıb Cəlilabad rayonunun Əliqasımlı kəndində yaşayan qayınanası Bəstiqızın yaşadığı evə getmişlər. Günorta saat 14 radələrində oğlu Sənan qayınanasının evindən çıxıb tək öz evlərinə getmiş, onlar isə orada qalmışlar. Həmin gün təxminən saat 17 radələrində Mahirlə birlikdə qayınanasının evindən çıxıb Mahirin idarə etdiyi avtomobillə yaşadıqları evin qarşısına gəlmişlər, o, avtomobildən düşmüş, Mahir isə evə daxil olmadan iş yerinə getmişdir. O, evə gələndə oğlu Sənan evdə olmamışdır. O, içəri daxil olub baxanda görmüşdür ki, evdə hər şey qaydasındadır. Təxminən 30 dəqiqəyə yaxın vaxt keçdikdən sonra Mahir evin qarşısına gəlmiş, o, Mahirin idarə etdiyi “Lexus” markalı avtomobilə əyləşib yenidən qayınanası Bəstiqızın evinə getmişdir. Həmin gün təxminən saat 21:45 radələrində oğlu Sənan atası Mahirə zəng edib evə naməlum şəxsin daxil olduğunu bildirmiş, onlar dərhal Mahirə məxsus “Lexus” markalı avtomobilə əyləşib öz evlərinə getmişlər. Evə gələndə görmüşdür ki, evin qapıları açıqdır, otaqlarda olan əşyalar yerə dağıdılıb. O, yataq otağına daxil olub baxanda şkafın, dolabın və yataq dəstinin içində olan paltarların qoyduğu yerdən götürülərək yerə töküldüyünü, yerlərinin dəyişdirildiyini, yataq otağında üzərində ayna quraşdırılmış dolaba qoyub saxladığı qızıl zinət əşyalarının yerində olmadığını, dolabda olan əl çantasının götürülərək yerə atıldığını, əl çantasının açıq olduğunu, içərisinə qoyduğu 700 manat pulun yerində olmadığını görmüşdür. Evdə olan digər otaqlarda da şkaf və dolablar naməlum şəxs tərəfindən axtarılmışdır. Oğlu Sənan yataq otağında olan əl çantasına baxdıqdan sonra onlara demişdir ki, çantanın içərisindən ona məxsus 500 manat pul və 1500 ABŞ dolları oğurlanmışdır. Bundan sonra Mahir Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq yaşadıqları evdən pul və digər əşyaların oğurlanması barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra yaşadıqları evə polis əməkdaşları gəlmişlər və Mahir ərizə yazaraq yaşadıqları evdən qızıl zinət əşyaları və pul oğurlanmasını bildirmişdir. Həmin ərəfədə o çox həyəcanlı olmuş və çox əsəbləşmiş, ona görə də özünü yaxşı hiss etməmiş, həmin vaxt Mahir ondan soruşmadan ərizəsində evlərindən oğurlanmış qızıl zinət əşyalarının dəyərini 11000 manat göstərmişdir. Yaşadığı evdən 1750 manata aldığı 585 əyarlı mavi qaşları olan oval formalı qızıl üzükdən, mavi qaşları olan uzun qızıl sırğalardan, üzərində mavi qaşlı klon olan qızıl boyunbağıdan ibarət komplekt, 1600 manata aldığı 750 əyarlı ortasında qırmızı qaş, kənarında xırda ağ brilliant qaşlar olan damla formalı qızıl üzükdən, ortasında qırmızı qaş, kənarında xırda ağ brilliant qaşlar olan damla formalı qızıl sırğadan, üzərində qırmızı və xırda ağ brilliant qaşlı klon olan damla formalı qızıl boyunbağıdan ibarət komplekt, 1200 manata aldığı 585 əyarlı üzərində ağ qaşları və naxışları olan oval formalı qızıl üzükdən, üzərində ağ qaşları olan oval formalı qızıl sırğadan, üzərində ağ qaşlı klon olan oval formalı qızıl boyunbağıdan, üzərində ağ qaşları və naxışları olan qızıl qolbağıdan ibarət komplekt, 2300 manata aldığı 750 əyarlı üzərində ağ brilliant qaşları və naxışları olan qızıl üzükdən, üzərində ağ brilliant qaşları və naxışları olan qızıl qolbağıdan, üzərində ağ brilliant qaşları və naxışları olan qızıl sırğalardan ibarət komplekt, 2500 manata aldığı İtaliya istehsalı olan 750 əyarlı, üzərində naxışları olan üçbucaq formalı qızıl sırğalardan, üzərində üçbucaq formasında naxışlı klon olan qızıl boyunbağıdan ibarət komplekt, 2000 manata aldığı İtaliya istehsalı olan 750 əyarlı, üzərində ağ qaşları və naxışları olan dairəvi formalı qızıl üzükdən, üzərində ağ qaşlı və naxışlı dairəvi formada klon olan qızıl boyunbağıdan, üzərində ağ qaşları və naxışları olan qızıl sırğalardan ibarət komplekt, 1500 manata aldığı 585 əyarlı sadə naxışlı qızıl kəməri olan qızıl saat, 350 manata aldığı 585 əyarlı Türkiyə istehsalı olan zəncir formalı qızıl qolbağı, 600 manata aldığı 585 əyarlı Türkiyə istehsalı olan qara qaşlı ilana bənzər formalı qızıl üzük, 300 manata aldığı 585 əyarlı üzərində ağ qaşları olan qızıl qadın nişan üzüyü, 800 manata aldığı 585 əyarlı üzərində ağ brilliant qaşları olan oval formalı bir cüt qızıl sırğa, 200 manata aldığı 585 əyarlı dairəvi formalı bir cüt qızıl sırğa, 400 manata aldığı 585 əyarlı dairəvi formalı üzərində saçaqları olan bir cüt qızıl sırğa, 450 manata aldığı 585 əyarlı ortası düyünlü formalı qızıl boyunbağı, 600 manat aldığı bir ədəd 10-luq adlanan qızıl, 150 manata aldığı 585 əyarlı “K” hərfi formasında klon, 60 manata aldığı 585 əyarlı balıq formalı klon, ona məxsus əl çantasından 700 manat pul, digər otaqda olan, oğlu Sənana məxsus olan çantadan 1500 ABŞ dolları və 500 manat pul oğurlanmışdır. Sonradan bilmişdir ki, yaşadığı evə Türkiyə Respublikası vətəndaşları X18, Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk, Ersoy Ezel adlı şəxslər daxil olaraq ona məxsus qızıl zinət əşyalarını, 700 manat pulu, oğlu Sənana məxsus 1500 ABŞ dollarını və 500 manat pulu oğurlamışlar. 06 oktyabr 2020-ci il tarixdə o, Cəlilabad RPŞ-nə dəvət olunanda bilmişdir ki, yaşadığı evdən oğurlanmış ona məxsus bir ədəd qızıl üzüyü, bir ədəd qızıl boyunbağını, bir ədəd qızıl klonu və qızıl sırğanın bir tayını Ferit Çalgıcı qohumunun vasitəsi ilə Bakı şəhərində lombarda girov qoyaraq pul götürmüşdür. Cəlilabad RPŞ-də olarkən evindən oğurlanmış bir ədəd qızıl qadın üzüyü, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl klon və qızıl sırğanın bir tayı ona tanınmaya təqdim olunmuş, o da özünə məxsus qızıl üzüyü, qızıl boyunbağını, qızıl klonu və qızıl sırğanın bir tayını tanımışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona məxsus 16760 manat dəyərində qızıl zinət əşyaları, 700 manat pul, oğlu Sənanın çantasından isə 500 manat pul və 1500 ABŞ dolları oğurlanmışdır. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəməmiş, yalnız ibtidai istintaq orqanı tərəfindən aşkar edilərək götürülmüş, təqsirləndirilən şəxsin oğurladığı və ona məxsus olan bir ədəd qızıl qadın üzüyü, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl klon və qızıl sırğanın bir tayı ona qaytarılmışdır. O, vurulmuş maddi ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. O, təqsirləndirilən şəxsə qarşı şikayətçidir və barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, valideyinləri ilə birlikdə Cəlilabad rayonunun Əliqasımlı kəndində yaşayır. 24 may 2020-ci il tarixdə, səhər vaxtlarında orucluq bayramı münasibətilə atası Şahid1 və anası Zərərçəkmiş şəxs6 ilə birlikdə Cəlilabad rayonunun Əliqasımlı kəndində yaşayan babası Həsəngilə getmişlər. Günorta vaxtı saat 14 radələrində o, babası Həsəngilin evindən çıxıb tək Cəlilabad rayonunun Əliqasımlı kəndində yerləşən evlərinə getmişdir. Həyətə baxıb nəzarət etmiş, hər hansı bir dəyişiklik fərq etməmiş, sonra həyətdən çıxıb evin yanında yerləşən əmisi Namiqə məxsus “Şahmat” adlı kiçik müəssisəyə getmişdir. Həmin müəssisədə atası Mahirə məxsus kartof məhsulları olmuş, kartof məhsulunun satışına nəzarət edərək orada olmuşdur. 24 may 2020-ci il tarixdə, saat 20:58-də evlərinə gedib həyətin talvarının işıqlarını yandırmış, həyətə gözəyarı baxdıqda hər şey qaydasında olmuş, hər hansı bir dəyişiklik hiss etməmiş, sonra həyətdən çıxaraq “Şahmat” adlı kiçik müəssisəyə qayıtmışdır. Saat 21:40-da istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona qonşusu Vahidin oğlu Elmar ***-***-**-** nömrəli mobil telefonla zəng edərək həyətlərinin işıqlarının yanıb-söndüyünü bildirmiş, o dərhal həyətə getmiş, həyətə baxdıqda həyətdə olan masanın (stolun) evin giriş qapısının yanına qoyulduğunu, üstünə stul qoyulduğunu, yuxarı hissəsində olan plastik pəncərənin isə açıq olduğunu görmüşdür. Evin giriş qapısı bağlı olmuş, açarla qapını açaraq içəri daxil olmuş, otaqlara baxdıqda dağınıq halda olduğunu görüb evə naməlum şəxsin daxil olduğu ona məlum olmuşdur. Sonra həyətə düşərək istifadəsində olan digər ***-***-**-** nömrəli mobil telefonla atası Mahirin istifadəsində olan 050- ***-**-** nömrəli mobil telefona zəng edib evə naməlum şəxsin daxil olduğunu bildirmişdir. Atası Mahir dərhal evə gəlmiş və evə baxaraq DİN-in 102 xidmətinə zəng edib oğurluq olması ilə bağlı məlumat vermişdir. Özləri evə baxdıqda isə məlum olmuşdur ki, ona aid yataq otağında pəncərənin ağzına qoyduğu əl çantasından ona məxsus 500 (beş yüz) manat pul və 1500 (min beş yüz) ABŞ dolları pul götürülərək oğurlanmışdır. Bundan əlavə, anası Kəmaləgilin yataq otağında aynalı mebelin siyirməsində olan anası Kəmaləyə məxsus əl çantasından 700 manat pul və qızıl zinət əşyaları oğurlanmışdır. Ümumi olaraq yaşadıqları evin otaqlarında şkaf və siyirmələr açılaraq paltarlar və digər əşyalar yerə tökülmüş, qiymətli əşya və pul axtarılmışdır. Oğurluq nəticəsində ona məxsus 500 manat pul və 1500 ABŞ dolları oğurlanmış, həmin vaxt 1 ABŞ dollarının Azərbaycan valyutasına mübadiləsi 1,7 manat olduğunu nəzərə alsaq, 1500 ABŞ dollarının Azərbaycan manatı qarşılığı 2550 manat olmuş, ümumi hesablandıqda isə Azərbaycan valyutası ilə ona 3050 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmiş, maddi ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. O, təqsirləndirilən şəxsə qarşı şikayətçidir və barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 nümayəndəsi X7 Məmişovanın ifadəsinə uyğun ifadə verərək göstərdi ki, o, Zərərçəkmiş şəxs1 əridir. O, ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimbəyov küçəsi, 458-ci məhəllə, ev 12, mənzil 191-də yaşayır. Arvadı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində böyük məsləhətçi işləyir. 16 iyul 2020-ci il tarixdə Günel məzuniyyətə çıxmış və bu səbəbdən də həmin vaxt Xaçmaz rayonunun İstisu qəsəbəsinə gəlib onlara məxsus evdə yaşamışdır. O və oğlu Emil isə Güneldən bir ay əvvəl İstisu qəsəbəsinə gəlmişlər. 16 avqust 2020-ci il tarixdə, təxminən saat 16:30 radələrində Günel onunla birlikdə İstisu qəsəbəsində olan evlərindən çıxmışlar və onun idarə etdiyi avtomobilə əyləşib istirahət etmək üçün Xaçmaz rayonunun Nabran kəndinə getmişlər. Onlar evdən çıxanda Nahidə adlı xadimə onların evində olub təmizlik işləri ilə məşğul olmuşdur. Təxminən saat 17 radələrində onlar qayıdıb İstisu qəsəbəsinə öz evlərinə gəlmişlər və oğlu Emillə qardaşı oğlu Elnuru avtomobilə əyləşdirib Xudat şəhərinə getmişlər. X37 şəhərində yaşayan Günelin anasının evinə qoyduqdan sonra Günel onunla birlikdə Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən “Kristal” Ticarət Mərkəzinə getmişlər ki, orada satılan əşyalara baxsınlar. “Kristal” Ticarət Mərkəzindən bəzi əşyalar aldıqdan sonra qayıdıb Xudat şəhərinə getmişlər, Günel anasının yaşadığı evdə qalmış, onunla qardaşı oğlu Elnur isə Xaçmaz rayonunun Pərdiqran kəndində olan qardaşı Tərlanın yanına getmişlər. Təxminən saat 20:45 radələrində o, Günelin arxasınca anasının yaşadığı evə getmiş və arvadı ilə oğlu Emil onun idarə etdiyi avtomobilə əyləşib Xaçmaz rayonunun İstisu qəsəbəsinə öz evlərinə getmişlər. İstisu qəsəbəsinə çatanda təxminən saat 21:16 radələri olardı. İstisu qəsəbəsində evlərinin yaxınlığında olan ərzaq mağazasının qarşısına çatanda görmüşlər ki, qardaşı Elşənə məxsus avtomobil yolun kənarında dayanıb, sonuncunun oğlu Elnur isə sükan arxasında əyləşib. Onlar Elnurun yanından keçib öz həyətlərinə gəlmişlər. Bir qədər keçdikdən sonra Elnur da atasına məxsus avtomobillə onların evinin qarşısına gəlmişdir. Onlar birlikdə avtomobildən düşmüşlər və o özündə olan açarla evin giriş qapısını açdıqdan sonra birlikdə içəri daxil olmuşlar. İçəri daxil olanda görmüşlər ki, geyim əşyalarını yığdıqları çanta və dəhlizdə olan başqa əşyalar səliqəsiz formada dəhlizin döşəməsinə atılıb. Evdə olmadıqları müddətdə kiminsə evə daxil olmasından şübhələnib tez yataq otağına getmişdir. Yataq otağına gedəndə görmüşlər ki, otaqda olan bütün əşyalar dağıdılaraq döşəməyə səpilib, otaqda olan qarderobun qapısının kilidi sındırılaraq açılıb, qarderobun içərisində olan bütün geyim əşyaları döşəməyə dağıdılıb. Günel qarderobun üst rəfini açmışdır ki, orada saxladığı qızıl zinət əşyalarının yerində olub-olmamasına baxsın. Qarderobun rəfini açanda orada saxladığı qızıl zinət əşyalarının və xadimə üçün ayırıb orada saxladığı bir ədəd 100 manatlıq əsginasın yerində olmadığını görüb başa düşmüşlər ki, qarderobda saxladığı qızıl zinyət əşyaları və 100 manat pul oğurlanıb. Sonra Günel yataq otağında olan əl çantasına və pul kisəsinə baxanda görmüşdür ki, əl çantasında saxladığı 3 ədəd 100 manatlıq, 20 ədəd 50 manatlıq əsginaslar olmaqla ümumilikdə 1300 manat, pul kisəsində saxladığı 3 ədəd 20 ABŞ dolları olmaqla ümumilikdə 60 ABŞ dolları da oğurlanıb. Günel bu barədə ona bildirmiş, o da Günelin sözündən sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub İtsisu qəsəbəsində olan evlərindən oğurluq olması barədə məlumat vermişdir. Bir müddət keçdikdən sonra yaşadıqları evə polis əməkdaşalrı gəlmişlər və onların iştirakı ilə yaşadığı evə baxış keçirmişlər. Sonradan o bilmişdir ki, İstisu qəsəbəsində olan evindən Günelə məxsus qızıl zinət əşyalarını Türkiyə Respublikası vətəndaşı X18 başqa Türkiyə Respublikası vətəndaşları ilə birlikdə oğurlamışlar. İtsisu qəsəbəsində olan evindən Günelə məxsus 1500 manata aldığı oval formalı, 750 əyarlı, kənarlarında ağ və qara brilliant qaşları olan bir cüt qızıl sırğanın, 3000 manata aldığı paxlava formalı, 750 əyarlı, üzərində iri ağ brilliant qaşları olan bir cüt qızıl sırğanın, 3000 manata aldığı oval formalı, 750 əyarlı, qızıl üzük və sırğa dəstinin, 500 manata aldığı, 585 əyarlı bir cüt “Vanqlif’ adlı qızıl sırğanın, 670 manata aldığı 750 əyarlı bir cüt “Şanel” adlı qızıl sırğanın, 600 manata aldığı 750 əyarlı, üzərində 3 sm uzunluqda sep, aşağısında ürək formalı klon olan bir cüt qızıl sırğanın, 850 manata aldığı 750 əyarlı, oval formalı, üst hissəsinə “DG” hərfləri həkk olunmuş qızıl sırğanın bir tayının, 2000 manata aldığı 750 əyarlı, üzbəüz formalı, üzərində qara və ağ brilliant qaşlar olan bir ədəd qızıl üzüyün, 3500 manata aldığı 750 əyarlı, oval formalı, üst hissəsi panama formasında olmaqla üzərində qara və ağ brilliant qaşları olan bir ədəd qızıl üzüyün, 2500 manata aldığı 750 əyarlı, oval formalı olmaqla üzərində qara və ağ brilliant qaşları olan bir ədəd qızıl üzüyün, 2000 manata aldığı 750 əyarlı, yarpaq formalı olmaqla üzərində balaca ağ brilliant qaşlar olan qızıl üzüyün, 1800 manata aldığı 750 əyarlı, üzərində ağ brilliant qaşlar olan bir ədəd qızıl üzüyün, 3000 manata aldığı 750 əyarlı, üst hissəsi uzun oval formada olmaqla üzərində qara və ağ brilliant qaşlar olan bir ədəd qızıl üzüyün, 2000 manata aldığı 750 əyarlı, iri formalı, 01 ədəd yarısı sarı, yarısı ağ qızıl üzüyün, 3000 manata aldığı 750 əyarlı, kvadrat formalı olmaqla sarı qızıldan toxunma 01 ədəd qızıl üzüyün, 2500 manata aldığı 750 əyarlı, kvadrat formalı olmaqla üzərində adi düz şüşə qaşlar olan 01 ədəd qızıl üzüyün, 400 manata aldığı 585 əyarlı əyri mismar formalı bir ədəd boyunbağının, 450 manata aldığı 750 əyarlı, üzərində uzunsov oval formada klon olan 01 ədəd qızıl boyunbağının, 400 manata aldığı 750 əyarlı, üzərində nazik açar formasında klon olan 01 ədəd qızıl boyunbağının, 2000 manata aldığı 750 əyarlı, üzərində «G» hərfi formasında sarı qızıldan toxunma klon olan 01 ədəd qızıl boyunbağının, 2000 manata aldığı 750 əyarlı, iç-içə keçən formada toxunmuş bir ədəd sarı qızıl boyunbağının, 300 manata aldığı 750 əyarlı, bir ədəd sarı qızıl qolbağının, 1000 manata aldığı 750 əyarlı, üzərində “D” və “G” hərfləri həkk olunmuş bir ədəd qızıl boyunbağının, 1000 manata aldığı 750 əyarlı, bir ədəd sarı qızıl qolbağının, 1200 manata aldığı 750 əyarlı, üç sıra sarı qızıl muncuqlardan olan qızıl qolbağının, 1400 manat pulun və 60 ABŞ dollarının oğurlanması nəticəsində onlara ümumilikdə 40000 manata yaxın maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 750 əyarlı, oval formalı, üst hissəsinə “DG” hərfləri həkk olunmuş bir cüt qızıl sırğanı 850 manata almışdır. Həmin sırğanın bir tayı oğurlanmışdır və bununda nəticəsində ona 425 manat maddi ziyan dəymişdir. İstisu qəsəbəsində olan evindən oğurlanmış Günelə məxsus qızıl zinət əşyaları indi ifadəsində göstərdiyi qiymətlərlə alınmışdır. Təqsirləndirilən şəxs vurduğu 42247 manat məbləğində maddi ziyanın bir hissəsini ibtidai istintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 ödəmişdir. Vurulmuş maddi ziyanın ödənilməsini tələb etdiklərini, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu və barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Cəlilabad şəhəri, N.Nərimanov küçəsi ev 68-də yaşayır. 1995-ci ildən "xxxx" MMC-nin Cəlilabad şəhərində yerləşən müştəri xidmətlərində diller işləyir. Zərərçəkmiş şəxs3 onun oğludur. Oğlu Elvin 2006-cı ildə Zərərçəkmiş şəxs2 ilə evlənmişdir və onların evliliyindən iki övladları vardır. Oğlu Elvin ailəsi ilə birlikdə Cəlilabad şəhəri, Azərbaycan küçəsi 17/7 nömrəli evdə yaşayır və "xxxx" MMC-nin cənub zonası üzrə aparıcı mühəndisi vəzifəsində işləyir. 10 aprel 2020-ci il tarixdə, saat 14 radələrində Cəlilabad şəhəri, M.Hadi küçəsində yaşayan qardaşı X20 xəstə olduğu üçün arvadı ilə birlikdə ona baş çəkməyə getmiş, saat 16 radələrində oradan çıxıb yaşadığı evə gedərkən arvadı ilə qərara gəlmişlər ki, oğlu Elvin işi ilə əlaqədar Masallı şəhərində olduğuna görə sonuncunun arvadı Sevinclə oğlu Məhəmmədi özləri ilə yaşadıqları evə aparsınlar. Bu məqsədlə Elvinin yaşadığı evə gedib Sevinclə oğlu Məhəmmədi öz evlərinə aparmışlar. Saat 18 radələrində o, Elvinə zəng vurub harada olduğunu soruşmuş, Elvin də ona yaşadığı evdə olduğunu, evin işıqlarını yandırıb onlara gələcəyini demişdir. Saat 19 radələrində Elvin onun evinə gəlmiş, saat 21:55 radələrində isə ailəsi ilə birlikdə onun evindən çıxıb öz evinə getmişdir. Elvin getdikdən 5 dəqiqə sonra ona zəng vurub evindən oğurluq edildiyini bildirmiş, o da Elvinə evə daxil olmamasını, onu gözləməsini demişdir. O, polis əməkdaşlarına məlumat vermiş, sonra isə polis əməkdaşları ilə birlikdə Elvinin yaşadığı evə getmişdir. Elvinin evinə daxil olmuş naməlum şəxslər qapını arxadan bağladıqlarına görə onlar qapını aça bilməmişlər. Bu səbəbdən Elvin hasardan keçməklə evin həyətinə daxil olub qapını arxadan açmışdır. Onlar polis əməkdaşları ilə birlikdə evin həyətinə daxil olmuşlar və birinci mərtəbədəki pəncərənin dəmir barmaqlıqlarının yerindən qaparıldığını, evin giriş qapısının da içəridən bağlandığını görmüşlər. Evə girə bilmədikləri üçün Elvin naməlum şəxslərin dəmir barmaqlıqları qoparıb içəri girdikləri pəncərədən içəri daxil olub qapını açmış və onlar polis əməkdaşları ilə birlikdə içəri daxil olmuşlar. O, içəri daxil olanda birinci mərtəbədə yerləşən iki otağın dağınıq vəziyyətdə olduğunu görmüşdür. Birinci mərtəbədə olan mətbəxə daxil olmayıb polis əməkdaşları ilə birlikdə evin ikinci mərtəbəsinə qalxıb müşahidə kamerasının olduğu otağa baxanda həmin otağın qapısının sındırıldığını, otaqda olan müşahidə kamerasının yaddaş kartının yerindən çıxarılaraq oğurlandığını, evin ikinci mərtəbəsində olan dörd otağın da dağıdıldığını görmüşlər. Həmin vaxt Sevinc özünə məxsus qızılları saxladığı paltar şkafına baxmış və qızılları yığdığı torbanın yerində olmadığını, oğurlandığını görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, oğlu Elvinin təxminən 5 il olar ki xırda pulları yığdığı qabın içərisində olan pullar da oğurlanıb. Sonra onlar evin birinci mərtəbəsində olan mətbəxə daxil olub baxanda Sevincə məxsus «Lenova» markalı mobil telefonun oğurlandığını görmüşlər. Həmin mobil telefonda isə ***-***-**-** saylı nömrə olmuşdur. Evdən Sevincə məxsus 4000 manat dəyərində qızıl zinət əşyaları, 150 manat dəyərində «Lenova» markalı mobil telefon, oğlu Elvinə məxsus 200 manat nağd pul və videomüşahidə kamerasının yaddaş qurğusu oğurlanmışdır. Evdən oğurlanmış qızıl zinət əşyaları Sevincə məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 Zərərçəkmiş şəxs6 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, əri Şahverdi, oğlanları Ülvi və Nicatla birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, Mədən küçəsi 1 nömrəli evdə yaşayır. Təqsirləndirilən şəxs X18 bacısı Gülnisənin qızı Şəfəqin əridir, onun Feritlə ədavəti və düşmənçiliyi olmamışdır. 2013-cü ildə Ferit bacısı qızı Şəfəqlə evlənmişdir. Şəfəqin anası Gülnisə onların ailə qurmalarına razı olmadığı üçün onlarla münasibətini kəsib əlaqə saxlamamışdır. Bildiyinə görə həmin vaxtdan sonra X26 Respublikasına gedib orada yaşamışlar, 2019-cu ildə isə yenidən qayıdıb Azərbaycanda yaşamışlar, ancaq onun onlarla heç bir əlaqəsi olmamışdır. Xatırladığı qədəri ilə 9-10 iyul 2020-ci il tarixdə yaşadığı evdə olduğu zaman Şəfəq 3 azyaşlı uşağı ilə birlikdə onun evinə gəlib Cəlilabad rayonunda kirayədə yaşadıqlarını, maddi vəziyyətlərinin pis olduğunu, çətinliklə dolandıqlarını, Qobu qəsəbəsində satılıq torpaq tapdıqlarını, həmin torpağı almaq üçün əri Feritin əmisinin Türkiyədən 2600 manat pul göndərəcəyini, əllərində qızıl zinət əşyaları olduğunu, lakin özü Cəlilabad rayonunda, əri Ferit isə Türkiyədə qeydiyyatda olduğundan həmin qızılları lombarda girov qoyub pul götürə bilmədiklərini demiş və ondan öz adına həmin qızılları lombarda girov qoyaraq əvəzində pul götürüb onlara verməsini xahiş etmişdir. O, əvvəlcə Şəfəqə razılıq verməmiş, lakin sonuncu ondan çox xahiş etdiyinə görə razılaşmışdır. Səhəri gün səhər saatlarında Şəfəq əri Feritlə birlikdə onun evinə gəlmiş və sellofan paketdə olan qızılları ona göstərərək lombarda verib əvəzində pul götürüb onlara verməsini bir daha xahiş etmişlər. O həmin qızıllara baxdıqda bir ədəd üzərində qaşı olmayan qızıl sırğanın, bir ədəd üzərində ağ rəngli qaşları olan yarpaq formalı qızıl qadın üzüyünün, bir ədəd üzərində ağ rəngli qaşları olan ortası dəlik olmaqla dairəvi formalı qızıl klonun, bir ədəd ətrafında ağ rəngli qaşlar olan, üzərində isə qaşlar üçün yer olmasına baxmayaraq qaşları olmayan qızıl qadın nişan üzüyünün, bir ədəd üzərində naxışları və ağ rəngli qaşları olan qızıl qolbağının, bir ədəd üzərində qaşları olan paxlava formalı qızıl qadın üzüyünün, bir ədəd ortasında damla formalı bəzəkləri və həmin bəzəklərin üzərində ağ rəngli qaşları olan qızıl boyunbağının, bir ədəd tros formalf qızıl boyunbağının, üzərində damla formalı klon olan bir ədəd qızıl boyunbağının, bir ədəd dairəvi formalı qızılın və «ban» hərfləri yazılmış qırıq qızıl klonun olmasını görmüşdür. Həmin qızıllardan boyunbağıların bəziləri qırılmış, bəzi üzüklərin üzərində olan qaşları düşmüş, bəzi qızıllar isə əzilmiş formada olmuşdur. Ferit həmin qızıl zinət əşyalarının özünə məxsus olduğunu, satdığı əşyaların müqabilində tanımadığı şəxslərdən pul əvəzinə hissə-hissə aldığını demişdir. O, Feritə inanmış və həmin qızılları götürüb Feritlə birlikdə Bakı şəhərində Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən «Parabokt» adlanan lombarda gedərək kredit götürmək üçün müraciət etmiş, kredit əməliyyatı aparan adını xatırlamadığı əməkdaşa üzərində olan həmin qızıl zinət əşyalarını təqdim etmiş, təqdim etdiyi qızıl zinət əşyaları yoxlanılaraq çəkilmiş, ümumi ağırlıqları 56 qramdan bir az çox olmuşdur. Lombardın əməkdaşı həmin qızıl zinət əşyalarının müqabilində 2500 manat kredit yolu ilə pul verəcəklərini bildirmiş, o razılaşıb həmin qızıl zinət əşyalarını girov qoyduqdan sonra ona 2500 manat pul ödənmiş və hər ay 272 manat ödəmək şərti ilə bir illik yazılı müqavilə bağlanmışdır. Həmin puldan 100 manat komissiya haqqı tutulmuş və ona ümumilikdə 2400 manat pul verilmişdir. O, «Parabokt» kredit təşkilatının ofisində 2400 manat pulu Feritə vermiş, sonuncu da pulları sayıb götürmüşdür. Sonra o, onlardan ayrılıb öz evinə gəlmişdir. Həmin vaxtdan sonra Feriti və bacısı qızı Şəfəqi görməmişdir. Cəlilabad RPŞ-nə dəvət olunanda bilmişdir ki, Ferit ona verdiyi qızıl zinət əşyalarını oğurluq yolu ilə əldə etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ifadəsindən müəyyən edilir ki, o, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Cəlilabad şəhəri, Vüqar Niftullayev küçəsi, ev 64-də yaşayır. O, əslən Türkiyə Respublikasından olan X14 təxminən 2 il olar ki, tanıyır. Təxminən 2 il əvvəl Cəlilabad şəhərində tanışı Pərvizlə görüşərkən onun yanında bir cavan oğlan görmüş və söhbət əsnasında bilmişdir ki, həmin oğlan əslən Türkiyə Respublikasından olan Feritdir və Cəlilabad rayonu, Ləzran kəndində yaşayan Şəfəq adlı qızla evlənib həmin kənddə qayınanasının evində yaşayır. Sonrakı vaxtlarda aradabir Cəlilabad şəhərində Feritlə rastlaşmış və onlar görüşüb söhbət etmişlər. Tədricən onun Feritlə münasibəti yaranmışdır. Həmin ərəfələrdə Ferit Cəlilabad şəhərində olan Hacı Mahmuda məxsus sexdən yataq dəstləri almış və idarə etdiyi «Ford Tranzit» markalı avtomobillə Azərbaycanın başqa rayonlarına aparıb satmışdır. Feritlə söhbətlərinin birində sonuncu onun əslən Lənkaran rayonu, Balıqçılar qəsəbəsindən olduğunu və həmin qəsəbə ərazisində onun 2 ha torpaq sahəsi olduğunu bilib demişdir ki, ona məxsus torpaq sahəsində istixana qurub tərəvəz məhsulları yetişdirərək satsınlar. O, Feritin fikrini bəyənmiş və sonuncuya maddi imkanının yaxşı olmadığını bildirdikdə Ferit demişdir ki, istixana üçün lazım olan dəmirləri, polietilen örtüyü və əkəcəkləri tərəvəz məhsullarının toxumunu özü alacaq, o isə öz torpaq sahəsində istixananın quraşdırılması xərclərini çəkər. O, Feritlə razılaşmış və sonrakı günlərdə Ferit əvvəlcə rezin boru almış, sonra isə istixananın quraşdırılması üçün lazım olan dəmirləri Lənkəran şəhərində olan metal qəbulu məntəqəsindən almış və başqa bir avtomobillə Balıqçılar qəsəbəsinə aparıb onun torpaq sahəsinə yığmışdır. Qalan materialı almaq üçün Feritin pulu olmadığı üçün işləri yarımçıq qalmış və Ferit ona demişdir ki, alver edib bir qədər də pul qazandıqdan sonra qalan materialı alacaqdır. Lakin sonradan karantin rejimi tətbiq olunmuş və Ferit pul qazana bilmədiyi üçün qalan materialı ala bilməmişdir. Bəzən Ferit gəlib onunla görüşərkən onun yanında Türkiyə Respublikası vətəndaşları olan Sinan, Onur və adlarını xatırlamadığı başqa iki nəfər olmuşdur. Feritin deməsinə görə həmin oğlanlar onun qohumları idi. Ancaq o həmin oğlanların Feritlə necə qohumluq əlaqələrinin olmasını bilməmişdir. Ferit istixananın qurulması üçün lazım olan qalan materialı ala bilməmiş, bu səbəbdən də o, Feritin aldığı rezin borunu aparıb qardaşı oğlu Mirhəbiblə əkdiyi alça ağaclarının və açıq ərazidə əkdiyi tərəvəz məhsullarının suvarılmasında istifadə etmişdir. Cəlilabad şəhərində Feritlə görüşərkən ona demişdir ki, karantin rejimi tətdiq olunduğu üçün aldığı yataq dəstlərini sata bilmir, maddi vəziyyəti yaxşı deyildir. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin avqust ayının ortalarında Ferit ona zəng vurub demişdir ki, arvadına aid qızıl zinət əşyalarını satmaq istəyir, bir neçə yerdən maraqlanmışdır, ucuz almaq istədikləri üçün satmamışdır, o, qızıl zinət əşyalarını satmaqda ona köməklik göstərsin. O, Feritə evdə olduğunu bildirərək demişdir ki, gəl görüşüb söhbət edək. Təxminən 10-15 dəqiqə keçdikdən sonra Ferit onun evinin qarşısına gəlmiş və o, bayıra çıxıb baxanda görmüşdür ki, Sinan da Feritin yanındadır. Ferit salfet kağızına bükülərək sellofan torbanın içrisinə qoyulmuş qızıl zinət əşyalarını ona göstərmiş və baxanda görmüşdür ki, salfet kağızının içərisində 4 ədəd brilliant qaşlı qızıl qadın üzüyü və bir cüt brilliant qaşlı qızıl sırğa var. Feritgilin yanında o, qızıl alqı-satqısı ilə məşğul olan bir neçə nəfərə zəng vurmuşdur. Zəng vurduğu şəxslərin qızılın hər qramına görə vermək istədikləri pul Feritgili qane etməmiş və o, qızıl alqı-satqısı ilə məşğul olan Həsənə zəng vurub demişdir ki, yaxın dostu var, torpaq alıb, ona görə də arvadının qızıl zinət əşyalarını satmaq istəyir. Həsən qızılın hansı əyarda olmasını soruşduqda ona 750 əyarlı olduğunu bildirmiş, Həsən də ona demişdir ki, Bakı şəhərindədir, qayıdıb gələndə 750 əyarlı qızılın qramını 74 manata alar. Feritgil qızılları Həsənə satmağa razılaşmışlar və ondan ayrılıb getmişlər. Həmin gün axşam Həsən ona zəng vurub Bakı şəhərindən gəldiyini bildirmiş və o, zəng vurub bu barədə Feritə demişdir. Feritlə Sinan gəlib evinin qarşısında onunla görüşmüşlər və onlar birlikdə Həsənin evinə getmişlər. Feritlə Sinan yaxınlıqda olan telefon mağazasına getmişlər, o isə içəri gedib Həsənlə görüşərək qızılları ona göstərmişdir. Həsən qızıllara baxıb yoxladıqdan sonra 4740 manat verib qızıl üzükləri və qızıl sırğanı ondan almışdır. Həsən həmin pulun 4010 manatını qızıla, 730 manatını isə brilliant qaşlara görə vermişdir. O, Həsənin evindən çıxıb Feritgillə görüşmüş və Həsəndən aldığı pulu sayıb Feritə vermişdir. Ferit də həmin puldan ona 100 manat vermiş və onlar ondan ayrılıb getmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Cəlilabad şəhəri, Təbriz küçəsi ev 33-də yaşayır. Cəlilabad şəhərində olan bazar ərazisində onun özünə məxsus mağaza var və o, özünə məxsus həmin mağazada qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. O əsasən ayrıayrı şəxslərdən qızıl zinət əşyalarını alır yə sonradan bir qədər baha qiymətə satır. Cəlilabad şəhər sakini Şahid6 təxminən 20 il olar ki, tanıyır. Cəlilabad şəhərində olan bazar ərazisində Mirağanın qardaşına məxsus mağaza var və Mirağa özü də tez-tez qardaşına məxsus mağazaya gəlib-gedir. Əslən Türkiyə Respublikasından olan X14 isə tanımır. 23 avqust 2020-ci il tarixdə o, müalicəsi ilə bağlı Bakı şəhərinə getmiş və həmin günü Bakı şəhərində qalmışdır. 24 avqust 2020-ci il tarixdə, günorta saatlarında Mirağa ona zəng vurub qızıl olduğunu bildirərək neçəyə ala biləcəyini soruşmuş, o da Mirağaya demişdir ki, Bakı şəhərindədir, qayıdıb gələndə qızıllara baxıb bir söz deyər. Həmin gün o, yaşadığı Cəlilabad şəhərinə getmiş və Mirağaya zəng vurub Bakı şəhərindən qayıdıb gəldiyini bildirmişdir. Təxminən saat 20 radələrində Mirağa özü tək onun evinə gəlmiş və sellofanın içərisində olan qızıl zinət əşyalarını ona vermişdir. O, sellofanı açıb baxanda görmüşdür ki, içərisində 4 ədəd brilliant qaşlı qızıl qadın üzüyü və bir cüt brilliant qaşlı qızıl sırğa var. Mirağadan satmaq istədiyi qızıl üzüklərin və sırğanın oğurluq olub-olmadığını soruşmuş, sonuncu da ona demişdir ki, gətirdiyi qızıl zinət əşyaları ailə dostu olan şəxsin arvadına aiddir, pula ehtiyacları olduğu üçün satırlar. Ancaq Mirağa dostunun kim olduğunu ona deməmiş, o özü də bu barədə ondan maraqlanmamışdır. Mirağadan sənəd istədikdə isə ona demişdir ki, öz şəxsiyyət vəsiqəsinin surətini verəcəkdir. Mirağanın gətirdiyi qızıl üzükləri və sırğaları böyüdücü vasitəsi ilə yoxlamış və üzüklərin, sırğanın üzərinə 750 rəqəminin yazıldığını görüb başa düşmüşdür ki, üzüklər və sırğalar 750 əyarlıdır. O, əvvəlcə bir cüt sırğanı, sonra isə 4 ədəd üzüyü tərəziyə qoyub çəkmiş, sırğanın çəkisi qaşla birlikdə 10,8 qram, üzüklərin qaşla birlikdə çəkiləri ümumilikdə 43,4 qram təşkil etmişdir. Üzüklərin və sırğanın üzərində olan brilliant qaşları təxmini olaraq 2 karat ölçüsündə hesablayıb Mirağaya demişdir ki, satmaq istədiyi qızılın hər qramını 74 manata, üzərlərində olan brilliant qaşları isə 730 manata ala bilər. Mirağa onun da xeyrinin olmasını bildirdikdə demişdir ki, əlavə olaraq ona da pul verər. Mirağa onunla razılaşmış və o, Mirağaya 4740 manat pul verib 4 ədəd brilliant qaşlı qızıl qadın üzüyünü və bir cüt brilliant qaşlı qızıl sırğanı almış, əlavə olaraq isə Mirağanın özünə 220 manat pul vermişdir. O bilmişdir ki, Mirağadan aldığı qızıl zinət əşyalarını baha qiymətə sata biləcəkdir və bundan yaxşı gəliri olacaqdır. Sonra o, Mirağadan şəxsiyyət vəsiqəsinin surətini almış və özündə olan qızıl və brilliant alqı-satqı kitabında Mirağadan 4 ədəd brilliant qaşlı qızıl qadın üzüyünü və bir cüt brilliant qaşlı qızıl sırğa alması ilə bağlı qeydiyyat aparmış, Mirağa özü də ona satdığı qızıl zinət əşyaları ilə bağlı kitaba imza etmişdir. Bundan sonra Mirağa ondan ayrılıb getmişdir. Səhəri gün o, Bakı şəhərinə getmiş və Mirağadan aldığı 4 ədəd brilliant qaşlı qızıl qadın üzüyünü və bir cüt brilliant qaşlı qızıl sırğanı Bakı şəhərində «Moskva» ticarət mərkəzində işləyən Əmrah adlı oğlana 5370 manata satmışdır. Qızıllları satdığı vaxtdan təxminən 20-25 gün keçdikdən sonra Əmrah ona zəng vurub ondan aldığı qızıl zinət əşyalarının Xaçmaz rayonunda olan evdən oğurlandığını bildirərək haradan aldığını soruşmuş, o da Əmraha demişdir ki, ona satdığı qızıl zinət əşyalarını Cəlilabad şəhərində yaşayan Mirağa adlı tanışından almışdır. Əmrahla danışdıqdan sonra o, Mirağaya zəng vurub demişdir ki, ona satdığı qızıl zinət əşyaları Xaçmaz rayonunda olan evlərin birindən oğurlanmışdır. Mirağa da ona demişdir ki, ola bilməz, ona satdığı üzüklər və sırğa dostunun arvadınındır, pula ehtiyacları olduğu üçün satmışlar. Mirağa gedib bu barədə polisə məlumat verəcəyini bildirdikdə o, sonuncuya demişdir ki, gedib məlumat versin. Sonra Xaçmaz RPŞ-nin əməkdaşları ona zəng vurmuşlar, o, polis əməkdaşlarına da Mirağadan 4 ədəd brilliant qaşlı qızıl qadın üzüyü və bir cüt brilliant qaşlı qızıl sırğa aldığını bildirmişdir. O, Mirağadan aldığı 4 ədəd brilliant qaşlı qızıl qadın üzüyünün və bir cüt brilliant qaşlı qızıl sırğanın başqa yerdən oğurlandığını bilməmişdir. Mirağa ona demişdir ki, satdığı üzüklər və sırğa dostunun arvadınındır, pula ehtiyacları olduğu üçün satırlar. O, Mirağanı tanıdığı üçün ona inanıb almışdır. Mirağadan aldığı qızıl zinət əşyalarının başqa yerdən oğurlandığını bilsəydi heç vaxt onunla razılaşıb almazdı. Mirağaya əlavə pul verməkdə başqa məqsədi və ya niyyəti olmamışdır. O bilmişdir ki, Mirağadan aldığı qızıl zinət əşyalarını baha qiymətə sata biləcəkdir və bundan yaxşı gəliri olacaqdır. Mirağaya isə ona görə əlavə pul vermişdir ki, o həmin qızıl zinət əşyalarını başqasına yox, ona satmışdır. Çünki həmin vaxt elə fikirləşmişdir ki, Mirağa ona xeyir vermək istədiyi üçün həmin qızıl zinyət əşyalarını başqasına yox, ona satmaq istəmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsindən müəyyən edilir ki, o, valideyinləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi ev 3A, mənzil 163-də yaşayır. «Moskva» ticarət mərkəzinin qarşısında Şahlar Məlikova məxsus zərgərlik mağazası var və o həmin mağazada qızıl zinət əşyalarının alqısatqısı ilə məşğul olur. O əsasən mağazaya gələn müştərilərin satmaq istədikləri qızıl zinət əşyalarını onlarla razılaşıb şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etdikdən sonra almış, sonradan isə aldığı qızıl zinət əşyalarını bir qədər baha qiymətə satmışdır. Cəlilabad rayonunda yaşayan Həsəni təxminən 3 il olar ki, tanımış, sonuncu özü də qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşdur. O özü də bir neçə dəfə Həsəndən qızıl zinət əşyaları alıb-satmışdır. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin avqust ayının axırlarında Həsən onun işlədiyi mağazaya gəlib ona 4 ədəd brilliant qaşlı qızıl qadın üzüyü və bir cüt brilliant qaşlı qızıl sırğa göstərərək Cəlilabad rayonunda müştəridən aldığını bildirmişdir. O, Həsəni tanıdığı üçün onunla razılaşıb satmaq istədiyi 4 ədəd brilliant qaşlı qızıl qadın üzüyünü və bir cüt brilliant qaşlı qızıl sırğanı 6650 manata almışdır. Sonradan o, aldığı üzüyün birini 2400 manata Könül adlı qadına, qalan 3 ədəd üzüyü isə 2400 manata Samirə satmışdır. Həsəndən aldığı bir cüt sırğanı əmisi oğlu Hətəmə vermiş, sonuncu da həmin sırğaları tanımadığı şəxsə 1800 manata satmışdır. O, Həsəndən aldığı qızıl zinət əşyalarının oğurluq yolu ilə əldə olunduğunu bilməmişdir. Onun bundan məlumatı olsaydı heç vaxt razılaşıb almazdı. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X8 ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 24A-da yaşayır. «Moskva» ticarət mərkəzinin qarşısında yerləşən zərgərlik mağazasında qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. O əsasən mağazaya gələn müştərilərin satmaq istədikləri qızıl zinət əşyalarını onlarla razılaşıb almış, sonradan isə aldığı qızıl zinət əşyalarını bir qədər baha qiymətə satmışdır. O, Cəlilabad şəhərində yaşayan Həsəni tanımamış və sonuncudan qızıl zinət əşyaları almamışdır. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin avqust ayının axırlarında qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Əmrahla görüşərkən sonuncu ona 3 ədəd brilliant qaşlı qızıl qadın üzüyü göstərib müştəridən aldığını, satmaq istədiyini bildirmiş, o da Əmrahla razılaşıb 3 ədəd briliant qaşlı qızıl qadın üzüyünü 2400 manata almışdır. Əmrahdan aldığı qızıl üzükləri isə sonradan tanımadığı şəxslərə satmışdır. Əmrahdan aldığı qızıl zinət əşyalarının oğurluq yolu ilə əldə olunmasından onun məlumatı olmamışdır. Sonradan polis əməkdaşları gələndə bilmişdir ki, Əmrahdan aldığı qızıl üzüklər Xaçmaz rayonunda olan evlərin birindən oğurlanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X5 ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Kosmos yaşayış binası, 12-ci blok, mənzil 735-də yaşayır. Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Moskva» ticarət mərkəzində qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. O əsasən mağazaya gələn müştərilərin satmaq istədikləri qızıl zinət əşyalarını onlarla razılaşıb almış, sonradan isə aldığı qızıl zinət əşyalarını bir qədər baha qiymətə satmışdır. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin avqust ayının axırlarında «Moskva» ticarət mərkəzinin qarşısında yerləşən zərgərlik mağazasında işləyən Əmrahla rastlaşarkən sonuncu ona bir ədəd brilliant qaşlı qızıl qadın üzüyü göstərib müştəridən aldığını, satmaq istədiyini bildirmişdir. Əmrahın satmaq istədiyi qızıl qadın üzüyü xoşuna gəlmiş və o, Əmrahla razılaşıb 2400 manat pul verərək həmin qızıl qadın üzüyünü almışdır. Sonradan polis əməkdaşları gələndə bilmişdir ki, Əmrahdan aldığı brilliant qaşlı qızıl qadın üzüyü Xaçmaz rayonunda olan evlərin birindən oğurlanmışdır. Ona görə də o həmin üzüyü gətirib polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi üzük polis əməkdaşları tərəfindən sənədləşdirmə aparılaraq götürülmüşdür. Onun həmin üzüyün oğurluq yolu ilə əldə olunmasından məlumatı olmamışdır. İş materiallarında olan 10 aprel 2020-ci il tarixli ərizələrdən, izahatlardan və Məlumatdan müəyyən edilir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat verərək, Cəlilabad RPŞ-nə müraciət edərək 10 aprel 2020-ci il tarixdə, saat 18:30-22:00 radələrində yaşadıqları ünvan 1 evdə olmadıqları müddət ərzində naməlum şəxs və ya şəxslər evə qanunsuz daxil olaraq qızıl zinət əşyalarını, qaba yığaraq saxladığı qəpiklərin, müşahidə kamerasının yaddaş kartının, mobil telefonun oğurlanmasını bildirmişlər. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 10 aprel 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yaşadıqları ünvan 1 ünvana baxış keçirilərək evin birinci mərtəbəsinin pəncərəsində olan dəmir barmaqlıqların yerindən qarılaraq qopardıldığı, evin içərisində otaqlardakı əşyaların dağınıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 28 sentyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirilən şəxs X18 polis əməkdaşlarına oğurluq etdiyi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yaşadıqları ünvanı göstərərək ifadəsində bildirdiyi xüsusatları əyani olaraq göstərmişdir. İş materiallarında olan 07 may 2020-ci il tarixli Məlumatdan, ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat verərək, Cəlilabad RPŞ-nə müraciət edərək 06 may 2020-ci il tarixdə, saat 20 radələrindən 24 radələrinədək yaşadıqları Cəlilabad rayonunun Alar kəndindəki evlərində olmadıqları müddət ərzində naməlum şəxs və ya şəxslər evə qanunsuz daxil olaraq ona və arvadı Zərərçəkmiş şəxs5 məxsus olan pulların, qızıl zinət əşyalarının, televizorun oğurlanmasını bildirmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 07 may 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 yaşadıqları Cəlilabad rayonunun Alar kəndindəki evinə baxış keçirilərək evin içərisində otaqlardakı əşyaların dağınıq vəziyyətdə olduğu müəyyən edilmiş, zərərçəkmiş şəxs evdən oğurlanan əmlakların yerləşdikləri yerləri göstərmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 30 sentyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirilən şəxs X18 polis əməkdaşlarına oğurluq etdiyi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 yaşadıqları Cəlilabad rayonunun Alar kəndindəki evi göstərərək ifadəsində bildirdiyi xüsusatları əyani olaraq göstərmişdir. İş materiallarında olan 24 may 2020-ci il tarixli Məlumatdan, 25.05.2020-ci il tarixli ərizədən müəyyən edilir ki, Şahid1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat verərək, Cəlilabad RPŞ-nə müraciət edərək 24 may 2020-ci il tarixdə, saat 21 radələrində yaşadıqları Cəlilabad rayonunun Əliqasımlı kəndindəki evlərində olmadıqları müddət ərzində naməlum şəxs və ya şəxslər evinə qanunsuz daxil olaraq arvadı Zərərçəkmiş şəxs6 və oğlu Zərərçəkmiş şəxs7 məxsus olan qızıl zinət əşyalarının, pulların oğurlanmasını bildirmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 24 may 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 yaşadıqları Cəlilabad rayonunun Əliqasımlı kəndindəki evlərinə baxış keçirilərək evin içərisində otaqlardakı əşyaların dağınıq vəziyyətdə olduğu müəyyən edilmiş, zərərçəkmiş şəxs evdən oğurlanan əmlakların yerləşdikləri yerləri göstərmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 30 sentyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirilən şəxs X18 polis əməkdaşlarına oğurluq etdiyi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 yaşadıqları Cəlilabad rayonunun Əliqasımlı kəndindəki evi göstərərək ifadəsində bildirdiyi xüsusatları əyani olaraq göstərmişdir. İş materiallarında olan 16 avqust 2020-ci il tarixli raportdan, 17.08.2020-ci il tarixli ərizədən və izahatlardan müəyyən edilir ki, X19 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat verərək, Xaçmaz RPŞ-nə müraciət edərək 16 avqust 2020ci il tarixdə, saat 17:00-dan 21:16 radələrinədək Xaçmaz rayonunun İstisu qəsəbəsində yerləşən onlara məxsus bağ evində olmadıqları müddət ərzində naməlum şəxs və ya şəxslər həmin evə pəncərədən qanunsuz daxil olaraq arvadı Zərərçəkmiş şəxs1 məxsus olan qızıl zinət əşyalarının, pulların oğurlanmasını bildirmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 17 avqust 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, X12 məxsus olan Xaçmaz rayonunun İstisu qəsəbəsindəki bağ evinə baxış keçirilərək evin içərisində otaqlardakı əşyaların dağınıq vəziyyətdə olduğu müəyyən edilmiş, zərərçəkmiş şəxsə məxsus oğurlanan əmlakların yerləşdikləri yerlər göstərilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 22 sentyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirilən şəxs X18 polis əməkdaşlarına oğurluq etdiyi X12 məxsus Xaçmaz rayonunun İstisu qəsəbəsindəki bağ evini göstərərək ifadəsində bildirdiyi xüsusatları əyani olaraq göstərmişdir. İş materiallarında olan baxış və götürmə aparılması haqqında 18 sentyabr 2020-ci il tarixli protokollardan, əşyanın tanınmaya təqdim edilməsi haqqında 19 sentyabr 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva” ticarət mərkəzində işləyən X5 təqdim etdiyi bir ədəd brilliant qaşlı qızıl qadın üzüyü, həmin ticarət mərkəzinin qarşısında yerləşən zərgərlik mağazasında işləyən X6 təqdim etdiyi bir cüt brilliant qaşlı qızıl sırğalar götürülərək Zərərçəkmiş şəxs1 digər oxşar qızıl sırğalarla birlikdə ona tanınmaya təqdim olunmuş, Zərərçəkmiş şəxs1 yarpaq formasında olmaqla üzərində ağ-qara qaşları olan qızıl sırğanın ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 05 oktyabr 2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş “Qızıl və brilliantların alqı-satqı”sı kitabından çıxarılmış vərəqlərin surətlərindən müəyyən edilir ki, həmin tarixdə Şahid4 qızıl və brilliantların alqısatqısı ilə bağlı qeydiyyat apardığı kitabı təqdim edərək “Moskva” ticarət mərkəzinə satdığı qızıl üzükləri və qızıl sırğanı Şahid6 aldığını və bu barədə həmin kitabda qeydiyyat apardığını bildirmiş. Təqdim olunmuş kitabın 56-cı vərəqinin aşağı hissəsində olan yerdə seriya AZE №0946201, Şahid6, malın adı sırğa 10,8 qr., əyarı 750, karat 1B, dörd ədəd üzük 43,4 qr., əyarı 750, karat 1B, qeyd hissədə 4740 m sözləri və rəqəmləri yazılmaqla aşağı hissəyə imza edilmişdir. İş materiallarında olan baxış və götürmə aparılması haqqında 26 sentyabr 2020-ci il tarixli protokoldan, əşyanın tanınmaya təqdim edilməsi haqqında 06, 07 və 08 oktyabr 2020-ci il tarixli protokollardan və əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Şahid3 təqdim etdiyi bir ədəd qızıl sırğa, iki ədəd yarpaq formalı qızıl qadın üzüyü, bir ədəd dairəvi formalı qızıl klon, bir ədəd ağ qaşları olan qızıl qadın nişan üzüyü, bir ədəd naxışlı qızıl qolbağı, bir ədəd paxlava formalı qızıl qadın üzüyü, bir ədəd damla formalı bəzəkləri olan qızıl qadın üzüyü, bir ədəd tros formalı qızıl boyunbağı, bir ədəd üzərində damla formalı klon olan qızıl boyunbağı, bir ədəd qol saatının alt qapağı və üzərində “ban” hərfləri yazılmış sınmış qızıl klon götürülərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 digər oxşar qızıl zinət əşyaları ilə birlikdə onlara tanınmaya təqdim olunmuş, Zərərçəkmiş şəxs6 bir ədəd dairəvi formalı, üzərində “GRAİZELLA” yazıları yazılmış və ətrafına dairəvi formada xırda ağ qaşlar düzülmüş qızıl klonu, bir ədəd dördbucaq formalı sadə qızıl sırğanı, bir ədəd iri gül formalı, üzərində ağ qaşları olan qızıl qadın üzüyünü, bir ədəd nazik formalı, uc tərəfində iki ədəd damcı formalı hissədən ibarət qızıl boyunbağını tanımış və ona məxsus olduğunu bildirmişdir; Zərərçəkmiş şəxs5 dörd hissəli badam formalı halqalardan ibarət, halqaların içərisində ağ qaşlar olan qızıl boyunbağını tanımış və ona məxsus olduğunu bildirmişdir; Zərərçəkmiş şəxs2 ortası üç qaşlı, ətrafı xırda qaşlardan ibarət qızıl üzüyü, tros formalı nazik qızıl boyunbağını, paxlava formalı, üzərində ağ qaşları olan qızıl qadın üzüyünü, “ban” yazısı yazılmış qızıl klonu tanımış və ona məxsus olduğunu bildirmişdir. Sonuncu klonun (ban yazısı olan) üzərində “Tükəzban” sözü yazılmış ona məxsus klon olduğunu və sınaraq son üç hərfin olduğu hissənin qaldığını qeyd etmişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 05 oktyabr 2020-ci il tarixli protokollardan və əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirilən şəxs X10 oğurlayaraq bir qismini lombarda qoymaq üçün və bir qismini satmaq üçün, müvafiq olaraq, Şahid3 və Şahid6 verdiyi, sonradan ibtidai istintaq orqanı tərəfindən müəyyən edilərək götürülmüş qızıl zinət əşyaları təqsirləndirilən şəxsə digər oxşar qızıl zinət əşyaları ilə birlikdə tanınmaya təqdim edilmiş, təqsirləndirilən şəxs təqdim edilmiş həmin əşyaların sırasından oğurladığı qızıl zinət əşyalarını tanıyaraq göstərmiş və onun göstərdiyi həmin əşyalar zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 tanıyıb göstərdikləri özlərinə məxsus qızıl zinət əşyaları ilə üst-üstə düşmüşdür. İş materiallarında olan maddi sübutun tanınması barədə 19 sentyabr 2020-ci il tarixli qərardan və həmin tarixli qəbzdən müəyyən edilir ki, X5 təqdim etdiyi bir ədəd brilliant qaşlı qızıl qadın üzüyü və X6 təqdim etdiyi bir cüt brilliant qaşlı qızıl sırğalar cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin qızıl zinət əşyaları Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarında olan maddi sübutun tanınması barədə 19 noyabr 2020-ci il tarixli qərardan və həmin tarixli qəbzlərdən müəyyən edilir ki, Şahid3 təqdim etdiyi bir ədəd qızıl sırğa, iki ədəd yarpaq formalı qızıl qadın üzüyü, bir ədəd dairəvi formalı qızıl klon, bir ədəd ağ qaşları olan qızıl qadın nişan üzüyü, bir ədəd naxışlı qızıl qolbağı, bir ədəd paxlava formalı qızıl qadın üzüyü, bir ədəd damla formalı bəzəkləri olan qızıl qadın üzüyü, bir ədəd tros formalı qızıl boyunbağı, bir ədəd üzərində damla formalı klon olan qızıl boyunbağı, bir ədəd qol saatının alt qapağı və üzərində “ban” hərfləri yazılmış sınmış qızıl klon cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin qızıl zinət əşyalarından bir ədəd qızıl qadın üzüyü, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl klon, qızıl sırğanın bir tayı Zərərçəkmiş şəxs6, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbağı Zərərçəkmiş şəxs5, bir ədəd brilliant qaşlı qızıl qadın üzüyü, bir ədəd qızıl qadın üzüyü, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl klon Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 14 dekabr 2020-ci il tarixli qərardan müəyyən edilir ki, Şahid3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, təqsirləndirilən şəxs X10 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin tərkibi olmadığından həmin xüsusatlar üzrə cinayət təqibi başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, hazırkı cinayət işindən Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Şahid6 barəsində isə həmin Məcəllənin 194.1-1-ci maddəsi ilə başqa cinayət işi ayrılması və icraata götürülərək istintaqının davam etdirilməsi qərara alınmışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə, həmin Məcəllənin müvafiq olaraq 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı məbləğ başa düşülür. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxs X10 məhkəmə iclasında zərərçəkmiş şəxslərdən oğurlanmış əmlakların talanmasında bilavasitə iştirak etməməsi ilə həmin cinayət əməlinin törədilməsində icraçı deyil, köməkçi olmasına, hazırkı cinayət işi üzrə törədilmiş cinayət əməllərində iştirak etmiş digər şəxslər tərəfindən aldadıldığını bildirməsinə dair ifadəsinə tənqidi yanaşaraq, bu ifadənin təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində cinayət əməllərini hansı şəraitdə, necə törədilməsi ilə bağlı bildirdiyi xüsusatları məhkəmə istintaqı zamanı da bir daha təsdiq etmişdir. Lakin məhkəmə istintaqı zamanı əlavə olaraq bildirmişdir ki, o Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk, Ersoy Ezel ilə oğurluq etməyə getmiş, lakin o, evlərə daxil olmamış, avtomobili ilə oğurluq edilən evlərdən çox aralı dayanıb həmin şəxslərdən xəbər gözləmişdir ki, onlar oğurluq etdikləri evdən çıxandan sonra gedib onları götürsün, onlardan xəbər gələndən sonra isə onları götürüb oğurlanmış əmlaklarla birlikdə yaşadıqları ünvana aparmışdır. Bununla da o özünü həmin cinayət əməllərinin törədilməsində icraçı deyil, köməkçi hesab etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasındakı ifadəsində bildirmişdir ki, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrindən və iş materiallarından da müəyyən edilir ki, oğurluq zamanı o çox aralıda dayanıb Sinangili gözləmiş, onlar oğurluq etmək üçün evlərə daxil olanda o, kənardan hər hansı şəxsin evə yaxınlaşması barədə onlara hər hansı işarə, məlumat verməmiş, həmçinin onların oğurluq cinayətini etmələri üçün hər hansı alət və vasitə verməmiş, oğurlanmış əmlakları, yaxud onların satışından əldə edilmiş pul vəsaitini onlar üçün gizlədərək saxlamaq barədə vəd verməmişdir, bu barədə də aralarında hər hansı razılaşma olmamış, o, yalnız Sinangilin oğurluq etdikdən sonra onları oğurladıqları əmlaklarla birlikdə öz avtomobili ilə oğurluq edilən yerdən götürüb aparmışdır. Oğurlanmış əmlakları aralarında bərabər bölünəcəyinə razılaşmışlar. Hər oğurluğa gedəndə Sinan, Onur, Aykut və Ersoy oğurluq üçün girdikləri evdən çıxıb onun avtomobilinə əyləşəndə həmin evlərdən oğurladıqları qızıl zinət əşyalarını ona göstərmişlər. Lakin həmin əşyaları həmin vaxt bölüşməmişlər, Sinan hər dəfə demişdir ki, oğurluqlar edib qızıl zinət əşyalarını bir az da artırsınlar, sonra böləcəklər. Oğurladıqları əşyalar da Sinangildə qalırmış. Cəlilabad və Xaçmaz rayonlarından evlərdən etdikləri oğurluqlardan sonra həmin qızıl zinət əşyalarından payına düşəni almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Həmin Qərarın 11-ci bəndinə görə, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X10 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, törətdiyi cinayətdə köməkçi deyil, icraçı olmuşdur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, təqsirləndirilən şəxs X4 Respublikası vətəndaşları Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezellə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib onları idarə etdiyi «Ford Tranzit» markalı, ZH 974 HZ dövlət qeydiyyat nişanlı avtomobillə 10 aprel 2020-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Cəlilabad şəhəri, Azərbaycan küçəsi, 17/7 nömrəli evin yaxınlığına gətirib düşürdükdən sonra özü avtomobilin salonunda oturub gözləmiş, Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel isə Zərərçəkmiş şəxs3 yaşadığı evin birinci mərtəbəsində olan pəncərənin dəmir barmaqlığını sındırıb qanunsuz içəri daxil olaraq birinci mərtəbədə mətbəxdə olan şkafın içərisindəki dəmir çay qutusunun içərisindən sonuncuya məxsus 200 manat qəpik pulları, Zərərçəkmiş şəxs2 məxsus 150 manat dəyərində bir ədəd «Lenova» markalı mobil telefonu, ikinci mərtəbədə olan otaqdan içərisində 120 manat dəyərində “2 gb”-lıq yaddaş kartı olan 140 manat dəyərində “Xomax-XM” markalı video müşahidə kamerasının yaddaş qurğusunu, ikinci mərtəbədə yataq otağında olan şkafın içərisindən 1500 manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı qızıl üzük və sırğadan ibarət brilliant qaşlı komplekti, 500 manat dəyərində 585 əyarlı yarpaq formasında olmaqla üzərində 3 ədəd qaş olan qızıl qadın üzüyünü, 250 manat dəyərində 583 əyarlı, paxlava formasında olmaqla üzərində xırda qaşlar olan qızıl qadın üzüyünü, 300 manat dəyərində 583 əyarlı «tros» formasında olan qızıl boyunbağını, 300 manat dəyərində 583 əyarlı üzərində naxışlar olan qızıl boyunbağını, 250 manat dəyərində 583 əyarlı nazik «tros» formasında olan qızıl boyunbağını, 400 manat dəyərində 583 əyarlı, üzərində «Tükəzban» yazılı qızıl klonu, 200 manat dəyərində 583 əyarlı, üzərində kiçik dairələr olan «tros» formalı qızıl qolbağını, 200 manat dəyərində 583 əyarlı üzərində nazik naxışlar olan qızıl qolbağını, 100 manat dəyərində 583 əyarlı üzərində yaşıl qaşlar olan bir cüt qızıl sırğanı oğurlayıb zərərçəkmiş şəxslərə ümumilikdə 4610 manat məbləğində maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışlar. Bundan başqa o, təkrarən Türkiyə Respublikası vətəndaşları Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezellə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib onları idarə etdiyi «Ford Tranzit» markalı, ZH 974 HZ dövlət qeydiyyat nişanlı avtomobillə 06 may 2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Cəlilabad rayonunun Alar kəndindəki evin yaxınlığına gətirib düşürdükdən sonra özü avtomobilin salonunda oturub gözləmiş, Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel isə Zərərçəkmiş şəxs4 yaşadığı evin birinci mərtəbəsində olan pəncərəni açmaqla içəri qanunsuz daxil olaraq birinci mərtəbədə yataq otağında olan şkafın içərisindəki əl çantasından sonuncuya məxsus 7000 manat pulu, həmin şkafın içərisindən olan çamadanın içərisindən Zərərçəkmiş şəxs5 məxsus 300 manat dəyərində 585 əyarlı, gül formasında olmaqla üzərində 3 ədəd qaş olan qızıl qadın üzüyünü, 150 manat dəyərində 585 əyarlı sadə formalı nazik qızıl qadın üzüyünü, 1800 manat dəyərində 585 əyarlı badam formasında olmaqla qızıl boyunbağından, qızıl qolbağdan, qızıl sırğadan və qızıl üzükdən ibarət komplekti, eyvandan isə 250 manat dəyərində 82 dioqanallı «Supermax» markalı LCD televizoru oğurlayıb zərərçəkmiş şəxşlərə ümumilikdə 9500 manat məbləğində maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamışlar. Bundan başqa o, təkrarən Türkiyə Respublikası vətəndaşları Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezellə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib onları idarə etdiyi «Ford Tranzit» markalı, ZH 974 HZ dövlət qeydiyyat nişanlı avtomobillə 24 may 2020-ci il tarixdə, saat 21 radələrində Şahid1 yaşadığı Cəlilabad rayonunun Əliqasımlı kəndindəki evin yaxınlığına gətirib düşürdükdən sonra özü avtomobilin salonunda oturub gözləmiş, Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel isə Şahid1 yaşadığı evə pəncərəni açmaqla qanunsuz daxil olaraq yataq otağında olan güzgülü dolabdan Zərərçəkmiş şəxs6 məxsus 1750 manat dəyərində 585 əyarlı mavi qaşları olan oval formalı qızıl üzükdən, mavi qaşları olan uzun qızıl sırğalardan, üzərində mavi qaşlı klon olan qızıl boyunbağıdan ibarət komplekti, 1600 manat dəyərində 750 əyarlı ortasında qırmızı qaş, kənarında xırda ağ brilliant qaşlar olan damla formalı qızıl üzükdən, ortasında qırmızı qaş, kənarında xırda ağ brilliant qaşlar olan damla formalı qızıl sırğadan, üzərində qırmızı və xırda ağ brilliant qaşlı klon olan damla formalı qızıl boyunbağıdan ibarət komplekti, 1200 manat dəyərində 585 əyarlı üzərində ağ qaşları və naxışları olan oval formalı qızıl üzükdən, üzərində ağ qaşları olan oval formalı qızıl sırğadan, üzərində ağ qaşlı klon olan oval formalı qızıl boyunbağıdan, üzərində ağ qaşları və naxışları olan qızıl qolbağıdan ibarət komplekti, 2300 manat dəyərində 750 əyarlı üzərində ağ brilliant qaşları və naxışlan olan qızıl üzükdən, üzərində ağ brilliant qaşları və naxışları olan qızıl qolbağıdan, üzərində ağ brilliant qaşları və naxışlan olan qızıl sırğalardan ibarət komplekti, 2500 manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı, üzərində naxışlan olan üçbucaq formalı qızıl sırğalardan, üzərində üçbucaq formasında naxışlı klon olan qızıl boyunbağıdan ibarət komplekti, 2000 manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı, üzərində ağ qaşları və naxışlan olan dairəvi formalı qızıl üzükdən, üzərində ağ qaşlı və naxışlı dairəvi formada klon olan qızıl boyunbağıdan, üzərində ağ qaşları və naxışlan olan qızıl sırğalardan ibarət komplekti, 1500 manat dəyərində 585 əyarlı sadə naxışlı qızıl kəməri olan qızıl saatı, 350 manat dəyərində 585 əyarlı Türkiyə istehsalı olan zəncir formalı qızıl qolbağını, 600 manat dəyərində 585 əyarlı Türkiyə istehsalı olan qara qaşlı ilana bənzər formalı qızıl üzüyü, 300 manat dəyərində 585 əyarlı üzərində ağ qaşları olan qızıl qadın nişan üzüyünü, 800 manat dəyərində 585 əyarlı üzərində ağ brilliant qaşları olan oval formalı bir cüt qızıl sırğanı, 200 manat dəyərində 585 əyarlı dairəvi formalı bir cüt qızıl sırğanı, 400 manat dəyərində 585 əyarlı dairəvi formalı üzərində saçaqları olan bir cüt qızıl sırğanı, 450 manat dəyərində 585 əyarlı ortası düyünlü formalı qızıl boyunbağını, 600 manat dəyərində bir ədəd 10-luq adlanan qızılı, 150 manat dəyərində 585 əyarlı “K” hərfi formasında klonu, 60 manat dəyərində 585 əyarlı balıq formalı klonu, həmin dolabda olan əl çantasından 700 manat pulu, digər otaqda olan oğlu Zərərçəkmiş şəxs7 məxsus çantadan isə 2550 manat məbləğində 1500 ABŞ dollarını və 500 manat pulu oğurlayıb zərərçəkmiş şəxşlərə ümumilikdə 20510 manat məbləğində maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamışlar. Bundan başqa o, təkrarən Türkiyə Respublikasının vətəndaşları Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezellə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib onları idarə etdiyi «Ford Tranzit» markalı, ZH 974 HZ dövlət qeydiyyat nişanlı avtomobillə 16 avqust 2020-ci il tarixdə, saat 21 radələrində X12 məxsus Xaçmaz rayonu, İstisu qəsəbəsindəki evin yaxınlığına gətirib düşürdükdən sonra özü avtomobilin salonunda oturub gözləmiş, Sinan Korkmaz, Onur Öztürk, Aykut Öztürk və Ersoy Ezel isə Ziya Məmişova məxsus evə pəncərəni açmaqla qanunsuz daxil olaraq yataq otağında olan qarderobun üst rəfindən Zərərçəkmiş şəxs1 məxsus 1500 manat dəyərində oval formalı, 750 əyarlı, kənarlarında ağ və qara brilliant qaşları olan bir cüt qızıl sırğanı, 3000 manat dəyərində paxlava formalı, 750 əyarlı, üzərində iri ağ brilliant qaşları olan bir cüt qızıl sırğanı, 3000 manat dəyərində oval formalı, 750 əyarlı, qızıl üzük və sırğa dəstini, 500 manat dəyərində 585, əyarlı bir cüt “Vanqlif’ adlı qızıl sırğanı, 670 manat dəyərində 750 əyarlı bir cüt “Şanel” adlı qızıl sırğanı, 600 manat dəyərində 750 əyarlı, üzərində 3 sm uzunluqda sep, aşağısında ürək formalı klon olan bir cüt qızıl sırğanı, 425 manat dəyərində 750 əyarlı, oval formalı, üst hissəsinə “DG” hərfləri həkk olunmuş qızıl sırğanın bir tayını, 2000 manat dəyərində 750 əyarlı, üzbəüz formalı, üzərində qara və ağ brilliant qaşlar olan bir ədəd qızıl üzüyü, 3500 manat dəyərində 750 əyarlı, oval formalı, üst hissəsi panama formasında olmaqla üzərində qara və ağ brilliant qaşları olan bir ədəd qızıl üzüyü, 2500 manat dəyərində 750 əyarlı, oval formalı olmaqla üzərində qara və ağ brilliant qaşları olan bir ədəd qızıl üzüyü, 2000 manat dəyərində 750 əyarlı, yarpaq formasında olmaqla üzərində balaca ağ brilliant qaşlar olan qızıl üzüyü, 1800 manat dəyərində 750 əyarlı, üzərində ağ brilliant qaşlar olan bir ədəd qızıl üzüyü, 3000 manat dəyərində 750 əyarlı, üst hissəsi uzun oval formada olmaqla üzərində qara və ağ brilliant qaşlar olan bir ədəd qızıl üzüyü, 2000 manat dəyərində 750 əyarlı, iri formalı, yarısı sarı, yarısı ağ qızıl üzüyü, 3000 manat dəyərində 750 əyarlı, kvadrat formalı olmaqla sarı qızıldan toxunma bir ədəd üzüyü, 2500 manat dəyərində 750 əyarlı, kvadrat formalı olmaqla üzərində adi düz şüşə qaşlar olan bir ədəd qızıl üzüyü, 400 manat dəyərində 585 əyarlı əyri mismar formalı bir ədəd boyunbağını, 450 manat dəyərində 750 əyarlı, üzərində uzunsov oval formada klon olan bir ədəd qızıl boyunbağını, 400 manat dəyərində 750 əyarlı, üzərində nazik açar formasında klon olan bir ədəd qızıl boyunbağını, 2000 manat dəyərində 750 əyarlı, üzərində «G» hərfi formasında sarı qızıldan toxunma klon olan bir ədəd qızıl boyunbağını, 2000 manat dəyərində 750 əyarlı, iç-içə keçən formada toxunmuş bir ədəd sarı qızıl boyunbağını, 300 manat dəyərində 750 əyarlı, bir ədəd sarı qızıl qolbağını, 1000 manat dəyərində 750 əyarlı, üzərində “D” və “G” hərfləri həkk olunmuş bir ədəd qızıl boyunbağını, 1000 manat dəyərində 750 əyarlı, bir ədəd sarı qızıl qolbağını, 1200 manat dəyərində 750 əyarlı, üç sıra sarı qızıl muncuqlardan olan qızıl qolbağını, 100 manat pulu, əl çantasından 1300 manat pulu, pul kisəsindən isə 102 manat məbləğində 60 ABŞ dollarını oğurlayıb zərər çəkmiş şəxşə ümumilikdə 42247 manat məbləğində maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamışlar. Bununla da X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, X10 törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs X18 əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs X10 himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan üç azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş teleqramdan müəyyən edilir ki, zərərçəkən şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram ünvanlayaraq onların təqsirləndirilən şəxs X15 qarşı heç bir tələb və iddiaları olmadıqlarını bildirmişlər. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1 və X11 ərizələrindən və ifadələrindən müəyyən edilir ki, onlar təqsirləndirilən şəxsə qarşı şikayətçi olduqlarını, təqsirləndirilən şəxs tərəfindən onlardan oğurlanmış qızıl zinət əşyalarının və digər əşyaların qaytarılmasını tələb etdiklərini bildirmişlər, həmçinin təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə təqsirləndirilən şəxs X10 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində üç azyaşlı uşağının olmasını, iki zərərçəkmiş şəxsin ona qarşı iddiası və tələbinin olmamasını, ailəsinə qazanc aparan yeganə ailə üzvü olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməllərinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 19 sentyabr 2020-ci il tarixli protokoldan, Xaçmaz rayon məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 4(067)-155 №-li qərarından müəyyən edilir ki, təqsirləndirilən şəxs X10 barəsində həbsetmənin əvvəli 19 sentyabr 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən şəxs X10 cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarından müəyyən edilir ki, X5 təqdim etdiyi, cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd brilliant qaşlı qızıl qadın üzüyü və X6 təqdim etdiyi bir cüt brilliant qaşlı qızıl sırğalar Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarından müəyyən edilir ki, Şahid3 təqdim etdiyi, cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd qızıl sırğa, iki ədəd yarpaq formalı qızıl qadın üzüyü, bir ədəd dairəvi formalı qızıl klon, bir ədəd ağ qaşları olan qızıl qadın nişan üzüyü, bir ədəd naxışlı qızıl qolbağı, bir ədəd paxlava formalı qızıl qadın üzüyü, bir ədəd damla formalı bəzəkləri olan qızıl qadın üzüyü, bir ədəd tros formalı qızıl boyunbağı, bir ədəd üzərində damla formalı klon olan qızıl boyunbağı, bir ədəd qol saatının alt qapağı və üzərində “ban” hərfləri yazılmış sınmış qızıl klon zinət əşyalarından bir ədəd qızıl qadın üzüyü, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl klon, qızıl sırğanın bir tayı Zərərçəkmiş şəxs6, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbağı Zərərçəkmiş şəxs5, bir ədəd brilliant qaşlı qızıl qadın üzüyü, bir ədəd qızıl qadın üzüyü, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl klon Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Odur ki, iş üzrə maddi sübutlardan bir ədəd brilliant qaşlı qızıl qadın üzüyünün, bir cüt brilliant qaşlı qızıl sırğaların Zərərçəkmiş şəxs1, bir ədəd qızıl qadın üzüyünün, bir ədəd qızıl boyunbağının, bir ədəd qızıl klonun, qızıl sırğanın bir tayının Zərərçəkmiş şəxs6, bir ədəd qızıl boyunbağının, bir ədəd qızıl qolbağının Zərərçəkmiş şəxs5, bir ədəd brilliant qaşlı qızıl qadın üzüyünün, bir ədəd qızıl qadın üzüyünün, bir ədəd qızıl boyunbağının, bir ədəd qızıl klonun Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X18 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və barəsində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlardan bir ədəd brilliant qaşlı qızıl qadın üzüyünün, bir cüt brilliant qaşlı qızıl sırğaların Zərərçəkmiş şəxs1, bir ədəd qızıl qadın üzüyünün, bir ədəd qızıl boyunbağının, bir ədəd qızıl klonun, qızıl sırğanın bir tayının Zərərçəkmiş şəxs6, bir ədəd qızıl boyunbağının, bir ədəd qızıl qolbağının Zərərçəkmiş şəxs5, bir ədəd brilliant qaşlı qızıl qadın üzüyünün, bir ədəd qızıl qadın üzüyünün, bir ədəd qızıl boyunbağının, bir ədəd qızıl klonun Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-36/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-36/2021
22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver