Məhkəmə qərarları › İş №1(067)-36/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-36/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-36/2022 20.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1995-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Müslim Maqomayev küçəsi ev 11-də qeydiyyatda olmaqla Xaçmaz şəhəri, Dədə Qorqud küçəsi ev 43-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1997-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Davud Hacıyev (keçmiş Qaqarin) küçəsi ev 3-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxx 1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, A.Mustafayev küçəsi ev 13-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 2020-ci ilin fevral ayının ortalarında saat 23 radələrində Xaçmaz şəhəri Bakı prospektində yerləşən "xxxx" ASC-nin Xaçmaz Regional İdarəsinin inzibati binasından Xaçmaz şəhəri istiqamətinə doğru 100 metr məsafədə olan Zərərçəkmiş şəxs məxsus evin yaxınlığına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 kənar şəxslər gəldiyi təqdirdə xəbərdar etmək məqsədilə orada qalmış, o və Təqsirləndirilən şəxs2 hasardan aşmaqla evin həyətyanı sahəsinə daxil olub orada olan 2000 manat dəyərində, latundan hazırlanmış qucağında balıq tutan uşaq heykəlini, 1800 manat dəyərində, latundan hazırlanmış 4 ədəd qu quşu heykəlini, 1000 manat dəyərində, latundan hazırlanmış 1 ədəd qucağında timsah balası tutan uşaq heykəlini və 200 manat dəyərində, latundan hazırlanmış 1 ədəd çətiri, yəni ümumilikdə 5000 (beş min) manat dəyərində özgənin əmlakını oğurlamışdır. Bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 2020-ci ilin fevral ayının ortalarında saat 23 radələrində Xaçmaz şəhəri Bakı prospektində yerləşən "xxxx" ASC-nin Xaçmaz Regional İdarəsinin inzibati binasından Xaçmaz şəhəri istiqamətinə doğru 100 metr məsafədə olan Zərərçəkmiş şəxs məxsus evin yaxınlığına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 kənar şəxslər gəldiyi təqdirdə xəbərdar etmək məqsədilə orada qalmış, o və Təqsirləndirilən şəxs1 hasardan aşmaqla evin həyətyanı sahəsinə daxil olub orada olan 2000 manat dəyərində, latundan hazırlanmış qucağında balıq tutan uşaq heykəlini, 1800 manat dəyərində, latundan hazırlanmış 4 ədəd qu quşu heykəlini, 1000 manat dəyərində, latundan hazırlanmış 1 ədəd qucağında timsah balası tutan uşaq heykəlini və 200 manat dəyərində, latundan hazırlanmış 1 ədəd çətiri, yəni ümumilikdə 5000 (beş min) manat dəyərində özgənin əmlakını oğurlamışdır. Bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs3 oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 2020-ci ilin fevral ayının ortalarında saat 23 radələrində Xaçmaz şəhəri Bakı prospektində yerləşən "xxxx" ASC-nin Xaçmaz Regional İdarəsinin inzibati binasından Xaçmaz şəhəri istiqamətinə doğru 100 metr məsafədə olan Zərərçəkmiş şəxs məxsus evin yaxınlığına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra əvvəlcədən aralarında olan razılığa əsasən o, kənar şəxslər gəldiyi təqdirdə xəbərdar etmək məqsədilə orada qalmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hasardan aşmaqla evin həyətyanı sahəsinə daxil olub orada olan 2000 manat dəyərində, latundan hazırlanmış qucağında balıq tutan uşaq heykəlini, 1800 manat dəyərində, latundan hazırlanmış 4 ədəd qu quşu heykəlini, 1000 manat dəyərində, latundan hazırlanmış 1 ədəd qucağında timsah balası tutan uşaq heykəlini və 200 manat dəyərində, latundan hazırlanmış 1 ədəd çətiri, yəni ümumilikdə 5000 (beş min) manat dəyərində özgə əmlakını oğurlamışdır. Bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, zərərçəkmişin oğurluq etdikləri bağ evində əvvəllər mühafizəçi işləmiş və orada heykəllərin olduğunu bilmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin heykəlləri oğurlamağı o təklif etmişdir. Axşam saat 11-12 radələrində zərərçəkmişin həmin ünvanına getmişlər, o və Məhəmməd hasardan aşaraq həyətə daxil olmuş, Elvin isə küçədə gözləmişdir. Heykəlləri həyətdən götürərək hasardan çöl tərəfə tullamışlar. Həmin gün heykəlləri aparmamışlar, hasardan çölə atdıqları yerdə qalmışdır. Səhəri gün gələrək heykəlləri kisələrə yığmışlar, Elvin gedərək avtomobil sürücüsü ilə razılaşıb gətirmiş və heykəllərin qırıntılarının olduğu kisələri avtomobilə yükləyib aparıb Bakı şəhərində satıb qayıtmışlar. Həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la tanışlıq münasibətləri olmuş, yaşadıqları ərazidə küçədə görüşüb oğurluq etmək barədə razılaşmışlar. Zərərçəkmişin həyətinə daxil olanda həyətdə heç kim olmamışdır. Oğurluğu etdikləri vaxt o, zərərçəkmişin evində artıq mühafizəçi işləməmişdir. Heykəlləri Məhəmmədlə həyətdən götürərək hasardan çöl tərəfə atmışlar, həyətdən çıxanda da hasardan aşaraq çıxmışlar. Heykəlləri oğurladıqları gün özləri ilə götürərək aparmamış, çölə atıb elə orada saxlamış, səhəri gün Elvinlə gəlib heykəlləri kisələrə yığmış, Elvin gedib avtomobil taparaq gətirmişdir, həmin vaxt Məhəmməd onlarla birlikdə olmamışdır. Avtomobilin sürücüsü ilə Elvin yol haqqını 80 manata razılaşmışdır. Bakı şəhərində metal qəbulu məntəqəsi yeri tanımamışlar, gedəndə yolüstü həmin məntəqələri görmüşlər, Elvin maraqlanmış, lakin bir neçəsi şəxsiyyət vəsiqəsi tələb etmiş, bir məntəqə şəxsiyyət vəsiqəsi tələb etmədiyindən həmin heykəlləri həmin metal qəbulu məntəqəsinə satmışlar, satmağa gedəndə də Məhəmməd onlarla olmamış, satmaq üçün o və Elvin getmişdir. Onları Bakı şəhərinə aparan avtomobilin sürücüsünə həmin kisələrdəki metalların işlədikləri yerdən zəhmət haqqının əvəzinə verildiyini demişlər, Elvin metal qəbulu məntəqələri ilə düşüb danışanda sürücü avtomobildə qalırdı deyə onların metalları şəxsiyyət vəsiqəsiz satmaq istədiklərini sürücü bilməmişdir. Həmin heykəlləri qırıq-qırıq etdiklərindən bütöv heykəl kimi deyil, metal kimi satmışlar. Həmin heykəlləri satdıqları yeri gedərək müstəntiqə göstərmişlər, lakin heykəllər orada olmamış, heykəlləri onlardan alan şəxs də orada olmamış, başqa şəxs olmuşdur. Oğurladıqları həmin heykəlləri cəmi 350 manata satmışlar, pulunu Elvin və Məhəmmədlə aralarında bölmüşlər. Həmin heykəlləri oğurlamalarının səbəbi maddi ehtiyaclarının olması olmuşdur. Zərərçəkmiş şəxsin 5000 manat zərər tələbi ilə razı olduğunu, həmin məbləğin üç hissəyə bölünməklə özünə aid hissədə 1667 manatı zərərçəkmişə ödədiyini bildirmişdir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmişin evinə axşam saatlarında o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1lə birlikdə oğurluq etməyə getmişlər. Elvin çöldə dayanmış, o və Seymur isə içəri daxil olub heykəlləri oğurlamışlar. Həmin evdə heykəllərin olduğunu onlara Təqsirləndirilən şəxs1 demişdir. Heykəlləri Elvin və Seymur apararaq Bakı şəhərində 350 manata satmışlar, satmağa gedəndə o, Elvin və Seymurla getməmişdir. Həmin heykəllərin satdışından əldə edilən puldan Elvin və Seymur 80 manatını ona vermişlər. Həmçinin bildirdi ki, oğurladıqları həmin heykəllər “metallom” kimi satılıb, heykəl kimi deyil. Onların pul borcları olmuş, Seymur həmin evdə heykəllərin olduğunu demiş və oğurlamağı təklif etmişdir. Zərərçəkmişin həmin ünvanına getmişlər, o və Seymur hasardan həyətə keçmiş, Elvin isə küçədə gözləmişdir. Heykəlləri həyətdən götürüb hasardan çölə tullamışlar, bu zaman heykəllər sınmışdır. Heykəlləri həmin gün özləri ilə götürərək aparmamışlar, çölə çıxardıqları yerdə qalmışdır. Səhəri gün həmin heykəlləri qoyduqları yerdən götürməyə o getməmiş, Elvinlə Seymur getmiş, sonuncular ona həmin heykəlləri 350 manata satdıqlarını demişlər və pulu aralarında hərəyə 80 manat olmaqla bölmüşlər. Heykəlləri aparan avtomobil sürücüsünə nə qədər pul verildiyindən xəbərim olmamış, o, sürücünü də görməmişdir. Oğurladıqları heykəllər 01 ədəd qu quşu heykəli, 02 ədəd olmaqla ana-uşaq heykəli və 01 ədəd çətir heykəli olmuşdur. Qu quşu heykəli 04 ədəd olmamışdır. Zərərçəkmiş şəxsin 5000 manat zərər tələbi ilə razı olduğunu, həmin məbləğin üç hissəyə bölünməklə özünə aid hissədə 1667 manatı zərərçəkmişə ödədiyini bildirmişdir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmişin evinə axşam saatlarında o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə birlikdə oğurluq etməyə getmişlər. O, çöldə dayanmış, Məhəmməd və Seymur isə içəri daxil olmuşlar. Həmin heykəlləri parçalayaraq oğurladıqları həmin evin yaxınlığında saxlamışlar ki, səhəri gün gəlib maşınla Bakı şəhərinə aparıb satsınlar. Səhəri gün o, Xaçmaz şəhərindən təsadüfi bir avtomobillə danışaraq onları Bakı şəhərinə aparması barədə razılaşmış və heykəlləri qoyduqları yerə gələrək parçaladıqları həmin heykəlləri həmin avtomobilə yükləyib Bakı şəhərinə aparıb satmışlar. Bu cinayəti törətmək səbəbi uşağının xəstə olması, onun maddi imkanının pis olması olmuşdur. Həmçinin bildirdi ki, zərərçəkmişin evində heykəllər olduğunu onlara Təqsirləndirilən şəxs1 demiş, çünki sonuncu həmin evdə işləmişdir. Zərərçəkmişin həyətinə hasardan aşaraq keçmişlər. Seymur və Məhəmməd heykəlləri hasardan çölə atanda üstüstə düşüb sınmışlar, sınandan sonra bir az da özləri heykəlləri parçalamışlar. Heykəllər həmin gün çöldə qalmış, səhəri gün avtomobillə gəlib aparmışlar. Heykəlləri aparmağa gələndə onlar qoyduqları yerdə olmuş, heykəllərdən heç kim heç nə götürüb aparmamışdır. O, oğurladıqları heykəlləri aparmaları üçün avtomobili Xaçmaz şəhərindəki avtomobil dairəsindən danışıb gətirmişdir. Həmin avtomobilin sürücüsünə heykəl qırıntılarının işləmələrinin müqabilində zəhmət haqqı kimi verildiyini demişlər. Sürücü həmin heykəllərin hasardan atıldığını, oğurluq olduğunu bilməmişdir həm də ona görə ki, heykəlləri avtomobillə apardıqları gün əvvəlcə heykəllərin olduğu yerə gedib kisələrə yığmışlar, bundan sonra o gedib avtomobili gətirmişdir. Heykəlləri həmin avtomobillə Bakı şəhərinə aparmışlar, o, sürücü ilə gediş haqqını 80 manata razılaşmışdır. Sürücü həmin kisələrdə metal olduğunu bilmiş, lakin sonuncuya həmin metalları işləmələri ilə bağlı zəhmət haqqının əvəzinə verildiyini demişlər. Heykəlləri qırıntı kimi Bakı şəhərində ümumilikdə 350 manata satmışlar, həmin 350 manatdan hərəsinə 80 manat düşməklə bölmüşlər. oğurladığımız heykəllərin arasında balıqtutan uşaq heykəli olmayıb. Zərərçəkmiş şəxsin 5000 manat zərər tələbi ilə razı olduğunu, həmin məbləğin üç hissəyə bölünməklə özünə aid hissənin, yəni 1667 manatdan 800 manatını zərərçəkmişə ödədiyini, qalan 867 manatı isə üç ay ərzində zərərçəkmişə ödəyəcəyi barədə razılaşdıqlarını bildirmişdir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək, uşağının və özünün xəstəliyinin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, həyətindən oğurlanmış həmin heykəlləri Bakı şəhərindən 7-ci mikrorayonda “Bolluq” bazarındakı satıcıdan almış, həmin heykəllər Bakı şəhərində “Sovetski adlanan ərazidə hazırlanmışdır. Həyəti tikdirəndə həmin heykəlləri də orada yerləşdirtmişdir. 2020-ci ilin yanvar ayında o həmin evində olanda heykəllər yerində olmuş, 2020-ci ilin fevral ayının əvvəllərində ona məlumat vermişlər ki, həmin heykəllər yerində yoxdur. Bu barədə ona məlumat verilən gün həmin evinə gedə bilməmiş, səhəri gün gedib baxmış və heykəllərin olmadığını görmüş və polis şöbəsinə müraciət etmişdir. Həmin həyətində müşahidə kamerası olub, lakin oğurluq hadisəsindən əvvəl xarab olmuş, işləməsini bərpa etdirməmişdir. Oğurlanan heykəllər qu quşu və balaları ilə birlikdə dəst olan heykəllərdən, balıq tutan uşaq heykəlindən, qucağında timsah tutan uşaq heykəlindən, əlində çətir tutan anabala heykəlindən ibarət olmuşdur. Qu quşu və balaları heykəlini təxminən 1800 manata, balıq tutan uşaq heykəlini 2000 manata, qucağında timsah tutan uşaq heykəlini 1800 manata, əlində çətir tutan ana-bala heykəlini isə 2000 manata almışdır. Lakin təqsirləndirilənlər ana-bala heykəlini aparmamış, əlindəki çətiri aparmışlar, çətirin də qiymətini 200 manat hesab etmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilənlərdən Təqsirləndirilən şəxs1 tanımış, sonuncu onun həmin həyətində oğurluq hadisəsindən əvvəl işləmiş, digər təqsirləndirilənləri isə tanımamışdır. Hadisə günü də həmin həyətində mühafizəçi olmuş, lakin mühafizəçi həyətin giriş darvazasının yanında olmuş, təqsirləndirilənlər isə həyətə digər tərəfdən, ağaclıq hissədən hasarın küncündən daxil olmuş, mühafizəçi bunu görməmişdir. İbtidai istintaq zamanı müstəntiq təqsirləndirilənləri oğurluq etdikləri həyətinə gətirib heykəlləri haradan, necə oğurladıqlarını soruşmuş, təqsirləndirilənlər də oğurladıqlarını etiraf etmişlər. Oğurluq edildiyini ona oğurluq edilən həmin həyətində təsərrüfat işləri ilə məşğul olan Bahadır Mehdiyev və orada başban işləyən Vüqar Qadaşov zəng edərək məlumat vermişlər. O, həmin heykəlləri 8000 manata almışdır. O, təqsirləndirilən şəxslərin ona vurduğu ziyanla bağlı 5000 manat ödənilməsini tələb etmişdir. Ona vurulmuş 5000 manat ziyan məbləğindən təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 1667 manat və Təqsirləndirilən şəxs2 1667 manat ödəmişlər, ona görə də o həmin təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur, barələrində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmiş, Təqsirləndirilən şəxs3 isə vurulmuş ziyandan 800 manat ödəmiş, qalan 867 manatı isə üç ay ərzində ödəyəcəyi barədə razılaşmışlar. Ona görə də o, Təqsirləndirilən şəxs3 da həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, işdən evə gedən zaman yolüstü həmişə ərzaq aldığı mağazaya daxil olmuş, mağazadan çıxıb gedəndə bir nəfər ona əl eləmiş, o da avtomobilini saxlamışdır. Həmin şəxsin əlindəki kisədə bir-iki kq suvaq vurulmasında istifadə olunan əyri-üyrü alüminium profil olmuşdur. Həmin metalı bir-iki manata həmin şəxsdən almış və çıxıb getmişdir. Həmin şəxs tək olmuş, yanında başqa kimsə olmamışdır. Həmçinin bildirdi ki, ona alüminium profil satılmışdır. Əyilmiş alüminium profilin oğurluq olduğunu fikirləşmədiyi üçün şəxsiyyət vəsiqsi tələb etməmişdir. Təqsirləndirilənin ona metal satdığı tarixi xatırlamamış, ibtidai istintaqdakı ifadəsini təsdiqlədiyini, ona 1-2 kq çəkidə olan alüminium metalı satıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərdən ikisi ona yaxınlaşaraq satmaq üçün metalları olduğunu bildirmişlər, lakin hansı növ metal olduğunu, hansı çəkidə olmasını soruşmamış və baxaraq bilməmişdir. Çünki təqsirləndirilənlər ona yalnız metal satmaq istədiklərini deyəndə onlardan şəxsiyyət vəsiqələrinin olub-olmadığını soruşmuş, vəsiqələri olmadığından gətirdikləri metalı almamış və təqsirləndirilənlər çıxıb getmişlər. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxslərin yanına gəldikləri vaxtdan uzun müddət keçmiş, tarixi dəqiq xatırlamır, lakin həmin gün soyuq aylardan birində olmuşdur. İbtidai istintaqdakı ifadəsini oxuyaraq imza etmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçinin vəsatətinə əsasən şahid qismində çağırılaraq dindirilmiş X8 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin istintaq bölməsinin müstəntiqidir. Hazırkı cinayət işinin ibtidai istintaqı onun tərəfindən aparılmışdır. Oğurlanmış əmlakların dəyərini zərərçəkmişin dediyini əsas götürüb ittiham irəli sürmüş, zərərçəkmişin həyətindən oğurlanmış latundan materiallı heykəllər qırılıb satıldığından ekspert tərəfindən qiymətləndirilməsi mümkün olmamışdır. Belə ki, ekspert bildirmişdir ki, heykəllər tam şəkildə təqdim olunmazsa, qiymətləndirə bilməz. Lakin həmin heykəllər çəki ilə metal kimi satılanda da məbləği cinayət tərkibini yaratmışdır. Məhkəmə istintaqı zamanı müdafiəçinin vəsatətinə əsasən şahid qismində çağırılaraq dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs həmin oğurluq edilmiş bağ evində 17- 18 ildir ki, nəzarətçi kimi işləyir və hər gün gedib həmin evə nəzarət edir. Növbəti gün gedəndə qu quşu və üç balası ilə birlikdə olan heykəlinin, əlində çətir tutan ana və uşaq heykəlinin, balıqtutan uşaq heykəlinin, qucağında timsah tutan uşaq heykəlinin oğurlandığını bilmiş və bu barədə zərərçəkmişə zəng edib bildirmişdir. Həmçinin bildirdi ki, həmin həyətdə müşahidə kameraları olmuş, lakin hadisə gününədək bir ilə yaxın idi ki, xarab olmuşdur. Zərərçəkmiş 2006-2007-ci illərdə həmin heykəlləri gətirib həyətə düşürəndə demişdir ki, həmin heykəllərə 7-8 min manat pul verib. Həmin heykəllər alınan vaxtlarda o, zərərçəkmişdən maraq üçün soruşanda sonuncu demişdir ki, qu quşu və balaları heykəlini 1800 manata, balıqtutan uşaq heykəlini 2000 manata almışdır. Məhkəmə istintaqı zamanı müdafiəçinin vəsatətinə əsasən şahid qismində çağırılaraq dindirilmiş X11 ifadəsində göstərdi ki, o, altı ildir ki, Zərərçəkmiş şəxs oğurluq edilmiş həmin həyətində bağban işləyir. 2020-ci ilin fevral ayında səhər saatlarında həmin həyətə gələndə heykəllərdən balıqtutan oğlan heykəli, qucağında timsah tutan oğlan heykəli, qu quşu və balaları heykəli, əlində çətir olan ana və uşaq heykəlinin yerində olmadığını bilmiş, zərərçəkmişə bu barədə zəng edərək məlumat vermişdir. Həmçinin bildirdi ki, zərərçəkmişin qu quşu və balaları heykəlini 1800 manata, balıqtutan oğlan heykəlini 2000 manata almasını eşitmişdir. Həmin oğurluq hadisəsindən əvvəlki gün heykəllərin yerində olduğunu görmüşdür. Həmin həyətin mühafizəçiləri Elçin və Zəki olmuş, səhər həyətə gedib heykəllərin olmadığını görəndə bu barədə Zəkidən soruşmuşdur. Məhkəmə istintaqı zamanı müdafiəçinin vəsatətinə əsasən şahid qismində çağırılaraq dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs həmin həyətində mühafizəçi işləyir. Həmçinin bildirdi ki, o, zərərçəkmişin həyətində mühafizəçi kimi işdə bir gündən bir olmuşdur. Oğurluq edilən gün işdə olmamış, səhəri gün gəlib görmüşdür ki, oğurluq edilib. Belə ki, çətirli olan heykəli təmir etdirmək lazım olduğundan həmin heykəl üçün baxanda görmüşlər ki, çətir yerində yoxdur, sonra digər heykəllər üçün də baxmışlar və həyətdə olmadıqlarını görmüşlər. Mühafizəçi kimi o və Zəki növbə ilə işə çıxmışlar. Hadisə günündən əvvəlki gün o, növbədə olanda heykəllər yerində olmuşdur. O öz iş növbəsinə gələndə ondan əvvəlki növbədə mühafizəçi Zəki olmuş və Zəki ona bildirmişdir ki, heykəllər oğurlanıb. Həmin həyətdə qu quşu və balaları heykəli, balıqtutan uşaq heykəli, qucağında timsah tutan uşaq heykəli, çətirli ana və uşaq heykəli olmuşdur. O uzun müddətdir, həmin həyətdə işləmiş, heykəlləri həmişə orada görmüşdür. Orada yalnız çətir tutan ana və uşaq heykəli qalmış, lakin çətirini oğurlamışlar. Məhkəmə istintaqı zamanı müdafiəçinin vəsatətinə əsasən şahid qismində çağırılaraq dindirilmiş X7 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs həmin həyətində mühafizəçi işləyir. Mən həmin işə növbə ilə bir gündən bir çıxmışdır. Səhər saatlarında gələrək növbəni təhvil almış, həmin gün axşam həyətdə işıqları yandıranda heykəllərin yerində olduğunu görmüşdür. Növbəyə gəldiyi günün səhəri işıqları söndürüb giriş darvazasının yanına gələndə Vüqargil, digər işçilər işə gəlmişlər və onlar həyətə daxil olub heykəllər tərəfə gedəndə heykəllərin olmadığını görmüşlər. Bahadır müəllimgil zərərçəkmiş Zərərçəkmiş şəxs zəng edib bu barədə məlumat vermişlər, Rasim müəllim həmin gün gələ bilməmiş, növbəti gün gəlmiş və polis şöbəsinə müraciət etmişdir. Həmçinin bildirdi ki, zərərçəkmişin həyətindən oğurlanan heykəllər əlində timsah saxlayan uşaq heykəli, yanında üç balası olan qu quşu heykəli, balıqtutan uşaq heykəli və əlində çətir tutan anabala heykəlinin çətiri olmuşdur. Həmin heykəllərin rəngi köhnəlmiş mis rəngi kimi olmuşdur. Həmin heykəllərin 8000 manata alındığını deyəndə eşitmişdir. Belə ki, o, bu barədə Rasim müəllim bu barədə həyətdə danışanda eşitmişdir. Mühafizəçi kimi onların iş növbəsi səhər saat 9dan növbəti gün səhər saat 9-a kimi olmuşdur. O, səhər saat 9-da iş növbəsini təhvil alanda heykəllər yerində olmuşdur. İş növbəsini təhvil aldığı günün növbəti günü səhər saat 9-da işçilər həyətə gələndə heykəllərin olmadığını görüb ona bu barədə demiş, bundan sonra o da gedib baxıb görmüşdür ki, heykəllər yoxdur. Heykəllərdən yalnız ana-bala heykəli qalmış, həmin heykəlin çətirini isə aparmışlar. İş materiallarında olan ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-nə müraciət edərək göstərmişdir ki, o həmin evin həyətyanı sahəsinə həvəskar olduğundan 10-15 il bundan öncə müxtəlif heykəllər qoydurmuş, həmçinin həyətyanı sahədə ağaclar əkdirmiş və orada əvvəlcədən olan təbii gölü abadlaşdırmışdır. 2020-ci ilin yanvar ayında sonuncu dəfə həmin heykəllərin həyətyanı sahədə olduğunu görmüşdür. Bundan təxminən bir ay sonra Bahadır Mehdiyev ona zəng edərək həyətyanı sahədə olan heykəllərin oğurlanması barədə məlumat vermişdir. O həmin zaman işi olduğundan növbəti gün bağ evinə gələ bilmişdir. O, evə baxdığı zaman orada hündürlüyü 80 sm, çəkisi 10 kq olan 1 ədəd qu quşu heykəlinin, hündürlüyü ayrıayrılıqda 20, 25, 30 sm, çəkiləri 3, 4, 5 kq olan 3 ədəd qu balaları heykəlinin, hündürlüyü 120 sm, çəkisi 50 kq olan 1 ədəd balıqtutan uşaq heykəlinin, hündürlüyü 50 sm, çəkisi 15 kq olan 1 ədəd qucağında timsah balası olan uşaq heykəli, diametri 50 sm, çəkisi 1 kq olan ana-uşaq heykəlinin 1 ədəd çətirinin oğurlandığını bilmişdir. Həmin oğurlanan heykəllərin hamısı latundan hazırlanmışdır. Oğurluq zamanı ona ümumilikdə təxminən 5000 manat maddi ziyan dəymişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs oğurlanmış heykəllərin olduğu həyətə baxış keçirilmiş, baxış zamanı həyətə giriş qapısının 6,5 metr hündürlükdə olması, həyətyanı sahənin təxminən 4 hektardan ibarət olması, həmin ərazidə bir yaşayış evinin və üç köməkçi tikilinin olması, həmin sahədə təxminən bir hektarlıq ərazini əhatə edən gölün olması müşahidə edilmişdir. Baxış zamanı zərərçəkmiş şəxs həyətyanı sahədə əsas yaşayış evinin qarşısında olmuş və oğurlanmış heykəllərin olduğu yerləri göstərmiş, həmin oğurlanmış heykəllərin 4 ədəd qu quşu heykəlindən, 1 ədəd balıqtutan uşaq heykəlindən, 1 ədəd qucağında timsah tutan uşaq heykəlindən və 1 ədəd çətir heykəlindən ibarət olduğunu bildirmişdir. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 həyətindən oğurluq etdikləri Zərərçəkmiş şəxs evini gedərək göstərmiş, Təqsirləndirilən şəxs3 həmin evin hasarından çöldə gözlədiyini bildirmiş, həmin evin həyətinə Təqsirləndirilən şəxs2la hasardan daxil olduqları yeri, həyətdə isə heykəlləri haradan oğurladıqlarını və heykəlləri oğurlayaraq hansı istiqamətdə hasara doğru apardıqlarını əyani olaraq göstərmişdir. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 həyətindən oğurluq etdikləri Zərərçəkmiş şəxs evini gedərək göstərmiş, Təqsirləndirilən şəxs3 həmin evin hasarından çöldə gözlədiyini bildirmiş, həmin evin həyətinə Təqsirləndirilən şəxs1lə hasardan daxil olduqları yeri, həyətdə isə heykəlləri haradan oğurladıqlarını və heykəlləri oğurlayaraq hansı istiqamətdə hasara doğru apardıqlarını əyani olaraq göstərmişdir. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 həyətindən oğurluq etdikləri Zərərçəkmiş şəxs evini gedərək göstərmiş, özünün həmin evin hasarından çöldə nəzarət etmək üçün dayandığını, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 hasardan aşaraq həyətə daxil olub oradan heykəlləri oğurladıqlarını bildirərək hasarın yanında gözlədiyi yeri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hasardan keçdikləri yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan 28 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində Şahid2 məxsus evin həyətyanı sahəsini təqdim edərək ikisinin və Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurladıqları latun metalından hazırlanmış heykəlləri qırıntı şəklində həmin yerə təqdim etdiklərini bildirmişlər. Şahid2 da onların dediklərini təsdiqləyərək onlardan həmin zaman, yəni 2020-ci ilin fevral ayında metalı almaq üçün şəxsiyyət vəsiqələrini istədiyini, lakin onlar şəxsiyyət vəsiqələrinin olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 də Şahid2 dediklərini təsdiqləmişlər. Bundan sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin yerdən 200 metr kənarda yolun kənarını göstərərək həmin yerdə dayanmış “Qazel” markalı avtomobilin sürücüsünə oğurladıqları həmin latun metalını satdıqlarını bildirmişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2021-ci il tarixli, 9/6377 nömrəli rəyindən müəyyən edilir ki, qərarın təsviri hissəsində göstərilən, lakin ekspertiza tədqiqatına maddi sübut qismində təqdim edilməyən yeddi ədəd latundan hazırlanmış heykəllər ekspert baxışı keçirilmədən faktiki olaraq onların xarici görünüşü, hazırlanmış metalın tərkibi, modeli, texniki göstəriciləri, yararlığı, hansı vəziyyətdə olması, istismar müddəti və digər texniki keyfiyyət göstəriciləri barədə məlumat olmadığından onun qiymətini müəyyən etmək mümkün deyil. Qeyd edilir ki, Mərkəzdə həmin fərdi qaydada hazırlanmış heykəllər üzrə tədqiqat və qiymətləndirmə aparılmır. Aparılmış ekspert tədqiqatı nəticəsində Respublika ərazisində fəaliyyət göstərən qırıntı kimi metal qəbulu məntəqələrində mövcud olan qiymətlərə əsasən, bir kq latun metal qırıntı kimi 5,50 manat olması nəzərə alınmaqla, tədqiq edilən 88 kq latun metal şəklində, 2020-ci ilin fevral ayına, ölkədaxili orta bazar satış qiyməti 484,00 manat müəyyən edilir. İş materiallarında olan 15 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan müəyyən edilir ki: Oğurlanmış heykəllərin dəyəri Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi kimi, yəni balıqtutan uşaq heykəlinin 2000 manat, biri ana üçü bala olmaqla 4 ədəd qu quşu heykəlinin dəst şəklində 1800 manat, bir ədəd qucağında balıq (timsah) tutan uşaq heykəlinin 1000 manat, çətirin isə təxminən 200 manat olmaqla ümumilikdə 5000 (beş min) manat dəyərində olması əsas götürülmüşdür; Şahid2, Şahid1 və şəxsiyyətinin müəyyən edilməsi mümkün olmayan taksi sürücüsünün əməllərində hər hansı bir cinayət əməlinin tərkib əlamətləri olmadığından onlar barəsində cinayət təqibi rədd edilmişdir; Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı məbləğ başa düşülür. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 2020-ci ilin fevral ayının ortalarında saat 23 radələrində Xaçmaz şəhəri Bakı prospektində yerləşən "xxxx" ASC-nin Xaçmaz Regional İdarəsinin inzibati binasından Xaçmaz şəhəri istiqamətinə doğru 100 metr məsafədə olan Zərərçəkmiş şəxs məxsus evin yaxınlığına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 kənar şəxslər gəldiyi təqdirdə xəbərdar etmək məqsədilə orada qalmış, o və Təqsirləndirilən şəxs2 hasardan aşmaqla evin həyətyanı sahəsinə daxil olub orada olan 2000 manat dəyərində, latundan hazırlanmış qucağında balıq tutan uşaq heykəlini, 1800 manat dəyərində, latundan hazırlanmış 4 ədəd qu quşu heykəlini, 1000 manat dəyərində, latundan hazırlanmış 1 ədəd qucağında timsah balası tutan uşaq heykəlini və 200 manat dəyərində, latundan hazırlanmış 1 ədəd çətiri, yəni ümumilikdə 5000 (beş min) manat dəyərində özgənin əmlakını oğurlamışdır. Bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 2020-ci ilin fevral ayının ortalarında saat 23 radələrində Xaçmaz şəhəri Bakı prospektində yerləşən "xxxx" ASC-nin Xaçmaz Regional İdarəsinin inzibati binasından Xaçmaz şəhəri istiqamətinə doğru 100 metr məsafədə olan Zərərçəkmiş şəxs məxsus evin yaxınlığına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 kənar şəxslər gəldiyi təqdirdə xəbərdar etmək məqsədilə orada qalmış, o və Təqsirləndirilən şəxs1 hasardan aşmaqla evin həyətyanı sahəsinə daxil olub orada olan 2000 manat dəyərində, latundan hazırlanmış qucağında balıq tutan uşaq heykəlini, 1800 manat dəyərində, latundan hazırlanmış 4 ədəd qu quşu heykəlini, 1000 manat dəyərində, latundan hazırlanmış 1 ədəd qucağında timsah balası tutan uşaq heykəlini və 200 manat dəyərində, latundan hazırlanmış 1 ədəd çətiri, yəni ümumilikdə 5000 (beş min) manat dəyərində özgənin əmlakını oğurlamışdır. Bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs3 oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 2020-ci ilin fevral ayının ortalarında saat 23 radələrində Xaçmaz şəhəri Bakı prospektində yerləşən "xxxx" ASC-nin Xaçmaz Regional İdarəsinin inzibati binasından Xaçmaz şəhəri istiqamətinə doğru 100 metr məsafədə olan Zərərçəkmiş şəxs məxsus evin yaxınlığına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra əvvəlcədən aralarında olan razılığa əsasən o, kənar şəxslər gəldiyi təqdirdə xəbərdar etmək məqsədilə orada qalmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hasardan aşmaqla evin həyətyanı sahəsinə daxil olub orada olan 2000 manat dəyərində, latundan hazırlanmış qucağında balıq tutan uşaq heykəlini, 1800 manat dəyərində, latundan hazırlanmış 4 ədəd qu quşu heykəlini, 1000 manat dəyərində, latundan hazırlanmış 1 ədəd qucağında timsah balası tutan uşaq heykəlini və 200 manat dəyərində, latundan hazırlanmış 1 ədəd çətiri, yəni ümumilikdə 5000 (beş min) manat dəyərində özgə əmlakını oğurlamışdır. Bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmiş, çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin notarial qaydada təsdiqlənmiş ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 digər təqsirləndirilənlərlə birlikdə zərərçəkmiş şəxsə vurduqları 5000 manat ziyandan özünə aid hissədə 1667 manat zərərçəkmişə ödəmiş, buna görə də zərərçəkmiş şəxs onunla barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmiş, çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin notarial qaydada təsdiqlənmiş ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 digər təqsirləndirilənlərlə birlikdə zərərçəkmiş şəxsə vurduqları 5000 manat ziyandan özünə aid hissədə 1667 manat zərərçəkmişə ödəmiş, buna görə də zərərçəkmiş şəxs onunla barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmiş, çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin notarial qaydada təsdiqlənmiş ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 digər təqsirləndirilənlərlə birlikdə zərərçəkmiş şəxsə vurduqları 5000 manat ziyandan özünə aid hissədə 1667 manatdan 800 manatı zərərçəkmişə ödəmiş, qalan 867 manat məbləğdə ziyanı üç ay ərzində ödənilməsi barədə zərərçəkmişlə razılaşmışlar. Buna görə də zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın yüngülləşdirilməsinin nəzərə alınmasını istəmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş 5000 manat maddi ziyanın təqsirləndirilən şəxslərin arasında bərabər bölünməklə hər təqsirləndirilən tərəfindən 1667 manat ödənilməsinə dair qarşılıqlı surətdə razılaşdıqlarını bildirmişdir. İş materiallarında olan tibbi sənədlərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 “şəkərli diabet” xəstəliyi vardır (diaqnozu qoyulmuşdur). İş materiallarında olan əlilliyə dair vəsiqənin (№ 051066) təsdiqlənmiş surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 2-ci qrup əlilliyi vardır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətlərindən və Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağı var. İş materiallarında olan ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 azyaşlı uşağı Amin Seyidovda “Uşaq serebral iflici” xəstəliyi vardır. Bundan əlavə, məhkəmə iclasında zərərçəkmiş şəxs hər üç təqsirləndirilən şəxsin barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə görə, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12-ci maddəsinə görə, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13-cü maddəsinə görə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; 59.1.14-cü maddəsinə görə, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə vurduğu zərərin özünə aid hissədə tamamilə ödənilməsini, zərərçəkən şəxsin onunla barışmasını və ona qarşı şikayəti və tələbinin olmamasını, həmçinin zərərəçəkmiş şəxsin ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə xahişini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə vurduğu zərərin özünə aid hissədə tamamilə ödənilməsini, zərərçəkən şəxsin onunla barışmasını və ona qarşı şikayəti və tələbinin olmamasını, həmçinin zərərəçəkmiş şəxsin ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə xahişini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, şəkərli diabet xəstəliyinin və 2-ci qrup əlilliyinin olmasını, zərərçəkmiş şəxsə vurduğu zərərin özünə aid hissədə qismən ödənilməsini, övladının serebral iflic xəstəliyindən əziyyət çəkməsini, zərərçəkən şəxsin ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə xahişini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, təqsirləndirilən şəxslərin barələrində cəzanı yüngülləşdirən halları, həmçinin barələrində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməllərinin törədilməsi hallarını, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yerləri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs3 cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yerləri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar