Məhkəmə qərarları › İş №1(067)-36/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-36/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-36/2025 15.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, özünün deməsinə görə fərdi əməklə məşğul olan, evli, əməllərində cinayətlərin residivi olan, Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi, ev 26-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasından 28 gün şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 21 fevral 2024-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə dəvət edilib Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə həmin gün saat 16:00-dan 16:10-dək olan vaxt ərzində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli, düyməli qış gödəkçəsi ilə bədəni arasında sağ aşağı tərəfdə bir ədəd polietilen bağlamada təmiz çəkisi 385 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bundan başqa o, satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitəni xeyli miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib saxlamaqla daşımışdır. Belə ki, Xaçmaz st. X15 əməkdaşları tərəfindən o, 10 mart 2024-cü il tarixdə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin X19 stansiyasının ərazisində saxlanılaraq dəvət olunduğu Xaçmaz st. X15 inzibati binasında 10 mart 2024-cü il tarixdə, saat 21:20-dən 21:35-dək müddətində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçənin ön tərəfdən sol içəri hissəsində saxladığı 01 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 223 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan qurudulmuş marixuanaları iki dəfə olmaqla, yerdən tapmışdır. Belə ki, o, Xaçmaz rayonu, Nabran qəsəbəsində işləmək məqsədilə olarkən orada Ober-Lux otelin qarşısındakı zibil qutusundan 385 qram çəkidə qurudulmuş marixuana, daha sonra isə Xaçmaz şəhərində bazarın ərazisində zibillikdən 223 qram çəkidə qurudulmuş marixuana narkotik vasitəsini tapmışdır. Sonra isə polis əməkdaşları tərəfindən saxlanılmış, polis şöbəsinə aparılaraq üzərində videoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə axtarış keçirilmiş və üzərində saxladığı narkotik vasitələr aşkar edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Həmçinin bildirdi ki, ibtidai istintaq zamanı onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət-təqdimat verilməmişdir. O, marixuana narkotik vasitəsindən gündəlik olaraq 7-10 dəfə çəkərək istifadə etmişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, hər iki epizod üzrə özünü təqsirli bilir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Özü heç bir yerdə işləmir. Təxminən son 3-4 ildir ki, narkotik vasitələrdən istifadə edir. Əsasən də istifadə etdiyi narkotik vasitə marixuanadır. O özünə iş axtarmaq məqsədilə 21 fevral 2024-cü il tarixdə, saat 13 radələrində Xaçmaz rayonu, Nabran qəsəbəsində olarkən orada yerləşən Ober-Lux oteldə iş olub-olmamasını soruşmuş, oraya getdikdə, otelin qarşısında olan zibil qutusunda bir ədəd göy rəngli polietilən bükümün olmasını görmüş, bükümün görünüşü ona maraqlı gəlmişdir. Buna görə də həmin bükümü açmaq qərarına gəlmiş, bükümü biraz açdıqda içindəki kütlənin əvvəllər də narkotik vasitə istifadəçisi olduğundan “nəşə”, marixuana olmasını bilmiş və istifadə etmək üçün üzərində saxlamaq məqsədilə onu götürmüşdür. Həmin bükümü saxlamaq üçün yaşadığı ünvan 3 ünvanında yerləşən evə gətirmək üçün tanımadığı taksi ilə gəlmiş, Xaçmaz şəhəri dairəvi yolda taksidən enib, piyada yaşadığı evə gedərkən Xaçmaz şəhəri, N.Nərimanov prospektində polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, onu narkotik vasitələrin qanunsuz olaraq saxlanmasında və daşınmasında şübhəli olduğunu bildirərək, RPŞ-nə dəvət etmişlər. Həmin vaxt tapdığı bükümü də əynindəki qış gödəkçəsinin sağ yan tərəfində bədəni ilə gödəkçənin arasında aşağı sağ tərəfdə sıxıb saxlamaqla gizlətmişdir. RPŞ-də olan zaman hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və hüquqları ona izah olunmuşdur. Ardınca isə vəkilin də iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı da əynindəki qış gödəkçəsinin sağ yan tərəfində bədəni ilə gödəkçənin arasında aşağı sağ tərəfdə sıxıb saxlamaqla gizlətdiyi, şəxsi istifadə məqsədilə saxladığı, içərisində narkotik vasitə olan bükümü polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Əlavə 1 ədəd kibrit qutusunu və 5 manatlıq əskinası könüllü təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilərkən çəkisinin 415 qram olması müəyyən edilmişdir. Uzun müddət narkotik vasitə istifadə etdiyi üçün həmin bükümlərdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını bilmişdir. Bunu da şəxsi axtarış zamanı polis əməkdaşlarına könüllü şəkildə demişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı da üzərindən başqa hər hansısa bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra isə müstəntiq tərəfindən həmin polietilən büküm elə aşkar olunduğu vəziyyətdə onun və iştirakçılar tərəfindən imzalandıqdan sonra qablaşdırılmışdır. Əlavə olaraq qeyd etmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükülüdə olan narkotik vasitə marixuananı taparaq əldə etmiş və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan başqa, o, 10 mart 2024-cü il tarixdə Xaçmaz rayonu kənd təsərrüfatı bazarının yaxınlığında olduğu vaxt yol kənarında zibil torbalarının arasında şəffaf sellofan bükülü tapmış və həmin bükülünü açıb baxanda içərisində “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Özü arabir düşəndə narkotik vasitə istifadə etdiyindən yerdən tapdığı içərisində narkotik vasitə olan həmin bükülünü götürüb öz şəxsi istifadəsi üçün əynindəki gödəkçənin içəri tərəfinə qoymuşdur. Həmin gün, yəni 10 mart 2024-cü il tarixdə, saat 20:30 radələrində Xaçmaz stansiyasının ərazisindən keçib gedərkən orada xidmət aparan polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib əynindəki gödəkçənin içəri tərəfində nə olduğunu soruşmuşlar. O, etiraf etmişdir ki, narkotik vasitədir, bir az bundan qabaq bazarın yaxınlığında olduğu vaxt yol kənarından yerdən tapmış və özü narkotik vasitə istifadəçisi olduğundan üzərində saxlamışdır. Polis əməkdaşları narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və saxlamaqda şübhəli olduğu üçün onu Xaçmaz stansiyasının X17 dəvət etmişlər. O da buna etiraz etməyərək polis əməkdaşları ilə birlikdə X17 gəlmişdir. X15 inzibati binasında xidməti otaqların birində təhqiqatçı ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə bildirmiş, ona vəkillərin siyahısını təqdim etmişdir. O da siyahıdan olan vəkillərdən biri ilə təmin edilməyini xahiş etmişdir. Bundan sonra siyahıda olan dövlət hesabına olan vəkillərdən Müdafiəçi ilə onu təmin etmişdir. Vəkilin iştirakı ilə təhqiqatçı şübhəli şəxs qismində tutulmağı barədə ona protokol tərtib olunmuşdur. Həmin protokolu o, vəkili ilə birlikdə imzaladıqdan sonra təhqiqatçı onun vəkili Müdafiəçi iştirakı ilə videoçəkiliş aparmaqla üzərinə şəxsi axtarışın aparılacağını izah etmişdir. O, üzərinə şəxsi axtarışın aparılasına etiraz etməmişdir. Videoçəkilişlə üzərinə şəxsi axtarış başladıqda təhqiqatçı ona hüquq və vəzifələrini bir də izah etmiş, bu barədə bildiriş verərək üzərində nə varsa çıxarıb masanın üzərinə qoymağını təklif etmişdir. O da əynindəki boz rəngli gödəkçənin sol içəri hissəsində saxladığı narkotik vasitə olan bir ədəd şəffaf sellofan bükülünü masanın üzərinə qoyaraq təqdim etmiş və içərisində narkotik vasitə qurudulmuş marixuna olmasını bildirmişdir. Sonra təhqiqatçı bükülünün içərisinə baxaraq orada narkotik vasitəni aşkar etmişdir. Həmin vaxt təhqiqatçı marixuana olan bükülünün onda haradan əldə etməyini, marixuananı ona hər hansı bir şəxsin satıb satmadığını soruşmuş, o da marixuananı tapdığını bildirmiş və istifadəçisi olduğu üçün üzərində saxlamışdır. Onun həmin marixuananı kiməsə satmaq və ya vermək niyyəti olmamışdır. Sonra təhqiqatçı üzərindən aşkar olunmuş marixuana olan bir ədəd şəffaf sellofan bükülünü masanın üstündən götürmüş, elektron tərəzidə çəkmiş və ekspertizaya təqdim edilməsi üçün zərfə qoyub möhürləyərək qablaşdırıb maddi sübut kimi götürmüşdür. Sonda üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokolu digər iştirakçılarla birlikdə o da imzalamışdır. Əlavə olaraq qeyd etmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükülüdə olan narkotik vasitə marixuananı taparaq əldə etmiş və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, heç kəsdən narkotik vasitə almamış və heç kimə də satmamışdır. O, saxlanılarkən və ya X17 gətirildikdən sonra da ona qarşı heç bir qanunsuzluq olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, Xaçmaz st. XPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkilidir. İş üzrə təqsirləndirilən şəxs Xaçmaz dəmir yol stansiyasının ərazisində saxlanılaraq XPŞ-yə gətirilmiş, üzərində müdafiəçinin iştirakı ilə, videoçəkiliş vasitəsilə axtarış keçirilmiş və üzərindən bitki kütləsi aşkar edilmiş, səmimi olaraq etiraf etmişdir ki, həmin kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, özünün istehlakı üçündür və həmin narkotik vasitəni zibillikdən tapmışdır. Təqsirləndirilən şəxsdən aşkar olunmuş bitki kütləsi ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. O, şəxsi axtarış prosesində iştirak etmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, Xaçmaz st. XPŞ-nin PPXM-nın polis nəfəridir. Onlar Xaçmaz dəmir yol stansiyasının ərazisində iş üzrə təqsirləndirilən şəxsə yaxınlaşaraq XPŞ-yə dəvət etmişlər, polis şöbəsində üzərində müdafiəçinin iştirakı ilə, videoçəkiliş vasitəsilə axtarış keçirilmiş və üzərindən narkotik vasitə - qurudulmuş marixuana aşkar edilmiş, həmin narkotik vasitə sellofan torbada olmuşdur. Həmin narkotik vasitə tərəzidə çəkilmiş və sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı həmin narkotik vasitəni özünün istehlakı üçün olduğunu bildirmişdir. Həmçinin bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Xaçmaz st. XPŞ-nin CAQ-nun əməliyyat müvəkkilidir. Xaçmaz st. XPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq XPŞ-yə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən 200 qramdan artıq marixuana narkotik vasitəsi aşkar edilmiş, həmin narkotik vasitə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şahid1 ibtidai istintaq zamanı verdiyi, cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, 10 mart 2024-cü il tarixində etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs tez-tez Xaçmaz dəmir yol stansiyasının ərazisinə gəlməsi və üstündə narkotik vasitələr gəzdirməsi haqqında əməliyyat məlumatı əldə etmişdir. Həmin məlumatın etibarlı və qərəzsiz olduğunu yoxladıqdan sonra, raportla rəhbərliyə məruzə etmişdir. Daha sonra tərəfindən əməliyyat tədbirinin keçirilməsi haqqında qərar tərtib olunmuş və əməliyyat tədbirinin keçirilməsinə başlanılmışdır. O, digər polis əməkdaşları Şahid2 və Şahid5 ilə birgə Xaçmaz dəmir yol stansiyasının ərazisində müşahidə aparmağa başlamışlar. Saat 20:30 radələrində Təqsirləndirilən şəxs Xaçmaz dəmir yol stansiyasının ərazisində olması müəyyən olunmuşdur. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, daxil olmuş məlumata əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə və daşımaqda şübhəli olduğu üçün Təqsirləndirilən şəxs Xaçmaz st. XPŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birgə Xaçmaz st. XPŞ-nə gəlmişdir. O, raport tərtib edərək Təqsirləndirilən şəxs yaxalanması barədə rəhbərliyə məruzə etmişdir. Materialın sonrakı icrası Xaçmaz st. XPŞ-nin baş təhqiqatçısı Nəzər Həbibova həvalə olunmuşdur. X9 xidməti otağında şöbəyə dəvət olunmuş Təqsirləndirilən şəxs barəsində şöbəyə əməliyyat məlumatı daxil olmasını deyərək Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edilmiş, vəkil seçməsi təklif edilmiş və Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən biri ilə onu təmin etməsini xahiş etmiş, bundan sonra təhqiqatçı siyahıda olan vəkillərdən şöbəyə Müdafiəçi dəvət etmişdir. Təqsirləndirilən şəxs vəkili ilə tanış olduqdan sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçi tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi deyilmiş, buna onun etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirilməsinə etirazı yoxdur, bundan sonra təhqiqatçı Nəzər Həbibov xidməti otağında Təqsirləndirilən şəxs hüquq vəzifələrini başa salmış, ona hüquq vəzifələri ilə bağlı bildiriş vermiş, ona müraciət edib üstündə olan predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki boz rəngli gödəkçənin sol içəri hissəsində saxladığı şəffaf sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuş, təhqiqatçı Nəzər Həbibov bükülüyə baxaraq içərisində nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, şəffaf sellofan bükülünün içərisində narkotik vasitə olan marixuanadır. Həmin şəffaf sellofan bükülünün içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan marixuanaya oxşar kütlənin olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində olan narkotik vasitə marixuananın olmasını etiraf etmiş, həmin bükülünü 10 mart 2024-cü il tarixdə kənd təsərrüfatı bazarının yaxınlığında olduğu vaxt yol kənarında yerdən tapdığını bildirmişdir. Həmin narkotik vasitə olan marixuananı o özü istifadəçi olduğundan üzərində saxlamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan marixuananı kimdənsə alıb-almadığını və ya həmin narkotik vasitə olan marixuananı satmaq niyyəti olub-olmadığını soruşanda o, təkrarən narkotik vasitə olan marixuananı kənd təsərrüfatı bazarının yaxınlığında olduğu vaxtı yol kənarında yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən çıxan və içərisində narkotik vasitə marixuana olan sellofan bükülü elektron tərəziyə qoyularaq çəkilmiş, büküm qarışıq 224.71 qram tərəzidə göstərmiş və zərfə qoyularaq qablaşdırılmış, o, digər iştirakçılar kimi tərtib edilmiş protokolla tanış olub protokolu imzalamışdır. Şahidlər Şahid5 və Şahid2 ibtidai istintaq zamanı verdikləri, cinayət işinin materiallarında olan ifadələrindən müəyyən edilir ki, onlar Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkilidir. Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmiş və Xaçmaz şəhəri, N.Nərimanov küçəsində sonuncuya yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün onu Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin şəxsi istifadəsi üçün olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi, cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı raport yazılaraq rəhbərliyə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat tədbirlərinin keçirilməsindən ötrü onun rəhbərliyi altında Xaçmaz RPŞ-nin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmiş və xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün onu Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir əşya olarsa, onları özündən kənarlaşdıra bilməsin. Polis şöbəsində Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Nurlan Əliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş, sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı müstəntiq Nurlan Əliyev tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli, düyməli qış gödəkçəsinin düyməsini açmış, gödəkçə ilə bədəni arasında sağ aşağı tərəfdə sıxıb saxlamış bir ədəd göy rəngli polietilən bükümü, həmin gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunu, əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 5 manatlıq əskinası çıxarıb və otaqdakı masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümə baxıldıqda içərisində narkotik vasitə qurudlmuş marixuanaya bənzər yaşılımtıl rəngli kütlənin olması müəyyən edilmişdir. Həmin 1 ədəd polietilən bükümdəki kütlənin nə olmasını və haradan əldə etməsini ondan soruşmuş, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik vasitə (nəşə), yəni marixuana olduğunu və Xaçmaz rayonu, Nabran qəsəbəsində yerləşən “Ober-Lux” adlı otelin önündəki zibillikdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd polietilən bükümdəki yaşılımtıl rəngli narkotik vasitəyə bənzər kütlə həmin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, onun çəkisinin 415 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd polietilən bükümdə narkotik vasitə bükümlə birlikdə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və imza edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusu və 5 manatlıq əskinas əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol ucadan oxunulmuş, protokolun doğru olması Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən imzalanaraq təsdiqlənmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi, cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X2 RPŞ-nin NMQ-nun əməliyyat müvəkkilləri Şahid4, Şahid3 və Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsi təklif olunduqda o, könüllü olaraq əynində olan qış gödəkçəsinin düyməsini açaraq gödəkçə ilə bədəni arasında sağ aşağı tərəfdə sıxıb saxlayaraq gizlətdiyi bir ədəd göy rəngli polietilən bükümü, həmin gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunu, əynindəki cins şalvarın sol yan cibindən 5 manatlıq əskinası çıxarıb otaqdakı masanın üzərinə qoyaraq təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümə baxıldıqda içərisində yaşılımtıl rəngli, narkotik vasitəyə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin 1 ədəd polietilən bükümdəki kütlənin nə olmasını və haradan əldə etməsini ondan soruşduqda Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik vasitə (nəşə), yəni marixuana olduğunu və Xaçmaz rayonu, Nabran qəsəbəsində yerləşən “Ober-Lux” adlı otelin önündəki zibillikdən tapdığını bildirir. Aşkar edilmiş bir ədəd polietilen bükümdəki yaşılımtıl rəngli narkotik vasitəyə bənzər kütlə həmin bükümlə birlikdə elektron tərəzidə çəkilərkən onun çəkisinin 415 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd polietilen bükümdə narkotik vasitə bükümlə birlikdə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusu və 5 manatlıq əskinas əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Şəxsi axtarış prosesinin videoçəkilişi Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X5 tərəfindən aparılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/298 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş təmiz çəkisi 385 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qurudulmuş marixuana narkotik vasitəsindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 384,95 qram təşkil etmişdir. İş materiallarında olan 23 fevral 2024-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 12 iyul 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən xx.xx.2024cü il tarixdə aşkar edilərək götürülmüş təmiz çəkisi 385 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 384,95 qram çəkidə qalıq qalmış həmin narkotik vasitə Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan 10 mart 2024-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz st. XPŞ-nin İ və TQ-nun baş təhqiqatçısı X1. XPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2, CAQ-nun əməliyyat müvəkkili Şahid1, PPXM-nin polis nəfəri Şahid5, Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Xaçmaz st. XPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı X16 Ələskərovun üzərində qanunla qadağan olunan nə varsa çıxardıb təqdim etməsini təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin ön tərəfdən sol içəri hissəsinə sağ əlini salaraq 01 ədəd şəffaf sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs və digər şəxslərin iştirakı ilə həmin şəffaf sellofana açıb baxış keçirilərkən içərisində yaşıl rəngli, spesifik iyli, bitki tərkibli kütlənin olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şəffaf sellofan bükülünün içərisində olan yaşıl rəngli, spesifik iyli, bitki tərkibli kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını etiraf edərək, həmin sellofan bükülünü kənd təsərrüfatı bazarının yaxınlığında olduğu vaxt yol kənarında yerdən tapdığını bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana şəffaf sellofanla birlikdə elektron tərəzi ilə çəkilmiş, ümumi çəkisi 224,71 qram müəyyən olunmuş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş, tərtib edilmiş şəxsi axtarış protokolu iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2024-cü il tarixli, 3-16-16/2-7/406 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “.........ş/şəxs Təqsirləndirilən şəxs imza....” yazı və imzalar olan zərfdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 223 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qurudulmuş marixuana narkotik vasitəsindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 222,95 qram təşkil etmişdir. İş materiallarında olan 16 mart 2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan və sübutların qiymətləndirilməsi haqqında 12 iyul 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən xx.xx.2024-cü il tarixdə aşkar edilərək götürülmüş təmiz çəkisi 223 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 222,95 qram çəkidə qalıq qalmış həmin narkotik vasitə Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 17 aprel 2024-cü il tarixli, 2453 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin haradan əldə etməsini müəyyən etmək mümkün olmamış, onun başqa şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması və onun başqa cinayət əməli törətməsi haqqında məlumat əldə edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 5(067)- 52/2024 saylı və 12 mart 2024-cü il tarixli, 5(067)-69/2024 saylı qərarlarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə əməliyyat tədbirlərinin keçirilməsi haqqında 21 fevral 2024-cü il tarixli və 10 mart 2024-cü il tarixli qərarlar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 12 iyul 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 02 ədəd DVD diski, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə aşkar olunmuş narkotik vasitə - qurudulmuş marixuanaların ayrı-ayrılıqda təmiz çəkiləri 385 qram və 223 qram, yəni xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 16-cı bəndində izah edilir ki, satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X3 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. İş materiallarında olan Xaçmaz Rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs iki yetkinlik yaşına çatmayan uşağı var.(xx.xx.2009 və xx.xx.2013) İş materiallarında olan Xaçmaz Rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hallar kimi cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivi hallarını müəyyən etdi. Belə ki, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun üzərinə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə şəxsi axtarışlar keçirilərkən birinci tarixdə üzərindən təmiz çəkisi 385 qram qurudulmuş marixuana narkotik vasitəsi olmaqla xeyli miqdarda, ikinci tarixdə isə üzərindən təmiz çəkisi 223 qram qurudulmuş marixuana narkotik vasitəsi olmaqla xeyli miqdarda narkotik vasitələr aşkar edilmiş, bununla da o, xx.xx.2024-cü il tarixdə törətdiyi cinayət əməlinə görə (234.1) cinayət məsuliyyətinə cəlb edilmiş, lakin həmin cinayətə görə məhkum olunmamış və ya məhkumluğu götürülməmiş, yaxud da cinayət məsuliyyətindən azad edilməmiş xx.xx.2024-cü il tarixdəki cinayət əməlini də (234.1) törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 14-cü bəndində izah edilir ki, CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, yəni narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi CM-in 234-cü maddəsində nəzərdə tutulmadığından, əvvəllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxs tərəfindən eyni əməllərin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Belə hallarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda - CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda - CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalı, CM-in 234.1 -ci və ya 234.1 -1 -ci və ya 234.4-1 ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İş materiallarında olan hökmün və qərarın surətlərindən, Azərbaycan Respublikası DİN Əməliyyat və X3 İdarəsinin tərtib etdiyi tələbnamədən, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 1(067)-81/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 09 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 7(002)-312/2023 saylı qərarı ilə azadlıqdan məhrumetmə növündə həmin cəzasından 28 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş; 26 may 2023-cü il tarixdə cəzası başa çatdığından Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl 28 aprel 2023-cü il tarixdə azad edilsə də, iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halı, barəsində cəzanı ağırlaşdıran hallar kimi cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivi hallarını, eləcə də üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 21 fevral 2024-cü il tarixli protokoldan, tutulmadan azad edilmə və qətimkan tədbirinin seçilməsi barədə 23 fevral 2024-cü il tarixli qərardan və xx.xx.2024-cü il tarixli iltizamdan, həmçinin “Şübhəli şəxsin tutulması haqqında” 10 mart 2024-cü il tarixli protokoldan, tutulmadan azad edilmə və qətimkan tədbirinin seçilməsi barədə 12 mart 2024-cü il tarixli qərardan və xx.xx.2024-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ümumilikdə 04 (dörd) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. İş materiallarından müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən xx.xx.2024-cü il tarixdə aşkar edilərək götürülmüş təmiz çəkisi 385 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 384,95 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi, həmçinin onun üzərindən xx.xx.2024-cü il tarixdə aşkar edilərək götürülmüş təmiz çəkisi 223 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 222,95 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri ayrı-ayrılıqda 384,95 qram və 222,95 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışlar zamanı aparılmış videoçəkilişlərin (hər birində 01 ədəd videofayl) köçürüldüyü 02 (iki) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 142 (yüz qırx iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri ayrı-ayrılıqda 384,95 qram və 222,95 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışlar zamanı aparılmış videoçəkilişlərin (hər birində 01 ədəd videofayl) köçürüldüyü 02 (iki) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 142 (yüz qırx iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə hökm təqdim olunduğu) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar