Məhkəmə qərarları › İş №1(067)-37/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-37/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-37/2021 11.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Nəbiyev Ramiz Rəcəb oğlunun, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi X2, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxx 1989-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, əməllərində cinayətlərin təkrarlığı və residivi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs oğlu Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda xx xxxx 2018-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvan 1 ünvanında qarşılıqlı razılığa əsasən ailə həyatı qurmaq məqsədi ilə özündən 14 il 03 ay kiçik olan xx xxxx 2003-cü ildə anadan olmaqla on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuş və bu hərəkətləri təkrarən Zərərçəkmiş şəxs ilə qeyd olunan ünvanda qeyri-rəsmi olaraq ər-arvad kimi birgə yaşadıqları müddətdə də mütəmadi olaraq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 152.1ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, əvvəllər Xaçmaz rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə, xx xxxxxxx 2018ci il tarixli hökmünə əsasən isə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2020-ci ilin mart ayında azadlığa buraxılmışdır. 2012-ci ildə əslən Füzuli rayonundan olan 1992-ci il təvəllüdlü X3 ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuş və 2013-cü ildə onların Yusif adlı bir oğlan övladları dünyaya gəlmişdir. Sonradan Rəvanə Bakı şəhərində yaşamaq istədiyini demiş və ondan Bakı şəhərinə köçüb orada yaşamağı tələb etmişdir. Lakin o, Rəvanənin təklifini qəbul etməmiş, bundan sonra onlar ayrılmış və Rəvanə oğlu Yusifi də götürüb Bakı şəhərinə getmişdir. Rəvanənin hazırda Bakı şəhərində yaşadığı ünvanı qiyabi olaraq bilir və imkanı olanda ona maddi köməklik göstərir. xx xxxx 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 2018-ci ilin təxminən mart ayının əvvəllərində tanış olmuş və əlaqə saxlamaq üçün telefon nömrələrini bir-birinə vermişlər. Bundan sonra onlar mütəmadi olaraq telefon əlaqəsi saxlayaraq görüşmüş, sonradan münasibətləri sevgiyə çevrilmiş və qarşılıqlı olaraq bir-birini sevməyə başlamışlar. Həmin ərəfələrdə Mehribanın on altı yaşına çatmadığını bilməmiş, lakin buna baxmayaraq qarşılıqlı olaraq bir-birini sevmiş və məqsədi onunla ailə həyatı qurmaq olmuşdur. xx xxxx 2018-ci il tarixdə Mehribanla telefon əlaqəsi saxlayıb həmin gün saat 14 radələrində yaşadığı Xaçmaz şəhəri M.F.Axundov küçəsində onunla görüşmüş və söhbət əsnasında Mehribana ailə həyatı qurmaq istəyi varsa onların evinə getməyi təklif etmişdir. Mehriban onun təklifinə etiraz etməmiş və özü könüllü olaraq onunla birlikdə yaşadığı ünvan 3 ünvanına getmişdir. Həmin gün saat 18 radələrində Mehribanın öz razılığına əsasən yaşadığı evdə onunla təbii yolla cinsi əlaqədə olmuş və onun bəkarətini pozmuşdur. Sonradan həmin gün Mehribanın anası İlhaməyə zəng vurub narahat olmamasını, Mehribanın onun yanında olduğunu, onunla bir-birini sevdiklərini və ailə həyatı quracaqlarını bildirmişdir. İlhamə ondan Mehribanı evlərinə qaytarmağı tələb edəndə ona artıq gec olduğunu demiş və telefonu söndürmüşdür. Səhəri gün İlhamə özü ona zəng etmiş və Mehribanı evlərinə qaytarmağı xahiş etmişdir. Bundan sonra həmin gün günorta vaxtı Mehribanı götürüb evlərinə aparmış, lakin özü onların evlərinə keçməmiş və Mehribanı evlərinə ötürəndən sonra orada dayanmayıb çıxıb getmişdir. Bundan sonra Mehribanla mütəmadi olaraq telefon əlaqəsi saxlamış, bir neçə həftədən sonra isə telefon əlaqəsi saxlayıb onunla görüşmüş və yenidən onu götürüb yaşadığı evə aparmışdır. Sonradan onlar Mehribanın anası İlhamə ilə telefon əlaqəsi saxlayıb bu barədə ona da bildirmiş və həmin vaxtdan etibarən Mehribanla qeyri-rəsmi olaraq ər-arvad kimi birgə yaşamağa başlamışlar. 2018-ci ilin oktyabr ayında Xaçmaz rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və həmin vaxt Mehriban artıq ondan hamilə olduğuna görə o, tutulandan sonra anası İlhamə onu götürüb öz evlərinə aparmışdır. Cəza çəkmə yerində cəza çəkdiyi zaman, yəni 2019-cu ilin mart ayında Mehribanla onun bir oğlan övladı dünyaya gəlmiş, 2020-ci ilin mart ayında cəzasını çəkib azadlığa buraxılmış və o, həbs yerindən qayıdanda artıq oğlunun bir yaşı olmuşdur. Həbs yerindən qayıdandan sonra Mehriban və uşağı ilə birlikdə bir qədər onların evlərində yaşamış, sonra isə Mehribanı və oğlunu götürüb öz evinə aparmışdır. Lakin sonradan aralarında narazılıqlar yaranmağa başlamış və buna görə də Mehribanı aparıb atası evinə qoymuşdur. 2020-ci ilin iyun ayında Mehribanı və uşağını öz evinə qaytarmaq üçün onların evlərinə getmiş, lakin Mehribanın anası İlhamə onları aparmasına razılıq verməmiş, ora getməmişdən əvvəl bir qədər spirtli içki qəbul etdiyindən Mehribanın anası İlhamə ilə aralarında mübahisə yaranmış və buna görə də İlhamə onun barəsində Xaçmaz rayon prorkurorluğuna şikayət ərizəsi vermişdir. Rayon prokurorluğunda araşdırma aparılarkən onun 2018-ci ilin iyun ayında on altı yaşına çatmayan Mehribanla cinsi əlaqədə olması müəyyən edilmiş və buna görə də rayon prokurorluğunda həmin faktla bağlı Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə cinayət işi başlanılaraq araşdırma aparılmasından ötrü Xaçmaz RPŞ-nin İB-nə göndərilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs 2018-ci ilin fevral ayında cəza çəkmə müəssisəsindən buraxıldıqdan sonra tanıyır. Belə ki, həmin ərəfələrdə ünvan 4 ünvanında valideynləri ilə birlikdə yaşamış və Xaçmaz şəhəri Bəybala Rəsulov adına 5 saylı tam orta məktəbin 8-ci sinfində oxumuşdur. X10 şəhəri H.Aslanov küçəsində yaşadığından tez-tez onların evlərinə gedib-gəlmiş, Təqsirləndirilən şəxs da həmin küçənin qonşuluğunda yerləşən M.Müşfiq küçəsində yaşadığından dayısıgilə gedib-gələrkən onunla bir-birini görüb tanımış və əlaqə saxlamaq üçün telefon nömrələrini bir-birinə vermişlər. Bundan sonra Talehlə o, mütəmadi olaraq telefon əlaqəsi saxlayaraq görüşmüş, sonradan onların münasibətləri sevgiyə çevrilmiş və qarşılıqlı olaraq bir-birini sevməyə başlamışlar. Lakin o, Təqsirləndirilən şəxsla aralarında olan münasibətlər barədə evdə nə anası İlhaməyə, nə də ki, digər ailə üzvlərinə heç nə deməmişdir. xx xxxx 2018-ci il tarixdə Talehlə telefon əlaqəsi saxlayanda görüşmək barədə razılaşmış, buna görə də evdə anası İlhamə İmamovaya müəllim yanına hazırlığa gedəcəyini deyib təxminən saat 14 radələrində evdən çıxmış və həmişə müəllim yanına hazırlığa gedib-gəldiyindən anası ondan başqa heç nə soruşmamışdır. Evdən çıxandan sonra yaşadığı Xaçmaz şəhəri M.F.Axundov küçəsində onu gözləyən Təqsirləndirilən şəxsla görüşmüş, söhbət əsnasında ailə həyatı qurmaq məqsədi ilə Talehin yaşadığı ünvan 6 ünvanına getmək barədə razılaşmış və bundan sonra o, özü könüllü olaraq Talehə qoşulub onun yaşadığı qeyd olunan ünvana getmişdir. Təqsirləndirilən şəxs atası rəhmətə getdiyindən, qardaşı Tural Süleymanov həbsdə olduğundan və anası Rəna isə Bakı şəhərində işləyib yaşadığından həmin vaxt Taleh özü evdə tək yaşamışdır. Onlar Talehin evinə çatanda saat təxminən 15 radələri olmuş, həmin gün təxminən saat 18 radələrində Taleh yaşadığı evdə özünün razılığına əsasən onunla cinsi əlaqədə olmuş və qızlıq bəkarətini pozmuşdur. Cinsi əlaqədə olandan sonra Taleh anası İlhaməyə zəng vurub narahat olmamasını və onun yanında olduğunu, bir-birini sevdiklərini və ailə həyatı quracaqlarını bildirmişdir. Anası Talehdən onu evlərinə qaytarmasını tələb edəndə Taleh ona artıq gec olduğunu və səhər onu evlərinə gətirəcəyini demişdir. Səhəri gün anası İlhamə özü Talehə zəng edib onu evlərinə qaytarmasını xahiş etmiş və bundan sonra həmin gün günarta vaxtı Taleh onu öz evlərinə gətirmiş, lakin özü evə keçməmiş və onu evə ötürəndən sonra çıxıb getmişdir. Evdə anası ilə söhbət zamanı o, Talehlə cinsi əlaqədə olduğunu deməkdən qorxmuş və buna görə də ona bu barədə heç nə deməmiş, əksinə yalandan cinsi əlaqədə olmadıqlarını bildirmişdir. Bundan sonra da o, Talehlə mütəmadi olaraq telefon əlaqəsi saxlayıb söhbətləşmiş, sonradan yenidən ona qoşulub yaşadığı evə getmiş, anası ilə əlaqə saxlayıb ona da bu barədə bildirmiş və həmin vaxtdan etibarən Talehin yaşadığı evdə onunla qeyri-rəsmi olaraq ər-arvad kimi birgə yaşamağa başlamışdır. 2018-ci ilin oktyabr ayında Taleh Xaçmaz şəhəri ərazisində soyğunçuluq cinayəti törətdiyinə görə Xaçmaz rayon Məhkəməsi tərəfindən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin vaxt o, Talehdən hamilə olmuş və Taleh tutulandan sonra anası İlhamə gəlib onu öz evlərinə gətirmişdir. xx xxxx 2019-cu il tarixdə Quba MRX-nın doğum şöbəsində onun Talehdən bir oğlan övladı dünyaya gəlmiş, xəstəxanada uşaq doğulandan sonra xəstəxananın məlumatına əsasən o, əvvəlcə Quba RPŞ-nə, sonra isə Xaçmaz RPŞ-nə dəvət edilmiş və bununla bağlı araşdırma aparılaraq müvafiq qərar qəbul edilmişdir. 2020-ci ilin mart ayında Taleh həbs yerindən qayıdandan sonra onu və uşağını götürüb öz evlərinə aparmış, sonradan yola getmədiklərinə görə anası ata evinə qayıtmış və anası İlhamə Talehin barəsində Xaçmaz rayon prorkurorluğuna şikayət ərizəsi vermişdir. Həmin ərizə əsasında araşdırma aparılarkən Talehin 2018-ci ilin iyun ayında onunla cinsi əlaqədə olması müəyyən edilmiş və rayon prokurorluğunda həmin faktla bağlı Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə cinayət işi başlanılaraq araşdırma aparılmasından ötrü aidiyyəti üzrə Xaçmaz RPŞ-nin İB-nə göndərilmişdir. O, həmçinin göstərmişdir ki, Taleh onunla cinsi əlaqədə olarkən onun on altı yaşına çatmadığını bilmiş və qeyri-rəsmi olaraq ər-arvad kimi birgə yaşadıqları müddət ərzində qeyd olunan ünvanda təkrarən mütəmadi olaraq onunla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin qanuni nümayəndəsi X5 ifadəsində göstərmişdir ki, xx xxxx 2003-cü ildə anadan olmuş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs doğma qızıdır. Mehriban 2018-ci ilin iyun ayında Xaçmaz şəhər 5 saylı tam orta məktəbin 8-ci sinfində oxuduğu zaman təxminən saat 14 radələrində müəllim yanına hazırlığa getmək adı ilə evdən çıxıb getmiş, onun evdən çıxıb getməsindən xeyli müddət keçməsinə baxmayaraq evə qayıtmamış və buna görə də o, narahat olub Mehribanı axtarmağa başlamışdır. Lakin onu tapa bilməmiş, buna baxmayaraq heç yerə müraciət etməmiş və onun qayıtmasını gözləmişdir. Həmin gün təxminən saat 20 radələrində sonradan tanıdığı Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərək Mehribanın onun yanında olduğunu, bir-birini sevdiklərini və ailə həyatı qurmaq niyyətində olduqlarını bildirmişdir. O, Talehə Mehribanın hələ uşaq olduğunu və 16 yaşına çatmadığını demiş və onu qaytarıb evə gətirməsini xahiş etmişdir. Taleh ona Bakı şəhərində olduqlarını və səhər Mehribanı gətirəcəyini dediyindən məcbur olub gözləməyə başlamışdır. Səhəri gün Mehriban özü tək evə qayıtmış və ondan Talehin harada olduğunu soruşanda Mehriban ona Talehin onu yola salıb çıxıb getdiyini demişdir. Bundan sonra o, Mehribandan gecəni harada olduqlarını soruşmuş, Mehriban ona Talehlə bir-birini sevdiklərini və buna görə də özünün könüllü olaraq Talehə qoşulub ailə həyatı qurmaq məqsədi ilə onun yaşadığı Xaçmaz şəhəri M.Müşfiq küçəsində yerləşən 3 saylı evin 1-ci mənzilinə getdiyini demişdir. Mehribandan Talehin onunla cinsi əlaqədə olub-olmamasını soruşanda Mehriban əvvəlcə bunu ondan gizlətmiş və Talehin onunla cinsi əlaqədə olmadığını bildirmişdir. Buna görə də daha onun üstünə getməmiş və bununla bağlı heç nə soruşmamışdır. Bundan bir müddət sonra axşam işdən evə qayıdanda Mehribanın evdə olmadığını görmüş və artıq bu dəfə onun yenə Talehə qoşulub getdiyini bilmişdir. Buna görə də Talehə zəng etmiş, Taleh telefona cavab verəndə ondan Mehribanı soruşmuş və o, Mehribanın onunla bir yerdə olduğunu deyəndə ondan Mehribanı evə qaytarmasını xahiş etmişdir. Lakin o, Xaçmaz şəhərindən kənarda olduqlarını bildirmiş və telefonu söndürmüşdür. Sonradan bir neçə dəfə onunla əlaqə saxlamağa çalışsa da, onun telefonuna zəng çatmamışdır. Bundan bir neçə gün sonra o, özü Xaçmaz şəhərində Talehin yaşadığı evi axtarıb tapmış və qızı Mehribanla Talehin həmin ünvanda birlikdə yaşadıqlarını görmüşdür. Bundan sonra Mehriban birinci dəfə Talehə qoşulub gedəndə onun özünün razılığına əsasən Talehin onunla cinsi əlaqədə olması və onun qızlıq bəkarətini pozması ona məlum olmuşdur. Buna görə də məcbur olub onların bir yerdə yaşamalarına razılıq vermiş və heç bir inzibati orqana şikayət etməmişdir. Həmin vaxtdan etibarən Mehribanla Taleh qeyd olunan ünvanda ər-arvad kimi birgə yaşamağa başlamışlar. 2018-ci ilin oktyabr ayında Taleh Xaçmaz şəhəri ərazisində soyğunçuluq cinayəti törətdiyinə görə Xaçmaz rayon Məhkəməsi tərəfindən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin vaxt Mehriban Talehdən hamilə olduğuna görə onu götürüb öz evinə gətirmişdir. xx xxxx 2019-cu il tarixdə Quba MRX-nın doğum şöbəsində Mehribanla Talehin bir oğlan övladları dünyaya gəlmiş, xəstəxanada uşaq doğulandan sonra xəstəxananın məlumatına əsasən onlar əvvəlcə Quba RPŞ-nə, sonra isə Xaçmaz RPŞ-nə dəvət edilmiş və bununla bağlı araşdırma aparılaraq müvafiq qərar qəbul edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, xx xxxx 2003-cü ildə anadan olmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs doğma qızıdır. 2018-ci ilin iyun ayının təxminən əvvəllərində axşam işdən evə qayıdanda Mehribanın anası İlhaməyə müəllim yanına hazırlığa gedəcəyini deyib evdən getməsi və geri qayıtmaması ona məlum olmuşdur. İlhamə ona güman gələn bütün yerləri axtardığını, lakin Mehribanı tapa bilmədiyini demiş, buna baxmayaraq onlar heç yerə müraciət etməyib Mehribanın qayıtmasını gözləmişlər. Həmin gün təxminən saat 20 radələrində sonradan tanıdığı Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs arvadı İlhamənin mobil telefonuna zəng edərək Mehribanın onun yanında olduğunu, bir-birini sevdiklərini və ailə həyatı qurmaq niyyətində olduqlarını bildirmişdir. X6 hələ uşaq olduğunu, onun on altı yaşına çatmadığını demiş və Mehribanı qaytarıb evlərinə gətirməsini xahiş etmişdir. Taleh hazırda Bakı şəhərində olduqlarını və Mehribanı səhər gətirəcəyini dediyindən onlar məcbur olub gözləməyə başlamışlar. Səhəri gün o, işə getmiş və axşam evə qayıdanda Mehribanın artıq evdə olduğunu görmüşdür. Mehribandan gecə harada olduğunu və bəs Taleh özünün hara getdiyini soruşmuşdur. Mehriban ona Talehlə bir-birini sevdiklərini və buna görə də özü könüllü olaraq ailə həyatı qurmaq üçün Talehə qoşulub onun yaşadığı Xaçmaz şəhəri M.Müşfiq küçəsində yerləşən 3 saylı evin 1-ci mənzilinə getdiyini demişdir. Bundan başqa özü Mhribandan heç nə soruşmamış, lakin arvadı X1 cinsi əlaqədə olub-olmaması ilə bağlı söhbət edib-etməməsini soruşmuşdur. İlhamə bu barədə Mehribanla söhbət etdiyini və Mehribanın ona Talehlə cinsi əlaqədə olmadığını dediyini bildirmişdir. Bundan sonra xx xxxx 2018-ci il tarixdə axşam işdən evə qayıdanda Mehribanın evdə olmadığını görmüş və arvadı İlhamədən Mehribanı soruşmuşdur. İlhamə ona Mehribanın yenə Talehə qoşulub onun yaşadığı evə getdiyini demiş, hətta Talehlə telefon əlaqşəsi saxladığını və Mehribanın dəqiq onun yanında olduğunu öyrəndiyini bildirmişdir. Bundan bir neçə gün sonra İlhamə özü Xaçmaz şəhərində Talehin yaşadığı evi axtarıb tapmış və Mehribanla Talehin həmin ünvanda birlikdə yaşadıqlarını dəqiqləşdirmişdir. Mehriban birinci dəfə, yəni 2018-ci ilin iyun ayının əvvəllərində Talehə qoşulub onun evinə gedəndə özünün razılığına əsasən Talehin onunla cinsi əlaqədə olması və qızlıq bəkarətini pozması sonradan ona məlum olmuşdur. Buna görə də məcbur olub onların bir yerdə yaşamalarına razılıq vermiş və bununla bağlı heç bir inzibati orqana şikayət etməmişdir. Həmin vaxtdan etibarən Mehribanla Taleh qeyd olunan ünvanda ər-arvad kimi birgə yaşamağa başlamış və 2018ci ilin oktyabr ayında Taleh Xaçmaz şəhəri ərazisində soyğunçuluq cinayəti törətdiyinə görə Xaçmaz rayon Məhkəməsi tərəfindən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin vaxt Mehriban Talehdən hamilə olduğuna görə də arvadı İlhamə onu götürüb öz evlərinə gətirmiş və xx xxxx 2019-cu ildə Quba MRX-nın doğum şöbəsində Mehribanla Talehin bir oğlan övladları dünyaya gəlmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 483 nömrəli rəyinə əsasən məhkəmə-tibbi müayinə zamanı 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, pozulma müddəti 2 (iki) həftədən çoxdur. İşdə olan məhkəmə-psixoloci ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1587 nömrəli rəyinə əsasən aparılmış eksperimental-psixoloci müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs Əmirəddin qızının bilik ehtiyatı, dünyagörüşü aşağı səviyyədə olsa da, əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Onun hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik müəyyən edilmir.

1. Zərərçəkmiş şəxs Əmərəddin qızının əqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətçillik, emosionallıq, eqosentrizm, inadkarlıq, hövsələsizlik, səthilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir.

2. Zərərçəkmiş şəxs əqli-intellektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri müşahidə olunmadı.

3. Zərərçəkmiş şəxs əqli və psixi inkişaf xüsusiyyətləri normaya uyğun olduğundan o, qərarın təsviri hissəsində qeyd edilən hadisələr zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarında olmuşdur.

4. Zərərçəkmiş şəxs psixi inkişaf və emosional halından asılı olaraq ona qarşı edilən hərəkətlər zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur.

5. Zərərçəkmiş şəxs özündən uydurmağa meyllilik əlamətləri müşahidə edilmədi. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 535 nömrəli rəyinə əsasən 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində hər hansı bir xasarət aşkar edilmədi. Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətinə maneəçilik törədən xarici cinsiyyət üzvləri nahiyəsində mexaniki maneələr, anadan gəlmə qüsurlar, onların inkişafı, xəstəliklər və xəsarətlər nəticəsində törənmiş çapıqlar və digər dəyişikliklər aşkar edilmədi. İşdə olan atalığın təyini ilə bağlı DNT tədqiqatı aparılması barədə ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 20/610R nömrəli rəyinə əsasən keçirilmiş ekspertiza nəticəsində müəyyən edildi ki, Zərərçəkmiş şəxs doğduğu xx xxxx 2019-cu il təvəllüdlü İbrahim İmamovun bioloci atası 99,99947 % ehtimalla Təqsirləndirilən şəxsdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, xx xxxxxxx 2018-ci il tarixli hökmünə əsasən isə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2020-ci il tarixdə Xətai rayon Məhkəməsinin qərarı ilə 01 (bir) ay 24 (iyirmi dörd) gün vaxtından əvvəl şərti azad edilmiş və xx xxxxx 2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və əməllərində cinayətlərin residivi vardır. İşdə olan Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunur. Məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda xx xxxx 2018-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvan 1 ünvanında qarşılıqlı razılığa əsasən ailə həyatı qurmaq məqsədi ilə özündən 14 il 03 ay kiçik olan xx xxxx 2003-cü ildə anadan olmaqla on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuş və bu hərəkətləri təkrarən Zərərçəkmiş şəxs ilə qeyd olunan ünvanda qeyri-rəsmi olaraq ər-arvad kimi birgə yaşadıqları müddətdə də mütəmadi olaraq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyaları həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini qismən etiraf etməsini, himayəsində bir azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qəsdən cinayət törətdiyinə görə əvvəllər məhkum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır və məhkəmə bunu ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməlidir. Belə ki, CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi recimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi ziyan, maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi ziyan, maddi sübut və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

HAKİM: İLKİN XƏLİLOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar