Məhkəmə qərarları › İş №1(067)-37/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-37/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-37/2023 24.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1978-ci ildə Xaçmaz rayonu, İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Xaçmaz rayonu Çarxı kəndində qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,417 qram çəkidə narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, bu fakt 15 avqust 2022-ci il tarixdə saat 20:00-da o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Xaçmaz rayonu Çarxı kəndi ərazisində saxlanılaraq polis şöbəsinə dəvət edilmiş və ünvan 1 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında saat 20:50-21:00 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü kağız bükümün içində olan 01 ədəd qara kağız bükümdə təmiz çəkisi 0,417 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, anket məlumatında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və təxminən 30 ildir ki, narkotik vasitələrdən istifadə edir. Buna görə də narkotik vasitələrin aludəçisidir və hər gün narkotik vasitə olan “kakos”-dan, yəni heroindən istifadə edir. 15 avqust 2022-ci il tarixdə saat 11 radələrində Xaçmaz şəhər avtovağzalının yaxınlığında olduğu zaman yerdən bir ədəd gümüşü rəngli kağız bükülü tapmış, həmin kağız bükünü açıb baxdıqda içərisində daha bir ədəd qara rəngli kağz büküm olduğunu, qara rəngli kağız bükümü açdıqda isə içərisində tünd qəhvəyi rəngli maddə olduğunu görmüşdür. Həmin maddənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu bilmiş və onu götürüb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 15 avqust 2022- ci il tarixdə saat 20 radələrində Xaçmaz rayonu Çarxı kəndində olduğu zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq ona qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqla daşıması barədə məlumat daxil olduğunu demiş və üzərinə şəxsi axtarış keçirilməsindən ötrü onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmiş, polis şöbəsində hüqüqlarının müdafiə olunmasından ötrü ona vəkil təqdim edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən vəkilin iştirakı ilə video çəkilişlə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan şalvarın cibindən bir ədəd gümüşü rəngli kağız bükümü, “Keno” markalı siqaret qutusunu və bir ədəd alışqanı çıxarıb təqdim etmişdir. Siqaret qutusu müstəntiq tərəfindən açıdıqda'içərisindən istifadə edilməmiş siqaretlər, gümüşü rəngli kağız büküm açıldıqda isə içərisindən bir ədəd qara rəngli kağız büküm aşkar edilmiş, qara rəngli kağız büküm açıldıqda isə onun içərisində tünd qəhvəyi rəngli maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, 30 ildir narkotik vasittələrdən istifadə etdiyini, hər gün narkotik vasitə heroin qəbul etdiyini, təqdim etdiyi maddənin də “kakos”, yəni narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığım, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığım bildirmişdir. Bundan sonra həmin narkotik vasitə heroin müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüş, şəxsi axtarış zamanı üzərindən aşkar edilən bir ədəd alışqan və bir ədəd “Keno” markalı siqaret qutusu isə içərisindəki isqaretlərlə birlikdə onun özünə qaytarılmışdır. O, həmçinin səmimi şəkildə etiraf edərək üzərindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu və etdiyi əməldən peşman olduğunu bildirmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 15 avqust 2022-ci il tarixdə Xaçmaz rayonu Çarxı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixd^raportla şöbə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Xaçmaz RPŞ-njn CABnin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 qrupun tərkibinə daxil edilmiş və bundan sonra onlar Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinə başlamışlar. Qeyd olunan tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Çarxı kəndi ərazisində olduğunu müşahidə edib ona yaxınlaşmış, özlərini təqdim edəndən sonra qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və daşıması barədə məlumat olduğunu bildirərək Xaçmaz RPŞ-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə şöbəyə gəlmiş və o, bu barədə raportla rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X2 həvalə olunduğundan onun tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilmişdir. Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Nafıh oğlu şöbəyə dəvət edilərək Təqsirləndirilən şəxs təqdim ediləndən və keçiriləcək şəxsi axtarışın görüntülərinin videoçəkiliş vasitəsi ilə qeydə alınması Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 həvalə olunandan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğu üçün Xaçmaz RPŞnə gətirildiyi və videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, ondan üstündə qanunla qadağan olunmuş əşyalar olub- olmaması soruşulmuş və üstündə olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd «KENO» markalı siqaret qutusu və 01 ədəd alışqan, sol yan cibindən isə 01 ədəd gümüşü rəngli kağız bükülünü çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstü axtarılmış, lakin axtarış zamanı onun üstündən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusu açıldıqda onun içərisində istifadə olunmamış siqaret dənələrindən başqa heç nə aşkar edilməmiş, gümüşü rəngli kağız bükülü açıldıqda içərisindən bir ədəd qara rəngli bükülü, həmin bükülü açıldıqda isə içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə «kakos», yəni heroin olduğunu, 30 ildir ki, narkottik vasitə heroindən istifadə etdiyini, həmin narkotik vasitəni Xaçmaz şəhər avtovağzalı ərazisindən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qəhvəyi rəngli kütlə olan bükülü ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. 01 ədəd alışqan və 01 ədəd siqaret qutusu içərisindəki siqaret dənələri ilə birlikdə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi Şahid3 tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınmış və faktla bağlı müstəntiq Şəhriyar Kərimli tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunandan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkilləri polis kapitanı Şahid2 və polis leytenantı Şahid3, Xaçmaz rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan şəxsi axtarış aparılması haqqında 15 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 ədəd kağız bükümün içərisində narkotik vasitə heroin aşkar edilərək götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs 30 ildir ki, narkotik vasitə heroindən istifadə etdiyini, həmin narkotik vasitəni Xaçmaz şəhər avtovağzalı ərazisindən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 16 avqust 2022-ci il tarixli, 6/4358 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №58» möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...» və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,417 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Məhkəmə-narkoloji ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 5624 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRlN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SlNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD formatlı diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Nafıh oğlunun iştirakları ilə 17 avqust 2022-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı həmin diskdə Xaçmaz RPŞ- nin inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinin, şəxsi axtarış zamanı onun əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağızı bükülünün içərisində narkotik vasitə heroin olmasının görüntüləri öz əksini tapmışdır. Elektron məlumat daşıyıcısına baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin video görüntüdə qeydə alınmış şəxsin özünün olduğunu, görüntünün qeydə alındığı 15 avqust 2022-ci il tarixdə təxminən saat 20 radələrində polis əməkdaşları tərəfindən yaşadığı Xaçmaz rayonu Çarxı kəndi ərazisində saxlanılaraq Xaçmaz rayon PŞ-nə dəvət olunduğunu və üstünə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı 15 avqust 2022-ci il tarixdə saat 11 radələrində Xaçmaz şəhəri avtovağzalının yaxınlığından taparaq şəxsi istifadəsi üçün əynindəki şalvarının cibində saxladığı 01 büküm narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etdiyini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 15 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 0,417 qram çəkidə narkotik vasitə heroin və qeyd olunan tarixdə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə dair video görüntülər köçürülmüş 01 (bir) ədəd CD formatlı disk 17 avqust 2022-ci il tarixli qərarı ilə iş üzrə maddi sübut hesab edilmiş, narkotik vasitənin 0,05 qramının tədqiqata sərf olunması və 01 (bir) ədəd CD formatlı diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, qalan 0,367 qram çəkidə narkotik vasitə heroin isə 01(bir) ədəd kağız paketə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon icra Hakimiyyəti Başçısının Çarxı kənd İnzibati Ərazi Dairəsindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1978-ci ildə Xaçmaz rayonu Çarxı kəndində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, orta təhsillidir, evlidir, Xaçmaz rayonu Çarxı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır və mənfi xarakterizə olunur. Himayəsində iki yetkinlik yaşına çatmayan övladları var: xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X7. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, habelə Xaçmaz rayon Məhkəməsindən alınmış 24 may 2012-ci il tarixli, 1 (067)-82/2012 nömrəli, 26 oktyabr 2016-cı il tarixli, 1(067)-153/2016 nömrəli və 04 dekabr 2018-ci il tarixli, 1(067)-164/2018 nömrəli hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 06 fevral 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 180.1, 221.2.2,-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cazısma məhkum edilmiş, 01 dekabr 2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Xaçmaz rayon Məhkəməsinin 24 may 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qərarı ilə 03 (üç) ay 16 (on altı) gün vaxtından əvvəl şərti azad olunmuş, Xaçmaz rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 07(yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 mart 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, Xaçmaz rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 19 fevral 2020-ci il tarixdə Xaçmaz rayon Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 06(altı) ay 15(on beş) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və 22 iyun 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilsə də, həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,417 qram çəkidə narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, bu fakt 15 avqust 2022-ci il tarixdə saat 20:00-da o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Xaçmaz rayonu Çarxı kəndi ərazisində saxlanılaraq polis şöbəsinə dəvət edilmiş və ünvan 1 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında saat 20:50-21:00 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü kağız bükümün içində olan 01 ədəd qara kağız bükümdə təmiz çəkisi 0,417 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını cəzanı yüngülləşdirən hal kimi hesab edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Xaçmaz rayonu məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 4(067)-139/2022 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 15 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli 15 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,367 qram heroin məhv edilməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD formatlı disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 110 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkməsinin əvvəli 15 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,417 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədiqaqatından sonra qalıq qalmış 0,367 qramı məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 110 (bir yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar