Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-37/2024 24.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1961-ci ildə Xaçmaz rayonunn, Ağ-yazı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,fərdi əməklə məşqul olan, evli, peşə təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonunn, Ağyazı-Buduq kəndində qeydiyyatda olmaqla faktiki olaraq, Xaçmaz rayonunun, Yergüc kəndində yaşamış, barəsində «həbs» qətimkan tədbiri tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının əvvələrində yaşadığı Xaçmaz rayonu, Yergüc kənd mərkəzindəki «Yergüc» marketdən 1 km şərq istiqamətində yerləşən evinin arxa hissəsindəki həyətyanı bağ sahəsində qanunsuz olaraq əkdiyi xeyli miqdar təşkil edən 13 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinə 23 avqust 2023-cü il tarixədək aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, bu fakt 23 avqust 2023-cü il tarixdə saat 21:15-21:35 müddətində Xaçmaz Rayon Pols Şöbəsinin əməkdaşları tərəfindən həmin həyətyanı bağ sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 2 kq 110 qram olan 13 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə, yetişdirmə) etmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilərək göstərdi ki, içki aləmində olmuş, özündə olmamış və narkotik vasitə əkib yetişdirmişdir.O, bağlarda işədiyini, səhər gedərək axşam qayıtdığını və içki içməmiş işləyə bilmədiyini göstərmişdir. İşdən çıxıb kanal qırağı ilə evə qayıdarkən qamışlığın arasından keçərkən böyürtkən kollarının arasında narkotik vasitə ştillərini tapmışdır. Həmin ştilləri alıb evimə gətirib torpaq sahəsində əkmişdir. Bir iki dəfə istifadə etmiş daha sonra istifadə etməmişdir. Çıxartmaq istəmiş, lakin sonradan yadından çıxdığından qalmışdır. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu Ağyazı-buduq kəndində qeydiyyatda olmağıma baxmayaraq Xaçmaz rayonu, Yergüc kəndində yaşayır və heç bir yerdə işləmirəm. Mən təxminən 3-4 aydır ki, ara-sıra narkotik vasitə marixuanadan istifadə etdiyinə görə çətənə bitkilərini tanımışdır. 2022-ci ilin oktyabr ayında Quba rayonu, Barlı kəndi ərazisində hazırda yadında qalmayan kolluq bir yerdə bir ədəd yabanı şəkildə bitmiş çətənə bitkisi görmüşmüşdür. Həmin bitkiyə baxan zaman üzərində toxumların olmasını görüb və buna görə həmin çətənə bitkisinin toxumlarını yığıb və özündə saxlamışdır. 2023-cü ilin may ayının təxminən əvvəllərində həmin toxumları yaşadığı evin arxa tərəfində həyətyanı bağ sahəsində torpaqda əkmişdir. Bundan sonra həmin toxumlara su verib və qulluq etdikdən sonra həmin toxumlardan 14 ədəd çətənə bitkisi cücərməyə başlamışdır. Lakin onlardan biri inkişaf etməyərək quruyub məhv olmuş və 13 ədəd bitki isə inkişaf edərək böyüməyə başlamışdır. Həmin bitkilərin diblərini mütəmadi olaraq yumşaltmış, su vermiş və normal inkişaf etməsi üçün diblərinə peyin də tökmüşdür. 23 avqust 2023-cü il tarixdə axşam saatlarında yaşadığı evdə olan vaxt evin həyət qapısı döyülmüş və qapını açıb küçəyə çıxdıqda qapıda polis əməkdaşlarının və aqronommütəxəssis Şahid4 görmüşdür.Polis əməkdaşları özlərinin Xaçmaz rayon polis şöbəsinin əməkdaşları olduqlarını ona deyərək yaşadığı evin həyətində narkotik təbiətli bitkilər əkməsi barədə məlumat əldə etdiklərinə görə bu səbəbdən həyətimə baxış keçirmək istədiklərini və onun baxış keçirməsinə etirazının olub-olmamasını soruşmuşlar. Polis əməkdaşlarının hər şeydən məlumatlı olduqlarını başa düşüb və özü könüllü olaraq həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını onlara bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə videoçəkilişlə evinin arxa tərəfinə yəni həyətyanı bağ sahəsinə keçmiş və orada özü torpaqda əkdiyi narkotik tərkibli çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişdir. Baxışda iştirak edən aqranom Şahid4 həmin bitkilərə baxaraq onlara aqortexniki qaydada qulluq edildiyini təsdiq etmişdir. Əkdiyi həmin bitkilər kökündən çıxarılaraq götürülmüş və onların ümumilikdə 13 ədəd olması müəyyən olunmuşdur. Həmin 13 ədəd bitkilərin çətənə bitkiləri olmasını və onları özü şəxsi istifadəsi üçün marixuana əldə etmək məqsədi ilə həyətində əkdiyini bildirmişdir. Bundan sonra həyətyanı bağ sahəsindən aşkar edilmiş 13 ədəd bitkilər 1 ədəd torbaya qablaşdırılaraq möhürləndikdən sonra həmin 1 ədəd torbada olan bitkilər müstəntiq tərəfindən ekspertizaya göndərilməsi üçün götürülmüşdür.Həyətinə baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokol ilə tanış olduqdan sonra protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi və əkib-becərməsi barədə Xaçmaz rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatdan sonra onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və onlar aqronom-mütəxəssislə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Şəxsi dəvət edib gəlməylərinin məqsədini bildirdikdən sonra video çəkiliş vəsaitəsilə həyətyanı torpaq sahəsinə baxış keçirəcəylərini bildirdilər. O da etiraz etmədən həyətyanı sahəsində əkib-becərdiyi narkotik vasitələrin yerini onlara göstərmişdi. Baxış zamanı həyətyanı sahədə 13 ədəd müxtəlif yerlərdə əkdiyi müxtəlif ölçülərdə olan çətənə narkotik bitkilərini onlara göstərmişdir. Həmin bitkilər aqronomun iştiakı ilə qablaşdırılıb ekspertizaya təqdim olunması üçün götürüldü və bu barədə müvafiq sənədləşmə aparıldı. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Şahid Xaçmaz rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Qədəşoba kəndində yaşayır və Xaçmaz RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 avqust 2023-cü il tarixdə Xaçmaz rayonu Yergüc kəndində yaşayan xx xxxxx 1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri həyətyanı sahəsində qanunsuz olaraq kultivasiya etməsi barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Buna görə də həmin günü yəni 23 avqust 2023-cü il tarixdə saat 21 radələrində Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi X4, Xaçmaz RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis baş serjantı Şahid2, RPŞ-nin PPB-nün manqa komandiri polis baş serjantı Şahid3 və Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz Mənzil Kommunal Təsərrüfat idarəsinin aqronomu Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Yergüc kəndinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin Xaçmaz rayonu, Yergüc kəndində, həmin kəndin mərkəzində yerləşən “Yergüc” marketdən 1 km şərq istiqamətində yerləşməsini müəyyən edərək həmin evin qarşısına gedib və Təqsirləndirilən şəxs evdən çağırmışlar. Təqsirləndirilən şəxs evdən çıxdıqdan sonra RPŞ-nin müstəntiqi Rəşad Babayev narkotik tərkibli bitkiləri yetişdirməsi barədə RPŞ-nin əməliyyat aparatına məlumat daxil olduğuna görə onların eləcə də, Xaçmaz RİH-nin MKTİ-də aqronom vəzifəsində işləyən Şahid4 iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə videoçəkilişlə baxış keçirmək istədiklərini Təqsirləndirilən şəxs bildirdikdə o, buna etiraz etməyərək onları baxış keçirmək üçün həyətinə dəvət etmişlər. Baxışın videoçəklişini Xaçmaz RPŞ-nin PPB-nün polis nəfəri polis serjantı Şahid3 özünə məxsus «Samsunq A51» markalı mobil telefon vasitəsi ilə etmişdir. Bundan sonra onların və Xaçmaz RİH-nin MKTİ-də aqronom vəzifəsində işləyən Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs həyətinə baxış zamanı onun evinin arxa hissəsində 13 ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər kollar aşkar edilmişdir. Təqsirləndirilən şəxs torpaqda əkilmiş çətənə bitkisinə bənzər kolları göstərərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onları 2023-cü ilin may ayının əvəllərində əkdiyini və həmin bitkilərə mütamadi olaraq aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. Baxışda iştirak edən Xaçmaz RİH-nin MKTİ-də aqronom vəzifəsində işləyən Şahid4 aşkar edilmiş həmin 50 sm-dən 100 sm-dək hündürlükləri olan bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onların diblərinin yumşaldılmasını, suvarılmasını və ümumilikdə onlara aqrotexniki qaydada qulluq göstərildiyini təsdiq etmişdir. Bundan sonra ekspertizaya göndərilməsi üçün torpaqda əkilmiş 13 (on üç) ədəd narkotik tərkibli bitkilə bənzər kolları torpaqdan çıxardaraq 1 ədəd sintetik torbaya yığaıb və müvafiq qaydada qablaşdırmışlar. Xaçmaz rayonu Yergüc kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxışla əlaqədar tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi və əkib-becərməsi barədə Xaçmaz rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatdan sonra əməliyyat müvəkkili Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və onlar aqronom-mütəxəssislə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1i ünvanındakı evinə gedmişlər. Şəxsi dəvət edib gəlməylərinin məqsədini bildirdikdən sonra video çəkiliş vəsaitəsilə həyətyanı torpaq sahəsinə baxış keçirəcəylərini bildirdilər. O da etiraz etmədən həyətyanı sahəsində akib-becərdiyi narkotik vasitələrin yerini onlara göstərmişdi. Baxış zamanı həyətyanı sahədə 13 ədəd müxtəlif yerlərdə əkdiyi müxtəlif ölçülərdə olan narkotik vasitə çətənə bitkilərini onlara göstərmişdi. Həmin bitkilər aqronomun iştiakı ilə qablaşdırılıb ekspertizaya təqdim olunması üçün götürüldü, Aqranom birkilərə qulluq göstərilməsi barədə mütəxəssis kimi rəy də verdi və daha sonra bu barədə müvafiq sənədləşmə aparıldı. Şahid Xaçmaz rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən Şahid2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Armudpadar kəndində yaşayır və Xaçmaz RPŞ-nin İTB-nin sahənin polis nəfəri vəzifəsində işləyir. 23 avqust 2023-cü il tarixdə Xaçmaz rayonu Yergüc kəndində yaşayan xx xxxxx 1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri həyətyanı sahəsində qanunsuz olaraq kultivasiya etməsi barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Buna görə də həmin günü yəni 23 avqust 2023-cü il tarixdə saat 21 radələrində o, Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi X4, Xaçmaz rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1, RPŞ-nin PPB-nün manqa komandiri polis baş serjantı Şahid3 və Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz Mənzil Kommunal Təsərrüfat idarəsinin aqronomu Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Yergüc kəndinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin Xaçmaz rayonu, Yergüc kəndində, həmin kəndin mərkəzində yerləşən “Yergüc” marketdən 1 km şərq istiqamətində yerləşməsini müəyyən edərək həmin evin qarşısına gedib və Təqsirləndirilən şəxs evdən çağırmışlar. Təqsirləndirilən şəxs evdən çıxdıqdan sonra RPŞnin müstəntiqi Rəşad Babayev narkotik tərkibli bitkiləri yetişdirməsi barədə RPŞ-nin əməliyyat aparatına məlumat daxil olduğuna görə onların eləcə də, Xaçmaz RİH-nin MKTİ-də aqronom vəzifəsində işləyən Şahid4 iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə videoçəkilişlə baxış keçirmək istədiklərini Təqsirləndirilən şəxs bildirdikdə o, buna etiraz etməyərək onları baxış keçirmək üçün həyətinə dəvət etmişlər. Baxışın videoçəklişini Xaçmaz RPŞ-nin PPB-nün polis nəfəri polis serjantı Şahid3 özünə məxsus «Samsunq A51» markalı mobil telefon vasitəsi ilə etmişdir. Bundan sonra onların və Xaçmaz RİH-nin MKTİ-də aqronom vəzifəsində işləyən Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs həyətinə baxış zamanı onun evinin arxa hissəsində 13 ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər kollar aşkar edilmişdir. Təqsirləndirilən şəxs torpaqda əkilmiş çətənə bitkisinə bənzər kolları göstərərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onları 2023-cü ilin may ayının əvəllərində əkdiyini və həmin bitkilərə mütamadi olaraq aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. Baxışda iştirak edən Xaçmaz RİHnin MKTİ-də aqronom vəzifəsində işləyən Şahid4 aşkar edilmiş həmin 50 sm-dən 100 smdək hündürlükləri olan bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onların diblərinin yumşaldılmasını, suvarılmasını və ümumilikdə onlara aqrotexniki qaydada qulluq göstərildiyini təsdiq etmişdir. Bundan sonra ekspertizaya göndərilməsi üçün torpaqda əkilmiş 13 (on üç) ədəd narkotik tərkibli bitkilə bənzər kolları torpaqdan çıxardaraq 1 ədəd sintetik torbaya yığaıb və müvafiq qaydada qablaşdırmışlar. Xaçmaz rayonu Yergüc kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxışla əlaqədar tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində Xaçmaz rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi və əkib-becərməsi barədə Xaçmaz rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatdan sonra şöbənin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və onlar aqronom-mütəxəssislə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedmişlər. Şəxsi dəvət edib gəlmələrinin məqsədini bildirdikdən sonra video çəkiliş vasitəsilə həyətyanı torpaq sahəsinə baxış keçirəcəylərini bildirmişlər. O da etiraz etmədən həyətyanı sahəsində əkib-becərdiyi narkotik vasitələrin yerini onlara göstərmişdi. Baxış zamanı həyətyanı sahədə 2-3 yerdə əkdiyi 13 ədəd müxtəlif ölçülərdə olan çətənə narkotik bitkilərini onlara göstərmişdi. Həmin bitkilər aqronomun iştiakı ilə qablaşdırılıb ekspertizaya təqdim olunması üçün götürüldü və bu barədə müvafiq sənədləşmə aparıldı. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Şahid Xaçmaz rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən Şahid3 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Cığatay kəndində yaşayır və Xaçmaz RPŞ-nin PPB-nün manqa komandiri vəzifəsində işləyir. 23 avqust 2023-cü il tarixdə Xaçmaz rayonu Yergüc kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri həyətyanı sahəsində qanunsuz olaraq kultivasiya etməsi barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Buna görə də həmin günü yəni 23 avqust 2023-cü il tarixdə saat 21 radələrində o, Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi X4, Xaçmaz rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1, Xaçmaz rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən Şahid2 və Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz Mənzil Kommunal Təsərrüfat idarəsinin aqronomu Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Yergüc kəndinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin Xaçmaz rayonu, Yergüc kəndində, həmin kəndin mərkəzində yerləşən “Yergüc” marketdən 1 km şərq istiqamətində yerləşməsini müəyyən edərək həmin evin qarşısına gedib və Təqsirləndirilən şəxs evdən çağırmışlar. Təqsirləndirilən şəxs evdən çıxdıqdan sonra RPŞnin müstəntiqi Rəşad Babayev narkotik tərkibli bitkiləri yetişdirməsi barədə RPŞ-nin əməliyyat aparatına məlumat daxil olduğuna görə onların eləcə də, Xaçmaz RİH-nin MKTİ-də aqronom vəzifəsində işləyən Şahid4 iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə videoçəkilişlə baxış keçirmək istədiklərini Təqsirləndirilən şəxs bildirdikdə o, buna etiraz etməyərək onları baxış keçirmək üçün həyətinə dəvət etmişlər. Baxışın videoçəklişini o, özünə məxsus «Samsunq A51» markalı mobil telefon vasitəsi ilə etmişdir. Bundan sonra onların və Xaçmaz RİH-nin MKTİ-də aqronom vəzifəsində işləyən Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs həyətinə baxış zamanı onun evinin arxa hissəsində 13 ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər kollar aşkar edilmişdir. Təqsirləndirilən şəxs torpaqda əkilmiş çətənə bitkisinə bənzər kolları göstərərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onları 2023-cü ilin may ayının əvəllərində əkdiyini və həmin bitkilərə mütamadi olaraq aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. Baxışda iştirak edən Xaçmaz RİH-nin MKTİ-də aqronom vəzifəsində işləyən Şahid4 aşkar edilmiş həmin 50 sm-dən 100 sm-dək hündürlükləri olan bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onların diblərinin yumşaldılmasını, suvarılmasını və ümumilikdə onlara aqrotexniki qaydada qulluq göstərildiyini təsdiq etmişdir. Bundan sonra ekspertizaya göndərilməsi üçün torpaqda əkilmiş 13 (on üç) ədəd narkotik tərkibli bitkilə bənzər kolları torpaqdan çıxardaraq 1 ədəd sintetik torbaya yığaıb və müvafiq qaydada qablaşdırmışlar. Xaçmaz rayonu Yergüc kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxışla əlaqədar tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon İH-nin MKTİ-nin aqronomu Şahid4 göstərdi ki, o, Xaçmaz şəhəri, 28 may küçəsi 46 saylı evdə yaşayır. Xaçmaz rayon İH-nin MKTİ-nin aqronomu işləyir. 23 avqust 2023-cü il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq, Xaçmaz rayonunun Yergüç kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi və əkib-becərməsi barədə Xaçmaz rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş və məni həmin əməliyyatda aqronom-mütəxəssis kimi iştirak etməyəmi xahiş etmişlər. Mən etiraz etməyərək onlarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getdik.Təqsirləndirilən şəxs həyətinə baxış keçirilən zaman onun evinin arxa hissəsində 13 ədəd hündürlükləri 50-60 sm olan narkotik tərkibli çətənə bitkilərinin kolları aşkar edilmişdir. Mənim tərəfimdən bitkilərə baxış keçirilərkən onlara aqrotexniki qaydada qulluq edilməklə kultivasiyə edildiyi müəyyən edilmişdir. Şahid Xaçmaz rayon İH-nin MKTİ-nin aqronomu Şahid4 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz şəhəri, 28 may küçəsi 46 saylı evdə yaşayır. Xaçmaz rayon İH-nin MKTİ-nin aqronomu işləyir. 23 avqust 2023-cü il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq, Xaçmaz rayonunun Yergüç kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi və əkibbecərməsi barədə Xaçmaz rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş və məni həmin əməliyyatda aqronom-mütəxəssis kimi iştirak etməyəmi xahiş etmişlər.Buna görə də həmin günü yəni 23 avqust 2023-cü il tarixdə saat 21 radələrində o, Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi X4, Xaçmaz rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 və Xaçmaz rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Yergüc kəndinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin Xaçmaz rayonu, Yergüc kəndində, həmin kəndin mərkəzində yerləşən “Yergüc” marketdən 1 km şərq istiqamətində yerləşməsini müəyyən edərək həmin evin qarşısına gedib və Təqsirləndirilən şəxs evdən çağırmışlar. Təqsirləndirilən şəxs evdən çıxdıqdan sonra RPŞ-nin müstəntiqi Rəşad Babayev narkotik tərkibli bitkiləri yetişdirməsi barədə RPŞ-nin əməliyyat aparatına məlumat daxil olduğuna görə onların eləcə də, Xaçmaz RİH-nin MKTİ-də aqronom vəzifəsində işləyən Şahid4 iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə videoçəkilişlə baxış keçirmək istədiklərini Təqsirləndirilən şəxs bildirdikdə o, buna etiraz etməyərək onları baxış keçirmək üçün həyətinə dəvət etmişlər. Baxışın videoçəklişini o, özünə məxsus «Samsunq A51» markalı mobil telefon vasitəsi ilə etmişdir. Bundan sonra polis əməkdaşlarının və onun iştirakı ilə Təqsirləndirilən şəxs həyətinə baxış zamanı onun evinin arxa hissəsində 13 ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər kollar aşkar edilmişdir. Təqsirləndirilən şəxs torpaqda əkilmiş çətənə bitkisinə bənzər kolları göstərərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onları 2023-cü ilin may ayının əvəllərində əkdiyini və həmin bitkilərə mütamadi olaraq aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. O, aşkar edilmiş həmin 50 sm-dən 100 sm-dək hündürlükləri olan bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onların diblərinin yumşaldılmasını, suvarılmasını və ümumilikdə onlara aqrotexniki qaydada qulluq göstərildiyini təsdiq etmişdir. Bundan sonra ekspertizaya göndərilməsi üçün torpaqda əkilmiş 13 (on üç) ədəd narkotik tərkibli bitkilə bənzər kolları torpaqdan çıxardaraq 1 ədəd sintetik torbaya yığaıb və müvafiq qaydada qablaşdırmışlar. Xaçmaz rayonu Yergüc kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxışla əlaqədar tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. İş materillarında olan baxış keçirilməsi haqqında 23 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Yergüc kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən 1 mərtəbəli evin arxa tərəfində bağ sahəsində torpaqda əkilmiş müxtəlif ölçüdg bitkilər olması aşkar edilmişdir. Mütəxəssis Şahid4 həmin bitkilərə baxaraq onların çətənə bitkiləri olmasını, aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumşaldılmasını, suvarılmasını bildirdi. Bundan sonra aşkar edilmiş bitkilər kökündən çıxarılaraq sayıldı və onların 13 ədəd olması, həmin bitkilərin uzunluqdlarının 50 sm-dən 100 sm-dək hündürlükdə olması müəyyən edildi. Torpaqda əkilmiş tərkibində narkotik tərkibli maddələr olan çətənə kollarına bənzər bitkilər 01 ədəd sintetik torpaya yığılaraq qablaşdırıldı və imzalanıb möhürlənərək götürülmüşdür. İş materiallarında olan Xaçmaz rayon İH-nin MKTİ-nin aqronomu Şahid4 tərəfindən tərtib edilmiş 23 avqust 2023-cü il tarixli rəydən görünür ki, 23 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Yergüc kəndində yerləşən evin həyətyanı torpaq sahəsində aşkar edilmiş ümumilikdə 13 (on üç) ədəd, uzunluqları 50-100 sm aralığında olan bitkilər çətənə (kannabis) bitkiləridir. Həmin bitkilərin dibləri yumşaldılmış, günəş işığının düşdüyü yerdə əkilmiş, suvarılmış və çürüntülərlə gübrənələrək aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. İş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının 24 avqust 2023-cü il tarixli 3- 16-16/2-7/1204 nömrəli rəyindən görünür ki, sayı 13 ədəd (on üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi 2 kq 110 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqranomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunub. Çətənə bitkilərinin cəmi 0,65 qramının ekspert tədqiqatına sərf edilməsi və 2 kq 109,35 qramının qalıq qalması nəzərə alınmalıdır. İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 03 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Avçıxan Avçixanovun iştirakları ilə baxış keçirilmiş, baxış zamanı həmin diskdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Yergüc kəndində yerləşən kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən 1 mərtəbəli evin arxa tərəfində bağ sahəsində torpaqda əkilmiş müxtəlif ölçüdg bitkilər olması aşkar edilmişdir. Mütəxəssis Şahid4 həmin bitkilərə baxaraq onların çətənə bitkiləri olmasını, aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumşaldılmasını, suvarılmasını bildirdi. Bundan sonra aşkar edilmiş bitkilər kökündən çıxarılaraq sayıldı və onların 13 ədəd olması, həmin bitkilərin uzunluqdlarının 50 sm-dən 100 sm-dək hündürlükdə olması müəyyən edildi. Torpaqda əkilmiş tərkibində narkotik tərkibli maddələr olan çətənə kollarına bənzər bitkilər 01 ədəd sintetik torpaya yığılaraq qablaşdırılıb imzalanaraq möhürləndiyi görünür. İş materiallarında olan maddi sübutun tanınması haqqında 03 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, 23 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə dair video görüntülər köçürülmüş 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, 13 (on üç) ədəd ümumi çəkisi 2 kq 110 qram bitki nümunəli, əkilib-becərməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri 01 (bir) ədəd sintetik torbada qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 214 sentyabr 2023-cü il tarixli 5895 nömrəli rəyindən görünür ki, oğlunda kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixatrop maddələrin tibb məqsədlərlə istifadə edilməsi qaydasının şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Köhnə-Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının əvvələrində yaşadığı Xaçmaz rayonu, Yergüc kənd mərkəzindəki «Yergüc» marketdən 1 km şərq istiqamətində yerləşən evinin arxa hissəsindəki həyətyanı bağ sahəsində qanunsuz olaraq əkdiyi xeyli miqdar təşkil edən 13 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinə 23 avqust 2023-cü il tarixədək aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, bu fakt 23 avqust 2023-cü il tarixdə saat 21:15-21:35 müddətində Xaçmaz Rayon Pols Şöbəsinin əməkdaşları tərəfindən həmin həyətyanı bağ sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 2 kq 110 qram olan 13 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə, yetişdirmə) etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini və törətdiyi cinayət əməlini səmimi etiraf edib hərəkətlərindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 23 avqust 2023-cü il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, müstəntiqin şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 25 avqust 2023-cü il tarixli qərarından və “başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, müstəntiqin şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 25 avqust 2023-cü il tarixli qərarı ilə həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 avqust 2023-cü il tarixdən 25 avqust 2023-cü il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 1(067)-37/2024 saylı qərarından və axtarışda olan şəxsin tutulması haqqında 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağrışlarına üzürlü səbəb olmadan gəlməməklə məhkəmədən gizləndiyindən məhkəmənin 28 fevral 2024-cü il tarixli qərarı ilə onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin müvafiq axtarış qərarı əsasında o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 06 mart 2024-cü il tarixdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 06 mart 2024-cü il tarixdən hesablanmalı və barəsində məhkəmənin müvafiq axtarış qərarı ilə seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2 kq 109,35 qram təşkil edən 13 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 avqust 2023-cü il tarixdən 25 avqust 2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 06 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 2 kq 109,35 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №1(067)-37/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-37/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver