Məhkəmə qərarları › İş №1(067)-37/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-37/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-37/2025 30.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Babaşov Əhməd Zöhrab oğlunun, təqsirləndirilən şəxsin müdafiəçisi Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, mütəxəssis – Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz Təhsil Sektorunun metodisti X6 iştirakları ilə, xx xxxxx 2008-ci il təvəllüdlü, Xaçmaz rayonu, Ləcət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məktəbli, məhkumluğu olmayan, subay, Xaçmaz rayonu, Ləcət kəndində qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşayan, barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 15 avqust 2025-ci il tarixdə daxil olmuşdur. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 31 may 2024cü il tarixdə, saat 22:00 radələrində Xaçmaz rayonu, Ləcət kəndində həmkəndlisi Şahid1 yaşadığı evin arxa tərəfində keçən məhəlləarası yolda həmkəndlisi Zərərçəkmiş şəxslə görüşüb, həmin gün günorta saatlarında Xaçmaz rayonu, Ləcət kənd tam orta məktəbinin həyətində üzərinə su atması ilə bağlı ona qarşı nalayiq ifadələr işlətməsini aydınlaşdırmaq istəyərkən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun boğazından sıxdığı üçün üzərində olan bıçaqla Zərərçəkmiş şəxs sol qulaq nahiyəsinə, xayasına, sol və sağ bud nahiyələrinə vurmaqla sonuncuya sol qulaq seyvanının arxasında kəsilmiş yarası, sol xayanın zədələnməsi və xayalığın hematoması ilə müşayiət olunan xayalığın sol tərəfinin kəsilmiş yarası, sağ və sol budun deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirməklə zərəçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin, sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında qanunu nümayəndə Babaşov Əhməd Zöhrab oğlunun iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Daşdəmirlə bir məktəbdə təhsil alsalar da, ayrı-ayrı siniflərdə oxumuşlar. Hadisə baş verən zaman onun 16 yaşı vardı və onlar 10-cu sinifdə oxuyurdular. Baş vermiş hadisə barədə onu deyə bilər ki, məktəbdə tənəffüs vaxtı birlikdə “su atdı” oyunu oynayan zaman o, Daşdəmirə bilmədən su atmışdır. Daşdəmir də ona su atma deyərək, söyüş söymüşdür. O, söyüş söydükdən sonra onu yanına çağıraraq birlikdə məktəbdə sanitar qovşağına tərəf getmişlər və orada sonuncudan su atdığına görə üzr istəsə də, buna baxmayaraq ona sillə vurmuşdur. Sonra o, məktəbdən icazə alaraq evə getmişdir. Daha sonra evdən mağazadan aldığı düyməli bıçağı götürərək, Daşdəmirlə söhbət etmək üçün onun evinin yanına getmişdir. Daşdəmir çölə çıxdıqdan sonra onun atası sonuncuya zəng vurmuş, o, da telefonu başqa uşağa verərək onun üstünə gəlmiş və hadisə də həmin vaxt baş vermişdir. Onun öldürmək niyyəti olmamış, sadəcə qorxutmaq istəmişdir. Günah onda olduğuna görə Daşdəmirdən üzr istəmiş, lakin, o, qəbul etməmişdir. Hadisə özündən asılı olmadan baş vermiş, 4 dəfə onu vurmuşdur. O, vuran zaman yanında kiminsə olduğunu xatırlamır. Sonradan səsə-küyə Daşdəmirin atası gəlmişdir. O, törətdiyi cinayət əməlində özünü təqsirli bilir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, X13 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.1 -ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təhsilini Xaçmaz rayonu, Ləcət kənd məktəbində azərbaycan bölməsində almış, qiymətləri orta qiymət olmuşdur. Atası Əhməd Babaşovun iştirakı ilə ifadəsini verərək bildirmişdir ki, o Zərərçəkmiş şəxs tanımış, səbəb isə onunla həmkəndli olmasıdır. Həmçinin Şahid2 tanımış, İlkin onunla dost olmuş, məktəbdə müsbət davranmışdır. Şahid3 da tanımış, Ərəbxan da onun dostu olmuş, məktəbdə və kənddə müsbət davranışları vardır. Zərərçəkmiş şəxs ondan fiziki cəhətdən güclü olmuş, çünki, Zərərçəkmiş şəxs bir neçə ildir ki, idmanla məşğuldur. O, 31 may 2024-cü il tarixdə günorta saatlarında məktəbdə olarkən butulkada olan su ilə dostları ilə oynamış, bu zaman Eldar Asaliyev ona “Daşdəmirə də su at, qoy qaçsın” demişdir. O, da buna görə zarafat məqsədilə Daşdəmirin üzərinə su atanda Zərərçəkmiş şəxs eynəkləri islanmışdır. Bundan sonra o, Daşdəmirə üzrlü saymasını deyib, oradan evə getməyə başlamışdır. O, gedəndə Daşdəmir onun arxasınca “bura gəlməyinin anası belə” demişdir. Bunu eşitdiyi üçün o geriyə qayıdıb, Daşdəmirə nə üçün onu söyməsini soruşduqda, onlar bir-biri ilə biraz itələşmiş, lakin, başqa mübahisə olmamışdır. Bundan sonra o, Daşdəmirə heçnə etməyib çantasını götürüb evə getmişdir. Evə gələrək atasına bu gün məktəbdə Daşdəmirin onu təhqir etməsini demiş, atası ona fikir verməməyi, söyüşün adama yapışmadığını demişdir. Buna görə o atasının dediyi kimi Daşdəmirin söyüşlərinə fikir verməmişdir. Lakin, o, əsəbi olduğundan evə gedəndə günorta Daşdəmirə mesaj yazaraq bu gün 20:30-da “pasatkada”, yəni evlərinin yanındakı meşəlikdə görüşmək istədiyini demişdir. Həmin gün günorta saatlarında İlkin ilə birlikdə idman etməyə getmiş, orada İlkinə Daşdəmirin onu məktəbdə söyməsini bildirmişdir. Həmin gün saat 15 radələrində dostu İlkin ilə telefonda danışıb, yanına getmək istəyəndə İlkin ona telefonda Daşdəmirlə məktəbdə olan söhbəti yadına salaraq, “bu məsələ oğlanlığa yaraşmayan hərəkətdi, o söyüşün qabağında mütləq soxmalısan” demişdir. O da “yaxşı” deyib, sonra İlkinin yanına getmiş, orada Şahid3 da olmuşdur, onlarla birlikdə “playstation” oynamağa getmək istəmişdir. O, evə pul götürmək üçün getdikdə İlkinin dediyi sözlər onu əsəbləşdirmiş, pul götürdükdən sonra evdən gizlin saxladığı mətbəx bıçağını alıb evdən çıxmışdır. O, həmin bıçağı ola biləcək söhbət zamanı Daşdəmiri qorxutmaq üçün götürüb getmişdir. Onlar kənddə yerləşən “Playstation” kluba gedərkən, həmin yolun üstündə Daşdəmirgilin evi olduğundan üzərindəki bıçağı yol üstü həmin evin arxasındakı kolluğa atmış, sonra İlkinin yanına getmiş, lakin, bu barədə İlkinə heçnə deməmişdir. Onlar İlkin və Ərəbxanla birlikdə kəndlərində yerləşən kluba playstation oynamağa getsələr də, ora bağlı olduğu üçün oynamadan geri qayıdanda, İlkin Daşdəmirə zəng etdi ki, “evdəsənsə mən sizə gəlirəm”. İlkin onun yanında Daşdəmirlə danışdığı üçün o, əsəbiləşib onlardan ayrılıb, kənddə yerləşən futbol meydançasına getmişdir. Orada futbol oynamış, oyun qurtarana yaxın İlkin və Ərəbxan yenidən onun yanına gəlmişdirlər. İlkin və Ərəbxan onunla birgə evə getmək istədiklərini demişlər, bayaqki hərəkətinə görə də İlkin ondan üzrxahlıq etmişdir, bundan sonra onlar birlikdə yaşadığı evə tərəf getmişlər. Yolda gedən zaman məktəbdə olan mübahisəni aydınlaşdırmaq üçün İlkin ona nə edəcəyini dəfələrlə soruşmuş, bu da onu qıcıqlandırmışdır. O, da İlkinə arada gəzənlik etməməsini, məsələnin Daşdəmirlə ikisinin arasında olmasını demişdir. İlkin bundan sonra ona “özün bilərsən daha, bu söhbətdən sonra Ləcətdə necə yaşıyacaqsan, heç kim sənə yaxınlaşan deyil, səni p****r kimi tanıyacaqlar” dedi. O isə qarşılığında “məni elə tanıyan özü elədi, məndən əl çəkin bizim söhbətimiz Daşdəmir və mənə aiddi” demişdir. O, İlkin və Ərəbxanın yanından ayrılsa da, İlkin və Ərəbxan arxasınca gəlməyə davam etmişdirlər. Buna görə o qaçaraq evə gedib, telefonu evə qoyub, anasına “pasatkaya” gedirəm, orada idman edəcəm” demişdir. Həmin vaxt Daşdəmir evlərində iş gördüyü üçün onunla “pasatkada” görüşmədiyindən o da artıq evə qayıtmalı olmuşdur. Lakin, Ərəbxan və İlkin Daşdəmirin evinin qabağında oturub, onu gözləmişdirlər. 31 may 2024-cü il tarixdə axşam 22 radələrində o evinin qabağında olan oturacağa əyləşib, Daşdəmiri gözləmişdir. Bu zaman Ərəbxan ona yaxınlaşıb “Daşdəmir deyir ki, “pasatkada” alınmır, gedək mənim yaşadığım evin arxasında söhbət edək” demişdir. Bundan sonra o, Ərəbxana evdən çağırarlar deyə gedə bilməyəcəyini demiş, bunu uzaqdan Daşdəmir eşidib, onu nəzərdə tutub “zadni, zadni” deyib gülmüş, o da əsəbiləşib görüşə razılaşmışdır. Bundan sonra o, İlkin, Ərəbxan və Daşdəmirlə birgə Daşdəmirgilin evinin arxasına getmiş, həmin evin arxasında olan tut ağacının yanına gəlmişdirlər. O, orada Daşdəmirə məktəbdə olan məsələyə görə üzərinə su atdığı üçün üzr istəmiş, lakin, Daşdəmirin söydüyü söyüşləri geri götürməsini xahiş etmişdir. Daşdəmir ona “üzr mənə girmir, sən onsuzda p****r çıxmısan” demişdir. Bundan sonra Daşdəmirin atası zəng edib, Daşdəmiri evə çağırmışdır. Daşdəmir atası ilə danışarkən ona arxasını çevirib oradakı aralığa gedəndə, o, da Daşdəmirin arxasınca getmiş, bundan istifadə edib həmin yerdə olan kolluqdan günorta atdığı bıçağı götürüb əynindəki idman şalvarının sağ cibinə qoymuşdur. İlkin və Ərəbxan bunu görməmişdirlər. Daşdəmir orada olan albalı ağacının yanına çatanda, atası ilə danışandan sonra onlara “atam məni çağırır, mən çıxıb gedirəm” demişdir. İkin bu zaman ona yaxınlaşıb, “vsyo, sən necə yaşıyacaqsan, məsələ həll olmadı” demişdir. O, da buna görə Daşdəmiri yenidən geri çağırıb, əsəbi olduğu üçün Daşdəmirə “p****r sənsən” demişdir. Həmin vaxt onun əlləri həyəcanlı olduğu üçün əsmişdir. Daşdəmir onu təhqir edib, üzərinə gələndə o həyəcanlı halda sağ cibində saxladığı bıçağı çıxarmışdır ki, Daşdəmiri qorxutsun, lakin, Daşdəmir bunu görsə də, İlkin bıçağı görməmiş, Daşdəmir İlkinə çevrilib onun barəsində “onun g*** yoxdur, məni vursun” demişdir. O an İlkinə zəng gəldiyi üçün oradan tut ağacı tərəfə getmiş, Ərəbxan da onunla getmişdir. Bundan sonra Daşdəmir yenidən onun üstünə gəldikdə o, sol əli ilə Daşdəmirin sağ üz tərəfinə yumruq atmış, Daşdəmiri yumruqlamaq istəyəndə, Daşdəmir arxadan boynundan tutub onu iki əli ilə qollarını boğazına sıxıb boğmağa başlamışdır. O da sağ əlində saxladığı bıçaq ilə boğulduğu üçün sol yuxarı tərəfə Daşdəmirin əlindən çıxsın deyə zərbə atmışdır. Sonra buraxmadığını görüb boğulmağının təsirindən Daşdəmirin ayaq nahiyəsinə bıçaqla zərbələr atmışdır. Daşdəmiri vurduqdan sonra Daşdəmirin əllərini boynundan açanda Daşdəmirin ayaqlarından girib, belindən tutararaq yuxarı qaldırıb, yerə yıxmış, əlindəki bıçağı kənara atıb, sonra Daşdəmirin üstünə çıxıb Daşdəmiri yumruqlamaq istəyəndə üzünə qan töküldüyünü his etmiş, bu zaman Daşdəmir ona buraxmasını demişdir. Daşdəmir qışqıraraq “məndən qan gəlir, özümdən gedəcəm” demişdir. O, həyəcanın təsirindən Daşdəmirin yanında divara söykənib əlləri əsə-əsə dayanmışdır. Heç nə edə bilməmiş, çünki ilk dəfə idi ki, belə halla qarşılaşırmış, beyni sanki dayanmışdır. O, Daşdəmirə xəsarət yetirəndən sonra İlkin, Ərəbxan, Saleh yanlarına gəlmişdirlər. O, Daşdəmiri vurandan biraz sonra Daşdəmirin atası Muradəli gəlib onu oradan kənara atanda Daşdəmirin atası geri itələyib kənara atdığı bıçağı da götürərək tez oradan bulaq tərəfə qaçmış və əlindəki bıçağı bulağın yanındakı kolluq əraziyə tullamışdır. Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etdiyi üçün xəsarət yetirmiş, Daşdəmiri buraxdıqdan sonra onu yenə də ürəyindən, ciyərindən, başından, qarnından, bədənindən vurmaq imkanı olsa da , Daşdəmiri yumruqla döymək istəmiş, İlkinin onun Daşdəmiri bıçaqla vuracağından xəbərsiz olmasını və üzərində bıçaq olmasını bilmədiyini bildirmiş. Lakin, İlkin ona söyüşü götürməli olmadığını dediyi üçün, hər dəfə pis olmuş, Daşdəmirlə mübahisə vaxtı da “necə yaşıyacaqsan, məsələ həll olmadı” dediyi üçün o daha da əsəbləşib fikrini qətiləşdirib, Daşdəmiri bıçaqla vurmuşdur. Lakin, o əvvəldən onsuz da Daşdəmiri bıçaqla vurmaq niyyətində olmuşdur. Məhkəmə istintaqında qanuni nümayəndə Şahid1 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən tam orta məktəbdə oxumuşlar. Hadisə barədə onu qeyd edə bilər ki, məhktəbdə tənəffüs zamanı birlikdə “su atdı” oyunu oynamışlar. O, Azərə üstünə su atmaması barədə xəbərdarlıq etmişdir. Lakin, sonuncu, onun üzərinə su atıb köynəyini çox islatmışdır. Bu da onun xoşuna gəlmədiyinə görə onu yanına çağırıb sillə vurmuşdur. Bu hadisədən sonra evə getmiş və atası ilə birlikdə ot yığmağa getmişlər. Daha sonra evə qayıtdıqdan sonra onu Ərəbxan adlı dostu çağırmışdır. Bu vaxt Azər də ona “whatsapp” sosial şəbəkə vasitəsi üzərindən yazaraq, onu meşəlik əraziyə çağırmışdır. O, da cavab olaraq ona atasına demədən evdən çıxa bilmədiyinə görə meşəlik əraziyə getməyəcəyini və ona yaşadığı evin yanına gəlməsini bildirmişdir. Azərlə razılaşdıqdan sonra o, evlərinin yanına gəlmişdir. Sonucuyla biraz danışdıqdan sonra atası zəng vurmuş, o, da ona cavab vermək üçün telefonu açmaq istəyən zaman bu vaxt sonuncu onu qulağından vurmuşdur. Sonra ikinci dəfə belindən vurmuş, sonra isə xayalığına vuran zaman bıçağı əlindən almaq istəyəndə əlini bıçaq kəsmişdir. Daha sonra ayağına istilik gəlmiş, o, da su olduğunu zənn etmiş, lakin, əlinə baxan zaman qan gəldiyini görmüş və həmin vaxt qan gəldiyinə görə Azərdən onu buraxmasını istəmişdir. Bundan sonra səs-küyə atası gəlmiş, lakin, o, haldan düşdüyünə görə özündə olmamışdır. Hadisə barədə əlavə olaraq onu qeyd edir ki, Azərlə aralarındakı mübahisəni sülhlə həll edə bilməmişlər. Çünki, o, istəmədiyi halda üzərinə qəsdən su atmış və üzr istəməmişdir. Üzr istəməsi barədə Azərin dedikləri doğru deyildir. Onunla əvvəllər də aralarında bir neçə dəfə mübahisələri olmuş və dalaşmışlar. Lakin, heç vaxt üzərinə bıçaqla gəlməmişdir. Hadisə baş verən gün Ərəbxan və İlkin Azərlə birlikdə gəlmişlər və Azər onu vuran zaman onlarda yanlarında olmuşlar, lakin, heç bir müdaxilə etməmişlər. Həmin gün məktəbdə baş verən mübahisə və Azərin onu çağırması barədə validenlərinə heç nə deməmişdir. Cinayət işinin materiallarında olan iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, atası Şahid1 iştirakı ilə bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla eyni məktəbdə yəni, Xaçmaz rayonu, Ləcət kənd orta məktəbində oxumuşdur. Onun Təqsirləndirilən şəxsla münasibəti normal olmuş, onlar dost kimi münasibət saxlamış, ədavət və ya düşmənçilikləri olmamışdır. 31 may 2024-cü il tarixdə günorta saatlarında onlar məktəbdə olarkən Azər öz sinif yoldaşları ilə məktəbin həyətində su butulkaları ilə bir-birinin üzərinə su atırdılar. O həmin yerdən keçərkən Azər onun da üzərinə su atmışdır. O Azərin bu hərəkətindən əsəbləşdiyi üçün Azərə çevrilib bir daha üzərinə su atan şəxsi nalayiq ifadələrlə təhqir edib, bir daha belə hal təkrar olmasın deyə biz bir-birilərinə söyüş qoymuşdurlar. Bundan sonra Azər mənə heçnə demədi və məktəbdən çıxıb getmiş, bununla da aralarında olan mübahisə yekunlaşmışdır. Bundan sonra o atası ilə birlikdə bağda işləməyə getmişdir. O saat 20 radələrində yaşadığı evə gələndə telefonuna baxanda Azərin ona mesaj yazaraq, onu həmin gün saat 20:30-da “pasatka” adlı yerdə gözlədiyini, aralarında olan söhbətin orada bitəcəyini yazmışdır. O evdən xəbərsiz həmin yerə getmiş, lakin orada heç kim olmamışdır. Sonra o evə getdikdə, İlkin ona zəng etmişdir ki, “evdən çıx, Azər səni gözləyir”. O bundan sonra Azərgilin yaşadığı evin qabağına getmişdir. Oraya çatanda İlkin, Ərəbxan, Azər olmuşdur. Azər ona yenidən orada “söhbətimiz yarımçıq qalıb, gedək “pasatka” da həll edək” demişdir. O atasının çağıracağını deyib, öz yaşadığı evin arxasına getməyi Azərə təklif etmişdir. Bundan sonra onlar 31 may 2024-cü il tarixdə saat 22 radələrində onun yaşadığı evin arxasındakı yerə getmişdir. O orada İlkinə zəng etdiyi üçün İlkinə “ məni niyə çağırmısan?” deyəndə Azər “ İlkinə mən demişəm səni çağırsın”, bundan sonra Azər məktəbdə aralarında olan söhbəti yenidən açaraq, məsələni həll etməyin lazım olduğunu bildirdi. O bildirmişdir ki, məsələ həll olub. “Azər sən özün söyüş qoymuşdun, özün də həmin söyüşü götürdün” demişdir. Həmin söhbət zamanı ətrafdan adamlar keçdiyi üçün onlar orada tut ağacının yanından 20 metr məsafədə olan divarın yanındakı albalı ağacının yanına gəlmişdirlər. Bu zaman Azər ilə yenidən söz mübahisəsi etmiş, ona bu zaman atası zəng etmiş, atası ilə telefonda danışmaq üçün arxasını Azər tərəfə çevirib, atasına tez gələcəyini demişdir. Bu zaman o sol qulağından zərbə ilə nəyinsə dəydiyini his etmiş, tarazlığını itirib, orada olan daş hasara söykənmiş, ayağa qalxmaq istəyəndə Azər onun sağ qolunun altından girəndə o Azərin sol əlini və başını qolu ilə sıxıb saxlamış, Azərin sağ əli isə boş qalmışdır. O Azərin belinə yumruqla zərbələr endirəndə, Azər də ayaq nahiyələrindən zərbə endirirdi. Onlar əlbəyaxa olduqdan təxminən 30 saniyə sonra ayaqlarının və üzünün isindiyini his etmişdir. Əlini dizinə vuranda əlində qan olduğunu görmüşdür. Buna görə də Azərə qışqırıb “ burax, məndən qan gəlir” demişdir. Lakin Azər onun üstünə çıxaraq, boğazından tutub onu boğurmuş. Sonra atası gəlib Azəri onun üstündən kənara atmışdır. Atası onu götürərək xəstəxanaya çatdırmışdır. Azərin əlində hava qaranlıq olduğu üçün bıçağı görməsə də, sonradan ona aydın olmuşdur ki, Azər onu bıçaqla vurmuşdur. Hadisə zamanı yalnız Azər onu vurmuş, xəsarət alanda Azərlə dalaşdığı üçün yanında dəqiq kimlərin olmasını bilməmişdir. Məhkəmə istintaqında qanuni nümayəndə X7 iştirakı ilə dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində göstərmişdir ki, sözügedən hadisə baş verən gün o, İlkinlə meşə ərazisində qoyun otarırmış və həmin vaxt Azər onlara “plastasion” oyunu oynamaq üçün kafeyə getməyi təklif etmiş, onlar da onunla birlikdə kafeyə getmişlər. Lakin, kafe bağlı olmuşdur. Bundan sonra Azər stadionda futbol oynamış və onun paltarları çirkləndiyinə görə paltarlarını dəyişmək üçün birlikdə evə getmişlər. Həmin vaxt Azər telefonunu alıb Daşdəmirlə görüşmək istədiyi üçün ona zəng vurmuşdur. Daha sonra Azər Daşdəmirlə onların məhlələrində görüşmüşlər. O, isə telefonuna sinifyoldaşından zəng gəldiyi üçün danışmaq məqsədilə onların yanından uzaqlaşmış, təxminən 10 metr aralıda durmuşlar. Onlar ikisi söhbət etmişlər. Sonradan onlara yaxınlaşanda isə Daşdəmirin qan içində olduğunu və Azərin də əlində bıçaq olduğunu görmüşdür. Məktəbdə olan mübahisə bağlı isə onu qeyd edir ki, həmin gün məktəbə getməmişdir. Buna görə də məktəbdə Azərlə Daşdəmirin arasında olan mübahisədən məlumatı olmamışdır. O, Ərəbxanla Daşdəmirin evinə məktəbdə baş vermiş hadisə barədə məlumat almaq üçün getmişdir. Sonradan Azər də paltarını dəyişib onların yanına gəlmişdir. Cinayət işinin materiallarında olan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, özü Xaçmaz rayonu Ləcət kəndində yerləşən tam orta məktəbdə təhsil almışdır. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Ərəbxan Əlıstanovu tanımış, tanımaq səbəbi isə onların eyni kənddə yaşaması olmuşdur. Münasibəti Azər və Daşdəmir ilə yaxşı olmuş, Daşdəmir ilə daha yaxından dostluq etmişdir. O, 31 may 2024-cü il tarixdə evdə işləri olduğu üçün məktəbə getməmişdir. 31 may 2024-cü il tarixdə axşam saatlarında Azər yaşadığı evə gəlib, onu playstation oynamağa dəvət etmişdir. Həmin vaxt dostu Ərəbxan da yaxınlıqda olduğu üçün Azər onu da oyun oynamağa dəvət etmişdir. O, və Ərəbxan əvvəllər də birlikdə oynadıqları üçün problem olmadığını, gedə biləcəklərını demişdir. O, həyətdə otardığı qoyunları tövləyə salıb, birbaşa Azər ilə birlikdə Xaçmaz rayonu, Ləcət kəndində yerləşən “Playstation” kluba oyun oynamağa getmişlər. Onlar yolda olarkən həmin gun Daşdəmir ona zəng edərək, onlara getməyini istəmişdir. X15 gedəcəyini bildirəndə Azər ona “mən onunla danışmıram, mən özüm gedirəm, siz sonra gələrsız” demişdir. O, Daşdəmirgilə gedəndə Ərəbxan da onunla birlikdə gəlmişdir. O, Daşdəmirgilin evinə çatanda Daşdəmir çölə çıxıb onunla söhbət etməyə başlamışdır. Söhbət əsnasında Daşdəmir ona “məktəbdə söhbət olub, Azərə söyüş qoymuşdum ki, üzərimə su atma, Azərdə buna rəğmən yenə üstümə su atmışdır, xəbərin olsun ki, o, söyüşü götürüb” demişdir. Sonra yanında Azərin ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Daşdəmir evə getmiş, o, və Ərəbxan isə playstation oyanamaq üçün kəndin mərkəzinə getmişdirlər. Lakin, onlar oyun klubuna çatanda klub bağlı olmuşdur. Həmin yerin yaxınlığında olan stadionda futbol oyunu getdiyini gördükləri üçün onlar stadiona getmişlər. Azər də orada futbol oynayırmış. Oyun bitəndən sonra Azər yanına gəlib, öz yaşadıqları evə getmək istədiyini demişdir, çünki üstü batmışdı və əynini dəyişəcəkmiş. O, və Ərəbxan da buna görə Azərgilə getmişlər. Evə gedərkən Azər yolda ondan telefonunu xahiş etmişdir ki, versin. Telefonda kiminlə danışmasından məlumatı olmamışdır. Azərgilin evinə çatanda, Azər evlərinə keçmiş, dərhal sonra Daşdəmir gəlmişdir. Daşdəmir İlkinin onu nə üçün çağırmağını soruşmuş, o, da xəbərinin olmadığını demişdir. Daşdəmir kimin çağırdığını yenidən sual edib, onun telefonundan Azərin onu zəng edib çağırmasını demişdir. Bu zaman Azər ora gəlmiş, o da orada “həmin mübahisəni unudun, məhlə uşaqlarısız, bu hərəkətin yeri yoxdur, mübahisəni uzatmayın” demişdir. Azər Daşdəmirin söyüşü geri götürmədiyi halda məsələnin həll olunmayacağını dedi. Azər Daşdəmirə dedi ki, “gəl gedək ’’pasatkaya” məsələni həll edək”. Daşdəmir isə atasının icazə vermədiyini, həmin yerin uzaq olmasını dedi. Daşdəmir öz yaşadığı evin arxasına Azəri çağırdı ki, söhbəti orada davam etdirsin. Azər Daşdəmirə dedi ki, “nədən qorxursan, ora uzaq deyil”. Daşdəmir isə atasının onu çağırmasını deyib, 5 dəqiqə vaxtı olmasını qeyd etdi. Azər bununla razılaşıb, Daşdəmirlə birgə Daşdəmirin yaşadığı evin arxasında olan tut ağacının yanına getdilər. O, və Ərəbxan da həmin vaxt yəni, 31 may 2024-cü il tarixdə axşam 22 radələrində Azər və Daşdəmirin arxasınca getmişdirlər. Azər orada Daşdəmirə dedi ki, “səndən üzr istəyirəm, söyüşünü geri götür”. Daşdəmir isə “ Azər, üzrünü qəbul etsəm də, sən artıq söyüşü götürmüsən” dedi. Daşdəmir məktəbdə Azərin etdiyi hərəkətə görə söyüşü götürdüyünü dedi. Bu zaman Daşdəmirin atası ona zəng etdi, Daşdəmir isə atası ilə danışa danışa evləri tərəfdə olan daş hasarın yanındakı albalı ağacı tərəfə gedirdi, onlar da Daşdəmirlə onun arxasınca getmişdirlər. Azər Daşdəmirə “niyə zadni atırsan, bu söhbət burada bitməyib” dedi. Daşdəmir isə divarın yanında Azərə “burada qurtaraq söhbəti, bura gəl” dedi. Azər və Daşdəmir həmin vaxt söhbət edəndə ona zəng gəldi, telefonda danışanda Azər və Daşdəmirin söyüşlü danışdığını eşitdiyi üçün oradan 20 metr uzaqlaşmışdır. Onların getdiyini görən Ərəbxan da dalınca gəlmişdir. Saleh də eyni qaydada yanlarına gəlmiş, onlar orada olan tut ağacının yanında tut yeməyə başlamışdırlar. O, telefonu söndürən kimi Daşdəmir Azəri nəzərdə tutub qışqırdı ki, “burax peysər, məndən qan gəlir”. Onlar bu səsləri eşidən kimi dərhal Azər və Daşdəmirin yanına qaçdılar. Orada Daşdəmir yerdə oturmuş vəziyyətdə olmasını, Azər onun ayaqlarının üstündə oturub, belindən iki əllə yapışmış və sıxmışdır. Daşdəmir də buraxsın deyə Azəri yumruqla kürəyinə vururdu. Həmin vaxt Daşdəmirin sol qulaq hissəsi qan içində idi. O və yanındakı uşaqlar qanı görən kimi həyəcanlanıb, donub qalmışlar. Nə edəcəklərini bilməmişlər. Artıq əyilib Daşdəmirə kömək etmək istəyəndə Daşdəmirin atası gəlib, Azəri Daşdəmirin üstündən alıb kənara atmışdır. Bu zaman yerdə Daşdəmirin ayaqlarının arasında bir ədəd bıçaq görmüş, hava həmin vaxt qaranlıq olduğundan və həyəcanlı olduğundan bıçağın forması və necə olmasını bilməmişdir. Bundan sonra Daşdəmirin atası Muradəli oğlunu tez evə aparmış, o, Ərəbxan və Saleh köməkləşib Daşdəmiri evlərinə aparıb oradan xəstəxanaya yola salmışdırlar. X16 vursun deyə məsləhət verməmiş və ya məcbur etməmişdir. Məhkəmə istintaqında qanuni nümayəndə X1 iştirakı ilə dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində göstərmişdir ki, sözügedən hadisə baş verən gün o, İlkinlə meşə ərazisində qoyun otarırmış və həmin vaxt Azər onlara “plastasion” oyunu oynamaq üçün kafeyə getməyi təklif etmiş, onlar da təxmini saat 18:00-19:00 radələrində onunla birlikdə kafeyə getmişlər. Lakin, kafe bağlı olmuşdur. Bundan sonra Azər stadionda futbol oynamış və onun paltarları çirkləndiyinə görə paltarlarını dəyişmək üçün birlikdə evə getmişlər. Daha sonra o, İlkinlə Daşdəmiri çağırmaq üçün onun evlərinə getmiş, lakin, nənəsi Daşdəmirin evdə olmadığını bildirdikdən sonra qayıtmışlar. Sözügedən hadisə təxmini saat 22:00-23:00 radələrində baş vermişdir. Onları Azər çağırmış, sonradan isə Saleh də gəlmişdir. Azər isə Daşdəmirlə evlərinin yanındakı hasarın qarşısında söhbət etmişlər. Hadisə vaxtı onlardan uzaqda olmuşlar və hadisə baş verməzdən əvvəl Azərin əlində bıçaq görməmişdir. Onlar aralıda olduqları zaman Daşdəmirin “burax, qan gəlir” deyə qışqıran səsi gəlmişdir. Bundan sonra onların yanına getmişlər. O, Daşdəmirin qanını gördükdən sonra sonuncunun atasını çağırmaq istəmiş, lakin, atası səs-küyü eşidərək özü gəlmişdir. Məktəbdə olan mübahisə bağlı isə onu qeyd edir ki, həmin gün məktəbə getməmişdir. Buna görə də məktəbdə Azərlə Daşdəmirin arasında olan mübahisədən məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan iş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələrindən müəyyən edilir ki, onlar eyni məzmunlu ifadələr verərək, digər Şahid2 göstərdiyi halları təsdiq etmiş, onların heç birinin mübahisədə iştirak etməmələrini, bıçaqlanma hadisəsini görmədiklərini bildirmişdirlər. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində göstərmişdir ki, həmin gün onlar evdə olmamışlar. Ərəbxanla İlkin evə gələrək, Daşdəmiri çağırmışlar. Onları evdə olan anası qarşılamış və onlara Daşdəmirin onunla (atası ilə) getdiyini bildirmişdir. Sonra onlar evə qayıtdıqdan sonra yenə uşaqlar Daşdəmiri çağırmış, o, da dostları ilə getmişdir. Daha sonra o, Daşdəmirin “Qandır burax” -deyə qışqıran səsini eşitmiş və dərhal çölə çıxmışdır. Bu zaman Azərin uşağı vurduğunu, sonra da onu boynundan tutub boğduğunu görmüşdür. Azərin əlindən uşağı götürüb xəstəxanaya çatdırmışdır. Əgər bu hadisə evinin yanında olmasaydı o, oğlunun səsinə çata bilməzdi. O, hesab edir ki, təqsirləndirilən şəxsin cəzası nə olacaqsa öz cəzasını çəkməlidir. Övladını evinin qarşısında 4 dəfə bıçaq zərbəsi ilə vurub, şikəst etmişdir. İdmançı uşaqdır, bütün illər boyu etdiyi nəaliyyətləri heç olmuşdur. Onlar barışıq üçün gəlməmişlər. Lakin, ona 1000 manat pul təklif etmişlər. Cinayət işinin materiallarında olan iş üzrə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. Təqsirləndirilən şəxs da tanımışdır. 31 may 2024-cü il tarixdə yaşadığı evin yaxınlığında yerləşən bağda işləyib, axşam saatlarında evə qayıtmışdırlar. Bu zaman oğlu da yanında olmuşdur. Həmin gün axşam saatlarında oğluna “bu gün işləmisən, get yuyun, heç yerə getmə” demişdir. Daşdəmir təxminən saat 22 radələrində yenidən ondan 5 dəqiqə icazə aldı ki, çölə çıxacaq. Zərərçəkmiş şəxs getdikdən 15-20 dəqiqə sonra evə qayıtmadığı üçün o, Daşdəmirə zəng etmiş, Zərərçəkmiş şəxs isə ona “beş dəqiqəyə gəlsəm olar?” deyəndə, o bununla razılaşmamışdır. Daşdəmir də onunla razılaşmışdır. Bundan sonra kimsə “qan gəlir, burax, məni boğma” deyə qışqırdığını eşitmişdir. Buna görə həmin şəxsə kömək etmək üçün dərhal çölə qaçmış, həmin səs gələn yerə çatanda qonşusu Azər oğlu Daşdəmiri boğur, bu zaman dərhal ora müdaxilə edib, Azəri oğlunun üstündən götürüb atmışdır. Daşdəmirdən qan gəldiyi gördüyü üçün bunu kimin etdiyini soruşanda , Azər özünün etdiyini demişdir. O oğlundan qan axdığını gördüyü üçün dərhal onu qucağına götürüb, xəstəxanaya çatdırmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: «Baxış keçirilməsi haqqında» Xaçmaz rayon X18 Bölməsinin müstəntiqi, polis baş leytenantı X8 01 iyun 2024-cü il tarixli protokolundan müəyyən edilir ki, şalvarın ön tərəfində 03 ədəd deşilmiş-kəsilmiş zədə (dəlik) yeri olmuşdur. Həmin zədənin ətrafında olmaqla səthində qeyri-müəyyən formalı qan ləkələrinə oxşar ləkələr vardır ki, şalvarın rəngi qara olduğundan qan kələri çox seçilməmişdir. Bundan başqa geyimin arxa hissəsinə baxdıqda, bir ədəd deşilmiş- kəsilmiş zədə (dəlik) yeri olmuşdur. Başqa mexaniki zədə yeri olmamışdır. Həmin şalvar sübut əhəmiyyətinə malik olduğu üçün tərəfindən götürülmüşdür. «Hadisə yerinə baxış keçirilməsi haqqında» Xaçmaz rayon X18 Bölməsinin müstəntiqi, polis baş leytenantı X8 01 iyun 2024-cü il tarixli protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yer Xaçmaz rayonu, Ləcət kəndində yerləşən Şahid1 Daşdəmir oğlunun yaşadığı evin arxa hissəsindən keçən yolun yanındakı mişar daşından çəkilən hasarın kənarındadır. Həmin hadisə yeri Xaçmaz rayon, Ləcət kəndinin mərkəz küçəsində yerləşir, Təqsirləndirilən şəxs atası Əhməd Babaşovun iştirakı ilə ilkin olaraq 31 may 2024-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxsla aralarında yaranan mübahisənin davamı olaraq baş verən münaqişə zamanı Zərərçəkmiş şəxs əvvəlcədən ora gətirib saxladığı bıçaqa bir neçə dəfə vuraraq, sonuncuya xəsarət yetirmədən əvvəl mübahisə etdikləri yeri təqdim etmişdir. Həmin yer daşlıq yol olmaqla, quru və nahamardır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla göstərdiyi yerdə sözlü mübahisə etmiş, Zərərçəkmiş şəxs zəng gəldiyindən sonuncu oradan özlərinə məxsus hasara tərəf getmiş, Təqsirləndirilən şəxs da onun arxasınca getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid1 Daşdəmir oğlunun yaşadığı evin arxa hissəsindən keçən yolun yanındakı mişar daşından çəkilən hasarın kənarını göstərərək Zərərçəkmiş şəxs orada bıçaqla bir dəfə sol qulağına, bir neçə dəfə ayaq nahiyələrinə vurmasını bildirmişdir. Sonra həmin bıçağı da götürərək, hadisə yerindən 60 metr uzaqlıqda olan bulağın yanına qaçmasını, bıçağı həmin ərazidə yerləşən kolluğa atmasını demişdir. Təqsirləndirilən şəxs göstərdiyi istiqamət üzrə əraziyə baxış keçirilsə də, hər hansı sübut əhəmiyyətinə malik əşya və ya predmet aşkar edilərək götürülməmişdir. Baxış zamanı müstəntiq tərəfindən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya” X27 24 iyun 2024-cü il tarixli, 386 nömrəli ekspert rəyindən (canlı şəxsin ekspertizası) müəyyən edilmişdir ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol qulaq seyvanının arxasında kəsilmiş yara kəsici əşyanın, sol xayanın zədələnməsi və xayalığın hematoması ilə müşayiət olunan xayalığın sol tərəfinin deşilmiş kəsilmiş yarası, sağ və sol budun deşilmişkəsilmiş yaraları deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 31 may 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. «Cinayət işi başlamaq və işi icraata qəbul etmək haqqında» Xaçmaz rayon X18 Bölməsinin müstəntiqi, polis baş leytenantı X8 27 iyun 2024-cü il tarixli qərarından müəyyən edilir ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai araşdırma aparılmasından ötrü icraatına qəbul edilmişdir. «Zərərçəkmiş şəxs qismində tanınma haqqında» Xaçmaz rayon X18 Bölməsinin müstəntiqi, polis baş leytenantı X8 27 iyun 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Xaçmaz rayonu, Ləcət kəndində yaşayan xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. «Yetkinlik yaşına çatmayan zərərçəkmişin valideyninin qanuni nümayəndə qismində prosesə buraxılması haqqında» Xaçmaz rayon X18 Bölməsinin müstəntiqi, polis baş leytenantı X8 27 iyun 2024-cü il tarixli qərarından müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. «Yetkinlik yaşına çatmayan zərərçəkmişin valideyninin qanuni nümayəndə qismində prosesə buraxılması haqqında» Xaçmaz rayon X18 Bölməsinin müstəntiqi, polis baş leytenantı X8 28 iyun 2024-cü il tarixli qərarından müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Babaşov Əhməd Zöhrab oğlu Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. «Yetkinlik yaşına çatmayan zərərçəkmişin valideyninin qanuni nümayəndə qismində prosesə buraxılması haqqında» Xaçmaz rayon X18 Bölməsinin müstəntiqi, polis baş leytenantı X8 01 iyul 2024-cü il tarixli qərarından müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə X2 Şahid2 qanuni nümayəndəsi qismində tanınmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X29 “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X27 Xaçmaz rayon X18 Bölməsinin müstəntiqi, polis baş leytenantı X9 ünvanladığı 08 iyul 2024-cü il tarixli, 18-1-43/2-1651/2024 nömrəli məktubundan müəyyən edilir ki, Xaçmaz rayon sakini xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Xaçmaz RMX” PHŞ-də həkim-psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. «Yetkinlik yaşına çatmayan zərərçəkmişin valideyninin qanuni nümayəndə qismində prosesə buraxılması haqqında» Xaçmaz rayon X18 Bölməsinin müstəntiqi, polis baş leytenantı X8 18 iyul 2024-cü il tarixli qərarından müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə X12 Şahid4 qanuni nümayəndəsi qismində tanınmışdır. «Yetkinlik yaşına çatmayan zərərçəkmişin valideyninin qanuni nümayəndə qismində prosesə buraxılması haqqında» Xaçmaz rayon X18 Bölməsinin müstəntiqi, polis baş leytenantı X8 20 iyul 2024-cü il tarixli qərarından müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə X10 şahid X3 qanuni nümayəndəsi qismində tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya” X27 24 iyul 2024-cü il tarixli, 420/2024-MTŞB nömrəli ekspert rəyindən (maddi sübutların ekspertizası) müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş Şahid1 məxsus bir ədəd şalvarın üzərində insan qanı ləkələri aşkar olundu. Bu (ələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalmz “H” antigeni alındı “H” antigeni 0(1) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə 0 (1) qruplunun, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya” X27 26 iyul 2024-cü il tarixli, 301/2024-MTKŞ nömrəli ekspert rəyindən (maddi sübutların ekspertizası) müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın sağ ayağının ön səthində 01 (bir) ədəd, sol ayağının ön səthində 02(iki) ədəd və sağ ayağının arxa səthində 01 (bir) ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Həmçinin zərərçəkmiş şəxs »himov Daşdəmir Muradəliyeviçə məxsus şalvarın sağ ayağının ön səthində, sol ayağının ön thində və sağ ayağının arxa səthində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin, İ xaya üzərində olan yara, sağ və sol bud üzəridnə olan kəsilmiş-deşilmiş yaralar ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. «Maddi sübutun tanınması haqqında» Xaçmaz rayon Polis Şöbəsinin müstəntiqi, polis baş leytenantı X8 01 avqust 2024-cü il tarixli qərarından müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs hadisə zamanı məktəb yoldaşı Zərərçəkmiş şəxs bıçaqla vuran zaman Zərərçəkmiş şəxs əynində olan üzərində xəsarətin izlərini daşıyan 01 ədəd şalvar cinayət işi üzrə maddi sübut kimi tanınmış və 01 ədəd şalvar 01 ədəd bağlamada saxlanmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. «Yetkinlik yaşına çatmayan zərərçəkmişin valideyninin qanuni nümayəndə qismində prosesə buraxılması haqqında» Xaçmaz rayon X18 Bölməsinin müstəntiqi, polis baş leytenantı X8 01 avqust 2024-cü il tarixli qərarından müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə X14 Şahid3 qanuni nümayəndəsi qismində tanınmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» Xaçmaz rayon X18 Bölməsinin müstəntiqi, polis baş leytenantı X8 05 avqust 2024-cü tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. «Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında» Xaçmaz rayon X18 Bölməsinin müstəntiqi, polis baş leytenantı X8 05 avqust 2024-cü tarixli qərarından müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 05 avqust 2024-cü tarixdə nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2025-ci il tarixli, 11/228 nömrəli rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ətrafında baş verənləri və etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Babaşov Əhməd Zöhrab oğlu 30 sentyabr 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs barəsində cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hüquqi mövqeyi və gəldiyi nəticə: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 4 №-li qərarına əsasən yetkinlik yaşına çatmamış şəxslər barəsində ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belə şəxs haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanunazidd əməlin xarakterinə uyğunluq təşkil etməlidir. Bu kateqoriyalı işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsinə, onların barəsində ədalətli cəzaların təyin edilməsinə, onlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına, bu cinayətləri doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 428.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxslər barəsində məhkəməyədək icraatın, həmçinin birinci, apellyasiya və kassasiya instansiyaları icraatının aparılma qaydası bu Məcəllədə nəzərdə tutulmuş ümumi qaydalarla, habelə bu Məcəllənin 428—435-ci maddələri ilə müəyyən edilir. Həmin Məcəllənin 429-cu maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı müəyyən edilməli olan hallar - - 429.0. Törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı aşağıdakı hallar müəyyən edilməlidir: - 429.0.1. yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün); - 429.0.2. yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti; - 429.0.3. yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi; - 429.0.4. yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif olunmuşdur. Lakin, cinayət işinin materiallarından müəyyən olunmuşdur ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs öz hərəkətinin (hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və yaxud da onları idarəetmək qabliyyətini məhdudlaşdıran psixipozuntu ilə əlaqədar olmayan psixi inkişafdan geri qalıb-qalmaması müəyyən edilməmişdir. Odur ki, məhkəmə iş materiallarını araşdıraraq, həmin cinayət işi üzrə bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi baxımından Təqsirləndirilən şəxs öz hərəkətinin (hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və yaxud da onları idarəetmək qabliyyətini məhdudlaşdıran psixipozuntu ilə əlaqədar olmayan psixi inkişafdan geri qalıb-qalmamasını müəyyən etmək məqsədilə 25 may 2024-cü il tarixdə məhkəmə-psixoloji ekspertizası təyin etmişdir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarın 7-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə olunsun ki, yetkinlik yaşına çatmayan şəxs onun cinayət məsuliyyətinə cəlb olunmasına imkan verən yaşa çatdıqda, lakin öz hərəkətinin (hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və yaxud da onları idarəetmək qabliyyətini məhdudlaşdıran psixipozuntu ilə əlaqədar olmayan psixi inkişafdan geri qaldıqda, o, cinayət məsuliyyətinə cəlb edilməyə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2025-ci il tarixli, 11/228 nömrəli rəyindən görülür ki, Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ətrafında baş verənləri və etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma həmin Məcəllənin 127.1ci maddəsinin tərkibini yaradır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə, saat 22:00 radələrində Xaçmaz rayonu, Ləcət kəndində həmkəndlisi Şahid1 yaşadığı evin arxa tərəfində keçən məhəlləarası yolda həmkəndlisi Zərərçəkmiş şəxslə görüşüb, həmin gün günorta saatlarında Xaçmaz rayonu, Ləcət kənd tam orta məktəbinin həyətində üzərinə su atması ilə bağlı ona qarşı nalayiq ifadələr işlətməsini aydınlaşdırmaq istəyərkən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun boğazından sıxdığı üçün üzərində olan bıçaqla Zərərçəkmiş şəxs sol qulaq nahiyəsinə, xayasına, sol və sağ bud nahiyələrinə vurmaqla sonuncuya sol qulaq seyvanının arxasında kəsilmiş yarası, sol xayanın zədələnməsi və xayalığın hematoması ilə müşayiət olunan xayalığın sol tərəfinin kəsilmiş yarası, sağ və sol budun deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirməklə zərəçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin, sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurması tamamilə sübuta yetirilmişdir. Lakin, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, cinayət hadisəsi 31 may 2024-cü il tarixdə törədilsə də cinayət işi üzrə məhkəməyədək İbtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulduğuna görə və bu halların məhkəmə istintaqı zamanı aradan qaldırılması üçün müvafiq prosessual hərəkətlər aparılması zərurəti yarandığına görə uzun müddət yekun qərar qəbul etmək mümkün olmamışdır. Nəticədə Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törətdiyi gündən 01 ildən artıq müddət keçmişdir. Dövlət ittihamçısı2 ittiham nitqi ilə çıxışında Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan cinayət əməlinin 2024-cü ilin iyun ayında törədildiyini, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayət əməli olduğunu, həmin cinayətin törədilməsindən 1 ildən artıq müddət keçdiyi və beləliklə də şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların müəyyən edildiyi nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 91-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində irəli sürülmüş hazırki ittiham üzrə bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsini təklif etmişdir. Müdafiə tərəfi məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs barəsində cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: - 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi və hazırda təqsirləndirildiyi qeyd olunan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olduğundan, onun törətdiyi cinayət əməlinin müddətinə CM-nin 91-ci maddəsinin tələbinə əsasən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1, 39.1.3, 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Belə olan halda, məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməsi ilə əlaqədar xitam verilməsinə razılığını və dövlət ittihamçısının mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi və təqsirləndirildiyi qeyd olunan cinayəti əməli böyük ictimai təhlükə törətməyən cinayətlərə aid olmaqla hazırda cinayətin törədildiyi gündən 01 ildən artıq müddət keçdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 91-ci maddələrinə əsasən o, müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin müddəalarına müvafiq olaraq cinayət təqibini istisna edən halların (cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi) mövcudluğu ilə bağlı onun barəsində başlanılmış cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut - Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs hadisə zamanı məktəb yoldaşı Zərərçəkmiş şəxs bıçaqla vuran zaman Zərərçəkmiş şəxs əynində olan üzərində xəsarətin izlərini daşıyan 01 ədəd şalvar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39, 321.2.1, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 91ci maddələrinə əsasən müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin Məcəlləsinin 39-cu maddəsinin müddəalarına əsasən cinayət təqibini istisna edən halların mövcudluğu ilə bağlı onun barəsində başlanılmış cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut - Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs hadisə zamanı məktəb yoldaşı Zərərçəkmiş şəxs bıçaqla vuran zaman Zərərçəkmiş şəxs əynində olan üzərində xəsarətin izlərini daşıyan 01 ədəd şalvar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Xaçmaz rayon X18 Bölməsinin müstəntiqi, polis baş leytenantı X8 barəsində xüsusi qərar qəbul edilsin. Qərardan qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar