Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-38/2022 07.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1986-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və tərkibində sintetik narkotik vasitə olan metadon həblərini idarə etdiyi “Vaz-2106” markalı, ** KN *** qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 25 oktyabr 2021-ci il tarixdə o, Xaçmaz rayonunun Əbilyataq kənd yolunda olarkən Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilərək onun idarə etdiyi “Vaz-2106” markalı, ** KN *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin ön sol oturacağının sağ yan tərəfində saxladığı bir ədəd sellofan torbada 75 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmin sellofan torbanın içərisində olan ağ-göy rəngli sellofan torbada isə 01 ədəd konvalyut kəsiyində olmaqla tərkibində 0,06 qram çəkidə sintetik narkotik vasitə olan 01 ədəd bütöv və 01 ədəd 1/2 metadon həbləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, iki ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurmaq yolu ilə istifadə edir. 2021-ci ilin oktyabr ayının ortalarında Xaçmaz şəhəri, Yeni yaşayış massivində olan küçə ilə gedərkən yerdən bir ədəd ağ rəngli sellofan torba tapmış, torbanı açıb baxdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana və başqa bir ədəd ağ-göy rəngli sellofan torba olduğunu, həmin sellofan torbanı açdıqda isə içərisində bir ədəd konvalyut kəsiyində bir ədəd bütöv və bir ədəd yarım qəhvəyi rəngli, dairəvi formalı həblər olduğunu görmüşdür. Narkotik vasitədən istifadə etdiyi üçün sellofan torbada tapdığı qurudulmuş marixuananı və həbləri atmamış və yaşadığı evin həyətinə gətirib ailə üzvlərinin görməməsi üçün idarə etdiyi “Vaz-2106” markalı ** KN *** qeydiyyat nişanlı avtomobilin salonunda gizlədərək saxlamışdır. Sonrakı günlərdə tapdığı qurudulmuş marixuanadan papirosa doldurmaq yolu ilə özü çəkmiş, qalan hissəsini isə sellofan torbada idarə etdiyi avtomobilin ön sol oturacağının yan tərəfinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. 25 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində avtomobilini idarə edib şəxsi işi ilə bağlı Xaçmaz rayonu, Qarəcəlli kəndinə getmiş, saat 18 radələrində Qaracəlli kəndindən Xaçmaz şəhərinə gələrkən Xaçmaz rayonunun Əbilyataq kənd yolunun kənarında avtomobilini saxlamış və avtomobilində sellofan torbada saxladığı qurudulmuş marixuanadan bir qədər götürüb papirosa dolduraraq çəkmiş, sonra isə avtomobilinin salonunda yatmışdır. Bir saata yaxın vaxt keçdikdən sonra polis əməkdaşları onun avtomobilinə yaxınlaşmış və avtomobilin içərisinə baxdıqda salonda sellofan torbanının içərisdində bitki kütləsi olduğunu görmüşlər. Polis əməkdaşları ondan sellofan torbadakı kütlənin nə olduğunu soruşduqda o, torbadakı kütlənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşlarından biri onun avtomobilinə əyləşdikdən sonra o, avtomobilini idarə edib Polis Şöbəsinə gəlmişdir. Şöbənin inzibati binasının həyətində ona hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları ona video çəkilişlə avtomobilinə baxış keçiriləcəyini bildirərək avtomobilində gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər. Polis əmkdaşlarının təklifindən sonra o, avtomobilinin ön sol oturacağının yan tərəfində saxladığı sellofan torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları sellofan torbanı onun iştirakı ilə açıb içərisində olan qurudulmuş marixuananı, daha sonra isə sellofan torbanın içərisində olan ağ-göy rəngli sellofan torbanı açıb içərisindəki 01 ədəd konvalyut kəsiyində olan 01 ədəd tam və 01 ədəd yarım metadon həblərini görmüşlər. Bundan sonra da polis əməkdaşları onun avtomobilinə baxış keçirmişlər və avtomobilinin ön oturacaqları arasında olan yerdə saxladığı 01 ədəd üzərində «KLİNT» yazılan plastik qabın içərisindəki 13 ədəd paketdə olan həblər, avtomobilinin salonunda ön sağ tərəfdə olan saxlanc yerində isə bir ədəd sellofan bükümdə limon duzu aşkar edilmişdir. O, polis əməkdaşlarına üzərində «KLİNT» yazılan plastik qabın içərisindəki həblərin siqaretin tərgidilməsində istifadə olunduğunu, sellofan bükümdə olan kütlənin isə limon duzu olduğunu bildirmişdir. Polis əməkdaşları ondan qurudulmuş marixuananı və metadon həblərini haradan aldığını soruşduqda o, hər şeyi könüllü olaraq etiraf edib bildirmişdir ki, həmin narkotik vasitələr onundur, tapmışdır, avtomobilində saxlamışdır ki, sonradan özü istifadə etsin. Bundan sonra polis əməkdaşları onun avtomobilində saxladığı üzərində «KLİNT» yazılan plastik qabdakı həbləri və sellofan bükümdə olan limon duzunu bir ədəd zərfdə, qurudulmuş marixuananı və metadon həblərini isə sellofan torbada qablaşdırmışlar, o, da qurudulmuş marixuananın və metadon həblərinin qablaşdırıldığı torbanın üzərinə yapışdırılmış kağıza və zərfə imza etmişdir. Daha sonra onun və digər iştirakçıların iştirakı ilə protokol tərtib edilmiş, o, da protokolu oxuduqdan sonra düzgün yazıldığını görüb protokola imza etmişdir. Əməlindən peşmandır, himayəsində azyaşlı uşaqları olması nəzərə alınaraq ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Şahid1 göstərdi ki, 25 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində o, polis sahə rəisi, polis leytenantı Şahid2la birlikdə Xaçmaz rayonunun Əbilyataq kəndi istiqamətində gedərkən həmin kənd yolunda “Vaz-2106” markalı, ** KN *** qeydiyyat nişanlı avtomobilin dayandığını görüb həmin yerə gəlmişlər və avtomobildən düşüb avtomobilə yaxınlaşdıqda tanımadıqları bir nəfər çəxsin sükan arxasında oturduğunu görmuşlər. Sükan arxasında oturmuş şəxs hərəkət etmədiyi üçün ona nə isə olduğunu fikirləşmişlər və avtomobilin ön sol qapısını açdıqda sürücü ayılmış və onlar özlərini təqdim edib ondan kim olduğunu, harada yaşadığını soruşduqda o, Təqsirləndirilən şəxs olduğunu, Xaçmaz şəhərində yaşadığını bildirmişdir. Onlar ön sol oturacağın yan tərəfində olan sellofan torbada yaşıl rəngli bitki kütləsi olduğunu görüb Təqsirləndirilən şəxs sellofan torbada olan kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs sellofan torbada olan kütlənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və sahə rəisi Şahid2 Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2106 markalı avtomobilə əyləşdikdən sonra onlar rayon Polis Şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs Polis Şöbəsinə dəvət edilməsi ilə bağlı sahə rəisi Şahid2 tərəfindən raport yazılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq Bölməsinin müstəntiqi Nemət Xasayevə həvalə edilmişdir. Polis Şöbəsinin həyətində Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra ona videoçəkilişlə avtomobilinə baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs avtomobilinə videoçəkilişlə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və X9 Təqsirləndirilən şəxs avtomobilində gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya narkotik vasitə varsa özü təqdim etməsini təklif etmişdir. X5 təklifindən sonra Təqsirləndirilən şəxs avtomobilinin ön sol qapısını açıb ön sol oturacağın sağ yan tərəfində saxladığı sellofan torbanı çıxarıb X9ə təqdim etmişdir. X9 sellofan torbanı Təqsirləndirilən şəxs və onların iştirakı ilə açdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar yaşıl rəngli bitki kütləsi və başqa bir ədəd ağ-göy rəngli sellofan torba olduğunu görmüşlər. Ağ-göy rəngli sellofan torba açıldıqda isə içərisində 01 ədəd konvalyut kəsiyində olan 01 ədəd bütöv və 01 ədəd yarım qəhvəyi rəngli dairəvi formalı həblər aşkar edilmişdir. Bundan sonra da Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2106 markalı avtomobilə baxış keçirilməsi davam etdirilmiş və avtomobilin ön oturacaqları arasında olan yerdə 01 ədəd üzərində «KFİNT» yazılan plastik qab aşkar edilmişdir. Plastik qab açıldıqda içərisində ağ rəngli paketdə toz şəkilli kütlələr olduğunu görmüşlər. Bundan sonrada baxış davam etdirilmiş və avtomobilin salonunda ön sağ tərəfdə olan saxlanc yerində bir ədəd sellofan bükümdə ağ rəngli kristall şəkilli kütlə aşkar edilmiş və Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan torbada olan yaşıl rəngli bitki kütləsi qurudulmuş marixuanadır, konvalyut kəsiyində olan həblər metadon həbləridir, üzərində «KLİNT» yazılan plastik qabın içərisindəki kütlələr siqaretin tərgidilməsində istifadə olunur, sellofan bükümdə olan kütlə isə limon duzudur. Təqsirləndirilən şəxs qurudulmuş marixuananı və metadon həblərini haradan aldığını soruşduqda o, həmin narkotik vasitələrin özünə məxsus olduğunu və onları tapdığını, öz istifadəsi üçün avtomobilində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2106 markalı avtomobildə aşkar edilmiş üzərində «KLİNT» yazılan plastik qabdakı ağ rəngli paketdə olan toz şəkilli kütlələr və sellofan bükümdə olan kütlə bir ədəd zərfdə, qurudulmuş marixuanaya oxşar yaşıl rəngli bitki kütləsi və 01 ədəd konvalyut kəsiyində olan 01 ədəd bütöv və 01 ədəd yarım qəhvəyi rəngli dairəvi formalı həbləri isə sellofan torbada qablaşdırılaraq möhürlənmiş, Təqsirləndirilən şəxs və onlar sellofan torbanın üzərinə yapışdırılmış kağıza və zərfə imza etmişlər. Sonra Təqsirləndirilən şəxs və onların iştirakı ilə protokol tərtib edilib oxunmuş və iştirakçılar protokola imza etmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2106 markalı avtomobilə baxış keçirilməsinin görüntüləri CAB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Şahid2 Sultanəhməd oğlu və Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materillarında olan baxış keçirilməsi haqqında 25 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, 25 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz- 2106” markalı, ** KN *** qeydiyyat nişanlı avtomobilə Xaçmaz rayon Polis Şöbəsinin həyətində polis əməkdaşları tərəfindən baxış keçirilərkən ön sol oturacağın sağ yan tərəfində saxladığı bir ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana, həmin sellofan torbanın içərisində olan ağ-göy rəngli sellofan torbada isə 01 ədəd konvalyut kəsiyində olmaqla 01 ədəd bütöv və 01 ədəd- 1/2 metadon həbləri aşkar edilərək götürülmüşdür. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2021-ci il tarixli 6/4757-7/1103 nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim edilmiş «Azərbaycan Respublikası DİN Arayışlar üçün №58» dairəvi möhür əksi olan «Təqsirləndirilən şəxs imza...N.Xasayev imza» yazı və imzalar olan sellofanda təmiz çəkisi 75,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır və bir ədəd konvalyut kəsiyində 1 ədəd bütöv və 1/2 ədəd qəhvəyi rəngli, dairəvi formalı həb xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan sintetik narkotik vasitə metadondur, tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,06 qramdır (üzərində olan göstəricilərə əsasən bir ədəd həbdə metadon təsir maddəsinin miqdarı 0,04 qramdır). Bir ədəd zərfdə üzərində «KLİNT» yazılan plastik qabda 13 ədəd ağ rəngli paketdə ümumi çəkisi 4,745 qram ağ rəngli, spesifik iyli tozşəkilli maddə, 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 22,636 qram ağ rəngli kristalşəkilli maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyildir. Təqdim edilən narkotik vasitələr müxtəlif növlərə aid olduğundan onlar arasında eynilik tədqiqatı aparılmamışdır. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in siyahısına (Siyahı1) daxildir. Tədqiqata sərfdən sonra marixuananın qalıq çəkisi 74,950 qram, ağ rəngli tozşəkilli maddənin ümumi qalıq çəkisi 4,615 qram, ağ rəngli kristalşəkilli maddənin qalıq çəkisi 22,586 qram, metadon həbinin (1ədəd bütöv və 1 ədəd ½ həb) qalıq çəkisi ½ və ¼ həb təşkil edir. İş materiallarında olan elaktron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 28 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə CD diskə baxış keçirilərkən Xaçmaz rayon Polis Şöbəsinin həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-2106” markalı, ** KN *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinin və sonuncunun idarə etdiyi avtomobilin ön sol oturacağının sağ yan tərəfindən götürüb təqdim etdiyi bir ədəd sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasının, həmin sellofan torbanın içərisində olan ağ-göy rəngli sellofan torbada isə 01 ədəd konvalyut kəsiyində olmaqla 01 ədəd bütöv və 01 ədəd 1/2 metadon həblərinin olmasının görüntüləri əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin 26 noyabr 2021-ci il tarixli 4698 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidllərin, Kannobioidlərin və metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 27 oktyabr 2021 və 28 oktyabr 2021-ci il tarixli qərarlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş 75,0 qram çəkidə qurudulmuş marixuana və tərkibində 0,06 qram çəkidə sintetik narkotik vasitə olan 1 ədəd bütöv və bir ədəd 1/2 metadon həbləri maddi sübut hesab olunmuş və bir ədəd içərisində baxış keçirilməsinə dair videogörüntülər olan disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 74,950 qram olan qurudulmuş marixuana, 1/2 və 1/4 ədəd metadon həbləri, 4,615 qram çəkidə ağ rəngli tozşəkilli maddə, 22,586 qram çəkidə ağ rəngli kristalşəkilli maddə saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş və disk daşıyıcı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 14 yanvar 2022-ci il tarixli, 287 saylı arayışdan, AZE seriyalı, 11059440 nömrəli və AZE seriyalı, 11529862 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. Ailə tərkibi 1989-cu il təvəllüdlü arvadı X3, 28 iyun 2010-cu il təvəllüdlü oğlu X10 və 21 noyabr 2012ci il təvəllüdlü oğlu X2 ibarətdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və tərkibində sintetik narkotik vasitə olan metadon həblərini idarə etdiyi “Vaz-2106” markalı, ** KN *** qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 25 oktyabr 2021-ci il tarixdə o, Xaçmaz rayonunun Əbilyataq kənd yolunda olarkən Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilərək onun idarə etdiyi “Vaz-2106” markalı, ** KN *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin ön sol oturacağının sağ yan tərəfində saxladığı bir ədəd sellofan torbada 75 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmin sellofan torbanın içərisində olan ağ-göy rəngli sellofan torbada isə 01 ədəd konvalyut kəsiyində olmaqla tərkibində 0,06 qram çəkidə sintetik narkotik vasitə olan 01 ədəd bütöv və 01 ədəd 1/2 metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə az ağr cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə hərəkətlərindən peşman olmasını, himayəsində üç nəfər ailə üzvü, o cümlədən iki nəfər azyaşlı uşaqları olmaqla ailənin yeganə qazanc gətirəni olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 25 oktyabr 2021-ci il tarixli qərardan və həmin tarixli protokoldan, müstəntiqin “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi barədə 27 oktyabr 2021-ci il tarixli qərarından və həmin tarixli “başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2021-c il il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 27 oktyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməklə Xaçmaz rayon X6 Saxlama Yerindən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək tutulduğu 02 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-2106” markalı, ** KN *** qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 74,950 qram olan qurudulmuş marixuana, 1/2 və 1/4 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 88 manat 70 qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 25 oktyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-2106” markalı, ** KN *** qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 74,950 qram olan qurudulmuş marixuana, 1/2 və 1/4 ədəd metadon həbləri məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik pul Təqsirləndirilən şəxs oğlundan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-38/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-38/2022
07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver