Məhkəmə qərarları › İş №1(067)-38/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-38/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-38/2023 01.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxx 1997-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1; xx xxxx 1987-ci ildə Quba rayonunun Söhüb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xaçmaz rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 1(067)-47/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xaçmaz rayon məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 7(067)-109/2022 saylı qərarına əsasən ona Xaçmaz rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 22 (iyirmi iki) gün hissəsi, 6 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncudan satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsi barədə xahişi əsasında 22 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə sonuncuya məxsus “Vaz 2109” markalı “**-VG-***” dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində Xaçmaz-Xudat avtomobil yolunda hərəkətdə olarkən Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, qeyd olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özünün çantasına qoyub həmin avtomobildə daşımış, həmin tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən o, Xaçmaz rayonunun Xudat şəhəri, M.F.Axundov küçəsində saxlanılıb gətirilərək Xudat polis bölməsinin inzibati binasında axşam saatlarında onun üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində olan qara rəngli çantadan 01 ədəd falqa və 01 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,171 qram və 1,683 qram olmaqla ümumi təmiz çəkisi 1,854 qram narkotik vasitə heroin, habelə 01 ədəd falqa və 01 ədəd kağız bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,227 qram və 0,035 qram olmaqla ümumi təmiz çəkisi 0,262 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və psixotrop maddəni sonuncunun xahişi ilə qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamış, 22 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə özünə məxsus “Vaz 2109” markalı “**-VG-***” dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində Xaçmaz-Xudat avtomobil yolunda hərəkətdə olarkən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 verməklə həmin avtomobildə daşımış, Xaçmaz Rayon Polis X15 bölməsinin əməkdaşları tərəfindən 22 iyul 2022-ci il tarixdə o, Xaçmaz rayonunun Xudat şəhəri, M.F.Axundov küçəsində Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılıb gətirildikdən sonra Xudat polis bölməsinin inzibati binasında axşam saatlarında Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində olan qara rəngli çantadan 01 ədəd falqa və 01 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,171 qram və 1,683 qram olmaqla ümumi təmiz çəkisi 1,854 qram narkotik vasitə heroin, habelə 01 ədəd falqa və 01 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,227 qram və 0,035 qram olmaqla ümumi təmiz çəkisi 0,262 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlləri aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, təxminən bir ildir ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən inyeksiya yolu ilə istifadə edir. Təqsirləndirilən şəxs2 onun qonşusu olmaqla Pərvinin narkotik vasitələrədən istifadə etdiyini bildiyindən bir neçə dəfə ona müraciət etmiş və Pərvin onun üçün təmənnasız olaraq narkotik vasitə olan heroin və metamfetamin tapmışdır. 21 iyul 2022-ci il tarixdə Pərvinin ad günü olduğu üçün onlar əvvəlcədən danışmışlar ki, gedib Nabranda dincəlsinlər. O, Pərvindən ağrıları olduğundan onun üçün narkotik vasitə tapmasını xahiş etmişdir. Bundan sonra həmin gün Pərvin onun üçün 2 bükümdə narkotik vasitə heroin, 2 bükümdə metamfetamin və qurudulmuş marixuana əldə etdiyini demişdir. Onlar həmin tarixdə görüşüb Nabran kəndinə gedə bilməmişlər. Ona görə də 22 iyul 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı küçədə Təqsirləndirilən şəxs2la görüşüb onun idarə etdiyi "VAZ 2109" markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nabran kəndinə yola düşmüşlər. Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində o, Pərvinin əldə etdiyi iki ədəd bükümdə olan narkotik vasitə heroini, iki ədəd bükümdə olan metamfetamini, həmçinin bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı Pərvindən alıb özünə məxsus qara rəngli əl çantasının içərisindəki ağ rəngli sellofan torbanın içərisinə qoymuşdur. Həmin sellofan torbada Pərvinin ona verdiyi narkotik vasitə və psixotrop maddədən başqa bir ədəd paketdə limon duzu, 05 ədəd şpris, 04 ədəd alışqan, 01 ədəd şüşə qab, 01 ədəd ağrıkəsici fenazepam həbi və bir ədəd karton boru və şəxsi əşyaları olmuşdur. O, Pərvinin ona verdiyi narkotik və psixitrop maddələrdən başqa qalan əşyaları, yəni şprisi, karton borunu özü çantasında saxlamışdır ki, Pərvinlə görüşdükdən sonra narkotik vasitədən hazırlayıb iynəylə damara vurmaqla qəbul edər. Onlar saat 17 radələrində Xudat şəhərinə çatmış, şəhərin girişindəki yolun kənarında dayandıqları zaman 3 nəfər polis əməkdaşı yaxınlaşıb onları X17 dəvət etmişlər. Bölmədə müstəntiq tərəfindən ona vəkil təqdim olunmuş və vəkilin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun belində olan qara rəngli çantanın içərisində olan ağ rəngli sellofan torbanın içərisindən bir ədəd kağız və bir ədəd falqa bükümdə narkotik vasitə olan heroin, bir ədəd kağız və bir ədəd falqa bükümlərdə psixotrop maddə olan metamfetamin, bir ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar edilmişdir. Müstəntiq həmin əşyaların kimə məxsus olduğunu soruşduqda, həmin narkotik vasitələri və psixotrop maddəni tanışı Təqsirləndirilən şəxs2 ona təmənnasız verdiyini bildirmişdir. Polis əməkdaşları onun çantasından bir ədəd paketdə limon duzu, 05 ədəd şpris, 01 ədəd içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan kibrit qutusu, 04 ədəd alışqan, 01 ədəd şüşə qab, 01 ədəd fenazepam dərman həbini də götürmüşlər. Şəxsi axtarış zamanı üzərindən aşkar olunan narkotik vasitələr müsətntiq tərəfindən götürülərək qablaşdırılmış, qablaşmanın üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə barəsində həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, nadir hallarda narkotik vasitə marixuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs1 onun qonşusudur. O, bir neçə dəfə Viktoriyaya narkotik vasitə tapmasında köməklik etmişdir. Lakin bunu heç bir maddi və ya sair nemət qarşılığında etməmiş, Viktoriyanın ağrıları olduğu üçün ona narkotik vasitə tapmaqda köməklik etmişdir. 22 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə Xudat şəhərində polis əməkdaşları tərəfindən saxlanılaraq X17 gətirildikdən sonra onun avtomobilindən yalnız narkotik vasitə marixuana aşkar edilmiş, digər narkotik vasitələr isə aşkar edilməmişdir. Narkotik vasitə marixuana əldə etməkdə özünü təqsirli bilir. Əməlindən peşmandır. Ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz Rayon Polis X15 Bölməsinin polis nəfəri Şahid2 göstərdi ki, Xaçmaz şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri əldə etmələri, daşımaları və istifadə etmələri, həmçinin Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə narkotik vasitələri daşıması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar həmin şəxslər 22 iyul 2022-ci il tarixdə saat 17 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində M.F.Axundov küçəsində yerləşən dairənin yaxınlığında saxlanılaraq polis əməkdaşları tərəfindən X17 dəvət edilmişlər. Bölmənin inzibati binasında müstəntiq Mətləb İsmayılov tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa çıxarıb təqdim etməsi təklif olunmuşdur Təqsirləndirilən şəxs1 könüllü olaraq özünə məxsus qara rəngli əl çantasını masanın üzərinə qoyaraq içərisindən ağ rəngli sellofan paketi çıxartmış və sellofan paketdə olan əşyaları boşaltmışdır. Təqdim olunmuş paketin içərisindən 4 (dörd) ədəd büküm, bir ədəd kibrit qutusu, limon duzu, 5 ədəd şpris, 1 ədəd şüşə qab, kağız borucuq və digər şəxsi əşyalar aşkar edilmişdir. Həmin kağız bükümlər açıldıqda ikisinin içərisindən ağ rəngli kristal şəkilli maddə, daha sonra digər iki ədəd kağız bükümlər açıldıqda isə içərisindən qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olunmuşdur. Viktoriya ağ kristal şəkilli maddənin metamfetamin, toz şəkilli maddənin isə narkotik vasitə heroin olduğunu, kibrit qutusunun işərisində olan bitki mənşəli kütlənin isə narkotik vasitə marixuana olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik və psixotrop maddəni ona tanışı Təqsirləndirilən şəxs2 verdiyini və o, könüllü olaraq əl çantasına şəxsi istifadəsi üçün qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 əl çantasından aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli toz şəkilli maddə olan 02 ədəd büküm, içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristall şəkilli kütlə olan 02 ədəd büküm, 5 ədəd şpris, bir ədəd şüşə qab, bir ədəd borucuq, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə olan bir ədəd kibrit qutusu və üzərində “Лимонная кислота” yazılmış toz şəkilli maddə olan bir ədəd paket maddi sübut kimi müstəntiq tərəfindən götürülmüş və ekspertizaya təqdim edilməsindən ötrü bir ədəd kağız zərfdə qablaşdırılaraq bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra, protokolun doğru olmasını Təqsirləndirilən şəxs1, o, və digər iştirakçılar imzaları ilə təqdiq etmişlər. Bundan sonra Xudat Polis bölməsinin inzibati binasında müstəntiq Mətləb İsmayılov tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışın aparılmasına başlanmışdır. Axtarış aparılmazdan əvvəl müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə yaxud psixotrop maddənin olub-olmaması soruşulmuş, sonuncu üzərində narkotik vasitə və yaxud psixotrop maddənin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarın sol yan cibindən bir ədəd siqaret qutusu, həmin şalvarın sağ yan cibindən isə idarə etdiyi avtomobilin açarları aşkar olunmuş, başqa hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan siqaret qutusunun içərisinə baxılarkən qutunun içərisində siqaretlərin olması müşahidə olunmuşdur. Daha sonra videoçəkilişdən istifadə edilməklə ilə həmin iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz-2109” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı onun avtomobilindən hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə müstəntiq tərəfindən müvafiq protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz rayon Polis X15 Bölməsinin polis nəfəri Şahid3 və həmin bölmənin dəftərxana operatoru Şahid4 şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Xaçmaz rayon Polis X15 Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 göstərmişdir ki, Xaçmaz şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri əldə etmələri, daşımaları və istifadə etmələri, həmçinin Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə narkotik vasitələri daşıması barədə ona daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmiş və həmin şəxslərin qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrlə əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü ondan və Xaçmaz rayon Polis X15 Bölməsinin polis nəfərləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğu yeri müəyyən etmiş və Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili müşahidəyə götürmüşlər. 22 iyul 2022-ci il tarixdə saat 17 radələrində Xudat şəhəri ərazisində M.F.Axundov küçəsində yerləşən dairənin yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə sonuncunun idarə etdiyi “Vaz-2109” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayandıqlarını müşahidə edərək yaxınlaşıb özlərini təqdim etməklə narkotik vasitələri daşımaqda və istifadə etməkdə şübhəli olduqları üçün onları X17 dəvət etmişlər. Polis bölməsinin inzibati binasında Xaçmaz rayon X13 Bölməsinin müstəntiqi Mətləb İsmayılov tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 könüllü olaraq özünə məxsus qara rəngli əl çantasının otaqda olan masanın üzərinə qoyaraq içərisindən ağ rəngli sellofan paketi çıxardıb və sellofan paketdə olan əşyaları boşaltmışdır. Təqdim olunmuş sellofan paketin içərisindən 4 (dörd) ədəd büküm, bir ədəd kibrit qutusu, limon duzu, 5 ədəd şpris, 1 ədəd şüşə qab, kağız borucuq və digər şəxsi əşyalar aşkar edilmişdir. Həmin kağız bükümlər bir-bir açıldıqda ikisinin içərisindən ağ rəngli kristal şəkilli maddə, digər iki ədəd kağız bükümlər açıldıqda isə içərisindən qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş kristal şəkilli maddənin metamfetamin, toz şəkilli maddənin isə narkotik vasitə heroin olduğunu, kibrit qutusunun işərisində olan bitki mənşəli kütlənin isə narkotik vasitə marixuana olduğunu, aşkar edilmiş narkotik və psixotrop maddələri ona tanışı Təqsirləndirilən şəxs2 verdiyini və o, könüllü olaraq əl çantasına şəxsi istifadəsi üçün qoyduğunu bildirmişdir. Əl çantasından aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli toz şəkilli maddə olan 02 ədəd büküm, içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristall şəkilli kütlə olan 02 ədəd büküm, 5 ədəd şpris, bir ədəd şüşə qab, bir ədəd borucuq, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə olan bir ədəd kibrit qutusu və üzərində “Лимонная кислота” yazılmış toz şəkilli maddə olan bir ədəd paket maddi sübut kimi müstəntiq tərəfindən götürülmüş və ekspertizaya təqdim edilməsindən ötrü bir ədəd kağız zərfdə qablaşdırılaraq bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra, protokolun doğru olmasını Təqsirləndirilən şəxs1, o, və digər iştirakçılar tərəfindən imzalanmışlar. Bundan sonra Xudat Polis bölməsinin inzibati binasında müstəntiq Mətləb İsmayılov tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışın aparılmasına başlanmışdır. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2, üzərində narkotik vasitə yaxud psixotrop maddənin olub-olmaması soruşulmuş, sonuncu üzərində narkotik vasitə və yaxud psixotrop maddənin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş və onun əynində olan cins şalvarın sol yan cibindən bir ədəd siqaret qutusu, həmin şalvarın sağ yan cibindən isə idarə etdiyi avtomobilin açarları aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərindən başqa hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş siqaret qutusunun içərisinə baxılarkən qutunun içərisində siqaretlərin olması müşahidə olunmuşdur. Şəxsi axtarış zamanı aşkar olunmuş siqaret qutusu içərisinə olan siqaretlərlə birlikdə, həmçinin avtomobilin açarı da Pərvinin özünə qaytarılmış, daha sonra videoçəkilişdən istifadə edilməklə ilə həmin iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz-2109” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı onun avtomobilindən hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə müstəntiq tərəfindən müvafiq protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan şəxsi axtarış keçirilməsi haqqında 22 iyul 2022-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon Polis X15 Bölməsinin inzibati binasında Bölmənin əməliyyat müvəkkili Şahid1, polis sahə nəfərləri Şahid3 Nizam oğlu, Şahid2, Bölmənin Xaçmaz dəftəxanasında operator işləyən Şahid4in və müdafiəçi- Xaçmaz rayon vəkil bürosunun vəkili X10 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış keçrilməzdən əvvəl müstəntiq Mətləb İsmayılov tərəfindən Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunduqdan sonra ona üzərində narkotik vasitə, yaxud psixotrop maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olduğunu bildirməklə üstündə olan qar rəngli çantanı masanın üzərinə qoyaraq, çantanın içərisindən bir ədəd ağ rəngli sellofan torba çıxarmış və həmin sellofan torbanın içərisindən ardıcıl olaraq bir ədəd paketdə limon duzu, 05 ədəd şpris, bir ədəd kağız borucuq, bir ədəd içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan kibrit qutusu, bir ədəd içərisində narkotik vasitə heroinə bənzər maddənin izlərinə bənzər izlər olan şüşə qab, 04 ədəd alışqan, 02 ədəd falqa büküm, 02 ədəd kağız büküm və 01 ədəd dərman həbini çıxarıb təqdim etmişdir. Bundan sonra baxışda iştirak edən Şahid4 tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən şəxsi istifadəsi üçün istifadə etdiyi əşyalarla yanaşı, bir ədəd üzərinə rus hərfləri ilə “QLİNA” yazılmış karton qutunun içərisindən iki ədəd sellofan torbada ağ rəngli toz halında maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin maddənin narkotik vasitə yaxud psixotrop maddə olmadığını, ondan sifətinə maska düzəltmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlərin içərisinə baxılarkən bir ədəd kağız bükümdə və bir ədəd falqa bükümdə narkotik vasitə olan heroinə bənzər toz halında maddə, digər bir ədəd kağız bükümdə və bir ədəd falqa bükümdə psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli maddə və bir ədəd içərisində qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan kibrit qutusu aşkar olunmuşdur. Əl çantasından aşkar edilmiş 04 ədəd büküm, yəni bir ədəd kağız bükümdə və bir ədəd falqa bükümdə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli toz halında olan maddə, bir dədə kağız bükümdə və bir ədəd falqa bükümdə psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli kristalşəkilli maddə, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan bir ədəd kibrit qutusu, bir ədəd kağız borucuq, 01 ədəd “fenazepam” dərman həbi, üzərində narkotik vasitə heroinə bənzər izlər olan bir ədəd şüşə qab, 5 ədəd şpris, bir ədəd üzərinə limon duzu yazılmış paket, iki ədəd üzərində “Qlina” qazılmış içərisində ağ rəngli toz halında maddə olan sellofan torba müstəntiq tərəfindən bir ədəd paketdə qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitələrin ona Təqsirləndirilən şəxs2 tərəfindən verildiyini bildirmişdir. İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd DVD diskə müstəntiq tərəfindən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı şəxsi axtarış keçirilməsi haqqında 22 iyul 2022-ci il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs1 Viktorovnä görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2022-ci il tarixli, 7/813 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunanlar” yazılar və imzalar olan ağ rəngli kağız paketdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi- 0,821 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata sərfdən sonra marixuananın qalıq çəkisi 0,801 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2022-ci il tarixli 6/4007 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 59” dairəvi möhür əksləri olan, “Viktoriya İsmayılovnanın üzərindən aşkar...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,171 qram, 1,683 qram, ümumi təmiz çəkisi 1,854 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,227 qram, 0,035 qram, ümumi təmiz çəkisi 0,262 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, 1 (bir) ədəd konvalyut kəsiyində 1 (bir) ədəd ağ rəngli dirəvi formalı dərman həbində fenazepamin təsir maddəsinin miqdarı 0,001 qram təşkil edir. Təqdim edilmiş 5 (beş) ədəd 1.00 ml həcmli şprisin, 1 ədəd şüşə qabın və 1 (bir) ədəd kağız borucuğun içərisində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamış və maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmamışdır. Təqdim edilmiş üzərində “Limonnaya kislota” yazısı olan kağız paketdəki ağ rəngli maddənin və 2 (iki) ədəd şəffaf sellofan paketdə olan ağ rəngli tozşəkilli maddələrin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddələr narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. İş materiallarında olan müstəntiqin “maddi sübut kimi tanımaq haqqında” 28 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,171 qram və 1,683 qram, ümumi təmiz çəkisi 1,854 qram olan narkotik vasitə heroin, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,227 qram və 0,035 qram, ümumi təmiz çəkisi 0,262 qram olan psixotrop maddə metamfetamin, üzərində heroin izləri olan 5 (beş) ədəd 1.00 ml həcmli şpris, 1 (bir) ədəd şüşə qab, 1 (bir) ədəd kağız borucuq, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış, heroinin ekspertiza tədqiqatından sonra qalan 1,754 qram qalığı, metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,162 qram qalığı, üzərində heroin izləri olan 5 (beş) ədəd 1.00 ml həcmli şpris, 1 (bir) ədəd şüşə qab, 1 (bir) ədəd kağız borucuq, habelə qurudulmuş marixuananın 0,801 qram qalığı, fenazepam həbinin 1/2 ədəd qalığı, üzərində “Лимонная шепота” yazısı olan kağız paketdəki ağ rəngli maddə və 2 (iki) ədəd şəffaf selofan paketdə olan ağ rəngli tozşəkilli maddə 01 (bir) ədəd kağız zərfdə saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi) Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 20 sentyabr 2022-ci il tarixli, 5356 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 OPİOİDİLƏRİN və Psixostimulyatorların birğə qəbul edilməsi nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.) Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 20 sentyabr 2022-ci il tarixli, 5366 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 OPİOİDİLƏRİN və Psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 5(067)- 123/2022 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz rayon polis X15 bölməsinin əməliyyat müvəkkili X2 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 22 iyul 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan müstəntiqin cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 11 oktyabr 2022-ci il tarixli qərarının nəticə hissəsindən görünür ki, təqsirləndirilən şəxslər X4 və X8 Azərbaycan Respublikasının 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X1 məhkumluğu yoxdur. İş materiallarında olan 02 oktyabr 2018-ci il tarixli, AZ-İV seriyalı, 179094 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 17 sentyabr 2018-ci ildə anadan olmuş Ruslan adında 1 nəfər azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən, Xaçmaz rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 1(067)-47/2022 nömrəli hökmündən və Xaçmaz rayon məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 7(067)-109/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz Rayon Məhkəməsinin 1(067)-47/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəmənin 30 sentyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 məhkəmə hökmünə əsasən təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 22 (iyirmi iki) gün hissəsi 6 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.1, 18.4.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər törətdiyi qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi halı cinayətin residivini yaratmadığından həmin məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək bildirmişdir ki, 22 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə Xudat şəhərində polis əməkdaşları tərəfindən saxlanılaraq X17 gətirildikdən sonra onun avtomobilindən yalnız narkotik vasitə marixuana aşkar edilmiş, digər narkotik vasitələr isə aşkar edilməmişdir. Narkotik vasitə marixuana əldə etməkdə özünü təqsirli bilir. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası)” 6-cı maddəsi ilə əlaqədar Avropa Məhkəməsi X3rşı işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Saidinin Fransaya qarşı” işi üzrə xx.xx.1993-cü il tarixli, həmçinin “Andandonskinin Rusiyaya qarşı” işi üzrə xx.xx.2006-cı il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələblərinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi etirafedici ifadəsindən fərqli olaraq məhkəmə istintaqında verdiyi ifadəsini və ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Təqsirləndirilən şəxsin göstərdiyi hallar və bu kimi ifadəsində irəli sürdüyü dəlillər aparılmış məhkəmə araşdırması zamanı hər hansı mötəbər sübutlarla öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, hüquqi tövsif məsələsini müzakirə edərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə hərəkətlərindən peşman olmasını və qadın olmaqla himayəsində 1 nəfər azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətmələrini cəzalarını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətini, cəzasını yüngülləşdirən yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 22 iyul 2022-ci il tarixli qərardan və həmin tarixli protokoldan, təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin 23 iyul 2022-ci il tarixli qərarından və həmin tarixli “başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs1 22 iyul 2022-ci il tarixdə saat 17:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 23 iyul 2022-ci il tarixdə saat 19:40 radələrində barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməklə dərhal tutulmadan azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 22 iyul 2022-ci il, saat 17:00-dan 23 iyul 2022-ci il saat 19:40-dək tutulduğu 02 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 04 gün təyin ediləcək cəza müddətindən çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 1(067)-47/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 22 (iyirmi iki) gün hissəsi Xaçmaz rayon məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 7(067)-109/2022 saylı qərarı ilə cəzaçəkmə müddətinin əvvəli 30 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 06 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs2 hazırkı günə, yəni 01 mart 2023-cü il tarixə çəkilməmiş 01 ay 25 gün müddətə azadlıqdan məhrumetmə cəzası qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Xaçmaz rayon məhkəməsinin 27 aprel 2022-ci il hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 22 (iyirmi iki) gün hissəsinin, Xaçmaz rayon məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərarı ilə əvəz edilmiş 6 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki günə çəkilməmiş qalan 01 (bir) ay 25 (iyirmi beş) gün hissəsinin hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 22 iyul 2022-cu il tarixli qərardan və həmin tarixli protokoldan, təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin 24 iyul 2022-ci il tarixli qərarından və həmin tarixli “başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs2 22 iyul 2022-ci il tarixdə saat 17:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 24 iyul 2022-ci il tarixdə saat 16:45 radələrində barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməklə dərhal tutulmadan azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 iyul 2022-ci il tarixdən 24 iyul 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona qəti olaraq təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla cəmi iki gün cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkməsinin əvvəli hökm elan edildiyi andan, yəni 01 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli, Xaçmaz rayon məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə bağlı hazırda həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və onlar ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdırlar. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 (bir) ədəd falqa və 1 (bir) ədəd kağız bükümdə ayrı-ayrı təmiz çəkiləri 0,171 qram və 1,683 qram olmaqla ümumi təmiz çəkisi 1,854 qram olmuş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 1,754 qram qalığı, habelə 1 (bir) ədəd falqa və 1 (bir) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,227 qram və 0,035 qram olmaqla ümumi təmiz çəkisi 0,262 qram olmuş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,162 qram qalığı, üzərində heroin izləri olan 5 (beş) ədəd 1.00 ml həcmli şpris, 1 (bir) ədəd şüşə qab və 1 (bir) ədəd kağız borucuq, həmçinin maddi sübut hesab edilməyən qurudulmuş marixuananın 0,801 qram qalığı, fenazepam həbinin 1/2 ədəd qalığı, üzərində “Лимонная шепота” yazısı olan kağız paketdəki ağ rəngli maddə və 2 (iki) ədəd şəffaf selofan paketdə olan ağ rəngli tozşəkilli maddə məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 137 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 22 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə (cəmi 04 gün) hesablanmaqla üzərində qəti olaraq 02 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Xaçmaz rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 1(067)-47/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 22 (iyirmi iki) gün hissəsinin, Xaçmaz rayon məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 7(067)-109/2022 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş hissəsi- 6 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki günə çəkilməmiş qalan 01 (bir) ay 25 (iyirmi beş) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 iyul 2022-ci il tarixdən 24 iyul 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 01 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin və Xaçmaz rayon məhkəməsinin 30 sentyabr 2022ci il tarixli qərarı ilə onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə bağlı hazırda həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 (bir) ədəd falqa və 1 (bir) ədəd kağız bükümdə ayrı-ayrı təmiz çəkiləri 0,171 qram və 1,683 qram olmaqla ümumi təmiz çəkisi 1,854 qram olmuş narkotik vasitə heroinın ekspertiza tədqiqatından sonra qalan 1,754 qram qalığı, habelə 1 (bir) ədəd falqa və 1 (bir) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,227 qram və 0,035 qram olmaqla ümumi təmiz çəkisi 0,262 qram olmuş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,162 qram qalığı, üzərində heroin izləri olan 5 (beş) ədəd 1.00 ml həcmli şpris, 1 (bir) ədəd şüşə qab və 1 (bir) ədəd kağız borucuq, həmçinin maddi sübut hesab edilməyən qurudulmuş marixuananın 0,801 qram qalığı, fenazepam həbinin 1/2 ədəd qalığı, üzərində “Лимонная шепота” yazısı olan kağız paketdəki ağ rəngli maddə və 2 (iki) ədəd şəffaf selofan paketdə olan ağ rəngli tozşəkilli maddə məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan 137 (bir yüz otuz yeddi) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar