Məhkəmə qərarları › İş №1(067)-38/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-38/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-38/2024 24.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi - Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi - Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Xaçmaz rayon vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, mütəxəssis - Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz Təhsil Sektorunun Azərbaycan dili və Ədəbiyyat fənləri üzrə metodisti X27 iştirakları ilə, xx xxx 2007-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, hazırda oxumayan-işləməyən, məhkumluğu olan, əməlində cinayətlərin residivi olan, Xaçmaz rayonu, İstisu qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü və 185.2.1-ci maddələri ilə, xx xxxxxx 2007-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 mart 2023-cü il tarixdə gecə saat 01 radələrində Xaçmaz şəhəri Bakı prospektində 29-cu məhəllədə Bakı- Xaçmaz avtomobil yolunun sağ tərəfində Xaçmaz kabel evi mağazası ilə üzbəüz yerləşən Zərərçəkmiş şəxs1 məxsus «Avto 440» adlı avto-ehtiyat hissələrinin satışı mağazasının pəncərənin şüşəsini sındırıb, oradan içəri qanunsuz daxil olub, mağazanın ofisində olan masanın aşağı hissəsindəki dolab rəfindən 500 manat nağd oğurlayaraq sonuncuya 500 manat məbləğində ziyan vurmuş, yəni, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 mart 2023-cü il tarixdə saat 24 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs7 icarə əsasında işlətdiyi Xaçmaz şəhəri, N.Nərimanov küçəsində köhnə avtovağzal ərazisindəki «Aygün» şadlıq sarayının arxa hissəsində şadlıq sarayından 12 metr aralı məsafədə yerləşən telefon alış-satışı və təmiri mağazasının pəncərənin plastik nəfəsliyinin şüşəsini vintaçanla sındırıb, açaraq içəri qanunsuz daxil olub, oradan 200 manat dəyərində 1 ədəd «Redmi NOTE 8 M1908C3JG» markalı mobil telefonu, 140 manat dəyərində 1 ədəd «Redmi NOTE 8 M1908C3JG» markalı mobil telefonu, 180 manat dəyərində 1 ədəd «Samsung Galaxy A 20S» markalı mobil telefonu, 120 manat dəyərində 1 ədəd «Samsung Galaxy A 10S» markalı mobil telefonu, 130 manat dəyərində 1 ədəd «Samsung Galaxy A 02S» markalı mobil telefonu, 70 manat dəyərində 1 ədəd «Samsung Galaxy J3» markalı mobil telefonu, 200 manat dəyərində 1 ədəd «Xiomi M1901F9E» markalı mobil telefonu, 200 manat dəyərində 1 ədəd «Samsung Galaxy A 12» markalı mobil telefonu, 180 manat dəyərində 1 ədəd «Samsung Galaxy A 13» markalı mobil telefonu, 130 manat dəyərində 1 ədəd «Redmi 9 C» markalı 16 gb yaddaş tutumlu mobil telefonu 130 manat dəyərində 1 ədəd «Samsung A10» markalı 64 gb yaddaş tutumlu mobil telefonu və 1 ədədinin dəyəri 30 manat ümumi dəyəri 60 manat təşkil edən 2 ədəd «Nokia» markalı sadə mobil telefonları, mağazanın kassasından həmin dövür üçün məzənnə üzrə (1 Azərbaycan manatının 1 Rus rubluna nisbətində 0,0220 manat ümumilikdə) 33 manat təşkil edən 1500 Rus rublunu, 100 manat məbləğində qəpik pulları və 355 manat kağız pulları oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ümumilikdə 2228 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 aprel 2023cü il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs6 məxsus Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi ilə R.Behbudov küçələrinin kəsişməsində İ.Qayıbov küçəsi 6 B ünvanında yerləşən geyim əşyalarının satışı mağazasının pəncərə şüşəsini vintaçanla sındırmaqla qanunsuz içəri daxil olub mağazadan 1 ədəd dəyəri 3 manat ümumi dəyəri 45 manat təşkil edən 15 ədəd «CÜSA» markalı 40-44 ölçülü kişi corablarını, 1 ədəd dəyəri 3 manat ümumi dəyəri 45 manat təşkil edən 15 ədəd «SEMPATİ» markalı 40-44 ölçülü kişi corablarını, 1 ədəd dəyəri 3 manat ümumi dəyəri 30 manat təşkil edən 10 ədəd «ASRA» markalı 40-44 ölçülü kişi corablarını, 1 ədəd dəyəri 3 manat ümumi dəyəri 45 manat təşkil edən 15 ədəd «PUMA» markalı 40-44 ölçülü kişi corablarını, 1 ədəd dəyəri 3 manat ümumi dəyəri 45 manat təşkil edən 15 ədəd «SPORT SOKS» markalı 40-44 ölçülü kişi corablarını, 1 ədəd dəyəri 3 manat ümumi dəyəri 45 manat təşkil edən 15 ədəd «BAMBO» markalı 40-44 ölçülü kişi corablarını, mağazanın kassasından 100 manat məbləğində qəpik və kağız pulları və 1 ədəd 40 manat dəyərində «Nokia 6212» markalı mobil telefonu oğurlamaqla zərər çəkmiş şəxs. Zərərçəkmiş şəxs6 ümumilikdə 395 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, talama məqsədi olmadan 19 aprel 2023-cü il tarixdə saat 22 radələrində dostluq etdiyi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 19 A-da yerləşən «Qayalı Market»-in qarşısında park edilmiş, Zərərçəkmiş şəxs8 Tofık oğluna məxsus «Vaz 21061» minik markalı, 27- BV-443 qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmış, həmin avtomobil Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq duracağa yerləşdirilmiş, bununla da o, talama məqsədi olmadan qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili ələ keçirmiş, (qaçırmışdır). Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 aprel 2023cü il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus, hazırda yaşayış olmayan fərdi yaşayış evinə plastik pəncərə yerindən çıxarılaraq qanunsuz daxil olmaqla 60 manat dəyərində 1 ədəd «Arko» markalı (smistiteh) kranını, 20 manat dəyərində 1 ədəd hamam duşunu, 1 ədəd dəyəri 20 manat ümumi dəyəri 80 manat təşkil edən 4 ədəd dəmir materialdan hazırlanmış qapı kilidlərini və 1 ədəd 5 manat dəyərində ümumi dəyəri 40 manat təşkil edən şurupları ilə komplekt şəklində 8 ədəd qapı pətlələrini oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 200 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə və yetkinlik yaşına çatmayan xx.xx.2009-cu ildə anadan olmuş X67 ilə qabaqcadan əlbir olub bir qurup şəxs halında cinayət əlaqəsinə girərək Fərdi Məcidov mağazanın həyətində pusquda durub onu gözləyən zaman o, 03 may 2023-cü il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ilə M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində Xaçmaz şəhər dəmir yol vağzalı istiqamətində gedən avtomobil yolunun sağ tərəfində yerləşən «Uşaq Aləmi» mağazasına pəncərə şüşəsini sındıraraq qanunsuz içəri daxil olub, mağazanın vitrinindən 1 ədəd dəyəri 70 manat ümumi dəyəri isə 140 manat təşkil edən 2 ədəd uçan oyuncaq (dron) aparatlarını, 1 ədəd dəyəri 25 manat ümumi dəyəri isə 50 manat təşkil edən 2 ədəd kişi qol saatlarını, 20 manat dəyərində 1 ədəd şokolad buketini və mağazanın kassasından 15 manat məbləğində qəpik pulları oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 225 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 may 2023-cü il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində Xaçmaz şəhər şəhidlər xiyabanından 50 metr cənub istiqamətində yerləşən təsərrüfat malları mağazasının plastik materialdan hazırlanmış qapısının aşağı hissəsini təpiklə vurub sındırmaqla oradan içəri qanunsuz daxil olub mağazanın kassasının yanında olan şkafın içindən 200 manat məbləğində qəpik pulları və vitrində olan 2000 manat kağız pulları oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 2200 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 iyun 2023-cü il tarixdə, gecə saat 24 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi, ünvan 3 ünvanda yerləşən «Kaspi Market» mağazasının plastik pəncərəsinin nəfəsliyini sındırmaqla oradan içəri qanunsuz daxil olaraq xidməti otaqdakı dolabdan 900 manat kağız pulları, 300 manat məbləğində qəpik pulları və mağazanın kassasından 100 manat kağız pulları oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1300 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü və 185.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs1, talama məqsədi olmadan 19 aprel 2023-cü il tarixdə, saat 22 radələrində dostluq etdiyi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Xaçmaz şəhəri N. Nərimanov küçəsi 19 A-da yerləşən «Qayalı Market»-in qarşısında park edilmiş, Zərərçəkmiş şəxs8 məxsus «Vaz 21061» minik markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmış, həmin avtomobil Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq duracağa yerləşdirilmiş, bununla da o, talama məqsədi olmadan qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili ələ keçirmiş, (qaçırmışdır). Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü və 185.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, etdiyi oğurluq əməllərini etiraf etmişdir. Hökmdar adlı şəxsin ehtiyat hissələri mağazasına tək daxil olmaqla şüşəni sındıraraq 500 manata yaxın pul götürüb xərcləmiş və dəymiş ziyanı qaytarmamışdır. O, Adil Teyyubovun telefon mağazasından 09 ədəd mobil telefonu götürüb, tavanın üstünə qomuşdur. O, mağazanın arxa tərəfindən nəfəsliyi vintaçanla açaraq daxil olmuş və kassanı qıraraq 1000 rus rublu, 5 Azn məbləğdə pulu götürmüşdür. O, götürdüyü pulları xərcləmiş, yanlız rus pulunu taksiyə vermişdir. Fuad adlı şəxsin mağazasından sayını bilmədiyi corabları və 50 manat məbləğdə pulu götürərək həmin pulu xərcləmişdir. O, həmin corabları tavanın üzərində gizlətmiş və daha sonra geri vermişdir. O, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə olarkən avtomobil idarə etmək qərarına gəlmişlər. Qaçırdıqları avtomobilin mühərriki sönmüş vəziyyətdə olmasına baxmayaraq kilidi üzərində olmuşdur. O, Nadirlə birlikdə həmin avtomobili qaçıraraq idarə etmişlər və Niyazoba kəndi yolunda Xaçmaz RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılmışlar. Onların həmin avtomobili satmaq fikirləri olmamışdır. Lakin həmin avtomobili sürdükdən sonra Xaçmaz PŞ-nin qarşısında saxlamaq fikirləri olmuş və avtomobildən heç nə götürməmişlər. O, Gülgəz adlı şəxsin evindən 4 ədəd qapı dəstəkləri, 8 ədəd qapı pətlələri və kranı götürmüş. hamısını geri qaytarmışdır, lakin hamam duşunu götürməmişdir. O, həmin evə pəncərənin nəfəsliyindən daxil olmuşdur. Fərdi adlı şəxslə dron almaq məqsədilə şüşəni sındıraraq mağazaya daxil olmuşlar. Həmin mağazadan 2 ədəd dron, 1 ədəd qol saatı və 7 manat pul götürmüşdür, lakin pulu xərcləmişdir. O, Etibar adlı şəxsin təsərrüfat malları mağazasına qapının alt hissəsini sındıraraq daxil olmuşdur. Həmin mağazada 200 manata yaxın qəpik pulların olduğunu, lakin kağız pulun olmadığını bildirmişdir. O, Dilşad adlı şəxsin mağazasına arxa şüşəni sındırmaqla pəncərəni açmış, kassanın üzərindəki açarla kassanı açıb içərisindəki 300 manat məbləğində pulu götürmüş, həmin puldan 200 manatı əzdiyi maşının sahibinə vermişdir. O, tanımadığı adamlara pul verərək avtomobillərini sürmüşdür. Oğurladığı pulları özü üçün xərcləmiş, lakin valideynləri onda pul olması barəsində xəbərləri olmamışdır. O, valideynlərinin olduğunu və maddi vəziyyətinin normal olmasını, lakin maddi ziyanın ödənilmədiyini deyərək, əməllərindən peşman olmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə (qaçırmışdır) cinayət əməlini törətməsi barədə məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun avtomobili qaçırmasında iştirakı olmamışdır. Kənan həmin avtomobilin qapılarının açıq və açarının üstündə olmasını görüb və “Qayalı” marketin yanından qaçıraraq onun yanına getmişdir. Daha sonra avtomobili sürərək dostluq etdiyi Əlisafanın olduğu çayxananın qarşısına getmişlər. Kənanın avtomobili təhlükəli idarə etdiyi üçün o, özü idarə etmişdir. Bundan sonra avtomobili Xaçmaz rayonu, Qaraqurtlu kəndindən Niyazoba kənd yoluna tərəf sürüb və sonra isə oradan Xaçmaz şəhəri istiqamətində hərəkət etdirməyə başlamışdır. Qayıdarkən Kənan avtomobili özü sürməyi ondan istədiyi üçün maşını Xaçmaz şəhəri, Z.Əliyeva küçəsində yolun kənarında saxlamışdır. Kənan maşından yerə düşüb və yerlərini dəyişdirmək istədikləri zaman Xaçmaz rayon PŞ-nin əməkdaşları onlara yaxınlaşmışlar. Həmin avtomobili «Qayalı» marketin qarşısından qaçırmalarını polis əməkdaşlarına etiraf etdikdən sonra polis əməkdaşları onları saxlayaraq Xaçmaz RPŞ-nə gətirmişlər. O, əvvəllər avtomobil idarə etmədiyini və qaçırmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə (qaçırmışdır) cinayət əməlini törətməsi barədə məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqızamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, səhər saatlarda işə gələrək mağazanın qapısını açıb və içəri daxil olmuşdur. O, mağazaya daxil olduqda girişdən sol tərəfdə yerləşən xidməti otağın qapısının açıq olduğunu görüb və həmin otağa daxil olduqda oradakı əşyaların dağınıq vəziyyətdə olmasını görmüşdür. Həmin otağan pəncərəsinin nəfəsliyinin şüşəsinin sınıq və açıq vəziyyətdə olmasını gördükdən sonra mağazaya oğru və ya oğruların daxil olmasını başa düşmüşdür. Heç nəyə toxunmadan qohumu Abuzər Məmmədovun istifadə etdiyi ***-***-**-** nömrəli telefondan Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq barəsində məlumat vermişdir. Bir neçə dəqiqə sonra mağazaya polis əməkdaşları gələrək mağazaya baxış keçirərkən mağazanın içərisindəki xidməti otaqda olan sənədlərin yığıldığı dolabdan 900 (doqquz yüz) manat nağd kağız pulların və paketin içində olan 300 (üç yüz) manat xırda qəpik pulların oğurlanması ona məlum olmuşdur. Bundan sonra mağazanın kassasına baxış keçirərkən kassanın içinə ayırıb, qoyduğum 100 (bir yüz) manat nağd kağız pulların da oğurlanmasını aşkar etmişdir. Mağazadan ümumilikdə 1300 manat pulun oğurlanmasını müəyyən edərək ərizə ilə müraciət etmiş və baxışla əlaqədar polis əməkdaşları tərəfindən protokol tərtib olunduqdan sonra protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki,xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində olmuşdur. O, qardaşının ona zəng edərək mağazasından oğurluq olmasını və 500 manat məbləğində pulun oğurlandığını demişdir. O, dəymiş zərərin ödənilmədiyini və şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, özünə məxsus mağazadan 1 ədəd dəyəri 3 manat ümumi dəyəri 45 manat təşkil edən 15 ədəd «CÜSA» markalı 40-44 ölçülü kişi corablarının, 1 ədəd dəyəri 3 manat ümumi dəyəri 45 manat təşkil edən 15 ədəd «SEMPATİ» markalı 40-44 ölçülü kişi corablarının, 1 ədəd dəyəri 3 manat ümumi dəyəri 30 manat təşkil edən 10 ədəd «ASRA» markalı 40-44 ölçülü kişi corablarının, 1 ədəd dəyəri 3 manat ümumi dəyəri 45 manat təşkil edən 15 ədəd «PUMA» markalı 40-44 ölçülü kişi corablarının, 1 ədəd dəyəri 3 manat ümumi dəyəri 45 manat təşkil edən 15 ədəd «SPORT SOKS» markalı 40-44 ölçülü kişi corablarının və 1 ədəd dəyəri 3 manat ümumi dəyəri 45 manat təşkil edən 15 ədəd «BAMBO» markalı 40-44 ölçülü kişi corablarının, mağazanın kassasından 100 manat məbləğində xırda qəpik və kağız pulların və 1 ədəd 40 manat dəyərində «Nokia 6212» markalı mobil telefonun oğurlanması bildirmişdir. O, corabların və telefonun geri qaytarıldığını bildirərək ziyanı tələb etmir və şikayətçi deyil. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, ona məxsus mağazada 17 mobil telefonun olduğunu, lakin 13 mobil telefonun və kalonkanın oğurlandığını bildirmişdir.O, oğurlanmış kalonkanı ibtidai istintaq zamanı şikayətində bildirməmişdir. Mağazadan 13 ədəd mobil telefonlardan başqa mağazanın kassasından 1500 Rus rublu, 300-400 manat məbləğində kağız pullarının oğurlanması məlum olmuşdur. Dəymiş ziyandan 500 rus rublu geri qaytarılmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki,o, özünə məxsus «Uşaq aləmi» oyuncaq mağazasını işlədir. 02 may 2023-cü il tarixdə saat 20 radələrində mağazanı bağladıqdan sonra yaşadığı evə çıxıb getmişdir. 03 may 2023-cü il tarixdə səhər saatlarında mağazanı açıdıqdan sonra mağazanın arxa hissəsində pəncərə şüşəsinin sındırılmasını görüb və mağazaya naməlum şəxs və ya şəxslərin daxil olmasını başa düşmüşdür. Mağazanın vitinlərinə baxdıqdan sonra 1 ədəd dəyəri 70 manat ümumi dəyəri isə 140 manat təşkil edən 2 ədəd uçan oyuncaq (dron) aparatlarının, 1 ədəd dəyəri 25 manat ümumi dəyəri isə 50 manat təşkil edən 2 ədəd kişi qol saatlarının və 20 manat dəyərində 1 ədəd şokolad buketinin oğurlanması ona məlum olmuşdur. Bundan başqa mağazanın kassasına baxdıqda kassadan 15 manat məbləğində xırda qəpik pulların da yerində olmadığını aşkar etmişdir. Mağazadan baş vermiş oğurluq nəticəsində ümumilikdə ona 225 manat məbləğində maddi ziyan dəymişdir. O, dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, özünə məxsus «Vaz 21061» markalı, **-BV-*** qeydiyyat nömrə nişanlı avtomobili vardır. 19 aprel 2023-cü il tarixdə saat 22 radələrində özünə məxsus ağ rəngli «Vaz 21061» markalı, **-BV-*** qeydiyyat nömrə nişanlı avtomobili ilə tək Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən «Qayalı» marketin yaxınlığında «Uni Bank»ın bonkomatından pul köçürmək üçün getmişdir. Avtomobili yolun kənarında «Uni Bank»ın yanında saxlayıb və avtomobildən yerə düşmüşdür. Avtomobilin açarları üstündə qalmış və qapılarını da bağlamamışdır. Marketdən çıxıb qayıdarkən avtomobilini saxladığı yerdə olmadığını görmüşdür. O, DİNnin 102 xidmətinə zəng edərək ona məxsus avtomobilin qaçırılması barədə məlumat vermişdir. Təxminən 5-10 dəqiqə sonra hadisə yerinə Xaçmaz RPŞ-nin polis əməkdaşları gələrək avtomobilin qaçırıldığı yeri maüayinə edib və protokol tərtib etmişlər. Bir neçə saat sonra Xaçmaz rayon PŞ-nə dəvət edilərkən özünə məxsus avtomobili qaçırmış şəxslərin tanımadığı yetkinlik yaşma çatmayan uşaqlar olması ona məlum olmuşdur. Avtomobildən heç bir sənəd və ya əşya oğurlanmamış və ona maddi ziyan dəyməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki,o. özünə məxsus mağazanı səhər saatlarında açmağa gedərkən mağazanın qarşı tərəfdən plastik hissəsinin sındırılmasını görmüş və mağazanın qapısını açaraq içəri daxil olmuşdur. Mağazaya girdikdən sonra mağazadakı əşyaların səliqəsinin pozulmasını və mağazadakı kassanın yanında olan şkafın qapısının açıq olmasını görmüşdür. Həmin şkafin içinə baxdıqda orada olan 200 manat məbləğində xırda qəpiklərin və vitrində olan 2000 manat kağız nağd pulunun oğurlanmasını aşkar etmişdir. O, dəymiş ziyanın ödənilmədiyini və şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 məxsus mağazada satıcı işləyir. Ona mağazadan oğurluq olmasını zən edib bildirblər.O, mağanın qapısından deyil pəncərə şüşəsini sındıraraq içəri daxil olduqlarını və 500 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs8 onun əmisi oğludur. 19 aprel 2023-cü il tarixdə, saat 22 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində olduğu zaman əmisi oğlu Nail ona zəng edərək Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən «Qayalı» marketin qarşısında olduğunu və onu təcili olaraq həmin yerə çağırmışdır. Həmin zaman yaxınlıqda olduğu üçün «Qayalı» marketin qarşısına gedib və əmisi oğlu Nail ilə görüşmüşdür. Nail bir neçə dəqiqə əvvəl özünə məxsus “Vaz 21061” markalı, **-BV-*** qeydiyyat nömrə nişanlı avtomobili Xaçmaz şəhəri, N.Nərimanovküçəsində yerləşən «Qayalı» marketin qarşısında açarları üstündə saxlayaraq siqaret vəsu almaq üçün marketə daxil olduğunu və geri qayıdarkən avtomobili saxladığı yerdə aşkar etmədiyini ona bildirmişdir. Avtomobilin qaçırılmasını ona deyərək DİN-nin 102 xidmətinə zəng edib və bu barədə məlumat verdikdən bir neçə dəqiqə sonra RPŞ-nin əməkdaşları «Qayalı» marketin qarşısına gəlmişlər. Bir neçə saat sonra Zərərçəkmiş şəxs8 məxsus avtomobili tanımadığı yetkinlik yaşına çatmayan uşaqların qaçırmaları ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, Xaçmaz RPŞ-nin PPB-nün manqa komandiri vəzifəsində işləyir. Həmin günü saat 22:20 radələrində Xaçmaz RPŞ-nin növbətçi hissəsindən «Vaz 21061» markalı, **-BV-*** qeydiyyat nömrə nişanlı avtomobilin Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən «Qayalı» marketin qarşından qaçırılması barədə məlumat əldə etmişlər. Axşam saat 23:35 radələrində həmin avtomobilin Xaçmaz şəhəri, Z.Əliyeva küçəsində dayanmış vəziyyətdə görmüşlər. Xidmətdə olan iş yoldaşları ilə birlikdə həmin avtomobilə yaxınlaşdıqda avtomobildə üç nəfər yetkinlik yaşına çatmayan şəxslərin olması onlara məlum olmuşdur. Həmin zaman avtomobildə Xaçmaz şəhər sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X28 olmasını müəyyən etmişlər. Məhkəmə istintaqı zamanı şahid X29 ifadəsində göstərdi ki,o, mağazada olduğu zaman Xaçmaz şəhər sakini kimi tanıdığı Kənan adlı oğlan mağazaya gələrək içərisində 03 ədəd qapı kilidi olan qutu karobkanı qətirib mağazada qalmasını xahiş etmişdir. Bir neçə gün sonra 5 manat pul istəmişdir. Növbəti gün yenidən gələrək borca 5 manat pul istəmiş və evdən alaraq qaytaracağını bildirmişdir. Daha sonra Kənan bir neçə ay həmin mağazaya gəlməmişdir. Əvəllər Kənanın oğurluq əməllərini tötətməsindən xəbərsiz olmuşdur. O, Kənanın ona əşyaları satmağını təklif etmədiyini bildirmişdir və həmin əşyaları satmamışdır. Həmçinin, Kənanın yanında Təqsirləndirilən şəxs1 görməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: -01 sentyabr 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında (cild 01, vərəq 01) qərardan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi X93 tərəfindən faktla bağlı Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. -27 mart 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki (cild 01, iş vərəq 07), Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X5, Şahid3, Xaçmaz RPŞ-nin ekspert kriminalisti X41, həmçinin hal şahidləri X6 və X46 iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, Şahid3 satıcısı işlədiyi «Avto 440» adlı mağaza Xaçmaz şəhəri, Bakı prospektində 29-cu məhəllədə Bakı-Xaçmaz avtomobil yolunun sağ tərəfində Xaçmaz kabel evi mağazasının əks tərəfində yerləşir. Mağazanın satıcısı Şahid3 mağazadan oğurluq olması barədə mağazanın sahibi Zərərçəkmiş şəxs1 məlumat verdiyini və o, hazırda mağazaya gələ bilmədiyinə görə polis əməkdaşlarının mağazaya baxış keçirilməsinə etiraz etmədiyini bildirdi. Mağazanın ön hissəsində lövhədə «Avto 440» kredit təkər sözləri yazılmışdır. Mağazının ön hissəsi 2x2.5 ölçü nisbətində çərçivələri ağ rəngli plastik materialdan hazırlanmış şüşəli qapısı və pəncərələri vardır. Mağazının qapsı üzərində jalyuz olmasına baxmayaraq mağazanın pəncərələri üzərində jalyuz və ya dəmir barmaqlıq yoxdur. Mağazanın giriş qapısının sağ tərəfdən 1-ci pəncərəsi üzərindəki şüşəsinin sınması və şüşələrin içəri tərəfə dağılması müşahidə olunur. Mağazaya daxil olduqda qarşı yəni əks tərəfdəki vitrində müxtəlif növ avtomobil ehtiyyat hissələri vardır. Vitrinin qarşı hissəsində müxtəlif markalı velosipedlər yığılmışdır. Mağazının içəri tərəfdən pəncərələri qarşısında isə avtomobil təkərləri cərgə ilə yığılmışdır. Mağazanın içində sağ tərəfdə mağazanın ofis otağı yerləşir. Həmin otağa daxil olduqda orada solda bir ədəd masa, üzərində noutbuk və bir ədəd printer vardır. Mağazada satıcı işləyən Şahid3 mağazanın ofis hissəsində olan həmin masanın aşağı hissəsində dolab rəfindən 500 manat nağd pulun oğurlandığını bildirdi. Baxış zamanı mağazadan hər hansı bir iz aşkar edilmədi və götürülmədi. Baxış zamanı «Sony-E17» markalı fotoaparatdan fotoşəkillər çəkilərək protokola əlavə edildi. -01 sentyabr 2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan (cild 01, vərəq 17) müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. -01 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxsi dindirmə protokolundan (cild 01, vərəq 20) görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində dindirilmişdir. -01 sentyabr 2023-cü il tarixli şahidi dindirmə protokolundan (cild 01, vərəq 23) müəyyən edilir ki, Şahid3 şahid qismində dindirilmişdir. -01 sentyabr 2023-cü il tarixli mütəxəssis qismində təyin etmə haqqında qərardan (cild 01, vərəq 25) müəyyən edilir ki, iş üzrə latın qrafikalı Azərbaycan əlifbası ilə yazmaqda və oxumaqda çətinlik çəkən cinayət prosesi iştirakçılarına kömək göstərmək məqsədi ilə kifayət qədər biliyə və bacarığa malik mütəxəssis təyin edilməsi zərurəti yarandığından kiril və latın qrafikalı əlifba ilə yazılmış sənədləri oxumaqla cinayət prosesi iştirakçılarına köməklik göstərmək məqsədilə ********* nömrəli cinayət işi üzrə X47 mütəxəssis qismində təyin edilmişdir. -01 sentyabr 2023-cü il tarixli məhdud fəaliyyət qabiliyyətli şahidin qanuni nümayəndəsi qismində təyin etmə haqqında qərardan (cild 01, vərəq 29) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə1 xx.xx.2007-ci ildə anadan olmaqla məhdud fəaliyyət qabiliyyətli şahid Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxılmışdır. -01 sentyabr 2023-cü il tarixli yetkinlik yaşına çatmayan şahidi dindirmə protokolundan (cild 01, vərəq 31) müəyyən edilir ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndə anası Qanuni nümayəndə1 və mütəxəssis X27 iştirakları ilə şahid qismində dindirilmişdir. -01 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, vərəq 33) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. -01 sentyabr 2023-cü il tarixli yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin dindirilməsi protokolundan (cild 01, vərəq 41) müəyyən edilir ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 müdafiəçisi X53, qanuni nümayəndə anası Qanuni nümayəndə1 və mütəxəssis X27 iştirakları ilə təqsirləndirilən şəxs qismində dindirilmişdir. -01 sentyabr 2023-cü il tarixli yetkinlik yaşına çatmayanı valideyn nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 01, vərəq 44) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxılmış anası Qanuni nümayəndə1 nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir. -01 sentyabr 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan (cild 01, vərəq 46) müəyyən edilir ki, 10 iyun 2023-cü il tarixdə başlanmış ********* nömrəli cinayət işi 01 sentyabr 2023-cü il tarixdə başlanmış ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir və birləşdirilmiş cinayət işinə ********* nömrəsi verilmişdir. -10 iyun 2023-cü il tarixli cinayət işi başlamaq, zərər çəkmiş şəxs qismində tanımaq və işi icraata qəbul etmək haqqında qərardan (cild 01, vərəq 49) müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və araşdırma aparılmasından ötrü icraata götürülmüşdür. Həmçinin Zərərçəkmiş şəxs2 iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. -04 iyun 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki (cild 01, iş vərəq 52), Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X2, Xaçmaz RPŞ-nin ekspert kriminalisti X41, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X30 və Zərərçəkmiş şəxs2, həmçinin hal şahidləri X34 və X16 iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi «Kaspi Market» mağazası ünvan 4 ünvanında yerləşir. Mağaza mişar daşı ilə inşa edilmiş 3 mərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərir. Həmin marketin yerləşdiyi binanın 2-ci və 3-cü mərtəbələri istifadə edilmir. Həmin baxış keçirilən «Kaspi Market»-in qarısında şüşəli giriş qapısından içəri daxil olduqda girişdə sol tərəfdə xidməti otağın orada yuxarı hissədəki pəncərə nəfəsliyinin 85x50 sm ölçüdə şüşəsinin sınmış və açıq vəziyyətdə olması müəyyən edilir. Həmin otaqdakı əşyaların səliqəsinin pozulması və dağınıq vəziyyətdə olması müşahidə olunur. Mağaza sahibi Zərərçəkmiş şəxs2 həmin xidməti otaqdakı dolabdan 900 manat nağd kağız pulların, və poketdə olan 300 manat xırda qəpik pulların oğurlandığını bildirdi. Həmin otaqdan mağazanın əsas zal hissəsinə keçid vardır. Orada mağazanın kassalarının olması müşahidə olunur. Zərərçəkmiş şəxs2 oradakı kassanın içindən 100 manat nağd kağız pulların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirdi. Baxış zamanı Zərərçəkmiş şəxs2 ümumilikdə mağazadan 1300 manat pulunun oğurlanmasını göstərdi Mağazadakı pəncərənin çərçivəsində 03 ədəd əl-barmaq aşkar edilərək götürülüb və ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırıldı. Baxış zamanı «Redmi Not-8» markalı fotoaparatdan fotoşəkillər çəkilərək protokola əlavə edildi. -10 iyun 2023-cü il tarixli zərərçəkmiş şəxsin dindirilməsi protokolundan (cild 01, vərəq 62) görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində dindirilmişdir. -10 iyun 2023-cü il tarixli mütəxəssis qismində təyin etmə haqqında qərardan (cild 01, vərəq 66) müəyyən edilir ki, iş üzrə latın qrafikalı Azərbaycan əlifbası ilə yazmaqda və oxumaqda çətinlik çəkən cinayət prosesi iştirakçılarına kömək göstərmək məqsədi ilə kifayət qədər biliyə və bacarığa malik mütəxəssis təyin edilməsi zərurəti yarandığından kiril və latın qrafikalı əlifba ilə yazılmış sənədləri oxumaqla cinayət prosesi iştirakçılarına köməklik göstərmək məqsədilə ********* nömrəli cinayət işi üzrə X47 mütəxəssis qismində təyin edilmişdir. -10 iyun 2023-cü il tarixli məhdud fəaliyyət qabiliyyətli şahidin qanuni nümayəndəsi qismində prosesdə iştirak etməyə buraxılması haqqında qərardan (cild 01, vərəq 71) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə1 xx.xx.2007-ci ildə anadan olmaqla məhdud fəaliyyət qabiliyyətli şahid Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxılmışdır. -10 iyun 2023-cü il tarixli yetkinlik yaşına çatmamış şahidin dindirilməsi protokolundan (cild 01, vərəq 73) müəyyən edilir ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndə anası Qanuni nümayəndə1 və mütəxəssis X27 iştirakları ilə şahid qismində dindirilmişdir. -“Şübhəli şəxsin tutulması haqqında” 10 iyun 2023-cü il tarixli protokoldan (cild 1, vərəq 82), müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X17 tərəfindən Xaçmaz RPŞ-də 20:35 dəqiqədə müdafiəçi Xaçmaz rayon Vəkil Bürosunun vəkili X53, qanuni nümayəndəsinin və mütəxəssisin iştirakları ilə şübhəli şəxs qismində tutulmuşdur. -10 iyun 2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (cild 01, vərəq 86) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi X53, qanuni nümayəndəsinin və mütəxəssisin iştirakları ilə şübhəli şəxs qismində dindirilmişdir. -03 may 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki (cild 01, iş vərəq 92), Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X31, Zərərçəkmiş şəxs5, Xaçmaz RPŞ-nin ekspert kriminalisti X41, həmçinin hal şahidləri X35 və X12 iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs5 məxsus «Uşaq aləmi» oyuncaq mağazası Xaçmaz N.Nərimanov küçəsi ilə M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində Xaçmaz şəhər dəmir yol vağzalı istiqamətində gedən avtomobil yolunun sağ tərəfində yerləşir. Həmin mağazanın qarşısında işıqfor vardır və yolun digər tərəfində yəni oyuncaq mağazasının əks tərəfində «Bosfor» restoranı yerləşir. «Uşaq aləmi» oyuncaq mağazası iki mərtəbəli olmaqla mişar daşı ilə inşa edilmişdir. Oyuncaq mağazasının bir giriş qapısı ön tərəfdən və digər giriş qapısı isə arxa tərəfdə yerləşir. Mağazanın ön girş qapısı plastik materialdan və arxa tərəfdə olan giriş qapısı isə dəmir materialdan hazırlanmışdır. Həmin mağazanın ikinci mərtəbəsi təmirsizdir. Baxış zamanı oyuncaq mağazasının ikinci mərtəbəsinin pəncərə şüşəsinin sınması müşahidə olundu. Mağaza sahibi Zərərçəkmiş şəxs5 mağazanın vitrinlərindən 2 ədəd uçan oyuncaq (dron) aparatlarının. 2 ədəd kişi qolsaatlarının, bir ədəd şokolad büketinin və kassadan isə 15 manat qəpik pulların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirdi. Mağaza sahibi Zərərçəkmiş şəxs5 mağazasından oğurlanmış 2 ədəd dronlardan 1 ədədini mağazanın damında aşkar edib və ona toxunmadığını bildirdi. Bundan başqa mağazanın dam hissəsindən uçan oyuncaq dron aparatının 1 ədəd aşkar olunaraq götürüldü. Mağaza sahibi Zərərçəkmiş şəxs5 həmin 1 ədəd təyarə formasında oyuncaq dronun mağazadan oğurlanan oyuncaq dron olmasını təsdiq etdi. Baxış zamanı «Samsunq» markalı fotoaparatdan fotoşəkillər çəkilərək protokola əlavə edildi. -06 may 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki (cild 01, iş vərəq 106), Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X18, Zərərçəkmiş şəxs3, Xaçmaz RPŞ-nin ekspert kriminalisti X41, həmçinin hal şahidləri X7 və X19 iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs3 məxsus yaşayış evi ünvan 5 ünvanında yerləşir. Evin dəmir materialdan hazırlanmış qarşısından içəri daxil olduqda kiçik həyətin olması müşahidə olunur. Həyətdə mişar daşı ilə inşa edilmiş yeni təmir edilən bir mərtəbəli ev vardır. Evin yenicə qoyulmuş plastik materialdan hazırlanmış pəncərələri vardır. Evin arxa hissəsindəki plastik pənəcərənin yerindən çıxarılması müşahidə olunur. Ev sahibi həmin pənəcəıədən naməlum şəxs və ya şəxslərin evə daxil olmasını güman etdiyini bildirdi. Bundan başqa baxış zamanı evindən 1 ədəd «Arko» markalı (smistiteli) kranı, 25 manat dəyərində 1 ədəd hamam duşunun, 4 ədəd dəmir materialdan hazırlanmış qapı kilidlərinin və komplekt şəkilində 8 ədəd pencərə petlələrinin oğurlandığını bildirdi. Baxış zamanı heç bir iz aşkar edilmədi və götürülmədi. Baxış zamanı «Samsunq» markalı fotoaparatdan fotoşəkillər çəkilərək protokola əlavə edildi. -10 may 2023-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki (cild 01, iş vərəq 118), Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X18, Şahid5 Əmralı oğlunun, Zərərçəkmiş şəxs3 iştirakları ilə 2 ədəd qapı petlələrinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, X20 məxsus təsərrüfat malları mağazası Xaçmaz şəhəri 28 may küçəsində Xaçmaz şəhər bazarının giriş hissəsində, sağ tərəfdə yerləşir. Mağazanın qarşı hissəsində sağ tərəfdə müxtəlif təsərrüfat əşyalarının yığıldığı masanın olması müşahidə olunur. Mağazanın giriş qapısı dəmir materialdan olmaqla şüşəbənd şəklində hazırlanmışdır. İrzababa Məstənov mağazada 3 ədəd qapı klidlərini və 2 ədəd qapı petlələrini təqdim edərək onları Xaçmaz şəhər sakini Kənan adlı şəxsin ona satdığını bildirdi. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 həmin əşyaları əlamətlərindən tanıyaraq onların ona məxsus olduğunu və ünvan 6 ünvanında yerləşən evindən oğurlanmış əşyalar olduğunu bildirdi. İrzababa Məstənovun təqdim etdiyi 3 ədəd qapı klidləri və 2 ədəd qapı petlələri onun özünün razılığı ilə ondan götürüldü.Baxış zamanı «Samsunq» markalı fotoaparatdan fotoşəkillər çəkilərək protokola əlavə edildi. -25 may 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki (cild 01, iş vərəq 125), Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X18, X3, Xaçmaz RPŞ-nin ekspert kriminalisti X41, həmçinin hal şahidləri X36 və X21 iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, X8 məxsus təsərrüfat malları mağazası Xaçmaz şəhəri, İsmət Qayıbov küçəsində Xaçmaz şəhər şəhidlər xiyabanından 50 metr aralı cənub istiqamətində yerləşir. Mağaza bir mərtəbəli olmaqla mişar daşı ilə inşa edilmiş və qabaq hissəsi plastik materialdan hazırlanmış qapı və pəncərələrdən ibarətdir. Mağazanın qarşı aşağı hissəsində 40X20 sm ölçü nisbətində plastik materialın kənar təsir nəticəsində sındırılıb, dağıdılması və oradan mağazanın içinə girmək üçün girişin açılması müşahidə olunur. Mağazadakı əşyaların səliqəsi pozulmuş və axtarılmışdır. Mağazaya daxil olduqda mağazadakı kassanın yanında olan şkafın açıq olması müəyyən olunur. Mağaza sahibi Etibar Mustafayev şkafın içindən 200 manat xırda qəpiklərin və vitrindəki boş qutunun içindən isə 2000 manat pulunun oğurlandığını bildirmişdir. Baxış zamanı heç bir iz aşkar edilmədi və götürülmədi. Baxış zamanı «Samsunq» markalı fotoaparatdan fotoşəkillər çəkilərək protokola əlavə edildi. -11 iyun 2023-cü il tarixli “əməlin tövsif olunması barədə” qərardan(cild 01, iş vərəq 133) görünür ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 172.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. -11 iyun 2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan (cild 01, vərəq 135) müəyyən edilir ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. -11 iyun 2023-cü il tarixli zərərçəkmiş şəxsi dindirmə protokolundan (cild 01, vərəq 138) görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində dindirilmişdir. -11 iyun 2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan (cild 01, vərəq 141) müəyyən edilir ki, X13 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. -11 iyun 2023-cü il tarixli zərərçəkmiş şəxsi dindirmə protokolundan (cild 01, vərəq 144) görünür ki, X13 zərərçəkmiş şəxs qismində dindirilmişdir. -11 iyun 2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan (cild 01, vərəq 147) müəyyən edilir ki, Zərərçəkmiş şəxs5 Adıgözəl oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. -11 iyun 2023-cü il tarixli zərərçəkmiş şəxsi dindirmə protokolundan (cild 01, vərəq 150) görünür ki, Zərərçəkmiş şəxs5 Adıgözəl oğlu zərərçəkmiş şəxs qismində dindirilmişdir. -11 iyun 2023-cü il tarixli şahidi dindirmə protokolundan (cild 01, vərəq 153) müəyyən edilir ki, Şahid5 Əmrəli oğlu şahid qismində dindirilmişdir. -11 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, vərəq 155) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. -12 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolundan (cild 01, vərəq 161) müəyyən edilir ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 müdafiəçisi X53, qanuni nümayəndə anası Qanuni nümayəndə1 və mütəxəssis X27 iştirakları ilə təqsirləndirilən şəxs qismində dindirilmişdir. -Xaçmaz Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 4(067)-83/2023 saylı qərarından (cild 01, vərəq 168) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və məhkəmə iclas zalından dərhal azad edilmişdir. -12 iyun 2023-cü il tarixli yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 01, vərəq 172) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxılmış anası Qanuni nümayəndə1 nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir. -15 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan (cild 01, vərəq 175) müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanında yerləşən “Kaspi” marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bankına Xaçmaz RPŞ-dən daxil olan) xx.xx.2007-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş X10 əlinin adsız və orta barmaqlarının (pəncərə çərçivəsindən götürülmüş) əksləri ilə eynilik müəyyən etmişdir. Digər eynilik müəyyən edilməmişdir. -01 iyul 2023-cü il tarixli cinayət işinin icraata götürülməsi və ibtidai istintaqın aparılması haqqında (cild 01, vərəq 178) qərardan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İBnin baş müstəntiqi X93 tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır. -01 iyul 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında (cild 01, vərəq 180) qərardan müəyyən edilir ki, 21 aprel 2023-cü il tarixdə başlanmış ********* nömrəli cinayət işi 10 iyun 2023-cü il tarixdə başlanmış ********* nömrəsi verilmişdir. -21 aprel 2023-cü il tarixli cinayət işi başlamaq, zərər çəkmiş şəxs qismində tanımaq və işi icraata qəbul etmək haqqında (cild 01, vərəq 183) qərardan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin müstəntiqi X32 tərəfindən Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə cinayət işi başlanmış və araşdırma aparılmasından ötrü icraatına qəbul edilmişdir -19 aprel 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan (cild 01, iş vərəq 125) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X30, Zərərçəkmiş şəxs8, həmçinin hal şahidləri X22 və X9 iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs8 özünə məxsus ağ rəngli «Vaz 2106» markalı, **- BV-*** dövlət qeydiyyat nişanlı avtomobili Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 19 A-da yerləşən «Qayalı» marketin qarşısında avtomobillərin parkinq yerində saxlamış və həmin avtomobil həmin yerdən qaçırılmışdır. «Qayalı» marketin sol tərəfində «Uni bank», bərbərxana, «Rabitə bank» və digər mağazalar vardır. «Qayalı» marketin qarşı hissəsi avtomobillərin parkin olunması üçün nəzərdə tutulmuş yerdir. Zərərçəkmiş şəxs8 19 aprel 2023-cü il tarixdə özünə məxsus «Vaz 2106» markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili «Qayalı» marketin arşı hissəsi avtomobillərin parkin yerində saxladığı və maşının oradan qaçırıldığını bildirdi. Baxış zamanı hər hansı iz aşkar edilmədi və götürülmədi. Baxış zamanı heç bir texniki vasitədən istifadə edilməməşdir. -21 aprel 2023-cü il tarixli zərərçəkmişi dindirmə protokolundan (cild 01, vərəq 211) görünür ki, Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində dindirilmişdir. -19 aprel 2023-cü il tarixli şahidi dindirmə protokolundan (cild 01, vərəq 214) müəyyən edilir ki, Şahid6 şahid qismində dindirilmişdir. -22 aprel 2023-cü il tarixli mütəxəssis qismində təyin etmə haqqında qərardan (cild 01, vərəq 218) müəyyən edilir ki, iş üzrə latın qrafikalı Azərbaycan əlifbası ilə yazmaqda və oxumaqda çətinlik çəkən cinayət prosesi iştirakçılarına kömək göstərmək məqsədi ilə kifayət qədər biliyə və bacarığa malik mütəxəssis təyin edilməsi zərurəti yarandığından kiril və latın qrafikalı əlifba ilə yazılmış sənədləri oxumaqla cinayət prosesi iştirakçılarına köməklik göstərmək məqsədilə ********* nömrəli cinayət işi üzrə X47 mütəxəssis qismində təyin edilmişdir. -22 aprel 2023-cü il tarixli məhdud fəaliyyət qabiliyyətli şahidin qanuni nümayəndəsi qismində təyin etmə haqqında qərardan (cild 01, vərəq 222) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə1 xx.xx.2007-ci ildə anadan olmaqla məhdud fəaliyyət qabiliyyətli şahid Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxılmışdır. -22 aprel 2023-cü il tarixli yetkinlik yaşına çatmayan şahidi dindirmə protokolundan (cild 01, vərəq 224) müəyyən edilir ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndə anası Qanuni nümayəndə1 və mütəxəssis X27 iştirakları ilə şahid qismində dindirilmişdir. -22 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, vərəq 226) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. -22 aprel 2023-cü il tarixli yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin dindirilməsi protokolundan (cild 01, vərəq 234) müəyyən edilir ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 müdafiəçisi X53, qanuni nümayəndə anası Qanuni nümayəndə1 və mütəxəssis X27 iştirakları ilə təqsirləndirilən şəxs qismində dindirilmişdir. -22 aprel 2023-cü il tarixli yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 01, vərəq 237) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxılmış anası Qanuni nümayəndə1 nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir. -22 aprel 2023-cü il tarixli şahidi dindirmə protokolundan (cild 01, vərəq 240) müəyyən edilir ki, Şahid4 şahid qismində dindirilmişdir. -23 aprel 2023-cü il tarixli şahidi dindirmə protokolundan (cild 01, vərəq 242) müəyyən edilir ki, X86 şahid qismində dindirilmişdir. -23 aprel 2023-cü il tarixli məhdud fəaliyyət qabiliyyətli şahidin qanuni nümayəndəsi qismində təyin etmə haqqında qərardan (cild 01, vərəq 247) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə X37 xx.xx.2008-ci ildə anadan olmaqla məhdud fəaliyyət qabiliyyətli Şahid1 qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxılmışdır. -23 aprel 2023-cü il tarixli yetkinlik yaşına çatmayan şahidi dindirmə protokolundan (cild 01, vərəq 249) müəyyən edilir ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar yetkinlik yaşına çatmayan Şahid1 qanuni nümayəndə anası X14 və mütəxəssis X27 iştirakları ilə şahid qismində dindirilmişdir. -25 aprel 2023-cü il tarixli şahidi dindirmə protokolundan (cild 01, vərəq 251) müəyyən edilir ki, X54 şahid qismində dindirilmişdir. -25 iyun 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan (cild 01, vərəq 253) müəyyən edilir ki, 04 aprel 2023-cü il tarixdə başlanmış ********* nömrəli cinayət işi 21 aprel 2023-cü il tarixdə başlanmış ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və birləşdirilmiş cinayət işinə ********* nömrəsi verilmişdir. Həmçinin ********* nömrəli cinayət işinin istintaqı Azərbaycan Respublikası CM-nin 177.2.3 və 185.2.1-ci maddələri ilə davam etdirilmişdir. -04 aprel 2023-cü il tarixli cinayət işi başlamaq, zərər çəkmiş şəxs qismində tanımaq və işi icraata qəbul etmək haqqında (cild 01, vərəq 254) qərardan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin müstəntiqi X32 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və araşdırma aparılmasından ötrü icraatına qəbul edilmişdir -31 mart 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan (cild 01, iş vərəq 259) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X38, Zərərçəkmiş şəxs7, Xaçmaz RPŞ-nin ekspert ekspert kriminalisti X41, həmçinin hal şahidləri X43 və X23 iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs7 icarə əsasında işlətdiyi mobil telefon alqı-satqısı və təmiri mağazası Xaçmaz şəhəri N.Nərimanov küçəsində köhnə avtovağzal ərazisində «Aygün» şadlıq sarayının arxa hissəsində şadlıq sarayından 12 metr aralı məsafədə yerləşir. Mağazanın giriş qapısı plastik materialdan hazırlanmışdır. Giriş qapısından içəri daxil olduqda mağazanın vitrinində müxtəlif markalı mobil tetefonlar və aksesuarlar vardır. Baxış zamanı mağazanın arxa hissəsində plastik materialdan hazırlanmış nəfəsliyinin şüşəsinin sınması və açıq olması müşahidə olundu. Mağazanın vitirnində müxtəlif markalı mobil telefonların yerlərinin boş olması və səliqənin pozulması müəyyən olunur. Mağazanı işlədən Zərərçəkmiş şəxs7 oğru və ya oğruların mağazanın nəfəsliyindən içəri daxil olaraq mağazadan müxtəlif markalı 13 ədəd mobil telefonların, mağazanın kassasından 1500 manat rus rublunun, 100 manat xırda qəpik pulların və 355 manat kağız pullarının oğurlanmasını bildirdi. Mağazada pəncərə şüşəsi üzərində 08 ədəd əl-barmaq aşkar edilərək götürülüb və müvafiq qaydada qablaşdırılmışdır. Baxış zamanı “Samsung” markalı fotoaparatdan fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. -31 mart 2023-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki (cild 01, iş vərəq 268), Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X38, Təqsirləndirilən şəxs2, anası Qanuni nümayəndə1, mütəxəssis X27 və Zərərçəkmiş şəxs7 iştirakları ilə 9 ədəd mobil telefonlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təqdim etdiyi 9 ədəd müxtəlif markalı mobil telefonlardır. Təqsirləndirilən şəxs2 bildirdi ki, 30 mart 2023-cü il tarixdə, gecə saat 01 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində köhnə avtovağzal ərazisində «Aygün» şadlıq sarayının arxa hissəsində yerləşən mobil telefon alqı-satqısı və təmiri mağazasının nəfəslinin şüşəsini sındırmaqla oradan içəri daxil olub, oğurluq etmiş və oradan oğurladığı 9 ədəd müxtəlif markalı mobil telefonları könüllü olaraq təqdim edir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi mobil telefonlara baxış keçirərəkən onların 1 ədəd «Redmi NOT 8 M1908C3JG» markalı mobil telefon. 1 ədəd «Redmi NOT 8 M1908C3JG» markalı mobil telefon, 1 ədəd «Samsung Galaxy A 20 S» markalı mobil telefon, 1 ədəd «Samsung Galaxy A 10S» markalı mobil telefon, 1 ədəd «Samsung Galaxy A 02S» markalı mobil telefon, 1 ədəd «Samsung Galaxy J3» markalı mobil telefon, 1 ədəd «Xiomi M1901F9E» markalı mobil telefon, 1 ədəd «Samsung Galaxy A 12» markalı mobil telefon və 1 ədəd «Samsung Galaxy A 13» markalı mobil telefon olması müəyyən olundu. Baxışda iştirak edən Zərərçəkmiş şəxs7 özünə məxsus mobil telefonları tanıyaraq onların özünə məxsus olmasını və mağazadan oğurlandığı bildirdi. Təqsirləndirilən şəxs2 baxış zamanı könüllü olaraq təqdim etdiyi 9 ədəd müxtəlif markalı mobil telefonlar özünün razılığı ilə ondan götürüldü.Baxış zamanı «Samsunq A-44» markalı mobil telefondan fotoşəkillər çəkilərək protokola əlavə edildi. -04 aprel 2023-cü il tarixli zərərçəkmişi dindirmə protokolundan (cild 01, vərəq 275) görünür ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində dindirilmişdir. -04 aprel 2023-cü il tarixli şahidin dindirilməsi protokolundan (cild 02, vərəq 01) müəyyən edilir ki, X78 ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmişdir. -08 aprel 2023-cü il tarixli mütəxəssis qismində təyin etmə haqqında qərardan (cild 02, vərəq 05) müəyyən edilir ki, iş üzrə latın qrafikalı Azərbaycan əlifbası ilə yazmaqda və oxumaqda çətinlik çəkən cinayət prosesi iştirakçılarına kömək göstərmək məqsədi ilə kifayət qədər biliyə və bacarığa malik mütəxəssis təyin edilməsi zərurəti yarandığından kiril və latın qrafikalı əlifba ilə yazılmış sənədləri oxumaqla cinayət prosesi iştirakçılarına köməklik göstərmək məqsədilə ********* nömrəli cinayət işi üzrə X47 mütəxəssis qismində təyin edilmişdir. -08 aprel 2023-cü il tarixli məhdud fəaliyyət qabiliyyətli şahidin qanuni nümayəndəsi qismində prosesdə iştirak etməyə buraxılması haqqında qərardan (cild 02, vərəq 09) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə1 xx.xx.2007-ci ildə anadan olmaqla məhdud fəaliyyət qabiliyyətli şahid Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxılmışdır. -08 aprel 2023-cü il tarixli yetkinlik yaşına çatmayan şahidi dindirmə protokolundan (cild 02, vərəq 11) müəyyən edilir ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndə anası Qanuni nümayəndə1 və mütəxəssis X27 iştirakları ilə şahid qismində dindirilmişdir. -“Şübhəli şəxsin tutulması haqqında” 08 aprel 2023-cü il tarixli protokoldan (cild 02, vərəq 20), müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X17 tərəfindən Xaçmaz RPŞ-də 20:00 dəqiqədə müdafiəçi Xaçmaz rayon Vəkil Bürosunun vəkili X53, qanuni nümayəndəsinin və mütəxəssisin iştirakları ilə şübhəli şəxs qismində tutulmuşdur. -08 aprel 2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (cild 02, vərəq 24) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi X53, qanuni nümayəndəsinin və mütəxəssisin iştirakları ilə şübhəli şəxs qismində dindirilmişdir. -10 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 02, vərəq 29) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. -10 aprel 2023-cü il tarixli yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxsin dindirilməsi protokolundan (cild 02 vərəq 36) müəyyən edilir ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 müdafiəçisi X53, qanuni nümayəndə anası Qanuni nümayəndə1 və mütəxəssis X27 iştirakları ilə təqsirləndirilən şəxs qismində dindirilmişdir. -10 aprel 2023-cü il tarixli yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin dindirilməsi protokolundan (cild 02, vərəq 36) müəyyən edilir ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 müdafiəçisi X53, qanuni nümayəndə anası Qanuni nümayəndə1 və mütəxəssis X27 iştirakları ilə təqsirləndirilən şəxs qismində dindirilmişdir. -10 aprel 2023-cü il tarixli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 02, vərəq 40) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. -07 aprel 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 02, iş vərəq 47) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X48, Zərərçəkmiş şəxs6 Mirzağa oğlunun və Xaçmaz RPŞ-nin NH-nin sürücüsü X39, həmçinin hal şahidləri X1 və X49 iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, Zərərçəkmiş şəxs6 Mirzağa oğluna məxsus geyim əşyalarının satışı mağazası Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi ilə R.Behbudov küçələrinin kəsişməsində İ.Qayıbov küçəsi 6 B ünvanında yerləşir. Mağaza Zərərçəkmiş şəxs6 evinə bitişik olmaqla mişar daşı ilə inşa edilməklə iki mərtəbəlidir və divarları qırmızı rəngə boyanmışdır. Mağazanın ikinci mərtəbəsinə çıxmaq üçün nəzərdə tutulmuş beton pilləkanlar inşa edilmişdir. Mağazanın birinci mərtəbəsinin qarşısında talvar olmaqla talvarın altında istifadə edilməyən digər obyekt vardır. Mağazaya daxil olduqda mağazanın içində müxtəlif çeşiddə geyim əşyalarının olması müşahidə olunur. Baxış zamanı Zərərçəkmiş şəxs6 mağazanın giriş qapısının sol tərəfində yerləşən plastic pəncərəsinin sınıq şüşəsini göstərərək naməlum şəxs və ya şəxslərin həmin pəncərədən içəri daxil olmaraq və mağazadan 100 manat məbləğində kağız və qəpik pulunun 85, ədəd müxtəlif markalı corabların və 1 ədəd “Nokia” markal mobil telefonunun oğurlanmasını bildirdi. Baxış zamanı mağazadan 08 ədəd əl barmaq izləri götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Baxış zamanı “Samsung” markalı fotoaparatdan fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. -15 aprel 2023-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki (cild 02, iş vərəq 58), Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X2, Təqsirləndirilən şəxs2, anası Qanuni nümayəndə1, mütəxəssis X27 və Zərərçəkmiş şəxs6 Mirzağa oğlunun iştirakları ilə 63 ədəd corablara və 1 ədəd “Nokia 6212” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 təqdim etdiyi 63 ədəd müxtəlif markalı corablar və mobil telefonlardır. Təqsirləndirilən şəxs2 bildirdi ki, 07 aprel 2023-cü il tarixdə, gecə saat 01 radələrində Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi ilə R.Behbudov küçələrinin kəsişməsində yerləşən Zərərçəkmiş şəxs6 məxsus geyim əşyalarının satışı mağazasının pəncərəsini sındıraraq içəri daxil olub və oğurluq etmiş, mağazadan oğurladığı 63 ədəd müxtəlif markalı corabları və 1 ədəd «Nokia» markalı mobil telefonu könüllü olaraq təqdim edir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi əşyaları baxış keçirərkən onların 10 ədəd “CÜSA” markalı 40-44 ölçülü kişi corabları, 13 ədəd «SEMPATİ» markalı 40-44 ölçülü kişi corabları, 10 ədəd «ASRA» markalı 40-44 ölçülü kişi corabları, 10 ədəd «PUMA» markalı 40-44 ölçülü kişi corabları, 10 ədəd «SPORT SOKS» markalı 40-44 ölçülü kişi corabları, 10 ədəd «BAMBO» markalı 40-44 ölçülü kişi corabları və 1 ədəd “Nokia 6212" markalı mobil telefon olması müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs6 Mirzağa oğlu özünə məxsus corabları və 1 ədəd «Nokia 6212» markalı mobil telefonu tanıyaraq onların özünə məxsus olmasını və mağazasından oğurlandığını bildirdi. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 63 ədəd müxtəlif markalı corablar və 1 ədəd «Nokia 6212» markalı mobil telefon özünün razılığı ilə ondan götürüldü. Baxış zamanı «Sony» markalı mobil telefondan fotoşəkillər çəkilərək protokola əlavə edildi. -16 aprel 2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan (cild 02, vərəq 62) müəyyən edilir ki, Zərərçəkmiş şəxs6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. -16 aprel 2023-cü il tarixli zərərçəkmişi dindirmə protokolundan (cild 02, vərəq 65) görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində dindirilmişdir. -17 aprel 2023-cü il tarixli sayta baxış keçirilməsi barədə protokoldan (cild 02, vərəq 68) görünür ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X17 ********* nömrəli cinayət işi üzrə 01 Rus Rublunun 31 mart 2023-cü il tarixdə milli valyutaya nisbətdə kursunu müəyyən etmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi olan “cbar.az” saytına daxil olmuşdur. Saytın yuxarı sol hissəsində Azərbaycan Respublikasının Dövlət Gerbi, həmçinin “Azərbaycan Respublikasının Mərkəzi Bankı” yazısı əks olunmuşdur. Saytın yuxarı hissəsində “Haqqımızda”, “Pul Siyasəti”, “Bazar İştirakçıları”, “Hüquqi Aktlar”, “Ödəniş Sistemləri”, “Milli Pul Nişanları”, “Statistika”, “Nəşrlər və Tədqiqatlar” bölmələr vardır. Bir qədər aşağı hissədə isə “AZN Məzənnələri” yazılan bölmə, həmin bölmənin altında təqvim və pul vahidlərinin əks olunduğu görünür. Təqvimdə ilin yanvar, mart və aprel aylarının müxtəlif günlərini, valyutada isə “1 Rus rublu”-nu qeyd edib axtarış düyməsini sıxdıqdan sonra aşağı hissədə «1 Rus rublu»nun tarixlər və kurs «0,0220» yazılarının çıxması müəyyən olundu. Bununla da həmin internet səhifəsinə baxış zamanı məlum oldu ki, 31 mart 2023-cü il tarixdə 1 Rus rublunun milli valyutaya nisbətdə kursu 0,0220 manat (iki manat iyimi qəpik) təşkil etmişdir. Göründüyü kim Zərərçəkmiş şəxs7 işlətdiyi mağazadan oğurlanmış 1500 rus rublu məzzənə üzrə 33 manat 00 qəpik təşkil edir. Sayta baxış keçirilən zaman həmin hissədə xüsusi olaraq saytda qeyd edilmiş “printer” düyməsini sıxmaqla həmin ekran görüntüsü çap edildi və protokola əlavə olundu. -17 aprel 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 02, iş vərəq 70) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İBnin müstəntiqi X2, Təqsirləndirilən şəxs2 ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə, Xaçmaz rayon Vəkil Bürosunun vəkili X53, qanuni nümayəndəsi Qanuni nümayəndə1, mütəxəssis X27 və Zərərçəkmiş şəxs7 iştirakları ilə ifadələr yerində yoxlanıldı. İfadələri yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 istintaq hərəkətinin iştirakçıları ilə birlikdə Zərərçəkmiş şəxs7 icarə əsasında işlətdiyi Xaçmaz şəhəri, N.Nərimanov küçəsində «Aygün» şadlıq sarayının arxa hissəsində şadlıq sarayından 12 metr aralıda yerləşən telefon alış-satışı mağazasının qarşısına gələrək bildirdi ki, 31 mart 2023-cü il tarixdə, saat 24 radələrində Zərərçəkmiş şəxs7 icarə əsasında işlətdiyi Xaçmaz şəhəri, N.Nərimanov küçəsində köhnə avtovağzal ərazisindəki «Aygün» şadlıq sarayının arxa hissəsində şadlıq sarayından 12 metr aralı məsafədə yerləşən telefon alış-satışı və təmiri mağazasının qarşısına gəlib, ətrafda heç kimin olmadığını görərək həmin mağazanın pəncərəsinin k plastik nəfəsliyini vintaçanla sındıraraq açıb və oradan içəri daxil olmaqla mağazadan müxtəlif markalı mobil telefonları və pulları oğurlayaraq çıxıb getmişdir. İfadənin yerində yoxlanılması gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirildi və“Sony” markalı fotoaparatdan fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. -17 aprel 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 02, iş vərəq 73) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İBnin müstəntiqi X2, Təqsirləndirilən şəxs2 ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə, Xaçmaz rayon Vəkil Bürosunun vəkili X53, qanuni nümayəndəsi Qanuni nümayəndə1, mütəxəssis X27 və Zərərçəkmiş şəxs6 Mirzağa oğlunun iştirakları ilə ifadələr yerində yoxlanıldı. İfadələri yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 istintaq hərəkətinin iştirakçıları ilə birlikdə Zərərçəkmiş şəxs6 Mirzağa oğluna məxsus Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi ilə R.Behbudov küçələrinin kəsişməsində İ.Qayıbov küçəsi 6 B ünvanında yerləşən mağazanın qarşısına gələrək bildirdi ki, 07 aprel 2023-cü il tarixdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs6 Mirzağa oğluna məxsus Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi ilə R.Behbudov küçələrinin kəsişməsində İ.Qayıbov küçəsi 6 B ünvnında yerləşən geyim əşyalarının satışı mağazasının qarşısına gəlib, ətrafda heç kimin olmadığını görərək pəncərə şüşəsini vintaçanla sındırmaqla açıb və oradan içəri daxil olmaqla mağazadan müxtəlif markalı corabları, 1 ədəd mobil telefonu və pulları oğurlayaraq çıxıb getmişdir. İfadənin yerində yoxlanılması gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirildi və “Sony” markalı fotoaparatdan fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. -18 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan (cild 02, vərəq 80) müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə ünvan 8 ünvanında yaşayan Zərərçəkmiş şəxs6 məxsus ticarət obyektində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədədi (ADİS-in məlumat bankına Xaçmaz RPŞ və Qaradağ MSY-dən daxil olan) xx.xx.2007-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş X10 əlinin ovuc (02 dəfə) və sağ əlinin ovuc əksi ilə eynilik müəyyən etmişdir. -19 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan (cild 02, vərəq 82) müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Xaçmaz rayonu, N.Nərimanov küçəsində yerləşən vətəndaş Zərərçəkmiş şəxs7 məxsus mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədədi (Avtomatlaşdırılmış eyniləşdirilmə sisteminin məlumat bankına Xaçmaz RPŞ və Qaradağ MSY-dən daxil olan) xx.xx.2007-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş X11 əlinin ovuc və sol əlinin ovucu (02 dəfə) (şüşənin üzərindən) ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilməmişdir.. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli, 9/2915 nömrəli ekspert rəyindən (cild 02, vərəq 86) müəyyən edilir ki, ekspertiza tədqiqatına təqdim edilən 9 adda telefonların istifadədə olması və cədvəldə qeyd edilən xüsusatları nəzərə alınmaqla, hadisə baş verən tarixə, yəni 2023-cü ilin mart ayına olan tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1290,0 manat müəyyən edilir. Tədqiqata təqdim edilməyən qərarda göstərilən 2 adda telefonların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2023-cü ilin mart ayına olan tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 240,0 manat müəyyən edilir. Qərarda qeyd edilən 2 ədəd qara rəngli sadə olmaqla Çin istehsalı, “Nokia” markalı mobil telefonların modeli və digər texniki göstəriciləri barədə məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Digər qərarda göstərilən 6 ədəd malların hadisə baş verən tarixə, yəni 2023-cü ilin aprel ayına olan tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 15.0 manat müəyyən edilir. Qərarda qeyd edilən 1 ədəd göy rəngli, Çin istehsalı, adı “Nokia” markalı mobil telefonların modeli və digər texini göstəriciləri barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. -25 iyun 2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında (cild 02, vərəq 92) qərardan görünür ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi Elxan Allahverdiyevin icraatında olan ********* nömrəli cinayət işi üzrə X24 əməli Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsindən həmin Məcəllənin 185.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. -01 iyul 2023-cü il tarixli cinayət işinin icraata götürülməsi və ibtidai istintaqının aparılması barədə(cild 02, vərəq 94) qərardan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi X93 tərəfindən ********* nömrəli cinayət işi icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. -Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında(cild 02, vərəq 95) qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 326.2-ci maddələri ilə barəsində aparılan cinayət təqibinə təqsirliliyi sübuta yetmədiyindən xitam verilmişdir. -04 sentyabr 2023-cü il tarixli məhdud fəaliyyət qabiliyyətli şahidin qanuni nümayəndəsi qismində prosesdə təyin etmə haqqında qərardan (cild 02, vərəq 115) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə xx xxxxxx 2007-ci ildə anadan olmaqla məhdud fəaliyyət qabiliyyətli şahid Təqsirləndirilən şəxs1 və 30 noyabr 2009-cu ildə anadan olmaqla məhdud fəaliyyət qabiliyyətli şahid X50 atası Qanuni nümayəndə2 onların qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxılmışdır. -05 sentyabr 2023-cü il tarixli yetkinlik yaşına çatmayan şahidi dindirmə protokolundan (cild 02, vərəq 119) müəyyən edilir ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar yetkinlik yaşına çatmayan X67 qanuni nümayəndə atası Qanuni nümayəndə2 və mütəxəssis X27 iştirakları ilə şahid qismində dindirilmişdir. -05 sentyabr 2023-cü il tarixli yetkinlik yaşına çatmayan şahidi dindirmə protokolundan (cild 02, vərəq 121) müəyyən edilir ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qanuni nümayəndə atası Qanuni nümayəndə2 və mütəxəssis X27 iştirakları ilə şahid qismində dindirilmişdir. -05 sentyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən (cild 02, iş vərəq 123) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi X68, Təqsirləndirilən şəxs1 ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə, qanuni nümayəndəsi Qanuni nümayəndə2, mütəxəssis X27 oğlunun iştirakları ilə ifadələr yerində yoxlanıldı. İfadələri yerində yoxlanılan yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs1 istintaq hərəkətinin iştirakçıları ilə birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 19 A-da yerləşən «Qayalı Market»-in qarşısına gələrək bildirdi ki, 19 aprel 2023-cü il tarixdə, saat 22 radələrində dostluq etdiyi Təqsirləndirilən şəxs2 ilə birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 19 A-da yerləşən «Qayalı Market»-in qarşısına gəlmiş və orada park edilmiş Zərərçəkmiş şəxs8 Tofiq oğluna məxsus «Vaz 2106» markalı. **-BV-*** qeydiyyat nişanlı avtomobili qaçırmışlar. İfadənin yerində yoxlanılması gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirildi və“Sony” markalı fotoaparatdan fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. -05 sentyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən (cild 02, iş vərəq 125) müəyyən edilir ki, ifadələri yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 istintaq hərəkətinin iştirakçıları ilə birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 19 A-da yerləşən «Qayalı market»-in qarşısına gələrək bildirdi ki, 19 aprel 2023-cü il tarixdə, saat 22 radələrində dostluq etdiyi Təqsirləndirilən şəxs1 ilə birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 19 A-da yerləşən «Qayalı Market»-in qarşısına gəlmiş və orada park edilmiş Zərərçəkmiş şəxs8 Tofiq oğluna məxsus «Vaz 2106» markalı, **-BV-*** qeydiyyat nişanlı avtomobili qaçırmışlar. İfadənin yerində yoxlanılması gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirildi və“Sony” markalı fotoaparatdan fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. -05 sentyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 02, iş vərəq 127) müəyyən edilir ki, ifadələri yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 istintaq hərəkətinin iştirakçıları ilə birlikdə Zərərçəkmiş şəxs5 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ilə M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində Xaçmaz şəhər dəmir yol vağzalı istiqamətində gedən avtomobil yolunun sağ tərəfində yerləşən «Uşaq Aləmi» mağazasının qarşısına gələrək bildirdi ki, X67 ilə əlbir olaraq onunla birlikdə 03 may 2023-cü il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ilə M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində Xaçmaz şəhər dəmir yol vağzalı istiqamətində gedən avtomobil yolunun sağ tərəfində yerləşən «Uşaq Aləmi» mağazasının qarşına gəlib. Fərdi Məcidov onu küçədə gözləyərəkən mağazanın pəncərə şüşəsini sındıraraq içəri daxil olub və oradan pulu və digər əşyaları oğurlayaraq çıxıb getmişlər.İfadənin yerində yoxlanılması gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirildi və“Sony” markalı fotoaparatdan fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Lakin işin məhkəmə baxışı iclasında dövlət ittihamçısı ittiham nitqində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Nizami oğlu yuxarıda qeyd olunan epizodda talama cinayətini əlbir olaraq törətdiyi digər şəxs X67 məhdud fəaliyyət qabiliyyətli olduğu üçün cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilmədiyindən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamdan CM-nin 177.2.1-ci maddəsi xaric edilməlidir. Məhkəmə həmin xüsusata münasibətdə qeyd edir ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs2 Nizami oğluna hazırkı cinayət işi üzrə elan edilmiş ittihamdan CM-nin 177.2.2-ci maddəsinin xaric edilməsi əsaslıdır. Belə ki, Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 02, vərəq 113) müəyyən edilir ki, X67 xx.xx.2009-cu il təvəllüddür. -05 sentyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 02, iş vərəq 130) müəyyən edilir ki, ifadələri yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 istintaq hərəkətinin iştirakçıları ilə birlikdə Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanında yerləşən evin qarşısına gələrək bildirdi ki, 26 aprel 2023-cü il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanında yerləşən evinə gəlib və ətrafda heç kimin olmadığını gördükdən sonra evin pəcrəsindən içəri daxil olub və evdən müxtəlif çeşiddə məişət əşyalarını oğurlayaraq çıxıb getmişdir.İfadənin yerində yoxlanılması gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirildi və“Sony” markalı fotoaparatdan fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. -05 sentyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 02, iş vərəq 133) müəyyən edilir ki, ifadələri yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 istintaq hərəkətinin iştirakçıları ilə birlikdə Zərərçəkmiş şəxs2 işlətdiyi, ünvan 7 ünvanda yerləşən «Kaspi Market» mağazasının qarşısına gələrək bildirdi ki, 03 yun 2023-cü il tarixdə, gecə saat 24 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi. ünvan 7 ünvanda yerləşən «Kaspi Market» mağazasının qarşısına gəlib, ətrafda heç kimin olmağını gördükdən sonra mağazanın pəncərəsinin nəfəsliyini sındıraraq içəri daxil olub və həmin mağazadan pulları oğurlayaraq çıxıb getmişdir. İfadənin yerində yoxlanılması gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirildi və “Sony” markalı fotoaparatdan fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. -05 sentyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 02, iş vərəq 136) müəyyən edilir ki, ifadələri yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 istintaq hərəkətinin iştirakçıları ilə birlikdə Zərərçəkmiş şəxs4 məxsus Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində Xaçmaz şəhər şəhidlər xiyabanından 50 metr cənub istiqamətində yerləşən təsərrüfat malları mağazasının qarşısına gələrək bildirdi ki, 25 may 2023-cü il tarixdə, gecə saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus Xaçmaz şəhəri, İ.Qayıbov küçəsində Xaçmaz şəhər şəhidlər xiyabanından 50 metr cənub istiqamətində yerləşən təsərrüfat malları mağazasının qarşına gəlib, ətrafda heç kimin olmağını gördükdən sonra mağazasının plastik materialdan hazırlanmış qapısının aşağı hissəsini təpiklə vurub sındırmaqla içəri daxil olub və həmin mağazadan pulları oğurlayaraq çıxıb getmişdir. İfadənin yerində yoxlanılması gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirildi və“Sony” markalı fotoaparatdan fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. -05 sentyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 02, iş vərəq 139) müəyyən edilir ki, ifadələri yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 istintaq hərəkətinin iştirakçıları ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus «Avto 440» adlı avto-ehtiyyat hissələrinin satışı mağazasının qarşısına gələrək bildirdi ki, 27 mart 2023-cü il taxdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri, Bakı prospekti 29-cu məhəllədə Bakı-Xaçmaz avtomobil yolunun sağ tərəfində, Xaçmaz kabel evi mağazasının əks tərəfində yerləşən «Avto 440» adlı avto-ehtiyyat hissələrinin satışı mağazasının qarşısına gəlib, ətrafda heç kimin olmadığını görərək mağazanın pəncərəsini sındırıb və içəri daxil olaraq mağazanın ofisində olan masanın aşağı hissəsindəki dolabın rəfindən 500 manat nağd pulu oğurlayaraq çıxıb getmişdir.İfadənin yerində yoxlanılması gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirildi və “Sony” markalı fotoaparatdan fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2023-cü il tarixli, 3/1299 nömrəli ekspert rəyindən (cild 02, vərəq 148) müəyyən edilir ki, təqdim edilmiş 1№li zərfdə 2 saylı daktilolentin səthindəki ovuc izi və 3 saylı daktilolentin səthindəki əl barmaq izi, 2№li zərfdə 1,6,7,8 saylı daktilolentlərin səthindəki ovuc izləri və 3№li zərfdə 3 “a”, “b”saylı daktilolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Eyni zamanda təqdim edilmiş 1№li zərfdə 1,2,3,4,5,6,7,8 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri, 2№li zərfdə 1,2,3,4,5,6,7,8 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri və 3№li zərfdə 1,2,3 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə, kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Eyni zamanda 1№li 2 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs2 sol ovucundan, 2№li zərfdə 6 saylı daktilolentin səthindəki ovuc izi onun sol ovucundan, 7 saylı daktilolentin səthindəki ovuc izi onun sağ ovucundan, 8 saylı daktilolentin səthindəki ovuc izi isə onun sol ovucundan qalmışdır. Eyni zamanda təqdim edilmiş 1№li 3 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2№li zərfdə 1 saylı daktilolentin səthindəki ovuc izi, 3№li zərfdə 3 “a”, “b” saylı daktilolentin səthindəki əlbarmaq izləri Təqsirləndirilən şəxs2 əl-barmaqlarından qalmamışdır. -Cinayət işi materiallarında olan zərfdən (cild 02, vərəq 161) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd zərfdə 4 ədəd ovuc izləri maddi sübut hesab edilməklə cinayət işi materiallarında saxlanılmışdır. -Əməlin tövsif edilməsi haqqında qərardan (cild 02, vərəq 162) müəyyən edilir ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3-cü və 185.2.1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.2, 177.2.3-cü və 185.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 185.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. -19 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 02, vərəq 163) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. -19 sentyabr 2023-cü il tarixli yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxsin dindirilməsi protokolundan (cild 02 vərəq 173) müəyyən edilir ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 müdafiəçisi X33, qanuni nümayəndə atası Qanuni nümayəndə2 və mütəxəssis X27 iştirakları ilə təqsirləndirilən şəxs qismində dindirilmişdir. -19 sentyabr 2023-cü il tarixli yetkinlik yaşına çatmayanı valideyn nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 02, vərəq 178) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etməyə buraxılmış atası Qanuni nümayəndə2 nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir. -19 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan (cild 02, vərəq 185) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 185.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. -19 sentyabr 2023-cü il tarixli yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxsin dindirilməsi protokolundan (cild 02 vərəq 192) müəyyən edilir ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 müdafiəçisi X53, qanuni nümayəndə anası Qanuni nümayəndə1 və mütəxəssis X27 iştirakları ilə təqsirləndirilən şəxs qismində dindirilmişdir. -20 sentyabr 2023-cü il tarixli zərərçəkmişi əlavə dindirmə protokolundan (cild 02, vərəq 203) görünür ki, Zərərçəkmiş şəxs6 Mirzağa oğlu zərərçəkmiş şəxs qismində əlavə dindirilmişdir. -20 sentyabr 2023-cü il tarixli zərərçəkmişi əlavə dindirmə protokolundan (cild 02, vərəq 204) görünür ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində əlavə dindirilmişdir. -21 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 02, vərəq 214) müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 170-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. Eyni zamanda Şahid1 əməllərində Azərbaycan Respublikası CM-nin 185.2.1-ci və 307-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi istisna olunduğundan barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Eyni zamanda Şahid5 və Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-c- və 194.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs6 məxsus 63 ədəd müxtəlif markalı corabların, 1 ədəd “Nokia 6212” markalı mobil telefonun, Zərərçəkmiş şəxs7 məxsus 9 ədəd müxtəlif markalı mobil telefnların, Zərərçəkmiş şəxs3 məxsus 3 ədəd qapı kilidlərinin. 2 ədəd qapı pətlələrinin və Zərərçəkmiş şəxs8 məxsus “Vaz 21061” minik markalı, **-BV-*** qeydiyyat nömrə nişanlı avtomobil maddi sübut hesab edilərək saxlanılması üçün zərərçəkmişlərə təhvil verilməsi nəzərə alınmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd zərfdə 4 ədəd ovuc izləri maddi sübut hesab edilməklə cinayət işi materiallarında saxlanılmışdır. Eyni zamanda zərərçəkmiş Zərərçəkmiş şəxs7 məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 may 2023-cü il tarixli, 9/2915 nömrəli rəyi ilə razı olmadığından törədilmiş cinayət nəticəsində ona 2228 manat maddi ziyanın dəyməsi nəzərə alınmış, zərərçəkmiş Zərərçəkmiş şəxs6 məhkəməəmtəəşünaslıq ekspertizasının 19 may 2023-cü il tarixli, 9/2915 nömrəli rəyi ilə razı olmadığından törədilmiş cinayət nəticəsində ona 395 manat maddi ziyan dəyməsi nəzərə alınmışdır. Eyni zamanda mağazanın damından aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd oyuncaq dronun maddi sübut hesab edilmişdir. Maddi sübut hesab edilmiş 1 ədəd oyuncaq dron saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs5 təhvil verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasınımüəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə (qaçırmışdır) Bundan başqa, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə (qaçırmışdır). Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü və 185.1-ci maddələrində və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisələri həqiqətən baş vermiş, onlara ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisələri məhz Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəflərindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.177.2.3-cü və 185.2.1-ci maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-cimaddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin86.1-cimaddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bundan başqa,Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) yolu ilə törədildikdə həmin Məcəllənin 185.2.1-ci maddəsinin tərkibini yaradır. Həmin Məcəllənin 185.2.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətlərini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzaları yüngülləşdirən və ağırlaşdıran halları, yetkinlik yaşına çatmamalarını, habelə təyin olunmuş cəzaların şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitlərinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon Təhsil Şöbəsinin Cəfər Cabbarlı adına şəhər 6 №li tam orta məktəbin direktoru tərəfindən verilmiş xasiyyətnamədən (cild 02, vərəq 105) müəyyən edilir ki,xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Xaçmaz şəhər 6 №li tam orta məktəbdə oxumuşdur. Azərbaycan dilində yazıb-oxumağı bacarmaqla tam olaraq sərbəst bilir. Dərslərə davamiyyəti zəif olmuşdur. Qiymətləri aşağı səviyyədə idi. Təhsil aldığı dövrdə şagirdlər arasında heç bir nüfuza malik olmamışdır, təlim-tərbiyəsi aşağı idi, məktəbin ictimai həyatında iştirak etməmişdir və belə tədbirlərdən həmişə yayınmağa çalışmışdır. Məktəb rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs2 tərbiyəsi ilə bağlı onun ətrafında dəfələrlə tərbiyəviprofilaktiki tədbirlərin aparılmasına baxmayaraq bunlardan heç bir nəticə çıxarmamışdır. Təhsildən yayındığı üçün xx.xx.2022-ci il tarixdə məktəbin kontingentindən çıxarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X4 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən (cild 02, vərəq 106) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmişAzərbaycan Respublikası DİN Əməliyyat və X4 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən (cild 02, vərəq 107) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş“Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 15 avqust 2023-cü il tarixli məktubdan (cild 01, vərəq 109) görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 “Xaçmaz RMX” PHŞ-də həkimnarkoloqun və həkim-psixatrın qeydiyyatında yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Xaçmaz şəhər C.Cabbarlı adına 6№li tam orta məktəb” tərəfindən daxil olmuş 23 avqust 2023-cü il tarixli məktubdan (cild 02, vərəq 110) görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.2009-cu il təvəllüdlü X15 şəhəri 6 №li tam orta məxtəbin azərbaycan bölməsində təhsil almışlar. Həmin adı çəkilən şəxslər məktəbi bitirməmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 02, vərəq 112) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2007-ci il təvəllüddür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən (cild 02, vərəq 142-143) müəyyən edilir ki, atası 1971-ci il təvəllüdlü X61, anası 1975-ci il təvəllüdlü Qanuni nümayəndə1, qardaşları 1998-ci il təvəllüdlü X79 və 2007-ci il təvəllüdlü X55r. Təqsirləndirilən şəxs2 həmin ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən (cild 02, vərəq 144-145) müəyyən edilir ki, atası 1979-cu il təvəllüdlü Qanuni nümayəndə2, anası (ayrılıb) 1990-ci il təvəllüdlü X40, bacısı 2012-ci il təvəllüdlü X25r. Təqsirləndirilən şəxs1 həmin ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohumqonşular ondan narazı qalmasınlar. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş qəbzdən (cild 02, vərəq 222) müəyyən edilir ki, özünə məxsus “Uşaq aləmi” mağazasından oğurlanmış 1 ədəd oyuncaq dronu təhvil almışdır və bununla əlaqədar şikayəti və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs6 Mirzağa oğlu tərəfindən verilmiş qəbzdən (cild 02, vərəq 247) müəyyən edilir ki, özünə məxsus 63 ədəd corabları və 1 ədəd “Nokia 6212” markalı mobil telefonu təhvil almışdır və heç bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş qəbzdən (cild 02, vərəq 249) müəyyən edilir ki, özünə məxsus 2 ədəd qapı pətlələrini və 3 ədəd qapı kilidlərini təhvil almışdır və bununla əlaqədar heç bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş qəbzdən (cild 02, vərəq 250) müəyyən edilir ki, özünə məxsus 9 ədəd mobil telefonları təhvil almışdır və bununla əlaqədar heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)-97/2023 saylı hökmündən və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 69.3-cü maddələrinə əsasən ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, hökmün icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(067)-97/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən barəsində 01 bir ay həddində, yəni 25 aprel 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan tam ödənilməmişdir, buna baxmayaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan tam ödənilməmişdir, buna baxmayaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Bununla da məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını bildirməsinin formal xarakter daşıdığını hesab edərək bu qənaətə gəlir ki, bu hal onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, təqsirləndirilən şəxslərin barəsində cəzalarını yüngülləşdirən halları, barələrində cəzanı ağırlaşdıran halı, yetkinlik yaşına çatmamalarını, cinayət əməlinin törədilməsi hallarını və təqsirləndirilən şəxslərin şəxsiyyətlərini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cümaddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə və 185.2.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməli, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Bundan başqa iş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə görə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli onun 24 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsilyerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası və məhkəmə-daktiloskopik ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 200,29 (iki yüz manat iyirmi doqquz qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X26, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351- 353-cü, 356-cı , 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddələrilə elan olunmuş ittihamdanAzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.2, 177.2.3-cü və 185.2.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrinə əsasən 02 (iki) il müddətində azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinə əsasən 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 08 aprel 2023-cü il tarixdən 10 aprel 2023-cü il tarixədək, 10 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 04 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə (cəmi 04 gün) hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26(iyirimi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)-97/2023 nömrəli hökmü ilə təyin edimiş 01 (bir) il 11 (on bir) ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması qəti cəzasının hazırki günə, yəni xx.xx.2024-cü il tarixinə çəkilməmiş qalan 01 (bir) il 11(on bir) ay 22 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsin əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddəti həmin Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında hazırki hökm üzrə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirimi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 24 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həb edilsin. (hökmün bu hissədə icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs1 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar Zərərçəkmiş şəxs6 məxsus 63 ədəd müxtəlif markalı corablar, 1 ədəd “Nokia 6212” markalı mobil telefon, Zərərçəkmiş şəxs7 məxsus 9 ədəd müxtəlif markalı mobil telefonlar, Zərərçəkmiş şəxs3 məxsus 3 ədəd qapı kilidləri, 2 ədəd qapı petlələri, Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd oyuncaq duron və Zərərçəkmiş şəxs8 məxsus “Vaz 21061” markalı, **-BV-*** qeydiyyat nömrə nişanlı avtomobil saxlanmasından ötrü zərərçəkmişlərə təhvil verilməsi nəzərə alınsın və Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd zərfdə 4 ədəd ovuc izləri maddi sübut hesab edilməklə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası və məhkəmə-daktiloskopik ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 200,29 (iki yüz manat iyirmi doqquz qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X26, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 cinayət əməli nəticəsində vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surətinin ona verildiyi) andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar