Məhkəmə qərarları › İş №1(067)-38/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-38/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-38/2025 15.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi: Əliyeva Aynur Məhəmməd qızının sədrliyi Məhkəmə iclasının katibi: X8 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə Təqsirləndirilən şəxsin müdafiəçisi: Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli,evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 dekabr 2022-ci il tarixdə, saat 01 dələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsindən 2 litrlik plastmas qabda aldığı benzini özü ilə götürərək, Xaçmaz rayonu, Tikanoba kəndindən şimala doğru 5 kilometr məsafədə, Qusarçay çayının mənsəbi yaxınlığında yerləşən Zərərçəkmiş şəxs1 məxsus kafenin qarşısına gələrək eyni ilin avqust ayında həmin kafedə ondan artıq hesab almalarını bəhanə edib özgənin əmlakını qəsdən məhv etmə məqsədilə plasmas qabdakı benzini kafenin taxta hissələri üzərinə tökdükdən sonra özündə olan alışqanla alışdırıb Zərərçəkmiş şəxs1a məxsus 8X15 metr ölçüdə 6880 manat dəyərində kafeni, həmin kafedə olan 1 ədəd 600 manat dəyərində sadə soyuducunu, 1 ədəd 200 manat dəyərində dondurma soyuducusunu, ümumilikdə 550 manat dəyərində 1 ədəd piyvə soyuducusu və 1 ədəd pivə aparatını, 1 ədəd 150 manat dəyərində 72 ekran “LG” markalı televizoru, 1 ədəd 150 manat iəyərində dörd göz qaz piltəsini, 1 ədəd 70 manat dəyərində böyük qaz balonunu, 70 ədəd hər biri 0.50 manat olmaqla ümumilikdə 35 manat dəyərində sadə çəngəli, 70 ədəd hər biri 0.50 manat olmaqla ümumilikdə 35 manat dəyərində sadə qaşığı, 70 ədəd hər biri 0.50 manat olmaqla ümumilikdə 35 manat dəyərində stəkanı, 70 ədəd hər biri 0.50 manat olmaqla ümumilikdə 35 manat dəyərində nəlbəkini, 70 ədəd hər biri 0.50 manat olmaqla ümumilikdə 35 manat dəyərində rumkanı, 70 ədəd hər biri 0.50 manat olmaqla ümumilikdə 35 manat dəyərində boşqabı, 30 ədəd hər biri 0.50 manat olmaqla ümumilikdə 15 manat dəyərində duzqabını, 30 ədəd hər biri 1 manat olmaqla ümumilikdə 30 manat dəyərində külqabını, 30 ədəd hər biri 2 manat olmaqla ümumilikdə 60 manat dəyərində çörək qabını, 30 ədəd hər biri 2 manat olmaqla ümumilikdə 60 manat dəyərində salfet qabını, 30 ədəd hər biri 4 manat olmaqla ümumilikdə 120 manat dəyərində çayniki, 15 ədəd hər biri 4 manat olmaqla ümumilikdə 60 manat dəyərində qəndqabını, 10 ədəd hər biri 10 manat olmaqla ümumilikdə 100 manat dəyərində sinini, 7 ədəd hər biri 50 manat olmaqla ümumilikdə 350 manat dəyərində qazan dəstini, 7 ədəd hər biri 50 manat olmaqla ümumilikdə 350 manat dəyərində tava dəstini, 1 ədəd 30 manat dəyərində kiçik qaz balonunu, 3 ədəd hər biri 300 manat olmaqla ümumilikdə 900 manat dəyərində 5 litrlik 4 ayaqlı samovarı, 1 ədəd 40 manat dəyərində qabyumaq üçün mətbəx vannasını, 18 ədəd hər biri 70 manat olmaqla ümumilikdə 1260 manat dəyərində stolu, 70 ədəd hər biri 20 manat olmaqla ümumilikdə 1400 manat dəyərində stulu, 4 ədəd hər biri 100 manat olmaqla ümumilikdə 400 manat dəyərində 2 metrlik divanları, 4 ədəd hər biri 40 manat olmaqla ümumilikdə 160 manat dəyərində kiçik stolları, 15 ədəd hər biri 30 manat olmaqla ümumilikdə 450 manat dəyərində yay çətirlərini, 60 ədəd hər biri 5 manat olmaqla ümumilikdə 300 manat dəyərində piyvə bakallarını, 15 ədəd hər biri 7 manat olmaqla ümumilikdə 105 manat dəyərində su qabını, 2 ədəd hər biri 240 manat olmaqla ümumilikdə 480 manat dəyərində seyf qapıları, 60 ədəd hər biri 2,5 manat olmaqla ümumilikdə 150 manat dəyərində ədva qablarını, 1 ədəd 4,7 metr uzunluqda 1,2 metr hündürlükdə 1300 manat dəyərində mebel barı, həmin kafedə olan Zərərçəkmiş şəxs2 məxsus 1 kiloqramı 45 manat olmaqla ümumilikdə 4500 manat dəyərində 100 kiloqramlıq ipi, 15 top hər biri 40 manat olmaqla ümumilikdə 600 manat dəyərində 9 qatlı 8 kiloqramlıq ipi qisas almaq niyyəti ilə yandırıb məhv etməklə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ümumilikdə 16930 (on altı min doqquz yüz otuz) manat və Zərərçəkmiş şəxs2 ümumilikdə 5100 (beş min yüz) manat dəyərində xeyli miqdarda ziyan vurmuş, yəni özgənin əmlakını yandırmaqla, zərərçəkmış şəxsə xeyli miqdarda ziyan vurmaqla qəsdən məhv etmişdir. Bundan başqa o, 22 dekabr 2022-ci il tarixdə saat 01 radələrində Xaçmaz rayonu, Tikanoba kəndindən şimala doğru 5 kilometr məsafədə, Qusarçay çayının mənsəbi yaxınlığında yerləşən Zərərçəkmiş şəxs1 məxsus kafenin qarşısına gələrək eyni ilin avqust ayında həmin kafedə ondan artıq hesab almalarını bəhanə edib özgənin əmlakını qəsdən məhv etmə məqsədilə qeyd olunan kafenin qarşısında olan Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd uzunluğu 6,60 metr, eni 2,32 metr, bort hündürlüyü 1,07 metr, suya oturumu 0,20 metr, tutumu 13,10 kub metr, taxta materialdan, 4 nəfər sərnişin götürmə və 0,30 ton yük götürmə qabiliyyətinə malik, 2002-ci ildə tikilmiş D-l adlı həvəskar balıq ovu üçün nəzərdə tutulmuş taxta qayıq tipli gəminin yanacaq çəninin borusunu dartmaqla çıxarıb benzini qayığa tökərək özündə olan alışqanla alışdırıb sonuncuya məxsus 1 ədəd 4500 manat dəyərində gəmini, həmin gəmidə olan 1 ədəd 6000 manat dəyərində Yamaha 75 markalı 1 ədəd asma tipli 55,12 kVt güclü, ******* zavod nömrəli mühərriki, 1 ədəd 100 manat dəyərində Yamaha markalı 25 litr tutumlu, plastik yanacaq çənini, 8 ədəd diametri 55 sm, eni 9 metr, uzunluğu 95 metr olan hər biri 120 manat dəyərində olmaqla ümumilikdə 960 manat dəyərində torları qisas almaq niyyəti ilə yandırıb məhv etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 11560 (on bir min beş yüz altmış) manat dəyərində xeyli miqdarda ziyan vurmuş, yəni özgənin əmlakını yandırmaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla qəsdən məhv etmişdir. Həmin əməli ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ilk dəfə, hadisədən təxminən 10 gün əvvəl, yəni kafenin fəaliyyət göstərdiyi zamanında taksi ilə, tək halda gedib həmin kafedə spirtli içki pivə içmiş, hesabı istədiyində adını bilmədiyi xanım ofisiant yaxınlaşaraq onun sərxoş olmasından istifadə edib içdiyi pivələrin hesabının 50 manat olduğunu ona demişdir. O, kafedə pivədən başqa nəsə sifariş verməmişdir. Orada qiymətlərin görünəcəyi menyu və ya hər hansı bir vasitə olmamışdır. Ofisianta içdiyi pivələrin əvəzində hesabın 50 manat istənilməsinin çox olmasını dediyində ofisiant ona “bizdə qiymətlər belədir, içməzdən əvvəl qiymətləri soruşardın” sözlərini demişdir. Hesab çox istənildiyi üçün ofisianta müdriyyəti çağırmasını dediyində ofisiant “kafenin müdiri mənəm” sözlərini demişdir. Kafenin yerləşdiyi ərazi dənizin kənarı olduğundan və orada o tək olduğu üçün 50 manat pulu ödəyib oradan getmişdir. Təxminən 10 gün sonra Xaçmaz şəhərində yerləşən “Məşdinin kafesi” kimi tanınan kafedə bir bakalı 1.20 qəpik olmaqla 3-4 bakal pivə içmiş və sonra “Lukoıl” yanacaq doldurma məntəqəsindən 2 litr benzin alıb təxminən 35 km uzaq məsafədə yerləşən sonradan hadisəni törədəcəyi və əvvəldən təxminən gecə saat 01, 02 radələrində bağlanmasını bildiyi kafeyə gecə saat 01 radələrində İsrayıl Hüseynova məxsus taksi ilə gedərək yarım saat gözlədikdən sonra ətrafda kiminsə olmadığından əmin olduqdan sonra sözü gedən kafedə taxtanın üzərinə benzini tökməklə öz alışqanı ilə kafeni tək yandırmışdır. Hadisə yerinə taksi ilə getməsinə səbəb isə özünə məxsus avtomobilin xarab olması olmuşdur. O, kafeni yandırdığında kafe bağlı olmuşdur. Buna baxmayaraq kafenin işıqları yanıq olmuş, həmçinin kafenin pəncərələri açıq olduğu üçün pəncərədən kafenin içərisinə baxmış və orada kiminsə olmadığından əmin olmuşdur. Lakin həmin günü kafenin fəaliyyət göstərib-göstərməməsi barədə məlumatı olmamışdır. İkinci epizod üzrə isə kafeni yandırdıqdan sonra qayığı da kafenin qarşısında görüb həmin kafeyə məxsus olduğunu düşünərək eyni vaxtda qayığın içərisində olan benzin qabına keçirilmiş şlangı çıxarıb benzin qabına od vurmaqla qayığı da yandırmışdır. Ona hadisə zamanı kafeni yandırmağa heç kim köməkilk göstərməmişdir və ona həmin əməli törətməyi heç kim deməmişdir. Yanğını törətdikdən sonra yanğına nəzarət etmədən oradan getmişdir. Kafenin içərisində nələrin olması barədə isə məlumatsız olmuşdur. Lakin kafenin içərisində həmin vaxt gözətçi olmamışdır. O, “Lukoıl” yanacaq doldurma məntəqəsindən benzin alıb kafeni yandırmaqla hadisəni törətdiyi zaman sərxoş vəziyyətdə olmuş, özündə olmamış və hadisəni xatırlamadığını bildirmişdir. Həmçinin zərərçəkmiş şəxsləri tanımır və aralarında heç bir düşmənçilik olmamışdır. Həmin kafenin zərərçəkmiş şəxslərə məxsus olmasını isə bilməmişdir. O, taksi sürücüsü kimi tanıdığı İsrayıl Hüseynovla heç bir dostluq əlaqəsinin olmadığını bildirmişdir. 6-7 ildir ki, Baki şəhərində yaşayır, bu zaman ərizində Xaçmaz rayonunda heç kimlə dostluq münasibəti olmamışdır. Onun əvvəldən pivə içməsi üçün həmin kafeyə getməsinə səbəb isə hansısa qızların orada əxlaqsızlıqla məşğul olduqlarını, yəni pul müqabilində görüşdüklərini eşidib marağını cəlb etdiyi üçün getmişdir. Belə ki, pivə içdiyi vaxt kafedə qızların pul müqabilində əxlaqsızlıqla məşğul olduqlarının şahidi olmuş, lakin o həmin qızların əxlaqsız xidmətlərindən istifadə etməmişdir. Həmin kafedə qızların əxlaqsızlıqla məşğul olmalarından polis əməkdaşlarının məlumatı olduğu üçün bu barədə polisə məlumat verməmişdir. O, maddi ziyandan heç bir ödəniş etməmişdir. Lakin hər ay 1200-1300 manat olmaqla ödəmək fikrindədir. Zərərçəkmiş şəxsləri əvvəldən tanımadığı üçün ödəniş edə bilməmişdir. İttiham aktında maddi ziyanla bağlı göstərilən məbləğlərlə razı olmadığını bildirmişdir. Psixoloji xəstəliklə əlaqədar xəstəxanada qeydiyyatda olmamışdır. Barəsində psixoloji ekspertiza təyin edilməsinə ehtiyac yoxdur. 2010-cu ildə hərbi xidmətdə olmuş və həmin müddətdən sonra heç bir hadisə törətməmişdir. Zərərçəkmiş şəxslərin hadisə ilə əlaqədar kənar hansısa şəxsin olmasını bildirmələrinə münasibətdə elə bir şəxs yoxdur. Törətdiyi cinayət əməlindən peşmandır. O, evli olduğunu və 9, 5, 2 yaşlarında üç azyaşlı uşağının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs özgənin əmlakını yandırmaqla, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla qəsdən məhv etməsi barədə məhkəmə istintaqında verdiyi ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə şahidlərin ifadələrini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, təqsirləndirilən şəxs avqust ayında ona məxsus kafeyə gəlib qiymətləri 1.20 və 1.50 qəpik olan spirtli pivə içkisi içmiş və həmin tarixdən bir neçə gün sonra kafeni yandırmışdır. Belə ki, ibtidai istintaq zamanı ayaq izlərindən müəyyən olunmuşdur ki, hadisə zamanı iki nəfər olmuşlar və 100-150 metr dəniz istiqamətində qaçdıqdan sonra dənizin kənarında dayanaraq arxaya boylanmışlar. Bundan sonra isə onların hadisə yerinə gəldikləri avtomobilin yanına gedib orada siqaret çəkdikdən sonra avtomobilə əyləşib üzü Niyazoba kəndi istiqamətində hərəkət etmişlər. Həmin avtomobil təqsirləndirilən şəxsə məxsus olmuş, lakin hadisə zamanı başqa şəxs tərəfindən idarə olunmuşdur. Hadisə yerində obyektin gözətçisi də, olduğunu ibtidai istintaq zamanı bildirmələrinə baxmayaraq cinayət işi materiallarında qeyd edilməmişdir. Gözətçinin qaldığı otaq dəmir vaqon olduğu üçün benzin atılmasına baxmayaraq yanmamışdır. Həmin vaxt gözətçinin mobil telefonu olmadığından əlaqə saxlayıb hadisə barədə məlumat verə bilməmişdir. Belə ki, hadisə gecə saat 04 radələrində baş vermiş, lakin gözətçi səhər saat 06 radələrində yuxudan oyanıb və yanğın hadisəsi olduğunu görmüşdür. Həmçinin səhər saat 06 radələrində dəniz işçiləri və əmisi Zərərçəkmiş şəxs2 obyektə getdiklərində yanğın olduğunu görmüşlər. Gözətçi çöldə yanan qayığı söndürmüş, buna baxmayaraq yanğın nəticəsində qayığ yararsız hala düşmüşdür. Gözətçi ilə aralarında heç bir əmək müqaviləsi bağlanmamış, kimsəsiz adam olduğu üçün həmin obyektdə yaşamışdır. Bundan başqa kafedə qadın ofisiant işləmiş, həmin qadınla onun heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxsin həmin qadın ofisiantın arasında hansı ədavətin olmasından xəbərsizdir. Hadisə günü isə həmin qadın kafedə olmamışdır. O, hadisə barədə ilk əvvəl səhər tezdən DİN-nin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və sonradan hadisə yerinə polis əməkdaşları gəldiklərində də, ittiham aktında qeyd olunanlar kimi polis əməkdaşlarına məlumat vermişdir. Yay fəslində obyekt çayxana kimi fəaliyyət göstərərək daha sonra bağlanır. Hadisə qış fəslində, yəni kafenin bağlı olduğu vaxtda baş vermişdir. Təqsirləndirilən şəxsla aralarında heç bir düşmənçilik və ya ədavət olmamış, hadisəni törədərkən təqsirləndirilən şəxs tək olmamışdır. Hadisə zamanı orada iki nəfər olması barədə məlumatları vardır. Lakin ola bilər ki, bir neçə nəfər olmuşlar. Buna baxmayaraq avtomobilin təkər izləri və 4 insan ayaq izləri ibtidai istintaq tərəfindən müəyyən edilmişdir. Yerdə qar olduğundan ayaq izləri aydın şəkildə müəyyən edilmiş və çəkilişlə qeydə alınmışdır. Həmçinin hadisə yerinə düşmüş siqaret qutusu da ibtidadi istintaqa təhvil verilmişdir. Ruslan adlı şəxslə əvvəllər ədavətləri olduğundan düşünür ki, hadisə Ruslanın iştirakı ilə baş vermişdir. Belə ki, Ruslan adlı şəxs Təqsirləndirilən şəxs yaxın tanışıdır. Ruslanın ibtidai istintaqa çağırılması üçün vəsatət vermiş, lakin istintaqa dəvət edilib-edilmədiyindən isə xəbərsizdir. Həmçinin ibtidai istintaqa ifadə verdiyi zaman Ruslanı da şübhəli şəxs kimi qeyd etmiş, ola bilər ki, sonradan Ruslanın adı ifadələrindən hansısa qaydada çıxarılmışdır. Bütün bunlara rəğmən təqsirlədirilən şəxs hadisəni tək törətdiyini bildirmişdir. O, təqsirləndirilən şəxsin verdiyi ifadə ilə razılaşmamışdır. Təqsirləndirilən şəxsin ifadəsinin isə 99%- yalandır. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, səhər saat 06-07 radələrində işə gedərkən yolda olduğu vaxt ondan əvvəl işə çatan işçilər ona zəng edib qayığın yandırılıdığı məlumatını vermişlər. Lakin gecə saat 01 radələrində hadisə törədilməsinə baxmayaraq onun səhər işə gedərkən məlumatı olmuşdur. Kafedə olan gözətçisinin əlaqə vasitəsi olmadığı üçün, həmçinin ərazi əhatə dairəsindən kənarda olduğu üçün hadisə barədə məlumat verə bilməmişdir. O, hadisə yerinə çatdığında qayığın və kafenin yandırıldığını görmüş və hadisə yeri əhatə dairəsindən kənarda olduğu üçün DİN-nin “102” xidmətinə zəng edib məlumat vermək məqsədilə oradan bir qədər uzaqlaşaraq bu barədə məlumat vermişdir. Hadisə yerinə çatdığında orada Mübariz və Elvin adlı işçisi, həmçinin obyekin gözətçisi olmuşdur. Daha sonra PŞ-da bu barədə izahat vermişdir. Belə ki, təqsirləndirilən şəxs qayığın içərisində olan benzin qabını alıb benzini töküb qabını isə obyektin içərisinə atmışdır. Qabın qapağı və dəmirləri obyektin içərisindən tapılıb istintaqa təhvil verilmişdir. Həmin qab yanmayan materialdandır. Ona hazırkı cinayət əməli nəticəsində külli miqdarda ziyan dəymişdir. Hadisədən sonra təqsirləndirilən şəxs ona heç vaxt yaxınlaşıb üzürxahlıq edərək dəymiş ziyanı ödəyəcəyini bildirməmişdir. O, təqsirləndirilən şəxsi tanımır və ilk dəfədir ki, məhkəmə iclas zalında görür. Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəyərsə barəsində şikayəti olmayacaqdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Ruslan adlı şəxsin mağazasında fəhlə işləyən Şahid1 təqsirləndirilən şəxslə dost olmuşlar və hazırda da yaxın dostluq münasibətləri qalmaqdadır. Eyni zamanda Şahid1 adında avtomobil yoxdur və hadisə yerinə təqsirləndirilən şəxsin avtomobili ilə gedilmişdir. Dekabr ayında dənizin kənarına traktorla çətinliklə gedildiyi halda KİA markalı avtomobillə ora gedib hadisəni törətmək mümkün deyil. Cinayət əməli nəticəsində dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs dəfələrlə ödəyəcəyi barədə yalan vəd verib onları aldatmışdır. Təqsirləndirilən şəxslə aralarında borc müqaviləsi bağlanması ilə əlaqədar dəfələrlə təqsirləndirilən şəxsin müdafiəçisi ilə əlaqə saxlanılmış, lakin müdafiəçi təqsirləndirilən şəxsin borc müqaviləsi bağlamaq istəməsi ilə əlaqədar ona məlumat vermədiyini bildirmişdir. O, təqsirləndirilən şəxsə vaxt verilməsinin əleyhinə olduğunu bildirmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olması nəzərə alınarsa həmin yandırılan obyektdə işləyən insanların da artıq işsiz qalmaları nəzərə alınmalıdır. Çünki onlarında övladları vardır. Oğlu Zərərçəkmiş şəxs1 tərəfindən həmin obyektin yaradılması ilə əlaqədar müxtəlif banklara kredit borcu vardır. Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəmədiyindən, bu barədə hər hansı bir addım atmadığından aralarında barışıq əldə olunmamışdır. Göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsin barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki,orada beş nəfər olmaqla sentyabr ayının birindən may ayının birinədək dənizçilik fəaliyyəti ilə məşğul olurlar. 19 dekabr 2022-ci il tarixdə səhər saatlarında işə getdiklərində qayığın və restoran kimi fəaliyyət göstərən vaqonun yandığını görmüşlər. Onlar hadisə barədə Fayiqə zəng edib məlumat vermişlər. Fayiq oraya yaxınlaşmamaqlarını özlərinin gələcəyini demiş və zərərçəkmiş şəxslər gələrək hadisə barədə məlumatları olmuşdur. Həmin restoran may, iyun, iyul və avqust aylarında fəaliyyət göstərir. Lakin orada işıq olmadığı üçün qış aylarında fəaliyyət göstərmir. Onlar səhər saatlarında işə gedib axşam saatlarında işdən çıxırlar. Axşam saatlarında kafedə gözətçidən başqa heç kim olmur. Lakin göztçinin hadisə günü orada olmasına baxmayaraq onlar getdiklərində gözətçi orada olmamış, buna səbəb isə yanğını görüb qaçması olmuşdur. Sonradan gözətçi özü hadisə yerinə gələrək yanğını görüb qaçdığını bildirmişdir. Pərviz adlı həmin gözətçi kafedə davamlı deyil, bəzi günlər olmuşdur. Hadisə zamanı təzə vəziyyətdə qayıqları, mühərrik və təxminən 100 kq-dan çox təzə torları yanmışdır. Təqsirləndirilən şəxsi tanımır və kimliyi barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, hadisədən təxminən 1-2 il əvvəl yandırılan həmin qayıqda fəhlə işləmişdir. O Şahid2la səhər saat 06:30 radələrində işə getmişlər. İşdən çıxma saatları isə görüləcək işdən asılı olmuşdur. O, qayıqla dənizə daxil olmadan kənarda qayığın, küləkli havalarda torların təmizlənməsi, yığılması işlərini yerinə yetirmişdir. Orada Mübariz və Amid ilə qayıqda işləmişlər. Hadisənin baş verdiyi gündən bir gün əvvəl onlar işdən bir qədər tez, yəni təxminən saat 05 radələrində çıxmışlar. Onlara yanğın barədə heç kim məlumat vermədən səhər saat 06:30 radələrində işə getdiklərində obyektin yandığının şahidi olmuşdur. Obyektdə qalan gözətçi gecə sərxoş olduğu üçün yanğın zamanı hadisədən xəbərsiz yatıb qalmışdır. Onlar səhər saatlarında hadisə yerinə çadığlarında Pərviz adlı gözətçi hadisə yerində olmuşdur. Gözətçinin mobil telefonu olmasına baxmayaraq o mobil telefon nömrəsini bilməmiş və onunla nə vaxtsa əlaqə saxlamamışdır. Hətta orada gözətçinin gecələməsi üçün kiçik bir otağı da vardır. Gözətçinin qaldığı otağın yanında benzin qabı olmuş və orada da tüstü görünmüşdür. Hadisə zamanı gözətçinin otağını da yandırmaq məqsədləri olmuşdur. Lakin gözətçinin qaldığı otaq yanmamışdır. Onlar hadisə yerində əhatə dairəsinin olduğu ərazidən Fayiqə zəng edib yanğın barədə məlumat vermişlər. Zərərçəkmiş şəxslərin kiminlə aralarında ədavət olmasından məlumatsızdır. Təqsirləndirilən şəxsi heç vaxt görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğuldur. Belə ki, Xaçmaz şəhərində yerləşən Köhnə avtovağzalın ərazisində dayandığı vaxt saat 01 radələrində üzdən tanıdığı, lakin aralarında heç bir münasibəti olmayan Təqsirləndirilən şəxs avtomobilinə əyləşərək Xaçmaz rayonu, Tikanoba kəndinə getməli olduğunu və onu aparıb gətirməyinin əvəzində 20 manat pul verəcəyini ona demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində üzərində şəkil olan sellofan torba olmuşdur. O, Təqsirləndirilən şəxs dediyi ünvana aparmışdır. Təqsirləndirilən şəxs obyektə təxminən 150 metr qalmış avtomobildən düşərək əlindəki sellofan torba ilə getmişdir. Təqsirləndirilən şəxs getdikdən 5-10 dəqiqə sonra o, avtomobildən düşmüş və obyektdən tüstü çıxdığını görmüşdür. O, Təqsirləndirilən şəxs yanına getmiş və niyə yandırdığını soruşduğunda ona əxlaqsızlıq yuvası olduğunu və orada ondan artıq pul alındığını demişdir. Əvvəldən təqsirləndirilən şəxsin əlində sellofan torba ilə avtomobildən düşüb obyektə tərəf getdiyində hadisəni törədəcəyini bilməmiş, əks təqdirdə maneə olacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs obyekti yandırmaqda düzgün hərəkət etmədiyini demişdir. Lakin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində köməklik etməmişdir. Bu barədə polis orqanlarına özünə problem olacağını düşünüb məlumat verməmişdir. Həmçinin hadisə yerində uzun zal otağı və yanında kiçik otaq olduğunu, eyni zamanda orada qayığın olduğunu görmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 19 aprel 2023-cü il tarixli “Cinayət işi başlamaq və işi icraata qəbul etmək haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X2 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai araşdırma aparılmasından ötrü icraata qəbul edilmişdir. - 22 dekabr 2022-ci il tarixli “Raport”dan (cild 01, vərəq 04) müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə, saat 08:04 radələridə vətəndaş Zərərçəkmiş şəxs2 070 914-06-04 saylı mobil telefon nömrəsindən Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək, Xaçmaz rayonu, Tikanoba kəndi; Vətəndaş zəng edərək, dəniz kənarında bir müddət olar ki, fəaliyyət göstərməyən ona məxsus kafenin Nurlan və Səma adlı şəxslər tərəfindən qəsdən yandırılması barədə məlumat vermişdir. - 22 dekabr 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında”protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən və içərisində iki ədəd siqaret kötüyünün olduğu zərfdən (cild 01, vərəq 09-15) müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə, gecə saatlarında Xaçmaz rayonu, Tikanoba kəndi ərazisində yerləşən kafe və həmin ərazidə olan Zərərçəkmiş şəxs2 məxsus qayıq yandırılmışdır. Baxış zamanı hadisə yerindən 2 ədəd siqaret kötüyü, 2 bağlamada kül nümunələri və 1 ədəd dəmir hissəsi götürülmüşdür. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 18 yanvar 2023-cü il tarixli məktubundan (cild 01, vərəq 21) müəyyən edilir ki, Xaçmaz rayonu, Uzunoba kəndində X6 şikayət ərizəsi əsasında Xaçmaz rayonu, Tikanoba kəndini dənizkənarı hissəsində ona məxsus obyektdə baş vermiş yanğın hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş 02 ədəd “Rothmans” markalı siqaret kötükləri Xaçmaz RPŞ-nin xx.xx.2022-ci il tarixli, 160-33369-1222 №-li məktubu ilə təqdiqata təqdim edilmişdir. Aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, təqdim edilmiş 02 ədəd “Rothmans” markalı siqaret kötükləri üzərində olan bioloji mənşəli materiallar kişi cinsindən olan naməlum şəxsə məxsusdur. Götürülmüş bioloji nümunələrdən əldə olunmuş DTN profilləri DİN-nin DNT məlumat bankına əlavə edilmiş və eynilik aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli, 10/02-6/26 nömrəli ekspert rəyindən (cild 01, vərəq 26) müəyyən edilir ki, Qərarın birinci və ikinci sualları üzrə: Xaçmaz rayonu, Tikanoba kəndinin dəniz sahili hissəsində yerləşən ərazidə iki ədəd müstəqil və əlaqəsiz mənbə zonası olmuşdur. Onlardan birincisi ərazidə yerləşən tikilinin daxilində döşəmə səviyyəsində, ikincisi isə motorlu qayığın üzərində olmuşdur. Yanğın, kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri ilə iki müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması (-dılması) nəticəsində baş vermişdir. Qərarın üçüncü sualı üzrə: Tədqiqata yanğından sonrakı nümunə qismində təqdim olunmuş kül nümunəsində və texniki təsirə məruz qalmış dəmir hissəsinin üzərində neft məhsullarına məxsus izlər yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli, 10/1050 nömrəli ekspert rəyindən (cild 01, vərəq 30) müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Xaçmaz rayonu, Tikanoba kəndinin dəniz sahili hissəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus obyektə tikinti üzrə dəymiş maddi ziyan 6880.00 manat təşkil edir. - 04 avqust 2021-ci il tarixli, AR-İİ№ 394416 nömrəli “Etibarnamə”dən (cild 01, vərəq 41) müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 tərəfindən uzunluğu 6.60 m, eni 2.32 m, bort hündürlüyü 1.07 m, suya oturumu 0.20 m, gövdənin materialı taxta, sərnişin götürmə qabiliyyəti 4 nəfər, yük götürmə qabiliyyəti 0.30 ton, 2002-ci il tarixdə Azərbaycan Respublikasında tikilən, D-1 adlı həvəskar balıq ovu olan taxta qayıq, bundan başqa, Yamaha 75, 1 ədəd asma tipli, yerli idarə olunan, ******* №-li zavod, 55.12 kVt gücü olan əsas mühərrik Zərərçəkmiş şəxs2 04 il 07 ay 01 gün müddətinə etibar edilmişdir. Etibarnamə xx.xx.2026-cı il tarixədək qüvvədədir. - 10 iyul 2023-cü il tarixli “Cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 71) müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X7 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə başlanmış 230780068№-li cinayət işi icraatına qəbul edilmiş və istintaqı aparılmışdır. - 11 iyul 2023-cü il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan (cild 01, vərəq 73) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X7 tərəfindən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. - 29 sentyabr 2023-cü il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan (cild 01, vərəq 75) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X7 tərəfindən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. - 06 oktyabr 2023-cü il tarixli “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan (cild 01, vərəq 80) müəyyən edilir ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay müddətinə 05 (beş) ayadək, yəni 11 oktyabr 2023-cü il tarixdən 11 dekabr 2023-cü il tarixədək uzadılmışdır. - 11 oktyabr 2023-cü il tarixli “Cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 82) müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X9 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə başlanmış 230780068№-li cinayət işi icraatına qəbul edilmiş və istintaqı aparılmışdır. - 11 noyabr 2023-cü il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan (cild 01, vərəq 87) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X9 tərəfindən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. - 11 dekabr 2023-cü il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan (cild 01, vərəq 90) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X9 tərəfindən ********* nömrəli cinayət işi üzrə bəzi istintaq hərəkətlərinin həyata keçirilməsi zərurəti yarandığından icraat təzələnmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2023-cü il tarixli, 9/8753 nömrəli ekspert rəyindən (cild 01, vərəq 98) müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 22 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1800,00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. 19 adda mallar tədqiqata təqdim edilmədən müvafiq tədqiqat aparılmadan (markası, modeli, texniki göstəriciləri və sair) həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün deyil. - 01 yanvar 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 101) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - 01 yanvar 2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə ibtidai istintaqın dayandırılması haqqında” qərardan (cild 01, vərəq 105) müəyyən edilir ki, haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizləndiyi üçün cinayət işinin icraatı dayandırılmışdır. - 16 fevral 2024-cü il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan (cild 01, vərəq 108) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X9 tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs könüllü olaraq Xaçmaz RPŞ-nə gəldiyindən və iş üzrə bəzi istintaq hərəkətlərinin həyata keçirilməsi zərurəti yarandığından icraat təzələnmişdir. - 16 fevral 2024-cü il tarixli “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan və “İltizam”dan (cild 01, vərəq 131-133) müəyyən edilir ki, Təqsirləndirilən şəxs cəlb edildiyi Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X9 tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - 17 fevral 2024-cü il tarixli “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan (cild 01, vərəq 139) müəyyən edilir ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay müddətinə - 07 (yeddi) ayadək, yəni 22 fevral 2023-cü il tarixdən 22 aprel 2024-cü il tarixədək uzadılmışdır. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 162) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təqdqiqatlar İdarəsinin 16 aprel 2024-cü il tarixli, 24/804 №-li ekspertin rəyindən (cild 01, vərəq 165) müəyyən edilir ki, 21 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixə keçən gecə Xaçmaz rayonu, Tikanoba kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus obyektdə baş vermiş yanğın faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 01 (bir) ədəd “Rothmans” markalı siqaret kötüyü üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcuddur və həmin bioloji mənşəli material Təqsirləndirilən şəxs (xx.xx.1992 Xaçmaz r.) məxsusdur;

2. Təqdim edilmiş digər 01 (bir) ədəd “Rothmans” markalı siqaret kötüyü üzərindən götürülmüş tədqiqat nümunəsindən (HY**********100101) əldə edilmiş nəticəyə əsasən müəyyən olunmuşdur ki, həmin nümunənin tərkibində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş digər 01 (bir) ədəd “Rothmans” markalı siqaret kötüyü üzərində müqayisəli molekulyar –genetik tədqiqatın keçirilməsi mümkün olmamışdır;

3. Şahid1 götürülmüş “yanaq epiteli qaşıntısı” nümunəsindən əldə edilmiş DNT profili ilə DİN-nin DNT məlumat bankında olan DNT profilləri arasında eynilik aşkar edilməmişdir. - “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 09 aprel 2024-cü il tarixli məktubdan (cild 01, vərəq 169) görünür ki, Təqsirləndirilən şəxs “Xaçmaz RMX” PHŞ-də həkim-narkoloqun və həkim-psixatrın qeydiyyatında yoxdur. - 20 iyul 2024-cü il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan (cild 01, vərəq 171) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X4 icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs könüllü olaraq Xaçmaz RPŞ-nə gəldiyindən və iş üzrə bəzi istintaq hərəkətlərinin həyata keçirilməsi zərurəti yarandığından icraat təzələnmişdir. -Xaçmaz RİHB-nın Xaçmaz şəhəri İƏD tərəfindən verilmiş “İctimai xasiyyətnamə”dən (cild 01, vərəq 176) müəyyən edilir ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs həmin ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşuları ilə yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa çalışmış, ətrafındakılara qarşı mehriban olmuşdur. Şəhərin ictimai işlərində fəal iştirak etmişdir. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. - Xaçmaz RİHB-nın Xaçmaz şəhəri İƏD tərəfindən verilmiş“Arayış”dan (cild 01, vərəq 178) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2016-ci il təvəllüdlü X11 və 2020-ci il təvəllüdlü X10 adlı azyaşlı övladları vardır. - 22 iyul 2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan (cild 01, vərəq 185) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr edilərək ona həmin Məcəllənin eyni maddəsi ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir. - 22 iyul 2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 198) müəyyən edilir ki, hadisə yerindən götürülmüş üzərində izlər olan 1 ədəd siqaret kötüyü işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə sahib olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. - Məhkəmə istintaqı zamanı Elektron Məhkəmə İnformasiya Sistemində təqsirləndirilən şəxsin qohumluq məlumatlarında 3 azyaşlı uşağının olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur.Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, özgənin əmlakını qəsdən məhvetmə və ya zədələmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda həmin Məcəllənin 186.2.2-ci maddəsinin tərkibini yaradır. Əmlakı qəsdən məhvetmə və ya zədələmə cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını məhv etməklə və ya zədələməklə mülkiyyət münasibətlərinə qəsd edir, ona ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Digər tərəfdən, bu əməllərin ümumi təhlükəli üsullarla törədilməsi insanların sağlamlığını, həyatını və qanunla qorunan digər dəyərləri də təhlükə altına alır. Əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətinin obyekti mülkiyyət münasibətləridir. Şərh edilən cinayətin predmeti maddi dəyərə malik olan hər cür əmlakdır. Bu, həm daşınar, həm də daşınmaz əmlak (məsələn ev, avadanlıq və s.) ola bilər. Təhlil edilən cinayətin obyektiv cəhəti aşağıdakıları əhatə edir: a) özgənin əmlakını məhvetmə və ya zədələmədən ibarət əməl; b) zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmasından ibarət ictimai təhlükəli nəticə; c) törədilmiş əməllə vurulmuş ziyan arasında səbəbli əlaqə. Məhvetmə dedikdə, əmlakın xassələrinin elə dəyişməsi başa düşülür ki, bu zaman əmlak təsərrüfat dəyərini itirir, məqsədli təyinatı üzrə istifadə edilə bilmir, başqa sözlə, yararsız vəziyyətə salınır. Əmlakı məhvetmə onun dağıdılmasında, parçalanmasında, ümumiyyətlə maddi dəyərin tamamilə təsərrüfat dövriyyəsindən çıxmasında ifadə olunur. Bu zaman həmin əmlakı təmirlə və ya başqa üsulla bərpa etmək mümkünsüz olur. Zədələmə dedikdə, əmlakın xassələrinin elə dəyişməsi başa düşülür ki, onun vəziyyəti əhəmiyyətli dərəcədə pisləşir, təsərrüfat və ya başqa məqsədlə istifadəyə qismən yararsız olur. Lakin məhvetmədən fərqli olaraq, zədələnmiş əmlakın təmir etməklə və ya sair üsulla bərpası mümkün olur. Zədələmə zamanı əmlakın yalnız bəzi xassələri itirilir ki, onlar da müxtəlif üsullarla aradan qaldırıla bilir. Cinayət zərərçəkmiş şəxsə xeyli miqdarda ziyanvurma növündə ictimai təhlükəli nəticənin baş verdiyi andan başa çatmış hesab edilir. Hər bir halda, törədilmiş əməllə vurulmuş ziyan arasında səbəbli əlaqə müəyyən edilməlidir. Özgənin əmlakını qəsdən məhvetmə və ya zədələmə subyektiv cəhətdən qəsdlə törədilir. Təqsirkar özgənin əmlakını qanunsuz olaraq məhv etdiyini və ya zədələdiyini dərk edir, bununla mülkiyyətçiyə və ya sair sahibə xeyli miqdarda ziyan vurulacağını qabaqcadan görür və bunu arzu edir (birbaşa qəsd) və ya buna şüurlu surətdə yol verir (dolayı qəsd). CM-nin 186.2-ci maddəsində aşağıdakı tövsifedici əlamətlər nəzərdə tutulmuşdur: 1) eyni əməllərin zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədilməsi; 2) yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədilməsi və ya ağır nəticələrə səbəb olması. Yandırma dedikdə, müxtəlif yandırıcı maddələrdən və ya əmlakın özünün yana bilmək xüsusiyyətindən istifadə edərək əmlakı məhvetmə və ya zədələmə başa düşülür. Partlatma, müxtəlif partlayıcı maddə və qurğulardan istifadə etməklə əmlakı dağıtmanı və ya zədələməni nəzərdə tutur. Başqa ümumi təhlükəli üsul dedikdə, yandırma və partlatmaqdan başqa, su altında qoyma, ağır texnikadan istifadə etmə və insanların həyat və sağlamlığı üçün təhlükəli olan, habelə geniş miqyaslı dağıntılara gətirib çıxara bilən digər üsullar başa düşülür. Ağır nəticələr dedikdə, insanların sağlamlığına zərər vurulması, onların zəhərlənməsi, xəstələnməsi, xüsusi dəyəri olan əmlakın məhv edilməsi, idarə müəssisələrin işinin dayanması, geniş miqyasda dağıntıların törədilməsi və s. başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 162) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Xaçmaz RİHB-nın Xaçmaz şəhəri İƏD tərəfindən verilmiş “İctimai xasiyyətnamə”dən (cild 01, vərəq 176) müəyyən edilir ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs həmin ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşuları ilə yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa çalışmış, ətrafındakılara qarşı mehriban olmuşdur. Şəhərin ictimai işlərində fəal iştirak etmişdir. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. - Xaçmaz RİHB-nın Xaçmaz şəhəri İƏD tərəfindən verilmiş “Arayış”dan (cild 01, vərəq 178) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2016-ci il təvəllüdlü X11 və 2020-ci il təvəllüdlü X10 adlı azyaşlı övladları vardır. - Məhkəmə istintaqı zamanı Elektron Məhkəmə İnformasiya Sistemində təqsirləndirilən şəxsin qohumluq məlumatlarında 3 azyaşlı uşağının olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, cinayət əməlindən peşman olmasını, üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2025-ci il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır.

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında olan 01 (bir) ədəd siqaret kötüyü cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmayan və Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan 01 (bir) ədəd siqaret kötüyü, 2 bağlama kül nümunəsi və 1 ədəd dəmir hissə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 255 (iki yüz əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. (hökmün bu hissə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun). İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında olan 01 (bir) ədəd siqaret kötüyü cinayət işi materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmayan və Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan 01 (bir) ədəd siqaret kötüyü, 2 bağlama kül nümunəsi və 1 ədəd dəmir hissə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrəkeçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 255 (iki yüz əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması və zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar