Məhkəmə qərarları › İş №1(067)-39/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-39/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-39/2021 26.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Xaçmaz rayonunun Ağçay kəndində qeydiyyatda olmaqla yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İbtidai istintaqla müəyyən edilmidişdir ki, Təqsirləndirilən şəxs 18.08.2020-ci il tarixdə Xaçmaz rayonu Ag-Çay kəndi ərazisində mal örüşü adlanan yerdə yabanı halda bitmiş 8 ədəd narkotik təbiətli çətənə bitkilərini satış məqsədi ilə kökündən çıxararaq qanunsuz olaraq əldə etmiş, həmin bitkiləri Xaçmaz rayon Ağ-Çay kəndində mərhum nənəsi Sürayyə Ağayevanın yaşayış olmayan evinin dam hissəsində həmin çətənə bitkilərinin yarpaqalarını budaq hissəsindən ayırıb qonşuluqda yerləşən öz yaşadığı evə qanunsuz olaraq daşıyıb qurutmaqla 246.494 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hazırlayaraq saxlamış, 23 avqust 2020-ci il tarixdə həmin narkotik vasitənin bir hissəsini, yəni ümumilikdə şəxsi istehlak miqdarından artıq olmayan miqdarda 4,293 qram çəkidə qurudulmuş marixuananı yaşadığı kəndin ərazisində tanışı Şahid1 17 manat pul vəsaiti müqabilində satmış, həmin tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 Xaçmaz rayonu, İzmayılovka qəsəbəsi ərazisində saxlanılıb RPŞ-yə dəvət edilərək idarə etdiyi VAZ-21011 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilinin saxlanc yerinə baxış keçirilərkən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 1,972 qram, 1 ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 1,582 qram, 1 ədəd qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 0,740 qram, ümumilikdə şəxsi istehlak miqdarından artıq olmayan miqdarda, yəni 4,293 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin əməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Ağ-Çay kəndindəki evinə baxış keçirilən zaman onun yataq otağında çarpayının yanında, döşəmənin üzərində saxladığı 01 ədəd qara rəngli 908 qramlıq üzərində “Elite Casein” sözləri yazılmış plasmas materiallı qabın içərisində təmiz çəkisi 75,0 qram, 1 ədəd 700 qramlıq üzərində “Final tomat pastası” sözləri yazılmış şüşə balonun içərisində təmiz çəkisi 7,121 qram, 1 ədəd ağrəgli parçanın içərisində təmiz çəkisi 160,0 qram olmaqla ümumilikdə 242,121 qram çəkidə bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırladığı narkotik vasitə qurudulmuş marixuana və nənəsi Sürayyə Ağayevaya məxsus evin dam hissəsindən 8 ədəd nəm vəziyyətdə ümumi çəkisi 180 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməklə saxlamış, habelə hazırlamaqla daşımışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, 18 avqust 2020-ci il tarixdə yaşadığı Xaçmaz rayonu, Ağçay kəndində mal otararkən yabanı halda bitən “nəişə” görmüşdür. Həmin “nəişə”ni o əkməmişdi və kiminsə tərəfindən əkildiyini, yoxsa yabanı halda bitdiyini bilmir. Buna baxmayaraq, tapdığı “nəişə”ni qoparıb, özü ilə aparmaq qərarına gəlmişdir. Həmin bitkinin narkotik tərkibli olmasını isə xarici görüşündən tanımışdır, belə ki, sosial şəbəkələr vasitəsilə müxtəlif videoçarxlarda tez-tez marixuana göstərildiyindən, onu rahatlıqla tanımışdır. O, 8 ədəd nəişə kolları kökündən çıxarıb rəhmətə gedən nənəsinin yaşayış olmayan evinə aparmışdır. Öz evinə isə o səbəbdən aparmamışdır ki, evində körpə uşaqları var, həm də atası bu faktı aşkar etsə, onun hərəkətinə acıqlanardı . Nənəsinin evi onun yaşadığı evin yaxınlığında yerləşir. Mariuxuana kollarını nənəsinin evinin damına aparıb qoymuşdur ki, yay vaxtı kollar tez qurusun. O, əldə olunmuş nəişəni hissə-hissə çəkmək niyyətində olub. 23 avqust 2020-ci il tarixdə nənəsinin evinə gedib, kolların üstündə olan qurudulmuş yarpaqları dərib bir paketə yığıb yaşadığı evinə gətirmişdir. O, qurudulmuş marixuananı qablaşdırıb, saxlamaq istəyirdi ki, gələcəkdə rahat şəkildə özü üçün istifadə edə bilsin. Həmin gün Şahid1 ona zəng edərək, kəndə gələcəyini və balıq almaq istədiyini bildirmişdir. Osman İmranovun onun tanışıdır, Osman tez-tez kəndə gəlib, kənd camaatından balıq almaqla məşğul olur. O və atası isə balıq ovu ilə məşğul olduğundan, Osman tez-tez onlardan gəlib balıq alırdı. Osman ona zəng vurduqda, o Osmana həmin günü onlarda balığın olmadığını bildirmişdir, lakin Osmandan kəndə gələcəyi halda şüşə bankaları üçün qapaqlar alıb gətirməsini xahiş etmişdir. Bundan sonra, Osman kəndə gəlib, banka qapaqlarını ona təqdim etmiş, o isə, Osmana nəişə tapdığını bildirmişdir. Osman isə, həmin nəişədən az miqdarını hədiyyə etməsini xahiş etmişdir. O, evdə nənəsinin evində qurutduğu və öz yaşadığı evinə gətirdiyi marixuanadan birazını çörəyin kağız paketinə qoyaraq, Osmana verdi. Osmanla onların arasında əvvəllərdə balıq alış-verişləri olduğundan Osmanın ona pul borcu qalmışdır, həm də banka qapaqlarına görə o Osmana pul verməli olduğu üçün, Osmanla hesablaşmışlar və nəticədə Osman ona 17 manat pul vermişdir. O, həmin pulu götürüb, yaxınlıqda olan mağaza getmiş və orada uşağına bez, özünə isə siqaret almışdır. Təxminən 10 dəqiqə sonra isə, polis əməkdaşları onun yaşadığı ünvana gələrək, narkotik vasitələrin saxlanılmasında və satılmasında şübhələndiklərini və onun evinə baxış keçirmək istədiklərini bildirdilər. O da, polislərlə razı olmuş və evinə baxış keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşları onun yaşadıqları evinə baxış keçirərkən, qurutduğu marixuannaı tapmışlar, o da hər şeyi etiraf etmişdir. Videoyazı ilə aparılan baxış zamanı Şahid1 marixuana satdığı etiraf etsə də, məhkəmə iclasında bunun həqiqətə uyğun olmadığını bildirmişdir. İstintaqda verdiyi ifadəsini oxumadan imza etdiyindən, orada nə yazıldığını bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 23 avqust 2020-ci il tarixdə Xaçmaz RPŞ-nə Xaçmaz rayonu, Ağçay kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi,saxlaması,qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatının yoxlanılması üçün RPŞ-nin rəhbərliyinə raport ilə müraciət etmiş, bundan sonra əməliyyat qrupu yardılmış və Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Ağçay kəndində olan evinə getmiş, orada müstəntiq X8 Quliyev razılığı ilə yaşadığı evə video çəklişlə baxış keçirməyə başlamışdır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-yə daxil olmuş məlumatın doğruluğunu təsdiq edərək yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını qurudaraq saxladığını və həmin qurudulmuş çətənə bitkisini könüllü olaraq təqdim edəcəyini bildirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ev bir mətəbəli fərdi yaşayış evidir. Evin giriş darvazasından həyətə daxil olan zaman həyətin sol tərəfində yaşayış evi vardır. Evin giriş qapısının qarşısında talvar var imiş. Talvar altından evin giriş qapısı kiçik koridora açılır. Koridordan sol tərəfdə yerləşən qapıdan içəri qonaq otağına daxil olan zaman Təqsirləndirilən şəxs 3 otaqdan ikincisinin - orta otağın açıq qapısını göstərərək onun yataq otağı olduğunu bildimış və narkotik vasitəni həmin otaqda saxladığını demişdir. Həmin otağa daxil olan zaman sol tərəfdə çoxsaylı açıq və qapalı dolabları olan tünd qəhvəyi rəngli servant olmuş, onun qarşısında otağın giriş qapısının sağ tərəfində iki nəfərlik çarpayı, həmin çarpayı ilə üzbəüz isə uşaq çarpayısı olmuş, uşaq çarpayısının yuxarı tərəfində - otağın sol yuxarı küncündə tünd qəhvəyi rəngli paltar dolabı olmuş, paltar dolabı ilə üzbəüz – iki nəfərlik çarpayının sağ tərəfində yerdə 1 ədəd şəffaf şüşə banka, 1 ədəd qara rəngli plasmas materiallı qab, 1 ədəd ağ rəngli açıq vəziyyətdə parça olmuş, həmin parçanın içərisində yaşıl rəngli qurudulmuş bitki kütləsi aşakr olnmuşdur. Plasmas materiallı qabın qapağı açıq vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs ağ rəngli parçanın, plasmas və şüşə qabların içərisində olan yaşıl rəngli qurudulmuş bitki kütlələrinin narkotik vasitə olduğunu və qurutmaq üçün həmin bitki kütlələrini öz yataq otağında saxladığını bildirmiş, 01 ədəd 908 qramlıq qara rəngli plasmas qabın üzərində “Elite Casein” sözləri yazılmış, içərisində yarıya kimi doldurulmuş tünd yaşıl rəngli, spesifik qoxulu narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi olmuşdur. 01 ədəd 700 qramlıq üzərində “Final tomat pastası” sözləri yazılmış şəffaf şüşə bankanın içərisində yarısından az olmaqla tünd yaşıl rəngli, spesifik qoxulu narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmiş, içərilərində narkotik vasitə marixuanaya oxşar bitki kütlələri olan 01 ədəd ağ rəngli parça, 01 ədəd 908 qramlıq plasmas qab, 01 ədəd 700 qramlıq şüşə banka maddi sübut əhəmiyyəti daşıdığı üçün müstəntiq tərəfindən götürülmüşdür. Bundan başqa baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə saxladığını, 23 avqust 2020-ci il tarixdə tanışı Xaçmaz rayon sakini İmran adlı şəxsə 17 manat pul müqabilində 1 ədəd kibrit qutusunda, 2 ədəd kağız bükümlərdə olmaqla satdığını bildirmiş və İmrandan aldığı 17 manat pulu xərclədikdən sonra qalıq qalan 9 manatını təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 9 manat pul maddi sübut əhəmiyyəti daşıdığı üçün müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs aşkar etdiyi 8 ədəd çətənə kollarını qonşuluqlarında yerləşən və hal-hazırda yaşayışın olmadığı mərhum nənəsi Sürəyyaya məxsus evə gətirərək həmin evin çardağında budaqlarını ayırdığını və qurutmaq üçün öz evinə gətirdiyini deyərək, hal-hazırda həmin bitkilərin gövdələrinin mərhum nənəsi Sürəyyanın evinin çardaq hissəsində olduğunu demiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyət darvazasından küçəyə çıxıb sola dönüb təxminən 50 metr irəliyə gedib qonşu evin darvazasından həyətə daxil olan zaman hər tərəfin kol və otlarla örtüldüyü, evdə yaşayışın olmadığı, pəncərələrin sınıq və açıq vəziyyətdə olduğunu görmüşlər. Evin arxa tərəfinə keçib taxta pilləkənlərlə ikinci mərtəbəyə qalxan zaman sökülmüş vəziyyətdə döşəmənin üzərində çarpayı üstlüyünün olduğu və həmin taxta çarpayı üstlüyünü Təqsirləndirilən şəxs qaldırıb divara söykəyərək onun üzərinə çıxıb evin tavandakı kiçik qapağı açaraq evin çardağına çıxmış və yerdə olan 08 ədəd bitki qırıntılarını təqdim edərək həmin bitki qırıntılarının çətənə kollarının gövdələri olduğunu bildirmişdir. Həmin 08 ədəd bitki gövdələri maddi sübut əhəmiyyəti daşıdığı üçün qablaşdırlaraq götürülmüş, daha sonra Firiqət Quliyev qeyd edilən 8 ədəd yabanı halda bitmiş bitki gövdələrini tapdığı yeri göstərmiş, həmin yerdən sübut əhəmiyyəti kəsb edən heç bir dəlil aşkar edilib götürülməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Nurlan Ramizoğlu şahid qismində dindirilən Xaçmaz rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, Xaçmaz şəhərində yaşayır və fərdi əməklə məşğul olaraq, ailəsini dolandırır. Hərdən Xaçmaz rayonunun kəndlərinə gedərək, balıqçılıqla məşğul olan kənd sakinlərindən balıq alıb, şəhərdə satır. Fiqrət Quliyevi və atasını da bu yolla tanıyır. Onlardan tez-tez balıq alır. 23 avqust 2020-ci ildə Firqətə zəng edərək, kəndə gəlib balıq alacağını söyləmişdir, Firqət isə onlarda balığın olmadığını, lakin kəndə gələcəyi təqdirdə şüşə banka üçün qapaqlar almasını xahiş etmişdir. Osman Xaçmaz şəhərindən şüşə banka üçün qapaqlar almış və Ağçay kəndinə getmişdir. Orada Firqətlə görüşüb ona qaqapları verərkən, Firqət ona bir neçə gün öncə “nəişə” tapdığını bildirmişdir. O, Firqətdən xahiş etmişdir ki, “nəişə”dən birazını ona da versin. Firqət isə etiraz etmədi və bir kağız bükümdə olan “nəişə”ni ona vermişdir. Daha sonra, o Firqətə banka qapaqlarını və 17 manat pulu Firqətə vermişdir. 17 manatı ona görə vermişdir ki, Firqətlə əvvəllər də balıqla bağlı alış-verişləri olduğundan, Firqətə pul borclu qalmışdır. Firqətə 17 manat pulu nəişəyə görə verməmişdir. Daha sonra, Firqətin evindən aralandıqdan sonra, polis əməkdaşları onu saxlayıb narkotik vasitə istifadə edib, daşımaqda şübhəli olduqlarını bildirərək, üzərində narkotik vasitənin olubolmamasını soruşmuşlar. O isə, üzərində narkotik vasitənin olduğunu etiraf etmişdir. Polis əməkdaşları narkotik vasitəni haradan əldə etməsini soruşduqda, Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar və orada üstünə baxış keçirərək, Firqətdən götürdüyü bir kağız bükümdə olan narkotik vasitə marixuananı aşkar etmişlər. Sonra onun ifadəsini alıblar, amma ifadəsi kompyuter vasitəsilə yazılmışdır. O, Xaçmaz rayon 2 saylı orta məktəbini kiril əlifbası ilə oxuduğundan və məktəbdə kafi qiymətlər aldığından, yazı yazıb oxumaqda çətinlik çəkir, latın əlifbası ilə isə ümumiyyətlə yazı yazıb oxumağı bacarmır. Polis şöbəsində izahatı kompyuterlə yazılarkən, ona nə tərcüməçi, nə də ki mütəxəssis təyin edilməmişdir. Polis əməkdaşı ifadəsini yazıb qurtardıqdan sonra, ona yalnız imza etməyi tapşırmışdır, o da kağızın sonunda imza çəkmişdir. İstintaqa verdiyi ifadəsində nə yazıldığını bilmir. Bundan başqa, Təqsirləndirilən şəxslə ibtidai istintaq zamanı üzləşdirilməmişdir. İş materiallarında olan üzləşdirmə protokollarına isə imza etsə də, faktiki olaraq Firqətlə üzləşdirilməmişdir və protokolların məzmunu ilə tanış deyil. İlk öncə onu şübhəli şəxs qismində tutsalar da, daha sonra sərbəst buraxmışlar və nə cinayət, nə də ki inzibati məsuliyyətə cəlb etməmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, Xaçmaz RPŞ-nin İstintaq Bölməsinin rəisi vəzifəsində işləsə də, müstəntiqlərin icraatında iş çoxluğu ilə əlaqədar olaraq, hərdən cinayət işlərini icraata götürüb istintaqını aparır. Təqsirləndirilən şəxs Xaliq oğlunun barəsində olan cinayət işi üzrə bəzi istintaq hərəkətləri o aparmışdır. Belə ki, iş üzrə Şahid1 şahid qismində dindirilməsi zamanı, Şahid1 ifadəsinin kompyuter vasitəsilə latın əlifbasında yazılmasına etiraz etməmiş və mütəxəssisin köməyindən imtina etmişdir. Şahid1 səmimi olaraq ifadə vermişdir ki, Təqsirləndirilən şəxs 17 manata narkotik vasitə marixuana almışdır. O, Şahid1 ifadəsini olduğu kimi qeyd edib, sonda İmrana imza çəkməyi təklif etmişdir. İmran isə ifadəsi ilə tanış olub, imza çəkmişdir. Şahid1 şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitə marixuana aşkar edildiyindən, barəsində cinayət işinin başlanmasının rədd olunması haqqında qərar çıxarılaraq, inzibati məsuliyyətə cəlb olunması üçün qərar verilsə də, hansısa ona məlum olmayan səbəblərdən Şahid1 inzibati məsuliyyətə cəlb olunmamışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında 13.08.2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Xaçmaz rayonu, Ağçay kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı bir mətəbəli fərdi yaşayış evidir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın doğruluğunu təsdiq edərək yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını qurudaraq saxladığını və həmin qurudulmuş çətənə bitkisini könüllü olaraq təqdim edəcəyini bildirmişdir. Evin giriş darvazasından həyətə daxil olan zaman həyətin sol tərəfində bir mərtəbəli fərdi yaşayış evi görünür. Evin giriş qapısının qarşısında talvar vardır. Talvar altından evin giriş qapısı kiçik koridora açılır. Koridordan sol tərəfdə yerləşən qapıdan içəri qonaq otağına daxil olan zaman Təqsirləndirilən şəxs 3 otaqdan ikincisinin - orta otağın açıq qapısını göstərərək onun yataq otağının olduğunu bildirdi və narkotik vasitəni həmin otaqda saxladığını dedi. Həmin otağa daxil olan zaman sol tərəfdə çoxsaylı açıq və qapalı dolabları olan tünd qəhvəyi rəngli servant vardır. Onun qarşısında otağın giriş qapısının sağ tərəfində iki nəfərlik çarpayı, həmin çarpayı ilə üzbəüz isə uşaq çarpayısı vardır. Uşaq çarpayısının yuxarı tərəfində otağın sol yuxarı küncündə tünd qəhvəyi rəngli paltar dolab vardır. Paltar dolabı ilə üzbə-üz iki nəfərlik çarpayının sağ tərəfində yerdə 01 ədəd şəffaf şüşə qab, 01 ədəd qara rəngli plasmas materiallı qab, 01 ədəd ağ rəngli açıq vəziyyətdə parça vardır. Həmin parçanın içərisində yaşıl rəngli qurudulmuş bitki kütləsi vardır. Plasmas materiallı qabın qapağı açıq vəziyyətdədir. Təqsirləndirilən şəxs ağ rəngli parçanın, plasmas və şüşə qabların içərisində olan yaşıl rəngli qurudulmuş bitki kütlələrinin narkotik vasitə olduğunu və qurutmaq üçün həmin bitki kütlələrini öz yataq otağında saxladığını bildirmişdir. 01 ədəd 908 qramlıq qara rəngli plasmas qabın üzərində “Elite Casein” sözləri yazılmışdır, içərisində yarıya kimi doldurulmuş tünd yaşıl rəngli, spesifik qoxulu narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi vardır. 01 ədəd 700 qramlıq üzərində “Final tomat pastası” sözləri yazılmış şəffaf şüşə bankanın içərisində yarısından az olmaqla tünd yaşıl rəngli, spesifik qoxulu narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. İçərilərində narkotik vasitə marixuanaya oxşar bitki kütlələri olan 01 ədəd ağ rəngli parça, 01 ədəd 908 qramlıq plasmas qab, 01 ədəd 700 qramlıq şüşə banka maddi sübut əhəmiyyəti daşıdığı üçün götürülmüşdür. Bundan başqa baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə saxladığını, 23 avqust 2020ci il tarixdə tanışı Xaçmaz rayon sakini İmran adlı şəxsə 17 manat pul müqabilində 01 ədəd kibrit qutusunda, 02 ədəd kağız bükümlərdə olmaqla satdığını bildirmiş və İmrandan aldığı 17 manat pulu xərclədikdən sonra qalıq qalan 9 manatını təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 9 manat pul maddi sübut əhəmiyyəti daşıdığı üçün iş materiallarına əlavə olunması üçün götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs aşkar etdiyi 08 ədəd çətənə kollarını qonşuluqlarında yerləşən və hal-hazırda yaşayışın olmadığı mərhum nənəsi Sürəyyaya məxsus evə gətirərək həmin evin çardağında budaqlarını ayırdığını və qurutmaq üçün öz evinə gətirdiyini deyərək, hal-hazırda həmin bitkilərin gövdələrinin mərhum nənəsi Sürəyyanın evinin çardaq hissəsində olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyət darvazasından küçəyə çıxıb sola dönüb təxminən 50 metr irəliyə gedib qonşu evin darvazasından həyətə daxil olunur, həyətə daxil olan zaman hər tərəfin kol və otlarla örtüldüyü evdə yaşayışın olmadığı, pəncərələrin sınıq və açıq vəziyyətdə olduğu görünmüşdür. Evin arxa tərəfinə keçib taxta pilləkənlərlə ikinci mərtəbəyə qalxan zaman sökülmüş vəziyyətdə döşəmənin üzərində çarpayı üstlüyünün olduğu görünmüşdür. Həmin taxta çarpayı üstlüyünü Təqsirləndirilən şəxs qaldırıb divara söykəyərək onun üzərinə çıxıb evin tavandakı kiçik qapağı açaraq evin çardağına çıxır və yerdə olan 08 ədəd bitki qırıntılarını təqdim edərək həmin bitki qırıntılarının çətənə kollarının gövdələri olduğunu bildirmişdir. Həmin 08 ədəd bitki gövdələri iş üzrə maddi sübut əhəmiyyəti daşıdığı üçün qablaşdırlaraq götürülmüşdür. Daha sonra Firiqət Quliyev həmin 8 ədəd çətənə kollarının tapdığı yabanı halda bitdiyi yeri göstərmiş, həmin yerə aqronomun iştirakı ilə baxış keçirilir, lakin əhəmiyyət kəsb edən heçnə aşakar edilib götürülməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman onun yataq otağında çarpayısının yanında, döşəmədə saxladığı 908 qramlıq 01 ədəd qara rəngli, üzərində “Elite Casein” sözləri yazılmış plasmas materiallı qabın içərisindən, 01 ədəd 700 qramlıq üzərində “Final tomat pastası” sözləri yazılmış şüşə bankanın içərisindən və 01 ədəd ağ rəgli parçanın içərisindən narkotik vasitə qurudulmuş marixuana və nənəsi Sürayyə Ağayeva məxsus evin dam hissəsindən 08 ədəd nəm vəziyyətdə narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 24.08.2020-ci il tarixli 7/552 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində göy rəngli polietilen bağlamadakı 01 ədəd şüşə bankada və bir ədəd qara rəngli plasmas qabda ayrı-ayrılıqda təmiz çəkiləri 7,121 qram, 75,0 qram və üzərində Təqsirləndirilən şəxs yaşadığı evdən yazıları və imzaları olan sarı rəngli polietilen bağlamadakı 01 ədəd ağ rəngli parçanın içərisində təmiz çəkisi 160,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş-marixuanadır.Ümumi çəkisi 242,121 qramdır. Təqdim edilmiş marixuanalar tərkibblərinə görə eynidirlər. -tədqiqata təqdim edilən üzərində Təqsirləndirilən şəxs yaşadığı evdən yazıları və imzaları olan ağ rəngli sintetik torbadakı 08 ədəd nəm vəziyyətdə ümumi çəkisi-180 qram olan bitki hissələri əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəsidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17.09.2020-ci il tarixli, 2567 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi peraparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcbiri müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan əşyanın maddi sübut kimi tanınması barədə 05 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 241,821 qram qurudulmuş marixuana qalıq çəkisi 179,84 qram 08 ədəd çətənə bitkisinin hissələrinin maddi sübut kimi tanınaraq saxlanması üçün Xaçmaz RPŞnin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan hadisə yerinə baxış zamanı qeydə alınmış içərisində videoçəkiliş olan 01 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitə olan marixuana sataraq əldə etdiyi 9 manat-bir ədəd 5 manatlıq(C********), dörd ədəd 1 manatlıq (F49030790, G53723387, G17327651, F********) pul əskinazları maddi sübut kimi tanınaraq cinayət işinin materiallara əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Şahid1 barəsində Xaçmaz RPŞ-nin TB-də araşdırılmış HK/1-1862 nömrəli materialın surətləri Xaçmaz RPŞnin İB-nin rəisi polis mayoru X4 tərəfindən cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Şahid1 barəsində araşdırılmış HK/1-1862 nömrəli materialın surətlərindən görünür ki, Şahid1 idarə etdiyi Vaz 21011 markalı **-BB-*** d.q.nişanlı avtomobilin saxlanc yerindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 1,972 qram, 1 ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 1,582 qram, 1 ədəd qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 0,740 qram, ümumilikdə şəxsi istehlak miqdarından artıq olmayan miqdarda, yəni 4,293 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüş və Şahid1 həmin narkotik vasitələri Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutları məcmu halda qiymətləndirərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edərək saxlama cinayətini satış məqsədi ilə törətmiş olması barədə yanlış qənaətə gələrək, onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə nəticəyə gələrkən yalnız Şahid1 ifadəsinə istinad etmiş, gəldiyi nəticəni digər sübutlarla yetərincə əsaslandırmamışdır Məhkəmə ilk olaraq qeyd edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin narkotik vasitə satdığını bildirmiş yeganə şahid və ibtidai istintaq orqanının “narkotik vasitənin satış məqsədi ilə bağlı” gəldiyi nəticəsini təsdiqləyən ifadəsi alınmış yeganə Şahid1 məhkəmə iclasında ifadə verərək Təqsirləndirilən şəxs narkotik vasitəni pulla almadığını, Firqətə 17 manat pulu isə borcu olduğuna görə verdiyi bildirmişdir. Bundan əlavə Şahid1 istintaqa verdiyi ifadəsini nəinki təsdiq etmədiyini, orada yazılanlar barədə xəbərsiz olduğunu bildirmişdir. Ona görə ki, ifadəsi kompyuter vasitəsilə latın əlifbasında yazılmışdır, o isə, məktəbi kiril əlifbası ilə, həm də ki,kafi qiymətlərlə oxuduğundan, yazı yazıb oxumaqda çətinlik çəkir, latın əlifba ilə isə ümumiyyətlə yazı yazıb, oxumağı bacarmır. İstintaqda yazılmış ifadəsinin altında yalnız imza çəkib, sərbəst buraxıldığını, cinayət və ya inzibati məsuliyyətə cəlb olunmadığını bildirmişdir. Ç.Abdullayev adına Xaçmaz şəhər 2 №li tam orta məktəbdən alınmış rəsmi məlumatdan və sənədlərin surətindən görünür ki, 1975-ci il təvəllüdlü Şahid1 1989/1990-cı tədris ilində məktəbin 9 sinfini bitirmiş və A №679485 nömrəli şəhadətnamə almışdır. Rəsmi məlumata əlavə olunmuş sənədin surətindən görünür ki, yazışma kiril əlifbası ilə aparılmış və Şahid1 məktəbi “kafi” qiymətlərlə bitirmişdir. Bundan başqa, məhkəmə Şahid1 ibtidai istintaq zamanı imzaladığı ifadəsini tədqiq edərək müəyyən etmişdir ki, Şahid1 ifadəsinin sonunda “İfadəmi oxudum, düzdür, əlavəm yoxdur, düzgünlüyünü imzamla təsdiq edirəm” və “Şahid1” yazıları kompyuter vasitəsi ilə yazılmış və yalnız Şahid1 imzası çəkilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan faktlar (orta məktəbdən alınmış rəsmi məlumatlar və sənədlərin surətləri, ibtidai istintaqda tərtib olunmuş dindirmə protokolu, habelə Şahid1 əməlində inzibati xətanın tərkib əlamətləri olduğu halda, onun inzibati məsuliyyətə cəlb olunmaması) Şahid1 məhkəmə istintaqı zamanı iclas zalında verdiyi ifadəsinin mötəbərliyini təsdiq edir. Beləliklə, məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materialları ilə əlaqəli şəkildə tədqiq edilərək müəyyən edilmişdir ki, həmin şahidin ifadəsində bildirdiyi “Təqsirləndirilən şəxs ona narkotik vasitə satmasına dair xüsusatlar” heç biri əsaslı dəlillə öz təsdiqini tapmır. Bununla yanaşı, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin digər şəxslərə narkotik vasitə satması iş materiallarında olan digər sübutlarla da öz təsdiqini tapmamışdır. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Şahid1 ifadəsi Təqsirləndirilən şəxs narkotik vasitə satmasını təsdiqləyən sübut növü kimi qəbul edilməməlidir. Yuxarıda sadalananlara əsasən, məhkəmə hesab edir ki, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi yolverilməz sübut kimi qiymətləndirilərək sübutlar siyahısından xaric edilməlidir Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1 və 33.3-cü maddəsinin tələblərinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 2-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. Məhkəmə cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübut olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: Həmin Məcəllənin 125.2.7-ci maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; Həmin Məcəllənin 125.2.9-cu maddəsinə əsasən, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda qeyd edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Həmin qanunda şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Plenum Qərarının 9-cu bəndində izah olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk olaraq aşkar olunmuş narkotik vasitənin əldə edilməsinin, saxlanılmasının, daşınmasının, hazırlanmasının və s. hərəkətlərin satış məqsədi ilə edilməsi sübuta yetirilməlidir. Narkotik vasitə satış məqsədi olmadan qanunsuz olaraq əldə olunaraq saxlanılırsa, həmin əməl narkotik vasitənin şəxsi istehlak miqdarından artıq istənilən miqdarda olduğu halda da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla əsaslandırılmamış, təqsirləndirilən şəxsin hansısa qazanc əldə etməsi, eləcə də hansı şəxsi maraq naminə maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi iş üzrə müəyyən olunmamışdır. Həmin qərarda həmçinin qeyd edilir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməlini qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən işin halları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən tam və hərtərəfli araşdırılmamış, gəldiyi nəticənin həqiqətə uyğunluğu barədə öz mövqeyini yetərincə əsaslandırmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsində sübutların kifayət etməməsinə yetərincə diqqət yetirməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin Velikova Bolqarıstana qarşı 04 oktyabr 2000-ci il tarixli qərarında göstərilir ki, “Əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin yaxud faktlara əsaslanan anoloji təkzibedilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlaması etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə tərəfindən araşdırılmış və tədqiq edilmiş işin digər materialları ilə tam təsdiq olunur. Lakin əməlin hüquqi tövsifi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, ibtidai istintaq orqanı düzgün olmayaraq onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması, yəni təqsirləndirilən şəxsin evindən aşkar edilmiş ümumilikdə 242,121 qram çəkidə bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustarüsulla hazırladığı narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və ya saxlaması nə işdə olan sübutlarla, nə də ki, şahid ifadələri ilə öz təsdiqini tapmamışdır. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinə dair hər hansı bir mötəbər sübut olmadığı halda, sadəcə ibtidai istintaqda verdiyi ifadəsini və təqsirləndiirlən şəxslə üzləşməsini təsdiq etməyən Şahid1 ifadəsinə əsaslanaraq Təqsirləndirilən şəxs əməlinin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və ya saxlaması kimi tövsif edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə, həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla özünün istehlakı üçün narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlamış, daşımış və bununla da, həmin hərəkətləri ilə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə, narkotik vasitə olan marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı qurudulmuş halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar olunmuş narkotik vasitə - qurudulmuş marixuananın ümumilikdə xalis çəkisi 242, 121 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirildiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himiayəsində 2 azyaşlı uşağın olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cimaddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan 23 avqust 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan, Xaçmaz rayon məhkəməsinin 25 avqust 2020-ci il tarixli 4(067)-129/2020 №-li “həbs qətimkan tədbirinin seçilməsi” haqqında qərarından və 03.12.2020-ci il tarixli 4(067)-190/2020 №li “həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması” haqqında qərardan, habelə 16 mart 2021-ci il tarixli 1(067)-39/2021 №li “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi” haqqında qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı 23 avqust 2020ci il tarixdən 16 mart 2021-ci il tarixədək, yəni 06 (altı) ay 21 (iyirmi bir) gün həbsdə və ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı 06 (altı) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, cəmi 06 (altı) ay 21 (iyirmi bir) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarında olan 22 aprel 2021-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki,Təqsirləndirilən şəxs 22 aprel 2021-ci il tarixdə Xaçmaz rayonu ərazisində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları istisna olunmur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 241,821qram olan narkotik vasitə qurudulmuş marixuana və 179,84 qram qalıq qalmış çətənə bitkisinin hissələri məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş və cinayət işinin materiallarında saxlanılan 9 manat-bir ədəd 5 manatlıq(C********), dörd ədəd 1 manatlıq (F49030790, G53723387, G17327651, F********) pul əskinazları sübut əhəmiyyəti kəsb etmədiyindən hökm qanuni qüvvəsini aldıqdan sonra, Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə məhkəmə-bioloji ekspertizasının xərci olan 69,82 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Xaliq oğlunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Xaliq oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Xaliq oğlunun 23 avqust 2020-ci ildən 16 mart 2021-ci il tarixədək, yəni 06 (altı) ay 21 (iyirmi bir) gün həbsdə və ev dustaqlığında saxlandığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etməyə bərabər tutularaq, 06 (altı) ay 21 (iyirmi bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 ( on bir) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Xaliq oğlu ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın və barəsində narkomaniyadan müalicə təyin edilsin. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 241,821 qram olan narkotik vasitə qurudulmuş marixuana və 179,84 qram qalıq qalmış çətənə bitkisinin hissələri məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş və cinayət işinin materiallarında saxlanılan 9 manat-bir ədəd 5 manatlıq(C********), dörd ədəd 1 manatlıq (F49030790, G53723387, G17327651, F********) pul əskinazları sübut əhəmiyyəti kəsb etmədiyindən hökm qanuni qüvvəsini aldıqdan sonra, Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə məhkəmə-bioloji ekspertizasının xərci olan 69,82 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar