Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-39/2022 10.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Muradova (Mirzəliyeva) Fəridə Məmmədəli qızının, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Hacıəhmədoba kəndində qeydiyyatda olan və yaşayan, 18 dekabr 2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 21 aprel 2014-cü il tarixdən hesablanmaqla övladı, 19 oktyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin tutularaq Muradova (Mirzəliyeva) Fəridə Məmmədəli qızının xeyrinə ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli, 2(060)- 1880/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən 25.06.2021-ci il tarixədək 2693,00 manat məbləğində aliment borcunu tələbkar Muradova (Mirzəliyeva) Fəridə Məmmədəli qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, 21 aprel 2014-cü il tarixdən hesablanmaqla övladı, 19 oktyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin tutularaq Muradova (Mirzəliyeva) Fəridə Məmmədəli qızının xeyrinə ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli, 2(060)-1880/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən 25.06.2021-ci il tarixədək 2693,00 manat məbləğində aliment borcunu tələbkar Muradova (Mirzəliyeva) Fəridə Məmmədəli qızının xeyrinə ödəmədiyinin səbəbini fərdi əməklə, yəni fəhləliklə məşğul olmaqla ayda təxminən 250,00- 300,00 manat məbləğində əldə etdiyi qazancının öz dolanışığına çətinliklə çatması, faktiki gəlirlərinin az olmasının məhkəmə tərəfindən nəzərə alınmayaraq ona yüksək məbləğdə aliment kəsilməsinə görə həmin məhkəmə qətnaməsi ilə razı olmadığını və qətnaməni ədalətsiz hesab etdiyi ilə əsaslandıraraq, bu səbəblərə görə aliment borcunu ödəmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Muradova (Mirzəliyeva) Fəridə Məmmədəli qızı bildirdi ki, Təqsirləndirilən şəxs 21 aprel 2014-cü il tarixdən hesablanmaqla övladı, 19 oktyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli, 2(060)-1880/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən 25.06.2021-ci il tarixədək 2693,00 manat məbləğində aliment borcunu kifayət qədər qazanc əldə etməsinə baxmayaraq, qərəzli olaraq ödəməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 21 aprel 2014-cü il tarixdən hesablanmaqla övladı, 19 oktyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin tutularaq Muradova (Mirzəliyeva) Fəridə Məmmədəli qızının xeyrinə ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2014-cü il tarixli, 2(060)-1880/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən 25.06.2021-ci il tarixədək 2693,00 manat məbləğində aliment borcunu tələbkar Muradova (Mirzəliyeva) Fəridə Məmmədəli qızının xeyrinə qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də toplanmış materiallar 25.06.2021-ci il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2, Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Sumqayıt şəhər məhkəməsinin 2(060)-1880/2014 saylı 21 aprel 2014-cü il tarixli qətnaməsi ilə 21 aprel 2014-cü il tarixdən hesablanmaqla 19 oktyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 103 manat pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq Mirzəliyeva (Murdaova) Fəridə Məmmədəli qızına verilməsi qət edilmişdir. İş materiallarına olan və məhkəmə istintaqında tədqiq olunan icraata başlamaq haqqında 03 iyul 2014-cü il tarixli qərardan görünür ki, Xaçmaz şəhəri, S.Qurbanov küçəsi, ev 14, mənzil 2-də yaşayan Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, o, 10 gün müddətində icranı könüllü təmin etsin. İş materiallarına olan və məhkəmə istintaqında tədqiq olunan 03 iyul 2014-cü il tarixdə Xaçmaz rayon Məhkəmə İcraçıları Bölməsinin məhkəmə icraçısı Şahid1 tərəfindən tərtib olunmuş tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan icra vərəqəsi onun icraatına daxil olmuş və iş üzrə icraata başlanılmışdır. İş materiallarına olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli, 3(067)-615/2016 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 2(060)- 1880/2014 saylı 13 iyun 2014-cü il tarixli icra vərəqəsini icra etməmiş, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilmişdir. İş materiallarına olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon məhkəməsinin 15 yanvar 2021-ci il tarixli, 3(067)-88/2020 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 2(060)- 1880/2014 saylı 13 iyun 2014-cü il tarixli icra vərəqəsini icra etməmiş, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilmişdir. İş materiallarına olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 3(067)-741/2020 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 2(060)- 1880/2014 saylı 13 iyun 2014-cü il tarixli icra vərəqəsini icra etməmiş, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilmişdir. İş materiallarına olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 8(067)-113/2020 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarına olan və məhkəmə istintaqında tədqiq olunan 15 dekabr 2020-ci il tarixli, 432 saylı Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Əhmədoba kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsinin 12 dekabr 2020-ci il tarixli, 139526/03 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən hərbi xidmətə və toplanışa cəlb edilməmişdir. İş materiallarına olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışlına hüquq" xəyali xarakter alacaqdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Xaçmaz rayon Məhkəməsinin inzibati xəta haqqında 15 yanvar 2021-ci il tarixli və 13 avqust 2021-ci il tarixli qərarlarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Sumqayıt şəhər məhkəməsinin 2(060)-1880/2014 saylı 21 aprel 2014-cü il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün, zərərçəkmişin, şahidlərin ifadələri, iş materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Beləliklə də, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 10 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınmalı və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 10 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-39/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-39/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver