Məhkəmə qərarları › İş №1(067)-39/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-39/2023

23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-39/2023 23.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1980-ci ildə Xaçmaz rayonu, Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, üç uşağı olan, məhkumluğu olmayan, Xaçmaz rayonu Çarxı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi 05 ədəd çətənə bitkisinin toxumlarını yaşadığı Xaçmaz rayonu Çarxı kəndində, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz rayonu Çarxı stansiyasından şimal istiqamətində 80 metr məsafədə yerləşən evin həyətyanı torpaq sahəsində və qablarda əkib becərməklə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmiş, bu fakt 20 avqust 2022-ci il tarixdə saat 12:10-12:25 müddətində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz rayonu Çarxı kəndində, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz rayonu Çarxı stansiyasından şimal istiqamətində 80 metr məsafədə yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsində və 04 ədəd vedrədə olmaqla ümumilikdə 05 ədəd yaş vəziyyətdə ümumi çəkisi 995 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə, becərmə) etmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 2000-ci ildən narkotik vasitə qurudulmuş marixuanadan arabir siqaretə doldurub çəkməklə istifadə etmişdir. 2022-ci ilin mart ayının əvvəllərində axşam saatlarında yaşadığı küçənin yaxınlığında yerdən bir ədəd sellofan paket tapmış, həmin paketi açıb baxanda içərisində 08 ədəd toxum olduğunu görmüşdür. Əvvəllər qurudulmuş marixuanadan istifadə edən zaman çətənə bitkisinin toxumunu görmüş və buna görə də paketin içərisindəki bitki toxumlarını görəndə onların çətənə toxumları olduğunu tanımışdır. Həmin toxumları götürüb saxlamış və 2022-ci ilin aprel ayının əvəllərində həmin toxumları birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik stəkanda əkib su verərək cücərtməyə başlamışdır. Toxumlardan 05 ədədi cücərsə də, 03 ədəd toxum cücərməmiş, sonra isə cücərmiş həmin 05 ədəd çətənə bitkisinin toxumlarını dibçəklərə doldurduğu torpağa basdırmış, həmin vaxt 04 ədəd dibçək tapdığı üçün 04 ədəd cücərmiş çətənə bitkisi toxumlarını dibçəklərdəki torpağa basdırıb, su vermiş və yetişdirməyə başlamış, qalan 01 ədəd cücərmiş toxumu isə yaşadığı evin həyətyanı sahəsində torpağa basdırmış və həmin vaxtdan mütəmadi olaraq əkdiyi çətənə bitkilərinə su vermiş və aqrotexniki qaydada qulluq göstərməklə yetişdirmişdir. 20 avqust 2022-ci il tarixdə yaşadığı evdə olduğu zaman evin həyət qapısı döyüldüyü üçün qapını açmış və polis əməkdaşlarının yaşadığı evə gəldiklərini görmüşdür. Həmin vaxt müstəntiq tərəfindən ona qanunsuz olaraq narkotik tərkibli bitkiləri kultivasiya etməsi barədə Xaçmaz RPŞ-nə məlumat daxil olması və həmin məlumatın yoxlanılması üçün onun yaşadığı evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi izah olunmuşdur. O, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və polis əməkdaşlarını həyətə dəvət etmişdir. Bundan sonra o, evinin həyətyanı sahəsində özünün şəxsi istifadəsi üçün narkotik tərkibli bitkilər əkib yetişdirməklə kultivasiya etdiyini etiraf etmiş və əvvəlcə yaşadığı evin həyətyanı sahəsində torpağa əkib, yetişdirdiyi 01 ədəd çətənə bitkisini, sonra isə həyətyanı sahədə olan 04 ədəd dibçəklərdə əkib, yetişdirdiyi 04 ədəd çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişdir. Baxışda iştirak edən aqronom mütəxəssis çətənə bitkilərinə baxış keçirib həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Sorğu zamanı o, özü də həmin çətənə bitkimlərini 2022-ci ilin aprel ayının əvvəllərindən şəxsi istifadəsi üçün əkib, yetişdirməklə kultivasiya etdiyini etiraf etmiş, bundan sonra çətənə bitkiləri polis əməkdaşları tərəfindən bir-bir köklərindən çıxarılmaqla sayılmış və ümumilikdə 05 ədəd narkotik tərkibli çətənə bitkisi olması müəyyən edilmişdir. Ona məxsus evin həyətyanı torpaq sahəsindən aşkar edilmiş çətənə bitkiləri bir ədəd torbaya qablaşdırılaraq üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. O, bildirmişdir ki, həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə nə evdə ailə üzvlərinə, nə də ki, başqa heç kimə heç nə deməmiş, bu barədə heç kimin məlumatı olmamışdır. Hazırda əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 bildirdi ki, 20 avqust 2022-ci il tarixdə Xaçmaz rayonu Çarxı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə raportla şöbə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Xaçmaz RPŞ-nin PPXB-nün komandir müavini, polis mayoru Şahid2 qrupun tərkibinə daxil edilmiş və faktla bağlı araşdırma aparılması Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X4 həvalə olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışda mütəxəssis qismində iştirak etmək üçün Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin aqronomu Şahid4 şöbəyə dəvət ediləndən və keçiriləcək baxışın video görüntülərinin qeydə alınması Xaçmaz RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 həvalə olunandan sonra həmin tarixdə saat 12 radələrində hamı birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Orada onları Təqsirləndirilən şəxs qarşılamış, özlərini təqdim edəndən sonra ona yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olduğunu və buna görə də videoçəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş, ondan həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-əkməməsi soruşulduqda o, həyətyanı torpaq sahəsində özünün istifadəsi üçün narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini etiraf etmiş və həmin bitkiləri təqdim edə biləcəyini deyərək onları əvvəlcə yaşadığı evin həyətinə, sonra isə həyətə girişdən sağ tərəfdə yerləşən bağ sahəsinə dəvət etmişdir. Bundan sonra o, ağacların arasında torpaqda əkilmiş və təxminən 1 metr hündürlükdə olan 01 ədəd çətənə bitkisnə bənzər bitki təqdim edərək, həmin bikinin narkotik tərkibli çətənə bitkisi olduğunu və onu 2022-ci ilin aprel ayında əkdiyini və qulluq göstərdiyini bildirmişdir. Həmin bitkinin dibi alaq otlarından təmizlənmiş və yumşaldılmış vəziyyətdə olmuş, baxışda iştirak edən aqronom Şahid4 həmin bitkinin həqiqətən narkotik tərkibli çətənə bitkisi olduğunu və aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-becərildiyini bildirmişdir. Çətənə bitkisinə bənzər bitki kökündən torpaqdan çıxarılandan sonra Təqsirləndirilən şəxs onları həmin yerdən bir qədər sol tərəfə, yaşadığı evlə bağ sahəsi arasında mişar daşından inşa edilmiş hasarın yanına dəvət etmiş və ağacların arasında qoyulmuş 02 ədəd dəmir və 02 ədəd plastmas vedrələrdə əkilib-becərilmiş çətənə bitkisinə bənzər bitkiləri təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi vedrələrin hər birində 01 ədəd olmaqla 04 ədəd vedrələrdə ümumilikdə 04 ədəd çətənə bitkisinə bənzər bitkilər olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onları 2022ci ilin aprel ayının əvvəllərində özünün istifadəsi üçün əkdiyini və qulluq göstərməklə becərdiyini bildirmişdir. Aqronom Şahid4 aşkar edilmiş bitkiləri nəzərdən keçirib onların həqiqətən narkotik tərkibli çətənə bitkiləri olduğunu, diblərinin suvarıldığını, boylarının 1- 2,5 metr hündürlükdə inkişaf etdiyini və aqrotexniki qaydada qulluq göstərilməklə əkilibbecərildiklərini bildirmişdir. Bundan sonra həmin bitkilər bir-bir vedrələrdən köklərindən çıxarılmış, beləliklə, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən 01 ədədi torpaq sahəsində, 04 ədədi isə vedrələrdə əkilib-becərilməklə ümumilikdə 05 ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilər aşkar edilmişdir. Bundan sonra həmin bitkilər 01 ədəd ağ rəngli sintetik kisəyə yığılaraq qablaşdırılmış və üzəri imzalanıb möhürlənməklə şəffaf rəngli yapışqanlı lentlə bağlanaraq götürülmüşdür. Baxış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi PPXB-nün polis nəfəri Şahid3 tərəfindən mobil telefon vasitəsi ilə çəkilməklə qeydə alınmış və faktla bağlı müstəntiq Şəhriyar Kərimli tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunandan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz Rayon Polis Şöbəsinin PPXB-nün komandir müavini, polis mayoru Şahid2 və məhkəmədə ifadəsi elan olunmuş PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, ibtidai istintaq zamanı ifadə vermiş Şahid1 oğlunun ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin aqronomu Şahid4 bildirdi ki, 20 avqust 2022-ci il tarixdə Xaçmaz Rayon Polis X6 müstəntiqi, polis kapitanı X2 mütəxəssis təyin olunmasına dair qərarına əsasən Xaçmaz Rayon Polis Şöbəsinə dəvət olunmuş və müstəntiq Şəhriyar Kərimli ona qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilib-becərilməsi ilə bağlı Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Çarxı kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirəcəklərini demişdir. O, etiraz etməyib həmin baxışda mütəxəssis qismində iştirak etməyə razılıq vermiş, bundan sonra həmin tarixdə saat 16 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları Şahid1, Şahid2, Şahid3 və müstəntiq Şəhriyar Kərimli ilə birlikdə qeyd olunan ünvana getmişdir. Orada onları bir şəxs qarşılamış, həmin şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuş, lakin şəxsən o, əvvəllər Təqsirləndirilən şəxs tanımamış və onunla heç bir münasibəti olmamışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olduğunu və buna görə də videoçəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş, ondan həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-əkməməsi soruşulduqda o, həyətyanı torpaq sahəsində özünün istifadəsi üçün narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini etiraf etmiş və həmin bitkiləri təqdim edə biləcəyini deyərək onları əvvəlcə yaşadığı evin həyətinə, sonra isə həyətə girişdən sağ tərəfdə yerləşən bağ sahəsinə dəvət etmişdir. Bundan sonra o, ağacların arasında torpaqda əkilmiş və təxminən 1 metr hündürlükdə inkişaf etmiş 01 ədəd narkotik tərkibli çətənə bitkisini təqdim edərək, həmin bikinin çətənə bitkisi olduğunu, onu 2022-ci ilin aprel ayında əkdiyini və qulluq göstərdiyini bildirmişdir. Həmin bitki günəş işığı düşən yerdə əkilmiş, dibi alaq otlarından təmizlənmiş və yumşaldılmış vəziyyətdə olmuşdur. Polis əməkdaşlarının sorğusuna cavab olaraq o, həmin bitkinin həqiqətən narkotik tərkibli çətənə bitkisi olduğunu və aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-becərildiyini bildirmişdir. Çətənə bitkisi kökündən torpaqdan çıxarılandan sonra Təqsirləndirilən şəxs onları həmin yerdən bir qədər sol tərəfə, yaşadığı evlə bağ sahəsi arasında mişar daşından inşa edilmiş hasarın yanına dəvət etmiş və ağacların arasında qoyulmuş 02 ədəd dəmir və 02 ədəd plastmas vedrələrdə əkilib-becərilmiş narkotik tərkibli çətənə bitkilərini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi vedrələrin hər birində 01 ədəd olmaqla 04 ədəd vedrələrdə ümumilikdə 04 ədəd çətənə bitkisi olmuş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onları 2022ci ilin aprel ayının əvvəllərində özünün istifadəsi üçün əkdiyini və qulluq göstərməklə becərdiyini bildirmişdir. Polis əməkdaşlarının təklifi ilə o, aşkar edilmiş bitkiləri nəzərdən keçirib onların həqiqətən narkotik tərkibli çətənə bitkiləri olduğunu, diblərinin suvarıldığını, boylarının 1-2,5 metr hündürlükdə inkişaf etdiyini və aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-becərildiklərini bildirmişdir. Bundan sonra həmin bitkilər bir-bir vedrələrdən köklərindən çıxarılmış, beləliklə, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən 01 ədədi torpaq sahəsində, 04 ədədi isə vedrələrdə əkilibbecərilməklə ümumilikdə 05 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Bundan sonra həmin bitkilər 01 ədəd ağ rəngli sintetik kisəyə yığılaraq qablaşdırılmış və üzəri imzalanıb möhürlənməklə şəffaf rəngli yapışqanlı lentlə bağlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi polis nəfəri Şahid3 tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınmış və faktla bağlı müstəntiq Şəhriyar Kərimli tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunandan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Baxış prosesi başa çatandan sonra o, elə həmin gün Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilmiş bitkilərin narkotik tərkibli çətənə bitkiləri olması və onların aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-becərilməsi barədə rəy yazaraq müstəntiqə təqdim etmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 5(067)-140/2022 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 “Təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” 20 avqust 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 20 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Çarxı kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən həyətyanı torpaq sahəsində ağacların arasında torpaqda əkilmiş 01 ədəd, həmin yerdən bir qədər sol tərəfdə, evlə bağ sahəsi arasında mişar daşından inşa edilmiş hasarın yanındakı ağacların arasında qoyulmuş 02 ədəd dəmir və 02 ədəd plastmas vedrələrin hərəsində 01 ədəd, 04 ədəd vedrədə 04 ədəd olmaqla ümumilikdə 05 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid4 tərəfindən tərtib edilmiş 20 avqust 2022-ci il tarixli rəydən görünür ki, 20 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Çarxı kəndində yerləşən evin həyətyanı torpaq sahəsində aşkar edilmiş ümumilikdə 05 (beş) ədəd bitki tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Həmin bitkilərin dibləri yumşaldılmış, suvarılmış, hündürlükləri orta hesabla 100-250 sm-ə kimi inkişaf etmiş və aqrotexniki qaydada qulluq göstərilməklə kultivasiya edilmişdir. İş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının 21 avqust 2022-ci il tarixli, 7/920 nömrəli rəyindən görünür ki, «Təqsirləndirilən şəxs yaşadığı…» yazıları və imzalar olan bir ədəd ağ rəngli sintetik torbadakı sayı 05(beş) ədəd yaş vəziyyətdə ümumi çəkisi – 995 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 21 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə baxış keçirilmiş, baxış zamanı həmin diskdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Çarxı kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin və həyətyanı torpaq sahəsinin müxtəlif hissələrində əkilib-becərilməklə ümumilikdə 05 (beş) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisi aşkar edilməsinin görüntüləri öz əksini tapmışdır. Elektron məlumat daşıyıcısına baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin video görüntüdə qeydə alınmış şəxsin özünün olduğunu, görüntünün qeydə alındığı 20 avqust 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirildiyini, baxış zamanı 2022-ci ilin aprel ayının əvvəllərindən yaşadığı evin həyətyanı torpaq sahəsində özünün istifadəsi üçün əkib-becərdiyi ümumilikdə 05 ədəd narkotik tərkibli çətənə bitkilərini polis əməkdaşlarına təqdim etdiyini etiraf etmişdir. İş materiallarında olan maddi sübutun tanınması haqqında 23 avqust 2022-ci il tarixli qərardan görünür ki, 20 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 05 (beş) ədəd yaş vəziyyətdə ümumi çəkisi 995,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri və qeyd olunan tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə dair video görüntülər köçürülmüş 01 ədəd CD disk 23 avqust 2022-ci il tarixdə iş üzrə maddi sübut hesab edilmiş, narkotik tərkibli çətənə (kannabis) bitkilərinin 0,25 qramının tədqiqata sərf edilməklə istifadə olunması, habelə 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, qalan 05 (beş) ədəd 994,75 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkiləri 01 (bir) ədəd sintetik torbada qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2022-ci il tarixli, 5079 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyi tərəfindən verilmiş 82043 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs oğlu -X10 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi X7 rayon şöbəsində üzv kimi qeydiyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasını Medalının İ-8556 №-li vəsiqənin surətindən görünür ki, X1 azad olunmasına görə medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çarxı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 3 uşağının, həmçinin himayəsində olan övladlarından biri xx.xx.2010-cu il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayb. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çarxı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi 05 ədəd çətənə bitkisinin toxumlarını yaşadığı Xaçmaz rayonu Çarxı kəndində, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz rayonu Çarxı stansiyasından şimal istiqamətində 80 metr məsafədə yerləşən evin həyətyanı torpaq sahəsində və qablarda əkib becərməklə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmiş, bu fakt 20 avqust 2022-ci il tarixdə saat 12:10- 12:25 müddətində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz rayonu Çarxı kəndində, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz rayonu Çarxı stansiyasından şimal istiqamətində 80 metr məsafədə yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsində və 04 ədəd vedrədə olmaqla ümumilikdə 05 ədəd yaş vəziyyətdə ümumi çəkisi 995 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə, becərmə) etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini və törətdiyi cinayət əməlini səmimi etiraf edib hərəkətlərindən peşman olmasını, ailənin yeganə qazanc gətirəni olmaqla himayəsində işləməyən həyat yoldaşının və bir yetkinlik yaşına catmayan övladının olmasını, oğlu X8 ikinci Qarabağ müharibəsi iştirakçısı olmaqla Suqovuşanın azad olunmasına görə medalı ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 20 avqust 2022-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, müstəntiqin şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 22 avqust 2022-ci il tarixli qərarından və “başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, müstəntiqin şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 22 avqust 2022-ci il tarixli qərarı ilə həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdən 22 avqust 2022-ci il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək bir günə iki gün hesabı ilə ona təyin edilən cəzadan çıxılmalıdır. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı, və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin ediliş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək;n 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan növbəti gün 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 994,75 qram təşkil edən 05 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 78 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdən 22 avqust 2022-ci il tarixədək tutulduğu 02 gün müddəti azadlığın məhdudlaşdırılması cəzası növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 994,75 qram təşkil edən 05 (beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 78 (yetmiş səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM VÜSALƏ QASİMOVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar