Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-39/2025 18.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X3 iştirakları ilə xx.xx.1990-cı ildə Quba rayonunun, Rük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Quba rayonunun, Rük kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Abşeron rayonu, Məmmədəli qəsəbəsində yaşamış, barəsində «başqa yerə qetməmək barədə» iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 xx.xx.1986-cı ildə Xaçmaz rayonunun, Hülövlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonunun, Hülövlü kəndində qeydiyyatda olmaqla, faktiki olaraqhəmin ünvanda yaşamış, barəsində «başqa yerə qetməmək barədə» iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 may 2023-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus olan Xaçmaz rayonu, Sayad kəndində, 41,40899° N, 4896532° E koordinatlarında yerləşən fermanın qarşısına getmiş, həmin fermada heç kəsin olmadığına əmin olduqdan sonra fermadakı tövlənin qapısını açıb saxlanc yerinə qanunsuz daxil olmaqla tövlədən hər birinin dəyəri 250 manat olmaqla ümumi dəyəri 2500 manat olan 10 baş quzunu 90SL246 dövlət qeydiyyat nişanlı “VAZ- 2121” markalı avtomobilə yükləyib qəsdən gizli olaraq talamaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bunan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 noyabr 2023-cü il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 Xaçmaz rayonu, Məmmədxanlı kəndi ərazisində, 41,45088° N, 48,98451° E koordinatlarında yerləşən otlaq sahəsində olan Zərərçəkmiş şəxs3 məxsus camışların olduğu yerə getməklə həmin yerdən hər birinin dəyəri 2 min manat olmaqla ümumi dəyəri 8 min manat olan 4 baş camışı bir qədər uzaqlaşdırmasından sonra Təqsirləndirilən şəxs1 birlikdə həmin camışları qovaraq özünün çoban kimi işlədiyi Xaçmaz rayonu, Qarğalıq kəndində yerləşən fermaya qanunsuz olaraq gətirməklə qəsdən gizli olaraq talamaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 mart 2022-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu, İlxıçı kəndində, 41,45968° N, 48,92542° E koordinatlarında yerləşən, evin qarşısına gəlmiş, həmin yerdə heç kəsin olmadığına əmin olduqdan sonra sonuncuya məxsus evin həyətində yerləşən tövlənin qapısını açıb saxlanc yerinə qanunsuz daxil olmaqla tövlədən ümumilikdə 2800 manat dəyərində olan 07 baş qoyunu və 08 baş quzunu ** SL *** dövlət qeydiyyat nişanlı “VAZ-2121” markalı avtomobilə yükləyib qəsdən gizli olaraq talamaqla oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 may 2023-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus olan Xaçmaz rayonu, Sayad kəndində, 41,40899° N, 4896532° E koordinatlarında yerləşən fermanın qarşısına getmiş, həmin fermada heç kəsin olmadığına əmin olduqdan sonra fermadakı tövlənin qapısını açıb saxlanc yerinə qanunsuz daxil olmaqla tövlədən hər birinin dəyəri 250 manat olmaqla ümumi dəyəri 2500 manat olan 10 baş quzunu ** SL *** dövlət qeydiyyat nişanlı “VAZ- 2121” markalı avtomobilə yükləyib qəsdən gizli olaraq talamaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bunan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 noyabr 2023-cü il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Xaçmaz rayonu, Məmmədxanlı kəndi ərazisində, 41,45088° N, 48,98451° E koordinatlarında yerləşən otlaq sahəsində olan Zərərçəkmiş şəxs3 məxsus camışların olduğu yerə getmiş, həmin yerdə heç kəsin olmadığına əmin olduqdan sonra hər birinin dəyəri 2 min manat olmaqla ümumi dəyəri 8 min manat olan 4 baş camışı qanunsuz olaraq aparmaqla qəsdən gizli olaraq talamaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, müxtəlif şəxslərə məxsus fermalarda işləyib dolanışığını təmin edir, hansı fermada işləyirsə ailəsini də götürüb həmin fermanın ərazisində yerləşən evdə qalır. Evlidir, iki az yaşlı övladı vardır. Mahiyyəti üzrə bildirmişdir ki, o, Xaçmaz rayonu, Hülövlü kənd sakini Təqsirləndirilən şəxs1 2020-ci ildən tanıyır. Belə ki, o, 2020-ci ildə Şabran rayonu ərazisində fermada işləyib, həmin ərəfədə Pərviz onun işlədiyi yerin qonşuluğunda yerləşən fermanı icarəyə götürüb orada heyvanlara baxırmış. Beləliklə həmin vaxtdan başlayaraq onun Pərvizlə münasibəti yaranmışdır. O, 25 sentyabr 2023-cü il tarixdən başlayaraq Xaçmaz rayonu, Qarğalıq kəndi ərazisində yerləşən fermada çoban kimi işləməyə başlamışdır, 02 fevral 2024-cü il tarixdə isə həmin fermadan çıxmış, hazırda Abşeron rayonu, Məmmədli qəsəbəsində fermada işləyir və orada da yaşayır. Xaçmaz rayonu, Sayad kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fermada qoyunlar olmuşdur. O, Pərviz ilə söhbət edən zaman razılaşmışlar ki, həmin fermadan oğurluq etsinlər. Bu məqsədlə xx.xx.2023- cü il tarixdə saat 02 radələrində Pərvizə məxsus olan “Vaz-2121” markalı avtomobillə Xaçmaz rayonu, Sayad kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus olan fermaya getmişlər. Həmin fermaya yaxınlaşıb ətrafda heç kimin olmadığına əmin olduqdan sonra fermadakı tövlənin məftillə bağlanmış olan qapısını açıb içəri daxil olmuşlar. Onlar tövlədən 10 baş quzu çıxarmışlar, sonra da tövlənin qapısın məftillə bağlayıb oradan uzaqlaşmışlar. Pərviz maşını fermadan təxminən 200 metr məsafədə saxlamışdır. Pərviz avtomobilin arxa oturacaqlarını açıb ön tərəfə əymiş və 10 baş quzunu Pərvizin avtomobilinə yükləyib Pərvizin mal-qara saxladığı fermaya aparmışlar. Ertəsi gün isə Pərviz həmin quzuları Sumqayıt şəhərinə aparıb Qeyis adlı şəxsə satmışdır. Quzulara görə Pərviz ona min manata yaxın pul vermişdir. Bundan əlavə o, Xaçmaz rayonu, Məmmədxanlı kəndində fermada işlədiyi vaxtda Pərviz onun yanına gələrək ona demişdir ki, “Xaçmaz rayonu, Sayad kənd sakini Sovqat adlı şəxsin baxdığı heyvanların içərisindən bir neçə baş camış oğurlamaq istəyirəm, bu işdə köməklik et.” O, Pərvizdən həmin oğurluğun hansı formada olacağını soruşduqda Pərviz ona bildirmişdir ki, “Sovqat adlı şəxs heyvanları otarmaq üçün otlaq sahəyə aparıb buraxdıqdan sonra gizləncə həmin heyvanların içərisindən camışları ayırıb sənin fermana gətirəcəm, sən də kömək et camışları seçib iplə bağlayaq, daha sonra da yük avtomobili çağıracağam, gizlincə həmin avtomobilə yükləyəcəyik. Sonra da aparıb qəssablara satacağam, əvəzində isə qazandığımız pulu yarı böləcəyik.” O, Pərvizdən nə üçün bu işi onunla görmək istədiyini soruşduqda Pərviz ona demişdir ki, “sən fermada mənə şərait yaratmasan mən heyvanları oğurlayıb apara bilməyəcəyəm.” Pərviz ona planını danışdıqdan sonra o, Pərvizlə razılaşmışdır. 01 noyabr 2023-cü il tarixdə saat 17 radələrində Pərviz ona zəng edərək Sovqat adlı şəxsin baxdığı heyvanların içərisindən camışları oğurlayaraq qarşısına salaraq gətirdiyini və onu qarşılamağını demişdir. O, ailə üzvlərini qonşu fermada yaşayan qohumlarının yanına göndərmiş ki, “heyvanları ailə üzvləri görməsin.” Ailə üzvləri qonşu fermaya getdikdən sonra o, femradan çıxıb Pərvizi qarşılamağa getmişdir və bir qədər irəli gedəndə görmüş ki, Pərviz qarşısına salıb 4 baş camış gətirir. O, da Pərvizə köməklik etmiş və onlar birlikdə camışları gətirib onun işlədiyi fermanın ərazisində yerləşən tövləyə salmışlar. Bundan sonra Pərvizlə həmin camışları iplə bağlamışlar, Pərviz ona bildirmişdir ki, “biz həmin dörd baş camışı satacağıq.” Bundan başqa Pərviz Xaçmaz rayonu, Hülövlü kənd sakini Zeydulla adlı şəxsə zəng edib idarə etdiyi “Qazel” markalı yük avtomobili onların yanına gəlməsini demişdir. Bir neçə dəqiqə sonra Zeydulla idarə etdiyi “Qaz-İ” markalı yük avtomobili ilə onun yanına gəlmişdir. O, Pərvizlə birlikdə köməkləşib 04 baş camışı “Qazel” markalı yük avtomobilin yük yerinə mindirmiş və Pərviz Zeydullanın yanına oturub camışları Sumqayıt şəhərinə satmağa aparmışdır. Həmin gündən iki gün sonra Pərviz ona 800 manat pul vermişdir. Pərviz ona bildirmişdir ki, 04 baş camışı Sumqayıt şəhərində “26-lar” deyilən ərazisində işləyən Qeyis adlı şəxsə satmışdır. Törətdiyi əməllərdən peşiman olduğunu və zərərçəkmiş şəxlərə vurduğu ziyan onun tərəfindən tam olaraq ödənildiyini bildirmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Xaçmaz rayonu, İlxıçı kəndində ferma vardır, həmin fermada mal- qara saxlamaqla məşğul olmuşdur. Lakin maddi cəhətdən çətinliklərim olduğundan qərara gəlmişdir ki, oğurluq edər. O, Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu, İlxıçı kəndində yerlşən evinin tövləsindən xırdabuynuzlu hehvanları oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə o, xx.xx.2022-cü il tarixdə saat 02 radələrində özünə məxsus “Vaz 2121” markalı, **-SL-*** d.q.nişanlı avtomobili idarə edərək tək, Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu, İlxıçı kəndində yerləşən evinin yaxınlığına gəlmişdir. Avtomobilini təxminən 500 metr məsafədə saxlamışdır və piyada evin qarşısına gəlmişdir. Valehə məxsus tövlənin arxa hissəsi küçəyə tərəf olmuş və balaca taxta qapısı olmuşdur. O, ətrafda heç kimin olmadığına və Valehgilin yatdığına əmin olduqdan sonra tövlənin qapısını itələyib açıb içəri daxil olmuşdur. O, tövlədən 7 baş qoyun və 8 baş quzunu çıxarıb qovaraq avtomobilinin yanına aparmışdır. Sonra da həmin heyvanların ayaqlarını özülə gətirdiyi iplə bağlayıb avtomobilinə yükləmişdir. Avtomobilin arxa oturacağının söykənəcəyini açmışdır ki, avtomobilə çox heyvan yığa bilsin. Beləcə ümumilikdə 15 baş heyvanı avtomobilinə yükləyib aparmışdır. O, ertəsi gün Sumqayıt şəhərində apararaq Qeyis adlı şəxsə həmin heyvanları satmış və ümumilikdə 15 baş qoyuna görə 2700 manat pul almışdır Xaçmaz rayonuna geri gayıtmışıdr. Heyvanları Qeyisə orta bazar qiymətinə satmış, həmin heyvanların özünə məxsus olmasını demişdir. Sonra da həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Sonradan bilmişdir ki, oğurladığı heyvanlar Zərərçəkmiş şəxs1 adlı şəxsə məxsusdur. Əlavə olaraq qeyd edir ki, həmin oğurluğu tək etmiş, bu barədə heç kimin məlumatı olmamışdır. Bundan başqa Xaçmaz rayonu, İlxıçı kəndində fermada çoban işləyən tanışı Təqsirləndirilən şəxs2 ona demişdir ki, “Xaçmaz rayonu, Sayad kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fermada qoyunlar vardır.” Mən Yavərlə birlikdə söhbət edib razılaşdıq ki, həmin fermadan oğurluq edək. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 02 radələrində ona məxsus olan “Vaz 2121” markalı avtomobillə Xaçmaz rayonu, Sayad kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus olan fermaya getmişdir. Həmin fermaya yaxınlaşıb ətrafda heç kimin olmadığına əmin olduqdan sonra fermadakı tövlənin məftillə bağlanmış olan qapısını açıb içəri daxil olmuşdur. O, tövlədən 10 baş quzu çıxarıb apararaq fermadan təxminən 200 metr məsafədə saxladığı avtomobilinin yanına gətirmişlər. O, avtomobil arxa oturacaqlarını açıb ön tərəf əymiş və 10 baş quzunu avtomobilinə yükləyib öz heyvanlarını saxladığı fermaya aparmışlar. Ertəsi gün isə həmin quzuları Sumqayıt şəhərinə aparıb Qeyis adlı şəxsə satmışdır. Quzuları neçəyə satdığını dəqiq xatırlamır, təxminən 2 min manat civarında pul almışdır. Həmin pulu Yavər ilə yarıyarıya bölmüşlər. Bundan başqa Xaçmaz rayonu, Sayad kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus camışlardan da oğurlamaq qərarına gəlmişdir. Buna görə bu barədə Təqsirləndirilən şəxs2 demişdir, heyvanları Sovqat adlı şəxsin otardığını və heyvanlardan oğurlaya biləcəyini demişdir. O, Yavərə demişdir ki, “heyvanları örüş sahəsindən qabağaına salıb qovub gətirəcəyəm, sən mənə kömək et, heyvanları sənin işlədiyin fermaya salaq, fermada iplə bağlayaq, sonra da yük avtomobili çağırıb yükləyib aparıb satarıq.” Yavər də onunla razılaşmışdır, 01 noyabr 2023-cü il tarixdə saat 17 radələrində o, Xaçmaz rayonu, Məmmədxanlı kəndi ərazisində Sovqatın mal-qaranı otardığı yerə getmişdir, həmin vaxt Sovqat mal-qaranın yanında olmamışdır, orada 8 baş camış olmuş, 4 başı bir tərəfdə olmuş, 4 başı isə digər tərəfdə. O, camışlardan 4 başını qovaraq Yavərin işlədiyi fermaya tərəf aparmışdır, otlaq sahəsindən xeyli uzaqlaşdırmış, lakin fermaya çatmağa hələ xeyli qalmışdır. O, qazel markalı avtomobil sürən Zeydulla ilə danışmış, Zeydullaya Yavərin işlədiyi fermanı istiqamət verib çağırmış və demişdir ki, 4 baş camışı vardır, Sumqayta aparmaq lazımdır. Zeydulla da bunun qarşılığında ondan 110 manat istəmişdir, o, da razılaşmışdır. O, həmçinin fermaya çatmazdan əvvəl saat 18 radələrində Yavərə zəng etmişdir, gəlib camışları aparmağa kömək etməsini bildirmişdir. Yavər də onun istiqamət verdiyi yerə gəlmişdir, onlar köməkləşib camışları Yavərin işlədiyi fermaya aparıb tövləyə salmışlar. Bundan sonra onlar camışları iplə tövlədə bağlamış, sonra o, Zeydulla adlı qazel sürücüsünün qarşılamaq üçün fermadan çıxmışdır. O, Zeydullanı qarşılayıb Yavərin işlədiyi fermaya gətirmişdir, Yavərlə köməkləşib 4 baş camışı qazel markalı yük avtomobilinə yükləmişlər. Sonra da o, Zeydulla ilə birlikdə Sumqayıt şəhərinə getmişdir Qeyis adlı qəssaba satıb gəlmişdir. Camışları neçəyə satdığını dəqiq xatırlamır, təxminən 4 min manat pul etmişdir. O, Xaçmaz rayonuna qayıtdıqdan 2 gün sonra Yavərə 1800 manat pul vermişdir. Heyvanları satdığı şəxslərin oğurluqdan heç bir məlumatları olmamışdır, o, özü mal-qara saxlamaqla məşğul olduğundan onlar da onu elə tanımışlar, buna görə oğurladığı heyvaların da özünə məxsus olmasını demişdir. Törətdiyi əməldən peşiman olduğunu və zərərçəkmiş şəxlərə vurduğu ziyan onun tərəfindən tam olaraq ödənildiyini bildirmişdir. Məhkəmə istintaqında xx.xx.2024-cü il tarixdə dindirilən Zərərçəkmiş şəxs3 göstərmişdir ki, o, yaşadığı Xaçmaz rayonu, Sayad kəndi ərazisində saxladığı 4 baş camış olmuşdur. Həmin camışların hər birinə görə Şahid3 Tofiq oğluna aylıq 10 manat pul vermiş ki, camışları saxlasın, Sovqat camışları İlxıçı kəndi ərazisində saxlayır, orada da otarır. 01 noyabr 2023-cü il tarixdə saat 18 radələrində Sovqat ona zəng edərək camışların itdiyini, sahədə tapa bilmədiyini demişdir. O, həmin gün və ondan sonra bir neçə gün ərzində camışları axtarmışdır, lakin tapa bilməmişdir. O, düşünmüş ki, camışlar itib, nə vaxtsa qonşu kəndlərdən tapılar. Lakin camışları tapa bilmədiyi üçün bu barədə şikayət etmişdir. Polis əməkdaşları tərəfindən araşdırma aparılsa təhqiqatçı camışların itməsi qənaətinə gəlib material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Lakin sonradan polis əməkdaşlarının araşdırmaları nəticəsində həmin hadisənin oğurluq hadisəsi olması müəyyən edilmişdir. Oğurlanmış 4 baş camışın hər birinin dəyəri 2 min manat olmuş, ona cəmi 8 min manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənildiyindən onlardan heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, Xaçmaz rayonu, Sayad kəndində ferması vardır. Həmin fermada iri və xırdabuynuzlu heyvanlar saxlamaqla məşğuldur. Fermada mütəmadi olaraq təxminən 300 baş qoyunquzu olur. xx.xx.2023-cü il tarixdə mal-qaranı və qoyun-quzunu fermaya gətirən zaman saymış bütün heyvanlar yerində olmuşdur. Heyvanların qaldığı tövlənin qapısı məftillə bağlanır. xx.xx.2024-cü il tarixdə isə səhər saatlarında heyvanları yenidən otlaq sahəsinə aparmışdır. Axşam geri qaytaran zaman saymış və heyvanlardan 10 baş quzu əskik olmasını aşkar etmişdir. O, qoyunların oğurlanmasını bildiyi üçün hadisə barəsində gəlib rayon polis şöbəsinə şikayət etmişdir. Lakin xeyli vaxt keçsə də qoyunları oğurlayan şəxs tapılmamışdır. Hazırda həmin qoyunları oğurlamış şəxsin onun tanıdığı Pərviz və Yavər adlı şəxslər olmasını bilmişdir. Oğurlanmış quzuların hər birinin qiyməti 250 manat olmuş, ona ümumilikdə 2500 manat maddi ziyan vurulmuşdur. Ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənildiyindən onlardan heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, O, 10 ildən çoxdur ki, heyvandarlıqla məşğul olur. Ona görə də onun özünə məxsus iri buynuzlu və xırda buynuzlu heyvanları vardır. O, həmin heyvanları öz yaşadığı evin həyətində olan tövlədə saxlayır. Tövlə böyük olduğu üçün bir neçə hissəyə bölmüşdür. Həmin hissələrdə ayrı-ayrılıqda iri buynuzlu və xırda buynuzlu heyvanları, yəni inəkləri və qoyunları saxlayır. Qoyunları da tövlənin içərisində quzulardan ayrı saxlayır. 2022-ci ilin mart ayında 16 baş qoyunu və 13 baş quzu olmuşdur. Qoyunların içərisindən biri ekək, 15 ədədi isə dişi olmuşdur. Quzuların isə yeddisi erkək, altısı isə dişi olmuşdur. 26 mart 2022ci il tarixdə o, qoyunları çöldə ötərdıqdan sonra, həmin axşam saat 19 radələrində qoyunları gətirib yaşadığı evin həyətində yerləşən tövləyə salmışdır. Tövləyə saldıqdan sonra qoyun və quzuları saymış və ümumilikdə 29 ədəd olduğundan sayı düzgün olmuş və ona görə də tövlənin qapısını bağlayıb yaşadığı evə getmişdir. Tövlənin küçəyə açılan taxta materialdan olan qapısı vardır. Həmin qapını arxadan qıfıl ilə bağlayır. Daha doğrusu qapı ilə qapının çərçivəsində olan dəmirə qıfılı açıq formada salır və qapı çöldən basanda açılmır. Tövlənin həyətə açılan qapısında isə hər hansı bir qıfıl olmamış və daimi olaraq açıq vəziyyətdə olurdu. 27 mart 2022-ci il tarixdə saat 01 radələrində o, yuxudan duraraq həyətə düşüb tövləyə gedib heyvanlara baxmışdır. Çünki, hər gecə yuxudan oyananda nəzarət etmək məqsədi ilə gəlib heyvanlara baxırmış. Həmin gecə də saat 01 radələrində tövləyə daxil olaraq orada olan qoyun və quzulara baxanda görmüş ki, qoyun və quzular yerindədir. Bundan sonra yenidən yaşadığı evə gedərək yatmışdır. Həmin səhər saat 07 radələrində yuxudan durub həyətə düşərək tövlənin yanına gedəndə görmüş ki, tövlənin küçəyə açılan qapısı açıq vəziyyətdədir. O, tez tövlənin içərisinə baxanda görmüş ki, axşam tövləyə saldığı 29 baş qoyunun heç biri yerində yoxdur. O, tez tövlədən küçəyə çıxıb baxanda görmüş ki, qoyunlarının bir hissəsi küçənin başındadır. O, qoyunların yanına gedib baxanda görmüşdür ki, orada 14 baş qoyun vardır. Bundan sonra qoyunları axtarmaq məqsədi ilə soraqlaşa-soraqlaşa kəndin mərkəzinə gedəndə görmüş ki, quzulardan biri kəndin mərkəzində küçədə yolun kənarında ölmüş vəziyyətdədir. Bundan sonra o, başa düşmüş ki, qoyunları və quzuları oğurlanmışdır. 27 mart 2022-ci il tarixdə həftənin bazar günü olduğundan Xaçmaz rayonunda yerləşən heyvan bazarına gəlib baxmış, ancaq qoyunlarından heç birini tapa bilməmişdir. Ona görə də 28 mart 2022-ci il tarixdə gəlib Xaçmaz RPŞ-nə bu barədə şikayət etmişdir. 2022-ci ilin mart ayının 26-dan 27-nə keçən gecə onun 7 baş qoyunu və 8 baş quzu oğurlanmışdır. Həmin qoyunların hamısı dişi olmuşdur. Quzuların isə 5 başı erkək, 3 başı isə dişi olmuşdur. Oğurlanmış qoyunlardan 01 baş, 1 yaşlı, bir dəfə bala vermiş, ümumi çəkisi 80 kiloqram olan dişi qoyun, 01 baş, 1 yaşlı, bir dəfə bala vermiş, ümumi çəkisi 60 kiloqram olan dişi qoyun, 01 baş, 1 yaşlı, bir dəfə bala vermiş ümumi çəkisi 70 kiloqram olan dişi qoyun, 04 baş, 1 yaşlı, heç vaxt bala verməmiş, ümumi çəkisi 65 kiloqram olan dişi qoyun, bundan başqa 01 baş, ümumi çəkisi 35 kiloqram olan, 6 aylıq erkək quzu, 02 baş 7 aylıq, ümumi çəkisi 30 kiloqram olan dişi quzu, 04 baş 6 aylıq, ümumi çəkisi 35 kiloqram olan erkək quzu və 01 baş 7 günlük, ümumi çəkisi 6 kiloqramlıq, dişi quzuları oğurlanmışdır. Ona ümumilikdə 2800 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənildiyindən onlardan heç bir şikayətinin və tələbinin olmadığına bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki, onun “Qazel” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili var və o, həmin avtomobillə yüklərin daşınması fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir və Pərvizi da uzun müddətdir ki, tanıyır. Pərvizi uzun müddətdir ki, tanısada onunla münasibəti yoxdur, lakin bilir ki, aiİəlikcə heyvandarlıqla məşğul olurlar, onların xeyli mal-qaraları vardır. 2023-cü ilin payız aylarında Pərviz ona zəng edərək demişdir ki, “bir heyvan var onu Sumqayıta aparmaq lazımdır.” O, da həmin heyvanı Sumqayıt şəhərinə apara biləcəyini, bunun üçün 110 manat pul alacağını Pərvizə demişdir. Pərviz də onunla razılaşmış və onu Xaçmaz rayonu, İlxıçı kəndinə çağırmışdır. O, da avtomobilinə minərək həmin istiqamətə doğru getmişdir. Elə təzəcə Gülalan kəndini keçmişdir ki, Pərviz idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı, ağ rəngli “Niva” markalı avtomobillə yolun kənarında onu qarşılamışdır. Həmin vaxtı avtomobildə Pərvizdən başqa heç kim olmamışdır. Pərviz öz avtomobilini orada qoyaraq onun avtomobilinə minmişdir. Pərviz də avtomobilə mindikdən sonra gedəcəyi yeri ona göstərmişdir. Getdikləri yer təxminən Pərvizin avtomobilini saxladığı yerdən 10 dəqiqəlik arada olmuşdur. Onlar fermaya çatdıqda orada Pərvizin öz çobanı kimi ona tanıtdırdığı bir şəxs olmuşdur. Pərviz və yanındakı şəxs həmin camışları onun avtomobilinə mindirmişlər və Sumqayıt şəhərinə doğru avtomobili sürməyə başlamışdır. Bir daha qeyd etmiş ki, o, Pərvizi heyvandarlıqla məşğul olan imkanlı bir şəxs kimi tanıyırdı. Buna görə də fikirləşməzdi ki, həmin heyvanlar oğurluq olsun. Pərviz ona istiqamət vermiş ki, heyvanları Sumqayıt şəhərində yerləşən qəssabın evinə getmək üçün. O da Pərvizin göstərişi əsasında qeyd edilən ünvana avtomobili sürmüşdür. Artıq oraya çatanda axşam saat 23 radələri olmuşdur. Orada Pərviz heyvanları maşından düşürtdükdən sonra qəssab olmasını dediyi şəxslə nəsə danışmış, lakin camışları neçəyə satmasını bilməmişdir. Bir neçə dəqiqə sonra isə onlar Xaçmaz rayonuna qayıtmışlar. Həmin gündən sonra da bir daha Pərviz onunla əlaqə saxlamamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, 1993cü ildən Sumqayıt şəhəri, Xəzər Bağları adlanan ərazidə yaşayır, həmin yerə həmçinin “26-lar” da deyirlər. Yaşadığı evin küçə tərəf olan hissəsini ət dükanı kimi işlədir. 2022- 2023-cü illərdə o, Pərviz adlı Xaçmaz rayon sakinindən bir neçə dəfə quzu və mal almışdır. Belə ki, 2022-ci ilin mart ayında səhər saatlarında Təqsirləndirilən şəxs1 onun yaşadığı ünvana gələrək 15 baş satılıq qoyunun olmasını demişdir. O, da həmin heyvanları diri formada tərəziyə qoyub çəkmiş, hər qoyunun çəkisinə uyğun olaraq diri çəkisini həmin dövrə yuğun olaraq almış, lakin Pərvizə cəmi nə qədər pul verdiyini xatırlamır. Bundan başqa 2023-cü ilin may aylarında günorta saatlarında Təqsirləndirilən şəxs1 onun yaşadığı ünvana gələrək 10 baş satılıq quzusu olmasını demişdir. O, da İnəmin quzuları diri formada tərəziyə qoyub çəkmiş, hər quzunun çəkisinə uyğun olaraq diri çəkisini 7 manat hesablamaqla almışdır. Quzunun diri çəkisi nə qədərdirsə əti onun çəkisinin təxminən yarısı qədər olur. Beləcə quzuların ətinin 1 kiloqramını 14 manata almış olmuş, lakin Pərvizə cəmi nə qədər pul verdiyini xatırlamır. Bundan başqa Pərviz 2023-cü ilin noyabr ayında onunla danışaraq 4 baş satılıq camış olmasını demişdir. O, da camışları sata biləcəyini demiş, lakin qiymətinin dana qiymətindən ucuz olmasını bildirmişdir. Pərviz də razılaşmış, yaşadığı ünvana 4 baş camış gətirmişdir. Pərviz gələn vaxt axşam olmuşdur, saat 23 radələri olarmış. O, həmin camışlara baxmış, diri formada qiymətləşmiş, 4 baş camışa görə Pərvizə 5 min manat pul vermişdir. Pərviz həmin camışları qazel markalı avtomobillə gətirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 həmin heyvanları oğurlayıb satmasından xəbəri olmamış, çünki Pərvizin özünün mal-qara saxlaması barədə məlumatı olmuş, həmin heyvanların da özünə məxsus olmasını demişdir. Təqsirləndirilən şəxs1 həm camışları həmdə qoyunları başqa şəxslərə nisyə satmaq istəməməsinə görə gətirib ona nağd satmışdır. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid3 ifadəsindən görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir. Ailəsini dolandırmaq üçün Xaçmaz rayonu Sayad kəndində yaşayan şəxslərin iribuynuzlu heyvanlarına baxır, hər heyvana görə aylıq 10 manat pul alır. Həmin heyvanların içərisində Zərərçəkmiş şəxs3 məxsus 4 baş camış da var imiş. 01 noyabr 2023-cü il tarixdə səhər heyvanları aparıb otlaq sahəsinə buraxmış, heyvanlar orada olan qamışlıq sahədə otlamışlar. Həmin gün nahar fasiləsinə evə gəlmişdir. O, nahar edib yenə heyvanların yanına qayıtmışdır. Heyvanlar otladığı yer qamışlıq olduğundan onları görmək asan olmur. Həmin gün saat 17:30 radələrində heyvanların yanına çatmış, heyvanları sahədən qovub bir yerə toplamış, kəndə doğru gətirərkən görmüşdür ki, 8 baş camış yoxdur. Həmin gün zəng edib Familə camışın sahədən itməsi barədə məlumat vermişdir. Sonra da onlar camışları axtarmağa başlamışlar. 2 gündən sonra camışların dörd başını dəniz kənarından tapmış, digər dördünü isə tapa bilməmişdir. Lakin tapdığı camışlar Familin deyil, başqa kənd sakinin olmuşdur. Familin camışlarını tapa bilmədikləri üçün bir neçə gün sonra Famil bu barədə şikayət etmişdir. Lakin son günlərdə məlum olmuşdur ki, həmin camışlar itməyib, Pərviz və Yavər adlı şəxslər tərəfindən oğurlanmışdır. İş materiallarında olan cinayət işinin başlanması, zərərçəkmiş şəxs qismində tanınma və işin icraata qəbul edilməsi haqqında 05 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 noyabr 2023-cü il tarixdə Xaçmaz rayonu, Məmmədxanlı kəndi ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs3 Cabbar oğluna məxsus ümumilikdə 8000 manat dəyərində olan 04 baş camışı oğurladıqlarına görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ********* nömrəli cinayət işi başlanılmış və Zərərçəkmiş şəxs3 Cabbar oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında 16 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Xaçmaz rayonunun, Məmmədxanlı kəndinin kənarı dəniz yaxınlığında yerləşən ərazidir. Həmin ərazi ağaclar və sıx qamışlıqdan ibarətdir. Həmin ərazidə Caqacuq çayı yerləşir, ətrafı qamışlıq və suluqdur. İş materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi barədə 25 noyabr 2023-cü il tarixli qərarına əsasən Xaçmaz rayonu Sayad kəndində yaşayan Zərərçəkmiş şəxs3 102 məlumatı əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında 04 may 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs3 şikayət ərizəsi əsasında toplanmış material üzrə Xaçmaz RPŞ-nin təhqiqatçısı Siyavuş Ağayev tərəfindən cinayət işinin başlanması rədd edilməsi barədə xx.xx.2023-cü il tarixdə qəbul etdiyi qərar ləğv edilərək əlavə araşdırma aparılmasından ötrü Xaçmaz RPŞ-nin İBnə göndərilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 may 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs2 10 may 2023-cü il tarixdə Xaçmaz rayon Polis Şöbəsinə ünvanladığı ərizəsi əsasında başlanılmış HK-1/1300 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında 08 may 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs2 şikayət ərizəsi əsasında toplanmış HK-1/1300 nömrəli material üzrə Xaçmaz RPŞ-nin müstəntiqi Mətləb İsmayılov tərəfindən cinayət işinin başlanması rədd edilməsi barədə xx.xx.2023-cü il tarixdə qəbul etdiyi qərar ləğv edilərək əlavə araşdırma aparılmasından ötrü Xaçmaz RPŞ-nin İB-nə göndərilmişdir. İş materiallarında olan əməlin tövsif edilməsi haqqında 08 may 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl 177.2.1 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan şübhəli şəxs qismində tutma haqqında 08 may 2024-cü itl tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 may 2024cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr üzrə ittiham elan edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 4(067)-73/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 08 may 2024-cü il tarixdən hesablanmaqla, 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri secilmişdir. İş materiallarında olan şübhəli şəxs qismində tutma haqqında 10 may 2024-cü itl tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr üzrə ittiham elan edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 12 may 2024-cü il tarixli, 4(067)-74/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 10 may 2024-cü il tarixdən hesablanmaqla, 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri secilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Hülövlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 4(067)-88/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində secilmiş həbs qətimkan tədbiri «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan cinayəçt işlərinrin bir icraatda birləşdirilməsi haqqında 30 may 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. İş materiallarında olan cinayət işinin başlanması, zərərçəkmiş şəxs qismində tanınma və işin icraata qəbul edilməsi haqqında 10 iyul 2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətində yerləşən tövlədən özünə məxsus olan 14 baş qoyunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə Xaçmaz rayon Polis Şöbəsinə müraciət etdiyi ərizəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və o, zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında 28 mart 2022-ci il tarixli protokoldan görünür ki, X4 məxsus tövlə Xaçmaz rayonu, İlxıçı kəndində evinin həyətində yerləşir. Tövləyə həm bayır tərəfdən həm də həyət tərəfdən giriş-çıxış mövcuddur. Tövlə mişar daşı ilə hörülmüşdür və damı isə sadə şifirlə vurulmuşdur. Tövlənin çöl tərəfdən giriş qapısı taxta materiallı olmaqla bir laylıdır. Tövlənin giriş hissəsindən qaz borusu keçir. Zərərçəkmiş şəxs1 məxsus evin həyəti cəmənlik ilə örtülmüşdür. Tövləyə evinin həyətindən çıxış qapısı mövcutdur. Həyətə daxil olduqda sağ tərəfdə ev və sol tərəfdə isə tövlə yerləşir. Tövləyə daxil olduqda yeri isti olması üçün saman otluğu ilə örtülmüşdür. Tövləyə daxil olduqda əlavə bir otaqda mövcuddur ki, həmin hissədə mal-qara iribunuzlu da həmçinin saxlanılır. İş materiallarında olan cinayət işi üzrə ibtidai istintaqın dayandırılması haqqında 10 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin ibtidai istintaqı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunana qədər dayandırılmışdır. İş materiallarında olan cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 23 may 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarında olan cinayət işin icraata qəbul edilməsi haqqında 30 may 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaq davam etdirilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən oğurluq edilməsi nəticəsində onun tərəfindən ona vurulan 2800 manat zərər tam şəkildə ödənilmiş və həmin məbləği Xaçmaz rayon Polis Şöbəsində təhvil almışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş qəbzdən görünür ki, ona dəyən ziyan tam şəkildə ödənilmiş, 2500 manatı təhvil almışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş qəbzdən görünür ki, ona vurulan 6000 manat zərər polis şöbəsində müstəntiq tərəfindən təhfil almışdır. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Rük kənd şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2021-ci il təvəllüdlü X5 və X9 adlı iki azyaşlı övladı vardır. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Rük kənd şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan təqsirləndiritlən şəxsin barəsində başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri çeçilməsi haqqında 08 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndiritlən şəxsin barəsində başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri çeçilməsi haqqında 10 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında 15 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 09 may 2023-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin fevrmaya Təqsirləndirilən şəxs1 idarə etdiyi Niva (Vaz2121) markalı avtomobillə gəlmişlər, avtomobil fermadan bir qədər aralıda saxlamışlar. Daha sonra özləri fermaya gəlib fermanın tövləsinin qapısını açmışlar, həmin qapıdan 10 baş quzunu çıxarmışlar. Bundan sonra isə quzuları aparıb Pərvizin idarə etdiyi avtomobilə yükləyib aparmışlar. İş materiallarında olan Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında 15 iyul 2024-cü il tarixli qərarından görünür ki, 01 noyabr 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 Xaçmaz rayonunun Məmmədxanlı kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus camışları Xaçmaz rayonu, Məmmədxanlı kəndi ərazisindəki otlaq sahəsindən oğurlayaraq Xaçmaz rayonu,Qarğalık kəndi ərazisinə gətirdikdən sonra əvvəlcədən razılaşdıqları kimi həmin camışları köməklik şəkildə qovub aparıb onun işlədiyi Xaçmaz rayonu,Qarğalık kəndi ərazisində yerləşən fermaya salmışlar. Bundan sonra Pərviz dəvət etdiyi «Qaz-İ» markalı avtomobil gəlmiş və Pərvizlə birlikdə həmin camışları avtomobilə yükləmişlər. Pərviz də camışları aparıb Sumqayıt şəhərində Qeys adlı şəxsə satmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında 15 iyul 2024-cü il tarixli qərarından görünür ki, 09 may 2023-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin fevrmaya özünün idarə etdiyi Niva (Vaz2121) markalı avtomobillə gəlmişlər, avtomobili fermadan bir qədər aralıda saxlamışlar. Daha sonra özləri fermaya gəlib fermanın tövləsinin qapısını açmışlar, həmin qapıdan 10 baş quzunu çıxarmışlar. Bundan sonra isə quzuları aparıb idarə etdiyi həmin Niva markalı avtomobilə yükləyib aparmışlar. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında 15 iyul 2024-cü il tarixli qərarından görünür ki, 01 noyabr 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 Xaçmaz rayonunun Məmmədxanlı kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus camışları Xaçmaz rayonu, Məmmədxanlı kəndi ərazisindəki otlaq sahəsindən oğurladığını bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında 15 iyul 2024-cü il tarixli qərarından görünür ki, 01 noyabr 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 Xaçmaz rayonunun Məmmədxanlı kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus 4 baş camışları Xaçmaz rayonu, Məmmədxanlı kəndi ərazisindəki otlaq sahəsindən oğurlayaraq Xaçmaz rayonu,Qarğalık kəndi ərazisinə gətirdikdən sonra Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşdıqları kimi Xaçmaz rayonu,Qarğalık kəndi ərazisində görüşmüşlər və sonra Təqsirləndirilən şəxs2la birlikdə camışları qovub apararaq Təqsirləndirilən şəxs2 çoban kimi işlədiyi Xaçmaz rayonu, Qarğalıq kəndi ərazisində yerləşən fermaya salmışlar. Bundan sonra o, özü həmin yerə «Qaz-İ» markalı avtomobil dəvət etmiş, camışları Təqsirləndirilən şəxs2la birlikdə həmin «Qaz-İ» markalı avtomobilə yükləmiş, sürücüyə də camışların özünə məxsus olmasın demişdir. Sonra da camışları aparıb Sumqayıt şəhərində satmış, pulunu da Təqsirləndirilən şəxs2la bölüşmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında 15 iyul 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus olan heyvanları məhz Xaçmaz rayonunun, İlxıçı kəndində yerləşən tövlədən birbaşa küçəyə açılan qapını açmaqla oğurlamışdır. Zərərçəkmiş şəxs1 da qeyd olunanları təstiq edərək heyvanlarının həqiqətən də həmin tövlədən oğurlanmış olmasını bildirdi. Həmçinin Zərərçəkmiş şəxs1 bildirdi ki, tövlənin çölə açılan həmin qapısını oğurluq hadisəsindən sonra birdəfəlik bağlamış, artıq çöl tərəfdən tövləyə daxil olmaq olmur. Bundan sonra Təqsirləndirilən şəxs1 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində həmin tövlənin qapısını açaraq oradan 07 baş qoyun və 08 baş quzunu çıxarmış, daha sonra heyvanları özünə məxsus Vaz2121 markalı (Niva) avtomobilini saxladığı yerə apararaq orada ayaqlarını iplə bağlamış və həmin avtomobilə mindirərək oradan uzaqlaşmışdır. İş materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 18 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihama dəyişikliklər və əlavələr edilərək ona həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 19 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihama dəyişikliklər və əlavələr edilərək ona həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamışdır. İş materiallarında olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 24 iyul 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş üzrə Şahid1 Qəhraman oğlunun hərəkətlərində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177,194 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə notariat qaydada verdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanı tam şəkildə ödəmiş, onlardan heç bir tələbi və şikayəti olmadığını, onlara yüngül cəza verilməsini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir şikayətinin və tələbinin olmadığını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Şahid2 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində olan cinayət işi üzrə şahid olduğunu və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq edərək məhkəmə iclaslarında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclaslarını onun iştirakları olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə notariat qaydada verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyanı tam şəkildə ödənilmiş, ona qarşı heç bir iddiası, tələbi və şikayəti olmadığını olmadığını bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə notariat qaydada verdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyanı tam şəkildə ödənilmiş, onlardan heç bir iddiası, tələbi və şikayəti olmadığını olmadığını bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə notariat qaydada verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyanı tam şəkildə ödənilmiş, ona qarşı heç bir iddiası, tələbi və şikayəti olmadığını olmadığını bildirmişdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 may 2023-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus olan Xaçmaz rayonu, Sayad kəndində, 41,40899° N, 4896532° E koordinatlarında yerləşən fermanın qarşısına getmiş, həmin fermada heç kəsin olmadığına əmin olduqdan sonra fermadakı tövlənin qapısını açıb saxlanc yerinə qanunsuz daxil olmaqla tövlədən hər birinin dəyəri 250 manat olmaqla ümumi dəyəri 2500 manat olan 10 baş quzunu 90SL246 dövlət qeydiyyat nişanlı “VAZ-2121” markalı avtomobilə yükləyib qəsdən gizli olaraq talamaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bunan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 noyabr 2023-cü il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 Xaçmaz rayonu, Məmmədxanlı kəndi ərazisində, 41,45088° N, 48,98451° E koordinatlarında yerləşən otlaq sahəsində olan Zərərçəkmiş şəxs3 məxsus camışların olduğu yerə getməklə həmin yerdən hər birinin dəyəri 2 min manat olmaqla ümumi dəyəri 8 min manat olan 4 baş camışı bir qədər uzaqlaşdırmasından sonra Təqsirləndirilən şəxs1 birlikdə həmin camışları qovaraq özünün çoban kimi işlədiyi Xaçmaz rayonu, Qarğalıq kəndində yerləşən fermaya qanunsuz olaraq gətirməklə qəsdən gizli olaraq talamaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 mart 2022-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu, İlxıçı kəndində, 41,45968° N, 48,92542° E koordinatlarında yerləşən, evin qarşısına gəlmiş, həmin yerdə heç kəsin olmadığına əmin olduqdan sonra sonuncuya məxsus evin həyətində yerləşən tövlənin qapısını açıb saxlanc yerinə qanunsuz daxil olmaqla tövlədən ümumilikdə 2800 manat dəyərində olan 07 baş qoyunu və 08 baş quzunu ** SL *** dövlət qeydiyyat nişanlı “VAZ-2121” markalı avtomobilə yükləyib qəsdən gizli olaraq talamaqla oğurluq etmiş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 may 2023-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus olan Xaçmaz rayonu, Sayad kəndində, 41,40899° N, 4896532° E koordinatlarında yerləşən fermanın qarşısına getmiş, həmin fermada heç kəsin olmadığına əmin olduqdan sonra fermadakı tövlənin qapısını açıb saxlanc yerinə qanunsuz daxil olmaqla tövlədən hər birinin dəyəri 250 manat olmaqla ümumi dəyəri 2500 manat olan 10 baş quzunu ** SL *** dövlət qeydiyyat nişanlı “VAZ-2121” markalı avtomobilə yükləyib qəsdən gizli olaraq talamaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bunan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 noyabr 2023-cü il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Xaçmaz rayonu, Məmmədxanlı kəndi ərazisində, 41,45088° N, 48,98451° E koordinatlarında yerləşən otlaq sahəsində olan Zərərçəkmiş şəxs3 məxsus camışların olduğu yerə getmiş, həmin yerdə heç kəsin olmadığına əmin olduqdan sonra hər birinin dəyəri 2 min manat olmaqla ümumi dəyəri 8 min manat olan 4 baş camışı qanunsuz olaraq aparmaqla qəsdən gizli olaraq talamaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər, onların əməllərində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cümaddələrinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cümaddələri ilə tövsif edilmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübut olunduğundan onun törətdikləri əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunundan görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq barələrində təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun 10 may 2024-cü il tarixdən 10 iyul 2024-cü il tarixədək tutularaq həbsdə olduğu 02 (iki) ay müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 08 may 2024-cü il tarixdən 08 iyul 2024-cü il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 02 (iki) ay müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs1in üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 08 may 2024-cü il tarixdən 08 iyul 2024-cü il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 02 (iki) ay müddət, 01 (bir) gün həbs müddəti 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası bərabər tutaraq və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs1 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 10 may 2024-cü il tarixdən 10 iyul 2024-cü il tarixədək tutulduğu və həbsdə olduğu ümumilikdə 02 (iki) ay müddət, 01 (bir) gün həbs müddəti 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası bərabər tutaraq və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Abşeron rayonu və Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs2 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №1(067)-39/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-39/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver