Məhkəmə qərarları › İş №1(067)-4/2020

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-4/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-4/2020 01.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Könül Vasif qızının, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X3 iştiraklarıilə, xx.xx.1986-cı ildə Xaçmaz rayonunun, Tikan-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, Xaçmaz rayonunun, Tikanoba kəndində yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qanunsuz balıq tutmaq məqsədilə xx xxxx 2019-cu il tarixdə, saat 09 radələrində rezin qayıqla Xaçmaz rayonunun Sabir-oba kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlib 1 ədəd taxda qayıq, 2 ədəd taxta avarlardan istifadə etməklə bir qədər dənizin icərisinə doğru hərəkət edib orada balıq ovunda istifadəsi qadağan edilmiş, cilka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 25 metr, eni 2 metr, gözlərinin ölçüsü 28x28 mm. olan 2 ədəd torları Xəzər dənizində qurmuşdur. Ertəsi gün, yəni xx xxxx 2019-cu il tarixdə saat 13:00-da olan müddət ərzində ayrı-ayrılıqda vurduğu ziyanın məbləği hər biri 11 manat təşkil edən 38 ədəd siyənək balıqlarını xeyli miqdarda, yəni 418 manat məbləğində ziyan vurmaqla qanunsuz tutmuş və həmin balıqları qayığa yığıb sahilə çıxarkən X12 X13 Polis Məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış və ondan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 25 metr, eni 2 metr, gözlərinin ölçüsü 28x28 mm. olan 2 ədəd torları, habelə həmin torun vasitəsi ilə Xəzər dənizindən qanunsuz tutduğu 38 ədəd adi siyənək balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 256.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, o, Xaçmaz rayonunun, Tikanoba kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmır. Maddi vəziyyətinin ağır olması səbəbindən Xəzər dənizində qanunsuz balıq tutmaqla, ailəsini qida ilə təmin etmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxx 2019-cu il tarixdə, saat 09 radələrində rezin qayıqla Xaçmaz rayonunun Sabir-oba kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlib 1 ədəd taxda qayıq, 2 ədəd taxta avarlardan istifadə etməklə bir qədər dənizin icərisinə doğru hərəkət edib orada balıq ovunda istifadəsi qadağan edilmiş, cilka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 25 metr, eni 2 metr, gözlərinin ölçüsü 28x28 mm. olan 2 ədəd torları Xəzər dənizində qurmuşdur. Ertəsi gün, yəni xx xxxx 2019-cu il tarixdə saat 13:00-da torları yoxlayarkən, 38 ədəd adi siyənək balıqları olduğunu müəyyən etmişdir. Sahilə yaxınlaşan zaman, mülki geyimdə olan bir necə nəfər onu saxlamışlar. Həmin şəxslər özlərini X12 İdarəsinin əməkdaşları kimi təqdim etmiş və ondan balıq ovuna icazəsi olub-olmamasını soruşmuşlar. O, sonunculara bildirmişdir ki, Xəzər dənizində balıq tutmağa onun rəsmi icazəsi yoxdur və heç bir vaxt olmamışdır. Yoxlama zamanı onlar onun 1 ədəd taxda qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 25 metr, eni 2 metr, gözlərinin ölçüsü 28x28 mm. olan 2 ədəd torları, habelə həmin torun vasitəsi ilə Xəzər dənizindən qanunsuz tutduğu 38 ədəd adi siyənək balıqlarını aşkar edib götürmüşlər. Qanunsuz balıq ovu nəticəsində dövlətə vurduğu 418 manat məbləğində maddi ziyanı ödəməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. İş üzrə şahid qismində dindirilmiş Su NPİ-nin Xaçmaz xətt polis məntəqəsinin polis nəfəri Şahid1 ifadə verərək bildirdi ki, xx xxxx 2019-cu il tarixdə X12 X13 polis Məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə, dənizdə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, saat 13:00 radələrində Xaçmaz rayonunun Sibiroba kəndi istiqamətindən Xəzər dənizindən rezin qayıqla sahilə çıxan Təqsirləndirilən şəxs saxlamışlar. Dəvət olunmuş hal şahidlərinin iştirakı ilə keçirilmiş yoxlama nəticəsində Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 25 metr, eni 2 metr, gözlərinin ölçüsü 28x28 mm. olan 2 ədəd torları, habelə həmin torun vasitəsi ilə Xəzər dənizindən qanunsuz tutduğu 38 ədəd adi siyənək balıqları aşkar edilərək, maddi sübut kimi götürülmüşdür. Bundan sonra bu barədə müvafiq protokol tərtib edilərək, tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Balıqlar tez xarab olan ərzaq malı olduğundan, «xxxx» ASC-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs maddi sübut kimi götürülmüş 1 ədəd taxda qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 25 metr, eni 2 metr, gözlərinin ölçüsü 28x28 mm. olan 2 ədəd torları müvəqqəti saxlaması tərəflərindən qəbul olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid6 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan edilərək araşdırılmış Şahid2,Şahid4, X6, Şahid7 və Şahid3 Şahid1 ifadəsi ilə analoci ifadələr vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Xaçmaz RİHB-nın Uzunoba İƏD-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cü il təvəllüdlü X9, 03.08.200-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü Əmirxanova Fəridə Rəşad qızı adlı üç azyaşlı uşağı var. Cinayət işinin 6-cı vərəqəsində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 13:00 radələrində Xaçmaz rayonunun Sabir-oba kəndi ərazisində qanunsuz balıq tutarkən, Su NPİ-nin Xaçmaz XPM-nin əməkdaşları tərəfindən yaxalanmış və onun Xəzər dənizindən qanunsuz olaraq 38 ədəd adi siyənək balıqlarını tutması aşkar edilmişdir. Cinayət işinin 8-ci vərəqəsində olan xx xxxx 2019-cu il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs məxsus qanunsuz balıq ovladığı ov alətləri - 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 25 metr, eni 2 metr, gözlərinin ölçüsü 28x28 mm. olan 2 ədəd torları maddi sübut kimi Su NPİ-nin Xaçmaz XPM-ində saxlanılır. Cinayət işinin 10-cu vərəqəsində olan xx xxxx 2019-cu il tarixli Qaimədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər dənizindən qanunsuz ovladığı 8 ədəd adi siyənək balıqları «xxxx» ASC-nə təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz balıq tutmaq məqsədilə xx xxxx 2019-cu il tarixdə, saat 09 radələrində rezin qayıqla Xaçmaz rayonunun Sabiroba kəndi istiqamətində Xəzər dənizinin sahilinə gəlib 1 ədəd taxda qayıq, 2 ədəd taxta avarlardan istifadə etməklə bir qədər dənizin icərisinə doğru hərəkət edib orada balıq ovunda istifadəsi qadağan edilmiş, cilka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 25 metr, eni 2 metr, gözlərinin ölçüsü 28x28 mm. olan 2 ədəd torları Xəzər dənizində qurmuşdur. Ertəsi gün, yəni xx xxxx 2019-cu il tarixdə saat 13:00-da olan müddət ərzində ayrı-ayrılıqda vurduğu ziyanın məbləği hər biri 11 manat təşkil edən 38 ədəd adi siyənək balıqlarını xeyli miqdarda, yəni 1012 manat məbləğində ziyan vurması faktı tamamilə sübuta yetir. Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanununa əsasən 256-cı maddəsinin “qeyd” hissəsində “dörd yüz manatdan min manatadək olan məbləğ, 256.2.2-ci maddəsində “külli miqdar” dedikdə isə” sözləri “min manatdan yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi” sözləri ilə əvəz edildiyini, hazırda təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibi yaratmadığını bildirərək, ittihamdan imtina etmişdir. Azərbaycan Respublikası CPM-in 39.1, 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-ci maddəsinə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edənvə bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Məhkəmə iclasında təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X8 cinayət tərkibinə bəraətverici əsaslar olmadan xitam verilməsinərazı olduqlarını bildirmişlər.. Məhkəmə dövlət ittihamçısını ittihamdan imtina etməsini, müdafiə tərəfinin cinayət tərkibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılığını nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanununun müddəalarını və Azərbaycan Respublikası CPM-in 39.1, 39.1.11-ci, 40.3-cü, və 41.3-cü maddələrinin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli olduğunu hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasının araşdırılması məqsədilə qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xaçmaz rayon prokuroruna göndərilməlidir. «xxxx» ASC-nə təhvil verilmiş, ümumi çəkisi 4.5 kq 38 ədəd adi siyənək balıqlarının satışından əldə edilən 1 manat 80 qəpik məbləğində pul vəsaiti «xxxx» ASC-nin hesabından dövlət büdcəsinə keçirilməlidir. Xaçmaz XPM-də saxlanılan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 25 metr, eni 2 metr, gözlərinin ölçüsü 28x28 mm. olan 2 ədəd torları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X2 və X4 hövzələrində bioresursların mühafizə xidmətinə verilməlidir. İş üzrə mülki iddia olan - dövlət balıq ehtiyatlarına vurulmuş 481 (dörd yüz səksən bir) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasının araşdırılması məqsədilə qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokuroruna göndərilsin. xxxx» ASC-nə təhvil verilmiş, ümumi çəkisi 4.5 kq 38 ədəd adi siyənək balıqlarının satışından əldə edilən 1 manat 80 qəpik məbləğində pul vəsaiti «xxxx» ASC-nin hesabından dövlət büdcəsinə keçirilsin. Xaçmaz XPM-də saxlanılan 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 25 metr, eni 2 metr, gözlərinin ölçüsü 28x28 mm. olan 2 ədəd torları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X2 və X4 hövzələrində bioresursların mühafizə xidmətinə verilsin. İş üzrə mülki iddia olan - dövlət balıq ehtiyatlarına vurulmuş 481 (dörd yüz səksən bir) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə məhkəmə xərcləri yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət bitdikdən sonrakı gün apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar qanuni qüvvəyə minir. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar