Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-4/2021 24.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxsin və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1982-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə barəsində CMin 69.3-ci maddəsinə əsasən aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 03 ay 15 gün islah işləri cəzası məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olub faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsində yaşamış, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli axtarış qərarı ilə barəsində həbs növündə qətimkan tədbiri seçilməklə xx xxxxxxx 2020-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbayjan Respublikası Cinayət Məjəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair jinayət işinə açıq məhkəmə ijlasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində dayısı Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Mirzəmməd kəndindəki evdə olarkən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə sonuncunun gəlini Günel Həmidovanın ikinci mərtəbədə olan yataq otağına qapını açmaqla qanunsuz daxil olaraq termonun siyirməsindəki qutunun içərisindən 650 manat dəyərində bir ədəd 10 qram çəkidə 583 əyarlı qızıl boyunbağını və 325 manat dəyərində bir ədəd 5 qram çəkidə 583 əyarlı qızıl kişi üzüyünü oğurlamqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 975 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə ijlasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbayjan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, o, Xaçmaz şəhəri, Ş.Sultanov küçəsi, ev 65-də qeydiyyatda olsa da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsində kirayədə yaşayır. O, 2011-ci ilin noyabr ayında Xaçmaz rayonu, Müzəffəroba kəndində yaşayan anasının bibisi oğlu Şirinbalanın qızı Günellə ailə qurmuş və sonuncu ilə olan nigahından 2012-ci il təvəllüdlü İlknur, 2013-cü il təvəllüdlü Elmir adlı oğlu vardır. 2019-cu ilin aprel ayında arvadı Günel kiçik oğlu Elmiri özü ilə götürüb atası evinə getmiş, böyük oğlu İlknur isə onun himayəsində qalmışdır. Zərərçəkmiş şəxs dayısıdır. Dayısı Həmid ailəsi ilə birlikdə Xaçmaz rayonu, Mirzəmməd kəndində yaşayır. Nənəsi Tavatda dayısı Həmidlə bir evdə yaşamışdır. xx xxxxxx 2019-cu il tarixdə nənəsi Tavat vəfat etmiş, xx xxxxxx 2019-cu il tarixdə isə nənəsi Mirzəmməd kənd qəbirstanlığında dəfn edilmişdir. İşi ilə əlaqədar gəlib nənəsinin dəfinində iştirak edə bilməmiş, ancaq xx xxxxxx 2019-cu ildə dayısı Həmidin evinə gəlib nənəsinin ölümünün üçüncü günü ilə əlaqədar verilən yas məclisində iştirak etmiş və sonrakı iki günü dayısı Həmidin evində qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə o, Xaçmaz şəhərinə gəlib sonrakı günləri öz evlərində qalmış, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 12:30 radələrində isə Mirzəmməd kəndinə getmişdir ki, dayısı Həmidin evində qalıb nənəsinin ölümü ilə əlaqədar xx xxxxxx 2019-cu il tarixdə keçiriləcək yas məclisində iştirak etsin. Dayısının evinə gələndə dayısı Həmidin, arvadı Sevdanın evdə olduqlarını, dayısı oğlu Tərlanın isə evdə olmadığını görüb harada olduğunu soruşduqda dayısı demişdir ki, Tərlan arvadı Günellə birlikdə Xaçmaz şəhərinə getmişdir. O, dayısı ilə birlikdə evin birinci mərtəbəsində olan otaqda oturub yemək yemiş, sonra dayısı evdən çıxıb Qımılqışlaq kəndinə getmiş, o, isə həyətə çıxıb siqaret çəkmişdir. Sonra dayısının evinə qonşuluqda yaşayan qadın gəlmiş və həmin qadın dayısı arvadı Sevda ilə birlikdə həyətdə olan çardağın altında oturub söhbət etmişlər. Təxminən saat 14 radələrində o, birinci mərtəbədə olan otağa daxil olub mobil telefonunu enerji yığması üçün qoyduqdan sonra pilləkənlə ikinci mərtəbəyə qalxıb qapını açaraq dayısı gəlini Günelin yataq otağına daxil olmuşdur. Yataq otağına daxil olanda qapı ilə üzbəüz güzgülü termonun olduğunu görüb yaxınlaşaraq termonun alt siyirməsini çəkib baxanda görmüşdür ki, siyirmənin içərisində ağ rəngli qutu var. Qutunu açanda içərisində müxtəlif qızıl-zinyət əşyaları olduğunu görüb qərara gəlmişdir ki, həmin qızıl-zinyət əşyalarından bəzilərini oğurlayıb sataraq pul əldə etsin. O, qutunun içərisində olan bir ədəd qızıl boyunbağını və bir ədəd qızıl kişi üzüyünü götürüb cibinə qoyduqdan sonra otaqdan çıxıb pilləkənlə birinci mərtəbəyə düşərək ayaqqabılarını geyinib həyətə, sonra isə küçəyə çıxaraq piyada kəndin mərkəzindən keçən asfalt yolun kənarına gəlmişdir. Bir qədər yolun kənarında dayanıb gözləmiş, sonra Xaçmaz şəhərinə sərnişin aparan avtobus gəlmiş və o, avtobusa əyləşib Xaçmaz şəhərinə gəlmişdir. Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığında avtobusdan düşdükdən sonra piyada Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən İlqar adlı şəxsə məxsus qızıl mağazasına gəlib dayısı Həmidin evindən oğurladığı bir ədəd qızıl boyunbağını və bir ədəd qızıl kişi üzüyünü İlqarın adını bilmədiyi əmisinə göstərib satmaq istədiyini bildirmişdir. İlqarın əmisi ondan şəxsiyyət vəsiqəsinin surətini istəmiş, o, öz şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb ona verdikdən sonra İlqarın əmisi bir ədəd qızıl boyunbağını və bir ədəd qızıl kişi üzüyünü elektron tərəziyə qoyub çəkərək ona 670 manat pul vermişdir. O, İlqarın əmisindən 670 manat pulu aldıqdan sonra Xaçmaz şəhər avtovağzalına gəlib avtobusa əyləşərək Bakı şəhərinə kirayədə yaşadığı evə getmişdir. Sonrakı günlərdə İlqarın əmisindən aldığı 670 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. xx xxxxxx 2019-cu il tarixdə dayısı Həmid ona zəng vurub demişdir ki, gəlini Günelin yataq otağından qızıl boyunbağı və qızıl kişi üzüyü oğurlanmışdır, həmin qızıl-zinyət əşyalarını onun oğurladığını bilir, gətirib qaytarsın. O, da dayısına onun evinin ikinci mərtəbəsinə çıxmadığını və onun evindən heç nə oğurlamadığını bildirmişdir. Sonra dayısı söhbət etmək üçün onu öz evinə çağırmış, o, da ona gəlib söhbət edəcəyini desədə sonrakı günlərdə işi ilə əlaqədar Xaçmaz rayonuna gəlib dayısı ilə görüşə bilməmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 23 radələrində Maştağa qəsəbəsində kirayədə qaldığı evdən küçəyə çıxıb qaz sayğacına baxmaq istəyərkən ona polis əməkdaşları yaxınlaşmışlar və onu gəldikləri avtomobilə əyləşdirib Xaçmaz RPŞ-nə gətirmişlər. Polis şöbəsində də o, dayısı Həmidin yaşadığı evin ikinci mərtəbəsində olan yataq otağındakı termonun siyirməsindən bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl kişi üzüyü oğurlayıb satdığını ehtiraf etmişdir. Etdiyi əməldən isə peşimandır. O, ancaq dayısı Həmidin evindən bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl kişi üzüyü oğurlamışdır. O, başqa heç bir yerdən oğurluq etməmişdir. Törətdiyi əməllərdən peşman olduğunu bildirmişdir. Məhkəmə ijlasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Mirzəmməd kəndində yaşayır. xx xxxxxx 2019-cu il tarixdə anası Tavat vəfat etmiş, xx xxxxxx 2019-cu il tarixdə isə onlar anasını aparıb kənd qəbirstanlığında dəfn etmişlər. Sonrakı günlərdə o, yaşadığı evin həyətində anasının vəfatı ilə əlaqədar yas məclisi təşkil etmişdir. Evdə qarışıqlıq olduğu üçün gəlini Günel evdə olan qızıl-zinyət əşyalarını ikinci mərtəbədə özünün yataq otağında olan termonun altında gizlədib saxlamış, xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında isə gəlini Günel qızıl-zinyət əşyalırını gizlətdiyi yerdən çıxarıb qutunun içərisində yataq otağında olan termonun siyirməsinə qoymuşdur. Həmin gün axşam evdə o, arvadı Sevda, oğlu Tərlan və gəlini Günel olmuşlar. 13 noyabr 2019-cu il tarixdə günorta saatlarında onun evinə bacısı oğlu Təqsirləndirilən şəxs gəlib onlara demişdir ki, gecəni onun evində qalacaqdır. Elnur birinci mərtəbədə olan otaqda onunla oturub yemək yemiş, sonra isə o, evdən çıxıb şəxsi işi ilə bağlı Xaçmaz rayonu, Qımılqışlaq kəndinə getmişdir. İki-üç saat keçdikdən sonra evə gələndə Elnurun evdə olmadığını görüb harada olduğunu soruşduqda Sevda ona demişdir ki, Elnur heç bir söz demədən çıxıb getmişdir. Onlar Elnurun kəndi gəzmək üçün evdən çıxıb getdiyini fikirləşmişlər və sonradan oğlu Tərlan Elnura zəng vurub harada olduğunu soruşduqda demişdir ki, o, Bakı şəhərinə getmişdir. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında o, həyətdə olmuş, gəlini Günel isə öz otağında hazırlaşmışdır ki, onun bacısı oğlunun toyuna getsin. Bir qədər keçdikdən sonra Günel gəlib onlara termonun siyirməsində saxladığı qutunun içərisindəki digər qızıl-zinyət əşyaları yerində olduğunu, bir ədəd qızıl boyunbağının və bir ədəd qızıl kişi üzüyünün isə yerində olmadığını bildirdikdə arvadı Sevda demişdir ki, o, həyətdə olarkən Elnurun ikinci mərtəbədən düşdüyünü görmüşdür, ona elə gəlir ki, həmin qızılları Elnur götürmüşdür. Sevdanın sözündən sonra o, Elnura zəng vurub gəlini Günelin yataq otağından boyunbağını və üzüyü onun götürdüyünü deyərək gətirib qaytarmasını bildirmişdir. Elnur onun evinin ikinci mərtəbəsinə çıxmadığını, boyunbağı ilə üzüyü götürmədiyini bildirdikdə o, Elnuru söhbət etmək üçün öz evinə çağırmış, sonuncu gələcəyini desədə gəlməmiş və o, məcbur olub Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş, sonra isə bu barədə şikayət ərizəsi yazmışdır. Evindən bir ədəd qızıl boyunbağını və bir ədəd qızıl kişi üzüyünü bacısı oğlu Elnur oğurlamışdır. Çünki həmin gün onun evində Elnurdan başqa kənar şəxs olmamışdır. Evindən bir ədəd 10 qram çəkidə 583 əyarlı qızıl boyunbağının və bir ədəd 5 qram çəkidə 583 əyarlı qızıl kişi üzüyünün oğurlanması nəticəsində ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Evindən oğurlanmış qızıl-zinyət əşyalarını isə o, özü almışdır. Gəlini Günelin yataq otağı evinin ikinci mərtəbəsində yerləşir və onlar başqa kənar şəxsin gəlini Günelin yataq otağına daxil olmasına icazə vermirlər. Elnurunda gəlini Günelin yataq otağına daxil olmasına icazəsi yox idi və Elnur onun evində birinci mərtəbədə olan otaqda qalmalı idi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi, ev 41-də yaşayır. Əvvəllər Xaçmaz şəhəri, N.Nərimanov kçəsində yerləşən qardaşı oğlu Şahid2 məxsus qızıl təmiri sexində kişi geyimləri tikib satmaqla məşğul olmuşdur. Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs təxminən 10 il olarkı tanıyır. Elnur Xaçmaz şəhəri, Ş.Sultanov küçəsində qardaşı oğlu İlqarın qonşuluğunda yaşayır. xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında özü tək sexdə olmuş, İlqar isə şəxsi işə ilə bağlı getmişdir. Həmin vaxt Elnur sexə gəlib ondan İlqarı soruşmuş, o, da ona İlqarın işlə əlaqədar getdiyini demişdir. Elnur ona heç bir söz demədən getmiş və təxminən 30-40 dəqiqə keçdikdən sonra yenidən sexə gəlib ona demişdir ki, İlqarla danışmışdır, o, onda olan qızıl kişi üzüyünü və qızıl boyunbağını alsın. Elnurun sözlərindən sonra o, İlqara zəng vurmuş, sonuncuda ona demişdir ki, Elnur qonşusudur, ondan satmaq istədiyi qızılları çəkib alsın. Bundan sonra Elnur özünə aid şəxsiyyət vəsiqəsinin surətini, bir ədəd qızıl kişiy üzüyünü və bir ədəd qızıl boyunbağını ona vermiş, o, Elnurun verdiyi qızıl kişi üzüyünü və qızıl boyunbağını elektron tərəziyə qoyub çəkdikdə ikisinin birlikdə çəkisi 15 qram olmuşdur. O, Elnura 670 manat pul verib onda olan bir ədəd qızıl kişi üzüyünü və bir ədəd qızıl boyunbağını almışdır. Elnur pulu ondan aldıqdan sonra çıxıb getmişdir. Həmin gün axşam İlqar iş yerinə gəlmiş və o, Elnurdan aldığı qızıl kişi üzüyünü və qızıl boyunbağını İlqara vermişdir. 2019-cu ilin dekabr ayının ortalarında bilmişdir ki, Elnur İlqara satdığı qızıl kişi üzüyünü və qızıl boyunbağını dayısının evindən oğurlamışdır. Elnurdan bir ədəd qızıl kişi üzüyünü və bir ədəd qızıl boyunbağını alarkən o, onların başqa yerdən oğurlandığını bilməmişdir. Elnuru tanımış və sonuncunun qardaşı oğlu İlqara satmaq istədiyi qızıl kişi üzüyünün və qızıl boyunbağının özünə məxsus olduğunu bilib almışdır. Əgər Elnurun həmin qızıl-zinyət əşyalarını başqa yerdən oğurladığını bilsəydi heç vaxt onunla razılaşıb almazdı. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Şəmsəddin Sultanov küçəsi, ev 61-də yaşayır. Xaçmaz şəhəri, N.Nərimanov kçəsi, 72 nömrəli evin birinci mərtəbəsində özünə məxsus sex var və o, həmin sexdə qızıl-zinyət əşyalarının təmiri və alışı ilə, əmisi Yunus isə ona məxsus sexdə kişi geyimləri tikib satmaqla məşğul olur. Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs uşaqlıq illərindən tanıyır. Elnur Xaçmaz şəhəri, Ş.Sultanov küçəsində onunla qonşuluqda yaşamışdır. xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında o, iş yerindən çıxıb evə getmiş, əmisi Yunus isə sexdə qalmışdır. Həmin vaxt Elnur ona zəng vurub demişdir ki, özünə məxsus bir ədəd qızıl kişi üzüyünü və bir ədəd qızıl boyunbağını satmaq istəyir, pula ehtiyacı vardır, o, onun satmaq istədiyi qızıl-zinyət əşyalarını alsın. Elnura şəxsiyyət vəsiqəsinin surətini verəcəyi halda onun satmaq istədiyi qızıl kişi üzüyünü və qızıl boyunbağını ala biləcəyini demiş, sonuncuda şəxsiyyət vəsiqəsinin surətini verə biləcəyini bildirdikdə ona demişdir ki, iş yerinə gedib satmaq istədiyi qızıl-zinyət əşyalarını əmisi Yunusa verib pulunu alsın. Bir müddət keçdikdən sonra əmisi Yunus ona zəng vurub Elnurun onun yanına gəldiyini bildirmiş, o, da əmisinə demişdir ki, Elnur qonşusudur, onun satmaq istədiyi qızılları çəkib alsın. Həmin gün o, iş yerinə gəlmiş və əmisi Elnurun şəxsiyyət vəsiqəsinin surətini, bir ədəd qızıl boyunbağını və bir ədəd qızıl kişi üzüyünü ona verib demişdir ki, qızıl boyunbağı və qızıl kişi üzüyü 15 qram çəkidə olmuşdur və həmin qızıllara görə o, Elnura 670 manat pul vermişdir. Səhəri gün isə o, özü Elnurdan aldığı qızılları əridərək başqa qızıl-zinyət əşyalarının hazırlanmasında istifadə etmişdir. 2019-cu ilin dekabr ayının ortalarında bilmişdir ki, Elnur ona satdığı qızıl kişi üzüyünü və qızıl boyunbağını dayısının evindən oğurlamışdır. Elnur bir ədəd qızıl kişi üzüyünü və bir ədəd qızıl boyunbağını ona satarkən həmin qızılların özünə məxsus olduğunu demişdir. Elnuru tanımış və onun satdığı qızıl kişi üzüyünün və qızıl boyunbağının özünə məxsus olduğunu bilib almışdır. Əgər Elnurun həmin qızıl-zinyət əşyalarını başqa yerdən oğurladığını bilsəydi heç vaxt onunla razılaşıb almazdı. İş materiallarında olan Azərbayjan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 31292 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində tədqiq edilən ortada olmayan 2 adda zərgərlik məmulatlarının xx xxxxxx 2019-cu il tarixə respublika daxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq aşağıdakı kimi müəyyən olunur: -bir ədəd 10 qram çəkidə 583 əyarlı qızıl boyunbağı 650 manat; -bir ədəd 5 qram çəkidə 583 əyarlı qızıl qızıl üzük 325 manat. İş materiallarında olan Azərbayjan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumnayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Sumnayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmiş və Təqsirləndirilən şəxs CM-nin 69.3-cü maddəsinə əsasən aylıq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 03 ay 15 gün islah işləri cəzası təyin edilmişdir. Xaçmaz rayon İcra Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 158 nömrəli məktubundan görünür ki, 03 ay 15 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan Xaçmaz şəhər İƏD tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbayan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbayjan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təjrübəsi haqqında» x xxxx 2005-ji il tarixli 1 №-li Qərarının 2-ji bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 27-ji bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, jinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbayjan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının 19-ju bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanj yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanj yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanajaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 20-ji bəndinə əsasən bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi jinayət əməlini etiraf edib, səmimi peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. AR CM-nin 67.1-ji maddəsinə əsasən hökmlərin məjmusu üzrə jəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş jəzaya əvvəlki hökm üzrə təyin edilmiş jəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilir. AR CM-nin 68.1.3-cü maddəsinə əsasən islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanır. Azərbayjan Respublikası CM-nin Azərbayjan Respublikası CM-nin 69.3-jü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlıqdan məhrumetmə növündə jəzanın bir günü hesabı ilə hesablanmaqla, jəmi 2 gün ona təyin ediləjək azadlıqdan məhrum etmə jəzasından çıxılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq, Azərbayjan Respublikası Dövlət Büdjəsinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut verilməmişdir. Göstərilənlərə əsasən və Azərbayjan Respublikası CPM-in 344-349, 351-353, 384jü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə təyin edilmiş, çəkilməmiş 03 (üç) ay 15 (on beş) gün müddətə islah işləri cəzası hazırkı hökm üzrə ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulmaqla, əvvəlki hökmlə təyin edilmiş 1 (bir) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə qəti cəza olaraq 02 (iki) il 1 (bir) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza 02 (iki) il 1 (bir) ay 3 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə ekspertiza xərci olan cəmi 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut yoxdur. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbayjan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-4/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-4/2021
24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver