Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-4/2022 31.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə xx.xx.1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda AR ƏN PXnin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Məhkəmə istintaqı zamanı müəyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.298 qram olan psixotrop maddə metafetamini və təmiz çəkisi 1.282 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib idarə etdiyi 0504B005 dövlət qeydiyyat nişanlı Vaz 21102 markalı avtomobildə saxlamaqla daşımış, bu fakt 04 yanvar 2021-ci il tarixdə saat 20:20-də Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən idarə etdiyi yuxarıda qeyd olunan avtomobillə Xaçmaz rayonu Bakı prospektində saxlanılaraq Xaçmaz RPŞ-nin inzibati binasının həyətinə gətirildikdən sonra saat 21:00-21:25 müddətində öz razılığı və iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilin ön sağ oturacağın arxasındakı cibdən bir ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 0.298 qram olan psixotrop maddə metafetamin, həmin cibdən bir ədəd gümüşü rəngli kağız bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 1.282 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, təxminən 3-4 aydır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkmək yol i ilə istifadə edir. Bəzi zamanlarda isə narkotik vasitə olan heroindən və psixotrop maddə metafetamindən də istifadə etmişdir. 04 yanvar 2020-ei il tarixdə o öz idarə etdiyi "Vaz- 21102" markalı O504BO05 qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhərindən Xudat şəhər istiqamətində hərəkət etdirirmiş. Bu zaman həmin prospektdə yerləşən "Ət dünyası" adlı ət məhsulları satılan dükandan özünə kabab almaq üçün dayanmışdır. Avtomobildən düşüb "Ət dünyası" mağazasına daxil olub özünə kabab almış və dükandan çıxıb öz avtomobilimə əyləşmişdir. Həmin vaxt onun idarə etdiyi avtomobilə yol patrul xidməti əməkdaşının yaxınlaşıdığım görüb avtomobildən düşmüşdür. Həmin polis əməkdaşı ona özünü təqdim etdikdən sonra nə üçün qanunla qadağan olunan örtük çəkdiyini soruşmuşdur. Bundan sonra isə o avtomobili yeni aldığını və örtüklərini dəyişmədiyini bildirmişdir. Bu zaman polis əməkdaşı avtomobilinin sol ön qapısı açıq olduğundan onun təsadüfən tapıb avtomobilin sol ön qapısının cibində saxlayıb gəzdirdiyi narkotik vasitə olan qurudulmuş marixuananı görüb həmin bitki kütləsinin nə olduğunu sorşdumuş, o isə həmin bitki kütləsinin narkotik vasitə olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin yerə polis əməkdaşları gəlib onu Xaçmaz RPŞ-nə gətirmişlər. Xaçmaz RPŞ-nin inzibati binasında müstəntiq tərəfində ona hüquq və vəzifələrim izah edildikdən sonra polis əməkdaşlarının iştirakı ilə avtomobilinə baxış keçiriləcəyi izah olunaraq hər hansı bir etirazının olub olmadığı soruşulmuş o isə etirazının olmadığını demişdir. Əvvəlcə polis əməkşdaları tərəfindən ona avtomobilində qanunla qadağan olunan hər hansı bir əşyanın olubolmaması və əgər varsa təqdim etməsini demişlər. O öz avtomobilinin sol ön qapısının cibində olan bitki tərkibli kütləni, yəni, qurudulmuş marixuananı göstərib həmin narkotik vasitənin ona məxsus olduğunu və öz şəxsi istifadəsi üçün avtomobilində gəzdirdiyini demişdir. Daha sonra avtomobilin salonundakı sağ ön oturacağın arxa cibində gizlədib daşıdığı psixotrop maddə olan şəffaf sellofan bükümdə metafetamini və gümüşü rəngli kağıza bükdüyü heroin kütləsini göstərmiş və həmin narkotik vasitə olan heroinin və psixotrop maddə olan metafetaminin də özünə məxsusu olduğunu və şəxsi istifadəsi üçün öz avtomobilində gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onun avtomobilinə baxış keçirmişlər və avtomobilin sürücü oturacağının altında olan bir ədəd bıçağı və həmçinin avtomobilin ön oturacaqları arasında olan əşyaların qoyulması üçün nəzərdə tutulan qolaltının içərisindən üç ədəd papiros formasında büküdüyü kağız bükümləri aşkar edərək götürmüşlər. Belə ki, aşkar edilmiş həmin papiros formasındakı bükümlərdən birinin içərisində narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Digər iki ədəd bükümü isə o narkotik vasitə olan heroini qəbul etmək üçün istifadə etdiyindən içəriləri boş olmuşdur. Daha sonra onun avtomobilindən götürülən narkotik vasitələr, psixotrop maddə, bir ədəd bıçaq və üç ədəd birinin içərisində narkotik vasitə qurudulmuş marixuana digər ikisinin içərisi boş olan papiros formasında bükdüyüm bükümlər qablaşdırılaraq götürülmüş və bu barədə portokol tərtib olunaraq ucadan oxunmuşdur. Daha sonra baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra o Xaçmaz RPŞ-nin inzibati binasında xidməti otağa gətirilmişdir. Ona Xaçmaz rayon vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim olunmaqla hüquq və vəzifələri izah olunduqdan sonra üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. O buna heç bir etirazı olmadığını bildirmişdir. Əvvəlcə ona üzərində hər hansı qanunla qadağan edilən əşyanın olub olmaması əgər varsa həmin əşyanı təqdim etməsi təkilf edilmişdir. O üzərində olan 140 manat pulu, bir ədəd qatlanan cib bıçağını, bir ədəd maskanı, bir ədəd cib dəsmalını və kiçik pambıq topasını təqdim etmişdir. Daha sonra onun üzərində polis əməkdaşları şəxsi axtarış aparmışlar və üzərindən heç bir qanunla qadağan olunan əşya aşkar edilməmişdir. Həmin vaxt 140 manat pul ona qaytarılmış və ona məxusus qatlana cib bıçağı sübut kimi götürülərək qablaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib olunmuş və ucadan oxunmaqla iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Onun idarə etdiyi avtomobildən aşkar edilərək götürülən narkotik vasitələr, psixotrop maddə. 3 ədəd ikisi boş birində qurudulmuş marixuana olan bükümlər və bir ədəd bıçaq həmçinin şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir ədəd bıçaq ona məxsusdur. O aşkar eidlmiş həmin narkotik vasitələri və psixotrop maddəni öz şəxsi istifadəsi üçün avtomobilində daşıyıb gəzdirmişdir. Həmin narkotik vasitələri öz evinin yaxınlığında tapmışdır. Ona məxsus olan idarə etdiyi avtombildə öz istifadəsi üçün daşıyıb, gəzdirdiyi narkotik vasitə olan marixuananı, metafetamini və heroini bir bükümdə öz yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 15-20 gün əvvəl tapmışdır. Həmin vaxtdan da heroini və metafetamini gec-gec istifadə etdiyi üçün avtomobilinin ön sərnişin oturacağının arxa cibinə qoymuşdur. Qurudulmuş marixuananı isə nisbətən tez istifadə etdiyi üçün qabaq sol qapının cibinə qoymuşdur. O hər hansı bir şəxsə narkotik vasitə və yaxud psixotrop maddə satmamış və belə bir niyyəti olmamışdır. Onun sürücülük hüququ olsa da “Vaz- 21102"' markalı 0504B005 rus dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün etibarnaməsi olmamışdır. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X27 X28 rəisi işləyən Şahid1 göstərdi ki, 04.01.2021 -ci il tarixdə saat 20:20 radələrində Xaçmaz şəhəri, Bakı prospektində xidmətdə olarkən həmin yolda hərəkətdə olan 0504B005 RUS dövlət qeydiyyat nişanlı VAZ 2110 markalı avtomobilin qabaq yan şüşələrində qanunla tətbiqinə icazə verilməyən örtük olduğunu görmüş və bu barədə radiostansiya vasitəsilə həmin yerdə xidmətdə olan yol patrul xidməti naryadına məlumat vermişdir. Qeyd olunan avtomobilin sürücüsü idarə etdiyi avtomobili Xaçmaz rayonu Bakı prospektində yerləşən "öt dünyası" adlı ictimai iaşə obyektinin qarşısında saxlayaraq, avtomobildən yerə enmişdir. O isə həmin sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və avtomobilin sürücüsünü hansı səbəbdən avtomobilin qabaq yan şüşələrinə örtük çəkdiyini sual etmiş və həmin şəxsdən müvafiq sənədləri təqdim etməsini xahiş etmişdir. Həmin vaxt avtomobilin sürücüsü avtomobilin sol qabaq qapısını açdıqda həmin qapının cibi iy ində qurudulmuş formada ota bənzər kütlənin olduğunu görmüşdür. Sürücünün hərəkətlərinin şübhəli olması və avtomobildə olan kütlənin narkotik maddə olmasına onda əsaslı şübhə yarandığından qeyd olunan yerə kömək üçün polis əməkdaşları çağırmışdır. Bir neçə dəqiqədən sonra Xaçmaz RPŞ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid3 qeyd olunan yerə gəlmiş və onların köməkliyi ilə həmin şəxs RPŞ-yə gətirilmişdir. Xaçmaz RPŞ-də həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən, 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Xaçmaz RPŞ-nin həyətində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilinin ön sol qapısının cibindən açıq şəkildə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütlələri aşkar edilmişdir. Bundan sonra onun avtomobilinin ön sağ oturacağının arxa cibindən iki ədəd büküm aşkar edilmiş, həmin bükümlərə baxıldığı zaman bükümlərdən birinin içərisində narkotik vasitə olan heroinə bənzər maddə digər bükümün içərisindən isə psixotrop maddə olan metafetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Bundan başqa həmçinin avtomobilin ön oturacaqlarının arasındakı əşyaların qoyulması üçün nəzərdə tutulan qolaltının içərisindən üç ədəd papiros formasında bükülmüş büküm aşkar edilmişdir. Həmin bükümlərdən iki ədədinin içərisi boş bir ədədinin içərisində isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Baxış zamanı aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri yaşadığı evin yaxınlığından tapdığını bildirmişdir. Qasım içərisi boş olan iki ədəd papiros formasında bükülmüş bükümlər vasitəsilə narkoitk vasitə olan heroini istifdə etdiyini bildirmişdir. Həmçinin baxış zamanı avtomobilin sürücü oturacağının ayaqlığının altından bir ədəd bıçaq aşkar edilmişdir. Təqsirləndirilən şəxs qəssab olduğu üçün həmin bıçağı gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitələr, psixotrop maddə, 3 ədəd ikisinin içərisi boş birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan papisor formasında bükülmüş bükümlər və bir ədəd bıçaq müstəntiq tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, hamıya ucadan oxunmuşdur. İştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs özü də digər iştirakçılar kimi protokolun doğru yazılmasını və qabalaşdırılmış zərflərin tamlığını imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri özü istifadə etdiyini və şəxsi istifadəsi üçün gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddəni yaşadığı evin yaxınlığından tapdığım bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X29 Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materillarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs idarə etdiyi "Vaz-21102" markalı 0504B005 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, avtomobildən Təqsirləndirilən şəxs məxsus olan daha sonradan müvafıq olaraq narkotik vasitə və psixotrop maddə olduqları müəyyən edilən qurudulmuş marixuana, heroin və metafetamin aşkar edilərək götürülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə keçirilmiş baxışın görüntüləri əks olunan disk daşıyıcıdan müəyyən edilmişdir ki. Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X13 özünü təqdim edir və Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs özünü təqdim edir. Müstəntiq Təqsirləndirilən şəxs 0504B005 rus dövlət qeydiyyat nişanlı avtomobilin baxış keçirilən gün onun tərəfindən idarə edilən avtomobil olub olmadığını soruşur. Təqsirləndirilən şəxs bunu təsdiq edir. Müstəntiq həmin avtomobildə qanunsuz olaraq narkotik vasitə saxlanılması barədə şübhə yarandığından onun avtomobilində baxış keçiriləcəyini bildirir. Bundan sonra prosesdə iştirak edən. Xaçmaz RPŞ-nin PPXB-nün polis nəfəri, polis kiçik serjantı Şahid3. Xaçmaz RPŞ-nin Yalama PB-niıı baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Xaçmaz RPŞ-nin DYPBnin rəisi Şahid1 özlərini təqdim edirlər. X16 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub olmamasını soruşur. Təqsirləndirilən şəxs suala var deyərək cavab verir.Müstəntiqin müvafiq təklifindən Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşaraq sürücü oturacağı tərəfdəki avtomobilin ön sol qapısını amaraq qapının içərisində olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş cibin içərisində açıq şəkildə olan bitki kütlələrini təqdim edir. Müstəntiq həmin bitki kütlələri götürərək Q.Tariverdiyevə həmin bitki kütlələrinin nə olmasını, kimə məxsus olmasını və nə üçün gəzdirməsini soruşur. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin "ot" (qurudulmuş marixuana) olmasını, özünə məxsus olmasını və əvvəllər qəzayə düşməsi səbəbindən travma aldığı üçün həmin bitki kütləsini sakitləşmək üçün istifadə etdiyini bildirir. Müstəntiqin həmin bitki kütləsini hardan əldə etmisən sualına yaşadığı küçədən tapdığını bildirir. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs avtomobildə başqa qanunsuz əşyanın olub olmamasını soruşduqda o təsdiq edərək müstəntiqin təklifinə əsasən avtomobilin sağ arxa qapısını açır və avtomobilin ön sağ oturacağının arxa hissəsindəki cibin içərisini təqdim edir. Müstəntiq həmin cibin içərisinə baxaraq oradan iki ədəd büküm çıxarır və Təqsirləndirilən şəxs həmin bükümlərdə olanların nə olduğunu soruşur. O isə cavab olaraq narkotik olmasını öz istifadəsi üçün olduğunu bildirir. Müstəntiqin hansı narkotik vasitələrdir sualına isə bükümlərdən birində şüşə olmasını digərində isə "kakos" (heroin) olmasını bildirir və özünə məxsus olduğunu qeyd edir. Müstəntiqin həmin bükümlərdə olan maddələri haradan əldə etmisən sualına isə həmin bükümlərdə olan maddələri də ilkin olaraq avtomobilin ön sol qapısının cibindən tapılan bitki kütləsi ilə birlikdə tapdığını bildirir. O həmin maddələri də öz istifadəsi üçün gəzdirdiyini bildirir. Müstəntiq tərəfindən avtomobilin sürücü oturacağının ayaqlığının alt hissəsindən bir ədəd bıçaq aşkar edilir. Təqsirləndirilən şəxs bıçağın özünə məxsus olamsım bildirərək qəssab olduğu üçün həmin bıçağı heyvan olduğu zaman kəsmək üçün gəzdirdiyini deyir. O həmin bıçağı da daha əvvəldən tapdığını bildirir. Müstəntiq tərəfindən avtomobilin ön oturacaqları arasında olan əşyaların qoyulması üçün nəzərdə tutulan qolaltından iki ədəd papiros formasında bükülmüş içərisi boş olan və bir ədəd papiros formasında bükülmüş işərisində bitki kütləsi olan kağız bükümlər aşkar edilir. Müstəntiqin müvafiq sualına cavab olaraq içərisi boş olan papiros formasında bükülmüş iki ədəd bükümləri kakos (heroin) çəkmək üçün istifadə etdiyini bildirir. Bir ədə papiros formasında bükülmüş bükümün içərisində olan bitki kütləsinin isə "nəşə” (qurudulmuş marixuana) olmasını bildirir. O həmin üçü ədəd papiros formasında bükülmüş bükümlərin özünə məxsus olmasını bildirir. X16 Təqsirləndirilən şəxs idarə etdiyi və özünə məxsus olduğunu bildirdiyi avtomobildən aşkar edilən açıq şəkildə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzəyən bitki kütləsini, bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzəyən qəhvəyi rəngli maddəni, bir ədəd bükümdə olan psixotrop maddə metafetaminə bənzəyən ağ rəngli maddəni bir ədəd bıçağı, iki ədəd içərisi boş olan və bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzəyən bitki kütləsi olan papiros formasında bükülmüş bükümləri iki ədəd zərfdə qablaşdırır. Daha sonra X16 şəxsi axtarışın başa çatmasını bildirir və video görüntü dayandırılır. Disk daşıyıcıda olan videogörüntüyə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özü olduğunu, idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu bir daha etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 05 yanvar 2021-ci il tarixli 6/43 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1.282 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0.298 qram ağ rəngli xırda kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan respublikası qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələf'in. metafetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"- in İ siyahısına daxildirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Məhkəmə bioloji ekspertizasının 05 yanvar 2021-ci il tarixli 7/17 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş bir ədəd kağız bükülüdə cib tozu və təmiz çəkisi 0.291 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana vardır. Həmin zərfdə üç ədəd düzəldilmiş siqaretlərdən (iki ədədi boş vəziyyətdə olub) bir ədədin içərisində tütün hissəcikləri və təmiz çəkisi 0.091 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana vardır. Təqdim olunmuş marixuananın ümumi çəkisi 0.382 qramdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə narkoloji ekspertizanın 25 fevral 2021-ci il tarixli 593 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus idarə etdiyi avtomobildən aşkar edilmiş ümumi təmiz çəkisi 0.382 qram olan narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 0.298 qram olan psixotrop maddə metafetamin. təmiz çəkisi 1.282 qram olan narkotik vasitə heroin və bir ədəd içərisində şəxsi axtarış videogörüntüləri olan disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Narkotik vasitə olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 0.342 qram qalığı, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 1.182 qram qalığı, psixotrop maddə metafetaminin ekspertiza tədqiqatından, sonra qalan 0.248 qram qalığı saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcının isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış 05.04.2021 -ci il tarixli tələbnamədən görünür ki. Təqsirləndirilən şəxs 26.11.2013-cü il tarixdə AR CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar olaraq Xaçmaz rayon məhkəməsinin hökmü ilə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin 20.05.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Bundan başqa o, 06.02.2019-cu il tarixdə AR CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar olaraq Xaçmaz rayon məhkəməsinin hökmü ilə 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 21.02.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18 və 83-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivi hesab edilmir. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 okyabr 2005-ci il tarixli AZ-İ seriyalı 673784 nömrəli X8 surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahlarından himayələrində yetkinlik yaşına çatmamış X6 adında qız ovladı var. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 may 2007-ci il tarixli AZ-İ seriyalı 916793 nömrəli X8 surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahlarından himayələrində azyaşlı X9 adında qız ovladı var. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş noyabr 2008-ci il tarixli AZ-İİ seriyalı 193320 nömrəli X8 surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahlarından himayələrində azyaşlı X10 adında oğlu var. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli, 1574 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs Hami oğlu 1984-cü il təvəllüdlü həyat yoldaşı X2, 2005-ci il təvəllüdlü X11, 2007-ci il təvəllüdlü X9 və 2008-ci il təvəllüdlü X14 adlarında ailəsi vardır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Xüsusi Təyinatlı Briqadasının 163 nömrəli 09.03.1994-cü il tarixli arayışının surətindən görünür ki, təqsirləndirilən şəxsin qardaşı X12 27.01.19994-cü il tarixdə Füzuli bölgəsində gedən döyüşlərdə həlak olmuşdur. İş materiallarında olan Xaçmaz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş ******* saylı vəsiqənin surətindən görünür ki, təqsirləndirilən şəxsin anası X7 müddətsiz olaraq şəhid ailəsi statusunu almışdır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.298 qram olan psixotrop maddə metafetamini və təmiz çəkisi 1.282 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib idarə etdiyi 0504B005 dövlət qeydiyyat nişanlı Vaz 21102 markalı avtomobildə saxlamaqla daşımış, bu fakt 04 yanvar 2021-ei il tarixdə saat 20:20-də Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən idarə etdiyi yuxarıda qeyd olunan avtomobillə Xaçmaz rayonu Bakı prospektində saxlanılaraq Xaçmaz RPŞ-nin inzibati binasının həyətinə gətirildikdən sonra saat 21:00-21:25 müddətində öz razılığı və iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilin ön sağ oturacağın arxasındakı cibdən bir ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 0.298 qram olan psixotrop maddə metafetamin, həmin cibdən bir ədəd gümüşü rəngli kağız bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 1.282 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə hərəkətlərindən peşman olmasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində 3 azyaşlı uşağın olmasını, qardaşı X3 X17 zamanı şəhid olmasını, yəni onun şəhid ailəsinin üzvü olmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməklə onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 0.342 qram qalıq qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalan 1.182 qram heroin, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0.248 qram psixotrop maddə metafetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 267 manat pul Təqsirləndirilən şəxs oğlundan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 yanvar 2021-ci ildən 06 yanvar 2021-ci il tarixədək, həmçinin 08 aprel 2022-ci il tarixdən 31 may 2022-ci il tarixədək, yəni 01 ay 25 gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 03 (üç) ay 20 (iyirmi) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 0.342 qram qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalan 1.182 qram heroin, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0.248 qram psixotrop maddə metafetamin məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 267 (iki yüz altmış yeddi) mant pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-4/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-4/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver