Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-40/2021 06.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, 15 avqust 1961-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N ET D İ: Təqsirləndirilən şəxs 14 iyul 2020-ci ildə saat 21:45 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21093 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Həsənqala kəndi ərazisindən keçən 44-cü kilometrində, Gəndob istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, hərəkəti istiqamətində yolun sol kənarından hərəkət hissəsinə daxil olaraq sağma doğru sərxoş vəziyyətdə keçərkən dayanan piyada X8 avtomobilin qabaq sol hissəsi ilə və onun arxasınca gələrək qəzadan yayınmaq məqsədilə özünü yolun Gəndob istiqamətində nisbətən sağma doğru çəkən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ tərəfi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Çingiz Hacıyevin baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşahidə olunmuş sağ təpə-gicgah nahiyəsinin cırılmış yarası, üst dodağın selikli qişasının cırılmış yarası, alın, burun, sağ tərəf sifət, sağ gözün alt qapaq, alt çənə, sağ çiyin, hər iki baldır nahiyələrinin sıyrıqları, burun, üst çənə dişləri və sol bud sümüyünün sınıqları kimi dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə, Zərərçəkmiş şəxs sağ baldırın, dizin və pəncənin sıyrılmış yaraları, sağ diz oynağının ön və arxa çarpaz bağlarının cırılması və lateral meniskin 3-cü dərəcəli yırtığı kimi dərəcəsinə görə, səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 1987-ci il tarixdən “B” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. 14 iyul 2020-ci il tarixdə saat 21:45 radələrində texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi «VAZ 21093» markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Həsənqala kəndi ərazisindən keçən 44-cü kilometrində, Gəndob istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən qarşı tərəfdən Gəndob istiqamətindən markasını və dövlət qeydiyyat nişanını görə bilmədiyi avtomobilin gəldiyini görüb avtomobilinin uzaq vuran işıqlarını söndürüb yaxın vuran işıqlarını qoşmuşdur. Həmin avtomobil yanından ötüb keçəndən sonra o, hərəkətdə olduğu, yolun Gəndob istiqamətindəki hərəkət hissəsi üzərində iki nəfər şəxsin olduğunu görmüş, bu ani baş verdiyi üçün o, həmin şəxsləri vurmamaqdan ötrü heç bir tədbir görə bilməmiş, avtomobilin qabaq hissəsi ilə hər iki şəxsi hərəkətdə olduğu yolun Gəndob istiqamətindəki hərəkət hissəsi üzərində vurmuşdur. Bundan sonra avtomobili yolun sağ kənarına çəkib saxlayaraq dərhal avtomobildən düşüb vurduğu şəxslərə yaxınlaşmışdır. Həmin vaxt orada olan tanımadığı iki nəfər şəxslər də olmuş, o, vurduğu şəxslərə, Zərərçəkmiş şəxs və X9 yaxınlaşdıqda avtomobilin qabaq sağ tərəfinə dəyən İsmixan Məmmədovun xəsarət alsa da vəziyyətinin o qədər də ağır olmadığını, avtomobilin sol qabaq hissəsi ilə vurduğu piyada Çingiz Hacıyevin isə aldığı xəsarətlərdən vəziyyətinin ağır olduğunu görnüşdür. O, dərhal istifadəsində olan mobil telefonla zəng vurub hadisə yerinə təcili tibbi yardım çağırmış, təcili tibbi yardım avtomobili ilə hadisə yerinə gələn həkim briqadası ağır vəziyyətdə olan Çingiz Hacıyevi ilkin tibbi yardım üçün Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəsarət alan digər şəxs İsmixan Məmmədov və oradakı başqa tanımadığı şəxslər isə hadisə yerindən naməlum istiqamətə getmişlər. O, isə hadisə yerində qalmışdır. Bir qədər sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılan X6 orada öldüyü ona məlum olmuşdur. Daha sonra o, polis əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxışda iştirak etmişdir. Baş vermiş hadisədən peşmançılıq hissi keçirir və ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X13 göstərdi ki, zərərçəkmiş şəxs X13 onun qardaşı olmuşdur. 14 iyul 2020-ci il tarixdə saat 22:30 radələrində Xaçmaz rayonunun Qusarçay kəndində yaşadığı evdə olarkən qardaşı Çingiz Hacıyevin həmin gün saat 21 radələrində Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu Həsənqala kəndi ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri aldığı və Xaçmaz rayon mərkəzi xəstəxanasında olduğu məlum olmuş, məlumatı alan kimi dərhal xəstəxanaya getmişdir. Xəstəxanada qardaşının artıq dünyasını dəyişdiyi ona məlum olmuşdur. Sinradan ona məlum olmuşdur ki, 14 iyul 2020-ci il tarixdə saat 21:45 radələrində Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu Həsənqala kəndi ərazisindən keçən 44-cü kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi «YAZ 21093» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob istiqamətində hərəkətdə olarkən avtomobilin qabaq tərəfi ilə qardaşı X8 vurmuş, nəticədə qardaşı Çingiz Hacıyev ağır bədən xəsarətləri almış və həmin xəsarətlər səbəbindən də ölmüşdür. Təqsirləndirilən şəxs Baş vermiş hadisə ilə bağlı onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki,14 iyul 2020-ci il tarixdə saat 17 radələrində qardaşı Elman, dostları Elşən, Vüqar, Rəsulla birlikdə Gəndob-Yalama yolunun Xaçmaz rayonu Həsənqala kəndi ərazisindən keçən 44-cü kilometrində, yolun Yalama istiqamətində ağaclıq sahəyə pivə içməyə getmişlər. Həmin vaxt orada iki nəfər orta yaşlı kişi yeyib-içmiş, onları görən kimi öz süfrələrinə dəvət etmişlər. Onlar da həmin şəxslərin dəvətini qəbul edib onlarla birlikdə oturmuşlar. Tanışlıqdan sonra bilmişlər ki, həmin şəxslərdən birinin adı Mahir, digərinin adı Çingizdir. Həmin şəxslərin alıb gətirdiyi 0,7 litrlik arağı və onların gətirdiyi 5 litr pivəni birlikdə içdikdən sonra Mahir yenə araq lazım olduğunu bildirmiş və qardaşı Elmana on manat pul verib araq alıb gətirməsini xahiş etmişdir. Elman da orada olan dostu Rəsulla birlikdə gedib yaxınlıqdakı mağazadan bir şüşə 0,7 litrlik araq, bir şüşə 2 litrlik limonad alıb qayıtmışdır. Həmin araq və limonadı da birlikdə içmişlər. Buna baxmayaraq spirtli içkilər onlara o qədər də təsir etməmişdir. Amma sonradan Çingiz və Mahir tam sərxoş olmuş, təxminən bir saat birlikdə yeyib-içdikdən sonra dostu Vüqar getməli olduğunu bildirdikdə Çingiz Vüqara kobud söz demiş, bu zaman aralarında mübahisə baş vermiş, qardaşı Elman Vüqarı sakitləşdirib süfrəyə oturtmuşdur. Bir qədər sonra Mahir onları yola salmalarını xahiş etmiş və onlar oradan durub yola düzəlmişlər. Elşən, Vüqar, Rəsul və Mahir də bir qədər aralı məsafədə arxalarınca gəlmişlər. Həmin vaxt Çingiz dartınaraq əlindən çıxıb yolun hərəkət hissəsinə qaçmışdır. Onlar Çingizi çətinliklə də olsa tutub saxlamışlar ki, yoldan keçən avtomobillər onu vurmasın. Çingiz dayanmadan “mən şəhid olmaq istəyirəm” deyib yola tərəf qaçmağa can atmışdır. O ərəfədə yolun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə Yalama istiqamətindən «VAZ 2109» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmiş, avtomobil yaxınlaşan vaxt Çingiz əllərindən çıxmışdır. «VAZ 2109» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə yolda təhlükə olması ilə bağlı Elman əllərini yelləyərək işarə etsə də, sürücü avtomobilin sürətini nisbətən azalda bilmiş, Çingiz yolun Gəndob istiqamətindəki hərəkət hissəsi üzərində olarkən həmin «VAZ 2109» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görüb dayanmışdır. O, Çingizə arxadan çatıb əl ataraq onu yoldan dartmaqla çıxartmaq istəyərkən Yalama istiqamətindən gələn «VAZ-2109» markalı **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobilin Çingizi vuracağını görüb qorunmaq məqsədi ilə özünü yolun Gəndob istiqamətində nisbətən sağ tərəfinə atmışdır. Sonradan adını bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-2109» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə yolun Gəndob istiqamətindəki hərəkət hissəsi üzərində dayanmış olan piyada Çingiz Hacıyevi və avtomobilin qabaq sağ tərəfi ilə isə onu vurmuşdur. Bundan sonra avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili yolun sağ kənarına çəkib saxlayaraq dərhal avtomobildən düşüb Çingizlə ona yaxınlaşmış, onların hər ikisinin xəsarət aldığını görüb mobil telefonu ilə zəng vurub hadisə yerinə təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım avtomobili ilə hadisə yerinə gələn həkim briqadası daha ağır vəziyyətdə olan Çingiz Hacıyevi ilkin tibbi yardım üçün Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışdır. Onu isə qardaşı Elman dostları ilə birlikdə köməkləşib ora gəldikləri at arabasına qoyub Xaçmaz rayonu Bostançı kəndinə yaşadığı evə aparmışlar. Sonradan eşitmişdir ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan Qusarçay kənd sakini Çingiz Hacıyev orada ölmüşdür. Onu isə müayinə və müalicə üçün 16 iyul 2020-ci il tarixdə Xudat şəhər xəstəxanasına aparmışlar, orada ona lazımi tibbi yardım göstərilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, 14 iyul 2020- ci il tarixdə saat 17 radələrində qardaşı İsimxan, dostları Elşən, Vüqar, Rəsulla birlikdə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Həsənqala kəndi ərazisindən keçən 44-cü kilometrində, yolun Yalama istiqamətində ağaclıq sahəyə pivə içməyə getmişlər. Həmin vaxt orada iki nəfər orta yaşlı kişi yeyib-içmiş və onları görən kimi öz süfrələrinə dəvət etmişlər. Onlar da həmin şəxslərin dəvətini qəbul edib birlikdə oturmuşlar. Tanışlıqdan sonra bilmişlər ki, həmin şəxslərdən birinin adı Mahir, digərinin adı Çingizdir. Həmin şəxslərin alıb gətirdiyi 0,7 litrlik arağı və onların gətirdikləri 5 litr pivəni birlikdə içmişlər. Araq qurtarandan sonra Mahir yenə araq lazım olduğunu bildirmiş və ona on manat pul verib araq alıb gətirməsini xahiş etmişdir. O, da dostu Rəsulla birlikdə gedib yaxınlıqdakı mağazadan bir şüşə 0,7 litrlik araq, bir şüşə 2 litrlik limonad alıb qayıtmışlar. Həmin araq və limonadı da birlikdə içmişlər. Buna baxmayaraq spirtli içkilər onlara o qədər də təsir etməmişdir. Amma sonradan Çingiz və Mahir sərxoş olmuşlar. Təxminən bir saat birlikdə yeyib- içdikdən sonra dostu Vüqar getməli olduğunu bildirdikdə Çingiz Vüqara kobud söz demiş, mübahisə yaranacağını gördükdə o, Vüqarı sakitləşdirərək süfrəyə otuzdurmuşdur. Sonradan Mahir onlardan yoldan keçən bir avtomobil saxlayıb Xaçmaz rayonunun Qusarçay kəndinə yola salmalarını xahiş etmiş və onlar oradan durub piyada yola çıxmışlar. Elşən, Vüqar, Rəsul və Mahir də bir qədər aralı məsafədə arxasınca gəlmişlər. Elə həmin vaxt Çingiz dartınaraq əllərindən çıxıb yolun hərəkət hissəsinə qaçmışdır. Onlar Çingizi çətinliklə də olsa tutub saxlamışlar ki, yoldan keçən avtomobillər onu vurmasın. Çingiz dayanmadan “mən şəhid olmaq istəyirəm” deyib yola tərəf qaçmağa can atmışdır. O ərəfədə yolun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə Yalama istiqamətindən «VAZ 2109» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. Avtomobil yaxınlaşan vaxt Çingiz əllərindən çıxmışdır. «VAZ 2109» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə yolda təhlükə olması ilə bağlı o, əllərini yellədərək işarə etsə də, sürücü avtomobilin sürətini nisbətən azalda bilmişdir. Çingiz yolun Gəndob istiqamətindəki hərəkət hissəsi üzərində olarkən «VAZ 2109» markalı avtomobilin gəldiyini görüb dayanmışdır. İsimxan Çingizə arxadan çatıb əl ataraq onu yoldan dartmaqla çıxartmaq istədiyi anda həmin avtomobilin Çingizi vuracağını görüb qorunmaq məqsədi ilə özünü yolun Gəndob istiqamətində nisbətən sağ tərəfinə doğru atmışdır. Lakin buna baxmayaraq avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə yolun hərəkət hissəsi üzərində dayanmış Çingiz Hacıyevi və avtomobilin qabaq sağ tərəfi ilə isə qardaşı Zərərçəkmiş şəxs vurmuşdur. Bundan sonra sürücü Təqsirləndirilən şəxs avtomobili yolun sağ kənarına çəkib saxlayaraq dərhal avtomobildən düşüb İsimxanla Çingizə yaxınlaşmış, piyadaların xəsarət aldıqlarını görüb avtomobilindən mobil telefonunu gətirərək öz mobil telefonu ilə zəng vurub hadisə yerinə təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım avtomobili ilə hadisə yerinə gələn həkim briqadası daha ağır vəziyyətdə olan Çingiz Hacıyevi ilkin tibbi yardım üçün Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışdır. Qardaşı İsimxanın isə xəsarətləri nisbətən yüngül olduğu üçün o, oradakı dostları ilə birlikdə köməkləşib İsimxanı ora gəldiyi at arabası ilə Xaçmaz rayonunun Bostançı kəndinə yaşadığı ünvana aparmışdır. İsimxan sağ ayağından xəsarət almışdır. Sonradan eşitmişdir ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan Xaçmaz rayonu Qusarçay kənd sakini X13 orada ölmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2, Şahid4 və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İbdidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid1 göstərmişdir ki, 14 iyul 2020-ci il tarixdə saat 17 radələrində tanışı X13 ilə Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində görüşmüş, Çingiz ona birlikdə yeyib-içməyi təklif etmişdir. O, razılıq verdikdən sonra Qusarçay kəndi ərazisində yerləşən “Oba” marketə gedib bir ədəd qarpız, bir ədəd çörək, 300 qram kolbasa, bir şüşə 0,7 litrlik araq almışlar. Marketdən çıxıb markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi bir taksi ilə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Həsənqala kəndi ərazisindən keçən 44-cü kilometrinə gələrək yoldan sağ tərəfə doğru bir neçə metr aralı məsafədəki ağaclıq sahədə oturub yeyib-içməyə başlamışlar. Yenicə oturmuşlar ki, onların yaxınlığına 20-25 yaşlarında olan, beş nəfər cavan oğlan gəlmişdir. Əllərində pivə olduğunu gördüyü üçün onların pivə içməyə gəldiklərini bilmişdir. Çingiz onları görüb birlikdə yeyib-içməyə dəvət etmiş, onlar da yaxınlaşıb birlikdə oturaraq yeyibiçməyə başlamışlar. Onlar yeddi nəfər birlikdə aldıqları 0,7 litrlik arağı içib qurtardıqdan sonra cavan oğlanların alıb gətirdiyi 5 litr pivəni birlikdə içmişlər. Araq qurtarandan sonra o, yenə araq lazım olduğunu deyərək onlarla oturan oğlanlardan birinə on manat pulu uzadıb araq alıb gətirməsini xahiş etmişdir. O, da uşaqlardan birini götürüb getmiş, bir neçə dəqiqədən sonra yaxınlıqdakı mağazadan bir şüşə 0,7 litrlik araq, bir şüşə 2 litrlik limonad alıb qayıtmışlar. Həmin araq və limonadı da birlikdə içmişlər. Buna baxmayaraq spirtli içkilər cavan oğlanlara o qədər də təsir etməmişdir. Amma Çingizlə o, tam sərxoş vəziyyətdə olmuşlar. Təxminən bir saat birlikdə yeyib-içdikdən sonra uşaqlardan biri getməli olduğunu bildirdikdə Çingiz ona demişdir ki, yeyib-içmək yekunlaşmamış heç kəs heç yerə gedə bilməz. Həmin oğlan yenidən təkidlə «gedirəm» dedikdə Çingiz onu söymüş, lakin o və orada olan şəxslər onları dalaşmağa qoymamış və sakitləşdirərək süfrəyə otuzdurmuşlar. Sonra o, həmin şəxslərdən Çingizi yoldan keçən bir avtomobillə yaşadığı Xaçmaz rayonu Qusarçay kəndinə yola salmalarını xahiş etmiş və onlar oradan durub piyada yola düşmüşlər. O, da orda olan digər üç oğlanla birlikdə bir qədər aralı məsafədə Çingizgilin arxasınca getmişdir. Həmin vaxt Çingiz dartınaraq uşaqların əlindən çıxıb yolun hərəkət hissəsinə qaçmışdır. Onlar Çingizi çətinliklə də olsa tutub saxlamışlar. Çingiz dayanmadan “mən şəhid olmaq istəyirəm” deyib yola tərəf qaçmaq istəmişdir. Bu zaman yolun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə Yalama istiqamətindən «VAZ 2109» markalı avtomobil gəlmiş, avtomobil yaxınlaşan vaxt Çingiz uşaqların əlindən çıxmışdır. «VAZ 2109» markalı avtomobilin sürücüsünə yolda təhlükə olması ilə bağlı Elman əllərini yellədərək işarə etmiş, sürücü avtomobilin sürətini azaltsa da avtomobili dayandırmamışdır. Çingiz yolun Gəndob istiqamətindəki hərəkət hissəsi üzərində olarkən həmin «VAZ 2109» markalı avtomobilin gəldiyini görüb dayanmışdır. Çingizin yanında olan İsmixan Çingizə arxadan çatıb əl ataraq onu yoldan dartmaqla çıxartmaq istədiyi anda «VAZ-2109» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin Çingizi də, onu da vuracağını görüb qorunmaq məqsədi ilə özünü yolun sağ tərəfmə doğru atmışdır. «VAZ- 2109» markalı avtomobilin qabaq sol hissəsi yolun hərəkət hissəsi üzərində olan Çingizə, qabaq sağ tərəfi isə Çingizi tutmaq istəyən İsmixana dəymişdir. Zərbənin təsirindən onlar hər ikisi yerə yıxılmışlar. Bundan sonra həmin avtomobilin sürücüsü Ənvər idarə etdiyi avtomobili yolun sağ kənarına çəkib saxlayaraq dərhal avtomobildən düşüb avtomobillə vurduğu şəxslərə yaxınlaşmış, hər iki şəxsin müxtəlif bədən xəsarətləri aldığını görüb avtomobilindən mobil telefonunu gətirərək öz mobil telefonu ilə zəng vurub hadisə yerinə təcili tibbi yardım çağırmışdr. Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə ağır vəziyyətdə olan Çingizi xəstəxanaya aparmışlar. Çingiz xəstəxanaya aparılandan sonra sürücü Ənvər, digər xəsarət alan şəxs, hadisədən əvvəl yeyib-içdiyi uşaqlar hadisə yerində qalsa da o, sərxoş vəziyyətdə olduğu və özünü idarə edə bilmədiyi üçün yoldan keçən tanımadığı bir taksi ilə Xudat şəhərində müvəqqəti yaşadığı motelə gedib yatmışdır. Səhər bilmişdir ki, Çingiz xəstəxanaya çatdırılanda aldığı xəsrətlər nəticəsində ölmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid6 qızı göstərdi ki, 14 iyul 2020-ci il tarixdə saat 21:45 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 21093» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndab-Yalama avtomobil yolunun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə 50-60 km/saat sürətlə düzünə hərəkətdə olarkən o, arxa oturacağın sol tərəfində, Yeganə adlı qadın isə arxa oturacağın sağ tərəfində əyləşmişdir. Hava qaranlıq olmuş, yolun Xaçmaz rayonu Həsənqala kəndi ərazisindən keçən hissəsində yolun Gəndob istiqamətindəki hərəkət hissəsi üzərində iki nəfər kişinin olduğunu görmüşlər. Sürücü Təqsirləndirilən şəxs həmin şəxsləri vurmamaqdan ötrü heç bir tədbir görə bilməmiş, avtomobilin qabaq hissəsi ilə hər iki şəxsi hərəkətdə olduğu yolun Gəndob istiqamətindəki hərəkət hissəsi üzərində vurmuşdur. Bundan sonra sürücü Təqsirləndirilən şəxs avtomobili yolun sağ kənarına çəkib saxlayaraq dərhal avtomobildən düşüb vurduğu şəxslərə yaxınlaşmışdır. Onlar isə avtomobildən düşməmişlər. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs həyəcanlı halda avtomobilə yaxınlaşıb qabaq sol qapını açaraq təcili tibbi yardıma zəng vurmaq üçün mobil telefonunu avtomobildən götürmüş və onlara Xaçmaza gedə bilməyəcəyini deyib avtomobildən uzaqlaşmışdır. Bundan sonra onlar avtomobildən düşüb yoldan keçən başqa bir minik avtomobili ilə Xaçmaz şəhərinə getmişlər. Təqsirləndirilən şəxs isə hadisə yerində qalmışdır. Sonradan sürücü Təqsirləndirilən şəxs avtomobillə vurduğu piyadalardan biri- Xaçmaz rayonu Qusarçay kənd sakini X6 Xaçmaz rayon mərkəzi xəstəxanasında öldüyü, digər piyada Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri aldığı ona məlum olmuşdur. İbdidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid7 eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə 14 iyul 2020-ci il tarixli protokoldan və əlavə edilmiş hadisə yerinin sxemi və fotoşəkillərdən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi yeri yaşayış məntəqəsi daxilində olmamaqla sürət məhdudiyyəti 90 km/saat nəzərdə tutlmuşdur. Yolun hərəkət hissəsi düz, asfalt örtüklü olmaqla qurudur. Yol örtüyünün eni 7,1 metr, hərəkət zolaqlarının sayı 2-dir, hərəkət hissəsinin eni 3,55 metrdir.Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa qırırq-qırıq nişanlama xətti yolu Gəndob-Yalama istiqamətlərinə ayırır. Hərəkət hissəyə sağdan və soldan 2,2 metr enində ehtiyat hissə birləşir. Hadisə yerində 2 nəfər piyada vurulmuş, piyadalardan biri gəndov istiqamətində sol kənarından sağına doğru 4,4 metrlik məsafədə vurulmuşdur. Birinci piyada yolun Gəndob istiqamətinə hərəkət hissəsinin sol kənarından sağına doğru 5,5 metrlik məsafədə vurulmuşdur. Hər kik piyada hadisədən əvvəl yolun Gəndob istiqamətinə solundan sağına doğru düzünə hərəkətdə olmuşlar. Hadisə yerində şinlərin və tormozlama izləri yoxdur. “Vaz-21093” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil Gəndob istiqamətinə hərəkətdə olmuşdur. Nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri yoxdur. İş materiallarında olan Məhkəmə tibbi ekspertizasının 31 iyul 2020-ci il tarixli 37 nömrəli rəyindən görünür ki, X6 bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşahidə olunmuş sağ təpə-gicgah nahiyəsinin cırılmış yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya sol bud sümüyünün, burunun qapalı sınıqları və üst çənə dişlərinin sınıqları dərəcəsimə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, üst dodağın selikli qişasının cırılmış yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, alın, burun, sağ tərəf sifət, sağ gözün alt qapaq, alt çənə, sağ çiyin, hər iki baldır nahiyələrinin sıyrıqları isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi ətyin edilmir. Göstərilən xəsarətlər həyati olub, 14.07.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Ölümünə səbəb baş beyinin əzilməsi, beyin toxuma və mədəciklərinə qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 10-12 saat əvvələ uyğun gəlir. Ç.A.Hacıyevin meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində - 0,45 %0-li qatılıqda etil spirti aşkar edilmişdir ki, bu da obyektin (qanın) çürüməsi ilə nisbi hesab edilir. İş materiallarında olan Məhkəmə tibbi ekspertizasının 26.11.2020-ci il tarixli 1435 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərsağ baldırın, dizin və pəncənin sıyrılmış yaraları, sağ diz oynağının ön və arxa çarpaz bağların cırılması və lateral meniskin 3-cü dərəcəli yırtığı bərk küt əşya (əşyaların) tərəfindən yaranmışlar, 14.07.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 30 noyabr 2020-ci il tarixli, 8/2154 nömrəli rəyindən görünür ki, “VAZ-21093” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 14 iyul 2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan DİN BDYPİ Qİİ tərəfindən verilmiş 20.11.2020-ci il tarixli, 016-109976-1220 nömrəli məktubdan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 02.05.2018-ci il tarixdə AC seriyalı 121576 nömrəli «B» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindın verilmiş 17 dekabr 2020-ci il tarixli, 798 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Natəvan küçəsi 27 A saylı evin 2 saylı mənzilində yaşayır. Ailə tərkibi 1964-cü il təvəllüdlü arvadı X4 və 1992-ci il təvəllüdlü qızı X1 ibarətdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 14 iyul 2020-ci ildə saat 21:45 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21093 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama yolunun Xaçmaz rayonu Həsənqala kəndi ərazisindən keçən 44-cü kilometrində, Gəndob istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, hərəkəti istiqamətində yolun sol kənarından hərəkət hissəsinə daxil olaraq sağma doğru sərxoş vəziyyətdə keçərkən dayanan piyada X8 avtomobilin qabaq sol hissəsi ilə və onun arxasınca gələrək qəzadan yayınmaq məqsədilə özünü yolun Gəndob istiqamətində nisbətən sağma doğru çəkən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ tərəfi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Çingiz Hacıyevin baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşahidə olunmuş sağ təpə-gicgah nahiyəsinin cırılmış yarası, üst dodağın selikli qişasının cırılmış yarası, alın, burun, sağ tərəf sifət, sağ gözün alt qapaq, alt çənə, sağ çiyin, hər iki baldır nahiyələrinin sıyrıqları, burun, üst çənə dişləri və sol bud sümüyünün sınıqları kimi dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə, Zərərçəkmiş şəxs sağ baldırın, dizin və pəncənin sıyrılmış yaraları, sağ diz oynağının ön və arxa çarpaz bağlarının cırılması və lateral meniskin 3-cü dərəcəli yırtığı kimi dərəcəsinə görə, səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hər tərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsüf olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslə razılıq əldə etməklə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını Məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. İş üzrə maddi sübut hesab edilmiş “VAZ 21093” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 100 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Əsas cəzasını Məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli Məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının xərci olan 100 (bir yüz) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-40/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-40/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver