Məhkəmə qərarları › İş №1(067)-40/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-40/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-40/2022 20.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz şəhəri R.Behbudov küçəsi ev 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 4,175 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, bu fakt 12 oktyabr 2021-ci il tarixdə o, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz-Niyazabad yolunun kənarında yerləşən «Ulduz» marketin qarşısında saxlanılaraq PŞ-nə dəvət edilmiş və Xaçmaz şəhəri H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz RPŞ-nin inzibati binasında saat 19:45-20:00 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan paketin içərisində 09 ədəd kağız kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,432 qram, 0,423 qram, 0,419 qram, 0,450 qram, 0,463 qram, 0,432 qram, 0,445 qram, 0,611 qram və 0,500 qram olmaqla ümumilikdə 4,175 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, özünü narkotik vasitələrin satışında təqsirli bilmir, yalnız narkotik vasitərlərin qanunsuz istifadə etməsində özünü təqsirli bilir. Anket məlumatında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləməsə də, fərdi qaydada toyuq-cücə alveri ilə məşğul olur, mütəmadi olaraq Siyəzən rayonuna gedib oradan toyuq-cücə, yumurta alır və gətirib Xaçmaz rayonunda satır. Gətirdiyi toyuqları Xaçmaz rayonunda Niyazabad kənd yolunda yeni planlar adlanan ərazidə yerləşməklə qardaşına məxsus evin həyətində saxlayır. Əvvəllər bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyindən, marixuananın zahiri görünüşünə görə nə cür olduğunu bilir. Təxminən 2-3 ay əvvəl toyuq-cücə alıb gətirmək məqsədi ilə özünə məxsus VAZ-2104 markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən rayonuna gedərkən Şabran rayonu Ağalıq kəndinin yaxınlığında yerləşən «konstitusiya meşəsi» adlanan ərazidə “yüngül” tələbatını ödəmək üçün avtombili saxlamış və avtomobildən enib yolun sol tərəfinə, meşəlik sahəyə girmişdir. Meşəlik ərazidə “yüngül” tələbatını ödəyərkən orada yabanı halda bitməklə tam yetişmiş vəziyyətdə olan bir ədəd çətənə kolunun olduğunu görmüş və onun gül hissəsini qoparıb özü ilə götürmüşdür. Bundan sonra meşədən çıxıb avtomobilinə oturmuş və Siyəzən rayonuna gedərək toyuq-cücə alıb geri qayıtmışdır. Geri qayıtdıqdan sonra həmin çətənə kolunun gülündən bir istifadəlik düzəldib qəbul etmiş, qalan hissəsini isə bir ədəd şəffaf sellofana qoyub yaşadığı evin həyətində, divarın dibində gizlətmiş və bir müddət həmin marixuanadan götürüb istifadə etmişdir. 12 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində həyətdən həmin marixuananı götürüb hissələrə bölüb kağız bükümlərə yığaraq sellofana qoymuş və marixuananı bükümlərə ayıran zaman onların içərisindən 5 ədəd toxum çıxmışdır. O, marixuananı ümumilikdə 09 ədəd kağız bükümlərə böləndən sonra 5 ədəd toxumu da əlavə olaraq bir ədəd kağıza bükmüş və həmin bükümlərin hamısını bir ədəd şəffaf sellofan paketə yığaraq əynindəki şalvarın sol cibinə qoymuşdur. Bundan sonra evdən çıxmış və qardaşıgilə, yəni toyuqları saxladıqları yerə doğru gedərkən Xaçmaz- Niyazabad yolunda, «Ulduz» marketin yanında polis əməkdaşları yaxınlaşaraq ona üzərində narkotik vasitə olması barədə məlumat əldə etdiklərini demiş və onlarla birlikdə şöbəyə gəlmək lazım olduğunu bildirmişlər. O, polis işçilərinin artıq hər şeydən xəbərdar olduğunu düşünmüş və buna görə etiraz etmədən onlarla birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Şöbəyə gəldikdən sonra ona müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, əynindəki şalvarın sol yan cibində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana və 05 ədəd çətənə toxumu bükümləri olan bir ədəd şəffaf sellofan paketi, 01 ədəd avtomobil açarını və şalvarın sağ cibindən isə özünə məxsus 01 ədəd «Xiaomi» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşlarının sorğularına cavab verərkən sellofan torbadakı bükümlərdə narkotik vasitə marixuana olduğunu bildirmiş, polis əməkdaşları tərəfindən həmin bükümlər açılaraq baxılmış, onlardan 9 ədədinin içərisində narkotik vasitə marixuana, bir ədədinin içərisində isə 5 ədəd çətənə toxum aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üstü axtarılmış, lakin üstündən başqa heç nə aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən onun təqdim etdiyi içərilərində marixuana və çətənə toxumu olan kağız bükümlər bir ədəd zərfə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş, iştirakçılar, o cümlədən onun özü tərəfindən protokolun doğruluğu və narkotik vasitə marixuananın qablaşdırıldığı zərfin tamlığı imzalanmaqla təsdiq edilmişdir. Bir ədəd avtomobil açarı onun özünə qaytarılsa da, ona məxsus mobil telefon da müstəntiq tərəfindən götürülmüşdür. O, həmçinin göstərmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç kimə o cümlədən Xaçmaz rayonu Qobu-qıraq kəndində yaşayan tanışı Şahid6 narkotik vasitə satmamış, narkotik vasitə qurudulmuş marixuanadan bir hissəsini Şahid6 versə də, bunun müqabilində ondan pul almamışdır. Üzərindən aşkar edilərək götürülmüş həmin bükümləri normaya uyğun olaraq ayrı-ayrı bükümlərə bükərək saxlamaqda məqsədi həmin vasitələri özü üçün istifadə etmək olmuşdur, narkotik vasitələri satmaq kimi bir fikri olmadığını bildirmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qisimində dindirilən Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru Şahid5 ifadəsində göstərmişdir ki, 12 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X4 ona qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması, daşıması və satması ilə məşğul olduğuna görə şübhəli şəxs qismində ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçiriləcəyini və həmin prosesin görüntülərini videoçəkiliş vasitəsi ilə qeydə almaq lazım olduğunu demişdir. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması, daşıması və satması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması və onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü Xaçmaz RPŞnin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Xababa oğlu tərəfindən müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupunun yaradılması, NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 qrupun tərkibinə daxil edilməsi ona məlum olmuşdur. X7 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah ediləndən və Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 şöbəyə dəvət edilərək ona təqdim olunandan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda, daşımaqda və satışı ilə məşğul olmaqda şübhəli olduğu üçün Xaçmaz RPŞ-nə gətirildiyi, videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üstündə narkotik vasitə olub-olmaması suruşulmaqla ona üstündə nə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyib əynindəki şalvarın sol yan cibindən içərisində kağız bükümlər olan 01 ədəd şəffaf sellofan paket, 01 ədəd açar və şalvarın sağ yan cibindən isə 01 ədəd «Redmi Note 8» markalı mobil telefon çıxarıb masanın üstünə qoymuş və onlardan başqa üzərində heç nə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü axtarılmış, lakin axtarış zamanı onun üstündən başqa heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketdəki bükülülərin içərisində nə olduğu soruşulduqda o, bükülülərin içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kağız bükümlər olan sellofan paket açıldıqda onun içərisində 10 ədəd kağız bükülü olduğu müəyyən edilmiş və həmin kağız bükülülər bir-bir açılaraq masanın üzərinə düzülmüşdür. Bükülülərdən 09 ədədinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, spesifik qoxuya malik bitki kütləsinin, 01 ədədinin içərisində isə 05 ədəd toxumun olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs toxumların hansı növ bitkilərə aid olması soruşulduqda o, həmin toxumların marixuana bitkisinin toxumları olduğunu bildirmişdir. Ondan həmin toxumları və narkotik vasitə marixuanaya bənzər bitki kütlələrini haradan əldə etməsi soruşulduqda o, həmin marixuanaya bənzər kütlələri və toxumları təxminən 2-3 ay əvvəl əldə etdiyini bildirsə də, bununla bağlı verilmiş digər suallara cavab verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərilərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan 09 ədəd kağız kəsiyi bükümü və içərisində 05 ədəd toxum olan 01 ədəd kağız kəsiyi bükümü 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri Təqsirləndirilən şəxs, həmçinin digər iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd «Redmi Note 8» markalı mobil telefon və içərilərində narkotik vasitə marixuanaya bənzər kütlələr və toxumlar olan bükülülərin qablaşdırıldığı 01 ədəd kağız zərf götürülmüş, 01 ədəd açar isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Faktla bağlı X7 tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi prosesinin videogörüntüləri əvvəldən axıra kimi onun tərəfindən videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxslə bağlı əməliyyat tədbirləri başa çatandan sonra X7 tərəfindən Təqsirləndirilən şəxs məxsus mobil telefona keçirilmiş baxış zamanı onun 10 oktyabr 2021-ci il tarixdə Xaçmaz rayonu Qobu-qıraq kənd sakini Mövlüd adlı şəxsə narkotik vasitə satması müəyyən edildiyindən Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4 tərəfindən Xaçmaz rayonu Qobu-qıraq kəndində yaşayan Mövlüd adlı şəxsin Şahid6 olması müəyyən edilərək o, 14 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində Xaçmaz RPŞ-nə gətirilmişdir. Şöbəyə gətirildikdən sonra müstəntiq tərəfindən Şahid6 qanunsuz olaraq narkotik vasitələrin alqı-satqısında və qəbul edilməsində şübhəli olduğuna görə Xaçmaz RPŞ-nə dəvət olunduğu və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunmuşdur. Hüquqlarının qorunmasından ötrü Xaçmaz rayon Vəkil Bürosunun vəkili X1 RPŞ-nə dəvət edilərək Şahid6 təqdim olunmuş və şəxsi axtarışın görüntülərinin videoçəkiliş vasitəsi ilə qeydə alınması ona həvalə edilmişdir. Bundan sonra Şahid6 üstünə şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarışa başlanılmamışdan əvvəl Şahid6 üstündə narkotik vasitə və ya gəzdirilməsi qanunla qadağan olunmuş əşyalar olub-olmaması soruşulmuş, o, üstündə narkotik vasitə olmadığını bildirmişdir. Ona üstündə olan əşyaları çıxarıb təqdim etməsi təklif olunanda o, əynindəki şalvarın sol yan cibindən 01 ədəd rəngli kağız bükülüsü, idman gödəkçəsinin sol yan cibindən pul, həmin gödəkçənin sol tərəf içəri qoltuq cibindən 01 ədəd qatlanmış kağız, şalvarının arxa sol cibindən isə 01 ədəd cib dəsmalı və 01 ədəd kiçik ölçülü kağız bükülü çıxarıb masanın üstünə qoymuşdur. Şahid6 təqdim etdiyi rəngli kağız bükülü açıldıqda onun içərisində saqqız, kiçik ölçülü kağız bükülü açıldıqda içərisində 01 ədəd kiçik ölçülü mikro yaddaş kartı, pulların 02 ədəd 1 manatlıq və 02 ədəd 5 manatlıq əskinaslardan ibarət olmaqla ümumilikdə 12 manat məbləğində pul, qatlanmış kağız açıldıqda isə onun Şahid6 aid «Covid-19» vaksinasiyası üzrə məlumat forması olduğu müəyyən edilmişdir. Bundan sonra Şahid6 üstü axtarılmış, lakin onun üstündən narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. Şahid6 narkotik vasitələrdən istifadə edib-etməməsi, Təqsirləndirilən şəxs tanıyıb-tanımaması və ondan narkotik vasitə alıb-almaması soruşulduqda o, narkotik vasitədən istifadə etdiyini, Təqsirləndirilən şəxs tanıdığını və ondan şəxsi istifadəsi üçün narkotik vasitə aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni nə vaxt, harada və hansı qiymətə əldə etdiyi soruşulduqda isə o, Təqsirləndirilən şəxs sonuncu dəfə 2021-ci ilin oktyabr ayının 9u və ya 10-da Xaçmaz rayonu Qobu-Qıraq kəndində narkotik vasitə qurudulmuş marixuana aldığını, lakin həmin narkotik vasitəni hansı qiymətə aldığını xatırlamadığını, əvvəllər də iki-üç dəfə Fəqandan bükümü 10 manatdan narkotik vasitə qurudulmuş marixuana alıb istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən heç nə götürülməmiş və təqdim etdiyi içərisində saqqız olan kağız bükülü, içərisində 01 ədəd kiçik ölçülü mikro yaddaş kartı olan kağız bükülü, 12 manat məbləğində pul və «Covid-19» vaksinasiyası üzrə məlumat forması Şahid6 özünə qaytarılmışdır. Bununla bağlı protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar‘tərəfindən imzalanmışdır. Şahid6 üstünə axtarış keçirilməsi prosesinin video görüntüləri onun tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmış, sonradan Təqsirləndirilən şəxs və Şahid6 üstlərinə şəxsi axtarış keçirilməsi prosesinin videogörüntülərini 02 ədəd ay-ayrı CD disklərə köçürüb cinayət işinin materiallarına əlavə olunmasından ötrü Xaçmaz RPŞ-nin İB-nə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 göstərdi ki, 12 oktyabr 2021-ci il tarixdə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması, daşıması və satışı ilə məşğul olması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə raportla şöbə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 qrupun tərkibinə daxil edilmiş və bundan sonra onlar Xaçmaz şəhəri ərazisində müşahidələr aparmaqla Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinə başlamışlar. Həmin gün saat 18:10 radələrində Təqsirləndirilən şəxs Xaçmaz- Niyazabad yolunun kənarında yerləşən «Ulduz» marketin qarşısında olduğunu müşahidə edib ona yaxınlaşmış, özlərini təqdim edəndən sonra qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda, daşımaqda və satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onlarla birlikdə Xaçmaz RPŞ-nə gəlməsini təklif etmişlər. O, etiraz etməyib onlarla birlikdə şöbəyə gəlmiş və o, bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X3 həvalə olunduğundan onun tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilmişdir. Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 şöbəyə dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunandan və keçiriləcək şəxsi axtarışın görüntülərinin videoçəkiliş vasitəsi ilə qeydə alınması Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru Şahid5 həvalə ediləndən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda, daşımaqda və satışı ilə məşğul olmaqda şübhəli olduğu üçün Xaçmaz RPŞnə gətirildiyi, videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üstündə narkotik vasitə olub-olmaması suruşulmaqla ona üstündə nə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyib əynindəki şalvarın sol yan cibindən içərisində kağız bükümlər olan 01 ədəd şəffaf sellofan paket, 01 ədəd açar və şalvarın sağ yan cibindən isə 01 ədəd «Redmi Note 8» markalı mobil telefon çıxarıb masanın üstünə qoymuş və onlardan başqa üzərində heç nə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü axtarılmış, lakin axtarış zamanı onun üstündən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketdəki bükülülərin içərisində nə olduğu soruşulduqda o, bükülülərin içərisində narkotik vasitə marixuana olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kağız bükümlər olan sellofan paket açılmış və onun içərisində 10 ədəd kağız bükülü olduğu müəyyən edilmişdir. Daha sonra həmin kağız bükülülər bir-bir açılaraq masanın üzərinə düzülmüş, bükülülərdən 09 ədədinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, spesifik qoxuya malik bitki kütləsinin, 01 ədədinin içərisində isə 05 ədəd toxumun olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs toxumların hansı növ bitkilərə aid olması soruşulduqda o, həmin toxumların marixuana bitkisinin toxumları olduğunu bildirmişdir. Ondan həmin toxumları və narkotik vasitə marixuanaya bənzər bitki kütlələrini haradan əldə etməsi soruşulduqda o, həmin marixuanaya bənzər kütlələri və toxumları təxminən 2-3 ay əvvəl əldə etdiyini bildirsə də, bununla bağlı verilmiş digər suallara cavab verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərilərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan 09 ədəd kağız kəsiyi bükümü və içərisində 05 ədəd toxum olan 01 ədəd kağız kəsiyi bükümü 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri Təqsirləndirilən şəxs, həmçinin digər iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd «Redmi Note 8» markalı mobil telefon və içərilərində narkotik vasitə marixuanaya bənzər kütlələr və toxumlar olan bükülülərin qablaşdırıldığı 01 ədəd kağız zərf götürülmüş, 01 ədəd açar isə iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi Şahid5 tərəfindən video kamera vasitəsi ilə qeydə alınmış və faktla bağlı X7 tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunandan sonra iştirakçılar tərəfindən imzalanmışdır. X7 tərəfindən Təqsirləndirilən şəxs məxsus olmaqla şəxsi axtarış zamanı götürülmüş «Redmi Note 8» markalı mobil telefona baxış keçirilməsi nəticəsində Təqsirləndirilən şəxs Xaçmaz rayonu Qobu-qıraq kənd sakini Şahid6 narkotik vasitə satmasının müəyyən edilməsi, bundan sonra 14 oktyabr 2021- ci il tarixdə Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4 tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid6 müəyyən edilərək Xaçmaz RPŞ-nə gətirilməsi, sorğu-sual zamanı onun bir neçə dəfə şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana aldığını, sonuncu dəfə isə 10 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 10 manat pula bir büküm narkotik vasitə qurudulmuş marixuana alaraq istifadə etdiyini etiraf etməsi sonradan ona məlum olmuşdur. Lakin şəxsən özü Şahid6la bağlı keçirilmiş tədbirdə iştirak etmədiyindən bu barədə ətraflı məlumatı yoxdur. Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 iş üzrə məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 göstərdi ki, 12 oktyabr 2021-ci il tarixdə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması, daşıması və satması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupunun yaradılması, bundan sonra həmin gün Təqsirləndirilən şəxs müəyyən edilərək Xaçmaz RPŞ-nə gətirilməsi, videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçirilməsi, şəxsi axtarış zamanı üstündən 09 bükümdə narkotik vasitə qurudulmuş marixuana və 01 bükümdə isə 05 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarının aşkar edilərək götürülməsi barədə məlumatı olmuşdur. Lakin şəxsən özü Təqsirləndirilən şəxslə bağlı keçirilmiş tədbirdə iştirak etməmişdir. Təqsirləndirilən şəxslə bağlı əməliyyat tədbirləri başa çatandan sonra Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X4 tərəfindən Təqsirləndirilən şəxs məxsus mobil telefona keçirilmiş baxış zamanı onun 10 oktyabr 2021-ci il tarixdə Xaçmaz rayonu Qobu-qıraq kənd sakini Mövlüd adlı şəxsə narkotik vasitə satması müəyyən edildiyindən Mövlüd adlı şəxsin müəyyən edilməsi və Xaçmaz RPŞ-nə gətirilməsi istiqamətində əməliyyat tədbirlərinin davam etdirilməsi Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4 ilə ona həvalə olunmuşdur. Mövlüd adlı şəxsin Xaçmaz rayonu Qobu-qıraq kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Şahid6 olması müəyyən edilmiş və o, 14 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində yaşadığı Xaçmaz rayonu Qobu-qıraq kəndində saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilmişdir. Şöbəyə gətirildikdən sonra müstəntiq tərəfindən Şahid6 qanunsuz olaraq narkotik vasitələrin alqı-satqısında və qəbul edilməsində şübhəli olduğuna görə Xaçmaz RPŞ-nə dəvət olunduğu və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah olunmuşdur. Hüquqlarının qorunmasından ötrü Xaçmaz rayon Vəkil Bürosunun vəkili X1 RPŞ-nə dəvət edilərək Şahid6 təqdim olunmuş və şəxsi axtarışın görüntülərinin videoçəkiliş vasitəsi ilə qeydə alınması Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru Şahid5 həvalə edilmişdir. Bundan sonra Şahid6 üstünə şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarışa başlanılmamışdan əvvəl Şahid6 üstündə narkotik vasitə və ya gəzdirilməsi qanunla qadağan olunmuş əşyalar olub-olmaması soruşulmuşdur. Şahid6 üstündə narkotik vasitə olmadığını bildirmişdir. Ona üstündə olan əşyaları çıxarıb təqdim etməsi təklif olunanda o, əynindəki şalvarın sol yan cibindən 01 ədəd rəngli kağız bükülüsü, idman gödəkçəsinin sol yan cibindən pul, həmin gödəkçənin sol tərəf içəri qoltuq cibindən 01 ədəd qatlanmış kağız, şalvarının arxa sol cibindən isə 01 ədəd cib dəsmalı və 01 ədəd kiçik ölçülü kağız bükülü çıxarıb masanın üstünə qoymuşdur. Şahid6 təqdim etdiyi rəngli kağız bükülü açıldıqda onun içərisində saqqız, kiçik ölçülü kağız bükülü açıldıqda içərisində 01 ədəd kiçik ölçülü mikro yaddaş kartı, pulların 02 ədəd 1 manatlıq və 02 ədəd 5 manatlıq əskinaslardan ibarət olmaqla ümumilikdə 12 manat məbləğində pul, qatlanmış kağız açıldıqda isə onun Şahid6 aid «Covid-19» vaksinasiyası üzrə məlumat forması olduğu müəyyən edilmişdir. Bundan sonra Şahid6 üstü axtarılmış, lakin onun üstündən narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya aşkar edilməmişdir. Şahid6 narkotik vasitələrdən istifadə edibetməməsi, Təqsirləndirilən şəxs tanıyıb-tanımaması və ondan narkotik vasitə alıbalmaması soruşulduqda o, narkotik vasitədən istifadə etdiyini, Təqsirləndirilən şəxs tanıdığını və Fəqandan şəxsi istifadəsi üçün narkotik vasitə aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni nə vaxt, harada və hansı qiymətə əldə etdiyi soruşulduqda isə o, Təqsirləndirilən şəxs sonuncu dəfə 2021-ci ilin oktyabr ayının 9-u və ya 10-da Xaçmaz rayonu Qobu-Qıraq kəndində narkotik vasitə qurudulmuş marixuana aldığını, lakin həmin narkotik vasitəni hansı qiymətə aldığını xatırlamadığını, əvvəllər də iki-üç dəfə Fəqandan bükümü 10 manatdan narkotik vasitə qurudulmuş marixuana alıb istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən heç nə götürülməmiş və təqdim etdiyi içərisində saqqız olan kağız bükülü, içərisində 01 ədəd kiçik ölçülü mikro yaddaş kartı olan kağız bükülü, 12 manat məbləğində pul və «Covid-19» vaksinasiyası üzrə məlumat forması Şahid6 özünə qaytarılmışdır. Bununla bağlı protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid6 üstünə axtarış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi ekspert-kriminalist Şahid5 tərəfindən videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid4 ibtidai istintaqda Xaçmaz RPŞnin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 məhkəmə istintaqında verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bir müddətdir ki, tanıyır. Fəqanla münasibəti olduğu üçün, Fəqanın narkotik vasitə istifadəçisi olduğunu bilirdi. Fəqandan bir iki dəfə marixuana alıb çəkmişdir. Hər alışda imkanı daxilində Fəqana 5-10 manat pul vermişdir. Fəqandan ancaq narkotik vasitə olan marixuana almışdır. Başqa növ narkotik vasitə olmamışdır. Vatsap yazışmasında «Axşamın xeyir qaqa», «Qaqa bu şeyin görünüşü yaxsi çekmeyi yaxsi amma ki kayf vermeyib 3 nefere» üç nəfərin adından danışsa da ancaq o, həmin narkotik vasitəsini tək çəkmişdir. Həmin vaxt yəni, narkotik vasitəsini çəkdiyi vaxt Təqsirləndirilən şəxs yanında olmamışdır. «Canın sağolsun gələrsən başkasın vererem», ondan sonra getmədiyini, «Allah cani saq elesin», «indi hardasan», «Sabah səhər səhər gürüşerik» belə bir yazışmalarımız olmuş, lakin görüşə bilməmişlər. Belə bir yazışmaların həqiqətəndə olduğunu və ancaq ikisinin arasında olduğunu demişdir. Həmin vaxt təqsirləndirlən şəxslə və ya bir neçə nəfər dostu ilə oturub narkotik vasitə qəbul etməmişdir. Sonuncu dəfə 2021-ci ilin oktyabr ayının 9 və ya 10-da Fəqanla danışaraq, marixuana əldə etmək istədiyini bildirmiş və Fəqan onun olduğu yerə gələrək, ona bir büküm marixuana vermişdir. Bundan əvvəl Fəqana narkotika görə pul verəsə də, sonuncu dəfə pul verməmişdir. Polis tərəfindən yaxalandığı zaman, üzərində hər hansı bir narkotik vasitə aşkar edilməmişdir, lakin o hər şeyi etiraf etmiş və üzləşdirmə zamanı ifadəsini Fəqanın üzünə qarşı təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan şəxsi axtarış aparılması haqqında 12 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilərkən onun əynindəki boz rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş 01 ədəd şəfaf sellofan paketdə olmaqla içərilərində narkotik vasitə qurudulmuş marixuana olan 09 ədəd kağız kəsiyi bükümü və içərisində 05 ədəd çətənə bitkisinin toxumları olan 01 ədəd kağız kəsiyi bükümü aşkar edilərək götürülmüş, sorğu zamanı o, həmin narkotik vasitələri və toxumları təxminən 2-3 ay əvvəl əldə etdiyini bildirsə də, bununla bağlı verilmiş digər suallara cavab verməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan mobil telefona baxış keçirilməsinə dair 12 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus «X12 8» markalı mobil telefona onun özünün və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə baxış keçirilmiş və baxış zamanı həmin telefonun üzərində 01 ədədi "xxxx" MMC-yə, 01 ədədi isə "xxxx" MMC-yə məxsus olmaqla 02 ədəd mobil nömrənin istifadə olunduğu müəyyən edilmiş, həmin telefondan başqa nömrəyə zəng edilməklə "xxxx" MMC-yə məxsus nömrənin ***-***-**-** olduğu müəyyən edilsə də, "xxxx" MMC-yə məxsus nömrə borcdan bağlı olduğundan həmin nömrənin müəyyən edilməsi mümkün olmamışdır. Telefonun proqramlarına baxış keçirilərkən «WhatsApp- Business» mesajlaşma proqramında «Mövlud Celal» adı ilə kontakta salınmış və şərti olaraq 1 rəqəmi ilə nömrələnmiş şəxslə şərti olaraq 2 rəqəmi ilə nömrələnmiş Təqsirləndirilən şəxs arasında 10 oktyabr 2021-ci il tarixdə «Axşamın xeyir qaqa», «Qaqa bu şeyin gorunusu yaxsi çekmeyi yaxsi ammaki kayf vermeyib 3 nefere», «Canın sağolsun gələrsən başkasın vererem», «Allah cani saq elesın», «indi hardasan», «Sabah səhər səhər goruserik» məzmununda mesajların qeydə alındığı müəyyən edilmişdir. Qeyd olunan mesajlar Təqsirləndirilən şəxs oxunmuş və ondan həmin mesajlarla bağlı nə deyə biləcəyi soruşulduqda o, Mövlud adlı şəxsin dostu olduğunu, Qobu-qıraq kəndində yaşadığını və tapdığı narkotik vasitənin bir hissəsini pulsuz olaraq Mövluda verdiyini, özündə başqa narkotik vasitə olmadığını, mesajlaşma zamanı Mövluda «gələrsən başqasını verərəm» mesajını yazarkən ona eyni narkotik vasitədən yenidən verəcəyini düşünərək həmin mesajı yazdığını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus qeyd olunan mobil telefonda «Mövlud Cəlal» adı ilə kontaktlar siyahısına daxil edilmiş şəxsin mobil nömrəsinin ***-***-**-** olması müəyyən edilsə də, baxış zamanı həmin mobil telefondan iş üçün əhəmiyyət kəsb edə biləcək başqa məlumatlar aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus telefonun «WhatsApp-Business» mesajlaşma proqramında «Mövlud Celal» adı ilə kontakta salınmış səhifələrdə yuxarıdan aşağıya doğru «Mövlud Celal», «Bildirişləri səssiz edin», «Xüsusi bildirişlər». «Media görünməsi», «Yox olan mesajlar - deaktiv», «Şifrələmə - Mesaj və zənglər tam şifrələnib. Təsdiqləmək üçün toxunun.», «Telefon nömrəsi - +994 55 6773115-Mobil» və «Mövlud Celal», «10 oktyabr 2021», «Mesaj və zənglər tam şiTrələnib. Bu söhbətdən kənarda olan heç bir şəxs, hətta WhatsApp da onlavrı oxuya və dinləyə bilməz. Ətraflı öyrənmək üçün toxunun.», «Axşamin xeyir qaqa - 20:26». «Qaqa bu seyin gornusu yaxsi çekmeyi yaxsi ammaki kayf vermeyib 3 nefere - 20:27», Canin sağolsun gələrsən başkasma vererem - 21:10», «Siz Canin sağolsun gələrsən başkasma vererem», «Allah cani saq elesin - 21:17», «İndi hardasan? - 21:18», «Sabah səhər seher giruserik - 21:26» məzmunlu yazıların qeydə alındığı müəyyən edilmiş, həmin yazışmalar iş üçün əhəmiyyət kəsb etdiyindən onların fotoşəkilləri çəkilmiş və printer vasitəsi ilə 02 ədəd A4 formatlı vərəqə çap edilərək protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 13 oktyabr 2021-ci tarixli, 7/1049 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №58 dairəvi möhür əksi Təqsirləndirilən şəxs üzərindən....» yazı və imzalar olan zərfdə 9 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,432 qr., 0,423 qr., 0,419 qr., 0,450 qr., 0,463 qr., 0,432 qr., 0,445 qr., 0,611 qr., 0,500 qram olmaqla ümumi çəkisi 4,175 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 5 ədəd bitki toxumları əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrin siyahısına daxil deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə baxış keçirilmiş, baxış zamanı həmin diskdə 12 oktyabr 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinin, əynindəki boz rəngli cins şalvarın sol yan cibindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan paketin içərisində aşkar edilmiş 09 ədəd kağız kəsiyi bükümdə narkotik vasitə qurudulmuş marixuananın və 01 ədəd kağız kəsiyi bükümündə isə 05 ədəd çətənə bitkisi toxumlarının olmasının görüntüləri öz əksini tapmışdır. Məhkəmə istintaqı zamanı elektron məlumat daşıyıcısına baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin video görüntüdə qeydə alınmış şəxsin özünün olduğunu, görüntünün qeydə alındığı 12 oktyabr 2021- ci il tarixdə polis əməkdaşları tərəfindən üstünə şəxsi axtarış keçirildiyini, axtarış zamanı təxminən 2-3 ay əvvəl Şabran rayonu Ağalıq kəndinin yaxınlığında yerləşən «konstitusiya meşəsi» adlanan ərazidən tapdığı 01 ədəd yabanı halda bitmiş çətənə bitkisindən yığmaqla əldə etdiyi və müəyyən hissəsini istifadə etdikdən sonra qalan narkotik vasitə qurudulmuş marixuananı və 05 ədəd çətənə bitkisinin toxumlarını yığıb saxladığı ümumilikdə 10 ədəd kağız bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etdiyini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 14 oktyabr 2021-ci il tarixdə Şahid6 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD diskə 15 oktyabr 2021-ci il tarixdə Şahid6 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həmin diskdə Xaçmaz RPŞ-nin inzibati binasında yerləşən X6 istintaq otağında Xaçmaz rayon Vəkil Bürosunun vəkilləri X8 və Müdafiəçi1 iştirakları ilə Şahid6la Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsinin, Şahid6 əvvəllər 3-4 dəfə Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana aldığını, sonuncu dəfə isə 2021-ci ilin oktyabr ayının 9-u və ya 10-da Təqsirləndirilən şəxslə zəngləşib Xaçmaz rayonu Qobu-qıraq kəndində görüşdüklərini və ondan 10 manata bir büküm narkotik vasitə qurudulmuş marixuana aldığını göstərməsinin, Təqsirləndirilən şəxs də həqiqətən Şahid6 şəxsi istifadəsi üçün bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuana verdiyini etiraf etməsinin, lakin narkotik vasitəyə görə ondan pul almadığını bildirməsinin görüntüləri öz əksini tapmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumilikdə 4,175 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin 12 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üstünə, 14 oktyabr 2021-ci il tarixdə Şahid6 üstünə şəxsi axtarış keçirilməsi, 14 oktyabr 2021-ci il tarixdə Şahid6 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsinə dair video görüntülər köçürülmüş 03 ədəd CD disk, habelə 12 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus «X12 8» markalı mobil telefona keçirilmiş baxış zamanı «WhatsApp- Business» mesajlaşma proqramında Şahid6la Təqsirləndirilən şəxs arasında qeydə alınmış yazışmaların fotoşəkilləri köçürülmüş 02 ədəd A4 formatlı vərəq, həmçinin 12 sentyabr 2021-ci il tarixdən 12 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və 070- ***-**-** mobil telefon nömrələrinə daxil olan və çıxan zənglər, SMS-lərin siyahısı və mətninə dair məlumatların qeydə alındığı 02 ədəd CD disk iş üzrə maddi sübut hesab edilmiş, narkotik vasitə qurudulmuş marixuananın 0,27 qramının tədqiqata sərf edilməklə istifadə olunması, ümumilikdə 05 ədəd CD diskin və 02 ədəd A4 formatlı vərəqin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, qalan 3,905 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və maddi sübut hesab edilməyən 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları 01 (bir) ədəd kağız paketə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 11 noyabr 2021-ci il tarixli, 4419 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci ildə Xaçmaz şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, orta təhsillidir, subaydır, ünvan 4 ünvanda yaşayır və müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs satış məqsədilə üzərində 09 ədəd xırda bükümlərdə olan narkotik vasitə marixuananı əldə edib, saxlamasına və üzərində daşımasına baxmayaraq, narkotik vasitələrin satışı maddəsi ilə özünü təqsirli bilməməsinə tənqidi yanaşır və Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqlarında özünü yalnız AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsini özünümüdafiə xarakterli məqsəd daşıdığını hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, şahidlə üzləşdirilməsi, şəxsi telefonuna olan yazışmalarına baxış keçirilməsi ilə bağlı aparılan istintaq hərəkətlərinin nəticələrini əsas götürür və təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı üzərindən aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə deyil, yalnız öz istifadəsi üçün saxlaması barədə ifadəsinin məsuliyyətdən yayınmaq məqsədi ilə verildiyini hesab edir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədilə əldə edib daşımaması, yalnız şəxsi istifadəsi üçün gəzdirməsi barədə ifadəsində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki, həm ibtidai, həm məhkəmə istintaqlarında Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 09 büküm narkotik vasitə olan marixuananı satış məqsədilə əldə edib üzərində daşımadığını bildirsə də, iş materialları ilə bu tamamilə təkzib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə, şahidlərin ifadələrinə, ekspertlərin rəyinə qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə üzərindən aşkar olunmuş 09 ədəd xırda bükümlərdə olan narkotik vasitə marixuananın satış məqsədilə yox, şəxsi istifadəsi məqsədilə əldə edib gəzdirməsi kimi ifadə verərəkən, törətdiyi CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunacağına ümid etmişdir. İbtidai istintaq orqanı tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi haqqında qərarın” 10-cu bəndinə əsasən “Təqsirləndirilən şəxs Şahid6 narkotik vasitəni satması faktı ilə bağlı kifayət qədər sübut olmadığından məhz bu xüsusat üzrə ittiham elan edilməsinin mümkün olmadığı nəzərə alınmış” və həqiqətən də, ittiham aktından göründüyü kimi, Təqsirləndirilən şəxs Şahid6 Əlixan oğluna narkotik vasitənin satışı faktı ilə bağlı ittiham elan edilməmişdir. Lakin məhkəmə belə qənaətə gəlir ki, bu heç də o demək deyil ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlaməti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasında narkotik vasitələrin satışı ilə bağlı iki obyektiv cəhət qeyd olunmuşdur: 1) narkotik vasitəni satış məqsədi ilə əldə etmə, saxlama, daşıma və 2) narkotik vasitəni satma. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №li Qərarın 9-cu bəndində də göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Plenumun Qərarına istinadən hesab edir ki, araşdırılan cinayət işinin hallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satış niyyətində olmasına kifayət qədər dəlillər vardır. Təqsirləndirilən şəxs üzərindən 09 ədəd xırda bağlamalarda olan narkotik vasitə marixuananın aşkar edilməsi, həmin bağlamaların hər birinin çəkisi birədəfəlik şəxsi istifadəyə uyğun olması (hər büküm təxminən 0,4 qram cıvarıdadır), Şahid6 narkotik vasitə marixuana verməsini etiraf etməsini onun narkotik vasitələrin satış məqsədilə əldə etməsi, saxlaması və daşımasını tam olaraq sübuta yetirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.” İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Şahid6 narkotik vasitəni pulsuz verməklə, qeyd olunan Qanunun normasında göstərildiyi kimi narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlərə yol vermişdir. Yuxarıda sadalan müvafiq Qanunların normalarına, Ali Məhkəməninin Plenumunun Qərarına və işin hallarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində 09 ədəd xırda bükümlərdə olan narkotik vasitə marixuananın məhz satış məqsədilə əldə edib, saxlaması və daşıması faktı tam olaraq sübuta yetirilir. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi il irəli sürülmüş ittiham üzrə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 134.5-ci maddəsinin tələblərinə əsasən istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Azərbaycan Respublikasının CPM-nin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan 12 oktyabr 2021-ci il tarixli “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan, Xaçmaz rayon məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 4(067)- 117/2021 №-li “həbs qətimkan tədbirinin seçilməsi” haqqında qərarından və 03.12.2021-ci il tarixli 4(067)-133/2021 №li “həbs qətimkan tədbirinin uzadılması” haqqında qərardan, habelə 28 dekabr 2021-ci il tarixli 1(067)-146/2021 №li “həbs qətimkan tədbirinin uzadılması” haqqında qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı 12 oktyabr 2021-ci il tarixdən həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin rəyindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları istisna olunmur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 3,905 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd kağız paketdə qablaşdırılaraq möhürlənmiş 5 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları məhv edilməlidir. İş üzrə məhkəmə-bioloji ekspertizalarının xərci olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmdən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 3,905 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd kağız paketdə qablaşdırılaraq möhürlənmiş 5 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları məhv edilsin. İş üzrə ekspertiza xərci olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar