Məhkəmə qərarları › İş №1(067)-40/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-40/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-40/2024 24.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxx 1972-ci ildə Xaçmaz rayonunun Alekseyevka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonunun Çaykənarı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 6 ədəd çətənə (kannabis) bitkisinin toxumlarını yetişdirmək məqsədilə 2023-cü ilin may ayının əvvəllərində yaşadığı Xaçmaz rayonu, Çaykənarı kəndində yerləşən evin arxa hissəsində həyətyanı sahədə bir ədədini dibçəkdə, 5 ədədini isə həmin evin bağ sahəsində torpağa əkmiş, əkdiyi həmin toxumlardan əmələ gələn xeyli miqdar təşkil edənümumilikdə 6 ədəd çətənə (kannabis) bitkisinə 28 avqust 2023-cü il tarixədək olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmiş, habelə satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı və narkotik vasitə qurudulmamış marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda həmin çətənə bitkilərinin hissələrini toplayıb hazırlamaqla yaşadığı evin yataq otağında saxlamış, bu fakt Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 28 vaqust 2023-cü il tarixdə saat 17:05-dən 17:40-dək olan müddətdə onun iştirakı ilə yaşadığı Xaçmaz rayonu, Çaykənarı kəndində kəndin mərkəzindəki ərzaq mağazasından 300 metr cənub istiqamətində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilərkən evin arxa hissəsində həyətyanı sahədə dibçəkdə əkdiyi bir ədəd, həyətyanı ərazinin bağ sahəsində isə 5 ədəd olmaqla yaş vəziyyətdə ümumi təmiz çəkisi 3775,0 qram olan ümumilikdə 6 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, həmçinin yaşadığı evin yataq otağında çarpayının altında bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 15,0 qram, iki ədəd göy rəngli sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 20,0 qram və 20,0 qram, bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 125,0 qram, üç ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,61 qram, 7,85 qram, 2,81 qram olmaqla ümumi təmiz çəkisi 197,27 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd qazet bükülüdə təmiz çəkisi 60,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana olmaqla cəmi təmiz çəkisi 257,27 qram olan marixuana aşkar edilib götürülməklə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 2023-cü ilin mart ayının əvvələrində yaşadığı kəndin yaxınlığında meşəyə gedən yolda 1 ədəd kibrit qutusunda 6 ədəd marixuna bitkisinə aid toxumlar tapmış, may ayının əvvələrində həmin toxumları yaşadığı Xaçmaz rayonu Çaykənarı kəndində yerləşən evinin arxa hissəsində həyətyanı səhədə 1 ədədini dibçəkdə və qalan 5 ədədini isə evinin bağ sahəsində torpağa əkmişdir. O, toxumlardan cücərmiş ümumilikdə 6 ədəd bitkilərə qulluq etmişdir. 2023-cü ilin avqust ayının əvvələrində öz istifadəsi üçün qurudulmuş marixuana əldə etmək məqsədilə bitkilərin hissələrin toplayıb qurudaraq, yaşıdığı evdə öz çarpayısının və çarpayıdakı döşəyin altında gizlətmişdir. 28 avqust 2023-cü il tarixdə axşam saatlarında Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək mütəxəssisin iştirakı ilə baxış keçirərkən yaşadığı evin arxa hissəsində dibçəkdə və bağ sahəsində əkərək yetişdirdiyi ümumilikdə 6 ədəd narkotik tərkibli çətənə bitkilərini göstərmiş və həmin bitkilər əməkdaşlar tərəfindən götürülmüşdür. Bundan sonra evinə keçrilən baxış zamanı yataq otağında çarpayının altında gizlətdiyi 4 ədəd sellofan bükümlərdə və açıq vəziyyətdə yəni kağız üzərində qurutmağa qoyduğu yaşımtıl rəngli bitki kütlələrini təqdim etmişdir. Bundan başqa o, çarpayının üzərindəki döşəyin altında gizlətdiyi 3 ədəd kağız bükümdə olan qurudub hazırladığı narkotik vasitə marixuananı könüllü olaraq təqdim etmiş və həmin marixuana da götürülərək qablaşıdırılıb möhürlənmişdir. Əməlindən peşmandır, ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz rayonu, Çaykənarı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi, kultivasiya etməsi barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında Xaçmaz rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə onun rəhbərliyi altında əməliyyat qrupu yaradıldılmış, bu məqsədlə əvvəlcədən dəvət edilmiş mütəxəssis-aqranom Şahid3 iştirakı ilə 28 avqust 2023-cü il tarixdə saat 17:05 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Polis Şöbəsinin müstəntiqi Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib- becərməsi və istifadə etməsi barədə polisdə məlumatın olduğunu bildirilərək, yaşadığı evinin həyətyanı torpaq sahəsinə videoçəklişdən istifadə etməklə baxış keçirilməsi zərurətinin olduğu izah edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, özünün razılığı ilə yaşadığı evinin həyətinə daxil olmuşlar. Bundan sonra baxış zamanı Təqsirləndirilən şəxs evinin arxa hissəsində həyətdə 1 ədəd dibçəkdə əkdiyi narkotik tərkibli çətənə bitkisini və həyətin bağ sahəsində torpaqda əkdiyi 5 ədəd narkotik tərkibli çətənə bitkisini göstərərək onları təqdim etmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının əvvələrində özündə olan çətənə toxumlarını torpağa əkdiyini, həmin narkotik tərkibli çətənə bitkilərinə su və peyin verərək alaq otlarından təmizlədiyini, mütəmadi qaydada qulluq etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik tərkibli bitkilərin 1,5-2 metr hündürlükdə olması müəyyən edilmişdir. Baxışda iştirak edən mütəxəssis Şahid3 aşkar edilmiş 6 ədəd bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, yəni onların diblərinin yumşaldıldığını, su verilərək nəm halına gətirildiyini və alaq otlarından təmizləndiyini, onların əkildiyi torpaqda narkotik tərkibii çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin olmasını bildirmişdir. Bundan sonra həmin 6 (altı) ədəd çətənə bitkiləri dibçəkdən və torpaqdan çıxardılaraq müvafiq qaydada ağ rəngli sintetik torbalara yerləşdirilorək qablaşdırılmış və möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdə öz yataq otağında qurudulmuş marixuana əldə etmək məqsədilə çətənə bitkilərinin hissələrini toplayıb saxladığını bildirmişdir. Onun yaşadığı evə daxil olduqda sağ tərəfdə mətbəxin yanındakı yataq otağında çarpayının altında 1 ədəd şəffaf, 2 ədəd göy və 1 ədəd ağ rəngli sellofan bükümlərdə, habelə açıq vəziyyətdə kağız üzərində sərilmiş formada narkotik vasitə marixuana, yaşımtıl bitki mənşəli kütlələr aşkar edilmiş və həmin narkotik vasitələr sellofan torbaya qoyularaq bütün bükümlər hamısı birlikdə 1 ədəd sellofanda qablaşdırılmışdır. Bundan başqa çarpayının üzərindəki döşəyin altından 3 ədəd kağız bükümlərdə içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin 3 ədəd kağız bükümlər də 1 ədəd sellofana yerləşdirilərək qablaşıdırılmaqla götürülmüşdür. Müstəntiq tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilməklə ucadan oxunmuş və bütün iştirakçılar imza etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş aqranom-mütəxəssis Şahid3 göstərdi ki, 28 avqust 2023-cü il tarixdə, saat 17:00 radələrində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlarının dəvəti ilə keçiriləcək baxışda aqronom-mütəxəssis kimi iştirak etmək üçün ünvan 3 ünvana Xaçmaz rayonu, Çaykənarı kəndinin ərazisinə çatdıqdan sonra ona məlum olmuşdur ki, şəxsiyyəti barədə öyrəndiyi Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəkdir. Xaçmaz rayon Polis Şöbəsinin müstəntiqi Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi və istifadə etməsi barədə polisdə məlumatın olduğu bildirilərək, yaşadığı evinin həyətyanı torpaq sahəsinə videoçəklişdən istifadə etməklə baxış keçirilməsi zərurətinin olduğu izah edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və özünün razılığı ilə yaşadığı evinin həyətinə daxil olmuşlar. Bundan sonra baxış zamanı Təqsirləndirilən şəxs evinin arxa hissəsində həyətdə 1 ədəd dibçəkdə əkdiyi narkotik tərkibli çətənə bitkisini və həyətin bağ sahəsində torpaqda əkdiyi 5 ədəd narkotik tərkibli çətənə bitkisini göstərərək onları təqdim etmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının əvvələrində özündə olan çətənə toxumlarını torpağa əkdiyini, həmin narkotik tərkibli çətənə bitkilərinə su və peyin verərək alaq otlarından təmizlədiyini, mütəmadi qaydada qulluq etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik tərkibli bitkilərin 1,5-2 metr hündürlükdə olması müəyyən edilmişdir. Həmin bitkilərə tərəfindən baxış keçirilmiş və aşkar edilmiş həmin 6 ədəd bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğu, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyi, yəni onların diblərinin yumşaldıldığı, su verilərək nəm halına gətirildiyi və alaq otlarından təmizləndiyi, onların əkildiyi torpaqda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin olması müəyyən edilərək tərəfindən bu barədə rəy verilmişdir. Bundan sonra həmin ümumilikdə 6 ədəd narkotik tərkibli bitkilərə bənzər kollar dibçəkdən və torpaqdan çıxardılaraq müvafiq qaydada 1 ədəd ağ rəngli sintetik torbalara yerləşdirilərək qablaşdırılıb və möhürlənmişdir. Bundan başqa Alik Bodəlov yaşadığı evdə öz yataq otağında qurudulmuş marixuana əldə etmək məqsədilə çətənə bitkilərinin hissələrini toplayıb saxladığını bildirmişdir. Onun yaşadığı evə daxil olduqda sağ tərəfdə mətbəxin yanındakı yataq otağında çarpayının altında 1 ədəd şəffaf, 2 ədəd göy və 1 ədəd ağ rəngli sellofan bükümlərdə, habelə açıq vəziyyətdə kağız üzərində sərilmiş formada narkotik vasitə marixuana, yaşımtıl bitki mənşəli kütlələr aşkar edilmişdir. Kağızın üzərində olan narkotik vasitələr sellofan torbaya qoyularaq bütün bükümlər hamısı birlikdə 1 ədəd sellofanda qablaşdırılmışdır. Bundan başqa çarpayının üzərindəki döşəyin altından 3 dəd kağız bükümlərdə içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin 3 ədəd kağız bükümlər 1 ədəd sellofana yerləşdirilərək qablaşıdırılmaqla götürülmüşdür. Müstəntiq tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imza etmişlər. İş materiallarında olan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə və evinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs, Xaçmaz RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Xaçmaz RPŞ-nin PPB-nün polis nəfəri polis kiçik serjantı Şahid2, Xaçmaz Rayon MKTİ-nin baş aqranomu Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Çaykənarı kəndində yerləşən evinə özünün razılığı ilə Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi polis mayoru Elşən Əliyev tərəfindən baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs məxsus yaşayış evi Xaçmaz rayonu, Çaykənarı kəndində həmin kəndin mərkəzində yerləşən mağazadan 300 metr cənub istiqamətində yerləşir. Evin giriş hissəsində dəmir materialdan hazırlanmış giriş qapısı vardır və həyətin qarşı hissəsi mişar daşı ilə inşa edilmiş hasarla əhatə edilmişdir. Həyətə daxil olduqda sağ tərəfdə çiy kərpiclə inşa edilmiş bir mərtəbəli yaşayış evi vardır. Təqsirləndirilən şəxs baxış zamanı evinin arxa hissəsində həyətdə 1 ədəd dibçəkdə əkdiyi narkotik tərkibli çətənə bitkisinə bənzər kolu və həyətin bağ sahəsində torpaqda əkdiyi 5 ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər kolları göstərərək onları 2023-cü ilin may ayının əvvələrində əkdiyini və həmin bitkilərə mütamadi qaydada qulluq etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik tərkibli bitkilərə bənzər kolların 1,5-2 metr hündürlükdə olması müəyyən edilmişdir. Baxışda iştirak edən mütəxəssis Şahid3 həmin 6 ədəd bitkilərin əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra həmin 6 (altı) ədəd narkotik tərkibli bitkilərə bənzər kollar dibçəkdən və torpaqdan çıxardılaraq müvafiq qaydada 1 ədəd ağ rəngli sintetik torbalara yerləşdirilərək qablaşdırılıb və möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdə öz yataq otağında narkotik tərkibli bitkilərin hissələrini toplayıb və istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə daxil olduqda sağ tərəfdə mətbəxin yanındakı yataq otağında çarpayının altında 1 ədəd şəffaf, 2 ədəd göy və 1 ədəd ağ rəngli sellofan bükümlərdə, habelə açıq vəziyyətdə kağız üzərində sərilmiş narkotik vasitə marixuanaya bənəzər yaşımtıl bitki mənşəli kütlələr aşkar edilmişdir. Kağızın üzərində olan narkotik vasitəyə bənzər kütlə sellofan torbaya qoyularaq bütün bükümlər hamısı birlikdə 1 ədəd sellofanda qablaşdırılmışdır. Bundan başqa çarpayının üzərindəki döşəyin altından 3 ədəd kağız bükümlərdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Həmin 3 ədəd kağız bükümlər 1 ədəd sellofana yerləşdirilərək qablaşıdırılmaqla götürülmüşdür. Baxış zamanı aparılmış videoçəklişin görüntülərinin köçürdüyü bir ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 06 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə və evinə, yəni narkotik tərkibli bitkiləri əkdiyi və narkotik vasitələri saxladığı hadisə yerinə baxış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd DVD formatlı diskə xx.xx.2023-cü il tarixdə təsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs video-görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməllərini bir daha etiraf etmişdir. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin baş aqranomu Şahid3 Xaçmaz rayon PŞ-nə daxil olmuş məlumat əsasında Xaçmaz rayon PŞ-nin əməkdaşları tərəfindən 28 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Çaykənarı kəndində yerləşən yaşayış evinə keçirilən baxışa mütəxəsiss qismində dəvət edilmiş, evin həyətyanı sahəsində keçirilən baxış zamanı həyətdəki evin arxa hissəsində həyətyanı sahədə 1 ədəd dipçəkdə və 5 ədəd torpaq sahəsində torpağa əkilmiş ümumilikdə 6 (altı) ədəd ən kiçiyi 1,5 sm və hündürü isə 1 metr uzunluğunda əkilib-becərilməsi qadağan edilmiş çətənə bitkilərinə bənzər kollar aşkar edilmişdir. Həmin çətənə bitkilərinə bənzər kollara tərəfindən keçirilən baxış zamanı onların 2023-cü ilin may ayının əvvələrində əkilməsi, diblərinin alaqdan təmizlənərək suvarılması, kübrə verilməsi və aqrotexniki qaydada qulluq edilməsi müəyyən olunmuş, baxış zamanı Təqsirləndirilən şəxs da həmin bitkiləri həyətində əkərək onlara aqrotexniki qayada etməsini özü də təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 29 avqust 2023-cü il tarixli 3-16- 16/2-7/1220 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sintetik torbada ümumi sayı 06 (altı) ədəd yaş vəziyyətdə ümumi çəkisi 3775,0 qram olan bitkilər tərkibinə görə eyni olub, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki, qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd şəffaf sellofanda təmiz çəkisi 15,0 qram, iki ədəd göy rəngli sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 20,0 qram və 20,0 qram, bir ədəd sellofan bükümdə təmiz çəkisi 125,0 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş bir ədəd qazet bükülüdə təmiz çəkisi 60,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmamış marixuanadır. Tədqiqata təqdim edilmiş üç ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,61 qram, 7,85 qram, 2,81 qram olan maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Çətənə (kannabis) bitkisində olan və həmin növ bitkidən hazırlanan marixuanada kannabioidli komponetlər eynidir. Qeyd: marixuananın ümumi təmiz çəkisi 257,27 qram, tədqiqata sərf edildi 0,4 qram, (hər obyektən 0,05 qram) qalıq - 256.87 qram. Çətənə bitkisinin təmiz çəkisi 3775,0 qram, cəmi tədqiqata sərf edildi 0,3 qram, qalıq- 3774,7 qram. Çətənə (kannabis) bitkisində olan və həmin növ bitkidən hazırlanan kannabioidli komponentlər eynidir. İş materiallarında olan müddi sübut kimi tanınma haqqında müstəntiqin 03 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofanda təmiz çəkisi 15,0 qram, iki ədəd göy rəngli sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 20,0 qram və 20,0 qram, bir ədəd ağ sellofan bükümdə təmiz çəkisi 125,0 qram, üç ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,61 qram, 7,85 qram, 2,81 qram olan narkotik vasitə- qurudulmuş marixuana, bir ədəd qazet bükülüdə təmiz çəkisi 60,0 qram olan narkotik vasitə- qurudulmamış marixuana və 06 (altı) ədəd yaş vəziyyətdə ümumi çəkisi 3775,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri və Bədəlov X4 yaşadığı ünvana baxış keçirilməsi görüntülərini özündə əks etditən 01 ədəd DVD disk xx.xx.2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış, marixuananın ekspertiza tədqiqatından sonra qalan 256.87 qram qalığı, çətənə bitkilərinin ekspertiza tədqiqatından sonra qalan 3774,7 qram qalığı 3 ədəd qablaşmada saxlanmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, 1 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 6018 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan Asıllıq Sindromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 6 ədəd çətənə (kannabis) bitkisinin toxumlarını yetişdirmək məqsədilə 2023-cü ilin may ayının əvvəllərində yaşadığı Xaçmaz rayonu, Çaykənarı kəndində yerləşən evin arxa hissəsində həyətyanı sahədə bir ədədini dibçəkdə, 5 ədədini isə həmin evin bağ sahəsində torpağa əkmiş, əkdiyi həmin toxumlardan əmələ gələn xeyli miqdar təşkil edən- ümumilikdə 6 ədəd çətənə (kannabis) bitkisinə 28 avqust 2023-cü il tarixədək olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmiş, habelə satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı və narkotik vasitə qurudulmamış marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda həmin çətənə bitkilərinin hissələrini toplayıb hazırlamaqla yaşadığı evin yataq otağında saxlamış, bu fakt Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 28 vaqust 2023-cü il tarixdə saat 17:05-dən 17:40-dək olan müddətdə onun iştirakı ilə yaşadığı Xaçmaz rayonu, Çaykənarı kəndində kəndin mərkəzindəki ərzaq mağazasından 300 metr cənub istiqamətində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilərkən evin arxa hissəsində həyətyanı sahədə dibçəkdə əkdiyi bir ədəd, həyətyanı ərazinin bağ sahəsində isə 5 ədəd olmaqla yaş vəziyyətdə ümumi təmiz çəkisi 3775,0 qram olan ümumilikdə 6 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, həmçinin yaşadğı evin yataq otağında çarpayının altında bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 15,0 qram, iki ədəd göy rəngli sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 20,0 qram və 20,0 qram, bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 125,0 qram, üç ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,61 qram, 7,85 qram, 2,81 qram olmaqla ümumi təmiz çəkisi 197,27 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd qazet bükülüdə təmiz çəkisi 60,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana olmaqla cəmi təmiz çəkisi 257,27 qram olan marixuana aşkar edilib götürülməklə təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə və ya yetişdirmə) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram, qurudulmamış marixuana üçün 25 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-c maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1 və 237.1-c maddələrinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, əldə etdiyi narkotik vasitənin miqdarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikısının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 28 avqust 2023-cü il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin təqsirləndirilən şəxsin tutlmadan azad edilməsi və barəsində barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 30 avqust 2023-cü il tarixli qərarından və həmin tarixli “Başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 30 avqust 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 24 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş qurudulmuş və qurudulmamış marixuanaların ekspertiza tədqiqatından sonra qalan 256.87 qram qalığı, çətənə bitkilərinin ekspertiza tədqiqatından sonra qalan 3774,7 qram qalığı məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 72 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142593 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 24 yanvar 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş qurudulmuş və qurudulmamış marixuanaların ekspertiza tədqiqatından sonra qalan ümumi 256,87 qram qalığı, çətənə biltkilərinin qalan 3774,7 qram qalığı məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar