Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-40/2025 15.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasi vətəndaşı, evil, fərdi əməklə məşqul olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbayjan Respublikasının Sinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda 16 yanvar 2023-cü il tarixdə X21 stansiyasının ərazisində şəxsiyyəti istintaqa məlum olmayan “Qərib” adlı şəxsdən bir ədəd bükümdə 25 manat pul müqabilində əldə edib tanışı X5 ilə birlikdə sonuncuya məxsus ünvan 2 ünvanında saxlamış, bu fakt Xaçmaz st. X16 əməkdaşları tərəfindən Azərbaycan Dəmir Yolları QSC-nin X21 stansiyası ərazisində yerləşən X1 yaşadığı ünvan 2 ünvanına xx.xx.2023- cü il tarixdə saat 23:10-dan 00:00-dək olan müddətdə baxış keçirilərkən, yataq otağında olan masanın üzərindən Təqsirləndirilən şəxs məxsus 07 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,035 qr., 0,023 qr., 0,030 qr., 0,013 qr., 0,026 qr., 0,034 qr., 0,032 qr. olmaqla ümumilikdə təmiz çəkisi 0,193 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da, o, satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib daşımaqla saxlamışdır. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilərək göstərdi ki, O, X21 stansiyasında fəhləlik edərək vaqonlara yük vurub boşaltmaqla məşqul olur. O, narkotik vasitədən istifadə edib. Mobil telefonu ilə Qəribə zəng edərək narkotik vasitə istəmişdir. Qəribdən bir ədədi 5 manatdan olmaqla 7 ədəd cet almışdır. Qəribdən narkotik vasitəni aldıqdan sonra tanışı Əzizin evinə gedərək Əzizlə birlikdə istifadə etmişdir. Orada olarkən polis əməkdaşları gələrək onu saxlamışlar.İl yarımdı yaxşılaşdığını və narkotik vasitədən uzaq olduğunu bildirmişdir. Törətdiyi əməldən peşiman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, üç aya yaxındır ki, narkotik vasitələrdən istifadə edir. 16 yanvar 2023-cü il tarixdə yaşadığı evdən bir qədər məsafədə yaşayan onda olan məlumata görə psixotrop maddəsi olan “Alı” ləqəbli Qərib adlı şəxsin ***-***-**-** nömrəli mobil telefon nömrəsinə özünə səhf etmirsə özünəməxsus ***-***-**-** saylı mobil nömrədən zəng edərək Qəribdən psixotrop maddə olan “şüşə-patı” deyilən psixotrop maddə istəmiş, oda ona psixotrop maddəsinin olmasını bildirərək ondan bir bükümə görə 25 manat pul istəmişdir. Söhbət zamanı Qəriblə o, razılığa gəldikdən sonra Qəriblə X21 stansiyasının ərazisində görüşmüş, Qəribə 25 manat pulu vermiş, Bir qədər sonra, axşam saatlarında Qərib onun mobil telefon nömrəsinə zəng edərək psixotrop maddəni X21 stansiyası ərazisində olan və evdən bir qədər məsafədə yerləşən yarıtikilinin pəncərə çərçivəsi tərəfə qoyduğunu demişdir. Qəriblə danışdıqdan sonra o, həmin yerə gedib psixotrop maddə olan bükümü götürmüş, bükümü götürdükdən sonra tanışı Əzizin yaşadığı ünvan 4 ünvanında yerləşən evinə istifadə etmək üçün getmişdir. Orada o, bükümü açaraq bir qismini şprisə doldurmuş, Əzizlə istifadə etmiş, psixotrop maddənin qalan hissəsini isə Əzizin evində olan otaqdakı masanın üstündə sonrakı istifadəsi üçün yeddi ədəd bükümə bölmüşdür. Bu vaxt Əziz bayıra çıxmış, onun evinə əvvəl yaxınlıqda yaşayan Cəlal və daha sonra Şahin adlı şəxs gəlmiş, daha sonra Əzizin yaşadığı evin həyət qapısı döyülmüş, həmin vaxt Əzizin anasının qapıya yaxınlaşdığını eşitmişlər. Əziz bu vaxt qapıdan polisin gəlməsini görmüş, otaqda olan pəncərə tərəfə getmiş, pəncərədən çıxaraq naməlum istiqamətdə qaçmışdır. Sonra polis əməkdaşları Əzizin anası ilə birlikdə olduqları otağa daxil olmuşlar. Həmin vaxt polislər otağı və onları video görüntüyə alaraq həmin yerdə nə etdiklərini soruşaraq evə baxış keçirməyə başlamışlar. Baxış zamanı masanın üstündə ona aid olan yeddi ədəd bükümlərdə olan metamfetamin və şpris aşkar olunmuş, daha sonra Əzizə aid olan evdən iki ədəd ayrı-ayrı sellafonlarda narkotik vasitəyə oxşar bitki qırıntıları aşkar olunaraq götürülmüşdür. Bundan sonra onlar Xaçmaz stansiya X19 dəvət edilmişlər. Orada o, vəkil ilə təmin edildikdən sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə üzərinə şəxsi-axtarış keçirilmiş, o, hər şeyi olduğu kimi etiraf etmişdir. Üzərində başqa qanuna zidd hər hansı bir əşya aşkar edilmədikdən sonra təhqiqatçı ona aid olan yeddi ədəd bükümdə olan psixotrop maddə və Əzizin evində iki ədəd sellafonda aşkar olunmuş narkotik vasitəyə oxşar maddələr ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Məmmədəli oğlu bildirdi ki, aldığı mobil telefonunun elektrik enerjisini yığıb-yığmadığını yoxlamaq üçün Cəlalla birlikdə qonşuluqda yaşayan Əzizin evinə gəlmişdir.Həmin vaxt Əzizlə birlikdə evdə Elçin olmuşdur. Telefonun elektrik enerjisini yığdığını görüb qayıtmaq istərkən evə polis əməkdaşları daxil olmuşlar. Şahid qismində ifadə vermiş Şahid1 Məmmədəli oğlunun ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, X21 vağzalının ərazisində yerləşən soyuducu ambarında fəhlə işləyir.Həmin yerdə Əziz və Cəlal adlı şəxslərlə birlikdə işləyir. Boş vaxtlarında Əziz tək qaldığı üçün onun yanına gedib ona baş çekərək əhvalı ilə marağlanırdı. 16 yanvar 2023-cü il tarixdə axşam saatlarında onun telefonunun elektrik enerjisi bitdiyi üçün Əzizin yaşadığı evin yanından keçəndə Əzizin evinə keçmişdir. Orada Cəlalın və Elçinin olduğunu görmüşdür. O, mobil telefonunu yoxlamaq istərkən bayırdan qapı səsi gəlmişdir. Əzizin anası qapını açarkən polis əməkdaşlarının gəldiyini eşitmişlər. Bu vaxt Əziz polisin gəlməsini eşidib pəncərədən çıxaraq naməlum istiqamətdə qaçıb getmişdi. Otağa daxil olan polis əməkdaşları video görüntü ilə onlardan orada nə etdiylərini soruşmuşlar. Polis əməkdaşları evə baxış keçirməyə başlayaraq otaqda olan masanın üstündə yeddi ədəd büküm, daha sonra isə Əzizin otağında iki ədəd selofanda narkotik vasitəyə oxşar bitki hissələri aşkar edərək götürdülər. Bundan sonra onları Xaçmaz stansiyası X19 dəvət etmişlər. Orada o, vəkil ilə təmin edilmiş və sonra üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Lakin üzərində qanuna zidd hər hansı bir əşya aşkar olunmadı. Bundan sonra təhqiqatçı tərəfindən Əzizin evində aşkar olunmuş narkotik vasitəyə oxşar maddələr barədə araşdırma aparılması üçün o, şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz st. XPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təstiq edərək bildirdi ki, təqsirləndirilən şəxşi tanıyır. 16 yanvar 2023-cü il tarixdə Xaçmaz st, XPŞ-nin X21 stansiyasına yaxın ərazisində yerləşən Əziz adlı şəxsin evində əməliyyat məlumatı daxil olmuşdur. Xaçmaz st, XPŞ-nə Əziz adlı şəxsin yaşadığı evdə narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin evin sahibi Tamilla adlı xanım ilə birlikdə onun özünün razılığı ilə evin qapısını açmışlar.Qapı içəridən bağlı olmuşdur. Ev iki mərtəbədən ibarət olmuşdur. Alt mərtəbəsi tam zibilxana olmuşdur. İkinci mərtəbəsində isə yaşayış var idi. Evin alt mərtəbəsinə girdikdə dörd nəfər olduğunu görmüşlər. Biri Təqsirləndirilən şəxs, biri Şahin, Cəlal və Əziz olmuşlar. Əziz onları görüb açıq pənçərədən bağa atdanaraq qaçmışdır.Evə baxış keçirilən zaman Əzizə məxsus marixuana aşkar olundu. İki nəfər ayrı-ayrı yerlərdə oturmuşlar. Elçin isə stulda oturmuşdu qabağında bükümlərdə var idi. Elçin əvvəlcə bükümlər ona məxsus olmadığını bildirmiş, lakin sonra etiraf etmişdir ki, həmin bükümlər ona məxsusdur. 5-6 büküm olardı onun qabağında. Elçin bildirdi ki, həmin bükümləri bir nəfər şəxsdən götürüb, həmin şəxs rəhmətə getmişdir. Şahid Xaçmaz st. XPŞ-nin CAQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, 16 yanvar 2023-cü il tarixdə Xaçmaz st, XPŞ-nə X21 stansiyası ərazisində yerləşən X1 yaşadığı evdə Elçin adlı şəxsin digər şəxslərlə narkotik vasitələrdən qəbul etmələri, Elçin adlı şəxsin narkotik vasitələri üzərində saxlamaqla daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar rəhbərliyə məruzə edildikdən sonra o, Xaçmaz st. XPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid3, Xaçmaz st. XPŞ-nin təhqiqatçısı, polis kapitanı Əli Hüseynov və Xaçmaz st. XPŞ-nin Kriminalisti, polis leytenantı Vüqar Əsgərovla birlikdə Mahmudov Əzizin yaşadığı ünvana getmiş, həmin ünvanın qapısı döyüldükdə qapını Əzizin anası Tamilə Mahmudova açmış, daxil olmuş əməliyyat məlumatı barədə məlumat verdikdən sonra Tamila Mahmudova onlara evə daxil olmaqlarına etiraz etmədiyini bildirmişdir. Bundan sonra onlar evin həyətinə daxil olaraq həyətdə iki mərtəbəli evin olmasını, evin alt mərtəbəsinə daxil olduqda orada üç nəfər şəxslərin olmasını görmüşlər. Təhqiqatçı tərəfindən videçəkilişlə orada olan şəxslərdən həmin yerdə nə etdikləri barədə soruşulduqda ilk öncə qapıya yaxın duran şəxs özünü təqdim edərək Şahid1 olmasını deməklə Əzizlə birlikdə işlədiyini, Əzizin evi yaxın olduğu üçün mobil telefonunu elektrik enerjisini yoxlamaq üçün həmin ünvana gəldiyini, Əzizin bir qədər əvvəl pəncərədən çıxaraq qaçıb getdiyini, ikinci şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını, həmin evə Əzizlə birlikdə narkotik vasitələrdən istifadə etmək üçün gəldiyini, üçüncü şəxs özünü təqdim edərək X7 olmasını bildirməklə həmin evə Əzizə çörək almaq üçün pul verməkdən ötrü gəldiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Əli Hüseynov evə iştirakçıların və ev sahibi Tamilə Mahmudovun iştirakı ilə baxış keçirməyə başlamış, baxış zamanı aşkar olunmuş üç nəfər şəxsin olduğu otaqda masanın üzərindən bir ədəd şpris, bir ədəd kibrit qutusunda yeddi ədəd qara rəngli kağız bükülülərdə narkotik vasitəyə oxşar ağ kütlələr aşkar edilmişdir. Bundan sonra digər otağa keçdikdə orada olan otaqdakı rəfin üstündən bir ədəd sarı rəngli sellafonda marixuanaya oxşar kütlələr, evin giriş hissəsində ikinci mərtəbəyə gedən yolda yerləşən təmirsiz otaqda, yerdən bir ədəd yaşıl rəngli sellafonda yaşıl rəngdə marixuanaya oxşar kütlələr və sellafonda bir ədəd bir manatlıq bükülmüş əskinaslar aşkar olunaraq götürülmüşdür. Baxış zamanı otaqda olan üç nəfər şəxsdən təhqiqatçı Əli Hüseynov aşkar olunmuş narkotik vasitə barədə soruşmuş, lakin həmin şəxslər narkotik vasitələr barədə məlumatlarının olmamasını demişlər. Bu vaxt təhqiqatçı Təqsirləndirilən şəxs bir qədər əvvəl Əzizin evinə narkotik vasitədən istifadə etmək üçün gəldiyini etiraf etmişdir. Sorğu zamanı Elçin evdə aşkar olunmuş narkotik vasitənin yəqin ki, Əzizə məxsus olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı aşkar olunmuş narkotik vasitəyə oxşar kütlələr olan sellafonları və yeddi ədəd bükülünü ekspertizaya təqdim edilməsi üçün götürmüş və video çəkiliş dayandırılmışdır. Şahid X6 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, 16 yanvar 2023-cü il tarixdə gündüz vaxtı bir qədər məsafədə yaşayan tanışı Əzizin evinin yanından keçəndə Əizi ondan borca çörək almaq üçün pul istəmiş, lakin üstündə pul olmadığı üçün ona verə bilməmişdir. Axşam saatlarında, həmin tarixdə çörək alıb evinə qayıdarkən evinin qarşısında Əzizi görmüş,. Əzizlə görüşdüyü zaman cibində çörək aldıqdan sonra qalan 80 qəpik pulu Əzizə vermişdir. Bu vaxt Əziz onu evinə çağırmış, o, Əzizin evinə getdikdə orada yaxınlığda yaşayan Elçinin olduğunu görmüşdür. Əzizin evi səliqəsiz vəziyyət olduğu üçün o, Əzizi danlamış, evdən çıxmaq istəyəndə yaxınlığda yaşayan və onunla birlikdə fəhlə işləyən Şahin Əzizin həyətinə gəlmişdir. Şahin Əzizə mobil telefonunun elektrik enerjisini yoxlamaq istədiyini bildirmiş, buna görə də onlar Əzizin evinə qayıtmışlar. Bir qədər sonra həyətdən səs gəlmiş, Əzizin anası qapını açaraq polisləri evə dəvət etmişdir. Polis əməkdaşları evin otağına daxil olmamış Əziz evin pəncərəsindən çıxaraq qaçıb getmiş, bu vaxt polis əməkdaşları evə daxil olmuşlar. Polis daxil olduqda evə baxış keçirmiş, otağda olan masanın üzərində olanlar barədə polis əməkdaşları onlardan nə olduğunu soruşmuşlar. O və orada olan Şahin otaqda və masanın üzərində olanlardan xəbərlərinin olmadığını bildirmişlər. Bu vaxt Elçin masanın üzərində olanlardan xəbəri olmadığını desədə narkotik vasitələrdən istifadə etdiyini, buna görə də Əzizin yanına gəldiyini bildirmişdir. Sonra polis tərəfindən Əzizin evinə baxış keçirilmiş, orada aşkar olunmuş iki sellafonda olan narkotik vasitəyə oxşar maddədən və yeddi ədəd bükülülərdə olan psixotrop maddəyə oxşar maddələrdən xəbəri olmadığını bildirmişdir. İş materiallarında olan Xaçmaz st. XPŞ-nin baş təhqiqatçısı vəzifəsini müvəqqəti icra edən polis kapitanı X14 tərəfindən Xaçmaz şəhəri, Xanlar küçəsi, 23 saylı evə baxış keçirilmiş xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, baxış zamanı, otaqda yerləşən masanın üzərində 2 ədəd ağzı açıq kibrit qutusu, 1 ədəd istifadə olunmuş 2 ml şpris, 1 ədəd ağ rəngli dairəvi nəlbəki və 7 ədəd ayrı-ayrı falqa bükümdə olan içərisi ağ kristallardan ibarət olan narkotik vasitəyə bənzər kütlələr aşkar olundu. İş materiallarında olan Xaçmaz st. XPŞ-nin baş təhqiqatçısı vəzifəsini müvəqqəti icra edən polis kapitanı X14 tərəfindən tərtib olunmuş şəxsi axtarış aparılması haqqında 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz st. XPŞnin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun üzərindən heçnə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı iştirak edən Təqsirləndirilən şəxs ilkin sorğu zamanı tanışı Xaçmaz şəhəri, Xanlar küçəsi, ev 23-də yaşayan Əziz Mahmudovun evində aşkar olunmuş narkotik vasitələrdən 7 ədəd bükülüdə içərisi ağ rənqdə kristallar olan maddənin ona məxsus olduğunu qeyd edərək, digər 2 selofanda aşkar olunmuş ota bənzər narkotik vasitəyə oxşar kütlələr isə Əzizə aid olduğunu bildirmişdir. Əlavə olaraq Əzizin evində aşkar olunmuş 7 ədəd bükülüdə ağ rənqdə kristal formasında olan narkotik vasitələri o, 25 azn qarşılığında tanıdığı Xaçmaz şəhər sakini Qərib adlı şəxsdən aldığını bildirmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə-kimyəvi ekspertizasının 17 yanvar 2023-cü il tarixli 3-13-15-1-4/2-86/2023 saylı rəyinə əsasən “X2 evindən aşkar olunmuş” yazısı və imzalar olan zərfdəki, 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,035qr, 0,023qr, 0,030qr, 0,013qr, 0,026qr, 0,034qr, 0,032qr, ümumi təmiz çəkisi 0,193 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xaric əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in (Siyahı İ) daxildir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 5(067)-9/2023 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz st X16 əməliyyat müvəkkili Şahid3 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 16 yanvar 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 17 yanvar 2023-cü il tarixdə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülər olan diskə təhqiqatçı tərəfindən 17 yanvar 2023-cü il tarixdə Xaçmaz st. XPŞ-nin inzibati binasında baxış keçirilərkən Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 01 fevral 2023-cü il tarixli 532 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 19 yanvar 2023-cü il tarixli qərardan müəyyən olunur ki, X2 evindən aşkar olunmuş yazısı və imzalar olan zərfdəki, 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,035qr, 0,023qr, 0,030qr, 0,013qr, 0,026qr, 0,034qr, 0,032qr, ümumi təmiz çəkisi 0,193 qram çəkidə narkotik vasitə metamfetamin təhqiqatçı tərəfindən 19 yanvar 2023-cü il tarixli qərar ilə maddi sübut hesab olunmuş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,123 qram təşkil edən narkotik vasitə metamfetamin saxlanmasından ötrü Xaçmaz st. XPŞ-nə təhvil verilmiş, eləcə də Təqsirləndirilən şəxs üzərinə 17 yanvar 2023-cü il tarixdə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «CD» formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli, 646 saylı arayışdan görünür ki,Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, A.Mustafayev küçəsi 29 saylı evdə yaşayır və himayəsində xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X9 adlı biri azyaşlı olmaqla iki uşağı var. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda 16 yanvar 2023cü il tarixdə X21 stansiyasının ərazisində şəxsiyyəti istintaqa məlum olmayan “Qərib” adlı şəxsdən bir ədəd bükümdə 25 manat pul müqabilində əldə edib tanışı X5 ilə birlikdə sonuncuya məxsus ünvan 2 ünvanında saxlamış, bu fakt Xaçmaz st. X16 əməkdaşları tərəfindən Azərbaycan Dəmir Yolları QSC-nin X21 stansiyası ərazisində yerləşən X1 yaşadığı ünvan 2 ünvanına xx.xx.2023- cü il tarixdə saat 23:10-dan 00:00-dək olan müddətdə baxış keçirilərkən, yataq otağında olan masanın üzərindən Təqsirləndirilən şəxs məxsus 07 (yeddi ) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,035qr., 0,023qr., 0,030 qr., 0,013 qr., 0,026 qr., 0,034 qr., 0,032 qr. olmaqla ümumilikdə təmiz çəkisi 0,193 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da, o, satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib daşımaqla saxlamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar metamfetamin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə hərəkətindən səmimi peşmançılıq hissi keçirməsini və himayəsində bir azyaşlı uşağı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 17 yanvar 2023-ci il tarixli protokoldan və təhqiqatçının həmin tarixli qərarından, həmçinin təqsirləndirilən şəxsin tutmadan azad olunması və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə 18 yanvar 2023-cü il tarixli qərarı ilə qeyd olunan tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il saat 00:28-dən 18 yanvar 2023-cü il saat 15:15-dək tutularaq həbsdə olduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 15 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,123 qram təşkil edən narkotik vasitə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdən 18 yanvar 2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 15 yanvar 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,123 qram təşkil edən narkotik vasitə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №1(067)-40/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-40/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver