Məhkəmə qərarları › İş №1(067)-41/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-41/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-41/2021 04.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1988-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Xaçmaz rayonu, Xudat şəhəri, Azərbaycan küçəsi, ev 6-da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xüsusi mülkiyyətində olan «Renault Megane» markalı ** VC *** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində daşımaqla saxlamış və xx xxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində o, özünə məxsus həmin avtomobili idarə edib Xaçmaz-Xudat avtomobil yolu ilə Xudat şəhəri istiqamətində hərəkətdə olarkən həmin yolun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisindən keçən hissəsində yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası DİN-in Baş Dövlət X5 YPXA-nın 2-ci taqımının əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz RPŞ-nin həyətinə gətirilib avtomobilə baxış keçirilərkən avtomobilin arxa yük yerində ehtiyat təkərin saxlanıldığı yerdə bir ədəd sellofan torbada olmaqla ümumilikdə 110 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarda artıq miqdarda əldə edib daşımaqla saxlamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, Azərbaycan küçəsi, ev 6-da yaşayır. Onun özünə məxsus «Renault Megane» markalı ** VC *** qeydiyyat nişanlı avtomobili var və o, özünə məxsus həmin avtomobillə taksi fəaliyyəti göstərib sərnişin daşımaqla məşğul olur. Tutulmamışdan 2-3 ay əvvəl olar ki narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurmaq yolu ilə çəkir. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin sentyabr ayının axırlarında balıq tutmaq üçün Xaçmaz rayonu, İstisu qəsəbəsi yaxınlığında olan çayın kənarına gedərkən həmin yerdə olan meşəlik ərazidəki kolların arasında bir ədəd sellofan torba görmüş və yaxınlaşıb həmin sellofan torbanı açıb baxanda görmüşdür ki, içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana var. Özüdə də narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün tapdığı qurudulmuş marixuananı atmamış və avtomobilinin arxa yük yerinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. Sonrakı günlərdə sellofan torbada tapdığı marixuana avtomobilinin yük yerində qalmış, aradabir özü həmin marixuanadan götürüb siqaretə doldurmaqla çəkmiş, qalan hissəsini isə bir ədəd sellofan torbada idarə etdiyi «Renault Megane» markalı ** VC *** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində ehtiyyat təkərin saxlanıldığı yerdə gizlədib saxlamışdır ki, sonradan yavaş-yavaş özü istifadə etsin. Sonrakı günlərdə də sellofan torbada olan qurudulmuş marixuananı başqa yerə qoymayaraq avtomobilinin yük yerində saxlamışdır. xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində o, idarə etdiyi «Renault Megane» markalı ** VC *** qeydiyyat nişanlı avtomobillə Xudat şəhəri, M.F.Axundov küçəsinə gəlib yolun kənarında dayanmış və avtomobilinə üç nəfər sərnişin əyləşdikdən sonra Bakı şəhərinə yola düşmüşdür. Təxminən saat 19 radələrində o, Bakı şəhərinə çatmış və avtomobilində olan sərnişinləri Bakı şəhəri, Nərimanov rayonu ərazisində düşürdükdən sonra gec olduğuna görə sərnişin götürə bilməmiş və gözləmədən Xaçmaz rayonuna yola düşmüşdür. Xaçmaz rayonuna gələrkən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində avtomobilinə bir nəfər sərnişin əyləşmiş və o, həmin sərnişini gətirib Xaçmaz rayonu, Çarxı kəndi ərazisində düşürmüşdür. Avtomobilinə əyləşmiş sərnişini düşürdükdən sonra özü tək Xudat şəhəri istiqamətində getmişdir. Xaçmaz rayonu, Qusarçay kəndi ərazisinə çatanda işıqforun qırmızı işığı yanmış və o, işıqforun qırmızı işığında dayanmayıb hərəkətini davam etdirmişdir. İşıqforu keçib təxminən 15-20 metr qabağa gedəndə görmüşdür ki, yolun kənarında yol polis əməkdaşlarının xidməti avtomobili dayanıb. Yol polis əməkdaşları onun işıqforun qırmızı işığında keçdiyini görüb avtomobili saxlaması üçün işarə vermişlər, o, avtomobili yolun kənarında saxlamış və yol polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ondan sürücülük vəsiqəsini və avtomobilə aid sənədlərini istəmişlər. O, sənədlərini yol polis əməkdaşına təqdim etmiş və polis əməkdaşı onun sənədlərinə baxdıqdan sonra ona sürücülük hüququndan məhrum edildiyini bildirmişdir. Bundan sonra yol polis əməkdaşları onun avtomobilini özünün iştirakı ilə Xaçmaz şəhərində olan duracağa gətirmişlər. Avtomobilinin duracağa gətirilməsi ilə bağlı yol polis əməkdaşları tərəfindən akt tərtib edilərkən yol polis əməkdaşları ondan avtomobilində pul və qiymətli əşya olub-olmadığını soruşmuşlar, o, avtomobilində pul və qiymətli əşya olmadığını bildirdikdə polis əməkdaşları əmin olmaları üçün əvvəlcə avtomobilin salonuna, sonra isə arxa yük yerini açıb baxmışlar. Yol polis əməkdaşları onun avtomobilinin arxa yük yerinə baxarkən ehtiyat təkərin saxlanıldığı yerdə gizlədib saxladığı sellofan torbanı görüb açıb baxmışlar və torbanın içərisində olan qurudulmuş marixuananı görüb ondan nə olduğunu soruşduqda etirf edib bildirmişdir ki, sellefon torbada olan kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur və gələcəkdə istifadə etməsi üçün saxlamışdır. Bundan sonra yol polis əməkdaşları onu avtomobilinə əyləşdirib Xaçmaz RPŞ-nə gətirmişlər. Xaçmaz RPŞ-də olarkən müstəntiq tərəfindən ona videoçəkilişlə avtomobilinə baxış keçiriləcəyi bildirilmiş və onun iştirakı ilə idarə etdiyi «Renault Megane» markalı ** VC *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı o, avtomobilinin arxa yük yerində ehtiyyat təkərin saxlanıldığı yerdə gizlədib saxladığı bir ədəd sellefon torbanı çıxarıb açaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları sellofan torbanın içərisində olan qurudulmuş marixuananı görmüşlər və ondan həmin marixuananı haradan aldığını soruşduqda o, hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, həmin narkotik özünündür, maşınında saxlamışdır ki, sonradan istifadə etsin. Bundan sonra müstəntiq tərəfindən avtomobilinin yük yerində aşkar olunmuş sellofan torbada olan qurudulmuş marixuana bir ədəd ağ rəngli kağız paketə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O, da avtomobilinin yük yerində aşkar olunmuş qurudulmuş marixuananın qablaşdırıldığı paketin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Etdiyi hərəkətlərdən peşimandır. O, heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Avtomobilində aşkar olunmuş qurudulmuş marixuananı isə 2020-ci ilin sentyabr ayının axırlarında balıq tutmaq üçün Xaçmaz rayonu, İstisu qəsəbəsi yaxınlığında olan çayın kənarına gedərkən həmin yerdə olan meşəlik ərazidəki kolların arasında bir ədəd sellofan torbanın içərisində tapmışdır və gələcəkdə özünün istifadə etməsi üçün saxlamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-in Baş Dövlət X5 YPXA-nın 2-ci taqımının yol patrul xidməti baş inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-in Baş Dövlət X5 YPXA-nın 2ci taqımının yol patrul xidməti baş inspektoru vəzifəsində xidmət edir və YPXA-nın 2-ci taqımının yol patrul xidməti inspektoru, polis baş serjantı Şahid2la birlikdə «KİA» markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama avtomobil yolunda xidmət aparırlar. xx xxxxxxx 2020-ci il tarixdə saat 08 radələrində YPXA-nın 2-ci taqımının yol patrul xidməti inspektoru, polis baş serjantı Şahid2la birlikdə onlara təhkim olunmuş «KİA» markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib xidmət aparmalı olduqları Gəndob-Yalama avtomobil yoluna gəlib orada xidmətdə olmuşlar. Həmin gün təxminən saat 22 radələrində Xaçmaz-Xudat avtomobil yolunun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisindən keçən hissəsində xidmətdə olarkən həmin avtomobil yolu ilə hərəkətdə olan «Renault Megane» markalı ** VC *** qeydiyyat nişanlı avtomobilin Xaçmaz rayonu, Quarçay kəndi ərazisində quraşdırılmış işıqforun qadağanedici işığında dayanmayaraq hərəkətini davam etdirdiyini görüb sürücüyə saxla işarəsi vermişlər və sürücü avtomobili yolun sağ kənarında saxlamışdır. Onlar xidməti avtomobildən düşüb «Renault Megane» markalı avtomobilin sürücüsünə yaxınlaşaraq özlərini təqdim etmişlər və sürücüdən, yəni sonradan adını bildiyi Təqsirləndirilən şəxs sürücülük vəsiqəsini və avtomobilə aid sənədləri istəmişlər. Təqsirləndirilən şəxs sənədlərini onlara təqdim etmiş və sonuncunun sənədlərini yoxlayarkən məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilib. Bundan sonra onlar Təqsirləndirilən şəxs idarə etdiyi «Renault Megane» markalı ** VC *** qeydiyyat nişanlı avtomobili özünün iştirakı ilə Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən duracağa gətirmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin duracağa gətirilməsi ilə bağlı akt tərtib edərkən ondan avtomobilində pul və qiymətli əşya olub-olmadığını soruşmuşlar, Təqsirləndirilən şəxs avtomobilində pul və qiymətli əşya olmadığını bildirdikdə buna əmin olmaq üçün əvvəlcə avtomobilin salonuna, sonra isə arxa yük yerini açıb baxmışlar. Avtomobilin arxa yük yerinə baxarkən ehtiyyat təkərin saxlanıldığı yerdə bir ədəd sellofan torba olduğunu görmüşlər. Sellofan torbanın içərisində nə olduğunu bilmək üçün açıb baxanda görmüşlər ki, içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar yaşıl rəngli bitki kütləsi var. Təqsirləndirilən şəxs sellofan torbanın içərisindəki kütlənin nə olduğunu soruşduqda bildirmişdir ki, avtomobilinin yük yerində olan sellefon torbadakı kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur və gələcəkdə istifadə etməsi üçün saxlamışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşdirib Xaçmaz RPŞ-nə gətirmişlər və o, bununla bağlı raport yazıb Xaçmaz RPŞ-nin növbətçi hissəsinə təqdim etmişdir. Bununla bağlı araşdırma aparılması Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Şəhriyar Kərimliyə həvalə edilmiş və həmin gün Xaçmaz RPŞ-nin həyətində müstəntiq Şəhriyar Kərimli tərəfindən Təqsirləndirilən şəxs videoçəkilişlə onun idarə etdiyi avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Sonra müstəntiq X3 Tarverdiyevə təklif etmişdir ki, avtomobilinin yük yerini açıb içərisində olanları özü könüllü olaraq təqdim etsin. X1 təklifindən sonra Təqsirləndirilən şəxs avtomobilinin arxa yük yerində ehtiyyat təkərin saxlanıldığı yerdə gizlədib saxladığı bir ədəd sellefon torbanı çıxarıb açaraq təqdim etmişdir. Sellofan torbanın içərisində qurudulmuş marixuanaya oxşar yaşıl rəngli kütlə olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs həmin kütləni haradan aldığı soruşulduqda demişdir ki, «maşınımda qalmışdır, saxlamışdım ki, sonradan istifadə edərəm». Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Renault Megane» markalı ** VC *** qeydiyyat nişanlı avtomobildə aşkar olunmuş sellofan torbadakı kütlə bir ədəd kağız paketin içərisinə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra onlar protokola və marixuanaya oxşar kütlənin qablaşdırıldığı paketin üstünə imza etmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinin görüntüləri baş inspektor-kriminalist Fariz Muradov tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2, Şahid1 oğlunun ifadəsiilə anoloji ifadə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-bioloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 7/769 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş təmiz çəkisi 110,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3186 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Xaçmaz rayonu, Xudat şəhər X4 üzrə nümayəndəlikdən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xüsusi mülkiyyətində olan «Renault Megane» markalı ** VC *** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində daşımaqla saxlamış və xx xxxxxxx 2020-ci il tarixdə saat 22 radələrində o, özünə məxsus həmin avtomobili idarə edib Xaçmaz-Xudat avtomobil yolu ilə Xudat şəhəri istiqamətində hərəkətdə olarkən həmin yolun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisindən keçən hissəsində yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası DİN-in Baş Dövlət X5 YPXA-nın 2-ci taqımının əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz RPŞ-nin həyətinə gətirilib avtomobilə baxış keçirilərkən avtomobilin arxa yük yerində ehtiyyat təkərin saxlanıldığı yerdə bir ədəd sellofan torbada olmaqla ümumilikdə 110 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarda artıq miqdarda əldə edib daşımaqla saxlamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin yaşını, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:30-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barədə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 109,98 qram olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı avtomobilə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd “CD” formalı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:30-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 109,98 qram olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı avtomobilə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd “CD” formalı disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddia verilməmişdir. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: İLKİN XƏLİLOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar