Məhkəmə qərarları › İş №1(067)-42/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-42/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-42/2022 17.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi3 iştirakı ilə xx xxxxxxxx 1986-cı ildə Xaçmaz rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxxx 1991-ci ildə Xaçmaz rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxxxxxx 1986-cı ildə Xaçmaz rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 14 yanvar 2020-ci il tarixdə, saat 19 radələrində alkoqol sərxoşluğu vəziyyətində həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 məxsus Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisində «Bakı-Gəndob-Yalama» avtomobil yolunun kənarında yerləşən «Dalğa» kafesinə gedib Zərərçəkmiş şəxs2 bir neçə gün əvvəl onların kafedə stolüstü kart oynamalarına icazə verməməsini bəhanə edib özünün üstünlüyünü nümayiş etdirərək bir qrup şəxs halında, kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan nalayiq söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək kafenin zalında olan Zərərçəkmiş şəxs3 məxsus hər biri 70 manat dəyərində 3 ədəd stolu, hər biri 27 manat dəyərində 12 stulu, hər biri 4 manat 50 qəpik dəyərində 8 ədəd böyük, hər biri 3 manat dəyərində 6 ədəd kiçik çini boşqabları, hər biri 5 manat dəyərində 16 ədəd salat qablarını, hər biri 75 qəpik dəyərində 20 ədəd armudu stəkanları, hər biri 1 manat dəyərində 8 ədəd böyük stəkanları, kafenin qarşısında olan zibil qutularını silah qismində istifadə etməklə atıb kafenin pəncərəsinin və giriş qapısının üzərində olan hər biri 20 manat dəyərində 1,5x0,75 metr ölçüdə 8 ədəd sadə ağ şüşələri sındırmaqla məhv edib Zərərçəkmiş şəxs3 ümumilikdə 851 manat məbləğində maddi ziyan vurmaqla, Zərərçəkmiş şəxs4 əynində olan 70 manat dəyərində idman gödəkçəsini cırmaqla və kafenin qarşısında əkilmiş şam ağacının budağını sındırıb içəri daxil olaraq silah qismində istifadə etdiyi həmin ağac parçası ilə Zərərçəkmiş şəxs2 sağ çiyninə və əlinə vurub ona sağ çiyin qurşağının əzilməsi və sol əlin ovuc səthinin sıyrılması ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirməklə və ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs1 başına silah qismində istifadə etdiyi həmin ağac parçası ilə vurmaqla, Təqsirləndirilən şəxs3 isə təpiklə vurub Zərərçəkmiş şəxs2 məxsus Vaz-2107 markalı, ** XV *** qeydiyyat nişanlı avtomobilin hər biri 45 manat dəyərində olan 02 ədəd ön və hər biri 35 manat dəyərində olan 02 ədəd arxa faralarını sındırmaqla məhv edib ümumilikdə 160 məbləğində maddi ziyan vurmaqla ağırlaşdırıcı halda xuliqanlıq, yəni bir qrup şəxs tərəfindən, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 14 yanvar 2020-ci il tarixdə, saat 19 radələrində alkoqol sərxoşluğu vəziyyətində həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 məxsus Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisində «Bakı-Gəndob-Yalama» avtomobil yolunun kənarında yerləşən «Dalğa» kafesinə gedib Zərərçəkmiş şəxs2 bir neçə gün əvvəl onların kafedə stolüstü kart oynamalarına icazə verməməsini bəhanə edib özünün üstünlüyünü nümayiş etdirərək bir qrup şəxs halında, kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan nalayiq söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək kafenin zalında olan Zərərçəkmiş şəxs3 məxsus hər biri 70 manat dəyərində 3 ədəd stolu, hər biri 27 manat dəyərində 12 stulu, hər biri 4 manat 50 qəpik dəyərində 8 ədəd böyük, hər biri 3 manat dəyərində 6 ədəd kiçik çini boşqabları, hər biri 5 manat dəyərində 16 ədəd salat qablarını, hər biri 75 qəpik dəyərində 20 ədəd armudu stəkanları, hər biri 1 manat dəyərində 8 ədəd böyük stəkanları sındırmaqla, Təqsirləndirilən şəxs1 kafenin qarşısında olan zibil qutularını silah qismində istifadə etməklə atıb kafenin pəncərəsinin və giriş qapısının üzərində olan hər biri 20 manat dəyərində 1,5x0,75 metr ölçüdə 8 ədəd sadə ağ şüşələri sındırmaqla məhv edib Zərərçəkmiş şəxs3 ümumilikdə 851 manat məbləğində maddi ziyan vurmaqla, Zərərçəkmiş şəxs4 əynində olan 70 manat dəyərində idman gödəkçəsini cırmaqla və kafenin qarşısında əkilmiş şam ağacının budağını sındırıb içəri daxil olaraq silah qismində istifadə etdiyi həmin ağac parçası ilə Zərərçəkmiş şəxs2 sağ çiyninə və əlinə vurub ona sağ çiyin qurşağının əzilməsi və sol əlin ovuc səthinin sıyrılması ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirməklə və ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs1 başına silah qismində istifadə etdiyi həmin ağac parçası ilə vurmaqla, Təqsirləndirilən şəxs3 isə təpiklə vurub Zərərçəkmiş şəxs2 məxsus Vaz-2107 markalı, ** XV *** qeydiyyat nişanlı avtomobilin hər biri 45 manat dəyərində olan 02 ədəd ön və hər biri 35 manat dəyərində olan 02 ədəd arxa faralarını sındırmaqla məhv edib ümumilikdə 160 manat məbləğində maddi ziyan vurmaqla ağırlaşdırıcı halda xuliqanlıq, yəni bir qrup şəxs tərəfindən, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs3 Quba rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 244.2.1 və 244.2.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 03 il 03 ay 20 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın 03 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 14 yanvar 2020-ci il tarixdə, saat 19 radələrində alkoqol sərxoşluğu vəziyyətində həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 məxsus Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisində «Bakı- Gəndob-Yalama» avtomobil yolunun kənarında yerləşən «Dalğa» kafesinə gedib Zərərçəkmiş şəxs2 bir neçə gün əvvəl onların kafedə stolüstü kart oynamalarına icazə verməməsini bəhanə edib özünün üstünlüyünü nümayiş etdirərək bir qrup şəxs halında, kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adətənənə və qarşılıqlı davranış qaydalarına saymazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan nalayiq söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək kafenin zalında olan Zərərçəkmiş şəxs3 məxsus hər biri 70 manat dəyərində 3 ədəd stolu, hər biri 27 manat dəyərində 12 stulu, hər biri 4 manat 50 qəpik dəyərində 8 ədəd böyük, hər biri 3 manat dəyərində 6 ədəd kiçik çini boşqabları, hər biri 5 manat dəyərində 16 ədəd salat qablarını, hər biri 75 qəpik dəyərində 20 ədəd armudu stəkanları, hər biri 1 manat dəyərində 8 ədəd böyük stəkanları sındırmaqla, Təqsirləndirilən şəxs1 kafenin qarşısında olan zibil qutularını silah qismində istifadə etməklə atıb kafenin pəncərəsinin və giriş qapısının üzərində olan hər biri 20 manat dəyərində 1,5x0,75 metr ölçüdə 8 ədəd sadə ağ şüşələri sındırmaqla məhv edib Zərərçəkmiş şəxs3 ümumilikdə 851 manat məbləğində maddi ziyan vurmaqla, Zərərçəkmiş şəxs4 əynində olan 70 manat dəyərində idman gödəkçəsini cırmaqla və kafenin qarşısında əkilmiş şam ağacının budağını sındırıb içəri daxil olaraq silah qismində istifadə etdiyi həmin ağac parçası ilə Zərərçəkmiş şəxs2 sağ çiyninə və əlinə vurub ona sağ çiyin qurşağının əzilməsi və sol əlin ovuc səthinin sıyrılması ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirməklə və ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs1 başına silah qismində istifadə etdiyi həmin ağac parçası ilə vurmaqla, özü isə təpiklə vurub Zərərçəkmiş şəxs2 məxsus Vaz-2107 markalı, ** XV *** qeydiyyat nişanlı avtomobilin hər biri 45 manat dəyərində olan 02 ədəd ön və hər biri 35 manat dəyərində olan 02 ədəd arxa faralarını sındırmaqla məhv edib ümumilikdə 160 manat məbləğində maddi ziyan vurmaqla ağırlaşdırıcı halda xuliqanlıq, yəni bir qrup şəxs tərəfindən, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Bununla da Təqsirləndirilən şəxs3 Fatiq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə ifadəsində göstərdi ki, o, digər təqsirləndirilənlər Cavid və Səid ilə birlikdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3gilə məxsus kafeyə çay içməyə getmişlər. Həmin kafedə o, Səid və Cavid stolüstü kart oyunu oynamaq istəyəndə Namiq icazə verməmişdir. Buna görə Namiqlə aralarda mübahisə yaranmışdır. Bu vaxt zərərçəkmiş Zərərçəkmiş şəxs4 onların arasına girərək onlara söyüş söymüşdür. Sonra isə Namiq onun yanından fırlanıb keçmiş, Namiqin əlində bıçaq olduğuna fikir verməyərək görməmişdir. O, Namiqin onu arxadan bıçaqla vurduğunu hiss etməmiş, elə bilmişdir ki, arxadan ona nəsə dəymişdir. Bir-iki dəqiqədən sonra qan gəldiyini görmüş, kafedən çölə çıxıb ağac budağı sındırmışdır ki, kafeyə qayıdıb Namiqi vursun, budağı götürüb qayıdanda Namiqgili kafedə tapa bilməmişdir. O, yenidən çölə çıxıb kafenin qarşısında olan iki ədəd zibil qutusunu götürərək kafenin içərisinə atmışdır. Sonra isə aldığı xəsarətə görə xəstəxanaya getmişdir. Həmçinin bildirmişdir ki, mübahisə edərək Namiqin boğazından tutması 2018-ci ildə olmuş hadisə zamanı baş vermiş, hazırkı mübahisə zamanı olmamışdır, hadisə vaxtı kafedə kart, domino oynayan başqa kimsə olmamışdır, hadisə zamanı o, heç kimi vurmamış. budağı götürərək Namiqi vurmağa getmiş, lakin Namiqi tapa bilməmişdir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Həmçinin onu da bildirmişdir ki, hazırda ən çox zərəri o özü çəkmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Qaradağlı kəndində yaşayır. O, Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Zərərçəkmiş şəxs2 təxminən 10-15 il olar ki, tanıyır. Onun Namiqlə münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Xaçmaz rayonu, Qaradağlı kəndi ərazisində «Bakı-Gəndob-Yalama» avtomobil yolunun Bakı şəhəri istiqamətində götürdükdə sol kənarında Namiqin atası Məzahirə məxsus «Dalğa» kafesi yerləşir. O özü də əvvəllər aradabir tanışları ilə Məzahirə məxsus kafeyə gedib çay içərək stolüstü oyunlar oynamışdır. Namiq də çox vaxt atasına məxsus kafedə olmuşdur. 2018-ci ilin qış ayları olardı Məzahirə məxsus «Dalğa» kafesində çay içərkən Namiq onun kafedə olan qohumu Mirzəcanın adını təhqiredici formada səsləndirmiş, o da Namqi yanına çağırıb buna görə ona narazılığını bildirmişdir. Bu zəmində aralarında mübahisə yaranmış və o, əli ilə Namiqin boğazından tutmuş, yanlarında olan həmkəndlisi Səid, Mirzəcan və kafedə işləyən Gülxar araya keçib onları ayırmışlar. Namiq mətbəxə getmiş və geri qayıdıb gələndə görmüşdür ki, onun əlində bıçaq var. Səid, Mirzəcan, Gülxar və Məryam Namiqin qarşısını kəsib onun üstünə gəlməyə qoymamışlar. Kafedən çıxandan sonra o, zəng vurub Namiqin hərəkətləri barədə atası Məzahirə də bildirmişdir. Həmin vaxtdan sonra Namiqlə münasibəti bir qədər pisləşmiş və 4-5 aya yaxın o, «Dalğa» kafesinə getməmişdir. Sonradan Namiq özü yaxınlaşıb onunla görüşmüşdür. Tədricən Namiqlə münasibəti yaxşılaşmış, ancaq buna baxmayaraq o, yenə də onunla çox yaxın münasibətdə olmamışdır. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin yanvar ayının əvvəlləri olardı Səidlə birlikdə «Dalğa» kafesinə gələrək stollardan birinin arxasında əyləşib içmələri üçün çay istəmişlər. Sonra o, kafedə olan kartı götürmüşdür ki, Səidlə oynasın. Gülxar onların kart oynadıqlarını görmüş və gəlib stolun üstündən kartı götürmüşdür. Onlar Gülxara heç bir söz deməmişlər və çay içdikdən sonra kafedən çıxıb getmişlər. Sonrakı günlərdə «Dalğa» kafesinə gələndə görmüşdür ki, kafedə olan müştərilər kart və domino oynayırlar. «Dalğa» kafesində kartla oynamalarına Namiqin icazə verməməsinin səbəbini bilməmiş və sonuncunun hərəkətləri xoşlarına gəlməmişdir. Buna baxmayaraq yenə də o, tanışları ilə «Dalğa» kafesinə gedib çay içmişdir. Sonrakı günlərdə də öz aralarında söhbət edərkən Namiqin onlara olan münasibətini, Gülxarın isə oynadıqları kartı stolun üstündən götürüb cırmasını özlərinə hörmətsizlik kimi qəbul etmişlər. 14 yanvar 2020-ci il tarixdə, təxminən saat 15 radələrində o, evdən çıxıb Qaradağlı kəndi ərazisində «Bakı-Gəndob-Yalama» avtomobil yolunun kənarında yerləşən «Cəmşid» marketin qarşısına gələndə görmüşdür ki, Səidlə Cavid marketin qarşısında dayanıb söhbət edirlər. O, onların yanına gəlmiş və onlar öz aralarında razılaşmışlar ki, «Cəmşid» marketdən araq, çörək, kolbasa və balıq konservi alıb Qaradağlı kəndi ərazisində yerləşən onun əmisinə məxsus «Elnur» kafesində yeyib-içsinlər. Onlar «Cəmşid» marketdən bir ədəd bir litrlik araq, çörək, kolbasa və balıq konservi alıb «Elnur» kafesinin qarşısına gəlmişlər. Həmin vaxt «Elnur» kafesi bağlı olduğu üçün onlar kafenin qarşısında olan stollardan birinin ətrafında oturub yeyibiçmişlər. Sonra onların yanına Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Ceyhun gəlmiş və sonuncu da onlarla bir stol arxasında oturaraq yeyib-içmişdir. «Elnur» kafesinin qarşısında oturub yemək yeyərkən dördü də araq içmişlər. Təxminən saat 18 radələrində Ceyhun onlardan ayrılıb getmiş, onlar isə «Elnur» kafesinin qarşısında oturmuşlar. Təxminən saat 19 radələrində o, Cavid və Səid birlikdə «Cəmşid» marketin qarşısına gəlmişlər, sonra isə öz aralarında razılaşmışlar ki, «Dalğa» kafesinə gedib çay içsinlər. Onlar birlikdə «Dalğa» kafesinə gəlib içəri daxil olmuşlar və Namiq onları görüb qarşılarına gəlmişdir. Mətbəxin giriş qapısına yaxın yerdə Səidlə Namiq üzbəüz dayanıb sakit söhbət etmişlər. Sonra biləmədiyi səbəbdən Namiqlə Səid arasında mübahisə yaranmış və Namiqdən arxa tərəfdə dayanmış Gülxar onların söhbətinə müdaxilə edərək Səidə nə isə demiş, Namiq də ona sakit olmasını bildirmişdir. O bir qədər kənarda dayandığı üçün Gülxarın Səidə nə dediyini eşidə bilməmişdir. O, bayıra çıxmaq istəyəndə Gülxar onların ünvanına söyüş ifadələri işlətmiş və o, bayıra çıxmayaraq geri qayıdıb söyüş söyə-söyə dəhlizdə olan qapıdan mətbəxə daxil olmuşdur. Mətbəxə daxil olarkən ona elə gəlmişdir ki, Gülxar onun istiqamətində stəkan və nəlbəki atmışdır. Gülxarın atdığı stəkan və nəlbəki ona dəyməmişdir. Mətbəxdə olarkən Gülxar onu, o da Gülxarı söymüşdür. Bu vaxt Namiq mətbəxə gəlmiş və yaxınlaşıb onun sol bel nahiyəsindən vurmuşdur. Namiqin onu yumruqla vurduğunu fikirləşmiş, ancaq sonra sol bel nahiyəsindən qan axdığını görüb Namiqin onu bıçaqla vurduğunu bilmişdir. O, söyüş söyə-söyə kafedən bayıra çıxmış və kafenin qarşısında əkilmiş şam ağacını təxminən 6-7 sm diametrdə və 1,5 metr uzunluqda olan budağını sındırıb yenidən kafenin mətbəxinə daxil olmuşdur. Namiqlə Gülxarı tapa bilməyib bayıra çıxmış və kafenin qarşısında olan iki ədəd zibil qutusunu götürüb kafenin pəncərə şüşələri istiqamətində atmışdır. Atdığı zibil qutuları pəncərələrin şüşələrini sındırıb içəri düşmüşdür. Kafenin qarşısında Cavidi görüb ona demişdir ki, Namiq bıçaqla vurub ona xəsarət yetirib. Səid də yanına gəlmiş və onlar qolundan tutub onu «Cəmşid» market istiqamətində aparmışlar. Bu vaxt Məzahir gəlib avtomobilini onların yanında saxlamış və o, əsəbi olduğu üçün Məzahirin ünvanına söyüş ifadələri işlətmişdir. Cavidlə Səid onu «Cəmşid» marketin yaxınlığına gətirib həmkəndlisi Elminin avtomobilinə əyləşdirərək Xaçmaz RMX-na gətirmişlər. Xəstəxanada üzərində cərrahi əməliyyat aparılmış və özünə gələndə bilmişdir ki, dalağı zədələndiyi üçün cərrahi yolla çıxarılmışdır. Sonradan qarın boşluğunda hematoma yaranmış və 22 fevral 2020-ci il tarixdə o, ikinci dəfə «Tofiqoğlu» tibb mərkəzində əməliyyat olunmuşdur. Namiqin bıçaqla vurub ona xəsarət yetirməsi ilə bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində cinayət işi başlanıb istintaq aparılmış, 2020-ci ilin aprel ayında isə istintaq başa çatdığı üçün cinayət işi baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Xaçmaz rayon məhkəməsində işə baxılarkən bilmişdir ki, Namiqin bıçaqla vurub ona yetirdiyi xəsarət nəticəsində dalağının çıxarılmasına baxmayaraq ekspert rəyində xəsarəti dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma kimi göstərilmişdir. O, bunu bildikdən sonra etirazını bildirmiş və təkrar məhkəmə-tibbi ekspertizasının təyin olunması ilə bağlı vəsatət qaldırmışdır. O, təkrar məhkəmə-tibbi ekspertizasından keçirilmiş və təkrar məhkəmə-tibbi ekspertizası nəticəsində bədəni üzərində olan xəsarətin həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olduğu müəyyən edilmiş, bu səbəbdən də cinayət işi yenidən istintaqa qaytarılmışdır. Hələ də o, tam sağalmadığı üçün müalicəsini davam etdirir. Müalicə alması ilə bağlı isə Namiq tərəfindən ona heç bir köməklik göstərilmir. Həkimlərin bildirməsinə görə üçüncü dəfə də əməliyyat olunmasına ehtiyac yarana bilər. «Dalğa» kafesində olan mübahisə zamanı o, Namiqi vurmamış və ona heç bir bədən xəsarəti yetirməmişdir. Kafenin pəncərə şüşələrini o, zibil qutuları ilə sındırmış, kafedə olan stol və stulları isə kimin aşırdığını o bilməmişdir. 14 yanvar 2020-ci il tarixdə «Dalğa» kafesinə kimin birinci daxil olmasını, Cavidin nə vaxt kafeyə daxil olduğunu xatırlamamış, Gülxarla isə bir-birlərinin ünvanına söyüş ifadələri işlətmişlər. Ancaq o, Gülxarın əynində olan idman gödəkçəsini dartıb çırmamışdır. O, şam ağacının budağını Namiqi vurmaq üçün götürmüşdür. Onun Məryamı vurmaq niyyəti olmamış və əlində olan ağac budağının Məryamın başına dəyməsini hiss etməmişdir. Həmin hadisə zamanı o, Kamranı görməmiş və Kamranın onu «Dalğa» kafesindən bayıra çıxarmasını xatırlamamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə ifadəsində göstərdi ki, o, digər təqsirləndirilənlər Tural və Səidlə birlikdə zərəçəkmiş Namiqgilin kafesinə çay içməyə, stolüstü kart oyunu oynamağa getmişlər. Namiq onlara kart oynamağa icazə verməmiş, zərərçəkmiş Gülxar söyüş söymüş və Tural ilə mübahisə yaranmışdır. Sonra o, bayıra çıxmış, bayırda olduğu zaman görmüşdür ki, Tural əlində ağac budağı ilə həmin kafeyə girir. Bu zaman Tural ona demişdir ki, deyəsən, bıçaqlanıb. O, baxıb görmüşdür ki, Turalın belinin aşağı hissəsindən qan axır. Həmçinin bildirdi ki, mağazadan bir litrlik araq alıb o, Tural və Səidlə Namiqgilin kafesinin yaxınlığındakı kafenin həyətində içmişlər. Həmin kafe həmin gün işləməmiş, araq içəndən sonra kart oynamaq üçün Namiqgilin kafesinə getmişlər. O, mübahisə vaxtı kafedən çöldə olduğundan qab-qacağı kimin sındırdığını, Gülxarın əynindəki gödəkçəni kimin cırdığını, mübahisə zamanı Namiqgilin kafesindəki stolları kimin aşırdığını, Turalın bıçaqla vurulduğu anı görməmişdir. Mübahisə zamanı o heç kimi vurmamış, heç bir əşyanı sındırmamışdır. Mübahisə düşəndə o, bayıra çıxmış, kafeyə qayıdanda stolun aşırıldığını görmüşdür. O, Namiqdən onların arxasınca niyə söyüş söydüyünü soruşmamış, yəni belə bir şey olmamışdır. O, həmin gün kafedə mübahisədən əvvəl Namiqlə söhbət etmiş, yəni Namiqdən niyə görə kart oynamağa icazə vermədiyini soruşmuş, sonuncuya demişdir ki, axı həmişə oyanımışıq, indi niyə icazə vermir. O, Turalı sonuncunu kafedən çıxarmamaq, ayırmamaq üçün söyüş qoyduğuna görə çıxarmamışdır, Turalı çıxarmağa güçü çatmadığı üçün çıxarmamışdır. Kafedəki mübahisənin səs-küyünə Kamran, Vadim, daha sonra Ramiq gəlmiş, Turalı Eminin avtomobili ilə xəstəxanaya aparmışlar. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, atası Davudla birlikdə Xaçmaz rayonu, Qaradağlı kəndində yaşayır. Təqsirləndirilən şəxs1 həmkəndlisidir, Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Zərərçəkmiş şəxs2 isə təxminən 10-15 il olar ki, tanıyır. Onun Tural və Namiqlə münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Xaçmaz rayonu, Qaradağlı kəndi ərazisində «Bakı-Gəndob- Yalama» avtomobil yolunun Bakı şəhəri istiqamətində götürdükdə sol kənarında Namiqin atası Məzahirə məxsus «Dalğa» kafesi yerləşir. O özü də əvvəllər aradabir tanışları ilə Məzahirə məxsus kafeyə gedib çay içərək stolüstü oyunlar oynamışdır. Namiq də çox vaxt atasına məxsus kafedə olmuşdur. 2020-ci ilin yanvar ayının onu və ya on biri olardı o, həmkəndliləri Səid və Səidin adını bilmədiyi dostu ilə birlikdə Məzahirə məxsus «Dalğa» kafesinə getmişdir ki, çay içib kartla oyun oynasınlar. Kafeyə daxil olub stollardan birinin arxasında əyləşərək içmələri üçün çay sifariş vermişlər və özləri ilə gətirdikləri kartı çıxarıb oynamışlar. Kafedə işləyən Gülxar adlı qadın gətirib oturduqları stolun üstünə çay qoymuş və onlar çay içə-içə kartla oyunlarını davam etdirmişlər. Bir qədər keçdikdən sonra Namiq gəlib Səidə demişdir ki, kafedə kartla oynamağa icazə vermirlər, kartı yığışdırsınlar. Səid kartı yığışdırmayıb oynamaq istədiyini bildirmiş, Namiq də «baxarsınız nə edəcəm» deyərək çıxıb getmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Gülxar gəlmiş və stolun üstündə olan kartı götürüb cıraraq yerə atmışdır. Gülxarın hərəkətləri xoşlarına gəlməmiş və Namiqə düz etmədiyini deyərək kafedən çıxıb getmişlər. Sonrakı günlərdə də öz aralarında söhbət edərkən Namiqin onlara olan münasibətini, Gülxarın isə oynadıqları kartı stolun üstündən götürüb cırmasını özlərinə qarşı hörmətsizlik kimi qəbul etmişlər. 14 yanvar 2020-ci il tarixdə, təxminən saat 15 radələrində o, evdən çıxıb Qaradağlı kəndi ərazisində «Bakı-Gəndob-Yalama» avtomobil yolunun kənarında yerləşən «Cəmşid» marketin qarşısına gələndə görmüşdür ki, Səid tək marketin qarşısında dayanıb. Marketin qarşısında dayanıb Səidlə söhbət edərkən yanlarına Tural gəlmiş və onlar öz aralarında razılaşmışlar ki, «Cəmşid» marketdən araq, çörək, kolbasa və balıq konservi alıb Qaradağlı kəndi ərazisində yerləşən Turalın əmisinə məxsus «Elnur» kafesində yeyibiçsinlər. Onlar «Cəmşid» marketdən bir ədəd bir litrlik araq, çörək, kolbasa və balıq konservi alıb «Elnur» kafesinin qarşısına gəlmişlər. Həmin vaxt «Elnur» kafesi bağlı olduğu üçün onlar kafenin qarşısında olan stollardan birinin ətrafında oturub yeyib-içmişlər. Sonra onların yanına Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Ceyhun gəlmiş və sonuncu da onlarla bir stol arxasında oturaraq yeyib-içmişdir. «Elnur» kafesinin qarşısında oturub yemək yeyərkən dördü də araq içmişlər. Həmin vaxt Səid Turala demişdir ki, bir neçə gün əvvəl «Dalğa» kafesində oturub çay içə-içə kart oynayarkən Gülxar onlara hörmətsizlik edərək stolun üstündən kartı götürüb cırmışdır, Namiq də Gülxarı müdafiə edərək onun hərəkətlərinə haqq qazandırmışdır. O, özü də Namiqin onlara qarşı hörmətsizlik etdiyini bildirmiş və onlar öz aralarında razılaşmışlar ki, yenidən «Dalğa» kafesinə gedib kart oynasınlar və görsünlər ki, Namiq onlara qarşı nə edə bilir. Məqsədləri Namiqi kafedə kart oynamalarına icazə verməyə məcbur etmək olmuşdur. Təxminən saat 18 radələrində Ceyhun onlardan ayrılıb getmiş, onlar isə «Elnur» kafesinin qarşısında oturmuşlar. Təxminən saat 19 radələrində o, Tural və Səid «Dalğa» kafesinin qarşısına gəlmişlər. Turalla Səid bayırda dayanmış, o isə kafeyə daxil olub Gülxardan Namiqi soruşmuş, Gulxar da otağa gedib Namiqi çağırmışdır. Namiq gələndə o ondan nəyə görə arxalarınca söyüş söydünü soruşmuş, Namiq də ona demişdir ki, onların arxasınca söyüş söyməmişdir. Onlar kafenin zalında olan stollardan birinin arxasında oturub söhbət edərkən Səid içəri daxi olub əlindəki kartı stolun üstünə ataraq demişdir ki, o, bu kafedə kart oynayacaqdır. Bu vaxt Tural kafeyə daxil olmuş və əli ilə piştaxtanın üstünə vuraraq demişdir ki, onlar kafedə kart oynamalıdırlar. Gülxar gəlib onların arasında olan söhbətə müdaxilə edərək Turala nə isə demişdir. O, Gülxarın Turala nə dediyini eşitməmiş, Turalla Gülxar arasında mübahisə yaranmış və onlar bir-birlərinin ünvanına söyüş ifadələri işlətmişlər. Sonra Tural söyüş söyərək demişdir ki, gəlin kafeni dağıdaq. Bundan sonra Səid kafenin zalında olan bəzi stolları aşırmışdır. O, gəlib Turalın qolundan tutub çəkərək ona demişdir ki, gəl çıxaq bayıra. Tural isə ona qulaq asmamış və o, Turalı buraxıb kafedən bayıra çıxmışdır. Bir neçə dəqiqə keçdikdən sonra içəridə dalaşma səsləri gəldiyini eşidib kafeyə daxil olanda görmüşdür ki, kafenin içərisində sağ tərəfdə olan stollar aşıb. O, bir daha Turalı tutub kafedən bayıra çıxarmağa cəhd etmiş, Tural isə söyüş söyərək kafedən bayıra çıxmamışdır. Turalın Namiqlə dalaşacağını bilmiş və kafedən bayıra çıxaraq gedib bir qədər kənarda dayanmışdır. Sonra səsə həmkəndlisi Kamran gəlmiş və sonuncu kafeyə daxil olaraq Turalı tutub bayıra çıxarmışdır. Tural isə kafenin qarşısında olan şam ağacının budağını sındırıb əlinə götürmüş və qayıdıb qaçaraq kafenin içərisinə daxil olmuşdur. Təxminən 6-7 dəqiqə keçdikdən sonra səsə gəlmiş adamlar Turalı tutub kafedən bayıra çıxarmışlar və Tural yanına gələndə onun sol bel nahiyəsindən qan axdığını görüb nə olduğunu soruşduqda demişdir ki, «deyəsən, bıçaqlanmışam». Bundan sonra onunla Səid Turalı «Cəmşid» marketin qarşısında dayanmış həmkəndlisi Eminin avtomobilinə əyləşdirib Xaçmaz RMX-na gətirmişlər. Səhəri gün eşitmişdir ki, Namiqin kafenin arxa tərəfində saxladığı Vaz-2107 markalı avtomobilin faralarını da mübahisə zamanı Səid sındırmışdır. Ancaq o özü Namiqə məxsus avtomobilin faralarını Səidin sındırmasını görməmişdir. «Dalğa» kafesində olan mübahisə zamanı Namiq və ya orada olanlardan başqa kimsə onu vurmamış və o özü də Namiqi vurmamışdır. Kafedə olan əşyaları o dağıtmamışdır. Kafedə olan stol-stulları və digər əşyaları Səidlə Tural aşıraraq sındırmışlar. O, «Dalğa» kafesinə gələndə orada Namiqin, Gülxarın və Məryamın olduğunu görmüş, sonradan isə kafenin qarşısına həmkəndliləri Kamran, Ramiq, Vadim və başqa adamlar gəlmişlər. Qaranlıq olduğuna görə o, kafenin qarşısına gələnlərin kim olduqlarını bilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə ifadəsində göstərdi ki, o, digər təqsirləndirilənlər Tural və Cavidlə zərərçəkmiş Namiqgilin kafesinə stolüstü oyunlar oynamaq üçün getmişlər. O, kafedə mübahisənin necə baş verdiyini xatırlamır. Namiqin kafenin həyətində saxladığı avtomobilini sındırdığını xatırlayır, qalan heç nəyi xatırlamamışdır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs3 ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Qaradağlı kəndində qeydiyyatdadır və 05 mart 2020-ci il tarixədək həmin kənddə yaşamışdır. Hal-hazırda isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Təqsirləndirilən şəxs1 həmkəndlisidir, Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Zərərçəkmiş şəxs2 isə təxminən 10 il olar ki, tanıyır. Onun əvvələr Namiqlə heç bir düşmənçiliyi olmamışdır. Namiqin atası Məzahirə məxsus «Dalğa» kafesi Xaçmaz rayonu, Qaradağlı kəndi ərazisində «Bakı-Gəndob-Yalama» avtomobil yolunun Bakı şəhəri istiqamətində götürdükdə sol kənarında yerləşir. Namiq də çox vaxt atasına məxsus kafedə olmuş və o özü də həbs olunmamışdan əvvəl tanışları ilə «Dalğa» kafesinə gedib çay içərək stolüstü oyunlar oynamışdır. 14 yanvar 2020-ci il tarixdə o, Qaradağlı kəndi ərazisində yerləşən «Cəmşid» marketin qarşısına gəlib Tural və Cavidlə görüşmüşdür. Onlar «Cəmşid» marketdən çörək, başqa ərzaq məhsulları və araq alıb Qaradağlı kəndi ərazisində yerləşən «Elnur» kafesinin qarşısına gələrək orada oturub yeyib-içmişlər. Həmin vaxt üçü də araq içmiş, sonra isə öz aralarında razılaşmışlar ki, çay içmək üçün «Dalğa» kafesinə getsinlər. Kafedə olarkən o, onları kimin qarşıladığını və baş verənləri xatırlamamış, ancaq «Dalğa» kafesinə gələrkən ortada Namiqin, Ləman kimi tanıdığı Gülxarın və Məryamın olduqlarını görmüşdür. O, «Dalğa» kafesində olanları xatırlamamış, ancaq onu xatırlamışdır ki, kafenin qarşısında olarkən Tural yaxınlaşıb ona demişdir ki, onu bıçaqla vurmuşlar. Turaldan onu bıçaqla kimin vurduğunu soruşmamış və sonuncunu yolun kənarında dayanmış taksi avtomobilinə əyləşdirib xəstəxanaya aparmış, sonra isə qayıdıb yaşadığı evə gəlmişdir. Səhəri gün eşitmişdir ki, Turalın dalağı zədələndiyi üçün çıxarılmışdır. O, həmin hadisə baş verən günədək hər gün bir neçə dəfə «Dalğa» kafesinə gedib-gəlmişdir. Hadisədən 3- 4 gün əvvəl «Dalğa» kafesində kart oynamaq istəməsini və ya kiminlə kart oynamaq istəməsini, Gülxarın onların qarşısından kartı götürməsini, 14 yanvar 2020-ci il tarixdə «Dalğa» kafesində olarkən Namiqlə aralarında mübahisə olmasını, kafenin arxa tərəfində olan Namiqə məxsus göy rəngli Vaz-2107 markalı avtomobilin ön və arxa faralarını hansı səbəbdən sındırmasını, «Dalğa» kafesində olan stol-stulların hansı şəraitdə aşmasını və kafenin pəncərə şüşələrinin hansı şəraitdə sınmasını, Kamranın nə vaxt onların yanına gəldiyini xatırlamamış və Namiqin bıçaqla vurub Turala xəsarət yetirməsini görməmişdir. 14 yanvar 2020-ci il tarixdə «Elnur» kafesinin qarşısında yeyib-içərkən Ceyhun onların yanına gəlmiş və tez də çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 “Dalğa” kafesində ona yaxınlaşaraq soruşmuşdur ki, o onların arxasınca niyə söymüşdür. O isə Cavidə bildirmişdir ki, o onları söyməmişdir, obyektin pəncərəsini qıran üçün “Allah bəlasını versin” demiş, lakin heç kimin adını çəkməmişdir. Həmin vaxt təqsirləndirilən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 ilə mübahisə etmişdir. Sonra isə təqsirləndirilən Təqsirləndirilən şəxs3 ona yaxınlaşaraq söhbət etmiş, bu zaman Tural gəlmiş və mübahisə böyümüşdür. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxslər bilmişlər ki, həmin kafedə kart oynamağa icazə verilmir. O, stolun üzərindən kartı götürmək istəyəndə Tural onun əlindən vurmuşdur. O, mətbəxə gedərək Gülxara demişdir ki, gedib təqsirləndirilənlərin stolunun üzərindən kartı götürsün, Gülxar gedərək kartı götürərək gəlmişdir. O, Ramiqə demişdir ki, gecə kafenin elektrik lampalarını açanların, pəncərə şüşəsini sındıranların Allah bəlasını versin. Səid onu söyməmişdir, onlar demişlər ki, o, qızların arxasında gizlənir. O, Səidlə söhbət edərkən Tural Gülxarla mübahisə etmiş, sonra isə Gülxar ona bildirmişdir ki, Tural onun gödəkçəsini cırmışdır. O, Səidlə söhbət edəndə Tural və Cavid kafenin zalında stolları təpikləyib sındırmışlar. Hadisə zamanı Tural ağac budağı ilə onun onun başına, çiyninə vurmuş, həmin vaxt Məryam yanında olmuş, ilk olaraq ağac budağı Məryama dəymiş və sonuncu yıxılmış, daha sonra isə ağacla onu vurmuş, o isə özünü müdafiə etmək üçün mətbəx bıçağını götürüb Turalı vurmuşdur. Turalı kafedən Kamran çıxarmış, Emin kafeyə daxil olmamışdır. Mübahisə təxminən otuz dəqiqə davam etmişdir. Həmçinin bildirmişdir ki, o, kafedən çölə çıxanda kafenin həyətində saxladığı avtomobilinin faralarının Səid tərəfindən sındırıldığını bilmişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxslər ona vurduqları ziyanı tam olaraq ödəmişlər, o, təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Əlavə olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Çarxı kəndində yaşayır. Xaçmaz rayonu, Qaradağlı kəndi ərazisində «Bakı-Gəndob-Yalama» avtomobil yolunun Bakı şəhəri istiqamətində götürdükdə sol kənarında atası Məzahirə məxsus «Dalğa» kafesi yerləşir. Atasının işləri olanda o özü «Dalğa» kafesinə gəlib işlərə nəzarət etmişdir. Xaçmaz rayonu, Qaradağlı kəndində yaşayan Təqsirləndirilən şəxs1 təxminən 10 il olar ki, tanımış, Tural özü də tez-tez həmkəndliləri ilə «Dalğa» kafesinə gəlib çay içmişdir. 2020-ci ilin yanvar ayından başlayaraq atası şəxsi işləri ilə bağlı «Dalğa» kafesinə gəlməmiş və kafeni o, özü işlətmişdir. Həmin vaxt kafedə Ləman adı ilə tanınan Gülxar isə masa xidmətçisi işləmişdir. 11 yanvar 2020-ci il tarixdə, təxminən saat 15 radələrində kafedə olduğu zaman Tural, sonuncunun həmkəndliləri Cavid, Səid və adını bilmədiyi başqa bir nəfər kafeyə daxil olmuş, o, onları qarşılayıb oturmaları üçün yer göstərmiş və onlar gəlib onun göstərdiyi masa ətrafında əyləşmişlər. Bir neçə dəqiqə keçdikdən sonra o, Turalgilin pulla kart oynadıqlarını görüb Səidə yaxınlaşaraq demişdir ki, Səid «sənə hörmətim var, xahiş edirəm, kartı yığışdırın». Lakin onlar ona əhəmiyyət verməmişlər və o, əlini uzadıb kartı götürmək istəyəndə Tural əli ilə onun əlinin üstünə vuraraq demişdir ki, «əlini çək». Mübahisə yaranmasın deyə o, Turala heç bir söz deməmiş və mətbəxə gedib Gülxara demişdir ki, Turalla Səid ona əhəmiyyət verməyib kart oynayırlar, onların əyləşdikləri stola çay apararkən kartı stolun üstündən götürsün. Gülxar bir çaydan çay hazırladıqdan sonra aparıb Turalgilin əyləşdikləri stolun üstünə qoymuş və onların oynadıqları kartı da stolun üstündən götürüb mətbəxə gətirmiş, sonra isə cırıb zibil qabına atmışdır. Tural, Səid, Cavid və yanlarında olan tanımadığı oğlan başqa heç bir söz deməmişlər və çaylarını içdikdən sonra Cavid kafedən çıxıb getmiş və qayıdıb gələndə görmüşdür ki, Cavid toyuq, kolbasa, çörək və araq alıb gətirib. Turalgil aldıqları toyuğu, kolbasanı, çörəyi və arağı oturduqları masanın üstünə qoyaraq yeyib-içmişlər. Turalgil yeyib-içərkən aradabir arağı döşəməyə səpmişlər və stolun üstündə olan qaşıqları yerə atmışlar. Turalgilin ona qarşı saymazlıq göstərib arağı döşəməyə səpdiklərini və qaşıqları yerə atdıqlarını bilsə də, mübahisə yaranmasın deyə onlara fikir verməməyə çalışmışdır. Turalgil «Dalğa» kafesində yeyib-içdikdən sonra Səid onu bayıra çağırıb demişdir ki, «uşaqlar sənin üçün problem yaradacaqlar», Səidə onların kafedə yeyib-içmələrinə mane olmadığını bildirərək nədə günahkar olduğunu soruşmuş, Səid də ona demişdir ki, kafedə kartla oynamalarına icazə vermədiyi üçün onlar ondan narazı qalmışlar. Bundan sonra onlar kafedən çıxıb getmişlər. O, axşamadək kafedə qalmış, təxminən saat 24 radələrində isə kafenin qapısını bağlayıb evə getmişdir. 12 yanvar 2020-ci il tarixdə, təxminən saat 10 radələrində kafeyə gəlib qapını açaraq içəri daxil olmuş və baxanda görmüşdür ki, kafenin pəncərələrindən birinin bir ədəd şüşəsi sınıb. Bayıra çıxıb Qaradağlı kəndində yaşayan Ramiqi görüb ona kafenin pəncərəsinin şüşəsinin sındırıldığını deyərək axşam kafenin ətrafında başqa kimisə görüb-görmədiyini soruşmuş, Ramiq də demişdir ki, o, kafenin ətrafında heç kimi görməmişdir. O, şüşəni sındıran şəxsin ünvanına «allah bəlasını versin» deyərək qayıdıb kafeyə gəlmişdir. Həmin gün və səhəri gün Tural, Səid və Cavid «Dalğa» kafesinə gəlməmişlər və özü də onları görməmişdir. 14 yanvar 2020-ci il tarixdə, səhər saatlarında o, «Dalğa» kafesinə gəlib sonrakı müddətdə Gülxarla birlikdə kafedə olmuşdur. Təxminən saat 18 radələrində o, dincəlmək üçün kafedə olan otaqdakı divanın üstünə uzanmış, Gülxar isə tək kafenin zalında oturub televizora baxmışdır. Bir saata yaxın vaxt keçdikdən sonra Gülxar olduğu otağa gəlib ona demişdir ki, Cavid gəlib onu çağırır. O, yerindən durub kafenin zalına gələndə görmüşdür ki, əvvəllər «Dalğa» kafesində aşbaz işləmiş Məryam da kafenin zalında oturub, Cavid isə giriş qapısından içəri tərəfdə tək ayaqüstə dayanıb. O, Cavidin yanına gəlib nə lazım olduğunu soruşduqda sonuncu ona demişdir ki, «eşitmişəm söyüş söymüsən». O da Cavidə bir gün əvvəl mağazadan aldıqları yeməyi hazırlatdırıb qarşılarına qoyduğunu, kafedə yeyib-içib getdiklərini, onları söymədiyini, pəncərənin şüşəsini sındıranın ünvanına «allah bəlasını versin» dediyini bildirmişdir. Cavidlə oturub söhbət edərkən Səid kafeyə daxil olub demişdir ki, «o oğlanın var-yoxunu s..... mənim kafedə kart oynamağıma icazə verməsin». Səidin hərəkətlərindən sonra Cavid də Səidi müdafiə etmiş və heç bir başqa söhbət olmadan Cavidlə Səid birlikdə ona qarşı söyüş ifadələri işlətmişlər. O, ayağa durub Səidi sakitləşdirmək istəmiş. Səid isə Gülxara tərəf baxaraq demişdir ki, «bu qız kafedə işləməməlidir». Gülxar Səiddən günahının nə olduğunu soruşduqda o, Gülxara qarşı da söyüş ifadələri işlətmişdir. O, Cavidlə Səidin sərxoş vəziyyətdə olduqlarını görmüş və mübahisə böyüməsin deyə Səidlə Cavidi sakitləşdirməyə çalışaraq onlara demişdir ki, «qadınlar var, söyüş söymək lazım deyil, səhər ayılıb gələrsiniz öz aramızda söhbət edərik». Səidlə Cavid isə sakitləşməyib söyüş söyərək öz kobud hərəkətlərini davam etdirmişlər. Məryamla Gülxar araya keçib Səidi sakitləşdirmək istəyəndə Səid ona demişdir ki, «qadınların arxasında gizlənmisən, kişiliyin varsa qadınların arxasından çıx söhbət edək». O, yenə də kafedə mübahisə yaranmasın deyə Səidə demişdir ki, «qadınlar var, kafedə söyüş söymək lazım deyil, gəl kafedən bayıra çıxıb sakit tərzdə öz aramızda söhbət edib nədən narazı olduğunuzu aydınlaşdıraq». Bu vaxt Tural kafeyə daxil olmuş və əli ilə piştaxtanın üstünə vurub var-yox söyüş söyrək demişdir ki, gəlin kafeni dağıdaq. Bundan sonra Tural, Səid və Cavid söyüş söyərək kafedə olan stol və stulları aşırmışlar. X12 görmüş və üstünə gəlib Gülxara «qəhbə» deyərək ona qarşı başqa söyüş ifadələri işlətmiş, Gülxar da söyüşlə ona cavab qaytarmışdır. Tural əl atıb Gülxarın əynində olan idman gödəkçəsinin yaxasından tutub özünə tərəf çəkərək vurmaq istəmiş, Gülxar isə arxaya çəkiləndə sonuncunun əynində olan idman gödəkçəsi sol çiyin hissədən çırılmışdır. Məryam tez araya keçb Gülxarı Turalın əlindən alaraq demişdir ki, «bu qadındır, qadına əl qaldırmaq olmaz». Tural Gülxarı buraxdıqdan sonra bayıra çıxmış və kafenin giriş qapısının yan tərəfində olan zibil qutularını əlinə götürüb ataraq kafenin zalının pəncərə şüşələrini və giriş qapısının üstündə olan şüşəni sındırmışdır. Turalın hərəkətlərindən sonra Səidlə Cavid də zalda olan stol-stulları və digər əşyaları aşırmağa və sındırmağa başlamışlar. Gülxar qorxduğu üçün arxa qapıdan bayıra qaçmış, onunla Məryam isə içəridə qalmışlar. Bu vaxt Tural əlində şam ağacının budağı zala daxil olmuş və üstünə gələrək əlində olan şam ağacının budağı ilə onun başına və sağ çiyin nahiyəsinə vurmuşdur. O, Turalı tutub sakitləşdirə bilməmiş və Tural əlində olan şam ağacının budağı ilə yenə də onun başına vurduğu üçün o, onun ağac zərbələrindən yayınmaq üçün qaçaraq zalda olan stolların ətrafına fırlanmışdır. Tural da arxasınca qaçıb ağacla onun başına vurmağa cəhd etmişdir. Tural ondan əl çəkmədiyi üçün məcbur olub mətbəxə qaçmışdır ki, bəlkə, Tural arxasınca gəlməyib ondan əl çəkər. Lakin Tural əlində şam ağacının budağı arxasınca mətbəxə daxil olub şam ağacının budağı ilə onun başına vurmuş və o, mətbəxdən çıxıb zala qaçmışdır. Tural onun arxasınca gələndə Məryam araya keçmiş, Tural da əlində olan şam ağacının budağı ilə Məryamın başına vurmuşdur. Məryam qorxub kənara çəkilmiş, Tural yenə də üstünə gəlib ağacla onu vurmağa cəhd etmişdir. O, qayıdıb mətbəxə qaçmış, Tural da onun arxasınca mətbəxə gəlib əlində olan şam ağacının budağı ilə onun başına vurmuşdur. Turalın ondan əl çəkmək istəmədiyini görmüş və məcbur olub mətbəxdə stolun üstündən qırmızı rəngli dəstəyi olan mətbəx bıçağını götürüb Tural istiqamətində bir dəfə zərbə atmışdır ki, sonuncu qorxub ondan əl çəksin. Bıçağın Turala dəyib-dəymədiyini hiss etməmiş, ancaq sonra Turalın sol bel nahiyəsindən qan axdığını görüb başa düşmüşdür ki, atdığı bıçaq zərbəsi ona dəymişdir. Sonra kafeyə Emin, Kamran, Ramiq gəlmişlər və Turalı kafedən bayıra çıxarmışlar. Həmin vaxt o, atası Məzahirin qışqıraraq «Səid eləmə, sındırma» deməsini eşitmiş və kafedən bayıra çıxıb baxanda görmüşdür ki, kafenin arxa tərəfində saxladığı Vaz-2107 markalı, ** XV *** qeydiyyat nişanlı avtomobilinin ön və arxa faraları sındırılıb. X5 demişlər ki, avtomobilinin ön və arxa faralarını Səid sındırmışdır. O, kafedə gözləmiş və bir müddət keçdikdən sonra polis əməkdaşları gəlib əvvəlcə onu Xaçmaz RMX-na aparmışlar, sonra isə Xaçmaz RPŞ-yə gətirmişlər. Polis şöbəsində o, izahat verdikdən sonra evə buraxılmışdır. Sonradan bilmişdir ki, Tural əməliyyat olunmuşdur və onun dalağı çıxarılmışdır. Turalı bıçaqla vurub xəsarət yetirdiyi üçün sonrakı günlərdə onun müalicəsinə 5000 manata yaxın pul xərcləmiş, sonradan isə atası Məzahir Turalın özünə 3000 manat məbləğində pul vermişdir. Bıçaqla vurub Turala xəsarət yetirməsi ilə bağlı Xaçmaz RPŞ-nin İB-də cinayət işi başlanıb istintaq aparılmış, 2020-ci ilin aprel ayında isə istintaq başa çatdığı üçün cinayət işi Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Xaçmaz rayon məhkəməsində işə baxılarkən Tural əlavə olaraq ondan 5000 manat pul istəmiş, o, Turala həmin məbləğdə pul verə bilmədiyi üçün Tural məhkəmə-tibbi ekspertizasının rəyi ilə razı olmadığını, ağır bədən xəsarəti aldığını bildirərək təkrar məhkəmə-tibbi ekspertizasının təyin olunması ilə bağlı məhkəmədə vəsatət qaldırmışdır. Tural təkrar məhkəmə-tibbi ekspertizasından keçirilmiş və təkrar məhkəmə-tibbi ekspertizası nəticəsində onun həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət aldığı müəyyən edilmiş, bu səbəbdən də cinayət işi yenidən istintaqa qaytarılmışdır. Əvvəllər Turalla aralarında mübahisə olmamışdır. Cavid, Tural və Səid «Dalğa» kafesinə gələrkən orada Gülxarla Məryam olmuşlar, sonra isə kafeyə Emin, Kamran, Ramiq, Vadim və adlarını xatırlamadığı başqa adamlar gəlmişlər və Turalı Eminin avtomobilinə əyləşdirib xəstəxanaya aparmışlar. Tural, Cavid və Səidlə aralarında olan mübahisə əvvəldən axıradək təxminən 20-25 dəqiqə davam etmişdir. Mübahisə zamanı Tural onu söymüşdür və əlində olan ağacla başına, çiyninə və əlinə vurmuşdur. Hadisədən sonra özü avtomobil ehtiyat hissələri satılan mağazadan hər biri 45 manat dəyərində olamaqla 90 manat pul verib iki ədəd ön faralar və hər biri 35 manat dəyərində olmaqla 70 manat pul verib iki ədəd arxa faralar alıb avtomobil təmiri ilə məşğul olan Ədalət adlı ustaya vermiş, sonuncu da onun aldığı faraları avtomobilinin üzərinə bağlamışdır. Özünə məxsus həmin Vaz-2107 markalı avtomobili isə 2020-ci ilin fevral və ya mart ayı olardı satmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, hadisə vaxtı Zərərçəkmiş şəxs4 ona zəng edərək kafedə mübahisə olduğunu bildirmiş, o, kafeyə gələndə heç kimin dalaşmasını görməmiş, o, Təqsirləndirilən şəxs1 bıçaqlanandan sonra kafeyə gəlmiş, lakin görmüşdür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 kafenin barını silkələyir, sonra isə stollara təpik vuraraq aşırıb bayıra çıxmışdır. Barın üzərindəki kassa aparatı isə yerə düşmüşdür. Təqsirləndirilən şəxslər ona vurduqları ziyanı tam olaraq ödəmişlər, o, təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Əlavə olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Çarxı kəndində yaşayır. Xaçmaz rayonu, Qaradağlı kəndi ərazisində «Bakı-Gəndob-Yalama» avtomobil yolunun Bakı şəhəri istiqamətində götürdükdə sol kənarında onun özünə məxsus «Dalğa» kafesi var. Həmin kafeni özü işlətmiş, ancaq bəzən işləri olanda oğlu Namiq «Dalğa» kafesinə gəlib işlərə nəzarət etmişdir. Xaçmaz rayonu, Qaradağlı kəndində yaşayan Təqsirləndirilən şəxs1 təxminən 10 il olar ki, tanımış, sonuncu özü də tez-tez həmkəndliləri ilə «Dalğa» kafesinə gəlib çay içmişdir. 2021-ci ilin yanvar ayından başlayaraq o, şəxsi işləri ilə bağlı «Dalğa» kafesinə fasilələrlə gəlmiş, ona görə də kafeni oğlu Namiq işlətmişdir. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin yanvar ayının əvvəllərində «Dalğa» kafesinə gələndə Turalın həmkəndliləri Səid və Cavidlə birlikdə kafedə oturub qəpik pulla kart oynadıqlarını görmüş və bununla bağlı onlara narazılığını bildirərək xahiş etmişdir ki, bir daha ona məxsus kafedə pulla kart oynamasınlar. Sonrakı günlərdə o, eşitmişdir ki, Tural, Səid və Cavid kafeyə gəlib oğlu Namiqə və kafedə masa xidmətçisi işləyən Gülxara sataşaraq onları narahat etmişlər. Bu səbəbdən o, Turalın qayınatası Mirzəcanla görüşüb ona demişdir ki. Tural sərxoş vəziyyətdə onun kafesinə gəlib oğluna və kafedə işləyən qadına sataşır, kürəkənini başa salsın, bir daha belə hərəkətlər etməsin. Mirzəcanda ona demişdir ki, arxayın olsun, özü Turalla danışıb onu başa salacaqdır. Həmin vaxtdan sonra o. Turalı görməmişdir. 14 yanvar 2020-ci il tarixdə səhər saatlarında Namiq evdən çıxıb «Dalğa» kafesinə getmiş, o, özü isə evdə qalmışdır. Təxminən saat 19:15 radələrində kafedə işləyən Gülxar ona zəng vurub demişdir ki, tez gətsin, Tural, Cavid və Səid gəlib kafeni dağıdırlar. O, Gülxara polisə zəng vurmasını bildirmiş, Gülxarda ona demişdir ki, polisə zəng vurmuşdur, hələ gələn yoxdur. O, tez evdən çıxıb avtomobilinə əyləşərək «Dalğa» kafesinə gəlmişdir. Kafenin qarşısında avtomobili saxlayıb yerə düşəndə kafenin qarşısında xeyli sayda adam olduğunu, kafenin giriş qapısının üzərində olan şüşənin və pəncərə şüşələrinin sındırıldığını görmüşdür. Həmin vaxt kafenin arxa tərəfində səs gəldiyini eşidib həmin tərəfə gedəndə görmüşdür ki, Səid təpiklə vuraraq oğlu Namiqə məxsus avtomobilin faralarını sındırır. Yaxınlaşıb Səidin avtomobilin faralarını sındırmasına mane olmağa çalışsada ona mane ola bilməmiş və Səidə avtomobilin faralarını smdırmamasmı desədə o, ona əhəmiyyət verməyib təpiklə vuraraq Namiqə məxsus Vaz-2107 markalı avtomobilin ön və arxa faralarını sındırmışdır. O, kafeyə daxil olanda zalda olan stol və stulların aşmış vəziyyətdə olduğunu, bəzi stolarm ayaqlarının və stolun üstünə yığılmış boşqabların sındığını, döşəmədə isə qan izləri olduğunu görüb başa düşmüşdür ki, kimsə xəsarət alıb. Bu vax Emin qışqıraraq ona demişdir ki, gəl Turalı xəstəxanaya aparaq, onu qan aparır. O, xəsarət alanın Tural olduğunu bilmiş və bayıra çıxıb Turala demişdir ki, «ay bala gəl otur maşina səni xəstəxanaya aparım». Tural avtomobilə əyləşməyib ona qarşı söyüş ifadələri işlətmiş, o, Emindən Turalı xəstəxanaya aparmasını xahiş etmiş, Emin də Turalı avtomobilinə əyləşdirib xəstəxanaya aparmışdır. Onlar gedəndən sonra o da avtomobilinə əyləşib onların arxasınca xəstəxanaya gəlmişdir. Xəstəxanada olarkən bilmişdir ki, Tural ağacla oğlu Namiqi döydüyü üçün Namiq də bıçaqla vurub Turala xəsarət yetirmişdir. O, xəstəxanada gözləyib Turalın müalicəsi ilə bağlı lazım olan bütün dərmanları özü almışdır. Sonra Namiq özüdə xəstəxanaya gəlmiş və o, ondan hadisənin necə baş verdiyini soruşduqda demişdir ki. Tural, Səid və Cavid sərxoş vəziyyətdə gəlib əvvəlcə kafedə olan stol və stulları aşırmışlar. Tural özü zibil qutularını ataraq pəncərələrin şüşələrini sındırmış, sonra isə Tural ağacla onun başına və bədəninə vuraraq onu döymüşdür. O, Turaldan qurtarmaq üçün mətbəxə qaçmış, Tural da onun arxasınca gəlib mətbəxdə də ağacla onu bışına vurmuşdur. Tural ondan əl çəkmədiyi üçün o da mətbəxdə olan bıçağı əlinə götürüb Tural istiqamətində bir dəfə zərbə atmış, atdığı bıçaq zərbəsi Turala dəyib xəsarət yetirmişdir. Həmin gün o, axşamadək xəstəxanada olmuş, sonra isə qayıdıb yaşadığı evə gəlmişdir. Səhəri gün bilmişdir ki, Tural əməliyyat olunub və onun dalağı çıxarılıb. Oğlu Namiq bıçaqla vurub Turala xəsarət yetirdiyi üçün sonrakı günlərdə onlar Turalın müalicəsinə 5000 manata yaxın pul xərcləmişlər, sonradan isə özü Turala 3000 manat məbləğində pul vermişdir. Namiqin bıçaqla vurub Turala xəsarət yetirməsi ilə bağlı Xaçmaz RPŞ-nin İB-də cinayət işi başlanıb istintaq aparılmış, 2020-ci ilin aprel ayında isə istintaq başa çatdığı üçün cinayət işi Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Xaçmaz rayon məhkəməsində işə baxılarkən Tural əlavə olaraq oğlu Namiqdən 5000 manat pul istəmiş və onlar Turala həmin məbləğdə pul verə bilmədikləri üçün sonuncu məhkəmə-tibbi ekspertizasının rəyi ilə razı olmadığını, ağır bədən xəsarət aldığını bildirərək təkrar məhkəmə-tibbi ekspertizasının təyin olunması ilə bağlı məhkəmədə vəsatət qaldırmışdır. Tural təkrar məhkəmə-tibbi ekspertizasından keçirilmiş və təkrar məhkəmə-tibbi ekspertizası nəticəsində sonuncunun həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət aldığı müəyyən edilmiş, bu səbəbdən də cinayət işi yenidən istintaqa qaytarılmışdır.Verilən suallara cavab olaraq bildirmişdir ki, 14 yanvar 2020-ci il tarixdə baş vermiş hadisə zamanı «Dalğa» kafesinin pəncərəsinin və giriş qapısının üzərində olan hər biri 20 manat dəyərində 1,5x0,75 metr ölçüdə 8 ədəd sadə ağ şüşələr, hər birini 70 manata aldığı 3 ədəd stol, hər birini 27 manata aldığı 12 ədəd stul, hər birini 4 manat 50 qəpiyə aldığı 8 ədəd böyük, hər birini 3 manata aldığı 6 ədəd kiçik çini boşqablar, hər birini 5 manata aldığı 16 ədəd salat qabı, hər birini 75 qəpiyə aldığı 20 ədəd armudu stəkan, hər birini 1 manata aldığı 8 ədəd böyük stəkan sındırılmış və bununla bağlı ona 850 manata yaxın maddi ziyan dəymişdir. Həmin maddi ziyanın aneaq 100 manatı Səidin atası Abdulla tərəfindən ona ödənilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, hadisə vaxtı kafenin mətbəxində Zərərçəkmiş şəxs1 ilə dayanmışdır. Təqsirləndirilən şəxslər kafeyə içkili vəziyyətdə gəlmişlər. X13 söhbət etmişlər, sonra Tural içəri daxil olaraq kassa aparatını vurub aşırmış, onu söymüş, o da Turalı söymüşdür. O, qorxaraq kafedən çölə çıxaraq 102 xidmətinə və Zərərçəkmiş şəxs3 zəng edib xəbər vermiş, çöldə Səidin Namiqin avtomobilini sındırdığını görmüş, kafenin içərisinə qayıdandan sonra isə Zərərçəkmiş şəxs1 başından qan axdığını görmüşdür. Həmçinin bildirdi ki, kafeyə ilk olaraq Cavid daxil olmuş, Səidlə Namiq isə dəhlizdə söhbət etdikləri vaxt Tural və Cavid kafenin zalını dağıdıb stol-stulları təpikləmişlər. Təqsirləndirilən şəxs1 ona vurduğu ziyanı tam olaraq ödəmiş, o, təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Əlavə olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, Goranboy rayonu, Şadılı kəndində qeydiyyatda olsa da, təxminən üç il olar ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində kirayədə yaşayır. Təxminən iki il olar ki, Xaçmaz rayonu, Qaradağlı kəndi ərazisində «Bakı-Gəndob-Yalama» avtomobil yolunun Bakı şəhəri istiqamətində götürdükdə sol kənarında yerləşən «Dalğa» kafesində masa xidmətçisi işləyir. İşlədiyi «Dalğa» kafesi Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsusdur. Məzahir işi ilə əlaqədar kafeyə gələ bilməyəndə oğlu Namiq kafeyə gəlib işlərə nəzarət etmişdir. Xaçmaz rayonu. Qaradağlı kəndində yaşayan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə «Dalğa» kafesində işlədiyi ilk günlərdən tanımışdır. Tural, Cavid və Səid tez-tez «Dalğa» kafesinə gəlib çay içərək kart və ya domino oynamışlar. Kafeyə gələn müştərilər kart və ya domino oynayarkən bəzən bilmədikləri səbəbdən öz aralarında mübahisə etmişlər, bu səbəbdən də Məzahir kafedə olan kartı və dominonu yığışdırmışdır ki, kafeyə gələn müştərilər stolüstü oyunlar oynamadan çaylarını içib getsinlər. 2020-ci ilin yanvar ayının onu və ya on biri olardı təxminən saat 16-17 radələrində Səid, Tural, Cavid və adını bilmədiyi başqa bir nəfər kafeyə gəlib stollardan birinin ətrafında əyləşmişlər və özləri ilə gətirdikləri kartı çıxarıb oynamışlar. Həmin vaxt kafedə başqa müştəri olmamışdır. Namiq Turalgilin oturduğu stola yaxınlaşıb demişdir ki, kafedə kart oynamağa icazə vermir, onlar kartı yığışdırsınlar. Turalgil Namiqə əhəmiyyət verməyib kartla oynamağı davam etdirmişlər. Namiq mətbəxə gəlib ona demişdir ki. Turalla Səid ona əhəmiyyət verməyib kart oynayırlar, onların əyləşdikləri stola çay apararkən kartı stolun üstündən götürsün. O, bir çaydan çay hazırladıqdan sonra gətirib Turalgilin əyləşdikləri stolun üstünə qoymuş və onların oynadıqları kartı stolun üstündən götürüb mətbəxə gətirmiş, sonra isə cırıb zibil qabına atmışdır. Tural, Səid, Cavid və yanlarında olan tanımadığı oğlan başqa heç bir söz deməmişlər və çaylarını içdikdən sonra Cavid kafedən çıxıb getmiş, qayıdıb gələndə görmüşdür ki, Cavid toyuq, kolbasa, çörək və araq alıb gətirmişdir. Cavidin aldığı toyuğu və kolbasanı hazırlayıb onların oturduqları masanın üstünə qoymuş və onlar birlikdə yeyibiçmişlər. Turalgil yeyib-içərkən aradabir arağı döşəməyə səpmişlər və stolun üstündə olan qaşıqları yerə atmışlar. O, hiss etmişdir ki, onlar Namiqə sataşmaq üçün arağı döşəməyə səpirlər və qaşıqları yerə atırlar. Namiq mübahisə yaranmasın deyə onlara fikir verməməyə çalışmışdır. Turalgil «Dalğa» kafesində yeyib-içdikdən sonra Səid Namiqi çağırıb söhbət etmiş, ancaq o, onların nə barədə söhbət etdiklərini bilməmişdir. O, axşamadək kafedə qalmış və təxminən saat 24 radələrində isə kafenin qapısını bağlayıb evə getmişdir. Sonrakı günlərdə Turalla Səid onlara xəbər göndərmişlər ki, kafedə onların kartla oynamalarına icazə vermədiklərinə və onların qarşısından kartı götürdüyünə görə kafeni dağıtmaqla onları cəzalandıracaqlar. Namiqin atası Məzahir bu barədə bildikdən sonra ona tapşırmışdır ki. Tural, Səid, Cavid və ya başqa kimsə kafeyə gəlib kart oynamaq istəsə onu çağırsın, özü gəlib onlarla söhbət edib başa salar. Sonrakı günlərdə gecələr kafe bağlı olanda gah kafenin qarşısında olan lampalar açılıb sındırılmış, gah da ki, kafenin pəncərə şüşələri sındırılmışdır. Kafenin pəncərə şüşələrinin və lampaların Tural, Səid və onlara yaxın olan şəxslər tərəfindən sındırdığını bilsələrdə onlara sübut edə bilməyəcəklərini başa düşmüşlər və bu barədə onlara heç bir söz deməmişlər. Dəymiş ziyanı Namiq öz vəsiti hesabına bərpa etdirmişdir. 14 yanvar 2020-ci il tarixdə təxminən saat 18 radələrində kafedə müştəri olmamış, o, kafenin zalında oturub televizora baxmış. Namiq isə otaqda olan divanın üstünə uzanıb dincəlmişdir. Bir qədər keçdikdən sonra əvvəllər «Dalğa» kafesində aşbaz işləmiş Məryam kafeyə gəlmiş və onlar kafenin zalında oturub öz aralarında söhbət etmişlər. Təxminən saat 19 radələrində kafenin giriş qapısı açılmış və o, baxanda görmüşdür ki, kafeyə daxil olan Caviddir. Cavid içəri daxil olan kimi Namiqi çağırmış, o, da otağa gedib Namiqə demişdir ki, Cavid gəlmişdir onu çağırır. Namiq durub zala gəlmiş və Namiqlə Cavid başqa stol arxasında oturub öz aralarında söhbət etmişlər. O, Namiqlə Cavidin nə barədə söhbət etdiklərini eşidə bilməmiş, ancaq ona elə gəlmişdir ki, Cavid kafedə kart oynamağa icazə verməmələri ilə bağlı Namiqlə söhbət edir. Təxminən 4-5 dəqiqə keçdikdən sonra Səid kafeyə daxil olmuş və cibindən çıxardığı kartı stolun üstünə atıb var-yox söyüşü söyərək demişdir ki, Xaçmazda elə bir oğlan yoxdur ki, hansısa bir kafedə onun kart oynamasına icazə verməsin. Namiq ayağa durub Səidi sakitləşdirmək istəmiş. Səid isə ona tərəf baxaraq demişdir ki, «bu qız kafedə işləməməlidir». Səiddən günahının nə olduğunu soruşduqda o, ona qarşı söyüş ifadələri işlətmiş, Namiqdə Səidə demişdir ki, qadınlar var, söyüş söymək lazım deyil, səhər ayılıb gələrlər görüşüb öz aralarında söhbət edərlər. Səidlə Cavid isə sakitləşməyib söyüş söyərək öz kobud hərəkətlərini davam etdirmişlər. Onunla Məryam araya keçib Səidi sakitləşdirmək istəyəndə Səid Namiqə demişdir ki, «qadınların arxasında gizlənmisən, kişiliyin varsa qadınların arxasından çıx söhbət edək». Namiq yenədə kafedə mübahisə yaranmasın deyə Səidə demişdir ki, qadınlar var, kafedə söyüş söymək lazım deyil, kafedən bayıra çıxıb sakit tərzdə öz aralarında söhbət edib nədən narazı olduğunu aydınlaşdırsınlar. Bu vaxt Tural kafeyə daxil olmuş və əli ilə piştaxtanın üstünə vurub söyüş söyrək demişdir ki, gəlin kafeçi dağıdaq. Sonra Tural onu görmüş və üstünə gəlib ona qarşı söyüş ifadələri işlətmiş, o, da söyüşlə ona cavab vermişdir. Tural əl atıb onun əynində olan idman gödəkçəsinin yaxasından tutub özünə tərəf çəkərək vurmaq istəmiş, o, arxaya çəkiləndə isə idman gödəkçəsi sol çiyin hissədən çırılmışdır. Məryam tez araya keçərək onu Turalın əlindən almışdır. Tural onu buraxdıqdan sonra bayıra çıxmış və kafenin giriş qapısının yan tərəfində olan zibil qutusunu əlinə götürüb ataraq pəncərənin şüşəsini sındırmışdır. Turalın hərəkətlərindən sonra Səidlə Caviddə zalda olan stolları və digər əşyaları aşırmağa və sındırmağa başlamışlar. O, qorduğu üçün arxa qapıdan bayıra çıxıb əvvəlcə Məzahirə zəng vurmuş, sonuncu telefona cavab verməmiş və o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub «Dalğa» kafesində dalaşma olması barədə məlumat vermişdir. Bu vaxt Namiq bayıra çıxıb ona demişdir ki, içəri gəlməsin, Turalgil onu axtarırlar ki, döysünlər. O, qorxub içəri getməmiş və kafenin arxa tərəfində dayanıb gözləmişdir. Həmin vaxt Səid kafenin arxasına gəlmiş və təpiklə vuraraq Namiqə məxsus Vaz-2107 markalı avtomobilin ön və arxa faralarını sındırmışdır. Qaranlıq olduğu üçün Səid onu görməmiş və o, kafenin ön tərəfinə gələndə görmüşdür ki, Qaradağlı kəndində yaşayan Kamran adlı şəxs Turalı kafedən bayıra çıxarıb deyir ki, «niyə qırıb- dağıdırsınız, buna kim cavab verəcəkdir». Kamran Turalı buraxan kimi sonuncu kafenin qarşısında əkilmiş şam ağacının budağını qırıb əlinə götürmüş və qaçaraq yenidən kafenin içərisinə daxil olmuşdur. Sonra kafeyə Ramq adlı oğlan və başqa tanımadığı adamlar gəlmişlər. Kafedə sakitçilik yarandıqdan sonra o, içəri daxil olmuş və Məryamm alın nahiyəsindən .xəsarət axdığını, kafedə olan bütün əşyaların dağıdıldığını, stolların aşdığını, pəncərələrin şüşələrinin sındırıldığını görmüşdür. Məryamdan alın nahiyəsinə nə olduğunu soruşduqda demişdir ki. Turalın ağacla Namiqi vurmasına mane olarkən Tural əlində olan ağacla onun başına vurub xəsarət yetirmişdir. Məryama DİN-in 102 xidmətinə zəng vurub məlumat verdiyini bildirdikdə o. Turaldan və Səiddən ehtiyyat etdiyini, onlarla üz-üzə gəlmək istəmədiyini bildirərək alınını şalla bağlayaraq tez kafedən çıxıb getmişdir. Məryam gedəndən sonra Namiq ona demişdir ki. Tural mətbəxə daxil olub onu söydüyünə və ağacla başına vurduğuna görə o, da mətbəxdə olan bıçaqla Turalı vurmuşdur, ancaq bıçağın Turalın harasına və necə dəydini dəqiq bilmir. Bir qədər keçdikdən sonra kafeyə polis əməkdaşları gəlib baxış keçirərək aşmış stolların, dağıdılmış əşyaların, sındırılmış pəncərə şüşələrinin və Namiqə məxsus avtomobilin fotoşəkillərini çəkmişlər. Verilən süallara cavab olaraq bildirmişdir ki, 14 yanvar 2020-ci il tarixdə Səid, Tural və Cavid «Dalğa» kafesinə gəlib mübahisə edərkən kafedə o, Məryam və Namiq olmuşlar. Sonradan isə kafeyə Kamran, Ramiq və başqa tanımadığı adamlar gəlmişlər. «Dalğa» kafesində olan mübahisə zamanı Turalla Səid onu söymüşlər və Tural onun əynində olan idman gödəkçəsinin yaxasından tutub çəkərək sol çiyin hissəsin çırmışdır. Əynində olmuş həmin idman gödəkçəsi Tural dartıb çırdıqdan sonra yarasız hala düşmüşdür. Ona görə də hadisədən sonra o, həmin idman gödəkçəsini atmışdır. 14 yanvar 2020-ci il tarixdə «Dalğa» kafesində olan mübahisə zamanı əynində olmuş idman gödəkəsini həmin hadisədən 2 ay əvvəl Gəncə şəhərində olarkən mağazaların birindən 70 manata almışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, hadisə vaxtı kafenin mətbəxində olmuş, kafedə səs-küy yarandığını, mübahisənin baş verdiyini görmüş, Təqsirləndirilən şəxs1 Gülxarla əlbəyaxa olmuş, o, əvvəlcə, arxa qapıdan kafedən küçəyə çıxmış, səs-küy kəsilməmiş, kafeyə qayıdanda isə qabaqda Namiqin, sonuncunun arxasınca Turalın əlində ağac budağı ilə gəldiyini görmüş, onun yanından keçəndə Turalın əlindəki budaq ona dəymişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilənlər mübahisə zamanı kafedə söyüş söymüşlər. O, kafedə stol-stulların sınıdırılmasını görməmiş, həmin vaxt o, mətbəxdə olmuşdur. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur, onları bağışlamışdır. Əlavə olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, qızı plnurə ilə birlikdə Xaçmaz rayonu, Qaradağbuduq kəndində yaşayır. O, Xaçmaz rayonu. Qaradağlı kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Zərərçəkmiş şəxs2 təxminən 15 il olarkı tanıyır. Onun Tural və Namiqlə qohumluq əlaqəsi yoxdur. Xaçmaz rayonu. Qaradağlı kəndi ərazisində «Bakı- Gəndob-Yalama» avtomobil yolunun Bakı şəhəri istiqamətində götürdükdə sol kənarında Namiqin atası Məzahirə məxsus «Dalğa» kafesi yerləşir. O, özüdə 2015-ci ildən 2019-cu ilin dekabr ayının ortalarmadək Məzahirə məxsus «Dalğa» kafesində aşbaz işləmişdir. Məzahir işi ilə əlaqədar kafeyə gələ bilməyəndə oğlu Namiq kafeyə gəlib işlərə nəzarət etmişdir. Xaçmaz rayonu. Qaradağlı kəndində yaşayan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3da tez-tez «Dalğa» kafesinə gəlib çay içmişlər. Səhəti ilə əlaqədar 2019-cu ilin dekabr ayının ortalarında o, «Dalğa» kafesində işdən çıxıb sonrakı günləri evdə olmuşdur. Dekabr ayında işlədiyi günlərin əmək haqqını Məzahir verməmiş, ona görə də o, 14 yanvar 2020-ci il tarixdə təxminən saat 17:30 radələrində yaşadığı evdən çıxıb «Dalğa» kafesinə getmişdir ki. Məzahirlə görüşüb verməli olduğu pulu ondan alsın. Təxminən saat 18 radələrində «Dalğa» kafesinə çatmış və içəri daxil olanda görmüşdür ki, kafedə müştəri yoxdur, Gülxar tək zalda oturub televizora baxır. Namiq isə digər otaqda yatır. Təxminən saat 19 radələrində Cavid tək kafeyə daxil olub Namiqi soruşmuş, Gülxarda gedib Namiqi oyadaraq demişdir ki, Cavid gəlib onu çağırır. Namiq yerindən durub Cavidin yanına gəlmiş və Namiqlə Cavid onlardan bir qədər aralıda başqa stol arxasında oturub öz aralarında söhbət etmişlər. Təxminən 4-5 dəqiqəyə yaxın vaxt keçdikdən sonra Səid kafenin zalına daxil olmuşdur. Səid kafeyə daxil olduqdan sonra bilmədiyi səbəbdən Cavidlə Səid nalayiq söyüşlərlə Namiqi söymüşlər. Sonra Səid cibindən çıxardığı kartı stolun üstünə atıb var-yox söyüşü söyərək demişdir ki, Xaçmazda elə bir oğlan yoxdur ki, hasısa bir kafedə onun kart oynamasına icazə verməsin. Namiq ayağa durub Səidi sakitləşdirmək istəmiş. Səid isə Gülxara tərəf baxaraq demişdir ki, «bu qız kafedə işləməməlidir». Gülxar Səiddən günahının nə olduğunu soruşduqda o, Gülxara qarşıda söyüş ifadələri işlətmişdir. Namiq isə Səidi və Cavidi sakitləşdirməyə çalışaraq onlara demişdir ki, qadınlar var, söyüş söymək lazım deyil, səhər ayılıb gələrsiniz öz aramızda söhbət edərik. Səidlə Cavid isə sakitləşməyərək öz kobud hərəkətlərini davam etdirmişlər. Onunla Gülxar araya keçərək Səidi sakitləşdirib kafedən çıxarmaq istədikdə Səid Namiqə demişdir ki, «qadınların arxasında gizlənmisən, qadınların arxasından çıx söhbət edək». Namiq kafedə mübahisə yaranmasın deyə Səidə demişdir ki, qadınlar var, kafedə söyüş söymək lazım deyil, kafedən bayıra çıxıb sakit tərzdə öz aralarında söhbət edərək nədən narazı olduqlarını aydınlaşdırsınlar. Bu vaxt Tural kafeyə daxil olmuş və əli ilə piştaxtanın üstünə vurub söyüş söyrək demişdir ki, gəlin kafeni dağıdaq. Bundan sonra Tural, Səid və Cavid söyüş söyərək kafedə olan stol və stulları aşırmışlar. X12 görmüş və üstünə gəlib Gülxara qarşı söyüş ifadələri işlətmiş, Gülxarda söyüşlə ona cavab qaytarmışdır. Tural əl atıb Gülxarın əynində olan idman gödəkçəsinin yaxasından tutub özünə tərəf çəkərək vurmaq istəmiş, o, araya keçib Gülxarı Turalın əlindən alaraq demişdir ki, «bu qadındır, qadına əl qaldırmaq olmaz». Tural Gülxarı buraxdıqdan sonra bayıra çıxmış və kafenin giriş qapısının yan tərəfində olan zibil qutularını əlinə götürüb ataraq kafenin zalının pəncərə şüşələrini və giriş qapısının üstündə olan şüşəni sındırmışdır. Turalın hərəkətlərindən sonra Səidlə Caviddə zalda olan stolları və digər əşyaları aşırmağa və sındırmağa başlamışlar. Gülxar arxa qapıdan bayıra qaçmış, o, isə içəridə qalmışdır. Bu vaxt Tural əlində şam ağacının budağı zala daxil olub Namiqi vurmuşdur. Namiq Turalın vurduğu ağac zərbələrindən yayınmaq üçün qaçaraq zalda olan stolların ətrafına fırlanmış. Turalda Namiqin arxasınca qaçıb ağacla onu vurmağa cəht etdiyi üçün Namiq mətbəxə qaçmışdır. Tural əlində ağac Namiqin arxasınca qaçıb mətbəxə daxil olduğu üçün Namiq qayıdıb zala gəlmişdir. O, Turalı sakitləşdirmək üçün tl^ətbəxə daxil olmaq istəyəndə mətbəxin giriş qapısının qarşısında Tural əlində olan şam ağacının budağı ilə onun alın nahiyəsinə vuraraq yenidən Namiqin arxasınca qaçmışdır. O, alın nahiyəsində ağrı hiss etmiş və arxa qapıdan bayıra çıxıb piyada yaşadığı evə getmişdir. Həmin hadisədən iki gün keçdikdən sonra eşitmişdir ki, o, gedəndən sonra Namiq bıçaqla vurub Turala xəsarət yetirmişdir. Kafedə olduğu zaman o. Turalın söyüş söyərək kafenin pəncərə şüşələrini sındırmasını, əlində olan şam ağacının budağı ilə Namiqi vurmasını və Namiqin arxasınca qaçıb şam ağacının budağı ilə vurmağa çalışmasını, Səidlə Cavidin isə kafenin zalında olan stol-stulları aşırmalarmı və digər əşyaları sındırmalarını görmüşdür. O, kafedə olarkən Namiq bıçaqla Turala xəsarət yetirməmişdir. Həmin vaxt Namiq kafenin içərisində qaçmış. Tura isə Namiqin arxasınca qaçaraq əlindəki şam ağacının budağı ilə Namiqi vurmağa cəhd etmişdir. O, gedəndən sonra Namiq bıçaqla vurub Turala xəsarət yetirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin hadisə zamanı kafedə o, Gülxar və Namiq olmuşlar, sonradan isə kafeyə kimlərin gəldiklərini o, bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 Mansur oğlu ifadəsində göstərdi ki, hadisə günü o, qaradşının həyətində su quyusu açmaqla məşğul olmuş, sonra isə çörək almaq üçün Qaradağlı kəndi ərazisində, yolun kənarında yerləşən marketə gəlmiş, bu zaman Emin onu görərək demişdir ki, Məzahir dayıya desin ki, “mən aparıram, özü də arxamızca gəlsin”. O, kafenin həyətinə daxil olaraq orada dayanmış Məzahir dayıya Eminin sözlərini çatdırmışdır. Həmçinin bildirmişdir ki, o, həmin mübahisəni, dalaşmanı görməmişdir. Əlavə olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Şahid2 Mansur oğlunun ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu. Qaradağlı kəndində yaşayır. «Dost» iş mərkəzində fəhlə işləyir. Təqsirləndirilən şəxs1 həmkəndlisi olmaqla yanaşı dayısı Mirzəcanm qızının əridir. Xaçmaz rayonu. Çarxı kəndində yaşayan Zərərçəkmiş şəxs2 isə təxminən 10 il olarkı tanıyır. Onun Tural və Namiqlə münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Xaçmaz rayonu, Qaradağlı kəndi ərazisində «Bakı-Gəndob- Yalama» avtomobil yolunun Bakı şəhəri istiqamətində götürdükdə sol kənarında Namiqin atası Məzahirə məxsus «Dalğa» kafesi yerləşir. O, özüdə əvvəllər aradabir tanışları ilə Məzahirə məxsus kafeyə gedib çay içərək stolüstü oyunlar oynamışdır. Namiqdə çox vaxt atasına məxsus kafedə olmuşdur. 14 yanvar 2020-ci il tarixdə təxminən saat 19 radələrində Qaradağlı kəndində yaşayan qardaşı Natiqin həyətində su quyusu qazarkən arvadı Əsli gəlib ona demişdir ki, mağazaya gedib ev üçün çörək alsın. Əslinin sözündən sonra o, qardaşının həyətindən çıxıb Qaradağlı kəndi ərazisində «Bakı-Gəndob- Yalama» avtomobil yolunun kənarında yerləşən «Cəmşid» marketə gəlmişdir ki, ev üçün çörək alsın. «Cəmşid» marketin qarşısına gələndə həmkəndlisi Emin ona demişdir ki, «Məzahir dayıya denən ki, mən aparıram, özü də mənim arxamca gəlsin». O, əvvəlcə Eminin kimi və ya nəyi apardığını başa düşməmiş və «Dalğa» kafesinin həyətinə gələndə görmüşdür ki. Məzahir kafenin həyətindədir. Məzahirə yaxınlaşıb demişdir ki. Emin deyir ki, o, özü aparır, siz onun arxasınca gedəsiniz. Məzahirdə ona «yaxşı» deməklə cavab vermiş və o, marketə gəlib çörək aldıqdan sonra qayıdıb yaşadığı evə getmişdir. Səhəri gün eşitmişdir ki, «Dalğa» kafesində Namiqlə Tural arasında mübahisə olmuşdur və Namiq bıçaqla vurub Turala xəsarət yetirmişdir. Ancaq o, Namiqin bıçaqla vurub Turala xəsarət yetirməsinin səbəbini bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, mübahisəni, dalaşmanı görməmişdir. O, mağazanın içərisində olmuş, öz avtomobili ilə Təqsirləndirilən şəxs1 xəstəxanaya aparmışdır, Turalı apararkən Ramiqi görmüş və sonuncuya demişdir ki, Məzahir dayıya desin ki, “mən apardım, özü də gəlsin xəstəxanaya”. Əlavə olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Şahid3 ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Qaradağlı kəndində yaşayır. Özünə məxsus «Mercedes» markalı avtomobil var və o, özünə məxsus avtomobillə Xaçmaz rayonu ərazisində taksi fəaliyyəti göstərir. O, axşamlar avtomobilini Xaçmaz rayonu, Qaradağlı kəndi ərazisində «Bakı- Gəndob-Yalama» avtomobil yolunun kənarında yerləşən «Cəmşid» marketin qarşısında saxlayıb sərnişin gözləmiş, avtomibilinə əyləşən sərnişinləri dedikləri yerə apardıqdan sonra qayıdıb yenədə həmin yerə gəlmişdir. Təqsirləndirilən şəxs1 həmkəndlisidir. Xaçmaz rayonu. Çarxı kəndində yaşayan Zərərçəkmiş şəxs2 isə təxminən 10-15 il olarkı tanıyır. Onun Tural və Namiqlə münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Xaçmaz rayonu, Qaradağlı kəndi ərazisində «Bakı- Gəndob- Yalama» avtomobil yolunun Bakı şəhəri istiqamətində götürdükdə sol kənarında Namiqin atası Məzahirə məxsus «Dalğa» kafesi yerləşir. O, özüdə əvvəllər aradabir tanışları ilə Məzahirə məxsus kafeyə gedib çay içmişdir. Namiqdə çox vaxt atasına məxsus kafedə olmuşdur. Həmişə olduğu kimi 14 yanvar 2020-ci il tarixdə təxminən saat 18:30 radələrində «Cəmşid» marketin qarşısına gəlib avtomobilini saxlamış və avtomobiMən düşüb marketə daxil olmuşdur. Təxminən 30 dəqiqəyə yaxın vaxt keçdikdən sonra qışqırıq səsləri gəldiyini eşidib marketdən bayıra çıxanda Cavid ona tərəf gəlmiş və o, baxanda görmüşdür ki, Turalda marketdən təxminən 15-20 metr aralı məsafədə yerləşən «Dalğa» kafesinin həyət qapısına yaxın yerdə oturub. Cavid yaxınlaşan kimi ona demişdir ki, Turalı bıçaqla vurmuşlar, onu xəstəxanaya aparsınlar. Həmin vaxt o. Məzahirin kafenin giriş qapısının qarşısında dayandığını görmüş və qışqıraraq ona demişdir ki. Məzahir dayı gəl Turalı xəstəxanaya apar. Məzahirdə ona demişdir ki, «aman bala onu xəstəxanaya apar, mənim maşınıma minmir». Məzahirin sözündən sonra o, tez avtomobilinə əyləşib idarə edərək Turalın yanma gəlmiş, orada olan X9 qolundan tutub onun avtomobilinə əyləşdirmişlər və o, yanlarına gələn Ramiqə demişdir ki, «get Məzahirə denən ki, mən Turalı xəstəxanaya apardım, o, arxamızca gəlsin». Ramiq «Dalğa» kafesi istiqamətində getmiş, o, isə avtomobilini hərəkətə gətirərək Turalı Xaçmaz RMX-na gətirmişdir. Xəstəxanaya çatdığı vaxtdan təxminən 10 dəqiqə keçdikdən sonra Məzahir özüdə xəstəxanaya gəlmişdir. O, xəstəxananın qarşısında dayanıb gözləmiş, orada olan Elnur Turala qan lazım olduğunu demiş, o, da öz avtomobili ilə Quba RMX-na gedib qan almış və qayıdıb Xaçmaz RMX-na gələrək aldığı qanı həkimlərə vermiş, sonra isə qayıdıb Qaradağlı kəndinə yaşadığı evə getmişdir. 15 yanvar 2020-ci il tarixdə təxminən saat 16- 17 radələrində Məzahir zəng vurub onu özünə məxsus «Dalğa» kafesinə çağırmış, o, «Dalğa» kafesinə gəlib içəri daxil olanda görmüşdür ki, kafenin zalında olan stol və stullar aşıb, əşyalar dağıdılıb, pəncərələrin şüşələri sınıb, bayırda olan zibil qutularından biri isə aşmış vəziyyətdə içəridədir. Həmin vaxt Məzahir ona demişdir ki, kafeni bu vəziyyətə Turalla Səid qoymuşlar. Sonra Məzahir onu bayıra çıxarıb kafenin qarşısında əkilmiş şam ağacının sınmış gövdəsini göstərərək demişdir ki, həmin şam ağacımda Tural sındırıb içəri aparmışdır. O, bir qədər orada dayanmış, sonra isə çıxıb getmişdir. Sonradan bilmişdir ki. Namiq Səidin, Turalın, Cavidin kafedə kart oynamalarına icazə vermədiyi üçün onlar mübahisə edərək dalaşmışlar. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, hadisə baş verən gün o, marketə çörək almaq üçün gəlmiş, bu zaman “Dalğa” kafesindən səs-küy gəldiyini eşitmiş və ora yaxınlaşmış, həmin kafenin həyətində Kamranın, Səidin olduğunu görmüş, sonra isə Turalı Eminin avtomobilinə əyləşdirərək xəstəxanaya yola salmışdır. Həmçinin bildirmişdir ki, o, həmin mübahisəni, dalaşmanı görməmişdir. Əlavə olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Şahid4 ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Qaradağlı kəndində yaşayır. Təqsirləndirilən şəxs1 həmkəndlisidir. Xaçmaz rayonu. Çarxı kəndində yaşayan Zərərçəkmiş şəxs2 isə təxminən 10 il olarkı tanıyır. Onun Tural və Namiqlə münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Xaçmaz rayonu, Qaradağlı kəndi ərazisində «Bakı-Gəndob- Yalama» avtomobil yolunun Bakı şəhəri istiqamətində götürdükdə sol kənarında Namiqin atası Məzahirə məxsus «Dalğa» kafesi yerləşir. O, özüdə əvvəllər aradabir tanışları ilə Məzahirə məxsus kafeyə gedib çay içmişdir. Namiqdə çox vaxt atasına məxsus kafedə olmuşdur. 14 yanvar 2020-ci il tarixdə təxminən saat 19 radələrində evdən çıxıb Qaradağlı kəndi ərazisində «Bakı-Gəndob-Yalama» avtomobil yolunun kənarında yerləşən «Cəmşid» marketə gəlmişdir ki, evi üçün çörək alsın. «Cəmşid» marketə daxil olmaq istəyərkən marketin yaxınlığında olan «Dalğa» kafesində qışqırıq səsləri eşidib kafenin qarşısına gələndə görmüşdür ki, həmkəndlisi Kamran Turalı tutub kafedən bayıra çıxarır. O, özüdə yaxınlaşıb Turalın qolundan tutmuş və Kamranla birlikdə Turalı kafenin giriş qapısının qarşısında olan pilləkənlə dşürüb «Cəmşid» marketin qarşısına gətirmişlər. Turalın sol bel nahiyəsindən qan axdığını görüb nə olduğunu soruşduqda Kamran demişdir ki, deyəsən Namiq bıçaqla vurmuşdur. Onlar Turalı həmkəndlisi Eminin avtomobilinə əydəşdirib xəstəxanaya yola salmışlar, o, özü isə «Cəmşid» marketdən çörək alıb evə getmişdir. Səhəri gün «Dalğa» kafesinin qarşısından keçib gedərkən görmüşdür ki, Məzahir kafenin sınmış pəncərə şüşələrini yenisi ilə dəyişdirir. O, Məzahirdən heç nə soruşmamış və oradan uzaqlaşıb getmişdir. Sonradan eşitmişdir ki. Tural, Cavid və Səid «Dalğa» kafesinə gedib Namiqlə mübahisə edərək kafenin pəncərə şüşələrini. Səid isə Namiqə məxsus Vaz- 2107 markalı avtomobilin faralarını sındırmış və həmin hadisə zamanıda Namiq bıçaqla vuraraq Turala xəsarət yetirmişdir. Ancaq o özü Səidin Namiqə məxsus Vaz-2107 markalı avtomobilin faralarını sındırmasını. Namiqin isə bıçaqla vurub Turala xəsarət yetirməsini görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Qaradağlı kəndində yaşayır. Təqsirləndirilən şəxs1 həmkəndlisidir. Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Zərərçəkmiş şəxs2 isə təxminən 10 il olar ki, tanıyır. Onun Tural və Namiqlə münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Xaçmaz rayonu, Qaradağlı kəndi ərazisində «Bakı-Gəndob-Yalama» avtomobil yolunun Bakı şəhəri istiqamətində götürdükdə sol kənarında Namiqin atası Məzahirə məxsus «Dalğa» kafesi yerləşir. O özü də əvvəllər aradabir tanışları ilə Məzahirə məxsus kafeyə gedib çay içmişdir. Namiq də çox vaxt atasına məxsus kafedə olmuşdur. 14 yanvar 2020-ci il tarixdə, təxminən saat 19 radələrində o, Qaradağlı kəndi ərazisində «Bakı-Gəndob-Yalama» avtomobil yolunun kənarında yerləşən «Cəmşid» marketə gəlmişdir ki, ev üçün ərzaq alsın. «Cəmşid» marketə daxil olub lazım olan ərzaq məhsullarını aldıqdan sonra bayıra çıxmış və marketin qarşısında dayanıb marketin sahibi Rəşidlə söhbət etmişdir. Rəşidlə söhbət edərkən marketdən təxminən 10-15 metr aralı məsafədə yerləşən «Dalğa» kafesində dalaşma səsləri eşitmiş və həmin yerə gəlib kafenin içərisinə daxil olanda görmüşdür ki, kafenin pəncərə şüşələri sındırılıb, kafedə olan stol və stullar yerə aşırılıb. Səidlə Tural kafedə olan digər əşyaları sındırırlar. Həmin vaxt Səidlə Tural sərxoş vəziyyətdə olmuşlar. O, Turalı tutub kafedən bayıra çıxarmış, sonra isə qayıdıb içəri getmişdir ki, Səidi də tutub bayıra çıxarsın. Səidi kafedən bayıra çıxaranda Turalın geri qayıdıb kafeyə daxil olduğunu görmüşdür. Tural kafeyə daxil olarkən əlində şam ağacının budağı olmuşdur. O, Turalın şam ağacının budağını haradan götürdüyünü görməmişdir. O, Səidi kafedən çıxarıb bir qədər kənara aparmışdır ki, sonuncu qayıdıb kafeyə daxil olmasın. Səidi kafedən çıxarıb kənara aparması təxminən 7-8 dəqiqə çəkmişdir. Bu vaxt həmkəndlisi Vadim onların yanına gəlmiş və onlar Turalın arxasınca kafeyə daxil olanda görmüşlər ki, əlində şam ağacının budağı olan Tural kafenin mətbəxindədir və onun sol bel nahiyəsindən qan axır. X14 tutub kafenin mətbəxindən bayıra çıxarmışlar. Sonra onların yanına həmkəndliləri Ramiq, Emin və başqa tanımadığı adamlar gəlmişlər və onlar Turalı Eminin avtomobilinə əydəşdirib xəstəxanaya yola salmışlar. Sonradan o bilmişdir ki, Tural kafenin mətbəxinə daxil olub söyüş söyərək əlində olan şam ağacının budağı ilə Namiqi vurduğuna və mətbəxdə olan əşyaları dağıtdığına görə Namiq də mətbəxdə olan bıçaqla vuraraq Turala xəsarət yetirmişdir. O, Turalın əlində şam ağacının budağı kafeyə daxil olduğunu görsə də, onun Namiqi vurmasını görməmişdir. Ancaq o, Turalın və Səidin kafedə olan stol- stulları aşrdıqlarını və digər əşyaları dağıtdıqlarını görmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X3 ifadəsindən müəyyən edilir ki, o, anası Aşura ilə birlikdə Xaçmaz rayonu, Çarxı kəndində yaşayır. Zərərçəkmiş şəxs2 həmkəndlisidir. Xaçmaz rayonu, Qaradağlı kəndində yaşayan Təqsirləndirilən şəxs1 isə təxminən 4-5 il olar ki, tanıyır. O, əvvəllər Xaçmaz rayonu, Çarxı kəndi ərazisində yerləşən «Şəfəq» kafesində işləmiş, Tural da tez-tez «Şəfəq» kafesinə gəlib-getmişdir. Turalla da «Şəfəq» kafesində tanış olmuşdur. Onun Tural və Namiqlə münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Xaçmaz rayonu, Qaradağlı kəndi ərazisində «Bakı- Gəndob-Yalama» avtomobil yolunun Bakı şəhəri istiqamətində götürdükdə sol kənarında Namiqin atası Məzahirə məxsus «Dalğa» kafesi yerləşir. O özü də əvvəllər aradabir tanışları ilə Məzahirə məxsus kafeyə gedib çay içmişdir. Namiq də çox vaxt atasına məxsus kafedə olmuşdur. 14 yanvar 2020-ci il tarixdə, təxminən saat 16 radələrində Xaçmaz rayonu, Qaradağlı kəndində yaşayan Səid ona zəng vurub demişdir ki, Qaradağlı kəndi ərazisində «Bakı-Gəndob-Yalama» avtomobil yolunun kənarında yerləşən «Elnur» kafesində yeyib-içirlər, o da onların yanına gəlsin. Səid kiminlə yeyib-içdiyini ona deməmiş və o, «Elnur» kafesinin qarşısına gələndə görmüşdür ki, kafe bağlıdır, Səid, Tural və Cavid kafenin qarşısında olan stollardan birinin ətrafında oturaraq yeyib-içirlər. O da gəlib onların yanında oturaraq təxminən 200-300 qrama yaxın araq içmişdir. Həmin vaxt Tural, Səid və Cavid də araq içmişlər. «Elnur» kafesinin qarşısında yeyib-içərkən Tural, Səid və Cavid öz aralarında söhbət edərkən demişlər ki, Məzahir kafesində olan dominonu, kartı yığışdırmışdır, oğlu Namiq də kafedə stolüstü oyunların oynanmasına icazə vermir, ona görə də onlar heyf çıxmaq üçün gedib Məzahirə məxsus «Dalğa» kafesini dağıdacaqlar. O, onlara düşündüklərinin səhv olduğunu, həmişə Məzahirə məxsus kafeyə gedib çay içdiklərini, Məzahirin özü ilə görüşüb söhbət etmələrini demiş və onlardan ayrılıb getmişdir. Səhəri gün eşitmişdir ki, o, gedəndən sonra Tural, Səid və Cavid Məzahirə məxsus «Dalğa» kafesinə gedib Namiqlə mübahisə edərək kafedə olan əşyaları dağıtmışlar, pəncərələrin şüşələrini sındırmışlar, həmin mübahisə zamanı Namiq də bıçaqla vuraraq Turala xəsarət yetirmişdir. Bildiyinə görə Turalın, Səidin və Cavidin «Dalğa» kafesinə gedib Namiqlə mübahisə etmələrinə səbəb bir neçə gün əvvəl Namiqin onların kafedə kart oyunu oynamalarına icazə verməməsi olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X4 ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Nigar Rəfibəyli küçəsi ev 21-də yaşayır. Xaçmaz-Quba avtomobil yolunun birinci km-də yerləşən Rövşən adlı şəxsə məxsus avtomobil təmiri sexində elektrik işləyir. O, Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Zərərçəkmiş şəxs2 təxminən 7-8 il olar ki, tanıyır. Onun Namiqlə heç bir qohumluq əlaqəsi yoxdur. Namiqin avtomobilində nə vaxtsa nasazlıq yaransa sonuncu təmir olunması üçün avtomobilini onun işlədiyi sexə gətirmişdir. O, həmişə Namiqin avtomobilini təmir etmiş, sonuncu da onun zəhmət haqqını verdikdən sonra avtomobilini aparıb getmişdir. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin yanvar ayının ortaları Namiq idarə etdiyi göy rəngli Vaz-2107 markalı avtomobili onun işlədiyi sexə gətirmiş və o, baxanda görmüşdür ki, avtomobilin ön və arxa tərəflərində olan hər iki fara sınıb. Namiqdən avtomobilinin faralarının hansı şəraitdə sındığını soruşduqda demişdir ki, Xaçmaz rayonu, Qaradağlı kəndində yaşayan uşaqlar onun atasına məxsus kafeyə gəlib kart oynamaq istəmişlər, o, onların kafedə kart oynamalarına icazə vermədiyi üçün həmin uşaqlar onunla dalaşmışlar və ondan heyf çıxmaq üçün kafenin arxa tərəfində saxladığı avtomobilinin faralarını sındırmışlar. Namiqə məxsus Vaz-2107 markalı avtomobilin ön və arxa tərəfində olan faralar tamamilə sındırılıb yararsız hala salındığı üçün Namiq mağazadan iki ədəd arxa və iki ədəd ön faraları alıb gətirmiş, o, Namiqin aldığı faraları avtomobilin üzərinə qoyduqdan sonra sonuncu zəhmət haqqı olaraq ona 30 manat pul verərək avtomobilini aparıb getmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 14 yanvar 2020-ci il tarixdə, saat 19 radələrində, Xaçmaz-Bakı avtomobil yolunun sol tərəfində, Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisində yerləşən və özünün işlətdiyi “Dalğa” kafesində Təqsirləndirilən şəxs1on onu vuraraq xəsarət yetirməsi barədə Xaçmaz RPŞ-yə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan 14 yanvar 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hazırkı cinayət işi üzrə hadisənin baş verdiyi yerə - Xaçmaz-Bakı avtomobil yolunun sol kənarında, Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisində yerləşən “Dalğa” kafesinə həmin tarixdə baxış keçirilmiş, baxış zamanı kafenin birmərtəbəli olması, kafeyə daxil olduqda sol tərəfdə mətbəx, sağ tərəfdə ümumi zalın yerləşdiyi, zal hissədə olan stol və stulların aşırdıldığı, pəncərə şüşəsinin sındırıldığı müəyyən edilmiş, Zərərçəkmiş şəxs2 stol-stulların aşırdılmasının, pəncərənin sındırılmasının mübahisə zamanı baş verdiyini bildirmiş, daha sonra kafenin mətbəxinə keçilmiş və Zərərçəkmiş şəxs2 stolun üzərindəki, mübahisə zamanı Təqsirləndirilən şəxs1 vurduğu bıçağı göstərmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” 19 oktyabr 2021-ci il tarixli qərardan müəyyən edilir ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş hökmün təsdiqlənmiş surətindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 14 yanvar 2020-ci il tarixdə hazırkı cinayət işi üzrə baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs1 bıçaqla vuraraq xəsarət yetirməsi ilə bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(124)-109/2022 saylı hökmünə əsasən Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası sınaq müddəti ilə şərti hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən verilmiş 07 mart 2020-ci il tarixli, 149 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş tibbi sənədlərdə qeyd olunanlara əsaslanaraq, onun bədən səthində aşkar edilmiş xəsarətlər – sağ çiyin qurşağının əzilməsi və sol əlin ovuc səthinin sıyrılması bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə Təqsirləndirilən şəxs2 onun “Dalğa” kafesinin zalında olan stol-stulları və digər əşyaları vuraraq aşırmaması və sındırmaması barədə bildirməsinə, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında onun ağacla Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurmaması, Zərərçəkmiş şəxs4 əynində olan idman gödəkçəsini cırmaması barədə bildirməsinə, həmçinin Təqsirləndirilən şəxs3 onun baş ermiş hadisəni tam xatırlamadığını bildirməsinə dair ifadələrinə tənqidi yanaşaraq, bu ifadələri təqsirləndirilən şəxslərin özlərini müdafiə xarakteri daşıyan ifadələr kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini və digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxslərin törətdikləri əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi: İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür; ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür; cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür; xuliqanlıq cinayəti gedişində şəxslərə zor tətbiq edilməsi dedikdə, zərərçəkən şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibini yaradır. Bu maddənin məzmunundan görünür ki, şəxsin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməli olması haqqında nəticəyə gəlmək, yəni törədilmiş əməlin göstərilən maddə ilə tövsif edilməsi üçün aşağıdakı üç halın birgə mövcudluğu müəyyən edilməlidir: əməlin xuliqanlıq cinayətinin əlamətlərini özündə ehtiva etməsi (CM-nin 221.1-ci maddəsi), yaxud xuliqanlığın tövsifedici əlamətlərlə törədilməsi (CM-nin 221.2-ci maddəsi); belə əməllərin törədilməsi zamanı silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməsi; şəxsin 2-ci bənddə göstərilən əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq etməsi, yaxud özgənin əmlakını məhv etməsi və ya zədələməsi. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərərçəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərərçəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək olsun. Beləliklə, məhkəmə istintaqı ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 14 yanvar 2020-ci il tarixdə, saat 19 radələrində alkoqol sərxoşluğu vəziyyətində həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 məxsus Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisində «Bakı- Gəndob-Yalama» avtomobil yolunun kənarında yerləşən «Dalğa» kafesinə gedib Zərərçəkmiş şəxs2 bir neçə gün əvvəl onların kafedə stolüstü kart oynamalarına icazə verməməsini bəhanə edib özünün üstünlüyünü nümayiş etdirərək bir qrup şəxs halında, kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adətənənə və qarşılıqlı davranış qaydalarına saymazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan nalayiq söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək kafenin zalında olan Zərərçəkmiş şəxs3 məxsus hər biri 70 manat dəyərində 3 ədəd stolu, hər biri 27 manat dəyərində 12 stulu, hər biri 4 manat 50 qəpik dəyərində 8 ədəd böyük, hər biri 3 manat dəyərində 6 ədəd kiçik çini boşqabları, hər biri 5 manat dəyərində 16 ədəd salat qablarını, hər biri 75 qəpik dəyərində 20 ədəd armudu stəkanları, hər biri 1 manat dəyərində 8 ədəd böyük stəkanları, kafenin qarşısında olan zibil qutularını silah qismində istifadə etməklə atıb kafenin pəncərəsinin və giriş qapısının üzərində olan hər biri 20 manat dəyərində 1,5x0,75 metr ölçüdə 8 ədəd sadə ağ şüşələri sındırmaqla məhv edib Zərərçəkmiş şəxs3 ümumilikdə 851 manat məbləğində maddi ziyan vurmaqla, Zərərçəkmiş şəxs4 əynində olan 70 manat dəyərində idman gödəkçəsini cırmaqla və kafenin qarşısında əkilmiş şam ağacının budağını sındırıb içəri daxil olaraq silah qismində istifadə etdiyi həmin ağac parçası ilə Zərərçəkmiş şəxs2 sağ çiyninə və əlinə vurub ona sağ çiyin qurşağının əzilməsi və sol əlin ovuc səthinin sıyrılması ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirməklə və ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs1 başına silah qismində istifadə etdiyi həmin ağac parçası ilə vurmaqla, Təqsirləndirilən şəxs3 isə təpiklə vurub Zərərçəkmiş şəxs2 məxsus Vaz-2107 markalı, ** XV *** qeydiyyat nişanlı avtomobilin hər biri 45 manat dəyərində olan 02 ədəd ön və hər biri 35 manat dəyərində olan 02 ədəd arxa faralarını sındırmaqla məhv edib ümumilikdə 160 məbləğində maddi ziyan vurmaqla ağırlaşdırıcı halda xuliqanlıq, yəni bir qrup şəxs tərəfindən, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 14 yanvar 2020-ci il tarixdə, saat 19 radələrində alkoqol sərxoşluğu vəziyyətində həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 məxsus Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisində «Bakı-Gəndob-Yalama» avtomobil yolunun kənarında yerləşən «Dalğa» kafesinə gedib Zərərçəkmiş şəxs2 bir neçə gün əvvəl onların kafedə stolüstü kart oynamalarına icazə verməməsini bəhanə edib özünün üstünlüyünü nümayiş etdirərək bir qrup şəxs halında, kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan nalayiq söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək kafenin zalında olan Zərərçəkmiş şəxs3 məxsus hər biri 70 manat dəyərində 3 ədəd stolu, hər biri 27 manat dəyərində 12 stulu, hər biri 4 manat 50 qəpik dəyərində 8 ədəd böyük, hər biri 3 manat dəyərində 6 ədəd kiçik çini boşqabları, hər biri 5 manat dəyərində 16 ədəd salat qablarını, hər biri 75 qəpik dəyərində 20 ədəd armudu stəkanları, hər biri 1 manat dəyərində 8 ədəd böyük stəkanları sındırmaqla, Təqsirləndirilən şəxs1 kafenin qarşısında olan zibil qutularını silah qismində istifadə etməklə atıb kafenin pəncərəsinin və giriş qapısının üzərində olan hər biri 20 manat dəyərində 1,5x0,75 metr ölçüdə 8 ədəd sadə ağ şüşələri sındırmaqla məhv edib Zərərçəkmiş şəxs3 ümumilikdə 851 manat məbləğində maddi ziyan vurmaqla, Zərərçəkmiş şəxs4 əynində olan 70 manat dəyərində idman gödəkçəsini cırmaqla və kafenin qarşısında əkilmiş şam ağacının budağını sındırıb içəri daxil olaraq silah qismində istifadə etdiyi həmin ağac parçası ilə Zərərçəkmiş şəxs2 sağ çiyninə və əlinə vurub ona sağ çiyin qurşağının əzilməsi və sol əlin ovuc səthinin sıyrılması ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirməklə və ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs1 başına silah qismində istifadə etdiyi həmin ağac parçası ilə vurmaqla, Təqsirləndirilən şəxs3 isə təpiklə vurub Zərərçəkmiş şəxs2 məxsus Vaz-2107 markalı, ** XV *** qeydiyyat nişanlı avtomobilin hər biri 45 manat dəyərində olan 02 ədəd ön və hər biri 35 manat dəyərində olan 02 ədəd arxa faralarını sındırmaqla məhv edib ümumilikdə 160 manat məbləğində maddi ziyan vurmaqla ağırlaşdırıcı halda xuliqanlıq, yəni bir qrup şəxs tərəfindən, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs3 Quba rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 244.2.1 və 244.2.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 03 il 03 ay 20 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın 03 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 14 yanvar 2020-ci il tarixdə, saat 19 radələrində alkoqol sərxoşluğu vəziyyətində həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 məxsus Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisində «Bakı- Gəndob-Yalama» avtomobil yolunun kənarında yerləşən «Dalğa» kafesinə gedib Zərərçəkmiş şəxs2 bir neçə gün əvvəl onların kafedə stolüstü kart oynamalarına icazə verməməsini bəhanə edib özünün üstünlüyünü nümayiş etdirərək bir qrup şəxs halında, kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adətənənə və qarşılıqlı davranış qaydalarına saymazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan nalayiq söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək kafenin zalında olan Zərərçəkmiş şəxs3 məxsus hər biri 70 manat dəyərində 3 ədəd stolu, hər biri 27 manat dəyərində 12 stulu, hər biri 4 manat 50 qəpik dəyərində 8 ədəd böyük, hər biri 3 manat dəyərində 6 ədəd kiçik çini boşqabları, hər biri 5 manat dəyərində 16 ədəd salat qablarını, hər biri 75 qəpik dəyərində 20 ədəd armudu stəkanları, hər biri 1 manat dəyərində 8 ədəd böyük stəkanları sındırmaqla, Təqsirləndirilən şəxs1 kafenin qarşısında olan zibil qutularını silah qismində istifadə etməklə atıb kafenin pəncərəsinin və giriş qapısının üzərində olan hər biri 20 manat dəyərində 1,5x0,75 metr ölçüdə 8 ədəd sadə ağ şüşələri sındırmaqla məhv edib Zərərçəkmiş şəxs3 ümumilikdə 851 manat məbləğində maddi ziyan vurmaqla, Zərərçəkmiş şəxs4 əynində olan 70 manat dəyərində idman gödəkçəsini cırmaqla və kafenin qarşısında əkilmiş şam ağacının budağını sındırıb içəri daxil olaraq silah qismində istifadə etdiyi həmin ağac parçası ilə Zərərçəkmiş şəxs2 sağ çiyninə və əlinə vurub ona sağ çiyin qurşağının əzilməsi və sol əlin ovuc səthinin sıyrılması ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirməklə və ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs1 başına silah qismində istifadə etdiyi həmin ağac parçası ilə vurmaqla, özü isə təpiklə vurub Zərərçəkmiş şəxs2 məxsus Vaz-2107 markalı, ** XV *** qeydiyyat nişanlı avtomobilin hər biri 45 manat dəyərində olan 02 ədəd ön və hər biri 35 manat dəyərində olan 02 ədəd arxa faralarını sındırmaqla məhv edib ümumilikdə 160 manat məbləğində maddi ziyan vurmaqla ağırlaşdırıcı halda xuliqanlıq, yəni bir qrup şəxs tərəfindən, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin ərizələrindən və məhkəmə istintaqı zamanı verdikləri ifadələrdən müəyyən edilir ki, zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 vurduğu ziyanı tamamilə ödəmiş, onunla barışmış və ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən, Xaçmaz rayon İHB-nın Hülövlü kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən, iş materiallarına əlavə edilmiş portaldan çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 evli olmaqla himayəsində iki azyaşlı uşağı var. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Hülövlü kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 yaşadığı kənddə sakinlər ilə yaxşı münasibətdədir. Onun barəsində Nümayəndəliyə heç vaxt heç bir şikayət daxil olmamışdır. Onun barəsində Nümayəndəlik müsbət rəydədir. İş materiallarına əlavə edilmiş hökmün təsdiqlənmiş surətindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 14 yanvar 2020-ci il tarixdə baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs1 bıçaqla vuraraq xəsarət yetirməsi ilə bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(124)-109/2022 saylı hökmünə əsasən Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası sınaq müddəti ilə şərti hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin ərizələrindən və məhkəmə istintaqı zamanı verdikləri ifadələrdən müəyyən edilir ki, zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 vurduğu ziyanı tamamilə ödəmiş, onunla barışmış və ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Hülövlü kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 yaşadığı kənddə sakinlər ilə yaxşı münasibətdədir. Onun barəsində Nümayəndəliyə heç vaxt heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin ərizələrindən və məhkəmə istintaqı zamanı verdikləri ifadələrdən müəyyən edilir ki, zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs3 vurduğu ziyanı tamamilə ödəmiş, onunla barışmış və ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından, Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən və iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(003)-847/2022 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1 və 244.2.2-ci maddələri ilə təqsirli bilinərək ona 03 il 03 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 03 il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun üzərində 02 il 03 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, təyin edilmiş cəzanın CM-nin 70-ci maddəsinə əsasən ona şərti olaraq tətbiq edilməsinə dair müddəa hökmdən çıxarılmışdır. Xəzər Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs3 Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il 03 ay 20 gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən 6 (altı) ay azaldılmış, Təqsirləndirilən şəxs3 cəzasını çəkmiş hesab edilmiş və o, azad edilmişdir. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Hülövlü kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 yaşadığı kənddə sakinlər ilə yaxşı münasibətdədir. Onun barəsində Nümayəndəliyə heç vaxt heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə qeyd edir ki, yalnız cinayət qanunu normalarının tələblərinə əməl olunmaqla təyin edilmiş, həm təqsirkara münasibətdə, həm də obyektiv müşahidəçinin baxışında ədalətli olan cəza öz sosial təyinatını səmərəli şəkildə yerinə yetirə, cinayət törətmiş şəxsə münasibətdə islahedici, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu oynaya bilər. Təsvir edilən cinayət-hüquqi normalardan göründüyü kimi, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsaslarınvə bu əsaslarla uzlaşan hər bir təqsirkara şəxsə aid konkret faktiki halların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə görə, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; Həmin Məcəllənin 59.1.13-cü maddəsinə görə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, zərərçəkmiş şəxslərlə barışmalarını, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş hökmün təsdiqlənmiş surətindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 14 yanvar 2020-ci il tarixdə baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs1 bıçaqla vuraraq xəsarət yetirməsi ilə bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(124)-109/2022 saylı hökmünə əsasən Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası sınaq müddəti ilə şərti hesab edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, zərərçəkmiş şəxslərlə barışmalarını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 Davud oğlunun törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, zərərçəkmiş şəxslərlə barışmalarını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1 və 244.2.2-ci maddələri ilə təqsirli bilinərək ona 03 il 03 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 03 il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun üzərində 02 il 03 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, təyin edilmiş cəzanın CM-nin 70-ci maddəsinə əsasən ona şərti olaraq tətbiq edilməsinə dair müddəa hökmdən çıxarılmışdır. Xəzər Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs3 Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il 03 ay 20 gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən 6 (altı) ay azaldılmış, Təqsirləndirilən şəxs3 cəzasını çəkmiş hesab edilmiş və o, azad edilmişdir. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin barələrində cəzanı yüngülləşdirən halları, həmçinin barələrində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza, Təqsirləndirilən şəxs2 Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza və Təqsirləndirilən şəxs3 Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Qeyd olunanlarla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs1 barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların məcmusunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, zərərçəkmiş şəxslərlə barışmalarını, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, həmçinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(124)-109/2022 saylı hökmü ilə Zərərçəkmiş şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların məcmusunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, zərərçəkmiş şəxslərlə barışmalarını nəzərə alaraq Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 Davud oğlu barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların məcmusunu, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, zərərçəkmiş şəxslərlə barışmalarını nəzərə alaraq Təqsirləndirilən şəxs3 Davud oğluna təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə şərti məhkumetmə barədə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM maddə 41.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsində şərti məhkumetmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür. İş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törədib, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəyib, zərərçəkmiş şəxslərlə barışıb, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ailəli olmaqla himayəsində iki azyaşlı uşağı var; həmçinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(124)-109/2022 saylı hökmü ilə Zərərçəkmiş şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilmiş, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törədib, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəyib, zərərçəkmiş şəxslərlə barışıb, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbi yoxdur; təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəyib, zərərçəkmiş şəxslərlə barışıb, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxslərin barələrində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Birlikdə götürülməklə şərti məhkumetmə və cəza təyin etmənin ümumi əsaslarına dair normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkumetmənin tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən, cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci madəsinə əsasən, məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bununla yanaşı, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sınaq müddəti müəyyən edilməli və üzərlərinə onların davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən, şərti məhkumetmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkumetmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 dekabr 2010cu il tarixli Qərarında göstərilir ki, şərti məhkumetmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkumetmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkumetmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə, məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkumetmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir; Məhkəmə şərti məhkumetmə tətbiq edilən şəxsə sınaq müddəti müəyyən edir. Cinayət Məcəlləsinin 70.3-cü maddəsində şərti məhkumetmənin sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilmişdir. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını, yəni onda qanuna, cəmiyyətə, birgəyaşayış qayda və ənənələrinə hörmət hissinin yaranmasını və onlara riayət edilməsini sübut etməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadıqları yer üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs3 hazırkı cinayət işinin ibtidai istintaqı zamanı digər cinayət işi ilə əlaqədar cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən onun barəsində hazırkı cinayət işi üzrə qətimkan tədbiri seçilməmişdir. O, hazırkı cinayət işinin məhkəmə prosesi zamanı Xəzər rayon məhkəməsinin qərarı ilə 11 mart 2022-ci il tarixdə cəzadan azad edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilərək şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 hazırkı hökmlə təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilərək şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 hazırkı hökmlə təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilərək şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yerləri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar