Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-42/2023 31.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,187 qram çəkidə narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, bu fakt 21 sentyabr 2022-ci il tarixdə saat 18:45-də o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri Vağzal küçəsində saxlanılaraq polis şöbəsinə dəvət edilmiş və ünvan 2 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında saat 19:35-19:45 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sol yan cibindən göy rəngli «PallMall» markalı siqaret qutusunun üzərindəki şəffaf sellofanın arxa hissəsinə yerləşdirilmiş 01 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,187 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, anket məlumatında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada harada iş olsa işləyib ailəsini dolandırır və mütəmadi narkotik vasitə heroindən istifadə edir. 20 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Xaçmaz şəhəri Vağzal küçəsində piyada gəzərkən, yerdə göy rəngli siqaret qutusunun olduğunu görmüş, həmin qutu əzilmədiyindən və içərisi dolu göründüyünə görə onu-yerdən götürüb baxanda içərisində siqaret dənələri, qutunun üzərindəki sellofanın altında bir ədəd gümüşü rəngli kağız büküm olduğunu, kağız bükümü çıxarıb içərisinə baxanda isə onun içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin heroini və qutuda olan siqaretləri özünün istifadə edəcəyini fikirləşmiş və buna görə qutunu götürüb cibinə qoyaraq üzərində saxlamış, lakin bu barədə heç kimə heç nə deməmişdir. 21 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində bir gün əvvəl tapdığı siqaret qutusu narkotik vasitə heroinlə birlikdə əynindəki şalvarın sol cibində olmaqla yenidən Xaçmaz şəhəri Vağzal küçəsi ilə piyada hərəkət etmiş və həmin vaxt orada olan polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim edəndən sonra ona qanunsuz olaraq narkotik vasitə əldə edib daşımaqda şübhəli olduğunu bildirmiş və onu rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının artıq üzərindəki narkotik vasitə barədə məlumatlı olduqlarını başa düşmüş və etiraz etməyib onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Şöbəyə gəldikdən sonra ona şübhəli şəxs qismində tutulmağı ilə bağlı bağlı hüquq və vəzifələri izah olunmuş, bundan sonra müstəntiq tərəfindən dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə olduğunu polis əməkdaşlarına etiraf etmiş və əynindəki şalvarın sol cibində olan siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Müstəntiq tərəfindən həmin siqaret qutusuna baxılan zaman siqaret qutusunun üzərindəki sellofanın altından içərisində narkotik vasitə heroin olan 01 ədəd gümüşü rəngli kağız bükülü aşkar edilmiş və bir ədəd kağız zərfə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunandan sonra iştirakçılar, o cümlədən onun özü tərəfindən imzalanmaqla təsdiq edilmişdir. O, həmçinin göstərmişdir ki, narkotik vasitə heroindən istifadə etsə də, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış və narkotik vasitələrin satışı ilə məşğul olan şəxsləri tanımamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə raportla şöbə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Məzahir oğlu qrupun tərkibinə daxil edilmiş və bundan sonra onlar Təvəkgül Məmmədovun ətrafında əməliyyat tədbirlərinə başlamışlar. Qeyd olunan tarixdə saat 19 radələrində X5 şəhəri Vağzal küçəsi ilə piyada getdiyini müşahidə edib ona yaxınlaşmış, özlərini təqdim edəndən sonra ona qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və daşıması barədə məlumat olduğunu bildirərək Xaçmaz RPŞ-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə şöbəyə gəlmiş və o, bu barədə raportla rəhbərliyə məruzə etmişdir. Təvəkgül Məmmədovun barəsində araşdırma aparılması Xaçmaz RPŞnin İB-nin müstəntiqi, polis kapitanı X4 həvalə olunduğundan onun tərəfindən Təvəkgül Məmmədova hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilmişdir. Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 şöbəyə dəvət edilərək Təvəkgül Məmmədova təqdim olunmuş, keçiriləcək şəxsi axtarışın görüntülərinin videoçəkiliş vasitəsi ilə qeydə alınması Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru Şahid3 həvalə ediləndən sonra Təvəkgül Məmmədova qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və daşıması barədə məlumat daxil olduğuna görə Xaçmaz RPŞ-nə gətirilməsi və videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təvəkgül Məmmədov üstünə axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra ondan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təvəkgül Məmmədov üzərində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni tapdığını demiş və əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd göy rəngli «Pallmall» markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Bundan sonra Təvəkgül Məmmədovun üstü axtarılmış, lakin axtarış zamanı onun üstündən başqa heç nə aşkar edilməmişdir. Təvəkgül Məmmədovun təqdim etdiyi siqaret qutusu açıldıqda onun içərisində istifadə olunmamış siqaret dənələrindən başqa heç nə çıxmamış, onun təqdim etdiyi həmin siqaret qutusu çevrilib baxılarkən üzərinə çəkilmiş şəffaf sellofanın altında 01 ədəd gümüşü rəngli kağız bükülü olduğu, həmin bükülü çıxarılaraq açıldıqda isə içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli, tozşəkilli kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təvəkgül Məmmədov təqdim etdiyi bükülünün içərisindəki kütlənin həqiqətən heroin olduğunu etiraf etmişdir. Ondan həmin narkotik vasitəni haradan əldə etməsi və narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması soruşulduqda o, narkotik vasitəni tapdığını, narkotik vasitədən istifadə etdiyini və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını, lakin narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra Təvəkgül Məmmədovun təqdim etdiyi içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükülü ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək 01 ədəd ağ rəngli kağız zərfə qoyulmuş və üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmış, 01 ədəd «Pallmall» markalı siqaret qutusu isə içərisindəki siqaret dənələri ilə birlikdə Təvəkgül Məmmədovun özünə qaytarılmışdır. Təvəkgül Məmmədovun üstünə şəxsi axtarış keçirilməsinə dair video görüntülər əvvəldən axıra kimi ekspert-kriminalist Şahid3 tərəfindən video çəkilişlə qeydə alınmış və faktla bağlı müstəntiq Rəşad Babayev tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunandan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkilləri polis leytenantı Şahid2 Məzahir oğlu və Xaçmaz RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru Şahid3 iş üzrə məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan şəxsi axtarış aparılması haqqında 21 sentyabr 2022-ci il tarixli protokoludan görünür ki, Xaçmaz RPŞnin inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd göy rəngli «PallMall» markalı siqaret qutusunun üzərindəki şəffaf sellofanın arxa hissəsinə yerləşdirilmiş 01 ədəd gümüşü rəngli kağız bükümün içərisindən narkotik vasitə heroin aşkar edilərək götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs narkotik üstündən aşkar edilmiş narkotik vasitə heroini tapdığını və şəxsi şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 6/5417 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 224» dairəvi möhür əksi və «...Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş heroinə bənzər kütlə... Təqsirləndirilən şəxs - imza, iki imza.R.Babayev - imza...» yazı əlavəsi qeyd edilmiş 01 (bir) ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,187 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Məhkəmə-narkoloji ekspertizasının 03 noyabr 2022-ci il tarixli, 6570 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD formatlı diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə 22 sentyabr 2022-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı həmin diskdə Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinin, şəxsi axtarış zamanı onun əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd göy rəngli «PallMall» markalı siqaret qutusunun üzərindəki şəffaf sellofanın arxa hissəsinə yerləşdirilmiş 01 ədəd gümüşü rəngli kağız bükümün içərisində narkotik vasitə heroin olmasının görüntüləri öz əksini tapmışdır. Elektron məlumat daşıyıcısına baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin video görüntüdə qeydə alınmış şəxsin özünün olduğunu, görüntünün qeydə alındığı 21 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində polis əməkdaşları tərəfindən Xaçmaz şəhəri Vağzal küçəsində saxlanılaraq Xaçmaz rayon PŞ-nə dəvət olunduğunu və üstünə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı 20 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Xaçmaz şəhəri Vağzal küçəsindən taparaq şəxsi istifadəsi üçün əynindəki şalvarın cibində saxladığı 01 büküm narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etdiyini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 21 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 0,187 qram çəkidə narkotik vasitə heroin və qeyd olunan tarixdə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə dair video görüntülər köçürülmüş 01 (bir) ədəd CD formatlı disk 24 sentyabr 2022-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş, narkotik vasitənin 0,05 qramının tədqiqata sərf olunması və 01 (bir) ədəd CD formatlı diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, qalan 0,137 qram çəkidə narkotik vasitə heroin isə 01 (bir) ədəd kağız paketə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon icra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1985-ci ildə Xaçmaz şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, orta təhsillidir, evlidir, ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır və müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan AZ-İV № 251944 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X2 adında azyaşlı övladı var. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lüzuli-Qubadlı Hərbi Məhkəməsinin 30 mart 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 sentyabr 2005-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, Rusiya Federasiyası Çelyabinsk şəhəri Traktorzavod rayon Məhkəməsinin 13 fevral 2015-ci il tarixli hökmünə əsasən RF CM-nin 161 -ci maddəsinin 2-ci hissəsinin «Q» bəndinə əsasən 02(iki) il 06(altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, RF CM-nin 73-cü maddəsinin 1 -ci və 2-ci hissələri və 73-cü maddəsinin 5-ci hissəsi tətbiq edilməklə 03(üç) il şərti sınaq müddəti cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 31/86 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyası Çelyabinsk şəhəri Traktorzavod rayon Məhkəməsinin 13 fevral 2015-ci il tarixli hökmünün Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsinə dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən başqa ölkə ərazisində cinayət törəpniş şəxs barəsində məhkəmə hökmü Azərbaycan Respublikası ərazisində tanınmadıqda həmin şəxs məhkum olunmamış hesab edilir. Ona görə də Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,187 qram çəkidə narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, bu fakt 21 sentyabr 2022-ci il tarixdə saat 18:45-də o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri Vağzal küçəsində saxlanılaraq polis şöbəsinə dəvət edilmiş və ünvan 2 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında saat 19:35-19:45 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sol yan cibindən göy rəngli «PallMall» markalı siqaret qutusunun üzərindəki şəffaf sellofanın arxa hissəsinə yerləşdirilmiş 01 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,187 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 21 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Xaçmaz rayonu məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 4(067)- 163/2022 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasa da, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,137 qram heroin məhv edilməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD formatlı disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 92 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəzaçəkməsinin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,137 qram heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 92 (doxsan iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-42/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-42/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver