Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-42/2024 21.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim: Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, Xüsusi ittihamçı: X19 nümayəndəsi və vəkili Müdafiəçi1, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: Fərzəliyev Cəlal Seyfəddin oğlunun və onun müdafiəçisi Xaçmaz şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: 12 avqust 1987-ci il tarixdə Xaçmaz rayonu, Çiləgir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Fərzəliyev Cəlal Seyfəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında cinayət təqibi üzrə şikayətə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X59 "xxxx" MMC xəbər agentliyinin qanuni təmsilçisi Fərzəliyev Cəlal Seyfəddin oğluna qarşı xüsusi ittiham qaydasında 21 noyabr 2023-cü il tarixli şikayətlə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, kütləvi informasiya vasitəsi hesab olunan “7 Times” youtube kanalında 31 mart 2023-cü il tarixdə paylaşdığı video süjetdə, 06 avqust 2023-cü il tarixdə rəhbərlik etdiyi “7 Times” xəbər agentliyinin internet portalında “Maaş kartlarını şəxsən Elvin adlı şəxsin əli ilə nazir Muxtar Babayev mənimsəyir” başlıqlı məlumatda, “7 Times” youtube kanalında 10 oktyabr 2023-cü il tarixdə “Şok hadisə: İdarə müdiri vətəndaşdan rüşvət istədi” başlığı altında paylaşdığı video süjetdə yalan olduğunu bilə-bilə onu ağır cinayətdə ittiham edərək haqqında böhtan xarekterli məlumatları yaymaqla onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan xx.xx.1987-ci il təvəllüdlü, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Fərzəliyev Cəlal Seyfəddin oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətin verilməsinə əsas və səbəb “7 Times” youtube kanalında 31 mart 2023-cü il tarixdə paylaşdığı video süjetdə, 06 avqust 2023-cü il tarixdə rəhbərlik etdiyi “7 Times” xəbər agentliyinin internet portalında “Maaş kartlarını şəxsən Elvin adlı şəxsin əli ilə nazir Muxtar Babayev mənimsəyir” başlıqlı məlumatda, “7 Times” youtube kanalında 10 oktyabr 2023-cü il tarixdə “Şok hadisə: İdarə müdiri vətəndaşdan rüşvət istədi” başlığı altında paylaşdığı video süjetdə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları müvafiq statuslarında paylaşmaqla yayması olmuşdur. Beləki, xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o uzun illərdir Quba X58 Mərkəzində işləyir. 14 mart 2022-ci ildən isə həmin idarənin direktoru vəzifəsi müvəqqəti olaraq ona həvalə edilmişdir. İşlədiyi dövrdə işini qanunla və qaydalara uyğun görür. İşinə görə dəfələrlə ona rəhbərlik tərəfindən razılıqlarını bildirmişlər. Bu illər ərzində iş yerində və cəmiyyətdə xarekterinə, davranış qaydalarına uyğun olaraq müsbət xarekterizə olunmuşdur. İş yerində və cəmiyyətdə hörməti, nüfüzu vardır. "xxxx" saytının redaktoru Fərzəliyev Cəlal Seyfəddin oğlu məqsədli şəkildə həqiqəti əks etdirməyən, şantaj xarakterli, əsassız, Mərkəzin iş fəaliyyətinə xələl gətirmək məqsədilə video süjetlər hazırlayaraq vətəndaşlar arasında təbliğat aparır. Belə ki, onun bu kimi qanunsuz əməlləri barədə xx.xx.2023-cü il tarixli, 3-14-27-06/2-106/2023 nömrəli məktubla Quba rayon Polis Şöbəsinə, xx.xx.2023-cü il tarixli, 3-14-27-06/2-156/2023 nömrəli məktubla Quba rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Fərzəliyev Cəlal Seyfəddin oğlu “7 Times” youtube kanalında 31 mart 2023-cü il tarixdə paylaşdığı video süjetdə “Elvin Baxışovun adı işdə olub özü işdə olmayan və dövlət büdcəsindən boş-boşuna əmək haqqı alan qardaşı Emin Baxışov, bibisi oğlu Vahid Ərzumanov, yaxın ailə üzvü olan Pərvanə Kazımova, X20, X82, X60, X61, X62, X83, X21, X41, X42, X22, X84, X23, X63, X64, X5, X65 və iqtisadçı Nüşabə Əliyeva olduğunu qeyd etmişdir. (həmin video sujet “bir yatmış başqa bir yatmışı oyada bilməz elə oyatmadıda” diskə əlavə olunur.) Həmin sujetdə mənim barəmdə böhtan dolu məlumatlar yazmış, ona əsassız olaraq böhtan atmış, onun şərəf və layəqətini alçaltmış, onu ağır cinayət törətməkdə ittiham etmişdir. Belə ki, sujetdə onu korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər qulluq mənafeyi əleyhinə olan cinayətlər törətməkdə ittiham etmişdir. X47 Seyfəddin oğlu 06 avqust 2023-cü il tarixdə rəhbərlik etdiyi “7 Times” xəbər agentliyinin internet portalında “Maaş kartlarını şəxsən Elvin adlı şəxsin əli ilə nazir Muxtar Babayev mənimsəyir” başlıqlı məlumat yayılmışdır. Bu məlumatda həmin agentliyin təsisçisi və baş redaktoru cavabdeh Cəlal Fərzəliyev onun rəhbəri olduğu Mərkəz barədə əsassız, yalan, həqiqətə uyğun olmayan dəqiqləşdirilməmiş məlumatlar yaymış və təşkilatın işgüzar nüfuzuna xələl gətirmişdir. Həmin məlumatda qeyd olunmuşdur ki, “Onda olan məlumata görə Elvin adlı vəzifəli şəxs qeyri qanuni aylıq pulları yığaraq Ekologiya naziri Muxtar Babayevlə açot-uçot aparır. Başqa bir məsələ isə sizə təqdim etdiyim meşə təsərrüfatının siyahısında olan şəxslərin 60 faizdən çoxu “ölü can”lardır. Yəni adları gedir, özləri isə işə getmirlər. Bu yetməzmiş kimi Elvin adlı xırda məmur doğma qardaşını, bibisi oğlanlarını həmin müəssisənin bir hissəsi edib. Onlara ayrılan pulları və maaş kartları şəxsən bir başa Elvin adlı şəxsin əli ilə nazir Muxtar Babayev mənimsəyir. Bu mənimsəmə faktından əlavə yetməzmiş kimi Quba rayonunda ağaclara qətliam həyata keçirilir. Bir çox Qubalıların xahişini nəzərə almağınızı və belə cinayətkar məmurların əməllərinin araşdırılmasını diqqətə saxlayasınız. Adı ştatda olub, lakin özü işdə olmayan şəxslərin siyahısı: X26 gözətçi, X136 Meşəbəyi, X101 Meşəbəyi, X102 meşəbəyi, X137 baş mütəxxəsiz, X85 meşəbəyi, X48 mühəndis ekologiya üzrə, X69 mühəndis ekologiya üzrə, X10 idarə qulluqçusu fail sistemi, X43 baş mütəxxəsis, X3 mühəndis ekologiya üzrə, X36 mütəxəssis ətraf mühit, X138 mühəndis ekologiya üzrə, X49 Hüquqşünas, X71 meşəbəyi, X24 fəhlə, X151 fəhlə, X92 fəhlə, X103 meşə gözətçisi, X155 kəsib düzəldən meşəçilik, X50 meşə gözətçisi, X139 meşə gözətçisi, X44 meşə gözətçi, X119 meşə göz, X130 fəhlə, X104 fəhlə, X114 meşə göz, X105 fəhlə, X152 fəhlə, MüslümovTeyfur Abdulla fəhlə, X66 fəhlə, X116 fəhlə, X33 fəhlə, X153 fəhlə, X93 fəhlə, X141 fəhlə, X107 fəhlə, X27 fəhlə, X142 fəhlə, X157 fəhlə, X143 meş göz, X120 meş göz, X144 meşə göz, X168 meş göz, X158 meş göz, X145 meş göz, X51 meş göz, X28 meş göz, X146 meş göz, X52 meş göz, X29 göz, X94 meş göz, X95 meş göz, X159 meş göz, X121 meş göz, X53 meş göz, X72 meş göz, X15 meş göz, Haciağayev Samiddin Qubaşah meş göz, X30 meş göz, X37 meş göz, X96 meş göz, X73 meş göz, X74 meş göz, X75 meş göz, X122 meş göz, X123 meş göz, X97 meş göz, X160 meş göz, X38 meş göz, X108 meş göz, X16 meş göz, X7 meş göz, X161 meş göz, X109 fəhlə, X17 meş göz, X2 meş göz, X124 fəhlə, X110 meş göz, X167 meş göz, X31 meş göz, X111 meş göz, X76 meş göz, X125 fəhlə, X162 meş göz, X98 meş göz, X112 meş göz, X32 göz, X54 meş göz, X8 göz, X77 meş göz, X78 meş göz, X55 meş göz, X45 meş göz, X147 meş göz, X99 meş göz, X79 meş göz, X163 xadimə, X34 gözətçi bina, X164 meş göz, X100 meş göz, X6 fəhlə, X127 fəhlə, X4 fəhlə, X80 meş göz, X56 fəhlə, X148 meş göz, X39 meş göz, X9 fəhlə, X57 meş göz, X149 meş göz, X128 mühəndis, X150 meşəbəyi qeyd edərək rəhbəri olduğu Mərkəz barəsində əsassız yalan, həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yaymış və təşkilatın işgüzar nüfuzuna xələl gətirmişdir. Fərzəliyev Cəlal Seyfəddin oğlu onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1ci maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsilə vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsiləmənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə cinayətləri törətməkdə ittiham edir. Bundan başqa Cəlal Fərzəliyev “7 Times” youtube kanalında 28 fevral 2023-cü il tarixdə “Qubada meşələri belə məhv edirlər” başlığı altında paylaşdığı video süjetdə böhtan xarakterli, həqiqəti əks etdirməyən məlumatlar paylaşaraq Quba rayonunda diametri 100 mm-dən çox ağacların qanunsuz kəsilərək emal müəssisələrinə daşındığı, meşələrin məhv edilməsinin Meşə-mühafizə Müəssisəsinin rəhbər şəxsləri tərəfindən həyata keçirilməsi qeyd olunur. (Video sujet işə əlavə olunur) Cəlal Fərzəliyevin qeyd olunan paylaşımları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsində aparılmış ətraflı araşdırma zamanı "xxxx" xəbər agentliyində paylaşılan məlumatlar öz təsdiqini tapmamışdır. (arayış əlavə olunur) Belə ki, Cəlal Fərzəliyevin paylaşdığı məlumatda adları işçi kimi qeyd olunanlardan X67 xx.xx.2023-cü il tarixdə rəhmətə getmiş, X68 xx.xx.2022-ci il tarixdə, X34 xx.xx.2023-cü il tarixdə, X11 xx.xx.2023-cü il tarixdə, Hacıağayev Samiddin Qubaşa oğlu xx.xx.2023-cü il tarixdə, X83 xx.xx.2023-cü il tarixdə, X86 xx.xx.2023-cü il tarixdə, X35 xx.xx.2023-cü İİ tarixdə, X46 14.11.202-ci il tarixdə tutduqları vəzifədən azad olunaraq əmək müqavilələrinə xitam verilmişdir. (əmrlərin surəti əlavə olunur) 5 saylı X58 Mərkəzində əməkdaşların adları ştat cədvəli ilə eynidir, bütün işçilərin əmək haqqı kartları işə başladıqları tarixdən özlərində olmuşdur. Mərkəzin xidməti ərazilərində baş vermiş meşə qanunvericiliyinin pozulması faktı ilə bağlı X165 dəymiş ziyanın ödətdirilməsi və barələrində tədbir görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilmişdir. Bundan əlavə hazırkı xüsusi ittihamla bir dəfə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 1(067)- 172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət geri qaytarılmışdır. Həmin iclasda barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi şəxs də iştirak etmişdir. Ona qarşı bu əməlləri törədən şəxs onun barəsində şikayət etdiyini görüb bu əməlləri dayandırmaq əvəzinə, qəsdən bu yetməzmiş kimi yenə də youtube kanalında 10 oktyabr 2023-cü il tarixdə “Şok hadisə: İdarə müdiri vətəndaşdan rüşvət istədi” adlı video başlıqda “mənə Tərlan Zeynalov adlı vətəndaşın oğlunu işə qəbul edilməsi müqabilində 3000 (üç min) manat pul verməli olduğu” barədə əsassız, ona böhtan atan, onu cinayətdə ittiham edən sözlər bildirmişdir. (həmin videodisk şikayətə əlavə olunur) Fərzəliyev Cəlal Seyfəddin oğlu onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1ci maddəsi ilə rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi cinayətləri törətməkdə ittiham edir. Cəlal Fərzəliyevin ona böhtan atmağına səbəb onun istəklərini yerinə yetirməməsi olmuşdur. Belə ki, Cəlal Fərzəliyevin arvadı Kamilla (Manafova) Fərzəliyeva bir müddət həmin Mərkəzdə fəhlə işləmişdir. Bununla əlaqədar X81 gələrək həyat yoldaşının adının işdə saxlanılmasını və işə gəlmədən ona əmək verilməsini tələb etmişdir. Ona bunun mümkünsüz olduğu bildirilsə də o, bir müddətdən sonra təkrar Mərkəzə gələrək yoldaşının məsul vəzifəyə keçirilməsini tələb etmiş, əks təqdirdə barəmdə böhtan xarekterli məlumatlar yayacağı ilə hədələmişdir. Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq 18 may 2023-cü il tarixdən Kamilla Fərzəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. (Əmrin sürəti əlavə olunur) Mətnlərin və videoların məzmunundan göründüyü kimi Fərzəliyev Cəlal Seyfəddin oğlu sosial şəbəkədə həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət, böhtan xarakterli, uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və onu ictimaiyyət qarşısında nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsi olan sosial şəbəkələrdə yayaraq onu ağır cinayətdə ittiham edərək ona böhtan atmışdır. Fərzəliyev Cəlal Seyfəddin oğlu tərəfindən qeyd olunan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən məsuliyyətə səbəb olduğundan və onun bu qanuna zidd cinayət əməlləri hələ də davam etdiyi üçün, C.Fərzəliyevin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Xüsusi İttiham qaydasında məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Fərzəliyev Cəlal Seyfəddin oğlu ona böhtan atmaqda, şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməkdə və onu cinayətkar, həmçinin cəmiyyətə yararsız biri olaraq ictimaiyyətə tanıtmaqdadır Xaçmaz Rayon Məhkəməsinin 1(067)-42/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Fərzəliyev Cəlal Seyfəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci və 147.2-ci maddələri təqsirləndirilməsinə dair X59 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmiş, Fərzəliyev Cəlal Seyfəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirləndirilən şəxs kimi məhkəməyə verilmiş və X59 xüsusi ittihamçı qismində tanınmışdır. Bundan sonra məhkəmə iclasında xüsusi ittihamçının etibarnamə əsasında nümayəndəsi və vəkili Müdafiəçi1 21 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri təqsirləndirilən şəxs Fərzəliyev Cəlal Seyfəddin oğlu barəsində xüsusi ittihamçı X59 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə barışdıqları üçün xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 18 oktyabr 2024cü il tarixdə xüsusi ittihamçı X59 ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci və 147.2-ci maddələri təqsirləndirilən şəxs Fərzəliyev Cəlal Seyfəddin oğlu arasında barışıq sazişi bağlanılmışdır. Həmin barışıq sazişinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri təqsirləndirilən şəxs Fərzəliyev X13 Elvin Fikrət oğlu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi barəsində kütləvi informasiya vasitələrində həqiqəti əks etdirməyən məlumatlar (yazı, video və.s) paylaşdığını bildirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri təqsirləndirilən şəxs Fərzəliyev Cəlal Seyfəddin oğlu kütləvi informasiya vasitələrində həqiqəti əks etdirməyən məlumatlar (yazı, video və.s) paylaşdığına görə X12 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyindən üzr istəyir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri təqsirləndirilən şəxs Fərzəliyev X13 Elvin Fikrət oğlu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi barəsində təmsilçisi olduğu kütləvi informasiya vasitələrində yaydığı bütün məlumatların həqiqəti əks etdirmədiyini qəbul edir və məlumatlatları yekun məhkəmə aktı qəbul edilənədək siləcəyini öhdəsinə götürür. Xüsusi ittihamçı X1 Cəlal Seyfəddin oğluna qarşı xüsusi ittiham qaydasında şikayətdən imtina edir və Fərzəliyev Cəlal Seyfəddin oğlu ilə barışır. Həqiqətən Fərzəliyev X13 Elvin Fikrət oğlu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi barəsində təmsilçisi olduğu kütləvi informasiya vasitələrində yaydığı bütün məlumatları silmişdir. Həmçinin həmin kütləvi informasiya vasitələrində yenə də X59 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi barəsində əvvəlcədən paylaşılmış olan hər hansı bir məlumat aşkar edilərsə siləcəyini öhdəsinə götürmüşdür. Məhkəmə baxışı iclasında iştirak edən xüsusi ittihamçıX19 etibarnamə əsasında nümayəndəsi və vəkili Müdafiəçi1 ərizəni müdafiə edərək, ərizədə göstərilən səbəb və əsasları nəzərə alaraq məhkəmədən cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq onu da bildirdi ki, həqiqətən Fərzəliyev X13 Elvin Fikrət oğlu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi barəsində təmsilçisi olduğu kütləvi informasiya vasitələrində yaydığı bütün məlumatları silmişdir. Həmçinin həmin kütləvi informasiya vasitələrində yenə də X59 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi barəsində əvvəlcədən paylaşılmış olan hər hansı bir məlumat aşkar edilərsə siləcəyini öhdəsinə götürmüşdür. Məhkəmə baxışı iclasında iştirak edən xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs Fərzəliyev Cəlal Seyfəddin oğlu məhkəmədən xüsusi ittihamçı şikayətindən imtina etdiyinə görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, barışıq sazişinə uyğun olaraq rəhbəri olduğu kütləvi informasiya vasitələrində xüsusi ittihamçı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi barəsində əvvəlcədən paylaşılmış olan hər hansı bir məlumat aşkar edilərsə siləcəkdir. Məhkəmə baxışı iclasında iştirak edən Xaçmaz şəhər vəkil bürosunun vəkili– Müdafiəçi3 məhkəmədən xüsusi ittihamçı şikayətindən imtina etdiyinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında tədqiq edilərək iş materiallarına əlavə olunmuş: - Xüsusi ittihamçı X59 və xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs Fərzəliyev Cəlal Seyfəddin oğlu məhkəməyə 18 oktyabr 2024-cü il tarixli barışıq sazişini təqdim etmişlər. Həmin sazişdə qeyd edilmişdir ki, 18 oktyabr 2024-cü il tarixdə xüsusi ittihamçı X59 ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri təqsirləndirilən şəxs Fərzəliyev Cəlal Seyfəddin oğlu arasında barışıq sazişi bağlanılmışdır. Həmin barışıq sazişinin 1-ci bəndinə əsasən Fərzəliyev X13 Elvin Fikrət oğlu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi barəsində kütləvi informasiya vasitələrində həqiqəti əks etdirməyən məlumatlar (yazı, video və.s) paylaşdığını bildirir. Fərzəliyev Cəlal Seyfəddin oğlu kütləvi informasiya vasitələrində həqiqəti əks etdirməyən məlumatlar (yazı, video və.s) paylaşdığına görə X12 və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyindən üzr istəyir. Həmin barışıq sazişinin 2-ci bəndinə əsasən Fərzəliyev X13 Elvin Fikrət oğlu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi barəsində təmsilçisi olduğu kütləvi informasiya vasitələrində yaydığı bütün məlumatların həqiqəti əks etdirmədiyini qəbul edir və məlumatlatları yekun məhkəmə aktı qəbul edilənədək siləcəyini öhdəsinə götürür. Həmin barışıq sazişinin 3-cü bəndinə əsasən X1 Cəlal Seyfəddin oğluna qarşı xüsusi ittiham qaydasında şikayətdən imtina edir və Fərzəliyev Cəlal Seyfəddin oğlu ilə barışır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 37.2-ci maddəsin əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 39.1.8-ci maddəsinə əsasən, zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə), cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.7-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərərçəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. 43.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Beləliklə, yuxarıda şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, xüsusi ittihamçı xüsusi ittiham qaydasında cinayət təqibindən imtina etdiyindən, iş üzrə başlanılmış cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Fərzəliyev Cəlal Seyfəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X59 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.9-cu maddəsinə əsasən xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriləbilər. Qərardan apelyasiya qaydasında şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-42/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-42/2024
21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver