Məhkəmə qərarları › İş №1(067)-42/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-42/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-42/2025 08.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı Məhkəmə iclasının katibi: X10 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxsin müdafiəçiləri: Xaçmaz rayon vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1987-ci ildə Xaçmaz rayonu, Sabiroba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Xaçmaz rayonu, Sabiroba kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 20 mart 2024-cü ildə saat 21:20-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozmaqla alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «VAZ 21099» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisindən keçən 42-ci kilometrində, Yalama istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni 1.1-1.3 üfüqi nişanlanma xətlərini kəsib keçməklə yolun Gəndob istiqamətindəki əks hərəkət hissəsinə çıxmış, bu zaman yolun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə 60 km/saat sürətlə düzünə hərəkətdə olan Şahid idarə etdiyi «VAZ 21074» markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfinin orta hissəsi ilə onun idarə etdiyi «VAZ 21099» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadı arasında yolun Gəndob istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermiş, toqquşma səbəbindən idarəetmədən çıxmış «VAZ 21074» markalı avtomobil Gəndob istiqamətində yolun sağ kənarına çıxıb aşaraq dayanmış piyada Zərərçəkmiş şəxs dəymiş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs alın nahiyəsinin əzilmiş yarası və sağ körpücük sümüyünün sınığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilmiş və etdiyi cinayət əməlini etiraf edərək ifadəsində bildirmişdir ki,20 mart 2024-cü il tarixdə, saat 21:10-da bayramlaşmaq üçün Xaçmaz rayonu, Qusarçay kəndində yaşayan dostu Talıbgilə getmək məqsədi ilə sərxoş vəziyyətdə idarə etdiyi «VAZ 21099» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sükanına əyləşib Gəndob-Yalama yoluna çıxıb Yalama istiqamətində hərəkətə başlamış, saat 21:20-də idarə etdiyi avtomobillə Gəndob-Yalama avtomobil yolunun Yalama istiqamətindəki hərəkət hissəsi ilə 60 km/saat sürətlə eyni istiqamətdə düzünə hərəkət etmişdir. Yolun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisindən keçən 42-ci kilometrində, yolun sola doğru döngəli hissəsində idarə etdiyi avtomobil hərəkəti istiqamətində sol tərəfə yönəlmiş, həmin vaxt yolun Gəndob istiqamətidəki əks hərəkət hissəsi ilə qarşıdan gələn, sürücü Şahid idarə etdiyi «VAZ 21074» markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfinin orta hissəsi ilə idarə etdiyi «VAZ 21099» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadı arasında toqquşma baş vermişdir. Toqquşma səbəbindən idarəetmədən çıxmış «VAZ 21074» markalı avtomobil fırlanaraq yolun Yalama istiqamətindəki əks hərəkət hissəsinə, sonra Yalama istiqamətində yolun sağ kənarındakı ehtiyat hissəyə çıxıb aşmışdır. Avtomobilləri toqquşduqdan sonra onun idarə etdiyi avtomobili hadisə yerindən 100 metr aralı məsafədə saxlamış, ilk olaraq sərxoş vəziyyətdə hadisəni törətdiyi üçün qorxaraq hadisə yerindən yayınmağı düşünmüşvə idarə etdiyi avtomobili 1000 (bir min) metr aralı məsafədə yerləşən Yanacaq doldurma məntəqəsinin yanında saxlayaraq Xaçmaz rayonu, Qusarçay kənd sakini olan Talıb adlı dostuna zəng etmişdir. Daha sonra Talıb adlı dostu onun avtomobilini Xaçmaz rayonu Qusarçay kəndi ərazisində yerləşən “Asiman” şadlıq sarayının yanına apararaq orada saxlamışdır. Lakin bundan sonra o, hadisə yerindən yayınmaqla vəziyyətinin daha da ağırlaşacağını dərk etdiyindən bu fikirdən əl çəkib özünü təqdim etmək məqsədilə hadisə yerinə geri qayıtmışdır. O, hadisə yerinə qayıtdığı zaman hadisə yerində Anar adlı Yol polisi əməkdaşı olmuşdur. Bundan sonra o, avtomobili saxladığı yerdə könüllü olaraq polis əməkdaşlarına bildirmişdir. O, hadisə zamanı «VAZ 21074» avtomobil yolun sağ ehtiyat hissəsində aşanda orada olan Xaçmaz rayonu, Qusarçay kənd sakini Zərərçəkmiş şəxs dəyməsi və xəsarət alması barədə məlumatı olmamış, bu barədə hadisədən bir müddət sonra məlumatı olmuşdur. Daha sonra zərərçəkmiş şəxs İlhama baş çəkmək üçün Xaçmaz rayon mərkəzi xəstəxanasına getmiş, İlhamın sağlamlıq vəziyyəti ilə maraqlanmışdır. O, alkoqol asılılığından müalicə almışdır. Etdiyi cinayət əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqızamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 20 mart 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində, Gəndob-Yalama avtomobil yolunun yaşadığı kəndin ərazisində, Yalama istiqamətində yolun sağ ehtiyat hissəsinin kənd yoluna birləşdiyi yerdə ayaq üstdə dayanmışdır. Elə həmin vaxt gözlənilmədən Yalama istiqamətində yolun sağ ehtiyat hissəsinə çıxıb damı üstdə aşan avtomobilin qabaq tərəfi ona dəymiş və zərbədən o, yerə yıxılmışdır. Bu ani baş verdiyi üçün həmin avtomobilin niyə aşdığını bilməmişdir. Yıxıldığı yerdən ayağa durandan sonra 10 dəqiqə sonra ağır bədən xəsarətləri aldığını hiss etmişdir. Xəsarət aldığı üçün onu ilkin tibbi yardım göstərilməsindən ötrü xəstəxanaya aparılmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsdən ona dəymiş ziyanın əvəzində 300 manat məbləğində pulu qəbul etdiyini bildirmiş və qeyd etmişdir ki, təqsirləndirilən şəxslə aralarında barışıq əldə olunmuşdur. Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs 01 yanvar 2025-ci il tarixdə qaraciyər çatışmamazlığı səbəbindən vəfat etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Asvarov Hacıbaba XX ifadəsində göstərdi ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisindən keçən hissəsində “VAZ 21099” markalı avtomobillə “VAZ 21074” markalı avtomobilin toqquşması nəticəsində “VAZ 21074” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşmış və ehtiyyat hissədə duran oğlu Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Oğlu sonradan 01 yanvar 2025-ci il tarixdə başqa xəstəlikdən ölmüşdür. Onun ölümünə səbəb isə əvvəldən onkoloji xəstə olması olmuşdur. Təqsirləndirilən şəxsin barəsində şikayəti və ya tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, 20 mart 2024-cü il tarixdə saat 21:20-də idarə etdiyi «VAZ 21074» markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama avtomobil yolunun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə 60 km/saat sürətlə eyni istiqamətdə düzünə hərəkətdə olmuşdur. Yolun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində, yolun sağa doğru döngəli hissəsində yolun Yalama istiqamətidəki əks hərəkət hissəsi ilə qarşıdan gələn, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 21099» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti istiqamətində sol tərəfə yönəldiyini görmüş, bunu görən kimi toqquşmadan yayınmaq üçün idarə etdiyi avtomobilin sükanını sağ tərəfə burmaqla avtomobili bacardıqca sağ ehtiyat hissəyə tərəf qaçırtmışdır. Buna baxmayaraq həmin «VAZ 21099» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadı ilə idarə etdiyi «VAZ 21074» markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfinin orta hissəsi arasında toqquşma baş vermişdir. Toqquşma səbəbindən idarəetmədən çıxmış avtomobili yolun hərəkət hissəsində fırlanaraq yolun Yalama istiqamətindəki əks hərəkət hissəsinə, sonra Yalama istiqamətində yolun sağ kənarındakı ehtiyat hissəyə çıxmış, avtomobilinin qabaq sağ yan tərəfi ehtiyat hissənin sağ tərəfində yerə basdırılmış kiçik dəmir dirəyə dəyən kimi avtomobil sağa doğru damı üstdə aşmışdır. O, birtəhər aşmış avtomobildən çıxmış, avtomobildən çıxandan sonra hadisə yerində olarkən kənardan vətəndaşlar yaxınlaşmışlar. Həmin vaxt hadisə yerində təqsirləndirilən şəxsin avtomobili artıq olmamışdır. Orada olan kənar şəxslərin hadisə yerindən qəza nəticəsində “VAZ 21099” markalı avtomobilə aid güzgü qırıntılarını tapmışlar. Daha sonra ona məlumat verilmişdir ki, Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində olan “Asiman” şadlıq sarayının yanında hadisədən yayınmaq üçün “VAZ 21099” markalı avtomobili gizlətmiş və həmin vaxt avtomobilin təkəri boş vəziyyətdə olmuşdur. O, hadisə yerində kənara çəkildiyi zaman Təqsirləndirilən şəxs ilə rastlaşmış və sonuncunun sifət nahiyəsində qan izini görüb və həmçinin Təqsirləndirilən şəxs əvvəldən “VAZ 21099” markalı avtomobil idarə etdiyini bildiyi üçün hadisə barədə ondan şübhələnmişdir. Təqsirləndirilən şəxs sərxoş olduğunu ilk əvvəl etiraf etməməsinə baxmayaraq, PPXB-nin əməkdaşları hadisə yerinə gəldiklərindən sonra sərxoş olduğunu etiraf etmişdir. O, yolun sağ ehtiyat hissəsi üzərində dayanmış vəziyyətdə olan piyada Zərərçəkmiş şəxs dəyməsi və bu səbəbdən sonuncu bədən xəsarətləri alması barədə sonradan məlumatı olmuşdur. O, hadisənin baş verdiyi an sərxoş olmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid X14 ifadəsində göstərdi ki, ona tanımadığı taksi sürücüsü tərəfindən yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat verilmişdir. Yol-nəqliyyat hadisəsi zamanı xəsarət olduğu zaman müstəntiq dəvət olunur və ərazi müstəntiq tərəfindən mühafizə olunur. O, müstəntiqə məlumat vermiş işi müstəntiqə təhvil vermişdir. O, hadisə yerinə gedərkən Təqsirləndirilən şəxs ilkin olaraq orada olmamış, lakin o sonradan hadisə yerinə öz təşəbbüsü ilə gəlmişdir. Təqsirləndirilən şəxs hadisə yerindən yenidən uzaqlaşmaq niyyəti olmasına dair şübhələri yarandığından onu saxlamış və xidməti avtomobilinə əyləşdirmişdir. Çünki təqsirləndirilən şəxs bilavasitə ona hadisəni törətməsi barədə məlumat verməmişdir. Lakin o, təqsirləndirilən şəxsin avtomobilini hadisə yerindən təxminən 200 metr aralı məsafədə yerləşən “Asiman” şadlıq sarayının yaxınlığında olmasını təqsirləndirilən şəxsdən öyrənərək müəyyən etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid X11 ifadəsində göstərdi ki, hadisə barəsində Təqsirləndirilən şəxs ona zəng edərək məlumat vermişdir. O, hadisə yerinə gedərək Təqsirləndirilən şəxs təklifi ilə onun avtomobilini Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində olan “Asiman” şadlıq sarayının yanına aparmışdır. Təqsirləndirilən şəxs niyyəti əvvəl sərxoş olduğu üçün hadisə yerindən yayınmaq olmuşdur. Lakin sonradan Təqsirləndirilən şəxs bunun düzgün olmaması qənaətinə gəldiyindən hadisə yerinə qayıdıb özünü təqdim etmək qərarına gəlmişdir. Hadisə yerinə geri qayıtdığında isə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən aparıldığını, hadisəni törətdiyi üçün qorxaraq ilkin olaraq hadisə yerini tərk etdiyini, lakin daha sonra könüllü olaraq geri qayıtdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı mütəxəssis X7 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxsin xəsarət alması ilə əlaqədar 21 mart 2024-cü il tarixdə avto qəza ilə əlaqədar xəstəxanaya açil şəkildə daxil olmuş, həkim tərəfindən baxış keçirilmiş və stasionar müalicə tətbiq olunmuş, 08 gün müddətinə xəstəxana şəraitində müalicə aldıqdan sonra evə çıxış almışdır. Bundan sonra xəstənin xəsarətlə əlaqədar travmatoloji müraciət etməmişdir. 01 dekabr 2024-cü il tarixdə xəstə Zərərçəkmiş şəxs yenidən xəstəxanaya ağır vəziyyətdə daxil olmuş, müayinə və müşahidələrdən sonra xəstə təxirəsalınmaz əməliyyata götürülmüşdür. Nazik bağırsağın naməlum törəməsi, dəşilməsi, bağırsaq keçməməzliyi, nəcis yayılmış bratemit, septiki şok, böyrək çatışmamazlığı və anemiya müəyyən edilmişdir. Əməliyyat 5 saat müddətinə baş vermişdir. Onlar əməliyyat zamanı xəstənin yaxınlarına xəstədə olan törəmənin deşilməsi nəticəsində ağırlaşma baş verməsi barədə məlumat vermişlər. Bu barədə Bakı şəhərində fəaliyyət göstərən onkoloq ilə telefon vasitəsilə əlaqə saxlamışlar. Əməliyyat zamanı xəstənin həyatı xilas olunaraq bağırsağından çıxarılan pereparat müayinə üçün onkologiya xəstəxanasına göndərilmişdir. Müvafiq müayinə və müalicələr aparılaraq xəstə Bakı şəhərində fəaliyyət göstərən onkologiya xəstəxanasına göndərilmişdir. Bakı şəhərində xəstədə onkoloji xəstəlik təstiq olunaraq ona kimyaterapiya müalicəsi təyin olunmuşdur. Xəstədə limfa sarkoma adlanan ankoloji xəstəlik müəyyən olunmuşdur. Həmin xəstəliyin xüsusiyyətlərinə əsasən xəstə bir gün ərzində də vəfat edə bilər. Limfa sarkoma onkoloji xəstəliyi qısa müddətdə bədən orqanlarına yayılaraq orqanları sıradan çıxartır. Həmçinin kimyaterapiya müalicəsinə belə tabe olmur. Xəstə kimyaterapiya müalicəsindən sonra vəziyyəti pisləşmiş və yardım üçün onlara müraciət etmişdir. Daha sonra xəstə öz evində vəfat etmişdir. Onkoloji xəstəlikdə əsasən qara ciyərə su yığılır qara ciyər çatışmamazlığı yaradır. Belə ki, xəstənin vəfat etməsinə səbəb qarın boşluğunda olan onkoloji xəstəliklə əlaqədar olmuşdur. Onun xəstəliyi və ölümü ilə yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlər arasında hər hansı bir bağlılıq və əlaqə mümkün deyil. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, onun hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi faktına əsasən toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - xx.xx.2024-cü il tarixli “Raport”dan (cild 01, vərəq 04) müəyyən edilir ki, 20 mart 2024-cü il tarixdə, saat 21:20 radələrində Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən 42-ci kilometrli (cild 01, vərəq 04) müəyyən edilir ki, 20 mart 2024-cü il tarixdə, saat 21:20 radələrində Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən 42-ci kilometrliyində Xaçmaz rayonu, Sabiroba kənd sakini, 1987-ci il təvəllüldü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21074” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobil idarəetməni itirərək yol kənarında dayanmış piyada Xaçmaz rayonu, Qusarçay kənd sakini, 1987-ci il təvəllüdlü X2 üzərinə aşmış və piyada bədən xəsarəti almışdır. - xx.xx.2024-cü il təvəllüdlü “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, “Yol-nəqliyyat hadisəsinin sxemi”ndən və fotoşəkillərdən (cild 01, vərəq 05-16) müəyyən edilir ki, “VAZ-21074” markalı avtomobil dam üstə aşmış vəziyyətdə Yalama istiqamətində yolun sağ kənarındadır, “VAZ -21099” markalı avtomobil yolun Yalama istiqamətində sağ ehtiyat hissəsində üzü Yalama istiqamətində dayanmış vəziyyətdədir. - xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi 113 №-li “Aktı”ndan (cild 01, vərəq 19) müəyyən edilir ki, Şahid sərxoş vəziyyətdə olmamışdır. - xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi 114 №-li “Aktı”ndan (cild 01, vərəq 20) müəyyən edilir ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluq müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən (cild 01, vərəq 30-32) müəyyən edilir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21099” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan hissəsinin əzilməsi, qabaq sol təkərin boşalması müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X22 20 mart 2024-cü il tarixli, 186 №-li ekspert rəyindən (cild 01, vərəq 41) müəyyən edilir ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X22 20 mart 2024-cü il tarixli, 187 №-li ekspert rəyindən (cild 01, vərəq 42) müəyyən edilir ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş sənədlərdə qeyd olunanlara əsaslanaraq aşağıdakı nəticəyə gəlinir, onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin əzilmiş yarası və sağ körpücük sümüyünün sınığı bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X22 20 mart 2024-cü il tarixli, 188 №-li ekspert rəyindən (cild 01, vərəq 43) müəyyən edilir ki, 1977-ci il təvəllüdlü Şahid məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2024-cü il tarixli, 8/1119 nömrəli ekspert rəyindən (cild 01, vərəq 49) müəyyən edilir ki, təhqiqat tərəfindən göstərilən şəraitdə VAZ-21074 markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini əlavə hesabat aparmaqla texniki nöqteyi-nəzərdən tətqiq etməyə lüzum yoxdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ -21099 markalı, 18 BX-202 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. - xx.xx.2024-cü il tarixli, 3-13-16/2-105948/2024 №-li məktubun surətindən və sürücülük vəsiqəsinin surətindən (cild 01, vərəq 76-84) müəyən edilir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə (xx.xx.2033-cü il tarixədək etibarlı olan) BC 467478 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. - xx.xx.2024-cü il tarixli, 3-13-16/2-105946/2024 №-li məktubun surətindən (cild 01, vərəq 77) müəyyən edilir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1977-ci il təvəllüdlü Şahid xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-ci il tarixədək etibarlı olan) AF 303086 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən (cild 01, vərəq 91) müəyyən edilir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsinə əsasən Xaçmaz RPŞ-nin tərəfindən məsuliyyətə cəlb edilmiş və xx.xx.2024-cü ildə CPM 40.3-CM 73.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkumluğu olmayan şəxsdir. - xx.xx.2024-cü il tarixli “Süburtların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 97) müəyyən edilir ki, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış “VAZ-21099” markal, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. - xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəqə 111) müəyyən edilir ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. - xx.xx.2024-cü il tarixli “Qətimkan tədbiri seçmə barədə” qərardan (cild 01, vərəq 131) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam seçilmişdir. - “Nikah haqqında şəhadətnamə”nin, “Doğum haqqında şəhadətnamə”nin və Ş/V surətlərindən (cild 01, vərəq 92-96) müəyyən edilir ki, Təqsirləndirilən şəxs X4 ilə rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü oğlu X12 və xx.xx.2010-cu il təvəllüdlü X15 adlı övladları vardır. - Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən Xaçmaz rayon məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli “Arayış”dan müəyyən edilir ki,Təqsirləndirilən şəxs Xaçmaz rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə xx.xx.2024-cü il tarixdən “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu, asılılıq sindromu” diaqnozu ilə Dispanserdə 21 gün müddətinə stasionar müalicəyə qəbul edilmişdir. - Zərərçəkmiş şəxs Xaçmaz rayon 1 saylı notariat ofisində təsdiqlənmiş ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, qarşılıqlı olaraq barışmışlar. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. - Zərərçəkmiş şəxs Xaçmaz rayon məhkəməsinə ərizə təqdim edərək 24 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona dəymiş ziyana görə 300 manat pul qəbul etdiyini bildirmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs 01 yanvar 2025-ci il tarixdə qaraciyər çatışmamazlığı səbəbindən vəfat etmişdir. - Tibbi sənədlərdən müəyyən edilir ki, zərərçəkmiş şəx X8 onkoloji xəstəlikdən vəfat etmişdir. - Zərərçəkmiş şəxsin hüquqi varisi X17 rayon məhkəməsinə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsifetmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən, üfiqi nişanlanma, 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə görə, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, həmin maddə üzrə cinayət tərkibi yaranır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; sağlamlığın uzun müddət pozulması dedikdə, əmək qabiliyyətinin 21 gündən (3 həftədən) çox olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi dedikdə isə ümumi əmək qabiliyyətinin 10%-dən 33%-əqədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarında diqqətə çatdırılır ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPMin 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.” Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 20 mart 2024-cü ildə saat 21:20-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozmaqla alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «VAZ 21099» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisindən keçən 42-ci kilometrində, Yalama istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni 1.1-1.3 üfüqi nişanlanma xətlərini kəsib keçməklə yolun Gəndob istiqamətindəki əks hərəkət hissəsinə çıxmış, bu zaman yolun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə 60 km/saat sürətlə düzünə hərəkətdə olan Şahid idarə etdiyi «VAZ 21074» markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfinin orta hissəsi ilə onun idarə etdiyi «VAZ 21099» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadı arasında yolun Gəndob istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermiş, toqquşma səbəbindən idarəetmədən çıxmış «VAZ 21074» markalı avtomobil Gəndob istiqamətində yolun sağ kənarına çıxıb aşaraq dayanmış piyada Zərərçəkmiş şəxs dəymiş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs alın nahiyəsinin əzilmiş yarası və sağ körpücük sümüyünün sınığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Təqsirləndirilən şəxs X4 ilə rəsmi nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X15 adlı bir azyaşlı övladı vardır. - Təqsirləndirilən şəxs Sərak oğlu tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tam şəkildə ödənilmişdir, qarşılıqlı olaraq barışmışlar. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. - Zərərçəkmiş şəxsin hüquqi varisi X17 rayon məhkəməsinə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını və şikayətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanıyün gülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlinə görə peşmanlıq hissi keçirməsini, əvvəllər məhkum olunmamasını, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə və onun hüquqi varisi ilə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, yəni himayəsində azyaşlı uşağının olmasını, zərərçəkənşəxsə vurduğu ziyanı tam ödəməsi halını, zərərçəkən şəxsin ona qarşı şikayətçi olmamasını, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza azadlıqdan məhrum etmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21099” markalı, ** BX *** və “VAZ-21074” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış məhkəmə ekspertiza xərci olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFTBİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza azadlıqdan məhrum etmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21099” markalı, ** BX *** və “VAZ-21074” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944, SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surətinin ona verildiyi) andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar