Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-43/2021 04.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1988-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Xaçmaz rayonu, Xudat şəhəri, K.Zavod qəsəbəsi, ev 9, mənzil 4-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində daşımaqla saxlamış və bu fakt 01 yanvar 2021-ci il tarixdə saat 17:30 radələrində Xaçmaz RPŞ-nin Yalama PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonu, Yalama kəndində yerləşən Yalama PB-nin inzibati binasında onun üstünə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sol iç cibində bir ədəd sellofan bükümdə olmaqla 65,164 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşımaqla saxlamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, anası Solmazla birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, K.Zavod qəsəbəsi, ev 9, mənzil 4-də yaşayır. O, Xaçmaz rayon məhkəməsinin 05 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 dekabr 2018-ci il tarixdə vaxtından əvvəl cəzaçəkmə müəssisəsindən buraxılmış və həmin gün Xudat şəhərinə gəlib anası ilə bir evdə yaşamışdır. Cəzaçəkmə müəssisəsindən buraxıldıqdan sonra aradabir gedib ayrıayrı şəxslərə məxsus bağ sahələrində işləmişdir və aradabir narkotik vasitə olan heroindən və qurudulmuş marixuanadan istifadə etmişdir. 14 avqust 2020-ci il tarixdə üzərində narkotik vasitə olan heroin aşkar edildiyinə görə 15 avqust 2020-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunaraq barəsində olan olan cinayət işi 2020-ci ilin noyabr ayında baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir və 17 fevral 2021-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin hökmü ilə barəsində 2 il müddətinə azadlıqdan məhrtum etmə cəzası təyin edilmişdir. 30 dekabr 2020-ci il tarixdə təxminən saat 17 radələrində o, yaşadığı evdən çıxıb Xudat şəhər avtovağzalına gedərkən yerdə bir ədəd sellofan büküm olduğunu görmüşdür. Yerdə olan sellofan bükümü əlinə götürüb açıb baxanda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş və atmayıb əynində olan gödəkçənin sol iç cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. Sonrakı günlərdə də sellofan bükümdə tapdığı qurudulmuş marixuananı başqa yerə qoymayıb gödəkçəsinin sol iç cibində saxlamışdır. 01 yanvar 2021-ci il tarixdə təxminən saat 17:30 radələrində Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən «EKO» marketin qarşısında olduğu zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşmışlar və xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nin Yalama PB-nə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Yalama PB-nə getmişdir. Yalama PB-nin inzibati binasında ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə polis əməkdaşları ona bildirmişlər ki, video çəkilişlə üstünə şəxsi axtarış keçiriləcək. Sonra polis əməkdaşları ona təklif etmişlər ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Polis əmkdaşlarının təklifindən sonra o, bilmişdir ki, üstündə olan narkotik vasitəni çıxarıb təqdim etməsə üstünə axtarış keçiriləcək və üstündə olan narkotik vasitə aşkar ediləcək. Bu səbəbdən də o, məcbur olub əynində olan gödəkçənin sol yan cibində olan alışqanı və gödəkçəsinin sol iç cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları təqdim etdiyi sellofan bükümü onun iştirakı ilə açıb içində olan qurudulmuş marixuananı görmüşlər və o, hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, həmin narkotik özünündür, gələcəkdə istifadə etməsi üçün üstündə saxlamışdır. Sonra polis əməkdaşları ondan həmin qurudulmuş marixuananı haradan aldığını soruşmuşlar, o, da üzərində aşkar olunmuş qurudulmuş marixuananı avtovağzal ərazisindən tapdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üstündə aşkar olunmuş qurudulmuş marixuana bir ədəd ağ rəngli kağız paketə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O, da üstündə aşkar olunmuş qurudulmuş marixuananın qablaşdırıldığı paketin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Etdiyi hərəkətlərdən peşimandır. O, heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Gödəkçəsinin sol iç cibində saxladığı sellofan bükümdəki qurudulmuş marixuananı isə 30 dekabr 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxıb Xudat şəhər avtovağzalına gedərkən yerdən tapmışdır və gələcəkdə özünün istifadə etməsi üçün saxlamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Xaçmaz RPŞ-nin Yalama PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 01 yanvar 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin Yalama PB-nə Xudat şəhər, K.Zavod qəsəbəsi, ev 9, mənzil 4-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üstündə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Yalama PB-nə daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 01 yanvar 2021-ci il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib bölmə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun, Yalama PB-nin sahə polis nəfəri Şahid2, polis nəfəri Şahid3 və TB-nin təhqiqatçısı Fehruz Qasımovun iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması X4a həvalə olunmuşdur. Həmin gün təxminən saat 17:30 radələrində Təqsirləndirilən şəxs Xudat şəhəri, M.F.Axundov küçəsində, «EKO» marketin qarşısında olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Yalama PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən Yalama PB-nə gəlməyə razılaşmış və onlar onu Yalama PB-nə gətirmişlər. Yalama PB-də X4 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra X4 Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. X2 təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd alışqanı, gödəkçəsinin sol iç cibindən isə bir ədəd sellofan bükümü çıxarıb masanın üstünə qoymuşdur. X4 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açıldıqda görmüşlər ki, içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar yaşıl rəngli bitki kütləsi var. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi sellofan bükümdəki kütlə qurudulmuş marixuanadır, avtovağzal ərazisindən tapmışdır və şəxsi istifadəsi üçün saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstündə aşkar olunmuş sellofan bükümdəki kütlə özünün və onların iştirakı ilə bir ədəd ağ rəngli kağız paketə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar içərisində qurudulmuş marixuanaya oxşar kütlə olan paketin üstünə və protokola imza etmişlər. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinin görüntüləri polis nəfəri Bəhruz Əliyev tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 Şahid1 ifadəsi ilə anoloji ifadə vermişdir. Məhkəmədə istintaqa verdiyi ifadəsi elan olunmuş Şahid2 istintaqa verdiyi ifadəsində Şahid3 və Şahid1 ifadəsi ilə analoji ifadə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-bioloji ekspertizasının 02 yanvar 2021-ci il tarixli 7/04 nömrəli rəyindən görünür ki, üzərində «Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş…» sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 65,164 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 28 yanvar 2021-ci il tarixli 263 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 05 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Binəqədi rayon məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarı ilə 07 ay 03 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 1(067)-27/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib və barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(105)-258/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz rayon məhəkəməsinin 17 fevral 2021-ci il tarixli 1(067)-27/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Xaçmaz rayonu, Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində daşımaqla saxlamış və bu fakt 01 yanvar 2021-ci il tarixdə saat 17:30 radələrində Xaçmaz RPŞ-nin Yalama PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonu, Yalama kəndində yerləşən Yalama PB-nin inzibati binasında onun üstünə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sol iç cibində bir ədəd sellofan bükümdə olmaqla 65,164 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşımaqla saxlamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qəsdən cinayət törətdiyinə görə əvvəllər məhkum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır və məhkəmə bunu ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməlidir. Belə ki, CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəinsə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Plenumunun Qərarının 25-ci bəndində izah olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması , insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992-ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı tarixdən, yəni 01 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-165,114 qram qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 89 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, X1, KOD 210005 Müxbir hesab 41NABZ******************** SVİFT BİK CTREAZ 22, hesab № AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 1(067)-27/2021 saylı 17 fevral 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və üzərində qəti olaraq «03» (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 01 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-165,114 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə 89 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, X1, KOD 210005 Müxbir hesab 41NABZ******************** SVİFT BİK CTREAZ 22, hesab № AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-43/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-43/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver